Vətənpərvərlik ruhu.
#31
Отправлено 17 октября 2009 - 11:35
#32
Отправлено 17 октября 2009 - 11:51
“Vətənpərvərliyin təbliğində KİV-in rolu: mövcud vəziyyət və problemlər” mövzusunda keçirilən debatda hərbi jurnalist, araşdırmaçı Şəmistan Nəzirli, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev, Müdafiə Nazirliyinin «Azərbaycan Ordusu» qəzetinin baş redaktoru, polkovnik-leytenant İsa İsmayılov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, APA agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Lent.az portalının baş redaktor müavini Gülşən Hacıyeva, layihənin koordinatoru Rəşad Süleymanov və Ramil Məmmədli iştirak ediblər.
Rəşad Süleymanov: KİV-in hərbi-vətənpərvərlik tərbiyəsinin təşkilində danılmaz rolu olmasına baxmayaraq, gündəlik mətbuatda, eləcə də televiziya kanallarında hərbi mövzuya çox az yer ayrılır. Layihə çərçivəsində keçirdiyimiz debatda da məhz KİV-in vətənpərvərlik tərbiyəsinin təşkilində roluna toxunmağı qərara aldıq. KİV-in hərbi-vətənpərvərlik ruhunun formalaşdırılmasında imkanları böyük olsa da, nədən bu potensialdan istifadə olunmur? Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik.
Şəmistan Nəzirli: Müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır. Vətəndaş, hərbiçi öz xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını tanımırsa, onun üçün savaşmaq çətin olacaq. SSRİ zamanında bizə elə təlqin edirdilər ki, guya hərb tariximiz yoxdur. O zaman cəmi iki generalımızı - Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskini tanıyırdıq. Halbuki çar Rusiyası və müstəqillik dövründə 69 generalımız olub. Onlar barədə də ziddiyyətli məlumatlara sahib idik. Biz hərb tariximizin bu məqamlarını öyrənməli, tədqiq edib KİV vasitəsi ilə cəmiyyətə çatdırmalıyıq. İndiki gənclərdə hərb sahəsinə maraq var. Mətbuatda da müəyyən dərəcədə bu mövzu işıqlanır. Amma problemlərimiz də çoxdur.
İsa İsmayılov: Hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər görmək kütləvi informasiya vasitəsi olaraq bizim birbaşa vəzifəmizdir. Təəssüflər olsun ki, hərb tarixi ilə bağlı yazılar yazılarkən, həmin illərdə olan hərbi proseslər təhrif olunur, yaxşıların üstündən keçilir. Məsələn, biz 100 ildir, sübut etməyə çalışırıq ki, Qafqazda erməni dövləti olmayıb. Amma “Pompeyin Azərbaycana yürüşü” əsərində yazılır ki, eramızdan əvvəl Pompey Ermənistandan keçərək Azərbaycanı işğal etdi. Mənə görə həmin məqam əsərdə olan müsbət ideyaların üstündən xətt çəkir. KİV-də gedən yazılarda da belə məqamlar var. Çox vaxt hərbçilər barədə mənfi məqamlar önə çəkilir. Digər tərəfdən, bu gün Müdafiə Nazirliyi səviyyəsində, eləcə də Ali Baş Komandanın iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Həm prezident, həm NATO, həm də ABŞ komandanlığı tərəfindən mükafatlandırılan hərbiçilərimiz var. Biz qəzetimizdə və ölkədə nəşr edilən qəzetlərə də bu mövzuda yazılar veririk. Digər tərəfdən, Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar haqqında mətbuatımızda heç nə yazılmır. Bəzi mətbuat orqanlarını heç bir formada yola gətirə bilmirik ki, ayda bir dəfə xidmətində fərqlənmiş əsgərlər barədə yazılar yazılsın, əsgər obrazı yaradılsın. Hərbi xidməti təbliğ edən yazılara çox az rast gəlinir. Düzdür, orduda da cəmiyyətdə olduğu kimi fərqli düşüncəli insanlar var. Amma orduda gözəl ideyalara xidmət edən, mükafatlandırılan hərbiçilərimiz çoxdur. Lakin qəzetlərimiz belələri haqqında yazı vermir. Məsələn, ordunun yaradılmasının 91-ci ildönümü ilə bağlı böyük təlim keçirildi. Qəzetləri izlədik, amma həmin təlimdə mükafatlandırılan hərbiçilərdən birinin şəklinə rast gəlmədik. Fikrimcə, əsgər obrazını qəzetlərində işıqlandırmaq üçün qəzetlərə stimul vermək lazımdır.
#33
Отправлено 22 октября 2009 - 14:28
Onların öz Şəhidlərinə verdikləri qiymət.. hər dəyərdən ucadir.
Gəlin Qarabag müharibəsi əlillərinin həyat şəraitlərinə nəzər salaq... görəsən onlar öz maddi şəraitlərindən razidirlarmi??
#34
Отправлено 23 октября 2009 - 00:58
Hec kimdən vətənpərvərlik ruhiyyəsini oyrənmək lazim deyil.Qyuyua su tokmək məsələsi....Vətənpərvərlik insanin icində olmalidir! Bu gun vətəninə əsgər olmayan,sabah MEHDİYƏ (as) də əsgər olmayacaq!biz vətənpərvərlik ruhiyyəsinin nə oldugunu tьrklərdən цyrənməliyik..
Onların цz Şəhidlərinə verdikləri qiymət.. hər dəyərdən ucadir.
Gəlin Qarabag mьharibəsi əlillərinin həyat şəraitlərinə nəzər salaq... gцrəsən onlar цz maddi şəraitlərindən razidirlarmi??
Səhidlərin qiymətini isə hər bir kəs vicdani qarşisinda versin!
Nə qədər ki məmurun qapisini duşmən doyməyib,Qarabağ qazilərinin qiyməti olmayacaq!
Сообщение отредактировал MIROTVORES70: 24 октября 2009 - 01:51
#35
Отправлено 24 октября 2009 - 01:53
Rəşad Süleymanov: Son illər Silahlı Qüvvələrə gələn gənclərin ilk mərhələdə çox ciddi problemlərlə üzləşdiyi bəllidir. Bütün bu problemlərin mövcudluğunda zabitlər məktəbləri ittiham edirlər. İlk sualımız Təhsil Nazirliyinin nümayəndəsinədir. Gənclərin orduya hazırlıq səviyyəsinin hələdə qənaətbəxş olmaması nə ilə bağlıdır? Siz hərbçilərin bu fikirləri ilə razısınızmı?Ağababa İbrahimov: İlk növbədə onu deməliyəm ki, orta məktəblərin vəzifəsi yalnız orduya əsgər hazırlamaq deyil. Orta məktəbdə oxudu oxumadı hər kəs vətənə borcunu verməlidir. Ola bilər ki, orta məktəbdən kimlərsə ali hərbi məktəblərə getsin, orduda qalıb işləsin və s. Orta məktəblərdə çağırışaqədərki hazırlıq fənni tədris olunur. Ola bilsin ki, hansısa şagird o fənni oxuyub, amma hərbi xidmətdə zəif intizamlı olub. Zabitlər bizi gəncləri hərbi xidmətə hazırlıqsız yetişdirməkdə günahlandırırlar. Birincisi, mən orta məktəbdəki hazırlıqla ordudakı təlimləri eyniləşdirməyin tərəfdarı deyiləm. Orduda sırf hərbi dərslər keçirilir, yəni əsgər orta məktəbdə olduğu kimi 17 fənni oxumur. Yalnız hərbidə ona lazımi sahələr üzrə ixtisaslaşır.
Ramil Məmmədli: Üzeyir bəy, siz də uzun illər orduda xidmət etmisiniz. Necə hesab edirsiniz, gənclər orduya nə dərəcədə hazır gəlirlər?
Üzeyir Cəfərov: Mən Təhsil Nazirliyinin nümayəndəsinin fikirləri ilə razıyam. Məktəb yalnız ordu üçün əsgər hazırlamır. Hər şeyi orta məktəbin üstünə atmaq da lazım deyil. Hərbi vətənpərvərlik ruhu ilk növbədə ailədən başlamalıdır. Orta məktəb dövlətin bütün sahələrinə lazım olan kadrları hazırlamaq üçün bazadır. Bəzi ölkələr hərbi vətənpərvərlik dedikdə, bunu militarist fikir kimi qəbul edirlər. Hesab edirəm ki, hazırkı şəraitdə yalnız məktəblərdə hərbi hazırlıq tədrisi ilə kifayətlənmək lazım deyil. Reallığı nəzərə alaraq uşaqların psixologiyasını dəyişmək üçün onların hərbi hissələrə səfərlərini, hərbçilərlə görüşlərini təşkil etmək lazımdır.
Ağababa İbrahimov: Mən də istərdim ki, məktəblərdə hərbi vətənpərvərlik şüurunun formalaşması üçün həmin məktəbin məzunlarını, hərbi xidmətini başa vurub qayıtmış, hərbi xidmətdə fərqlənmiş gənclərlə görüşlər keçirilsin. Orduda xidmət edən zabitlərin vaxtaşırı məktəblərə çağırılıb gənclərlə görüşünün təşkil olunması bu sahədə müsbət nəticələrin alınmasına yardımçı ola bilər.
Üzeyir Cəfərov: Bu çox maraqlı ideyadır. Hərə bir qoşun növündə xidmət edir. Gəlib hərə öz xidmət etdiyi hərbi hissədən danışarsa, gənclərdə o qoşun növü barədə təsəvvür yaranacaq. Bu bir növ təbliğatdır. Təəssüflər olsun ki, bu gün deyilən təbliğat işləri həyata keçirilmir. Belə bir vacib tədbirin Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə koordinasiyası altında keçirilməsi daha effektiv alınar. Orduda xidmət etdiyim dövrlərdə rayona gələndə, bizi oxuduğum orta məktəbə aparar, şagirdlərlə görüşümüzü təşkil edərdilər.
Rəşad Süleymanov: Orta məktəblər psixoloji cəhətdən orduya hazırlıqlı gənclər yetişdirə bilirmi?
Ağababa İbrahimov: Hamı qəhrəman olmur. Hər il orta məktəbi 200 minə yaxın gənc bitirir. Onların arasında ali məktəblərə daxil olanlar, hərbçi peşəsini seçənlər, həqiqi hərbi xidmətə çağırılanlar və s. olur. Mənim fikrimcə, psixologiyanı orta məktəblər deyil, hərbi qurumlar formalaşdırmalıdır. Bunun üçün bayaq deyildiyi kimi, hərbi hissələrdə «açıq qapı» günləri keçirilməli, məktəblilərin hərbi hissələrə səfərləri, hərbçilərlə görüşləri təşkil edilməlidir. Ordunun çağırışçılara daimi ehtiyacını nəzərə alaraq hərbi qurumlar bu sahədə təbliğatlarını qurmalıdırlar. Məktəblilərə hərbi hissədəki şəraiti, əsgərlərin yaşayışı, xidməti və s. göstərilməlidir. Bir faktı qeyd etmək istərdim. Biz uşaq olan vaxtlar kəndimizin yaxınlığında böyük bir poliqon vardı. Orada təlimə çoxlu əsgər, hərbi texnika gəlirdi. Biz məktəbdən ora gedər, hərbi texnikalarla tanış olar, əsgərlərin təlimini izləyərdik. İndi də bu şərait var.
Ramil Məmmədli: Orduda xidmət etdiyiniz dövrlərdə orta məktəblərlə əlaqələriniz olurdumu?
Üzeyir Cəfərov: Füzulidə xidmət etdiyim hərbi hissə döyüş bölgəsində yerləşdiyindən, buna vaxt və imkan yox idi. Sumqayıtda xidmət etdiyim hərbi hissə isə məktəblərlə əlaqə yaratmışdı. Məktəblilər hərbi hissəyə gəlir, silah və texnikalarla, əsgərlərin xidməti, yaşayışı ilə tanış olurdular. Bu öz növbəsində hərbi hissə üçün də maraqlı idi.
Rəşad Süleymanov: Mən də bir əlavə etmək istərdim. Orta məktəbdə oxuduğumuz dövrdə Daxili Qoşunların, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri ilə müntəzəm tədbirlərimiz olub. Ən çox və sıx əlaqə isə kənddə yerləşən sərhəd zastavası ilə idi. Məktəbin razılaşmasına əsasən müntəzəm olaraq sərhəd zastavasında olardıq. Burada sıra hazırlığı, sərhəddə xidmət, silah və sursatlar barədə bizlərə məlumat verilirdi. Biz isə bunun müqabilində sərhədçilərə xidmətdə, nəzarət-iz zolaqlarının təmizlənməsində və s.-də köməklik göstərirdik. Sonradan Sərhəd Qoşunlarında xidmət etdiyimiz dövrlərdə burada qazandığımız anlayışlar bizə çox yaradı.
Ağababa İbrahimov: Təhsil Nazirliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə məktəblilər arasında «Cəsurlar», «Şahin», «Sərhəd» kimi hərbi idman oyunları keçirir. Çox gözəl nəticələr var. Məktəblər, rayon, bölgə və respublika mərhələlərində keçirilən bu oyunların cəmiyyət yalnız final mərhələsini görür. On minlərlə şagird bu oyunlarda iştirak edir. Amma bu işin televiziyalarda işıqlandırılması çox zəifdir. Yaxşı olardı ki, telekanallar da bu işlərdə bizə yardımçı olsunlar. Sovet dövründə hərbi vətənpərvərlik mövzusunda kinolar məktəblərdə şagirdlərə nümayiş etdirilirdi. Bu gün belə kinolar çəkilirmi? Biz də nümayiş etdirək. Hansı filmi göstərək? Axırda məhv olan, ölən qəhrəmanımı? Bir məsələni xüsusilə qeyd etmək istərdim. DSX-nin məktəblər arasında keçirdiyi yarış daha maraqlıdır. Sərhədçilər yerli əhali ilə, məktəblərlə sıx işləyirlər. Final mərhələdə iştirakçı komandalar və müəllimlər Sərhəd Qoşunlarının hərbi hissəsində yerləşdirilir. Orada onlara geyim verilir, əsgərlərlə bir yerdə yemək yeyir, təmin olunurlar. Bu çox gözəl və təqdirolunası bir tədbirdir. Sonra qalib gələn komandalara mükafatlar verilir. Bu yarışlardan ən gözəl epizodları seçmək olar.
Üzeyir Cəfərov: Bu idman oyunlarından kadrlar çəkilib sonradan əyani vəsait kimi Təhsil Nazirliyində istifadə oluna bilər. Necə ki hərbi təlimlərdə də belə metodlardan istifadə olunur.
Ramil Məmmədli: Orta məktəb dərsliklərində xalq qəhrəmanları, Milli Qəhrəmanlar, döyüşlərdə iştirak etmiş şəxslərin igidlikləri ilə bağlı materiallara nə dərəcədə yer ayrılır?
Ağababa İbrahimov: Dərsliklərdə bu məsələlərə geniş yer ayrılır. Amma problem başqa tərəfdəndir. İradlar var ki, filankəs niyə dərsliyə düşməyib? Əvvəla, vətən uğrunda döyüşmüş, qan axıtmış hər bir şəxs qəhrəmandır. Biri şəhid olub, digəri yaralanıb, biri sağ qalıb. Bəziləri elə düşünür ki, hər kim döyüşübsə, onun adı dərslikdə olmalıdır. Qarabağda 30 minə yaxın adam həlak olub. Hərənin taleyindən 5 səhifə yazı yazılsa, bu 150 min səhifə edir. Dərsliklərdə qarşıya qoyduğumuz hədəf vətən torpaqları və bu torpaqlarda yaşayanlardır. Mənim fikrimcə, bu sahədə kompleks yanaşma olmalıdır. Dərsliklərdən əlavə olaraq bu gün kifayət qədər əlavə tədris vasitələri buraxılır ki, orada da qəhrəmanlarla bağlı materiallar yer alıb.
Üzeyir Cəfərov: Orta məktəblərdə uşaqların vətənpərvərlik şüurunun formalaşdırılmasında mühüm rol malik bədii ədəbiyyat yoxdur. Misilsiz igidliklər göstərmiş qəhrəmanlarımız barədə bir-iki yazıya rast gəlmək mümkündür vəssalam. Uşaq nə oxusun, qəhrəmanlıq nümunəsini haradan götürsün? Sorğu keçirsək, çox az gənc Milli Qəhrəmanlarımızdan bir neçəsinin adını saya bilər.
Ramil Məmmədli: Qeyd olundu ki, məktəblərdə çağırışaqədərki hazırlıq fənni tədris olunur. Amma hərbi qurumlar orduya gələn gənclərin adi sıra qaydalarını yerinə yetirə bilmədiklərini deyirlər. Dərs vəsaitləri çox gözəl ola bilər. Bəlkə müəllimlər özlərini əziyyətə salmaq istəmirlər?
Ağababa İbrahimov: Mən bu fikirlə razı deyiləm. Hər şey uşağın diqqətindən asılıdır. Olur ki, uşaq sıra yanındakı ilə söhbət edir. Verilən komandanı eşitmir. Bunun hazırlığa nə dəxli? Eşitdiyimə görə, İranda əsgərlərin sağ və sol istiqamətlərinə müəyyən əşyalar asırlar. Komanda zamanı onlar həmin əşyalara tərəf dönürlər. Məktəblərin hamısı demək olar ki, plakatlar, müxtəlif maketlərlə təmin olunub. Bəzi məktəblərdə TİR tüfəngləri də var.
Ramil Məmmədli: Gənclərin Birinci Respublika Forumunda məktəblərin silahla təmin olunmasına dair məsələ qaldırıldı. Bu gün Azərbaycan özü də silah istehsal edir. Məktəblərin real silahın bənzəri olan təlim silahları ilə təminatı nə zaman reallaşacaq?
Ağababa İbrahimov: Məktəblərdən təlim silahları ötən əsrin 90-cı illərin əvvəllərində yığılıb. Təlim avtomatının məktəblərə nə zaman veriləcəyini deyə bilmərəm. Amma bu məsələyə baxılır. Bu silahların qiyməti də bahadır. Bu gün çox ölkələr Kalaşnikov avtomatından imtina edir. Ola bilsin ki, gələcəkdə bu kimi məsələlərə bizdə də baxıla bilər.
Rəşad Süleymanov: Həm öz müşahidələrimiz, həm də müxtəlif təşkilatların verdiyi məlumatlara görə, orta məktəblərdə çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərin hazırlıq səviyyəsi çox aşağıdır. Bəzən olur ki, bu fənni qeyri-ixtisas müəllimləri, yaxud qadınlar tədris edir. Silahlı qüvvələrdən ehtiyata buraxılmış kifayət qədər təcrübəli, döyüş yolu keçmiş zabitlərimiz var ki, onların bu prosesə cəlb olunması daha yaxşı nəticələr verər.
Üzeyir Cəfərov: Mən də o fikirlə razıyam ki, ehtiyatda olan zabitlərin bu prosesə cəlbi daha yaxşı olardı. Vaxtilə yüksək səviyyəli təhsil almış, peşəkar hərbçilərdən istifadə olunmalıdır. Bizdə olan məlumatlara görə, bununla bağlı işlər görülür. Yadımda deyil, hansısa məktəbin çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllim ehtiyatda olan polkovnik-leytenantdır. Bu iş daha geniş miqyasda keçirilməlidir. 20-25 il orduda xidmət etmiş insanın təcrübəsi ilə 2 il ixtisas kursu keçmiş insanın təcrübəsi müqayisə oluna bilməz. Bundan ilk növbədə silahlı qüvvələrimiz qazanacaq. O ki qaldı silaha, hesab edirəm ki, vaxt gələcək məktəblərə əyani vəsait kimi silah veriləcək. Bir faktı da qeyd etmək istərdim. Apardığımız araşdırmalara görə, cari ildə həlak olmuş əsgərlərimizin əksəriyyəti silahla ehtiyatsız davranış nəticəsində dünyalarını dəyişiblər. Bu da onların silah barədə məlumatsız olmalarından irəli gəlir.
Ramil Məmmədli: Məktəblərin hərbi hissələrlə əlaqələri necədir?
Ağababa İbrahimov: Məktəblərin hərbi hissələrlə münasibətləri normaldır və bu sahədə heç bir problem yoxdur.
Üzeyir Cəfərov: Münasibətlər daha çox hərbi hissə komandirindən asılıdır. Ordu qapalı müəssisə olduğundan, bu iş üçün hərbi hissə komandirindən təklif gəlməlidir. Bəzən direktor gəlir və saatlarla nəzarət-buraxılış məntəqəsində dayanır. Hər şeyi bu dərəcədə məhdudlaşdırmaq olmaz.
Rəşad Süleymanov: Bayaq hərbi kabinetlərdən danışıldı. Müşahidələrimiz göstərir ki, artıq hərbi qurumların, xüsusilə də Sərhəd Qoşunları və Daxili Qoşunların dəstəyi ilə bəzi məktəblərdə tam təchiz olunmuş hərbi kabinetlər yaradılıb. Bu qoşunlar müntəzəm olaraq məktəblilərlə görüşlər keçirirlər.
Ağababa İbrahimov: Badamdar qəsəbəsində Daxili Qoşunların hamiliyi ilə çox yüksək səviyyədə bir hərbi kabinet qurulub. Ora kiçik hərbi hissəyə bənzəyir. Digər məktəblərdə də belə şəraitin yaradılması lazımdır.
Üzeyir Cəfərov: Ən çox əsgəri Müdafiə Nazirliyi qəbul etdiyindən, bu qurum maraqlı olmalıdır ki, hazırlıqlı əsgəri olsun. O zaman bununla nazirlik öz problemlərinin müəyyən hissəsini də aradan qaldırmış olacaq. Bir də ki hərbi kabinetlər oldu-olmadı, məktəblər öz üzərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Məgər hansısa Milli Qəhrəmana ayrıca hərbi kabinetdə dərs keçiblər və ya fərarilik etmiş əsgər məktəbə getməyib?
Ramil Məmmədli: Çağırışaqədərki hazırlıq fənni üzrə dərsliklər standartlara nə dərəcədə cavab verir?
Ağababa İbrahimov: Dərsliklərin təkmilləşdirilməsi daim gedir və davamlı prosesdir. Hər il yeni silahlar, yeni texnikalar meydana çıxır. Hazırda tədris olunan dərsliklərdə müasir silahlar, raketlər, Azərbaycan ordusunda istifadə olunan bəzi silah və texnikalar barədə məlumatlar yer alıb. Ümumilikdə bu kitab ilkin hazırlıq üçün əhəmiyyətli bazadır. Hərbçilər təklif edirlər ki, biz müharibə şəraitində yaşadığımızdan, dərslikdə təlim texnologiyalarına daha çox yer verilsin. Biz bunu da anlayır və qəbul edirik. Zaman gələcək ki, çağırışaqədərki hazırlıq fənni üzrə dərs saatları da artırılacaq.
#36
Отправлено 23 ноября 2009 - 01:43
#37
Отправлено 24 ноября 2009 - 02:46
Yaman səs cixmir hec kimdən haaa))) muharibəyə HAZİRİQMİ???
Əlbəttə hazırıq (öz adımdan danışıram ),hərçənd ki,Azərbaycan respublikasında,qadınların səfərbərliyi haqqda qanuna dəyişiklik oldu,yəni onlar vətənə hərbi qulluqdan azaddırlar,amma könüllü iştirak edə bilərlər,düşünürəm ki,müharibə başlasa Azərbaycan xanımları Çaldıran döyüşündə olduğu kimi,müharibədə öz vətənini qorumağı özlərinə borc bilib,məharətlə öhdəsindən gələrlər.İnşəAllah!!!
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#38
Отправлено 25 ноября 2009 - 00:44
Bu yerdə kasibi ( ozunə kişi deyənləri )ağlamaq tutdu!Yaman səs cixmir hec kimdən haaa))) muharibəyə HAZİRİQMİ???
Əlbəttə hazırıq (цz adımdan danışıram ),hərзənd ki,Azərbaycan respublikasında,qadınların səfərbərliyi haqqda qanuna dəyişiklik oldu,yəni onlar vətənə hərbi qulluqdan azaddırlar,amma kцnьllь iştirak edə bilərlər,dьşьnьrəm ki,mьharibə başlasa Azərbaycan xanımları Зaldıran dцyьşьndə olduğu kimi,mьharibədə цz vətənini qorumağı цzlərinə borc bilib,məharətlə цhdəsindən gələrlər.İnşəAllah!!!
Сообщение отредактировал MIROTVORES70: 25 ноября 2009 - 00:45
#39
Отправлено 25 ноября 2009 - 15:49
Yaman səs cixmir hec kimdən haaa))) muharibəyə HAZİRİQMİ???
Əlbəttə hazırıq (öz adımdan danışıram ),hərçənd ki,Azərbaycan respublikasında,qadınların səfərbərliyi haqqda qanuna dəyişiklik oldu,yəni onlar vətənə hərbi qulluqdan azaddırlar,amma könüllü iştirak edə bilərlər,düşünürəm ki,müharibə başlasa Azərbaycan xanımları Çaldıran döyüşündə olduğu kimi,müharibədə öz vətənini qorumağı özlərinə borc bilib,məharətlə öhdəsindən gələrlər.İnşəAllah!!!
İnşallah aqibətimiz də Çaldırandakı kimi acınacaqlı olmaz...Həmçinin düşünürəm ki,müharibə başlasa Bakı aeroportunda, vağzallarda adam əlində yer olmayacaq:)))))))))))))
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#40
Отправлено 25 ноября 2009 - 15:55
#41
Отправлено 25 ноября 2009 - 20:01
#42
Отправлено 25 ноября 2009 - 22:39
Yaman səs cixmir hec kimdən haaa))) muharibəyə HAZİRİQMİ???
Əlbəttə hazırıq (öz adımdan danışıram ),hərçənd ki,Azərbaycan respublikasında,qadınların səfərbərliyi haqqda qanuna dəyişiklik oldu,yəni onlar vətənə hərbi qulluqdan azaddırlar,amma könüllü iştirak edə bilərlər,düşünürəm ki,müharibə başlasa Azərbaycan xanımları Çaldıran döyüşündə olduğu kimi,müharibədə öz vətənini qorumağı özlərinə borc bilib,məharətlə öhdəsindən gələrlər.İnşəAllah!!!
İnşallah aqibətimiz də Çaldırandakı kimi acınacaqlı olmaz...Həmçinin düşünürəm ki,müharibə başlasa Bakı aeroportunda, vağzallarda adam əlində yer olmayacaq:)))))))))))))
Hmm,ona görə də,bizim təkcə hərbi vəziyyətimizi qiymətləndirib, düşmən ölkənin ümumi vəziyyətindən üstün olduğunu bildirərkən,və müharibə başlasa qalibiyyətimiz qətidir sözlərini deyərkən,unutmamaq lazımdır ki,o düşmənin arxasında nə boyda güc durur.O səbəbdən indidən dost-düşmənini tanımaq,və ehtiyat igidin yaraşığıdır deyimini şüar etmək lazımdır.Vətənpərvərlik isə ruhumuzda var,amma gərək əsas əməllərimizdə olsun.
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#43
Отправлено 26 ноября 2009 - 00:58
Baci muharibəyə hazir olmaq və onu realliq kimi qəbul etdiyin anda hec zaman duşmənin arxasinda kimin durduğu haqda fikirləşməyə luzum yoxdur! Bu secimdir.İnsanin ozunə məxsus olan bir secim. Yəzidin(lənətullah) arxasinda da az qoşun dayanmamişdi.AMMA İmamlarimizin qarşisini bu kəsə bilmədi,haqq iş ucun hec bir fakt dəyərli deyil.Yaman səs cixmir hec kimdən haaa))) muharibəyə HAZİRİQMİ???
Əlbəttə hazırıq (öz adımdan danışıram ),hərçənd ki,Azərbaycan respublikasında,qadınların səfərbərliyi haqqda qanuna dəyişiklik oldu,yəni onlar vətənə hərbi qulluqdan azaddırlar,amma könüllü iştirak edə bilərlər,düşünürəm ki,müharibə başlasa Azərbaycan xanımları Çaldıran döyüşündə olduğu kimi,müharibədə öz vətənini qorumağı özlərinə borc bilib,məharətlə öhdəsindən gələrlər.İnşəAllah!!!
İnşallah aqibətimiz də Çaldırandakı kimi acınacaqlı olmaz...Həmçinin düşünürəm ki,müharibə başlasa Bakı aeroportunda, vağzallarda adam əlində yer olmayacaq:)))))))))))))
Hmm,ona görə də,bizim təkcə hərbi vəziyyətimizi qiymətləndirib, düşmən ölkənin ümumi vəziyyətindən üstün olduğunu bildirərkən,və müharibə başlasa qalibiyyətimiz qətidir sözlərini deyərkən,unutmamaq lazımdır ki,o düşmənin arxasında nə boyda güc durur.O səbəbdən indidən dost-düşmənini tanımaq,və ehtiyat igidin yaraşığıdır deyimini şüar etmək lazımdır.Vətənpərvərlik isə ruhumuzda var,amma gərək əsas əməllərimizdə olsun.
Əməl də əməlli insanlarin keyfiyyətidir!
#44
Отправлено 26 ноября 2009 - 01:08
Baci muharibəyə hazir olmaq və onu realliq kimi qəbul etdiyin anda hec zaman duşmənin arxasinda kimin durduğu haqda fikirləşməyə luzum yoxdur! Bu secimdir.İnsanin ozunə məxsus olan bir secim. Yəzidin(lənətullah) arxasinda da az qoşun dayanmamişdi.AMMA İmamlarimizin qarşisini bu kəsə bilmədi,haqq iş ucun hec bir fakt dəyərli deyil.Yaman səs cixmir hec kimdən haaa))) muharibəyə HAZİRİQMİ???
Əlbəttə hazırıq (öz adımdan danışıram ),hərçənd ki,Azərbaycan respublikasında,qadınların səfərbərliyi haqqda qanuna dəyişiklik oldu,yəni onlar vətənə hərbi qulluqdan azaddırlar,amma könüllü iştirak edə bilərlər,düşünürəm ki,müharibə başlasa Azərbaycan xanımları Çaldıran döyüşündə olduğu kimi,müharibədə öz vətənini qorumağı özlərinə borc bilib,məharətlə öhdəsindən gələrlər.İnşəAllah!!!
İnşallah aqibətimiz də Çaldırandakı kimi acınacaqlı olmaz...Həmçinin düşünürəm ki,müharibə başlasa Bakı aeroportunda, vağzallarda adam əlində yer olmayacaq:)))))))))))))
Hmm,ona görə də,bizim təkcə hərbi vəziyyətimizi qiymətləndirib, düşmən ölkənin ümumi vəziyyətindən üstün olduğunu bildirərkən,və müharibə başlasa qalibiyyətimiz qətidir sözlərini deyərkən,unutmamaq lazımdır ki,o düşmənin arxasında nə boyda güc durur.O səbəbdən indidən dost-düşmənini tanımaq,və ehtiyat igidin yaraşığıdır deyimini şüar etmək lazımdır.Vətənpərvərlik isə ruhumuzda var,amma gərək əsas əməllərimizdə olsun.
Əməl də əməlli insanlarin keyfiyyətidir!
Təbii ki,elə yada salaq Bədr döyüşünü,Peyğəmbər (s.ə.v.s) 313 nəfərlə ondan qat-qat çox olan müşriklərlə savaşıb,qalib gəlmişdi.Çünki Allah onunla idi.Amma Ühud döyüşünə nəzər salsaq,müsəlmanların məğlubiyyətinə səbəb olaraq nəyi göstərə bilərik? deməyəcəyik ki,Allah Peyğəmbərlə (s) deyildi,çünki bilirik ki,bəziləri dünya malına görə Peyğəmbərin (s) göstərişlərini unutdular (ox atanlar) və axırda da məğlubiyyətə səbəb oldular.Ona görə də yenə deyirəm: Ehtiyat igidin yaraşığıdır!
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#45
Отправлено 26 ноября 2009 - 01:15
#46
Отправлено 26 ноября 2009 - 02:18
Kamandir,qorxaqliq ve behane,yerinde qeyd elemisen.Raziyam baci, amma bu millət artiq adət edib eee,bir işiq ucu gorən kimi,"ONLARİN DALİNDA URS DURUB" deyə oz aciz və qorxaqliğina bəraət qazandirsin.O boyda sovet ordusuyla Əfqanlar bizi bildircin kimi qirirdilar və hec zaman da " urus " anlayişi onlarin vecinə deyildi,amma bizimkilər isə,nə isə.
Melumundurki bu yaxinlarda ezane qadaga qoyulmsuhdu.Bu meseleden hali olanda, bir-neche qardash fikrimizi bildirdikki,etiraz etmeliyik...Bezi qardashlar ise bashladilar bizim fikrimize etiraz etmeye(ezanin verilmesine gore devlete etiraz etsez.mescid baglayarlar.ve yaxud hamimizi salarlar shobeye.bu kimi chox behaneler).Amma bizde senin kimi bilirdikki bu sozler qorxaqliqdan getirilen behanelerdir.Allah sozunun sedasinin yukselmesi uchun 1 damci qirmizi mayenin axmasina ve yaxud 1,2 hefte shobede yatmag deymezdimi?
Elbetdeki bunlardan kechmeye deyerdi,ve belede etdik.Yolu bagladiq.polisler geldiler,ve dava dushdu.Onlar inanmirdilarki muselmanlar bele hereket edecek.cheshib qaldilar.Sheherin polis reisi geldi,hechne alinmadi....Sonra icra bashchisi geldi ve ezan vere bilersiz dedi.Zefer bizimle oldu.
Bu hadiseni ona gore yazdimki kamandir.qorxaq olan yerde behanede olacag.
Bashqa cur misal chekim.Biz 4 neferik.2 kamandir 2 esger.Sen kamandir doyushe emri verirsen.diger kamandir deyir yox,doyushe getsek oleceyik.menim zatimda qorxaqliq oldugundan,men senin sozune yox,diger kamandirin sozunu haqq sayacagam.chunki zatimda qorxaqliq var.diger esger qorxaq olmadigindan seninle doyishe gedecek.
Uzun iller bundan evvel medreselerden birine israilin kkb-nin reisi gelir.Fatimeyi Zehra selamullahi aleyhani tehqir edir.Telebeler,muellimler hamisi susub baxirlar.
Yuzlerle insanin ichinden 1 nefer chixir,hemin yehudinin qulaginin dibine 1 shille vurur.
Shille vuran shexs Imam Xomeyni rehmetullahi eleyh idi.
Onun zatinda qorxu yox idi.Ona gorede 2500 il tarixi olan tagut shah rejimini yixdi.Amerkani qovdu,Dunyaya meydan oxudu.Amma qorxaqlar imam Xomeyni(r.a)-ya irad tutdular.
P.S bilirem kamandir,sen bunlair mendende yaxshi bilirsen.Prosta yazinda diqqetimi chekdi o cumlen,ureyimden geldi bunu yazmag,mende yazdim..Movzuya choxda elaqesi olmadigina gorede uzr isteyirem.
Сообщение отредактировал Zerger: 26 ноября 2009 - 02:23
#47
Отправлено 27 ноября 2009 - 01:41
#48
Отправлено 27 ноября 2009 - 10:09
amma sınaq meydanında Rəbbinin yolunda İbrahim Xəlilullah(as) kimi özünün oda atılmasına razı olmaq və sevimlmli ölvadını bu yolda qurban demək----inan ki, çox çətindir.
zatən Şiə olmaqda belədir..(indi birimiz dərk edib Şiə olmuşuq, digərimiz atası-anası şiə olduguna görə şiə olub. hərə də bir cürə olub.)
Məhrrəmlik günün də sinə döymək , qan vermək çox asandır..
amma..İmam Huseynin (as) şiəsi olmaq üçün çox çətindir..
#49
Отправлено 27 ноября 2009 - 10:57
döşünürəm ki, qoyun qurbanın kəsmək çox asandır.. hətta çox-çox asand.
amma sınaq meydanında Rəbbinin yolunda İbrahim Xəlilullah(as) kimi özünün oda atılmasına razı olmaq və sevimlmli ölvadını bu yolda qurban demək----inan ki, çox çətindir.
zatən Şiə olmaqda belədir..(indi birimiz dərk edib Şiə olmuşuq, digərimiz atası-anası şiə olduguna görə şiə olub. hərə də bir cürə olub.)
Məhrrəmlik günün də sinə döymək , qan vermək çox asandır..
amma..İmam Huseynin (as) şiəsi olmaq üçün çox çətindir..
Eger esl shie heqiqeten de chox olsayda belke Imam choxdan zuhur etmishdi !
#50
Отправлено 27 ноября 2009 - 11:32
Eger esl shie heqiqeten de chox olsayda belke Imam choxdan zuhur etmishdi
İlahi əmrə təslimçilik məqamında olmaq hər adamın işi deyil..
inshallah, İmam Zaman (af) aga zühur edəndən sonra mənim özümə desə ki, gir közərən təndirin içinə,
dogrusu....burda yazaram ki, girərəm!
amma əsl həqiqət isə Allaha bəllidir.
həmişə özümə demişəm ki, kaş ki... Fələstində israil tankın üstünə daş atan uşagın qeyrəti məndə olaydı..
#51
Отправлено 10 января 2010 - 21:15
İndi gənclər vaxtlarının çox hissəsini İnternetdə keçirirlər. Bu baxımdan, uşaq və gənclərə vətənpərvərlik hisslərinin aşılanması üçün İnternet ən güclü vasitələrdən biridir. Bunun üçün isə öncə vətənpərvərliklə bağlı zəngin İnternet resurslarına malik olmalıyıq. Azərbaycanın informasiya məkanına nəzər salsaq, vəziyyət heç də ürəkaçan səviyyədə deyil.
Vətənpərvərliklə bağlı İnternet resurs axtarmağa çalışsaq da, «vetenperver.wordpress.com», «milaz.info», «ramilsafarov.org» kimi cəmi bir-iki sayta rast gəldik. Bu səbəbdən Qarabağ və işğal olunmuş torpaqlarla, ümumiyyətlə, vətənpərvərliklə bağlı məlumat əldə etmək ümidilə dövlət qurumlarının elektron saytlarına diqqət yetirdik. Düzdür, onların hamısında olmasa da, əksəriyyətində belə informasiyalara yer ayrılır. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin saytında «Erməni terrorçuları tərəfindən törədilmiş terror aktlarının xronologiyası» və «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsi» adlı bölmə yerləşdirilib. Xarici İşlər Nazirliyinin İnternet səhifəsində də «erməni təcavüzü» adlı ayrıca banner var. Təhsil Nazirliyinin saytında Qarabağla bağlı məlumat yer almasa da, Azərbaycan haqqında ətraflı məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnternet səhifəsində də vəziyyət ürəkaçan idi. Burada da «qanlı yaddaş» başlığı ilə ayrıca bölmə fəaliyyət göstərir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnternet səhifəsində də «Qarabağ münaqişəsi» adlı bölməyə rast gəldik. Müharibə şəraitində olan bir ölkədə görəsən, bunlar yetərlidirmi?
Donor tapılmır
Humanitar Tədqiqatlar cəmiyyətinin rəhbəri Əvəz Həsənov hesab edir ki, Azərbaycan İnternet məkanında vətənpərvərlik sahəsində böyük boşluq var və Ermənistan bu boşluqdan əməlli-başlı yararlanır: «Onlar həmişə Azərbaycana qarşı informasiya müharibəsi aparıblar. Hətta bu sahədə irəlidədirlər desək, yanılmarıq. Əgər belə olmasaydı, Qarabağla bağlı hər hansı bir axtarış verəndə ilk növbədə erməni saytları açılmazdı. İstər rus, istər də ingiliscə axtarış verəndə, əsasən, erməni mənbələri açılır. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda İnternet resurslarının yayılmasında təbliğat çox zəifdir. Bizdə İnternet resurslarının yayılmasına pul ayıran yoxdur, desək, daha dəqiq olar».
QHT sədrinin qənaətincə, Azərbaycanda vətənpərvərliklə bağlı İnternet resursları sahəsində qıtlığın yaşanması donor problemilə bağlıdır: «Məsələn, biz QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə www.karabakhblog.com. saytı yaratmışıq. İki aydan çoxdur ki, mən bu saytın inkişafı üçün donor tapa bilmirəm. Mən elə iş adamlarına müraciət etmişəm ki, onlar televiziyalarda lazımsız layihələrə pul ayırırlar. Boğazdan yuxarı danışan «vətənpərvərlər» milyonlarla manatı boş-boş şeylərə xərcləyirlər. Amma Qarabağla bağlı sayta pul xərcləmək istəmirlər. Bir adam çıxardıb bir dənə kompyuter belə vermir bizə… Əgər Qarabağla bağlı resurs, vətənpərvərliklə bağlı sayt üçün bu ölkədə pul tapılmırsa, hansı vətənpərvərlik parametrlərindən danışmaq olar? Vətənpərvərlik məhz bu cür şeylərlə ölçülür. Azərbaycanda vətənpərvərliklə əlaqəli deyilən sözlər boğazdan yuxarıdır. Nə qədər ki, bu ölkədə İnternet vasitəsilə vətənpərvərliyin təbliği yüksək səviyyəyə qalxmayacaq, ermənilər həmişə bu işdə bizdən üstün olacaqlar».
Ə. Həsənov deyir ki, vətənpərvərliklə bağlı həyata keçirilən işlərdə gəlir güdmək düzgün deyil: «Bəzi donorlar bu cür saytların qeyri-kommersiya xarakterli olduğunu əsas gətirirlər. Onlar başa düşmürlər ki, bu cür işlərdə gəlir güdmək olmaz. Burada daha çox Azərbaycanın mövqeyi, təbliğatı əsas məsələdir. Vətən üçün nə isə etmək istəyirsən, amma görürsən ki, maliyyə köməyin yoxdur, adamda olan vətənpərvərlik hissi də ölür. Nə qədər ki, bizdə vətənpərvərliklə bağlı layihələrə donor tapılmır, o qədər də vətənpərvər insanlarda bu hissə qarşı antipatiya yaranacaq. Nəyə görə biz hansısa xarici donora müraciət etməliyik. Qoy azərbaycanlı iş adamları bu cür layihələrə pul ayırsınlar».
QHT sədrinin sözlərinə görə, İnternet daha çox xarici publikaya yönəlmiş bir təbliğat vasitəsi olmalıdır: «Bizim saytın oxucu auditoriyası arasında Ermənistan ikinci yer tutur. Bizim üçün vətənpərvərliklə bağlı məlumatları təkcə azərbaycanlıların oxuması o qədər də önəmli deyil. Əsas odur ki, bu məlumatları əcnəbilər, xüsusilə də ermənilər oxusun. Görsünlər ki, Azərbaycan bu sahədə müəyyən işlər görür. Ona görə də, saytımız rus və ingilis dillərində də fəaliyyət göstərir. Düşünürəm ki, İnternet daha çox xarici publikaya yönəlmiş bir təbliğat vasitəsi olmalıdır».
Gənclərin vətənpərvərliyə marağı yoxdur
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, Azərbaycanda vətənpərvərliklə bağlı saytların azlıq təşkil etməsi bir tərəfdən onların qeyri-kommersiya xarakterli olmasıyla bağlıdırsa, digər tərəfdən gənclərin buna marağının olmaması ilə əlaqədardır: «Tək vətənpərvərliklə əlaqəli deyil, sosial xidmət sahələri ilə bağlı resurslar da çox zəifdir. Çünki gənclər daha çox əyləncə xarakterli saytlara üstünlük verirlər. Ona görə belə saytların sayı yüzlərlədir. Bunun üçün vətənpərvərliklə bağlı İnternet resurslara gərək dəstək xətti olsun. Düzdür, bəzən belə saytlar könüllü şəkildə yaradılır. Könüllü şəkildə belə bir addımın atılması üçün də gərək vətənpərvərlik marağın olsun. Maraq isə azdır. Maraq az olanda gərək müəyyən qurumlar buna dəstək versin».
O. Gündüz əvvəlki illərlə müqayisədə son dövrlər bu sahədə irəliləyişin olduğunu deyir: «Düzdür, bu sahədəki vəziyyət elə də ürəkaçan deyil. Amma son dövrlər bu istiqamətdə yaradılan saytların sayı artıb. Problem odur ki, bunların hamısı bir-birini təkrarlayır. Yəni, informasiya cəhətdən onlarda maraqlı heç nə yoxdur. Demək olar ki, hamısı eyni şeyi verir. Çox gec yenilənirlər. Bu tip saytları yaradanlar çoxdur, amma inkişaf etdirən azdır. Düşünürəm ki, bu proses davamlı olmalıdır. Bunun üçün isə müəyyən dəstək lazımdır».
Ekspertin sözlərinə görə, gəncləri bu tip saytlara cəlb etmək üçün öncə maarifçilik işi aparmaq lazımdır: «Bunun üçün isə İnternetin keyfiyyəti yüksəldilməlidir. Düzdür, qiymət baxımından son dövrlər vəziyyət bir az düzəlib. Amma keyfiyyət baxımından vəziyyət pis olaraq qalır. Bu tip saytlar elə yüksək ideoloji üslubla tərtib olunmalıdır ki, gəncləri özünə cəlb edə bilsin».
Bütün saytlar pulsuz olmalıdır…
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc da vətənpərvərliklə bağlı İnternet resursların qənaətbəxş səviyyədə olmadığını deyir: «Çox təəssüflər ki, ermənilər bu işdə bizdən qat-qat qabaqdadırlar. Düşünürəm ki, bu prosesdə əsas maliyyə məsələləri rol oynayır. Bu səbəbdən bəzi İnternet resurslarımızın pulsuz olması üçün dövlət strukturları müvafiq addımlar atmalıdırlar. Mənim yadımdadır, o vaxt demişdilər ki, Qarabağla bağlı bütün resurslar pulsuz olacaq. İndiyədək bunun gerçəkləşməməsini çox mənfi hal kimi qiymətləndirirəm. Təbliğat çox güclü silahdır. Çalışmalıyıq ki, Azərbaycan gəncliyi öz maraqlarını məhz vətənpərvərliklə bağlı sahələrə yönəltsin. Amma reallıq gənclərin çoxusunun əyləncəli proqramlara üz tutduğunu göstərir».
Millət vəkili hesab edir ki, vətənpərvərlik təhsildən başlanır: «Savadsız adamı vətənpərvər etmək mümkün olmur. Vətəni qorumaq üçün sadəcə, fiziki güc kifayət etmir. Düşmənə qarşı beyinlə mübarizə aparmaq üçün savadlı olmaq lazımdır. Əgər orta məktəbi qurtaranların 90%-i məktəbi 2 qiyməti ilə başa vurursa, onda hansı vətənpərvərlikdən danışmaq olar?»
Z. Orucun sözlərinə görə, problemin həlli üçün dövlət proqramı hazırlanmalıdır: «Qarabağ məsələsilə bağlı əksər həqiqətləri biz informasiya resurslarına daşıya bilməmişik. İnternet resursları maliyyənin üzərində qurulub. Onlara ən azından kadr bazasını saxlamaq üçün maddi kömək olmalıdır. Ya müxtəlif təşkilatlar buna maliyyə ayırmalı, ya da dövlət müəyyən bir dövr üçün bu işi öz üzərinə götürməlidir. Hər bir dövlət strukturu fəaliyyət istiqamətindən asılı olmayaraq, öz İnternet səhifəsində vətənpərvərlik və Qarabağla bağlı xüsusi linklər yerləşdirməlidir. Qarabağla bağlı problemin mahiyyətini virtual silah vasitəsilə dünyaya çatdırmalıyıq. Bunu bir dövlət proqramı kimi həyata keçirmək üçün ciddi addımlar atılmalıdır. Məsələn, bir çox faktlar beynəlxalq aləmə təhrif olunmuş halda gedib çatır və bunun da əsas səbəblərindən biri bizim bu tip İnternet resurslarına biganə yanaşmağımızdır. Bu baxımdan, internet məkanında Qarabağ təbliğatının xüsusi bir xətt kimi aparılmasına böyük ehtiyac var. Bu sahə mükəmməl bir sistem və yaxud proqram halında işlənilməlidir. Bundan başqa, vətənpərvərliklə bağlı saytların əksəriyyəti pulsuz olmalıdır. Ən azı dövlət bu yükü öz üzərinə götürməlidir».
Yazı Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in inkşafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən «Uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi» layihəsi çərçivəsində hazırlanıb.
#52
Отправлено 23 января 2010 - 22:30
Dünən Bakının Nərimanov rayonunda Milli Qəhrəman İlqar İsmyılov adına 45 saylı orta məktəbdə Gənc Vətənpərvərlər Təşkilatı və Türk- İslam Diskussiya Klubunun birgə təşkil etdiyi "Təhsildə vətənpərvərlik" mövzusunda tədbir keçirildi.
Giriş sözüylə çıxış edən Gənc Vətənpərvərlər klubunun sədr müavini Şamxal Həsənli bu cür tədbirlərin düzənlənməsinin zəruriliyindən danışdı, məktəblərdə vətənpərvərlik təbliğatının aparılmasının, milli qəhrəmanlarımızın tanıdılması işinin vacibliyini vurğuladı.
Yazıçı-dramaturq Aygün Həsənoğlu Ermənistan-Azərbaycan müharibəsində qəhrəmanlıq göstərmiş vətən övladlarından söz açdı: "Xocalı faciəsində, ümumilikdə, Qarabağ uğurunda gedən döyüşlərdə xalqımızın başına olmazın bəlalar gəlib. Nə qədər günahsız insanlarımızın qanı axıdılıb, torpaqlarımız işğal olunub, kəndlərimiz, şəhərlərimiz yandırılıb, evlərimiz dağıdılıb. Gözləri çıxarılan, qolları kəsilən, bir sözlə, məhrumiyyətlərə məruz qalan həmvətənlərimiz daim bu sözləri səsləndiriblər: "Qarabağ Azərbaycanındı və Azərbaycanın da olacaq". Hətta bu sözləri deyəndə vəhşicəsinə qətlə yetirilən həmyerlimizin başı bədənindən ayrıldıqdan sonra da "Qarabağ Azərbaycanındır"- deyə iniltili səsləri eşidilib".
"Ermənilər tarix boyu özlərini bizlərə dost kimi göstərsələr də, imkan tapan kimi millətimizin başına müsibətlər gətiriblər"-deyən Aygün xanım vurğuladı ki, ermənilər bu cür dəhşətləri bizim xalqımızın başına gətirməklə Azərbaycan torpaqlarına sahib olmaq və "Böyük Ermənistan" yaratmaq niyyətini güdüblər: "Ancaq onlar bu arzularına heç vaxt çatmayacaqlar. Çünki bu gün vətənimizin gəncləri hər bir sahədə vətənpərvərlik nümayiş etdirirlər".
#53
Отправлено 04 апреля 2010 - 20:46
APA - nın bu məlumatı sırf populist çıxışlarla ictimaiyyətin diqqətində olan insanların söylədiklərindən ibarətdir : bu fikri işlədən insana mənim bir sualım var : Azərbaycan Ordusunun uğurlu əməliyyatı nə vaxt olub?Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar haqqında mətbuatımızda heç nə yazılmır.
Digər tərəfdən mən bildiyim qədər düşmən üzərində qələbə çalmaq üçün uğursuzluqlardan nəticə çıxarmaq lazımdır. Biz isə belə əməliyyatların üstündən sükutla keçməyə adət etmişik.
O ki qaldı sovet dövründə azərbaycanlı generalların tanıdılmaması məsələsinə bu qədər yalan olmaz !
mənə əvvəlcə sizin nəzərinizdə muasir müharibənin nədən ibarət olması çox maraqlıdır. Fikrimi sonra davam etdirirəm, oldumu?Men muharibeye haziram. O zaman biliner kimdir esl kishi .
#54
Отправлено 04 апреля 2010 - 20:53
VƏ.tənpərvərlik
Azərbaycanda hamı vətənpərvərdir. Böyükdən tutmuş kiçiyə qədər. Hətta pozğunlar, müğənnilər, qırəridəndən tutmuş briqadirə, oradan çıx yuxarı, direktor, rəis, deputat, yüksək çinli məmurlar və sair. Adam göydən gəlsə, bu qədər vətənpərvərin çoxluğundan və onların vətənpərvərlikdən danışanda ağızlarından çıxan odun püskürtüsündən dəhşətə gələr; bu qədər sevgimi olar yəni!!! Amma yaxşı ki, göydən gəlməmişik yoxsa başımıza papaq çox rahatlıqla keçərdi. İnsan Azərbaycanı diqqətlə izləyəndə görür ki, burada vətənpərvərlikdən danışanlar 3 dəstəyə bölünürlər. Birincilər qınağa düşmək istəməyənlərdir. İkincilər, (və) tənpərvərlər, yəni çörəyi bu kimi sözlərdən çıxanlardır. Üçüncü dəstə isə, heç kimin saymadığı, həqiqətən vətənini sevən ac kütlədir.
Nə qədər absurd görünsə də, bizdə düşmən və dost açıq düşüncə və məntiqlə yox rəislərin və başçıların sifarişi ilə müəyyənləşdirilir. Əgər onlar deyirlərsə, filan kəs və ya filan ölkə düşməndir, deməli mən öz ağlımı yığışdırıb, əsarətdə olan bir insan kimi, hətta fikrləşməyə belə macal tapmadan, rəisə tabe olmalıyam. Əks halda qınaq və ittihamlara özümü hazırlamalıyam. Bəzən görürsən rəis xalqa divan tutur, öz övladını əsgərliyə göndərmir, hansısa bir kasıbın balasını şərləyib zindana atdırır, məhdud maaşla böyük şirkətlər açır, amma yeri gələndə, vətənpərvərlikdən elə danışır ki, adam lap özündən xəcalət çəkir və belə bir "vətən oğulları" ilə fəxr etməyə bilmir.
Nə isə... Mənə elə gəlir ki, Azərbaycanda hər şey kökdən dəyişilməlidir. Çünki, getdikcə Qərbin və sionizmin təbliğatı nəticəsində yeni tipli vətənpərvərlik ideologiyası formalaşmaqdadır. Bu vətənpərvərliyə görə, əgər sənin torpağın işğalda, ana-bacıların bu işğal nəticəsində təcavüzə məruz qalıbsa, tolerant rəftar göstərməli və torpağını qan tökməklə deyil, minnətçi düşərək geri almağa çalışmalısan. Həmçinin, cəmiyyətdən işğala məruz qalmış bir xalqın ruhiyyəsini əlindən alaraq, küçələrdən, kütləvi informasiya vasitələrindən, xüsusən televiziyalarda şəhidlərdən heç bir nişan olmamalı, onların yerinə, əyyaş proqramlar yaymalı, pozğun müğənnilərin fotoları isə küçələrdən, divarlardan əskilməməlidir. Bax, bizim dərdimiz bunlardır, yoxsa "Polad Ələmdarı" Bakıya gətirib şou yaratmaq yox.
Mirhüseyn Haşimi
Сообщение отредактировал Nizami63: 04 апреля 2010 - 20:54
#55
Отправлено 05 апреля 2010 - 01:28
Maraqlı deyildir! Belə də məlumdur!APA - nın bu məlumatı sırf populist çıxışlarla ictimaiyyətin diqqətində olan insanların söylədiklərindən ibarətdir : bu fikri işlədən insana mənim bir sualım var : Azərbaycan Ordusunun uğurlu əməliyyatı nə vaxt olub?Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar haqqında mətbuatımızda heç nə yazılmır.
Digər tərəfdən mən bildiyim qədər düşmən üzərində qələbə çalmaq üçün uğursuzluqlardan nəticə çıxarmaq lazımdır. Biz isə belə əməliyyatların üstündən sükutla keçməyə adət etmişik.
O ki qaldı sovet dövründə azərbaycanlı generalların tanıdılmaması məsələsinə bu qədər yalan olmaz !mənə əvvəlcə sizin nəzərinizdə muasir müharibənin nədən ibarət olması çox maraqlıdır. Fikrimi sonra davam etdirirəm, oldumu?Men muharibeye haziram. O zaman biliner kimdir esl kishi .
#56
Отправлено 05 апреля 2010 - 13:47
Azərbaycan Ordusunda Nail Rzayev kimi generallardan bir Allah bilir ki nə qədərdir.
#57
Отправлено 05 апреля 2010 - 16:48
Rusiya ordusunda heç yoxdur...mən indi də yalanlar danışmaqda davam edən insanların vətənpərvərliyinə inanmıram. Bundan baçqa başı korrupsiyaya qarışmış insanları da belə qəbildən hesab edirəm.
Azərbaycan Ordusunda Nail Rzayev kimi generallardan bir Allah bilir ki nə qədərdir.
Mənə maraqlıdır ki, ümumiyyətlə, rus xalqında vətənpərvərlik deyilən bir məfhum var? Yoxsa çoban itini qabağa verdiyi kimi, general da əsgərləri qabağa verir?
#58
Отправлено 05 апреля 2010 - 16:55
çox - çox əvvəllər oxuduğum və böyük sərkərdə Suvorova məxsus olan bir ifadəni yaddaşımda qaldığı kimi nəzərinizə çatdırmaq istəyirəm : Mən osmanlı əsgərinin və rus zabitinin igidliyi qarşısında təzim edirəm...Rusiya ordusunda heç yoxdur...mən indi də yalanlar danışmaqda davam edən insanların vətənpərvərliyinə inanmıram. Bundan baçqa başı korrupsiyaya qarışmış insanları da belə qəbildən hesab edirəm.
Azərbaycan Ordusunda Nail Rzayev kimi generallardan bir Allah bilir ki nə qədərdir.
Mənə maraqlıdır ki, ümumiyyətlə, rus xalqında vətənpərvərlik deyilən bir məfhum var? Yoxsa çoban itini qabağa verdiyi kimi, general da əsgərləri qabağa verir?
Сообщение отредактировал Nizami63: 05 апреля 2010 - 16:56
#59
Отправлено 05 апреля 2010 - 17:09
Elə bil ki, digər mövzularda, rusiyanın çulunu sudan çıxarmaq üçün, günahları Türkiyənin boynuna atan siz deyildiz...çox - çox əvvəllər oxuduğum və böyük sərkərdə Suvorova məxsus olan bir ifadəni yaddaşımda qaldığı kimi nəzərinizə çatdırmaq istəyirəm : Mən osmanlı əsgərinin və rus zabitinin igidliyi qarşısında təzim edirəm...Rusiya ordusunda heç yoxdur...mən indi də yalanlar danışmaqda davam edən insanların vətənpərvərliyinə inanmıram. Bundan baçqa başı korrupsiyaya qarışmış insanları da belə qəbildən hesab edirəm.
Azərbaycan Ordusunda Nail Rzayev kimi generallardan bir Allah bilir ki nə qədərdir.
Mənə maraqlıdır ki, ümumiyyətlə, rus xalqında vətənpərvərlik deyilən bir məfhum var? Yoxsa çoban itini qabağa verdiyi kimi, general da əsgərləri qabağa verir?
#60
Отправлено 05 апреля 2010 - 17:18
hörmətli Şair, mən nə dediyimi yaxşı bilirəm, ola bilər ki çox gənc olduğunuz üçün müəyyən məqamlara diqqətlə fikir vermirsiniz. Belə ki Suvorovun ifadəsində Osmanlı əsgərindən bəhs edilib.Elə bil ki, digər mövzularda, rusiyanın çulunu sudan çıxarmaq üçün, günahları Türkiyənin boynuna atan siz deyildiz...çox - çox əvvəllər oxuduğum və böyük sərkərdə Suvorova məxsus olan bir ifadəni yaddaşımda qaldığı kimi nəzərinizə çatdırmaq istəyirəm : Mən osmanlı əsgərinin və rus zabitinin igidliyi qarşısında təzim edirəm...Rusiya ordusunda heç yoxdur...mən indi də yalanlar danışmaqda davam edən insanların vətənpərvərliyinə inanmıram. Bundan baçqa başı korrupsiyaya qarışmış insanları da belə qəbildən hesab edirəm.
Azərbaycan Ordusunda Nail Rzayev kimi generallardan bir Allah bilir ki nə qədərdir.
Mənə maraqlıdır ki, ümumiyyətlə, rus xalqında vətənpərvərlik deyilən bir məfhum var? Yoxsa çoban itini qabağa verdiyi kimi, general da əsgərləri qabağa verir?
Əmri icra edənlərlə əmri verənlər arasında çox böyük fərqlər vardır...
Yeri düşmüşkən bizim "başbilənlərin" vətənpərvərliyinə mənim nəyə görə inanmadığım sizə maraqlıdırmı?
Количество пользователей, читающих эту тему: 0
0 пользователей, 0 гостей, 0 скрытых пользователей