Отправлено 20 марта 2012 - 14:57
Ya Allah!bir araşdirma var və bəzi məlumatlari burda yerləşdirmək niyyətimiz var.başlayaq Muaviyə (L) xəlifəliyindən bu tərəfə...yəni Babəkin ( Həsənin) qiyami buna səbəbdi!
Müqaviləyə əsasən bütün əhali Müaviyyəyə beyət etməli idi. Hətta iş o yerə gəlib çatmışdı ki, Müaviyyənin tapşırığı ilə hər kəs, əstəğfürullah, Əmir-əl-möminin Əli (ə)-ma söyüş söyüb, ona təhqiramiz sözlər desəydi, həmən şəxs və ailəsi qızıl qatılmış plov ilə təmin olunardı. Bu qayda ilə Əli (ə)-mın tərəfdarlarını da təhqir etməyə başladılar. Lakin İran və Azərbaycan əhalisi bütün məşəqqətlərə dözərək Əli (ə)-mın tərəfdarlığından əl çəkmədilər. Həmin illərdə, hətta Əmir-əl-möminin Əli (ə) tərəfdarlarının məzarlarını da təqib edib, dağıdırmışlar. Ona görə də Azərbaycanda olan bir çox seyidlərin, övliyaların dəfn olunduğu ocaqlar məxfi saxlanılırdı. Ulu babalarımızdan bizə nəsil-nəsil ötürülən vəsiyyətlərində Əmir-əl-möminin Əli (ə)-mın 658-ci ildə Azərbaycana canişin təyin etdiyi seyid Yusifin də qəbri bu minval ilə qorunub, saxlanılmışdır. Hal-hazırda seyid Yusifin türbəsi Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yerləşir və "Yusi Kuy” adı ilə tanınan ocaqdır..Yeziddən sonrakı "xəlifə”lər də Peyğəmbərin nəslinə rəhm etmədilər. Dördüncü İmam Zeynal Abidini, beşinci İmam Məhəmməd Bağırı və onun oğlu – altıncı İmam Cəfəri Sadiqi və yeddinci İmam Musayi Kazimi zəhərlədərək, qətlə yetirdilər. Peyğəmbər övladları məcbur oldular ki, tərki-vətən olsunlar. Buna misal olaraq Bakının Nardaran qəsəbəsinə, Bibiheybətə, Lənkərana, Lerikə, Masallıya, İranın Xorasan vilayətinə, Qum şəhərinə və başqa yerlərə vaxtı ilə köçüb gəlmiş Peyğəmbər övladlarının yaşadıqları və dəfn olunduqları yerlər tarix boyu ziyarətgaha çevrilmişdir..Peyğəmbər nəslinə - İmamlara və onların balalarına qarşı hökm sürən ağlasığmaz qəddarlıq İran və Azərbaycan xalqlarının böyük narazılığına səbəb oldu. Xalq qiyam qaldırdı. Belə qiyam¬ların ən möhtəşəmi 22 il (miladi 816-838-ci illərdə) ardıcıl olaraq davam edən Babək hərəkatı idi.
(bax: "Nəbz” qəzeti, 2003-cü il, № 0911).Babəkin "xəlifə”lərə qarşı qiyamı səkkizinci İmam Əliyyən Rzanın "xəlifə” Məmun tərəfindən zəhərlədib, öldürüldükdən sonra başlandı. Bu müharibə, hicrətin 220-ci ilində doqquzuncu imam Məhəmməd Təqinin, əyyaş və içkibaz "xəlifə” Mötəsim tərəfindən zəhərlənib qətlə yetirdikdən sonra beş il (miladi 838-ci ilə qədər) müddətində daha da şiddətləndi. Fəxri Razi "Etiqadatu firəng-əl-Müslimin vəl-müşrikin” adlı kitabında yazır: "Babəkilər Babəkin tərəfdarı idilər. Babəkin özü isə azərbaycanlı idi. Onun qudrəti üzün müddət artmaqda idi... Onların dediklərinə görə Allahı ancaq həqiqi bir müəllimin sözü ilə tanımaq olar”. Bu sözləri təhlil etdikdə görürük ki, Babəkin dediyi həqiqi müəllim şiə təriqətli müsəlmanların imamlarıdır. Deməli Babəkin özü Əli (ə)-ın tərəfdarı olmuşdur. "Onların (yəni Babəkin tərəfdarlarının) dediklərinə görə, həccə getmək – İmamın yanına getmək deməkdir. İmkanı olan hər bir şəxs mütləq onun xidmətinə getməli və onu görməlidir. Onlar deyirlər ki, haram elə bir tayfadır ki, ona qarşı gərək düşmənçilik edəsən. Ona nifrət bəsləyib, lənət oxuyasan” (Bax: Səid Nəfsi "Babək” s. 18).Bir çox tarixçilərin yazdıqlarına əsasən müharibə meydanında Babəki məğlub etmək qeyri mümkün idi. O, ancaq satqınlığın qurbanı oldu. Rəvayətə görə, guya Səhl ibn Sumbat adlı bir mülkədar Babəki öz evinə qonaq dəvət etdiyi vaxt , onu xəlifə Əbu İshaq Mötəsimin muzdla tutduğu sərkərdəsi Əfşinə satdı. "Bu zaman Babək Səhli söyərək dedi: - məni bu yəhudilərə ucuz satdın” (Bax: Nəfisi, "Babək”, 1990, səh. 99). Aşağıdakı cümlə Babəkin bu dediklərini təsdiq edir. "Babəkə qarşı vuruşmuş Əfşin, Xəlifə Mötəsimə qarşı da üsyan qaldıraraq hakimiyyəti ələ almaq istəmişdi. Onu tutub boğazından asdılar. O, sünnət olunmamışdı, evində bütlər tapıldı” (Məhəmməd Üvfi "Cəvamiəl-hekayət və ləvami ər-rəvayət” adlı əsərindən. Bax. Nəfsi "Babək”, 1990, s. 109).Mötəsimin özü əyyaş və içkibaz idi. Bir dəfə o, şərab məclisindən eşiyə çıxdı və bir qədər gec qayıtdı. Qazi Yəhya ondan məclisə gec qayıtmağın səbəbini soruşanda dedi: "mən bu saat üç qızın bəkarətini aldım. Onlardan biri Rum padşahının, ikincisi Babəkin, üçüncüsü Maziyar Gəbirin qizı idi” (bax: Əbu Əli Həsən ibn Əli xacə Nizamülmülk, "Siyasətnamə”, Bakı, 1989, səh. 166-167)Babək, xalqın və başçılıq etdiyi əsgərlərin içərisində o qədər hörmət qazanmışdı ki, onun yüz mindən çox cəngavərlərindən təsadüfən əsir düşən hər bir şəxs özünü Babək adlandırmış və özünü qətlə yetirərdi. Ona görə də ehtimal olunur ki, Mötəsimin əmri ilə vəhşicəsinə qətlə yetirilən Babək və onun qardaşı Abdulla yox, Babəkin cəngavərlərindən özlərini Babək və Abdulla adlandıranlardan olmuşdur. Rəvayətə əsasən, Babək və onun qardaşı Abdulla Lerik rayonunda anadan olduğu kəndində anasının yanında dəfn olunmuşdur. Müəyyən mülahizələrə görə, 1992-ci ildə (AXC hakimiyyəti vaxtında) Babəkin qəbir daşını söküb Türkiyəyə aparıblar.
Babəkin adını və hansı dildə danışdığını öyrənmək üçün yenə də Səid Nəfisinin "Babək” kitabına müraciət edirik: "Cavidan qaranlığa düşdüyündən Bilalabad kəndinə getdi” (Bax: S.N. "Babək”, s. 4). Qeyd edək ki, burada səhvən yazılmış "Bilalabad” - Bıləband oxunmalıdır. Qeyd edim ki, istər "Babək” kitabında, istərsə də bütün digər tarixi kitablarda Azərbaycan ərazisinin Talış vilayətinə daxil olan əksər kənd və şəhər adları tamamilə təhrif olunmuş və başa düşülməz dilə salınmışdur. Bıləband kəndi hal-hazırda indi Lerik adlandırılan (IX əsrə qədər "Zumand”, sonradan dəyişdirilərək "Zuvand”) rayonunda yerləşir və Babək həmin kəndin yaxınlığındakı Barzədi – Barzəvu şəhərində (indi kənddir, Nəfisinin "Babək” kitabında bu yerin adı səhvən Bərzəndi verilmişdir. Bax: S.N. "Babək”, s. 29) anadan olmuşdur. "... Cavidan gördü ki, Babək İran dilini yaxşı bilir və zirək, qanacaqlı bir adamdır...” Cavidanın dediyi: "Babək İran dilini yaxşı bilir” kəlamı ona işarə edir ki, Babəkin dili fars dili olmamışdır. Babəkin ana dili, İmam Fəxri Razinin dediyi kimi, azəri (yəni Talış) dili idi. "Azəri dili fars dilindən kəskin şəkildə fərqlənirdi və müasir talış dilinə yaxın idi. Azəri və müasir talış dilinə yaxın olan dialektlər hələ ilk orta əsrlər dövründə Cənubi Azərbaycan ərazisində geniş yayılmışdı. Onların dili indi də mövcüddür” (bax: "Azərbaycan tarixi” kitabı, Bakı, 1993, s. 76). "Talış” ərəb sözü olub "susdurulmuş” deməkdir. Bəzi mənbələrdən isə təhrif olunmuş "talış” sözü həmin yerli xalqın öz dilindən verilmiş "tuliş” – yəni torpaqsan sözüdür. Babək məğlub edildikdən sonra azəri xalqına "susdurulmuş - talış” damğası vuruldu. Keçən 1200 il ərzində bu xalq assimilyasiya, deportasiya və genosidə məruz qalaraq öz dillərini qismən danmağa məcbur olmuşlar.Babəkin adı Həsən idi. Onun Həsən adı ilə adlandırılması təbii hal kimi baxılmalıdır. Aydındır ki, Həsən İmam Əli Əleyhissalamın böyük oğlunun adı idi. Babəkin adı Həsən olması haqqında məlumatlar, Nizamülmülkün "Siyasətnamə”, Səid Nəfisinin "Babək” və digər başqa müəlliflərin kitablarında da rast gəlmək olur. Uşaqlıq vaxtlarında onun ayaq dəydiyi yerlər xeyirli olduğu üçün ona "Po Pok” (Türk dilinə tərcüməsi "ayağı xeyirli”, "ayağı təmiz”) adını da veriblər.
Cahangir XANSIVO
"Tolışon Sədo” nöm: 04 (16) və 05 (17), fevral 2012
ваххабизм – это дистилированный суннизм