Перейти к содержимому


Фотография

Mülkiyyət problemləri;


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 23 ноября 2009 - 10:51

məlumdur ki, son dövrlərdə Bakı şəhərində yaşayış mənzillərindəki qiymətlərin kəskin şəkildə artması mülki problemlərin artmasınada səbəb olub.
istərdim ki, bu mövzunu konkret misallar üzərində müzakirə edək.
Ona görə də sizin diqqətinizə məlum bir hədisəni çatdırmaq istəyirəm.

Həmçinin, aşagdakı mülki zəmində baş verən konflikt haqqında sizin fikirləriniz bilmək maraqlı olardı..
SUAL; Belə çətin vəziyyətlərdə sizlər nə edərdiniz? və hansı yolu seçərdiniz?

BAKIDA 3 AİLƏ ÖLÜM ACLIĞINA BAŞLADI
Qanunsuzluğa elliklə etiraz
Məhkəmənin ədalətsiz qərarına etiraz edən Məmmədovlar ailəsinin 11 üzvü intihar yolu seçib; aksiya iştirakçıları arasında azyaşlı uşaqlar da var

Səbəb isə atalarından miras qalan evi bölüşdürə bilməmələridir. F.Məmmədov qeyd etdi ki, ailəli olan bacıları bir neçə ildir evi ələ keçirmək uğrunda çarpışır: “Ailədə 7 bacı, 2 qardaşıq. Neçə illərdir ki, bacılarımdan Qənirə və Kəmalə ilə savaşmışıq. Səbəb onların əsassız olaraq ata evimizi ələ keçirmək istəmələridir. Halbuki məhkəmənin qərarı ilə ev mənə və qardaşım Aydına verildi. Bacılarıma isə Kürdəxanıdakı 25 sot torpaq sahəsi çatdı. Lakin bunların gözləri doymayıb. Polis, müstəntiq, prokuror və ən nəhayət, hakimlə birləşərək saxta ittihamlarla qardaşım Aydını keçən il birinci dəfə tutdurdular. Aydın haqsız yerə 3 ay həbsxanada yatdı. Görünür, bacılarım qanunsuz əməllərindən yenə də çəkinməyib. Ailəsini, 3 azyaşlı uşağını ac qoyaraq qardaşımı həbsə atdırdılar”.


http://www.musavat.c...ə/...NA_BAŞLADI

Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Zahid Qəmbərov küçəsi ikinci döngə ev 8-də yaşayan Məmmədovlar ailəsində aclıq aksiyası hələdə davam edir. Xəbər verdiyimiz kimi aksiyada 3 yaşından tutmuş körpədən 55 yaşına qədər ailə üzvləri iştirak edir. Artıq aksiya iştirakçılarından Faiq Məmmədov bir neçə gün əvvəl, Nailə Məmmədova isə noyabrın 19-da Məlikov adına 6 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hər iki aksiya iştirakçısının səhhətində ciddi problemlər var. Lakin buna baxmayaraq onlar xəstəxanada da aksiyanı dayandırmayıblar

http://www.bizimyol....&...w&nid=31337

Сообщение отредактировал palchiq: 23 ноября 2009 - 10:55

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 24 ноября 2009 - 16:35

Bir mömin bəndənin başına gələn hadisəyə biganəlik nümayiş olundu.
halbuki bu məsələ ilə baglı insan hüquqları üzrə hüquq müdafiçiləri öz səslərini qaldırıblar..
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru