Əbubəkrin mağara əhvalatı
#31
Отправлено 19 января 2010 - 07:59
#32
Отправлено 19 января 2010 - 16:42
Ahmed, qaqaş, SƏNƏ ƏJDAHA LAZIM İDİ? Buyur, alimlərinizin və əqli dəlillərin içində üz nə qədər istəyirsən.1 ci gətirdiyin hədis hansı hədisdirahmed aydinliq getir zehmet olmasa.Ne olsunki sene ele gelir?amma ebu bekr yeqinen herada oldugunu deyir,
yuxardaki suallari cavablandir eziyyet deyilse.
buxarinin səhih saydıqı kitabdadı ?
yoxsa başqa kitabında ?
Sizlər əhli-sünnət eynəyini çıxarıb bir kənara qoymadıqca, açıq gözlə tərəfsiz və təəssübsüz bir insan kimi ayəyə baxmadıqca, ayənin iddianıza hər hansı bir dəlil təşkil etmədiyini görə bilməzsiniz.
Bunun cavabını mühəqqiq alimlər müxtəlif yollarla demişlər. Əvvəlcə bunu bildirim ki, Rəsuli-əkrəmin (s) Əbu Bəkrin özündən sonra xəlifə olacağını bildiyindən onun canını qorunması Rəsulallahın (s) üzərinə vacib olduğu iddianız əsası olmayan bir şeydir. Bunun cavabı çox asandır. Belə ki Peyğəmbəri-əkrəmin xəlifəsi yalnız Əbu Bəkr olsaydı belə bir ehtimal ola bilərdi. Amma Xuləfai-raşidin xəlifələrinin dörd nəfər olduğunu siz özünüz söyləyirsiniz. Vəziyyət belədir ki, gətirdiyiniz dəlilə görə Rəsulallah (s) dörd xəlifənin dördünü də yanında aparması lazım gəlirdi. Yoxsa birinin canını qurtarıb digərlərini təhlükədə qoyması, hətta onlardan birini düşmənin hücumuna mə᾽ruz qalacağını bildiyi halda yatağında yatırdması sizin bu dəlillə heç bir şəkildə uyğunlaşmır.
Tarixi-Təbərinin üçünü cildində yazdığına görə, Əbu Bəkr Rəsulallahın (s) nə zaman hicrət edəcəyindən xəbəri belə yox idi. Həzrət Əlinin (ə) yanına gedərək həzrət Peyğəmbərin vəziyyətinin nə yerdə olduğunu soruşdu. O, da onun mağaraya getdiyini, işi varsa ona yetişə biləcəyini söylədi. Əbu Bəkr də yola düşdü və yarı yolda Rəsulallaha (s) yetişdi. Beləliklə məcbur halda bərabər yola davam etdilər. Bundan da anlaşılır ki, Peyğəmbəri-əkrəm (s) onu özü ilə birlikdə aparmaq istəməmişdir. Əksinə o izinsiz olaraq Rəsulallahın ardıyca gedib yarı yoldan sonra onunla bərabər yola davam etmişdir.
Hətta bə`zi hədislərə görə həzrət Peyğəmbəri (s)n Əbu Bəkri yanında aparmasının səbəbinin təsadüfi, fitnə çıxmaması və düşmənə xəbər verə biləcəyindən ehtiyat etdiyinə görə olduğu anlaşılmaqdadır. Bu səbəbdən sizin insaflı alimləriniz buna etiraf etmişlər. Məsələn: Sizin qabaqcıl alimlərinizdən olan Şeyx Əbul Qasım bin Sabbağ «Ən-nuru vəl-Bürhan» adlı kitabında Məhəmməd bin İshaqqdan, o da Həssən bin Sabit Ənsaridən belə rəvayət etmişdir: «Həzrət Peyğəmbəri (s)n hicrətindən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getdim. Qüreyş müşriklərinin Rəsulallahın (s) əshabını söydüklərini gördüm. O vaxt Rəsulallah (s) Əliyə öz yatağında yatmasını əmr etdi. Əbu Kuhafənin oğlu Əbu Bəkrin düşmənlarə xəbər verə biləcəyindən ehtiyat etdyinə görə onu özü ilə birlikdə götürüb mağaraya doğru hərəkət etdilər».
Ayədəki isdişhad yeri və fəzilət səbəbini bəyan etsəydiniz çox yaxşı olardı. Rəsulallahla (s) birlikdə səfər etmək, xilafətin isbatı üçün necə bir dəlil ola bilər?!
Əgər qərəzsiz bir əcnəbinin qarşısına, ona məxsus bir fəzilət isbat etmək üçün bu ayə haqqında verdiyiniz bəyanlarla çıxsanız, ciddi bir e´tirazla qarşılaşarsız. Çünki sizin cavabınızın əvəzində deyərlər ki, yaxşılarla yol yoldaşı olmaq tək başına fəzilətli və üstün olmaq üçün yetərli deyildir. Bir çox səfərlərdə yaxşılar pislərlə və kafirlər də müsəlmanlarla yol yoldaşı olurlar. Bu səbəbdən səfərdə bu cür halar daha çox gözə çarpır.
«Yusif» surəsinin 39-cu ayəsində də görüldüyü kimi həzrət Yusif (ə) zindanda olduğu müddətdə iki yoldaşı vardı. Ayədə belə buyrulur: «Ey mənim iki zindan yoldaşlarım! Ayrı-ayrı dağınıq Tanrılar yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan tək bir Allah?!».
Müfəssirlər bu ayə haqqında belə deyirlər: Yusifi zindana gətirdikdə, şahın aşbazı və xidmətçisi olan iki kafiri də onunla birlikdə zindana saldılar. Bu üç nəfər beş il müddətində bir yerdə qaldılar. Ayədə görüldüyü kimi həzrət Yusif (ə) onlara «yoldaşlarım» deyə Xitab edir. Görəsən, Peyğəmbərin o iki kafirə yoldaş deyə Xitab etməsi onların fəzilət və şərəflərini isbatlamaqdadır. Yoxsa onlar iman gətirmişdilər? Halbuki müfəssir və tarixçilərin hamısı, onların beş il yoldaşlıq etdikdən sonra kafir olaraq həzrət Yusifin yanından ayrıldıqlarını söyləyirlər.
Kəhf surəsinin 37-ci ayəsində də Allah-təala belə buyurur: «Onunla danışmaqda olan yoldaşı ona dedi: «Səni əvvəlcə torpaqtan, sonra bir damla nütfədən [rüşeymdən] yaradan və daha sonra adam şəklinə salan Allaha küfr edirsənmi?!».
Sizin böyük alimlərinizdən olan Fəxri Razinində «Təfsiri Kəbir»də nəql etdiyi kimi, müfəssirlərin ümumi bu ayə haqqında belə deyirlər: Biri mö᾽min, digəri də kafir olan iki qardaş var idi. Mö᾽minin adı «Yəhuda», kafirin isə «Bəradus» idi. Aralarında olan söhbət uzun olduğu üçün nəql etmirəm. Ancaq görürsünüz ki, Allah-təala, biri mö᾽min, digəri də kafir olmasına baxmayaraq, onları «qardaş» adlandıraraq xüsusiyyətləndirir. Görəsən, mö᾽minin kafirlə qardaş olması, kafirə hər hansı bir fayda verdimi? Cavab mümkünsüzdür. Demək ki, biri ilə yoldaş olmaq tək başına fəzilət və üstünlük üçün yetərli deyildir. Bu mövzu üçün bir çox dəlil var, amma vaxtımız bundan çoxunu deməyə imkan vermir.
Rəsulallahın (s) Əbu Bəkrə «Allah bizimlə bərabərdir» deyə buyurması Allahın daima onunla bərabər olduğu və bunun da onun üstünlüyü və xilafətinin isbatı üçün dəlil təşkil etdiyi iddianıza gəlincə; ən yaxşısı bu mövzudakı inancınızı yenidən gözdən keçirin. Çünki belə dediyinizdə sizə e´tiraz edərək belə deyərlər: «Allah yalnız mö᾽min və övliyalarla bərabərdir? Mö᾽min olmayan biri ilə bərabər deyilmi?». Görəsən, bir yer var ki, Allah orada olmasın?
#33
Отправлено 19 января 2010 - 16:43
Bu və buna bənzər ayələrə, əqli və nəqli dəlillərə görə, istər mö᾽min olsun istər kafir, istər dost olsun istər düşmən, istərsə də münafiq olsun Allah hər kəslə bərabərdir. İki nəfər bir arada olsa və biri digərinə «Allah bizimlə bərabərdir» deyərsə, bu qarşı tərəfin fəzilətli olduğunu isbat etməz.
Bu səbəbdən əgər iki yaxşı adam, ya da iki pis adam, ya da biri yaxşı digəri pis olan iki nəfər bir yerdə olsalar, yenə də Allah onlarla bərabərdir.
Bunun mə᾽nası dediyiniz şəkildə olsa belə, yenə sizə e´tiraz edərək deyəcəklər ki, Belə bir şey heç bir kəsin əbədi səadətinə dəlil olamaz. Çünki Allah qulların əməllərinə baxar. Bir zaman əməlləri yaxşı olar, Allahın rəhmət və lütfü onlara şamil olar. Sonra pis əməlləri nəticə və imtahan qarşısında cavab verə bilmədikləri üçün Allah onlara buğz edib onları rəhmətindən mahrum etmiş və onlar da mə᾽lun olmuşlar.
Bu səbəbdən İblis illər boyu Allaha xalis niyyətlə ibadət etdi. Amma Allahın əmrinə üsyan etdiyi, həvayi həvəsinə tabe olduğu an Allahın rəhmətindən məhrum edilərək qiyamətə qədər lə᾽nətlənmiş oldu. Allah-təala ona belə buyurdu: «Buyurdu: «Oradan [cənnətdən] çıx! Sən [dərgahından] qovulmusan. Sən qiyamət gününə kimi lə´nətlənmişsən»(«Hicr» surəsi, ayə 34-35.) .
Bilirsiniz, misal dedikdə irad tutulmaz. Bunları mövzunun yaxşı bir şəkildə anlaşıla bilməsi üçün söyləyirəm.
İnsanlar da eynidir; onların da arasında elələri vardır ki, əvvəldə Allahın dostlarıydılar. Amma imtahan vaxtı yetişdikdə, Allahın düşməni halına gəldirdir. Burada misal olaraq iki nəfərə toxunacaqam. Qur᾽ani-kərimin insanların ibrət alması və ümmətdən olan qafillərinin oyanması üçün onlara işarə etmişdir.
Onlardan biri Bəlam bin Bəuradır. Bəlam həzrət Musanın (ə) zamanında Allaha o qədər çox yaxın idi ki, Allah ona ismi əzəmin vermişdi. Bir dəfə dua etməklə həzrət Musanı (ə) «TiyH» vadisində çaşqın hala gətirmişdir. Amma imtahan vaxtı gəldikdə, məqam sevgisi onu Allaha üsyana və şeytana itaət etməyə vadar etmişdir. Beləcə cəhənnəmi də satın almışdır. Müfəssir və tarixçilərin hamısı onun vəziyyətini yazmışlardır. Fəxri Razi də öz təfsirinin ΙV cildinin 463-cü səhifəsində İbni Abbas, İbni Məs᾽ud və Mücahiddən nəqlən onun hekayəsini nəql edirlər. Allah-təala «Ə᾽raf» surəsinin 175-ci ayəsində belə buyurur: «Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də oxu! Bu şəxs nəhayət özünü ayələrdən ayırdı. Şeytan onu özünə tabe etdi və beləcə o, azğınlardan oldu».
Başqa biri isə Abid Bərsisadır. Bu da əvvələdə Allaha elə yaxın idi ki, duaları qəbul olurdu. Amma imtahan edildikdə sonu xeyirli olmadı. Şeytanın Hiyləsinə aldanaraq bir qızla zina etdi. Bu səbəbdən də bütün zəhmətləri boşa çıxdı. Sonra darağacına asılaraq kafir olaraq dünyadan getdi. Bunun üçün Allah-təala Qur᾽ani-kərimdə belə buyurur: «Şeytanın [aldatmasına] bənzəyir ki, insana dedi: «Kafir ol!». Kafir olduqda isə ona dedi: «Mən səndən uzağam, mən aləmlərin rəbbi olan Allahdan qorxuram». Beləliklə, hər ikisinin aqibəti od içində əbədi qalmaq oldu. Zülmkarların cəzası isə budur» («Həşr» surəsi, ayə 16-17.) .
Demək ki, bir insandan bir zaman yaxşı bir əməl görülürsə, bu onun aqibətinin xeyirli olacağını isbatlamaz Onun üçün belə dua etməmiz buyurulmuşdur: «Allahım, işlərimin sonunu xeyirli et».
«Ayrıca, «Məani-bəyan» elmində belə bir şey vardır: Bir cümlədə bir şey məxsus vurğulanarsa, bunun səbəbi mühatabın şək və şübhədə olduğu üçündür. Ayeyi-kərimnin cümləyi ismiyyə və ini müşəddədə ilə başlaması, qarşı tərəfin əqidəsinin azğınlığını, təzəlzül və təvəhhümə qapıldığını, şək və şübhədə olduğunu göstərir
«Səkinətəhu»dakı zəmir, Rəsulallaha dönməkdədir. Səkinə (sükunət), Rəsulallaha enmişdir; Əbu Bəkrə deyil. Çünki cümlənin arxasında belə buyurur: «Və əyyədəHu bicunudin ləm tərəvha» (Özünü, sizin görmədiyiniz ordularla dəstəklədi). Haqqın ordusuyla dəstəklənmək, Rəsulallahın haqqıdır; Əbu Bəkrin deyil.
Əgər ikisi də İlahi rəhmətə nail olsa idilər, o zaman ayənin bütün cümlələrindəki zəmirlər təsniyə olaraq gəlməsi lazım gəlirdi. Halbuki, əvvəlki və sonrakı bütün zəmirlər müfrət (təkil) olaraq gətirilmişdir; ta ki, Rəsulallahın (s) yüksək məqamı və Allahdan gələn rəhmət və inayətlərin Onun şəxsiyyətinə aid olduğu isbat və bəlli olsun. Əgər Rəsulallahın bələdçisi olaraq bir başqalarına da rəhmət və sukunə enmiş olsaydı, onun adı zikr edilərdi. Bu və bənzəri ayələr, səkinə və rəhmətin yalnız Rəsulallaha (s) aid olduğunu ortaya çıxarır
İstər Peyğəmbər olsun istər olmasın, hər kəsin Allahın rəhmətinə ehtiyacı vardır. Hüneyn döyüşündə «Tövbə» surəsinin 26-cı ayəsində Allah-təalanın belə buyurduğunu unutdunuzmu?!: «Sonra Allah öz peyğəmbərinə və mö᾽minlərə öz arxayınlıq amilini (sükunət) nazil etdi ».
«Fəth» surəsinin 26-cı ayəsində də yenə, səkinənin Rəsulallaha və mö᾽minlərə endiyi vurğulanmışdır. Bu ayələrdə Rəsuli-əkrəmdən (s) sonra mö᾽minlərə də toxunmuşdur. Əgər Ğar (mağara) ayəsində, Əbu Bəkr mö᾽minlərdən sayılmış olsaydı, sükunət və səkinəyə məşmul olaraq zəmirlərin təsniyə olaraq zikr edilməsi ya da onun isminin ayrıca halanması lazım gəlirdi. Bu məsələ o qədər aydındır ki, sizin insaflı alimləriniz də ayədəki zəmirin Əbu Bəkrə aid olmadığını söyləmişlər.
Siz ağaların, Şeyx Əbu Cəfər Məhəmməd bin Əbdullah İsqafinin (Mö᾽təzilənin böyük alimlərindəndir) «Nəqzul-Osmaniyyə» adlı kitabını oxuması çox yaxşı olar. Bu insaflı alimin, Əbu Osman Cahizin tutarsız sözlərinin cavabında haqqı necə aşkar etdiyinə bir baxın. İbni Əbil-Hədid də «Şərhi Nəhcül-bəlağə»nin ΙΙΙ cildinin 253-cü səhifəsindən 281-ci səhifəsinə qədər, onun verdiyi cavablardan bə`zilərini nəql edir.
Bütün bunlara əlavə olaraq, ayədə bir cümlə var ki, sizin söylədiyinizin tam əksini isbat edir. O cümlə belədir: Rəsulallah (s), Əbu Bəkrə qəmgin olma diyərək onun hüzünlənib qəmlənməsinə mane olur. Bu cümlə Əbu Bəkrin o anda hüzünlü olduğunu göstərir. Görəsən, Əbu Bəkrin Hüzünlü olması, yaxşı bir əməl idi yoxsa pis bir əməl? Əgər yaxşı bir əməldisə, sizin də bildiyiniz kimi Rəsulallah (s) heç bir zaman birinin yaxşı bir əməlinə mane olmazdı. Amma əgər pis bir əməl idisə, belə ki, bu əməlin sahibi fəzilətli birisi deyildir. Fəzilətli olmayan birisi də Allahın rəhmətinə şamil olamayacağı kimi ona sükunət də nazil olmaz. Şərəf və fəzilət yalnız övliyalara, mö᾽minlərə və Allahın dostlarına aiddir. Övliyaların bir qrup əlamətləri vardır. Onlar o əlamətlərlə tanınırlar. Qur᾽ani-kərimdə buyrulduğu kimi, övliyalar heç bir hadisə qarşısında aciz olub qorxmaz və hüznə qapılmazlar. Əksinə, səbr edərlər. «Yunis» surəsinin 62-ci ayəsində Allah-təala belə buyurur: «Bilin ki, Allahın dostları üçün heç qorxu yoxdur və onlar kədərlənməzlər».
#34
Отправлено 29 сентября 2010 - 13:14
PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM-İN AYAQ İZLƏRİNİ AXTARIRLAR
#35
Отправлено 29 сентября 2010 - 19:37
Şiələr görəsən öz kitablarından xəbərdardır? Hz Əbu Bəkr(ra) mağarada olmasını sizin böyük alimlərinizdən AYƏTULLAH SEYYİD ƏBDÜL HÜSEYN DƏSTĞEYBtəsdiq edir.
PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM-İN AYAQ İZLƏRİNİ AXTARIRLAR
Bizim kitablarda gəlib və biz bunu qəbul edirik. Sadəcə olaraq sizin kitablardakı, hədislər əksini deyir. Əmmamılik edib bunu izah elə.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#36
Отправлено 30 сентября 2010 - 09:57
Harda bunun əksini gördün ki belə ürəkləndin?Bizim kitablarda gəlib və biz bunu qəbul edirik. Sadəcə olaraq sizin kitablardakı, hədislər əksini deyir. Əmmamılik edib bunu izah elə.
#37
Отправлено 30 сентября 2010 - 16:59
Harda bunun əksini gördün ki belə ürəkləndin?Bizim kitablarda gəlib və biz bunu qəbul edirik. Sadəcə olaraq sizin kitablardakı, hədislər əksini deyir. Əmmamılik edib bunu izah elə.
Mövzunu oxumamısan məgər?
http://313news.net/f...dpost__p__25897
http://313news.net/f...dpost__p__26012
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#38
Отправлено 11 октября 2010 - 14:23
Əqidədaşın hədisləri diqqətlə oxumayıb.Harda bunun əksini gördün ki belə ürəkləndin?Bizim kitablarda gəlib və biz bunu qəbul edirik. Sadəcə olaraq sizin kitablardakı, hədislər əksini deyir. Əmmamılik edib bunu izah elə.
Mövzunu oxumamısan məgər?
http://313news.net/f...dpost__p__25897
http://313news.net/f...dpost__p__26012
#39
Отправлено 11 октября 2010 - 16:31
#40
Отправлено 11 октября 2010 - 17:07
Və nə qərara gəldin? Hədisin biri konkret hadisə haqqındadır, orada Əbu Bəkrin adı çəkilmir, o biri isə ümumi məlumat verir, belə deyil? Məgər Əbu Bəkr Hicrət hadisəsindən sonra heç vaxt Quba məscidində namaz qılmayıb? Və yaxud məsələn onun Hicrət hadisəsindən 5 il sonra Quba məscidində namaz qılması onun ilk mühacir olmasını inkar edir? Və yaxud Salim yalnız Hicrət hadisəsindən sonra dərhal, yalnız bir dəfə Quba məscidində imamlıq edib?Mən diqqətlə oxudumƏqidədaşın hədisləri diqqətlə oxumayıb.
http://313news.net/f...dpost__p__26012
#41
Отправлено 11 октября 2010 - 17:46
Deməli Siz diqqətlə oxummısız! Buxaridə yazılıb ki, Səlim Quba məscidində ilk mühacirlərə namazda imam camaatlıq edirdi və onlar arasında Əbu Bəkrin də adı çəkilir. Əbu Bəkr ilk mühacir idi, ya son?Və nə qərara gəldin? Hədisin biri konkret hadisə haqqındadır, orada Əbu Bəkrin adı çəkilmir, o biri isə ümumi məlumat verir, belə deyil? Məgər Əbu Bəkr Hicrət hadisəsindən sonra heç vaxt Quba məscidində namaz qılmayıb? Və yaxud məsələn onun Hicrət hadisəsindən 5 il sonra Quba məscidində namaz qılması onun ilk mühacir olmasını inkar edir? Və yaxud Salim yalnız Hicrət hadisəsindən sonra dərhal, yalnız bir dəfə Quba məscidində imamlıq edib?Mən diqqətlə oxudumƏqidədaşın hədisləri diqqətlə oxumayıb.
http://313news.net/f...dpost__p__26012
Sonra isə Buxarinin şərhində yazılıb:
Bədrəddin yazır:
قلت: لا إشكال إلاَّ على قول ابن عمر: إن ذلك كان قبل مَقْدَم النبي
العيني، بدر الدين ابومحمد محمود بن أحمد الغيتابي الحنفي ( 855هـ)، عمدة القاري شرح صحيح البخاري، ج 24، ص 254، ناشر: دار إحياء التراث العربي – بيروت
Bu mətləbdə işqal yoxdur. Abdullah ibni Ömər deyib ki,(namaz qılma məsələsi) Rəsulullahın (s) varid olmasından qabağ olub.
#42
Отправлено 03 ноября 2010 - 23:08
Və yaxud məsələn onun Hicrət hadisəsindən 5 il sonra Quba məscidində namaz qılması onun ilk mühacir olmasını inkar edir?
Əbu Bəkr mühacir deyil!!!
#43
Отправлено 01 февраля 2011 - 01:55
حدثنا موسى بن إسماعيل حدثنا أبو عوانة عن أبي بشر عن يوسف بن ماهك قال كان مروان على الحجاز استعمله معاوية فخطب فجعل
يذكر يزيد بن معاوية لكي يبايع له بعد أبيه فقال له عبد الرحمن بن أبي بكر شيئا فقال خذوه فدخل بيت عائشة فلم يقدروا فقال
مروان إن هذا الذي أنزل الله فيه والذي قال لوالديه أف لكما أتعدانني فقالت عائشة من وراء الحجاب ما أنزل الله فينا شيئا من القرآن
إلا أن الله أنزل عذري
Yusif ibn Mahək belə deyir: Mərvan ibni Həkəm Hicazda vali idi. Onu Müaviyə Mədinəyə vali təyin etmişdi. Bir gün xütbədə Yezid ibni Müaviyyəyə Müaviyyədən sonra beyət olunması gərəkliyi barədə danışmağa başladı. Bu vaxt Əbdurrəhman ibn Əbu Bəkr Mərvana etiraz edib, bəzi sözlər dedi. Mərvan da adamlarına onu tutmaqları əmrini verdi. Əbdurrəhman gedib Aişənin evinə girdi. MƏmurlar onu tuta bilmədikləri zaman Mərvan belə dedi. Şübhəsiz bu həmin Əbdurrəhmandır ki, Allah Quranda onun barəsində bu ayəni nazil etmişdir: "ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Əhqaf-17
Bu zaman Aişə pərdə arxasından - Allah Quranda bizim haqqımızda mənim bəraətimi bildirən ayədən başqa heç bir ayə nazil etməyib - dedi.
- master_ier это нравится
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#44
Отправлено 23 февраля 2011 - 17:45
#45
Отправлено 23 февраля 2011 - 20:14
حدثنا إِبْرَاهِيمُ بن الْمُنْذِرِ قال حدثنا أَنَسُ بن عِيَاضٍ عن عُبَيْدِ اللَّهِ عن نَافِعٍ عن بن عُمَرَ قال لَمَّا قَدِمَ الْمُهَاجِرُونَ الْأَوَّلُونَ الْعُصْبَةَ مَوْضِعٌ بِقُبَاءٍ قبل مَقْدَمِ رسول اللَّهِ صلى الله عليه وسلم كان يَؤُمُّهُمْ سَالِمٌ مولى أبي حُذَيْفَةَ وكان أَكْثَرَهُمْ قُرْآنًا
...ibni Ömər belə demişdir: İlk mühacirlər, Qubada bir yer olan əl-Usbatə deyilən məntəqəyə gəldikləri zaman, Rəsulullahın gəlməsindən əvvəl, özlərinə Huzeyfənin himayəsində olan Salim imamlıq edirdi. Salim onların, Quranı ən çox əzbərləyib oxuyanları idi.
Buxari, "əs Səhih", Namaz kitabı, Əzan hissəsi, bab 54, hədis 84
حدثنا عُثْمَانُ بن صَالِحٍ حدثنا عبد اللَّهِ بن وَهْبٍ أخبرني بن جُرَيْجٍ أَنَّ نَافِعًا أخبره أَنَّ بن عُمَرَ رضي الله عنهما أخبره قال كان سَالِمٌ مولى أبي حُذَيْفَةَ يَؤُمُّ الْمُهَاجِرِينَ الْأَوَّلِينَ وَأَصْحَابَ النبي صلى الله عليه وسلم في مَسْجِدِ قُبَاءٍ فِيهِمْ أبو بَكْرٍ وَعُمَرُ وأبو سَلَمَةَ وَزَيْدٌ وَعَامِرُ بن رَبِيعَةَ
...Bizə ibni Cureyc xəbər verdi. Ona da Nafi xəbər verdi. Ona da ibni Ömər xəbər verib belə demişdir: Əbu Huzeyfənin köləsi Salim, Mədinəyə ilk hicrət etmiş olan Mühacirlərdən və Peyğəmbərin səhabələrindən Quba Məscidində imamlıq edərdi. Bu camaatın içində Əbu Bəkr əs-Sıddiq, Ömər b.xəttab, Əbu Sələmə b. Əbdüləsəd əl-Məhzumi, Zeyd b. Harisə -yaxud Zeyd b. xəttab əl-Ədəvi- və Amir b. Rabiə əl-Ənəzi var idi.
Buxari, "əs Səhih", Hökmlər kitabı, bab 25, hədis 37
#46
Отправлено 01 марта 2011 - 15:21
ELBETTE HZ.EBUBEKR BOYUK SEHABE OLUB BUNA AID NE QEDER DESEZ HEDIS GETIREREM SIZSE BOHTAN ATIRSIZDoxtor qardaş verdiyin ssilkadakı revayetleri oxudum. Onda belə sual meydana gəlir ki peyğemberle mağarada olan kim idi?
bir də axı təkcə mən demirəm Əbubəkri ilanın sancdığını. sünnülərdə deyir. amma deyirlər ki, guya peyğəmbəri (s) qorumaq üçün özünü ilanın qabağına atıp. Düzünü Allah bilir.
#47
Отправлено 01 марта 2011 - 16:39
Bismillah,Əbu Hürüyrənin nağılları bizə lazım deyil(uydurma fəzilətlərdən söhbət gedir).Qaldı ki,fəzilətinə olmağına olub(heç kəs inkar etmir).Amma onun Peyğəmbərdən(s) sonra etdiklərini heç kəs etməz.Nə isə...Biz isə böhtan atmırıq,sizin hədisçilərin+tarixçiərin dediklərini deyirikELBETTE HZ.EBUBEKR BOYUK SEHABE OLUB BUNA AID NE QEDER DESEZ HEDIS GETIREREM SIZSE BOHTAN ATIRSIZDoxtor qardaş verdiyin ssilkadakı revayetleri oxudum. Onda belə sual meydana gəlir ki peyğemberle mağarada olan kim idi?
bir də axı təkcə mən demirəm Əbubəkri ilanın sancdığını. sünnülərdə deyir. amma deyirlər ki, guya peyğəmbəri (s) qorumaq üçün özünü ilanın qabağına atıp. Düzünü Allah bilir.
Сообщение отредактировал Kanan_313N: 01 марта 2011 - 16:40
#48
Отправлено 09 августа 2011 - 19:30
Hənbəli kimdi ? Məkkə alimlərindəndi yaa Mədinə ? Mənım işim gücüm gutarıb bu dəygə düşüm qapı qapı kitab məlum olmuyanadamın kitabın axtarım . Bu hədisi sübüt üləmək qeyri mümkündü. Yuxarda ayzdim niyesin .
İstediyim kadar bakdım amma nağıldan başqa bir şey oxuamdım .
Vessalam.
Bismillahir Rəhmanir Rəhim!...sənin istədiyin dəlin Qurani Kərimdə də var..Orda Cəbrail (ə) nazil olur deyir ki: Ya Peyğəmbər!..ona de əsməcəyə düşməsil ALLAH bizi qoruyar!... Qurandan başqa tutarlı dəlil tanımıram... bəs sən necə ?
"Əli'nin (ə) rəbbinə and olsun ki; Allah'ın höccəti (Hz. Mehdi), insanlar arasında olacaq. Evlərinə baş çəkəcək. Yollarda (Bazarlarda, küçələrdə) gəzəcək. Yer üzünün şərqinə və qərbinə gedib gələcək. İnsanların sözlərini duyacaq. Onlara salam verəcək, görəcək. Fəqət vəd edilən zamana qədər görünməyəcək."
#49
Отправлено 16 августа 2011 - 14:19
Əvvəcə Əbu Bəkrin Allahın himayəsi altında olmasını Qurandan sübut gətirirəm
9:40 Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
Məgər bu sizə kifayət deyil?
#50
Отправлено 16 августа 2011 - 14:43
Quranda elə də yazılıb: öz yoldaşına (Əbu Bəkrə) dedi: ?Bu mənim ilk mövzumdur. Güman edirəm sonuncu olmayacaq və forumda mülayimcəsinə dava-dalaşsız, atmacalarsız müzakirə edə biləcəyik
Əvvəcə Əbu Bəkrin Allahın himayəsi altında olmasını Qurandan sübut gətirirəm
9:40 Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
Məgər bu sizə kifayət deyil?
Məkkədən 2 nəfər çıxmışdı, ya 3?
#51
Отправлено 16 августа 2011 - 14:45
2 nəfər
Сообщение отредактировал nadir: 16 августа 2011 - 14:46
#52
Отправлено 16 августа 2011 - 15:00
Quranda Əbu Bəkr yazılıb?sizin şübhəniz var həmin adam Əbu Bəkrdir?
2-ci kimdir, Əbu Bəkr ya bələdçi?2 nəfər
#53
Отправлено 16 августа 2011 - 15:20
#54
Отправлено 16 августа 2011 - 16:44
Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! 12:87Bu mənim ilk mövzumdur. Güman edirəm sonuncu olmayacaq və forumda mülayimcəsinə dava-dalaşsız, atmacalarsız müzakirə edə biləcəyik
Əvvəcə Əbu Bəkrin Allahın himayəsi altında olmasını Qurandan sübut gətirirəm
9:40 Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
Məgər bu sizə kifayət deyil?
YOLDASH sozu Quranda mushrikler ve kafir uchun ishlenib.
Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah? 12:39
abu bakir niye qem olmushtu?xe, nese ALLAHA umidini kesmishti!
ba bu esil kishilerden sohbet gedir!Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.10:62
oxayyyyyyyyy!
xe goresen bes abu bekir niye qem-qusseye dushmushti?gor nece zeif ve ALLAHA inanmiyan adam olub ki onun yanind bu BOYDANA ALLAHIN RESULU VARIYDI o da qem-qusseye dushub az galib tumana batirsin!adam kishi olar!
Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.10:62 bu aye Imam Ali (a) kimi igidlere isharedir!
Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! 12:87 bu aye se abu bekir kimi alden gayrma xalifelere aytdir!
Сообщение отредактировал al-Fath: 16 августа 2011 - 17:32
#55
Отправлено 16 августа 2011 - 17:27
dəlil?Əbu Bəkr həm də bələdçi idi
#56
Отправлено 17 августа 2011 - 01:49
Bismillah.
Çoxları bu əhvalatı yəqin ki bilir. Hz Əli (ə) canını peyğəmbər (s) uğrunda fəda edərkən, əbubəkr az qala satqınlıq etmişdi.
Əsas məsələ.
...Peyğəmbər bir az yol getdikdən sonra, gecə onu kiminsə izlədiyini anladı. Dayandı və gözlədi. Gələn Əbubəkr idi. Peyğəmbər Əbubəkrə xatırladdı ki,
"Alahın əmrini sizə də bildirmişəm, bu əmri dinləməyib arxamdan gəlmənizin mənası nədir?"
Əbubəkr: "Ya Rəsulullah sənin üçün qorxu və kədərə düşdüm. Səni tək buraxmağa könülüm razı olmadı"
Bundan sonra Hz Cəbrayıl nazil olub "Allah haqqı üçün, Əbubəkri geriyə göndərsən kafir gələr və sizi tutar"-dedi
Peyğəmbər əbubəkr ilə mağaraya gedir.
Peyğəmbər (s) ilə mağaraya girən əbubəkr, burada hörümçəyin toruyla bağladığı qapıdan ayağını çıxardaraq müşriklərin görməyini təmin etməyə çalışmışdı. Ancaq ilan ayağını çalır və istəyinə nail ola bilmir.
Bu da Əbubəkrin "peyğəmbər yolunda" fədəkarlığı
Əli (r.a.) iki şeyx – Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaxşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaxını – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın»
Meysəm. «Şərh Nəhcu-l-Bəlağə», 1/31, Tehran çapı.
#57
Отправлено 17 августа 2011 - 08:54
sizin Quran ayələrini fırlatmaq cəhdləriniz mənasız və gülməlidir. Kafirlər cəhənnəmdə Allahdan ümidlərini üzərlər. Bu dünyada isə kafirlər Allaha təvəkkül etmirdilər.Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! 12:87
Əbu Bəkr kədərli idi ümidsiz deyildi
bu lap gülməli oldu onda aervadınıza həyat yoldaşım deyəndə siz kafir hesab etmiş olursuz?YOLDASH sozu Quranda mushrikler ve kafir uchun ishlenib.
Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah? 12:39
ba bu esil kishilerden sohbet gedir!Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.10:62
oxayyyyyyyyy!
xe goresen bes abu bekir niye qem-qusseye dushmushti?gor nece zeif ve ALLAHA inanmiyan adam olub ki onun yanind bu BOYDANA ALLAHIN RESULU VARIYDI o da qem-qusseye dushub az galib tumana batirsin!adam kishi olar!
Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.10:62 bu aye Imam Ali (a) kimi igidlere isharedir!
Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! 12:87 bu aye se abu bekir kimi alden gayrma xalifelere aytdir!
Quran ayəsi ilə cavab verirəm
27:10 Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. (Allah dedi:) “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.
20:21 (Allah) buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.
41:30 Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
Siz Quranı düzgün başa düşmürsünüz elə bilirsiz ki, kimsə nədənsə qorxdu qutardı o kafirdir. Bu məntiqlə pələnglə şəkil çəkdirə bilərsiniz? Əgər qorxmusunuzsa gərək çəkdirməyə gedəsiniz. 10:62-ci ayədə söhbət cənnətdən gedir möminlərin qəmi kədəri cənnətdə olmayacaq. bu 41:30 ayə ilə izah olunur.
Forumçulardan xahiş edirəm etik qaydalara riayət etsinlər. Ayıbdı. Dini söhbətləri belə etməzlər
#58
Отправлено 17 августа 2011 - 08:56
Dəlil Quran ayəsidir orda 2 nəfərdən yazılıb 3-cü onları himayəsinə alan Allahdır.dəlil?
Əbu Bəkr tacir adamdır çox yerlərdə olub . Yolu bilirdi.
#59
Отправлено 17 августа 2011 - 10:21
Сообщение отредактировал H I Z B U L L A H: 17 августа 2011 - 10:21
#60
Отправлено 17 августа 2011 - 10:23
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей