Перейти к содержимому


Фотография

Goldstone hesabatı işə yarayacaq?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 24 октября 2009 - 01:52

Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqqları Şurası, keçən il Qəzzədə hücum təşkil edən İsraili günahlandıran hesabatı qəbul etdi. Hesabatı Richard Goldstone hazırlamışdır.
BMT İnsan Haqqları Şurasında, İsraili döyüş cinayəti ilə günahlandıran hesabat qəbul edildi.

25 üzv bu hesabatın lehinə 6 üzv isə əleyhinə səs verdi. 11 adam isə bitərəf qaldı. Qərarın beynəlxalq sahədə Fələstinin əlini qüvvətləndirməsi gözlənilir.

Həm İsrail həm də Həmas, Goldstone hesabatındakı günahlandırmaları rədd etmişdir.

Hesabatda, İsrail və Fələstinin günahlandırmalarla əlaqədar istintaq açmağa yanaşmaması vəziyyətində, BMT Təhlükəsizlik Şurasının mövzunu Beynəlxalq Döyüş Cinayətləru Məhkəməsinə göndərməsi üçün çağırışda oldular.


Sizcə bu hesabatın yararı olacaq???

Ya gözdən pərdə asmaqdır?

#2 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 24 октября 2009 - 02:43

işə yarayıb-yaramayacağını zaman göstərəcək. amma bu hesabat Təhlükəsizlik Şurasında da pislənsə, bu artıq yəhidilərin siyasi arenada məğlubiyyətinin göpstəricilərindən olacaq.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#3 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 октября 2009 - 02:56

Yəhudi lobbisini yaddan cixarmaq olmaz!hər cəhdlə inad edəcəklər məlunlar!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#4 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 06 ноября 2009 - 20:03

BMT İSRAİLİ MƏYUS ETDİ


BMT Baş assambleyası 2 minə yaxın fələstinlinin həlak olduğu Qəzza qətliamını araşdıran qoldston hesabatına dair qərarı qəbul edib


Bütün dünyanın gözü qarşısında baş verən hücumlara beynəlxalq ictimaiyyətin cavabı Qoldston hesabatı ilə verilib. BMT baş assambleyası İsrailin müharibə cinayəti ilə ittiham edildiyi Qoldston hesabatı ilə bağlı Ərəb ölkələrinin hazırladığı layihəni təsdiq edib.

114 ölkə layihənin lehinə, başda İsrail və ABŞ olmaqla 18 dövlət də əleyhinə səs verib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Qabriela Şalev hesabatı "İsrailə qarşı kin və nifrət dolu bir hesabat adlandırıb. Fələstin adminstrasiyasının BMT nümayəndəsi Riyad Mansur, layihənin qəbululunu baş assambleya tarixindəki ən əsas qərarlarından biri olaraq dəyərləndirib.

Layihə Təhlükəsizlik Şurasında ələ alındıqdan sonra isə Qəzzada baş verənlər zamanı yaşanan insan hüquqları ehmalların araşdırılması üçün həm Hamas həm də İsrailə öz daxili istintaqı 3 ay ərzində həyata keçirməsi tələb ediləcək.

İsrail 2 minə yaxın fələstinlinin öldüyü Qəzza hücumları haqqındakı hesabatın insan hüquqları məhkəməsinə gödərilməsi əngəlləyirdi. Buna səbəb kimi Fələstin lideri Mahmud Abbasın İsrail rəhbərliyi ilə Qəzza hücumlarını təsdiq edən və dəstək verən çıxışlarının videosu göstərilirdi.


MƏNBƏ
http://www.xezerxebe...x?id2=3&id=3082

Сообщение отредактировал Shie_cavabi: 06 ноября 2009 - 20:04

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#5 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 28 марта 2010 - 20:16

bu gün dünya siyasətində baş verənlər Goldstonenin hesabatının yalnız bir başlanğıc olduğunu ortaya qoyub : Ərəb Birliyinin sammiti Liviyanın Sirte şəhərində Ərəb Birliyinin sammiti öz işinə başlayıb. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, zirvə görüşünə qonaq qismində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Dəvətə və qonaqpərvərliyə görə Liviya lideri Müəmmər Qəddafiyə təşəkkürünü bildirən Ərdoğan türklərlə ərəblərin ortaq tarixə, mədəniyyətə və inanca malik olduğunu vurğulayıb: “Tarix və inanclarımız bizi bir-birimizə dost deyil, qardaş edib. Biz bu bölgənin böyük və şərəfli tarixini birgə yazmışıq. Bölgənin gələcəyini də birlikdə yazacağımıza kimsə şübhə etməsin”.

Ərəb dövlətlərini birliyə çağıran Ərdoğan daha sonra bölgənin əsas probleminə - Fələstin münaqişəsinə toxunub. Bu xüsusda o, İsrail rejiminin ünvanına sərt tənqidlər səsləndirib: “Qüds islam dünyasının göz bəbəyi, ilk qibləsidir. İsrail rejiminin Qüdsə və digər müqəddəs məkanlara hücumları əsla qəbul edilə bilməz. Şərqi Qüdsdə 600 min yeni mənzilin inşasına başlanması da məqbul durum deyil. İsrail rejiminin daxili işlər nazirinin Qüdsü paytaxt elan etməsi çılğınlıqdır. Bu, bizi qorxuda bilməz və yalnız İsrail rejiminin özünütəcridinə səbəb olar”.

Türkiyənin baş naziri İsrail rejimini təkcə beynəlxalq hüququ deyil, insani duyğuları, tarixi və vicdanı tapdalamaqda ittiham edib: “Qüds yandıqca Fələstin, Fələstin yandıqca Orta Şərq, Orta Şərq yandıqca isə dünyamız sülh və barışa çata bilməz. “Əl-Fətih” və “HƏMAS” başda olmaqla fələstinli qardaşlarımızın Fələstinin birliyi üçün atacağı addımları dəstəklədiyimizi bəyan edirəm. Günümüz oturub ağlamaq, göz yaşı tökmək və baş verənləri tribunalardan izləmək günü deyil, ittifaq və sülhü təmin etmək günüdür. Bizə islamofobiya yarlığını yapışdırmaq istəyənlər isə insanlıq suçu işləyəcəklər”.

Liviya lideri Müəmmər Qəddafi və Ərəb Birliyinin baş katibi Əmir Musa Ərdoğanın çıxışını ayaq üstə alqışlayıb.


Сообщение отредактировал Nizami63: 28 марта 2010 - 20:17

Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#6 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 01 апреля 2010 - 19:41

BMT İsraili boykot etməyə çağırdı : BMT İsrailin fələstinlilərin orqanlarını əldə etməsini təsdiq edən sənəd hazırlayıb.

İslam-Azeri.az İnternet qəzetinin AP-yə istinadən verdiyi xəbərə görə, sənəd qurumun İnsan Haqqları Komitəsi tərəfindən tərtib edilib.

BMT-nin rəsmi bəyanatında deyilir: “Mətbuatda bildirildiyi kimi, oğurlanan və qətlə yetirilən fələstinlilərin daxili orqanlarının qeyri-qanuni dövriyyəyə çıxarılması dünya bazarında böyük gəlir mənbəyinə çeırilə bilər. İsveç mətbuatının qeyd etdiyi kimi, İsrail həkimləri, tibb mərkəzləri, ravvinləri və ordusu böyük ehtimalla orqanların əldə edilməsində iştirak ediblər. İsrail həkimləri orqanları xaric etdikdən sonra, əsgərlər cəsədləri ya üzərində yalnız rəqəmlər qeyd olunan məzarlarda dəfn edir, ya da möhürlənmiş qutulara yerləşdirərək, kommendant saatı zamanı ailələrinə dəfn edilməsi üçün təhvil veriblər. Biz bütün dünya həkimlərini, tibb mərkəzlərini və şirkətlərini İsrail həkimlərini və tibb mərkəzlərini pisləməyə və onlara boykot elan etməyə çağırırıq”.

Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru