Перейти к содержимому


Фотография

İmam Huseynin (ə) hədəfi və məqsədi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 32

#31 MURTEZA

MURTEZA

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 31 декабря 2009 - 00:04

İnsanın məscidə heç gəlməməsindənsə qan vermək üçün gəlməsində nə səhv var? Hər halda qan vermək üçün məscidlərə gəlib, orda dini söhbətlər eşidə bilər, hərənin bir cür hidayət yolu var, bu yolla da inanıram ki, dinə gələnlər var. Bilirsiz hər bir qan verən insan bilir ki, İmam Hüseyn əleyhissəlamın hədəfi bu deyil. Amma qanvermənin imam Hüseyn (ə.s.) hədəflərini insanlara çatdırmaqda nəsə bir maneəsi var?

Yəni demək istəyirsiz ki, məscidə qan vermək üçün gəlməkdənsə heç gəlməmək yaxşıdır?


bu adam qan verməyə gəlib...məqsədi qan verməkdir..

Meqsedi qan vermekdir,bes niyyeti nedir?Esas niyyet deyil meger?
Sevgili CANAN gelecek,az qalib!

#32 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 31 декабря 2009 - 11:19

Murteza

Meqsedi qan vermekdir,bes niyyeti nedir?Esas niyyet deyil meger?


əgər,niyyətində qan vermək olubsa...onda daha niyə əziyyət çəkib qan verirdi?
əsas niyyətdir də?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#33 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 02 января 2010 - 00:42

İMAM HÜSEYN VƏ QEYRİ-MÜSƏLMANLAR

1.Tomas Karlil:

“Kərbəla faciəsinin ən böyük ibrəti budur: Hüseyn (ə) və onun silahdaşları Allaha olan yenilməz imanı sayəsində, öz layiqli əməlləri ilə sübut etdi ki, qoşunun, silahın çox olması insanın mə`nəvi qüdrəti müqabilində heç də həlledici rol oynamır. Silahdaşının sayının az olmasına baxmayaraq, Hüseynin (ə) zülmə qələbə çalması məni olduqca heyrətləndirir” (“On dörd mə`sumun həyatı”, s. 183, Kermani).



2. Çarl Dikkens:

“Əgər Hüseyn (ə) şəxsi mənafeyi və maddi istəkləri uğrunda vuruşurdusa, nə üçün öz ailəsini, bacısını və az yaşlı uşaqları da özü ilə Kərbəlaya apardı? İnsan ağlı, onun yalnız İslam uğrunda belə riskə getdiyinə hökm edir” (“İmam Hüseyn (ə) və dostları”, s.52, K. Frişler).

3. Mahatma Qandi:

“Mən hind xalqı üçün yeni bir ideya ərməğan gətirməmişəm. “Ya azadlıq, ya ölüm!” şüarı, Kərbəla qəhrəmanı Hüseynin (ə) həyatı barəsində apardığım araşdırmaların nəticəsidir ki, onu, bütün hindlilərə hədiyyə etdim. Biz hind millətinin qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik!” (“Hüseyn xalq rəhbəri kimi”, s.30, M. Əkbərzadə”).

4.Tomas Mosark:

“Diqqət etsək, görərik ki, İsa Məsihin (ə) başına gələn bəlalar, Hüseynin (ə) Kərbəla müsibətilə müqayisədə, saman çöpünün dağla olan fərqi qədərdir” (“İmam Hüseyn (ə) “, s.76, Ə.Təqəvi”).

5. F Gibon:

“Kərbəla müsibətindən çox illər ötüb keçmişdir. Və biz Hüseynlə (ə) həmvətən deyilik. Amma daşürəkli insan belə, onun başına gətirilmiş bəlaları eşidərkən kövrəlir və tə`sir altına düşür. Sanki, yaxın bir dostuna məhəbbət bəsləyərək, onunla həmdərd olur” (“Azadələr rəhbəri”, s.59-60, R. Məzlumi)

6. Corc Cordan:
“Yezid öz ata-babalarının bütün pis xüsusiyyətlərinin varisi və rəzillikdə onlardan da, artıq idi. O, iyrənc və mənfur sifətilə, şərarətə, fəsada, şeytan əməllərinə malik idi. Heç kim onun kimi əxlaqi-insani xüsusiyyətlərdən bəhrəsiz deyildi. Amma heç kəs, mə`nəvi və insani keyfiyyətlərinə görə Kərbəla şəhidi Hüseyndən (ə) üstün ola bilməzdi.

Yezid çirkin, ürəkbulandırıcı rəftarı ilə zəif iradəli, zülmkar, qaniçən, qəddar, riyakar və xəbis bir şəxs idi. Hüseyn (ə) isə, kəramətli, açıqürəkli, mərhəmətli, cəsur, əzmli, azadiradəli, fədakar və ən əsası budur ki, vicdanlı insan idi” (“İmam Əli (ə) c.2, s.247, C. Cordan”).


7. M. Marbi`in:

“Hüseyn (ə) ən əziz və sevimli yaxınlarını qurban verməklə, dünyaya fədakarlıq və rəşadət dərsi verdi. İslam və müsəlmanlara izzət və şərəf bağışladı. Əgər Kərbəla müsibəti baş verməsəydi, şübhəsiz İslam və müsəlmanlar tarix səhifələrindən silinmişdi” (“Hüseyn (ə) xalq rəhbəri kimi” S.31, M. Əkbərzadə”).
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru