Перейти к содержимому


Фотография

"Abəsə" surəsi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 67

#1 AbdulWahhab

AbdulWahhab

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 40 сообщений

Отправлено 01 ноября 2009 - 01:00

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?

#2 Malik Ashtar

Malik Ashtar

    Mulazzim Awwal – 1st lieutenant

  • Naib
  • 551 сообщений

Отправлено 01 ноября 2009 - 16:29

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?


Səhabəlrdən birisi. Hər halda Peyğəmbər deyil. Bu birinci ayədə müraciət formasından görünür. Digər ayələrdə isə "sən" deyilərək həmin sahabədən söz açilir. Mən bildiyimə görə orada Osmana işarə olunur.

#3 Ya Ali

Ya Ali

    Jundi – Soldier

  • Ibtidai
  • 9 сообщений

Отправлено 01 ноября 2009 - 20:03

Her halda rasulillah olmaz.

#4 Zeyd

Zeyd

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 226 сообщений

Отправлено 01 ноября 2009 - 20:53

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?


Burada Beni-Umeyye boyuklerinden biri tenqid olunur....(tefsiri Mizan cild 20. seh 330)

basqa elde etdiyim melumata gore Velid ibn Mugeyre
İmam Hüseyn (ə): Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar
.

#5 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 03 ноября 2009 - 12:10

Bu barədə şiələrin mцvqeyi mənə зoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?

Bu aye Peygembernen Alinin baresinde.Esteqfirullah.Vehabiler hele tarazdamiyiblar bu barede?
Muhterem kardeşim, sizin de değindiğiniz gibi, Yьce Resulullah'ın (s.a.a) masumiyetiyle ilgili ileri sьrьlen ve gьya, Allah Resulь'nьn masыm olamadığını gцsteren delillerden birisi de "Abese" suresinde anlatılan olaydan ibarettir. Bu olay, konuyla ilgilenen hemen her kişinin ileri sьrdьğь ve bununla Allah Resulь'nьn masыm olamayacağını ispatlamaya зalıştığı bir şeydir. Bunun başlıca sebebi, belki de iki şeydir: Ehl-i Sьnnet kaynaklarında вyetlerin sebeb-i nьzuluyla ilgili nakledilen rivвyetler ve вyetlerin bir kısmında yer alan hitaplar.



Biz bu olayı incelemeden цnce, sцz konusu rivвyetlerde yer aldığı şekliyle olayı nakledip ardından, cevabına geзmek istiyoruz :

Olay Ehl-i Sьnnet kaynaklarında kısaca şцyle nakledilmiştir:

"Bir gьn Allah Resulь (s.a.a) Kureyş'in servet ve makam sahibi bazı bьyьkleriyle (onları hidayet etme amacıyla) sohbet ederken, a'ma olan Abdullah İbn-i Ьmm-ь Mektыm, meclise girmiş ve ısrarla Allah Resulь'nden, Allah'ın цğrettiği şeylerden kendisine цğretmesini istemiş; Resulullah (s.a.a) ise, Kureyş bьyьkleriyle olan sohbetini yarıda kesen Abdullah'ın bu tavrından rahatsız olarak, ona surat asmış ve sırtını ona dцnerek Kureyşlilerle olan sohbetine devam etmişti."



Hatta bu rivвyetlerin bazısında şцyle ilave edilmiştir: "Resulullah, İbn-i Ьmm-ь Mektыm'un o sırada toplantıya gelmesine rahatsız olmuş ve kendi iзinde: "Şimdi bu Kureyşli, 'Bu adama uyanlar bir avuз kцr, sefil ve kцle insanlardır diyecektir' diyerek ona surat asmış ve sırtını dцnmьştь..." bunun ьzerine Allah-u Teвlв (c.c) şu ayetleri indirmiş ve Resulullah'ı bu tavrından цtьrь kınamıştır:
Bu rivвyetler iзin şu kaynaklara bakabilirsiniz: Tefsir-i Taberо, C.30, S.33-34, Tefsir-i İbn-i Kesir, C.4, S.470, Tirmizо ve Ebы Ya'la'dan naklen, Ed-Dьrr-ьl Mensыr, C.6, S.314 –315, Hayat-ьs Sahвbe, C.2, S.520, Mecme-ьl Beyвn, C.10, S.437 ve...
Eslinde ise...

Сообщение отредактировал Mumin: 03 ноября 2009 - 12:18


#6 MURTEZA

MURTEZA

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 05 ноября 2009 - 21:21

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?

Bes sizde bu maragi yaradan nedir?Belke bu barede biraz daniwaq,eger daniwmaga sozunuz varsa.YA BISMILLAH!
Sevgili CANAN gelecek,az qalib!

#7 Zeyd

Zeyd

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 226 сообщений

Отправлено 07 ноября 2009 - 11:30

Bu barədə şiələrin mцvqeyi mənə зoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?

Bu aye Peygembernen Alinin baresinde.Esteqfirullah.Vehabiler hele tarazdamiyiblar bu barede?
Muhterem kardeşim, sizin de değindiğiniz gibi, Yьce Resulullah'ın (s.a.a) masumiyetiyle ilgili ileri sьrьlen ve gьya, Allah Resulь'nьn masыm olamadığını gцsteren delillerden birisi de "Abese" suresinde anlatılan olaydan ibarettir. Bu olay, konuyla ilgilenen hemen her kişinin ileri sьrdьğь ve bununla Allah Resulь'nьn masыm olamayacağını ispatlamaya зalıştığı bir şeydir. Bunun başlıca sebebi, belki de iki şeydir: Ehl-i Sьnnet kaynaklarında вyetlerin sebeb-i nьzuluyla ilgili nakledilen rivвyetler ve вyetlerin bir kısmında yer alan hitaplar.



Biz bu olayı incelemeden цnce, sцz konusu rivвyetlerde yer aldığı şekliyle olayı nakledip ardından, cevabına geзmek istiyoruz :

Olay Ehl-i Sьnnet kaynaklarında kısaca şцyle nakledilmiştir:

"Bir gьn Allah Resulь (s.a.a) Kureyş'in servet ve makam sahibi bazı bьyьkleriyle (onları hidayet etme amacıyla) sohbet ederken, a'ma olan Abdullah İbn-i Ьmm-ь Mektыm, meclise girmiş ve ısrarla Allah Resulь'nden, Allah'ın цğrettiği şeylerden kendisine цğretmesini istemiş; Resulullah (s.a.a) ise, Kureyş bьyьkleriyle olan sohbetini yarıda kesen Abdullah'ın bu tavrından rahatsız olarak, ona surat asmış ve sırtını ona dцnerek Kureyşlilerle olan sohbetine devam etmişti."



Hatta bu rivвyetlerin bazısında şцyle ilave edilmiştir: "Resulullah, İbn-i Ьmm-ь Mektыm'un o sırada toplantıya gelmesine rahatsız olmuş ve kendi iзinde: "Şimdi bu Kureyşli, 'Bu adama uyanlar bir avuз kцr, sefil ve kцle insanlardır diyecektir' diyerek ona surat asmış ve sırtını dцnmьştь..." bunun ьzerine Allah-u Teвlв (c.c) şu ayetleri indirmiş ve Resulullah'ı bu tavrından цtьrь kınamıştır:
Bu rivвyetler iзin şu kaynaklara bakabilirsiniz: Tefsir-i Taberо, C.30, S.33-34, Tefsir-i İbn-i Kesir, C.4, S.470, Tirmizо ve Ebы Ya'la'dan naklen, Ed-Dьrr-ьl Mensыr, C.6, S.314 –315, Hayat-ьs Sahвbe, C.2, S.520, Mecme-ьl Beyвn, C.10, S.437 ve...
Eslinde ise...



DEDİKLERİN BURDADA VAR --------cild 6 seh 314 ED DURRUL MENSUR (SUYUTİ)

BUNLAR PEYGEMBERİMİZE BELE HALLAR NİSBET VERMEKLE ADİ İNSANİN EN MURDAR İSLERİNİ UZURLU HESAB ETMELEİ UCUNDU
İmam Hüseyn (ə): Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar
.

#8 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 23 ноября 2009 - 16:05

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?



Şiyələrin mövqeyi həmişə gün kimi aydındır. Biz mə`sum peyğəmbərimizin şə`ninə xələl gətirən bütün pislikləri ondan uzaq tuturuq. Təfsir alimlərinin yazdıqlarına əsasən bu surə Məkkədə də`vətin ilk dövrlərində "Qaləm" surəsindən sonra nazil olmuşdur. Allah Təala isə "Qaləm" surəsinin 4-cü ayəsində buyurur:

Həqiqətən də, sən böyük əxlaq sahibisən! (əl-Qaləm ayə 4)


Başa düşən üçün bu ayə höccətdir ki, Peyğəmbər s.a.s. necə yüksək əxlaqa sahib olub. İslam düşmənləri isə bu cür ayələrdən və peyğəmbərin həyatından qəflətdə olub "Abəsə" surəsinin 1-ci ayəsindən yapışaraq Peyğəmbəri s.a.s.-ə dil uzatmaq istəyirlər.

İndi mənə maraqlıdır ki, sən hansı sırada yer tutmaq istəyirsən.
1. Peyğəmbər s.a.s.-in böyük əxlaq sahibi olub bu cür əməli etməsini qəbul etməyənlər
2. Peyğəmbər s.a.s.-in varlı ilə kasıb arasında fərq qoyub ona xitab edənlərə üzünü turşutmasına inanan İslam düşmənləri.

İnşaAllah sən sualımı cavablandır məndə inşaAllah mə`sumlarımızın (Allahın salamı onlara olsun)və alimlərimizin (Allah onları hifz etsin) sözləri ilə ayəyə aydınlıq gətirərəm.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#9 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 24 ноября 2009 - 22:12

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?


Buyur:
http://islammektebi....c...r&Itemid=59

  • raziye это нравится
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#10 Sultan

Sultan

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 247 сообщений

Отправлено 25 ноября 2009 - 13:14

Bismillah.. Bu surədəki qınanan insanın kim olduğu barədə-qiyamət günü çooox adam peşman olacaq..

Allah Rəsulunun (s.a.a.s) əxlaqı bizim üçün, insanlıq üçün nümunə idi.. Fəxri-kainat idi o..

Bu ayə haqqında deyilən hədis isə etibarlı , səhih mənbələrdən deyil.. Səhih olsa belə, o insanın(ayədə tənqid olunan) Rəsuli-Əkrəm olduğu mümkünsüzdür..

"Bir sıra müfəssirlərin yazdıqlarına əsasən o Həzrət(s) insanlara qarşı o qədər səmimi və məhəbbətlə davranırdı ki, hətta əl görüşdükdə belə öz əlini qarşı tərəfin əlindən əvvəl geri çəkməzdi ki, bəlkə onun xətrinə dəyə bilər. Bəs necə ola bilər ki, İslam dinini öyrənmək məqsədilə gələn şəxsə qarşı etinasızlıq və hörmətsizlik etsin? Bütün ilahi peyğəmbələr heç zaman xalqı onlardan uzaqlaşdıracaq əməllərə əl atmırlar. Çünkü belə hərəkətlər onların vəzifələrinin naqis və natamam qalmasına gətirib çıxarır ki, bu da öz nöbəsində yol verilməzdir. "


Mənimlə biri bu yaxınlarda buna gör mübahisə etdi.. Yəni deyir ki, peyğəmbərdə bəşərdir və günahkardır..

"Dəlili" isə Abəsə surəsinin ilk 7 ayəsi.))

Bir də, əgər o səhvsiz idisə, niyə Allah ona ayə nazil edir ki, bu qədər namaz qılma (guya o ifrata varırmış) nəuzən billah..və ya başqa,

əl-Muddəssir 1-7 ayələrində də ona, məhz ona deyilir sözlər..

Allah vəhabiləri layiqdirlərsə hidayət etsin, amin!
  • raziye это нравится
Mekkede bunalırsan, Medineye köçərdin...
Biz bu dünyadan hara köçək, yâ Muhammed? Yer üzünde riyâ, inkâr, xəyanət Altın dövrünü yaşayır... Diller, səhifələr, sətirlər "Ebu Leheb öldü" deyirlər. Ebû Leheb ölmedi, yâ Muhammed Ebû Cehil qit'ələr dolaşır!

#11 Tugba-su

Tugba-su

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 12 сообщений

Отправлено 13 января 2010 - 22:18

SALAMUN ALEYKUM.EGER PEYGEMBER (S.A.A)MESUMLUGUNA SHUBHE EDIRSINIZSE?
EN-NECM SURESI.1-5 AYELERI OXUYUN.
BISMILLAHIR RAHMANIR REHIM.

1.BATMAGDA OLAN ULDUZA(SUREYYA ULDUZUNA) AND OLSUN KI,
2.SIZIN YOLDASHINIZ (MUHAMMED ELEYHISSELAM )NE HAQQ YOLDAN SAPMISH,NE DE AZMISHDIR!
3.O,KEFI ISTEYEN I(HAVADAN ) DANISHMIR.
4.BU,ANCAQ (ALLAH DERGAHINDAN ) NAZIL OLAN BIR VEHYDIR.
5.ONU (MUHAMMED ELEYHISSELAMA) COX QUVVETLI OLAN (CEBRAIL) OYRETDI.

#12 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 23 января 2010 - 09:31

Z.Bünyadov və V.Məmmədəliyevin tərcümələri بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰ
(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.

Amma Əlixan Musayevin tərcüməsində بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰ
O qaşqabağını sallayıb üzünü yana çevirdi.
Bildiyime gore burada Velid ibn Mugeyre ye xitab edilir

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#13 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 14 февраля 2010 - 10:13

Əbəsə surəsinin ilk yeddi ayəsi varlılara və zəngin insanlara onların mal-dövlətinə görə meyilli olan, sonsuz ehtiram bəsləyərək, hörmətlə yanaşan, amma kasıb, yoxsul və fağır insanlara aşağı gözlə baxan, onları əskik və dəyərsiz sayan bir şəxsin əməlinə etiraz olaraq nazil olmşdur.


Lakin bəziləri bu ayələrin Peyğəmbər(s)-ın haqqında nazil olmasına diqqət yönəldərək bu haqqda bir sıra əsassız iddialar irəli sürmüşlər. Belə ki, onlar İbn Abbas, Aişə və başqalarının rəvayətlərinə istinad edərək, söylənilən ayənin Peyğəmbər(s)-la birbaşa əlaqəli olduğuna təkid edirlər. Guya ki, bir gün Həzrət Məhəmməd(s) kafir bə müşriklərin rəhbərlərini İslam dininə dəvət etmək məqsədilə söhbətə məşğul olduğu zaman, İbn Ümm Məktum adlı bir kor kişi onların yanına gələrək, Peyğəmbər(s)-dan ona öz dini haqqında məlumat verməyi tələb etdi. O, bu istəyində olduqca israrlı və inadlı idi. Amma Peyğəmbər(s) kor kişinin istəyinə e,tiraz əlaməti olaraq, üzünü turşudub, bir daha ona etina etmədi. Elə bu vaxt Allah tərəfindən Əbəsə surəsinin ilk yeddi ayəsi nazil olaraq, Peyğəmbər(s)-ı bu hərəkətinə görə danladı. Nəticədə o, öz əməlinə peşman olub, kor kişidən üzr istəyərək, ona nəvaziş göstərdi.

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#14 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 14 февраля 2010 - 10:14

Halbuki, bu rəvayət bir çox cəhətdən səhih və düzgün sayıla bilməz:


1) Söylənilən rəvayət mənbə və sənəd baxımından etibarlı deyildir. Çoxsaylı məşhur islam alimləri bu hədisə etina olunmamasına təkid etmişlər . Çünki hədisi söyləyən şəxslər onu etibarlı və səlahiyyətli mənbəyə əsaslandırmamış və həmçinin rəvayəti nəql edənlərin arasında tanınmamış və kimliyi məlum olmayan şəxslər də mövcuddur. Belə ki, iddia edilən hadisənin baş verdiyi zamana ən yaxın yaşamış və onu sonrakı nəslə rəvayət etmiş şəxslər, İbn Abbas və Aişədir ki, onlar da, o vaxt ya dünyaya gəlməmiş və yaxud da, südəmər uşaq olmuşdur.


2) Hədisin mətni də, ziddiyyətli formada nəql olundğu üçün, rəvayətlərin arasında müxtəlif paradokslar mövcuddur.


Aişə bir yerdə İbn Ümm Məktumun Peyğəmbər(s)-ın yanına gəldiyində, O həzrətin(s) müşriklərin rəhbələrilə söhbətə məşğul olduğunu deyir. Başqa bir yerdə isə Peyğəmbərin bəzi məsələləri Qüreyşin rəhbərlərilə müzakirə etdiyini söyləyir və onların Əbu Çəhl və Ütbə olmasına diqqət çəkir. Digər rəvayətində də, o, bu şəxslərin Ütbə və Şeybədən ibarət olduğunu söyləyir. İbn Abbasa görə isə onlar Ütbə, Abbas və Əbu Cəhl idi. Amma Ənəsin rəvayətinə görə Peyğəmbər(s) bir nəfərlə, yəni؛ Übəyy ibn Xələflə danışırdı. Əbu Malik isə Peyğəmbərlə (s) danışan şəxsin Üməyyə ibn Xələf olduğunu deyir. Mücahid onların Ütbə ibn Rəbiə və Üməyyə ibn Xələf olduğunu iddia edir. Mücahid başqa bir yerdə isə onun yalnız qüreyşli adi bir şəxs olduğuna israr edir.


3) İşarə olunan ayələrxitab etdiyi şəxsi qaraqabaq, adamayovuşmaz, qatı və tünd xasiyyətli bir insan kimi tanıdır. Bir halda ki, tarix boyu belə bir xüsusiyyət nə Quran, nə Peyğəmbər(s)-ın dostları və nə də düşmənləri tərəfindən ona nisbət verilməmişdir. Həqiqətdə o dövrün insanları Peyğəmbər(s)-ın gözəl əxlaqa malik olduğuna və mehriban həmsöhbət olduğuna həmişə etiraf etmişlər.Bir sıra müfəssirlərin yazdıqlaına əsasən o Həzrət(s) insanlara qarşı o qədər səmimi və məhəbbətlə davranırdı ki, hətta əl görüşdükdə belə öz əlini qarşı tərəfin əlindən əvvəl geri çəkməzdi ki, bəlkə onun xətrinə dəyə bilər. Bəs necə ola bilər ki, İslam dinini öyrənmək məqsədilə gələn şəxsə qarşı etinasızlıq və hörmətsizlik etsin? Bütün ilahi peyğəmbələr heç zaman xalqı onlardan uzaqlaşdıracaq əməllərə əl atmırlar. Çünkü belə hərəkətlər onların vəzifələrinin naqis və natamam qalmasına gətirib çıxarır ki, bu da öz nöbəsində yol verilməzdir.


4) Söylənilən ayələr tənqid etdiyi şəxsi zəngin və varlı insanlara meyllı olmaqda, amma yoxsul və kasıb xalqa etinasızlıq etməkdə təqsirləndirir.
Halbuki, Həzrət Məhəmməd (s) belə xüsusiyyətə malik deyildi. O, daim yoxsul insanlara qarşı daha da mehriban davranlrdı. Və həyatı boyu insanları var-dövlətlərinə qiymətləndirmədi.

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#15 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 14 февраля 2010 - 10:14

5) Bəhs olunan ayələrin birində deyilir:

وَ ما يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى"Sən nə bilirsən, bəlkə o, iman , paklıq və təqva axtarışındadır?"


"Sən nə bilirsən, bəlkə o, iman , paklıq və təqva axtarışındadır?"


Bu şəkildə yalnız elə şəxsə müraciət oluna bilər ki, o, öz tayfasının və yaxud da xalqın imanlı olması üçün kifayət qədər və lazımı miqdarda ürək yandırmır. Deməli əgər ayə Peyğəmbərə (s) xitabən söylənilibsə, belə nəticə almaq olar ki, o, öz vəzifəsini, peyğəmbərliyini yerinə gətirmək üçün həvəsli deyil və ilahi risalətinə etinasız yanaşır. Bir halda ki, bu mümkün deyil. Çünki Allah-Təala öz hikmət, elm və qüdrətilə yalnız öz vəzifəsini artıqlamasıyla və ən ali dərəcədə yerinə yetirən şəxsləri peyğəmərlik məqamına layiq görür. Əks təqdirdə həm ilahi hikməti, elmi, və həmcinin peyğımbərlərin göndərilmə hədəfi sual altında qalacaq.


6) Qurani- Kərimin başqa ayələri Peyğəmbərin (s) necə də, ali əxlaqa və gözəl, üstün keyfiyyətlərə malik olduğunu bəyan edir. Və bu ayələr O Həzrətin (s) dini öyrənmək istəyən kor bir şəxsə qarşı etinasızlıq, hörmətsizlik etməsini qeyri-mümkün sayır. Belə ki, buyurulur :

وَ إِنَّكَ لَعَلى‏ خُلُقٍ عَظِيم

"Və həqiqətən sən əzəmətli və kamil əxlaqa hakimsən."

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#16 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 14 февраля 2010 - 10:14

Və ya:


فَبِما رَ�*ْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَ لَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لانْفَضُّوا مِنْ �*َوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ وَ شاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُ�*ِبُّ الْمُتَوَكِّلِين



"Allahın rəhməti səni onlara qarşı xoşrəftar və mərhəmətli etdi. Əgər tünd xasiyyət və daş qəlbli olsaydın xalq sənin ətrafından dağılardı."


Və yaxud:

وَ ما أَرْسَلْناكَ إِلاَّ رَ�*ْمَةً لِلْعالَمِينَ

"Biz səni aləmlərə rəhmət olaraq göndərdik."


7) Qurani- Kərim buyurur:

وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُون


"Kafirlər çox istəyirlər ki, sən onlarla razılığa və sazişə üz gətirəsən, onlar da səninlə razılaşsınlar."


Sonra isə Allah–Təala Peyğəmbər(s)-ı bu işdən çəkindirərək, kafirlərlə yaxınlığın qadağan olmasını bildirir. Necə ola bilər ki, Peyğəmbər(s) Allahın əmrinə etinasızlıq edib, müşriklərə tərəf meylli olsun?


8) Diqqət etmək lazımdır ki, "من استغنا" ibarətindən məqsəd özünü öyüb, var- dövlətinə görə başqalarından üstün tutan , sərvətiylə insanlara təkəbbür edən şəxslərdir.


Və həmçinin "تصدي" ibarətindən məqsəd də, susuz insanın suya olan hərisliyi kimi olan şiddətli bir meyl və həvəsdir. Deməli tənqid olunan şəxs, hədsiz dərəcədə zəngin və lovğa şəxslərə düşkündür. Elə buna görə də sonrakı ayələr qəti şəkildə bu əməli pisləyərək , o şəxsi şiddətli formada tənqid edir və hədələyir. Belə olan halda necə iddia edə bilərik ki, söylənilən ayələr Həzrət Məhəmməd(s) haqqəndadır? Halbuki o, heç bir zaman belə xasiyyətlə tanınmamışdır.


9) Qurani-Kərimdə buyurulur:

"Heç vaxt kafirlərə verdiyimiz nemətlərdə gözün olmasın. Onların var- dövlətinə və zənginliyinə görə kədərlənmə. Öz rəhmət və mərhəmət qanadlarını möminlərin üzərinə sal."


Bu ayə islamın ilk dövrlərində nazil olmuşdur. Beləliklə necə iddia oluna bilər ki, Həzrət Məhəmməd(s) Allahın nazil etdiyi bu mübarək ayəyə etinasızlıq edərək, kor kişini təhqir etsin və varlı müşriklərin İslama cəlb olmasına daha çox əhəmiyyət versin?


10) Bir çox alimlərin nəzərlərinə əsasən "Qələm" surəsi "İqrə" surəsindən bilafasilə sonra nazil olmuşdur. Belə olduğu halda necə ola bilər ki, Peyğəmbər(s) peyğəmbərliyinin ilk dövründə "əzəmətli və kamil əxlaqa hakim" adlandırılsın, amma bir müddət sonra kor kişiyə haqsız yerə qəzəblənərək, kobudluq etdiyi üçün Allah tərəfindən tənqid edilıb, məzəmmət olunsun?

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#17 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 14 февраля 2010 - 10:15

11) Bəzi islam alimlərinin fikrinə görə, Əbəsə surəsinin ilk yeddi ayəsində Allah- Təala olduqca şiddətli, sərt və kəskin şəkildə öz hiddətini izhar edərək, kor kişiyə ehtiramsızlıq edən şəxsi, tənqid atəşinə tutmuşdur. Çünki ayələrdəki danlaqlardan əlavə, ilk iki ayədə məzəmmət olunan şəxsin adı çəkilməmişdir. Bu da onu aşkarlayır ki, Allah- Təala bu şəxsdən üz çevirmiş və ona nifrət etdiyi üçün adını çəkməmiş və ona işarə belə etməmişdir. Sonra isə son iki ayədə ona müxaciət edərək, birbaşa ağır şəkildə məzəmmət etmişdir.


Belə olan halda ayədəki şəxsdən məqsəd Məhəmməd peyğəmbərin(s) olmadığı aydınlaşır. Cünki ilahi peyğəmbərlər heç bir zaman Allahın qəzəbinə, nifrətinə düçar olan əməllər etməzlər.Və belə şəxsləri hikmətli Allah heç bir vaxt peyğəmbərlik məqamına da layiq görməz.


12) Məşhur islam alimlərinin nəzərinə görə ayədə tənqid olunan kəs, yəni; kor kişini təhqir edən şəxs, Peyğəmbər(s)-ın söhbət etdiyi müşriklərdən, bəni-Üməyyə müşriklərindən biri olmuşdur. Çünki Peyğəmbər(s) bu zəngin və varlı şəxslə söhbətə məşqul olan zaman, kor kişi onların yanına gəlib, Həzrət Məhəmməd(s)-dan ona öz dini haqqında danışmasına israr edərkən, bəni- Üməyyədən olan bu şəxs, onu ələ salaraq, məsxərə etdi.Və ondan uzaqlaşdı.


Elə buna görə də ayə nazil olaraq bu işi sərt və şiddətli şəkildə tənqid etdi. Çünki o, bu əmələ varlılara həris və düşgün olması və kasıblara qarşı çirkin, dəyərsiz münasibət bəslədiyi üçün, əl atmışdı.


13) Bəhs olunan yeddi ayənin heç birində, Məhəmməd peyğəmbərin(s) adı çəkilməmiş, bəlkə ona heç işarə də, olunmamışdır. Üçüncü ayədə zahirdə müraciət tərəfi peyğəmbər(s)olsa da, həqiqətdə, ayənin əvvəlində sanki belə deyilir "De ona, ey Məhəmməd". Beləliklə ayədə əsl müxatəb Peyğəmbər(s) deyil, bəni- Üməyyədən olan bir şəxsdir. Bununla da, söylənilən rəvayətin yalan olması və əsl hadisənin necə baş verdiyi aydınlaşır.


لا تَمُدَّنَّ عَيْنَيْكَ إِلى‏ ما مَتَّعْنا بِهِ أَزْواجاً مِنْهُمْ وَ لا تَ�*ْزَنْ عَلَيْهِمْ وَ اخْفِضْ جَنا�*َكَ لِلْمُؤْمِنِين

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#18 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 14 мая 2010 - 18:32

Osman ibn Əffana işarədir

#19 dilaver

dilaver

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 августа 2010 - 15:54

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?


Səhabəlrdən birisi. Hər halda Peyğəmbər deyil. Bu birinci ayədə müraciət formasından görünür. Digər ayələrdə isə "sən" deyilərək həmin sahabədən söz açilir. Mən bildiyimə görə orada Osmana işarə olunur.


Bu məhz Peyğəmbərimizdir. (s)

#20 dilaver

dilaver

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 августа 2010 - 15:57

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?



Şiyələrin mövqeyi həmişə gün kimi aydındır. Biz mə`sum peyğəmbərimizin şə`ninə xələl gətirən bütün pislikləri ondan uzaq tuturuq. Təfsir alimlərinin yazdıqlarına əsasən bu surə Məkkədə də`vətin ilk dövrlərində "Qaləm" surəsindən sonra nazil olmuşdur. Allah Təala isə "Qaləm" surəsinin 4-cü ayəsində buyurur:

Həqiqətən də, sən böyük əxlaq sahibisən! (əl-Qaləm ayə 4)


Başa düşən üçün bu ayə höccətdir ki, Peyğəmbər s.a.s. necə yüksək əxlaqa sahib olub. İslam düşmənləri isə bu cür ayələrdən və peyğəmbərin həyatından qəflətdə olub "Abəsə" surəsinin 1-ci ayəsindən yapışaraq Peyğəmbəri s.a.s.-ə dil uzatmaq istəyirlər.

İndi mənə maraqlıdır ki, sən hansı sırada yer tutmaq istəyirsən.
1. Peyğəmbər s.a.s.-in böyük əxlaq sahibi olub bu cür əməli etməsini qəbul etməyənlər
2. Peyğəmbər s.a.s.-in varlı ilə kasıb arasında fərq qoyub ona xitab edənlərə üzünü turşutmasına inanan İslam düşmənləri.

İnşaAllah sən sualımı cavablandır məndə inşaAllah mə`sumlarımızın (Allahın salamı onlara olsun)və alimlərimizin (Allah onları hifz etsin) sözləri ilə ayəyə aydınlıq gətirərəm.



Vallahi gün kimi aydın olmayıb. Süfyan? orda peyğəmbər ne edib ki, sen evvelce bunu düşün.
Elə danışrsan ki, sanki siz oldunuz alim, qalani hamı oldu cahil..
Bu barədə sadəcə əhli -sünnə qaynaqlarına istinad etməyimiz kifayətdir.
Hər sey orda açıq aydın, səlis bir şəkildə yazılıb.
Sadəcə oxumaq lazımdır. Oxumaq!!!

#21 dilaver

dilaver

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 августа 2010 - 15:58

Osman ibn Əffana işarədir


Ya Allah! Hamı getdi cəhənnəmə!

#22 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 15 августа 2010 - 15:59

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?


Səhabəlrdən birisi. Hər halda Peyğəmbər deyil. Bu birinci ayədə müraciət formasından görünür. Digər ayələrdə isə "sən" deyilərək həmin sahabədən söz açilir. Mən bildiyimə görə orada Osmana işarə olunur.


Bu məhz Peyğəmbərimizdir. (s)


Deməli, siz Peyğəmbəri (s) kasıbdan üz döndərib, varlıyan üz tutan əxlaq sahibi bilirsiz?! Vay sizin halınıza!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#23 dilaver

dilaver

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 августа 2010 - 16:04

Bu barədə şiələrin mövqeyi mənə çoxdan maraqlıdır."Abəsə" surəsində kim tənqid olunur?


Səhabəlrdən birisi. Hər halda Peyğəmbər deyil. Bu birinci ayədə müraciət formasından görünür. Digər ayələrdə isə "sən" deyilərək həmin sahabədən söz açilir. Mən bildiyimə görə orada Osmana işarə olunur.


Bu məhz Peyğəmbərimizdir. (s)


Deməli, siz Peyğəmbəri (s) kasıbdan üz döndərib, varlıyan üz tutan əxlaq sahibi bilirsiz?! Vay sizin halınıza!


Əziz İslamım get təfsirləri yaxşı oxu! Bir bax gör, peyğmbərimiz orda o kasıbı təhqir edib, yoxsa qapıdan qovub?
Bunu bir fikirləşdin?
Çox xahiş edirəm oxu!!!
Bizim halımız aydındır, halları haqda düşünməyən, bəzi şiə qardaşlarımın vəziyyəti sevindirici deyil.

#24 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 августа 2010 - 16:07

Osman ibn Əffana işarədir


Ya Allah! Hamı getdi cəhənnəmə!

...Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

Bu məhz Peyğəmbərimizdir. (s)

Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz, məcnun, divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!

P.S. Afərin sizə Osman və ya hansısa bəni üməyyə tayfasından olan bədəxlaqı peyğəmbərdən daha üstün bilirsiz. Nəzərinizə çatdırım ki dünən şiə idiniz :rolleyes:

#25 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 15 августа 2010 - 16:14

Əziz İslamım get təfsirləri yaxşı oxu! Bir bax gör, peyğmbərimiz orda o kasıbı təhqir edib, yoxsa qapıdan qovub?
Bunu bir fikirləşdin?
Çox xahiş edirəm oxu!!!
Bizim halımız aydındır, halları haqda düşünməyən, bəzi şiə qardaşlarımın vəziyyəti sevindirici deyil.


Bəlkə elə bilirsən təfsiri ancaq sən oxumusan? Baxır kimin təfsirə də! Bu ayəyə əslində heç təfsir də lazım deyil. Peyğəmbər (s) haqqında bu cür düşünmək elə Quranın açıq ayəsinə ziddir!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#26 dilaver

dilaver

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 августа 2010 - 16:18

Osman ibn Əffana işarədir


Ya Allah! Hamı getdi cəhənnəmə!

...Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

Bu məhz Peyğəmbərimizdir. (s)

Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz, məcnun, divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!

P.S. Afərin sizə Osman və ya hansısa bəni üməyyə tayfasından olan bədəxlaqı peyğəmbərdən daha üstün bilirsiz. Nəzərinizə çatdırım ki dünən şiə idiniz :rolleyes:



Gör siz şiəliyi hansı uçuruma yuvarlatdınız?
Hər hanısasa səhabəni adını çəkmək, ona Allah razı olsun demək aşağılıqdısa, sənin düşüncənə mənim sözüm yoxdur.
Bəli şiəyəm, ancaq dinini məzhəbindən üstün tutan şiə.
Daha məzhəbini dinin stünə çıxaran bir kəs yox.Guya siz bunu mənə xatılatmaqla ne edəcəksiniz ki?
Dünə şiə idiniz?
Ya Allah sen özün bu insanlara kömək ol! Dini şəxslərə görə, bölüb parçalayan sona da Hz.Əlinin tərəfdarı olduğunu iddia edən qardaslara kömək ol!
Eh nə bilim!!!
Məhəməd Əmin demişkən yenə də vəhdət xatirinə düşmənlər sevinməsin deyə, Allah rıza üçün sadəcə.İndi necə başa düşürsənsə düş qardas!

#27 dilaver

dilaver

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 августа 2010 - 16:19

Əziz İslamım get təfsirləri yaxşı oxu! Bir bax gör, peyğmbərimiz orda o kasıbı təhqir edib, yoxsa qapıdan qovub?
Bunu bir fikirləşdin?
Çox xahiş edirəm oxu!!!
Bizim halımız aydındır, halları haqda düşünməyən, bəzi şiə qardaşlarımın vəziyyəti sevindirici deyil.


Bəlkə elə bilirsən təfsiri ancaq sən oxumusan? Baxır kimin təfsirə də! Bu ayəyə əslində heç təfsir də lazım deyil. Peyğəmbər (s) haqqında bu cür düşünmək elə Quranın açıq ayəsinə ziddir!


Yox İslam qardaş bilirem sizin təfsir oxumağınıza ehtiyac yoxdur.

#28 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 августа 2010 - 16:38

Osman ibn Əffana işarədir


Ya Allah! Hamı getdi cəhənnəmə!

...Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

Bu məhz Peyğəmbərimizdir. (s)

Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz, məcnun, divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!

P.S. Afərin sizə Osman və ya hansısa bəni üməyyə tayfasından olan bədəxlaqı peyğəmbərdən daha üstün bilirsiz. Nəzərinizə çatdırım ki dünən şiə idiniz :rolleyes:



Gör siz şiəliyi hansı uçuruma yuvarlatdınız?
Hər hanısasa səhabəni adını çəkmək, ona Allah razı olsun demək aşağılıqdısa, sənin düşüncənə mənim sözüm yoxdur.
Bəli şiəyəm, ancaq dinini məzhəbindən üstün tutan şiə.
Daha məzhəbini dinin stünə çıxaran bir kəs yox.Guya siz bunu mənə xatılatmaqla ne edəcəksiniz ki?
Dünə şiə idiniz?
Ya Allah sen özün bu insanlara kömək ol! Dini şəxslərə görə, bölüb parçalayan sona da Hz.Əlinin tərəfdarı olduğunu iddia edən qardaslara kömək ol!
Eh nə bilim!!!
Məhəməd Əmin demişkən yenə də vəhdət xatirinə düşmənlər sevinməsin deyə, Allah rıza üçün sadəcə.İndi necə başa düşürsənsə düş qardas!

Şiəlikdən siz danışmayın heç olmasa
Peyğəmbəri məsum bilmək, aşağılıqdırsa, sənin düşüncənə mənim şübhəm var
Şiələr elə dinində sabit qədəm olan şəxslərdir (söhbət 12 imam şiəsindən gedir, sənin kimi 4 xəlifə şiəsi yox!)
xatırladıram ki, heç olmasa bundan sonra "mən şiəyəm" deməyəsiz
birdə ki, şiə tərəfdar deməkdi. sən dünən "mən şiəyəm" dedin, demədin ki hansı şiələrdən? isna aşeri ya başqa. eh nə bilim şeytanın da tərəfdarları çoxaldığı bu zamandan baş açmaq olur ki...?

#29 shako235

shako235

    Arif – Corporal

  • Murid
  • 61 сообщений

Отправлено 03 апреля 2011 - 11:09

Bu müfəssirlərin nəzərində, üzünü turşudan Bəni Üməyyədən bir şəxs idi
1. “Əl-Mizan fi təfsiril Quran”, c. 20, s. 309. Əllamə Muhammad Huseyn Təbatəbai.
2. “Təfsir Numunə”,c. 26, s. 126. Ayətullah Məkarim Şirazi
3. “Təfsir Bəlaği, c. 7, s. 172. Seyyid Əbdul-Höccət Bəlaği
4. “Təfsir Xosrovi” c.8 , s. 486, Şahzadə Əlirza Mirza Xosrovani
5. “Məcməul-Bəyan fi təfsiril Quran”, c. 5, s. 437. Əminəddin Təbərsi Tusi, vəf. 548 h.q., çap: Beyrut.
6. “Muntəxəb ət-Tibyan”, c. 2, s. 360. Şeyx Muhammad ibn Əhmad əl-Hilli, vəf. 598 h.q., çap: Qum, Ayətulla Mərəşi Nəcəfinin ümumi kitabxanası.
7. “Təfsir Kənz əd-Dəqaiq”, c. 14, s. 132. Şeyx Muhammad ibn Muhammadriza əl-Qumi əl-Məşhədi.
8. “Təfsir Şubbər”, c. 1, s. 585. Seyyid Abdullh Şubbər, cap: Beyrut
9. “Əl-cədid fi təfsiril Quran”, c. 7, s. 315. Şeyx Muhammad əs-Səbzivari ən-Nəcəfi, cap: Beyrut.
10. “Min vəhyil Quran”, c. 24, s 74. Muhammad Huseyn Fəzlullah, cap: Beyrut


Bu müfəssirlərin nəzərində üzünü turşudan Osman idi
1. “Təfsir Şərif Lahici”, c. 4, s. 708. Bəhauddin Muhammad Şeyxəli aş-Şərif Lahici
2. “İsna əşari”, c. 14, s. 48. Hüseyn ibn Əhməd əl-Hüsyni
3. “Təqribul-Quran iləl-əzhan”, c. 30, s 44. əs-Seyyid Muhammad əl-Huseyni əş-Şirazi. cap: Beyrut.

#30 Mehdi-ordusu

Mehdi-ordusu

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 03 апреля 2011 - 23:51

Siye ulemasina gore burda behs edilen kes osman bin affandir




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru