Əziz qardaşım,ona qalsa,onda bizim liderimiz də onlarla görüşəndə əl-ələ verib gülər üzlə salamlaşır,belə çıxır ki,o da ikiüzlülük edir
Xeyr? bu ikiüzlülük deyil. Çünki Azərbaycan din dövləti deyil, dünyəvi dövlətdir. Azərbaycan heç yerdə özünü məzlum müsəlmanların müdafiəçisi, İslam düşmənlərinin düşməni kimi qələmə verməyib ki?! Azərbaycan İsraillə digər ölkələr kimi münasibət saxlayır, sadəcə məlum maraqlara görə yaxınlamşa olur (lobbi və s.).
Ona görə ki,o yeganə müsəlman ölkəsidir ki,açıq Müsəlmanların düşmənlərinə meydan oxuyur?
Axı biz aydınlaşdırdıq ki, bu belə deyil. Müsəlmanın 1-nömrəli düşməni -erməni İranın yaxın dostudur.
Deyirsiz ki,İran öz atom bombası ilə özü qorxu içindədir ki,bu dəqiqə İraq kimi yerlə yeksan edilib viran qala bilər.
Heç razı deyiləm,ən azından İran tək ola-ola bunu çəkinmədən açıq bəyan edir,lakin təşvişə düşən Amerika,İsraildir
Bəli, qərv dünyası qorxu içindədir. Çünki hamıya məlumdur ki, əgər İran bombanı həqiqətən düzəltsə və atmağa qərar verərsə (bu məncə real deyil) bu bombanın 1-ci ünvanı İsraildir. Amma təşvişə düşməli olan İrandır. Çünki ondan əvvəl bu silaha ABŞ və İsrail sahibdir.
Birdə,İmamların (ə) siyasətini sitat gətirib İrana irad tutursunuzsa,onda İslamın beşiyi olan Səudiyyə-Ərəbistanına nəzər yetirmək pis olmaz.Onlar Ermənilərlə uje bacanaqdılar eee siz bilmirsiz
Səudiyyədə həqiqi İslam qalıb? Amma fikrimcə ərəblər bu məsələdə İrandan daha abırlı davranırlar.
Heç uzağa getməyək,Azərbaycan-Ermənistan "gizli maliyyə siyasətinindən"xəbərdar olanlar bilirlər ki,bu münaqişə mövzusu,avam adamlar üçün bir "gözbağlayıcı oyundur".
Hələ o söhbətləri sübut eliyən olmayıb. Bu cür söhbətləri çox eşitmişik. Hətta mən belə fikirlərə də rast gəlmişəm ki, guya İranı aqresiyası neftin qiymətini tənzimləmək üçün qərblə anlaşmadır (!) buna da inanaq?
Əgər tarixini bilsəydiniz həqiqəti buyurardınız. Həqiqətə isə ssilkaları vermişəm. Neujeli mən ssilka verdiyim saytda Türkmənçay müqaviləsinin mətni təhrif olunub? Bir də, İran nə vaxt və hansı hakimin dövründə Azərbaycanı işğal edib? Tarixdən yəqin bilirsiz ki, Rusiya Qacarlarla müharibə zamanı bu torpaqları əlinə keçirib. Qacarlar kimdir, fars ya türk?
Sizin sözünüzdən belə çıxır ki, mən yalan danışıram. 1000 il qala bu mənə lazım deyil.
Bəzi məsələlər var ki, forumdanxaric müzakirə mövzusudur. Niyəsini yəqin bilirsiz.
Məgər İran deyəndə təkcə farslar nəzərdə tutulur? İranda həmişə aparıcı qüvvə türklər olub.
Qacarlar türk olsa da başqa milli odeologiyaya qulluq ediblər. Bu da sizə yəqin ki məlumdur.
Oxşarlıqlar var amma.
http://azeri.irib.ir..._...7&Itemid=13
Nə vaxtdan YAP-ın bayrağı Azərbaycan bayrağı hesab olunur?