Перейти к содержимому


Фотография

Baba Pünhan


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 11

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 декабря 2009 - 15:13

Zəmanimizin satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində dünyaya göz açıb.1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il Bakı Rabitə texnukumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb.

1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib.Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub. 25-il müddətində həmin yerdə işləyib.

1972-ci ildə evləntb. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn iki nəvəsi üçün həqiqi mənada baba olub.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rublikası başlığı altında çap olunub.

1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-наследие” Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.

1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında “Məşhəd” ziyarətinə gedib.

1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun “50” illik yubileyi keçirilib. Həmin il Azərbaycan televiziya “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.

2000-ci ildə “Az. Jurnalı ” tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. Və 2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub.)
2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən “kiçik əməliyyat” aparılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib “koma” vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.
Həmin gün ömrü tamamlanıb.

Komada ikən sonuncu kitabı çapdan çıxıb. Öz səsi və nəfəsiylə dediyi 17 qəzəl və bir sərbəst şerin yazıldığı disk ölümündən sonra hazır olub.

Onun kitablarında çap olunan qəzəllər 278, müxtəlif şerlər 7, felyutonlardan 10-u, 7 bəhri-təvimindən 3-ü və kiçik lətifələri oxucuların nəzərinə çatdırılıb.

Məzarı “Kürdəxanı” kəndində, məhəbbəti onu sevənlərin qəlbindədir. Xalq ona “Azərbaycanın haqq şairi” adını verib.


www.adam.az
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 декабря 2009 - 15:14

Kasıb da borc içində, kalan da borc içində,
Ölən də borc içində, qalan da borc içində.

Xəzinələr həmişə ilanlar altda olmuş,
Fəqət, bu səltənətdə, ilan da borc içində.

Atan bibindən istər, anan xalandan istər,
Bibin də borc içində, xalan da borc içində.

Nişan da borcnan oldu, toyun da borcnan oldu,
Yəqin olar gələn il, balan da borc içində.

Filan klana borclu, klan filana borclu,
Filan oğlu, filan da, klan da borc içində.

Acından ölməməküçün, gedin yalana doğru,
Bu məmləkətdə doğru, yalan da borc içində.

Vətən acdı, vəkil tox, yemək azdı zibil çox,
Zibil pulun verən yox, dalan da borc içində.

Bü torpağa imamın ayağı dəydiyiçün,
Bu torpağı satan da, alan da borc içində.

Əgər bu canı, Pünhan, Xuda veribsə borca,
Günahı olmayan da, olan da borc içində.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#3 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 декабря 2009 - 15:15

Bir parça torpaq qalmadı

Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,
Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.

Cırmağıynan, əl atıb haqqın üzün cırmaqladı,
Dırnağıynan təxti tutdu, sındı dırnaq qalmadı.

Kim ki, zənn etdi yaratmış guya alçaq dağları,
Tanrı yeksan eylədi yernən, bir alçaq qalmadı.

Öylə ki, İblis ayağı dəydi Badu Kubəmə,
Əsdi rüzgar, soldu bağlar, kolda yarpaq qalmadı.

Haqq asıldı, haqq tutuldu, haqq çəkildi çarmıxa,
Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı.

Özlərin çılpaq edənlər haqqa don geydirdilər,
Çılpaq həqdən don geyənlər leyk çılpaq qalmadı.

Zalım oğlu pul alıb, ol qədr torpaq satdı ki,
Heç özün basdırmağa bir parça torpaq qalmadı.

Həzrət Abbasın əlindən düşdüyü bayrağını,
Kubədə qaldırdı Pünhan yerdə bayraq qalmadı.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#4 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 03 декабря 2009 - 15:22

Bacışa Allah səndən razı qalsııın,bu mövzunun yeri var. :gizildish:
Baba Pünhanın məndə kitabı var,çünki çoox istəyirəm onu,yaradıcılığına isə söz yoxdur,onun qələmi,minlərlə qələmə dəyər. :gizildish:
Allah ona qəni-qəni rəhmət eləsin.
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#5 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 03 декабря 2009 - 15:54

Allah ona rehmet elesin. Menim atamla 2000-ci ilde bir yerde Hecc-de olublar. Hem de bizim mehlede KUBINKA-da cox qalardi. Heqiqeten de dovrun en guclu shairleriden biri idi. Verlishlerin birinde maraqli bir fikirle qarshilashmishdim. Deyirdiler ki Baba Punhan zamanesinin Mirze Elekber Sabir-i olub. Bir edebiyyatci da Babani mudafie ederk demishdiki fikir sehvdi. Mirze Elekber Sabir oz dovrunun Baba Punhani olmushdur. Butun sherlerini sevirem esasen de ashagidaki sherini. Allah ona rehmet elesin.


Прикрепленный файл  vahabi_lenetulla.doc   22К   21 Количество загрузок:
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#6 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 03 декабря 2009 - 17:15

İtim, gəl dür önümdə
Gəl başına dönüm də
Sən Pünhanın günündə
Pünhan da it günündə


Allah ona rəhmət eləsin, bu misralarını əzbərə bilirəm. Bütün şeirləri də gözəldi. Bəlkə 0.001 dən bəyənmədiyim şeiri olub, burda da onu qınamalı deyil.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#7 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 12 марта 2010 - 19:34

Allah rəhmət eləsin. Ən çox sevdiyim ve zemanemizin Əhli Beyt şairlərindən idi.

Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?!


#8 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 12 марта 2010 - 19:37

Əzrailə satdım

Dəryaları aldım, xəbərin qafilə satdım,
Ləlin çıxarıb, dalğaların sahilə satdım.

Səbrim sona yetdi, «O səda» gəlmədi göydən,
Axırda mən öz Surumu İsrafilə satdım.

