Перейти к содержимому


Фотография

Хотите посмеятся?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 25 августа 2008 - 18:47

Верховный муфтий Саудовской Аравии шейх Абдель Азиз аш-Шейх на днях издал фетву, запрещающую праздновать годовщины событий и дни рождения.

"Истинный мусульманин должен благодарить Аллаха за то, что его дети еще живы или за то, что его брак стабилен", - заявил шейх в интервью газете "Сауди Медина".

Муфтий заявил, что у настоящего верующего есть только два праздника, как то было завещано пророком, а все остальные празднования независимо от традиций и происхождения являются неисламскими.

Источник: www.islam-news.ru
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#2 tatar

tatar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 25 августа 2008 - 18:51

Gecibler,yegin hami dushub onlarin ustune ki abdl vahhabin (l)ad gununu niye kecirdirsiz
Я пёс у дверей Имама Али (А).

#3 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 26 августа 2008 - 00:05

Ad günü və evlilik mərasimlərinin keçirilib-keçirilməməsi səudiyyə alimləri arasında qızğın debatlara səbəb olub
14-08-2008



Tanınmış səudiyyəli alim Salman əl-Vadah konservatizmin hökm sürdüyü Səudiyyə Ərəbistanında ad günü və evlilik ildönümü ilə bağlı xüsusi mərasimlərin keçirilməsi məsələsinə dair qızğın debatların başlanmasına səbəb olub.



Belə ki, o, bu cür mərasimlərin keçirilməsinin mümkünlüyü barədə fitva verib.

“Şeyx Salmanın ictihadi hökmlərinə hörmət etməklə yanaşı, onun bu məsələyə dair verdiyi fitvanın doğru olmadığı qənaətindəyəm” – deyə ölkənin ən ali dini qurumu Böyük Alimlər Birliyinin üzvü Şeyx Abdulla ibn Maneyə bildirib.

Qeyd edək ki, məşhur ərəb telekanalı MBC-də yayımlanan proqramda əl-Vadah müsəlmanların ad günü və evlilik ildönümü ilə bağlı mərasimləri qeyd edə biləcəklərini bildirmişdi.

“Bir insan ad günü və evliliyinin 20-ci ildönümü kimi günləri qohumları və dostları ilə qeyd edə bilər. Bu, bir dini mərasim olmayıb adi dostlarla keçirilən bir tədbirdir. Burada yanlış heç bir şey yoxdur” - deyə Salman əl-Vadah qeyd edib.

Ancaq Şeyx Maneyə Salmanın fikirləri ilə qətiyyən razılaşmayaraq bu cür mərasimlərin Qərb mədəniyyətini təqliddən başqa bir şey olmadığını bildirib.

“Biz müsəlmanları digərlərindən fərqləndirən öz xüsusiyyətlərimiz vardır” - deyən İslam Fiqh Akademiyasının üzvü Dr. Məhəmməd əl-Nəcmi Şeyx Maneyə ilə həmfikir olduğunu bildirib.

“Bu cür mərasimləri qeyd etmək səudiyyə cəmiyyətinə yaddır və Qərbi təqlid etməkdir. Dr. Vadah bu cür fitvalar verməməlidir” - deyə Dr. Nəcmi əlavə edib.

Qeyd edək ki, bəzi alimlər əl-Vadahın sözügedən fitvasını dəstəkləyiblər.

İmam Məhəmməd adına İslam Universitetinin Şəriət fakültəsinin keçmiş dekanı Dr. Səud əl-Fənnisan isə ad günü və evlilik ildönümü ilə bağlı mərasimlərin keçirilməsi fikri ilə razılaşaraq, bunun digər mədəniyyətləri təqlid etmək olmadığını bildirib. Dr. Fənnisan Qərb cəmiyyətinin bu cür mərasimləri, məsələn, insanın yaşı qədər çoxlu şam yandırmaq surəti ilə keçirdiyini bildirib.

“Mərasimləri bu şəkildə keçirmək başqalarını təqlid olduğu üçün qəbuledilməzdir. Ancaq sözügedən mərasimdə şamlar və digər buna bənzər şeylərdən istifadə edilmirsə, o zaman belə mərasimləri keçirmək məqbul hesab edilə bilər” - deyə əl-Fənnisan bildirib.

Dr. Fənnisan insanların məzun olma, sağalma və bənzəri günləri də qeyd edə biləcəyini deyib.

Alim bununla yanaşı, bu cür mərasimlərin bayram adlandırılmaması ilə bağlı fikirlərlə də razılaşdığını bildirib.

Qeyd edək ki, İslamda yalnız iki bayram - Ramazan ayının sonunda qeyd olunan Fitr və Həcc mərasimi zamanı qeyd edilən Qurban bayramları vardır

«لبيــــــــك خــــــــامنئي »


#4 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 26 августа 2008 - 00:41

“Bir insan ad günü və evliliyinin 20-ci ildönümü kimi günləri qohumları və dostları ilə qeyd edə bilər. Bu, bir dini mərasim olmayıb adi dostlarla keçirilən bir tədbirdir. Burada yanlış heç bir şey yoxdur” - deyə Salman əl-Vadah qeyd edib.

Sen deme Seudiyyenin mentiqnen dushunen alimleride var imish. )) Halal olsun!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru