Can baci,ureqin ne yaman doluymus.Azərbaycanda çadra geyinmək anti-təbliğata xidmət deməkdir...
İndiki zəmanədə hə,çünki çadra geyinənlərin əksəriyyəti vəhhabiliyə qulluq edənlərdir.
Ən əsası isə,öz mentalitetimizə,ağbirçək nənələrimizin bizə etdikləri həya nəsiyyətlərinə artıq etinasız yanaşmamızdır.
Çünki, artıq avropa mədəniyyəti deyib tutdurub,və nənə-babalarımızın islami dini dəyərləri,o zamanki sovet dövründə, gizlində və ya aşkarda necə böyük çətinliklə də olsa qoruyub saxlamalarını unutmuşuq.
Artıq çadralı qadın görəndə,daha bir zamanlar həmən bu qədim Bakının küçələrində çarşaba bürünüb yol gedən xanımı deyil,artıq qəribə gələn bir insanı xatırlayırıq.
Çünki artıq bizə yaxın olan bu deyil,ilk ağıla gələn də bu sözlər olur:
bəs hanı bunun mini yubkası? hanı bunun dar şalvarı? dekaltesi...bir sözlə: müasirliyi.
Şəxsən mənim çooox xoşum gəlir çarşabdan.
Bir zamanlar onu geyinmək fikrinə də düşmüşdüm.
Amma adi hicabla işə qəbul olunmaq çətin olduğundan,çarşabla ümumiyyətlə sənə ikrah hissi ilə baxacaqlarını anlayıb,bundan vaz keçməli oldum.
Yenə də məcburiyyət,amma elə bir məcburiyyət ki,ona qarşı çıxa bilmirsən.İşinin xatirinə.
Amma indinin özündə çoox nadir hallarda olsa da belə,Bakı kəndlərində çarşablı nənələrimizi görəndə,köhnə Bakımın ab-havasını hiss edirəm.Qəribə və kövrəldici hissdir.Sanki o zamana qayıdırsan.
Ədəb-ərkan,tərbiyə,abır-həya,böyük-kiçik,mənəvi və dini dəyərlər,bir sözlə arzu olunan cəmiyyət.
İstisnaların üstündən xətt çəkmirəm,istisnalar həmişə var,çünki həyatın qanunu budur.
Amma yenə də indikinə nisbətən çox şükrlü idi.
Rəhmətlik Baba Pünhanın sözləri yadıma düşdü..
Bakının dərdi var,Bakı xəstədir.