Bir can mənə qalmışdı miras lütfi-Xudadan,
Bir parça çörəkçün onu Əzrailə satdım.

Ahımda Segah inlədi, gah Şuru Çahargah,
Hər ahımı od qiymətinə Habilə satdım.

Qısqandı gözüm yaşına ümman quruduqca,
Rəhm eylədim ümmanə gözümdən gilə satdım.

Bir yaxşılıq etdimsə, onu faş elədim tez,
Yəni ki, səvab bir əməli, batilə satdım.

Eyhamlı sözümdən doğular bir neçə məna,
Eyhamımı sərraflara hamilə satdım.

Qabil kimi, qardaş qanı tökdüm, öz əlimlə,
Qardaş meyidin, «göy katıza» qatilə satdım.

Bir pullu Əbu-Cəhl gəlib çıxdı ərəbdən,
Öz doğma atam mülkünü, ol cahilə satdım.

Bu dəhr bazarında ömür yaxşı gedirmiş.
Pünhan, o səbəbdən onu ildən ilə satdım.

26 iyun 1998. Bakı.


Mənbə

#9 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 12 марта 2010 - 19:40

Qanlı bir sähäradı bu

Göz yaşım leysan olub sährada bir däryadı bu,
Gäl gedäk burdan Hüseynim qanlı bir sähradı bu.

Xatämin övladına yas tutmağa Adäm gälib,
Adämin färyadına peyğämbäri - Xatäm gälib,
Kärbäla torpağına göydän bütün aläm gälib,
Car çäk başsız Hüseynä baş çäkän Zähradı bu,
Gäl gedäk burdan Heseynim, qanlı bir sähradı bu.

Ötdü min dörd yüz ilim, dur Şümrä bir meydan oxu,
Yetdi son Aşura, zülmün qätlinä färman oxu,
Bitdi häqqin intizarı, döndü bu dövran oxu,
Surälär Sur oldu xätmi-qeybäti-kübradı bu,
Gäl gedäk burdan Hüseynim, qanlı bir sähradı bu.

Badu Kubä şährinä bir gün ÄliÄkbär gälär,
Häzräti Äbbas ilä Häzrät Äli-Äsgär gälär,
Zülfüqarıynan Ämir-äl-Mömünün Heydär gälär,
Sahibi - äsr - Zamandan öncäki peydadı bu,
Gäl gedäk burdan Hüseynim, qanlı bir sähradı bu.

Ol Yäzidin läşkärindän bir başa min baş gedär,
Şah Hüseynim başdadır här başda gizlin baş gedär,
Baş düşär başdan çıxar qaş başa bir gün baş gedär
Yazdığım misralar içrä qalibi-misradı bu,
Gäl gedäk burdan Hüseynim qanlı bär sähradı bu.

Bir sähär män at belindä göydä gördüm Hüccäti,
Endi göylärdän yerä sildim min illik häsräti,
İnşäallah gün gälär Kubämdä görrük Häzräti
Bir häqiqätdir yazıb Pünhan demä xülyadı bu,
Gäl gedäk burdan Hüseynim qanlı bir sähradı bu.

12 aprel, 1998


#10 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 12 марта 2010 - 19:46

Bu adam, bizim adamdır

Gözü ac, xäyalı xamdır, bu adam, bizim adamdır,
Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemäk ilä doymaq olmur, dedi ki, vätän malından,
Yalayım doyum mäqamdır, bu adam bizim adamdır.

Neçä ildi parlamanda, gözünü döyüb oturmuş,
Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

Desä ki, müsälmanam män, häzär et uzaq gäz ondan,
Desä ermäni qudamdır, bu adam bizim adamdır.

Alınıb ägärçi görsän, näyi var tamam älindän,
Yeri daş qäfäsdi damdır, bu adam bizim adamdır.

O gälän qonaq-qaradan, män ölüm nigaran olma,
Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

Yezidä desä babamdır, ona länät eylä, Pünhan,
Desä ki, babam İmamdır, bu adam bizim adamdır
.


7 noyabr, 2001

Сообщение отредактировал Proxy: 12 марта 2010 - 19:49


#11 Proxy

Proxy

    Raqib – Seargeant

  • Murid
  • 126 сообщений

Отправлено 18 марта 2010 - 15:16

Atdan özünçün

Ya düz yola keç ömrü boyu qatdan özünçün,
Ya äyrini seç, dähridä rahatdan özünçün.

Cähd eylä ya qız ver, ya qız al iqtidardan.
Ondan sora üstdän ye, dağıt altdan özünçün.

Axçisifät olsa gälinin eyninä alma,
Ört-basdır elä, amma sevin şaddan özünçün.

Bal da tämiz olduqda boğaz yandırar älbät,
Sän hiylälär öyrän qarışıq zatdan özünçün.

Torpaq bahadır burda näinki Qarabağda.
Evlän, sora yer al elä Sumbatdan özünçün.

Korrupsiyanın yolları asan deyil äsla,
Zähmät çäkib öyrän onu ustaddan özünçün.

Ordan bura qaçmaq bizä xas bir häräkätdir,
Burdan kişisän qaç ora isbatdan özünçün.

Xalqın belinä çıx, de mäni xälqim ucaltdı,
Här eybinä tut pärdä camaatdan özünçün.

Yerlärdä süründün keçän il, Pünhan, ilan täk,
Gäldi at ili indi dä get atdan özünçün.

25 dekabr, 2001

Сообщение отредактировал Proxy: 18 марта 2010 - 15:17


#12 IBRAHIM NESLI

IBRAHIM NESLI

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 02 апреля 2010 - 16:21

məni udsun qara torpağ qarabağ gedsə əgər
yoxdur haqqım mən olum sağ qarabağ getsə əgər



Allah baba Punhana rehmet elesin




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru