Перейти к содержимому


Фотография

ərəb dilində olan bu skanlara aydınlıq gətirilməsini xahiş edirəm


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 103

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 22 декабря 2009 - 13:31

bu kitabın ayətullah İsfahaniyə aid olduğu və içərisində "Quran təhrif edilib" deyildiyi iddia edilir

kitab_n__z_.jpg

kuran_tahrif_edilmi_dir.jpg


və yenə bu kitabda Məhəmməd əl Hüseyin əl Şirazinin "şiədən başqa hərkəs kafirdir" dediyi iddia edilir

_ia_d___nda_herkes_kafir.jpg


burada isə ayətullah Ruhaninin 3 xəlifəni lənətlədiyi iddia edilir:

Hualfei_ra_idin_lanetleniyor.jpg


bu fətvanın isə ayətullah Sistaniyə aid olduğu və fətvada "əgər bacın zina etsədə onu cəzalandırmaq hüququn yoxdur" dediyi iddia edilir:

ayetullah_Sistaninin_fetvas_.jpg


bunlar isə Biharul Ənvardandır. "Əhli sünnətə heyvan" deyildiyi iddia edilir:

ehli_s_nnet_hayvanm__.jpg


bu isə Kafidəndir. "sünnülərin fahişə balası" olduğu iddia edilir:

s_nn_l_r_fahi___balas_d_r_iftiras_.jpg


burada isə Kafidəndir. Əbu Bəkir və Ömərin kaifr olduğu iddia edilir:

Ebu_Bekir_ve__mer_kafdir2.jpg

Ebu_Bekir_ve__mer_kafirmi_.jpg


burada isə "Ömərin əzabının İblisin əzabından çox olacaq" yazıldığı iddia edilir. bu da Kafidəndir:

_merin_ezab___blisden__oxdur.jpg


bu isə Biharul Ənvardandır. yenədə "Əbu Bəkir və Ömərin kaifrdir" deyildiyi iddia edilir:

_merle_Ebu_Bekir_kafirmi_.jpg

Ebu_Bekir_ve__mer_kafdir.jpg


və burada "Aişə kafirdir" deyildiyi iddia edilir:

Ai_e_kafirmi_.jpg


burada isə "Allahım Əbu Bəkirə, Ömərə və onların qızı Aişə ilə Həfsəyə lənət et" yazıldığı iddia edilir:

Ebu_Bekir_ve__mere_lenet_dilir.jpg

Ebu_Bekir_ve__mere_lenet_edilir.jpg


ərəbcə bilən qardaşlardan xahiş edirəm, bunlara baxsınlar, tərcümə edə bildikləri qədərini tərcümə etsinlər və əgər mümkündürsə buradakı hədislərin səhih olub olmadığına baxsınlar.

#2 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 23 декабря 2009 - 09:48

bu kitabın ayətullah İsfahaniyə aid olduğu və içərisində "Quran təhrif edilib" deyildiyi iddia edilir



Kitabın kimə məxsus olması önəmli deyil. Skan olunmuş səhifədə sual verilir ki, Quranın təhrif olunduğunu deyən kimlərdir və dəlilləri nədir? Cavab olaraq bildirilir ki, mühəddislərdən və xəbər hafizlərindən bə`ziləri bunu söyləmişlər. Sonra isə bunu ilk dəfə Əli b. İbrahim əl-Qumminin öz təfsirində bunu söylədiyini bildirir və nümunələr gətirir. Bu təfsir barədə mən bu postumda qısa olaraq mə`lumat vermişəm.Təfsir Əl-Qummi barədə

Sonra isə suala cavab verən Şeyx Kuleyninin kitabından bu cür hədislərə nümunələr gətirir. Bu məsələ barədə də qısa olaraq burada mə`lumat vermişəm. "Kafi" kitabında Quran barədə olan bə`zi hədislər

Əxbarilərdən bə`zilərinin Quranın təhrif olunduğunu söylədiklərini heç kəs inkar etmir. Lakin bu onların nəzərlərindən başqa bir şey deyil. Şiyələrdə ictihad qapısı həmişə açıqdır.

Mə`lumat üçün bu posta müraciət etmək olarAlimlərin nəzəri

  • Şair это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#3 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 23 декабря 2009 - 10:10

və yenə bu kitabda Məhəmməd əl Hüseyin əl Şirazinin "şiədən başqa hərkəs kafirdir" dediyi iddia edilir

_ia_d___nda_herkes_kafir.jpg


Skanda vəhhabilərin highlight etdikləri yerdə yazılıb:

"12 imam şiyəsindən başqa digər şiyələrə gəldikdə isə çoxlu sayda rəvayətlər onların küfrə düçar olduqlarına dəlalət edir........"


Kafir sözü ilə küfrə düşməyin fərqini qanmayanlara nəyisə başa salmaq çətindir. :victoryL: Bunu inşaAllah özün edərsən.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#4 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 23 декабря 2009 - 10:35

burada isə ayətullah Ruhaninin 3 xəlifəni lənətlədiyi iddia edilir:

Hualfei_ra_idin_lanetleniyor.jpg



Orada yazılıb:

Sual: Xilafəti qəsb edən 3 nəfəri lə`nətləmək və bunu açıq-aydın söyləmək(e`lan etmək) olarmı?

Cavab: Onların zalım olub bu ayənin onlara tətbiq olunmasında şəkk yoxdur. (أَلا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ "Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!
Hud-18)
Amma bunu açıq-aydın söyləmək isə şəraitdən asılı olaraq əgər zərərə və fəsada səbəb olsa caiz deyil əks təqdirdə isə işkalı yoxdur.



  • Şair это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#5 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 23 декабря 2009 - 11:02

Qardashimsan Vaqif (Abu Sufyan Ordusu) :victoryL: :rolleyes: VOVKALARI sokmeyi Meshdibad demishken bir nov adet elemisen ozuve :victoryL: halal olsun sene allah imanivi kamil elesin
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#6 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 декабря 2009 - 01:25

burada isə Kafidəndir. Əbu Bəkir və Ömərin kaifr olduğu iddia edilir:

burada isə "Ömərin əzabının İblisin əzabından çox olacaq" yazıldığı iddia edilir. bu da Kafidəndir:


bu isə Biharul Ənvardandır. yenədə "Əbu Bəkir və Ömərin kaifrdir" deyildiyi iddia edilir:

Digər məsələlər aydınlaşdırıldı. Bu skanlarda isə heç bir problem yoxdur.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#7 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 29 декабря 2009 - 23:30

burada Məhəmməd Əli Bərul Ulumun (r.ə) "Fatimə (ə.s) mushafı Qurandır" dediyi iddia edilir

Hz._Fat_man_n__a.s__mushaf__kuranm__.jpg



#8 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 30 декабря 2009 - 00:12

1. Qardash bu skanda bir shey oxumaq olmur.
2. Merhum Behrul-ulumun (ra) fikri esla shie icmasinin fikri ola bilmez. Yuzlernen alim ve muctehid Fatimenin "Mushef"-inin Qurani Kerimden tam ayri bir kitab oldugunu bildiribler, chunki buna dair Imamlarimizdan (a) choxlu sayda hedis movcuddur.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#9 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 30 декабря 2009 - 19:00

kafirin buynuzu olmurki? :whistling:

#10 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 31 декабря 2009 - 01:17

Mərhum Əllamə Əskəri (rəhmətullahi aleyh) geniş bəhs apardığdan sonra qeyd edir:

Son əsrin yazıçılarından bə`ziləri Əhli-beyt (əleyhimus-salam) mək­tə­binin ardıcıllarının əleyhinə yeni təbliğatlara baş­laya­raq demişlər: "Onların başqa bir Qur`anı var və "Müshəfi Fa­timə" adlanır." Bu əks-təbliğatların səbəbi budur ki, Fa­ti­mənin kitabı da "Müshəf" adlandırılmışdır, Qur`ani-Kə­ri­mə də bə`zi müsəlmanlar tərəfindən "Müshəf" adı veril­miş­dir. Halbuki, Əhli-beyt (əleyhimus-salam) hədislərində aşkar şəkil­də deyilir ki, "Fatimənin Müshəfində Qur`andan heç bir şey yox­dur", o, sadəcə Islam ümmətinə hökumət edəcək kəslərin rəva­yətlərini ehtiva edir. Hətta Imam Sadiq (əleyhis-salam), Imam Hə­sən (əleyhis-salam)-ın nəvələrindən olan Məhəmməd və Ibrahimin, Mən­sur Dəvaniqinin əleyhinə qiyam etdiyi zaman buyurmuşdur:
لَيْسَ فِي كِتَابِ اُمِّنا فَاطِمَةَ اسْمُ هَؤُلاَءِ فِي مَنْ يَمْلِكُ هَذِهِ الْاُمَّةَ
"Anamız Fatimənin kitabında bu kəslərin adı bu ümmətə hökmranlıq edəcək kəslərin çərgəsində qeyd olunmayıbdır."
Bundan əlavə, Qur`an ьзьn "Mьshəf" adı nə Qur`ani-Kə­rim­də, nə də şərif Nəbəvi hədislərinin heç birində gəlməmiş­dir. Lakin Qur`ani-Kərim üçün "Kitab" adı bə`zi ayələrdə gəlmişdir. Bununla eyni zamanda xüləfa məktəbi Sibəveyhin nəhv elmində yazdığı "Kitab"ı da kitab adlandırmışlar!
Mьtəal Allah aşağıdakı ayələrdə və digər onlarla ayədə Qur`ani-Kərimi "kitab" adlandırmışdır:
"Bəqərə" 2, 85, 89, 129 və 151:
ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ، أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ، وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ، وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ، وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ
Bunların varlığı ilə belə, əgər bir kəs "Sibəveyhin kitabı Allahın Kitabından iki dəfə böyükdür" – desə, onun məq­sədi "Sibəveyhin kitabı Allahın Kitabından böyük olan bir Qur`andır" demək deyildir və Əhli-beyt məktəbinin ardı­cıl­larından heç biri də bu cür adqoymaya e`tiraz etməmişlər.
Sonda qeyd etməliyik ki, Islam dьşmənləri bu cür söz­lər­dən öz məqsədlərinə istifadə etmiş, onları Qur`ani-Kərimdə eyb axtarmaq üçün bir vasitəyə çevirmişlər! Allah bu kimi yazı­çıların bə`zilərinə bəsirət versin ki, bu cür səfeh söz­lər danışmaqdan, boşboğazlıqdan çəkinsinlər!
Bəli, bu gьnlərdə mьsəlmanların əlində olan Qur`an məhz Al­lah-taalanın Peyğəmbərə nazil edərək onu tamam-kamal həd­də çatdırdığı, Peyğəmbərin vəfatından sonra da səhabə­lə­rin bir yerə toplayıb Islam ölkələrinin hər bir yerinə yay­dıq­la­rı həmin Qur`andır. O Qur`anın əvvəli "Bismillahir-Rəh­ma­nir-Rəhim, əl-həmdu lillahi Rəbil-aləmin", axırı isə "mi­nəl-cinnəti vən­nas" kəlmələrindən ibarətdir və o dцvrdən in­­diyə qədər – bu Qur`anın müsəlmanların əlində olduğu vax­ta qədər – heç bir ixtilaf olmadan onda artırılma-azaldılma olmamışdır. Yal­nız onun mütəşabeh ayələrinin təfsir və yozumunda ixti­laf əmələ gəlmişdir. Onun da səbəbi budur ki, mütəşabeh ayə­lərin təfsiri hədislərdən əxz olunmuşdur, müsəlmanlar da Pey­ğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədisi barəsində ixtilafa düşmüşlər ki, son­rakı bölmələrdə bunun mənşəyi bəyan olunacaqdır.

"Məalimul-mədrəsətəyn", Əllamə Əskəri, 3/24-25


İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#11 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 31 декабря 2009 - 09:43

qardaş, Allah razı olsun.

qardaşlar, xahiş edirəm vaxtınız olsa verəcəyim mənbədə hansı hədislərin keçdiyini yoxlayın:

el-Kâfî, 1/417; 2/608-620; 2/633; 2/634


Сообщение отредактировал Abu Sufyan ordusu: 14 января 2010 - 12:08


#12 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 января 2010 - 00:04

qardaşlar, vaxtınız olduca xahiş edirəm bunlara da baxın, aşağıdakı səhifədə şeyx Müfidin (r.ə) "Quran təhrif edilib" dediyi iddia edilir. ancaq, mən bildiyimə görə şeyx Müfid (r.ə) elə bu kitabın (Ava'ilu l-Maqalat) 55 və 56-cı səhifələrində "Quran təhrif edilməyib" deyir. xahiş edirəm bunlara baxın:

Evailul_Makalat_fil_Mezahibil_Muhtarat.jpg



#13 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 января 2010 - 00:06

burada isə Əllamə Məclisinin (r.ə) "Quran təhrif edilib" dediyi iddia edilir:

miratulukul1.jpg



#14 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 января 2010 - 11:49

burada Seyyid Adnan Bəhranin "Quran təhrif edilib" dediyi iddia edilir:

Kuran_n_tahrifi.jpg


bu mətn isə Seyyid Adnan ibni Seyyid Ələvi adlı bir şəxsə aiddir. yazarın şiə olduğu və "Quran təhrif edilib" dediyi iddia edilir:

Kuran_tahrif_edilmi_tir.jpg


bu isə Təfsiri Safidən sitatdır. yenədə "Quran təhrif edilib" deyildiyi iddia edilir:

Kuran_tahrif_edilmi_tir.jpg

Kuran_tahrif_edilmi_tir1.jpg



#15 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 05 января 2010 - 11:52

qardaşlar, mən bu skanlarda nə yazıldığını bilmək istəyirəm. təhrifə aid hədislər ola bilər ki, bu hədislər qəbul edilmir və belə hədislər Buxari, Müslüm və başqa sünnü kitablardada var. ancaq, məni hədislər deyil, məzhəbimizin alimlərinin inancları maraqlandırır. ola bilsin ki, hədis zəif olsun, mövzu olsun amma alimlər? sizdən xahiş edirəm, ərəbcə bilənlər bu skanlara baxsınlar.

#16 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 06 января 2010 - 01:32

Əgər bir alim öz kitabında Quranın təhrif olduğunu bildirən hər hansısa bir hədisi gətirirsə deməli həmin müəllif Quranın təhrif olduğuna inanır? Bu hər hansısa bir məntiqə sığırmı?
Nə Şeyx Müfiq (ra), nə Əllamə Məclisi (ra), nə də "Təfsiri Safi"-nin müəllifi Əllamə Feyz Kaşani (ra) Quranın təhrifinə inanmayıblar. Zənnimcə, Əllamə Məclisinin (ra) və Feyz Kaşaninin (ra) fikirlərini öyrənməyə bir o gədər də lüzüm yoxdur, çünki onların təhrifi inkar etmələri barədə fikirlər yedkildir. Hər halda hamısının nəzərlərin öyrənək. Nəsə Şeyx Müfid (a) barədə az yazılıb deyənə, Şeyxin (a) fikirlərini də öyrənsək yaxşı olardı.

1. Bu da Şeyx Müfidin (ra) Qurani Kərim barədə nəzəri:

أن الذي بين الدفتين من القرآن جميعه كلام الله و تنزيله، و ليس فيه شي‏ء من كلام البشر و هو جمهور المنزل


Şeyx Müfid (ra) buyurur ki, Qurani Kərim bütövlükdə Allah kəlamıdır və onda insaniyyətdən (insanlardan) yetişən bir kəlmə yoxdur. Yanı Qurani Kərimdə heç bir təhrif-filan yoxdur.

"əl-Məsail", səh. 78


2. Əllamə Məclisi (ra) "Bihar əl-Ənvar"-da buyurub (9/113) buyurub:

إنا نحن نزلنا الذكر " أي القرآن " وإنا له لحافظون " عن الزيادة والنقصان والتغيير والتحريف


"Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (15:9) əlavələrdən, itkilərdən, dəyişikliklərdən və təhrifdən!



3. Feyz Kaşani (ra) buyurub:

“Təhrifi təsdiqləyən hədislər Allahın kitabı ilə ziddiyyət təşkil edir. Bu kimi hədislər ya rədd edilərək kənara qoyulmalı, ya da yozulmalıdır”.

"Təfsiri Safi", Feyz Kaşani, 1/15

P.S Vallah Seyyid Adnan adlı alimimiz barədə birinci dəfədir ki eşidirəm. Yanı məhşur müəllif deyil deyənə, onun fikirlərini öyrənmək bir-az çətinlik yaradır. Hər halda tam araşdırıb yazarıq.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#17 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 января 2010 - 20:12

Subhani, qardaş,mən demirəm ki, alimlərimiz -Allah qorusun- təhrifə inanır. məni yanlış anlama. məlun vəhabilər bu skanları ortalığa atıb alimlərimizin (r.ə) elə dediyini iddia edirlər. necə ki, Aykut burda edirdi. məndə bilmək istəyirəm ki, bu skanlarda nə yazılıb.

əziyyət çəkib cavab verdiyin üçün Allah razı olsun, verdiyin məlumatlar çox yaxşı oldu.


#18 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 07 января 2010 - 01:01

Subhani, qardaş,mən demirəm ki, alimlərimiz -Allah qorusun- təhrifə inanır. məni yanlış anlama. məlun vəhabilər bu skanları ortalığa atıb alimlərimizin (r.ə) elə dediyini iddia edirlər. necə ki, Aykut burda edirdi. məndə bilmək istəyirəm ki, bu skanlarda nə yazılıb.

əziyyət çəkib cavab verdiyin üçün Allah razı olsun, verdiyin məlumatlar çox yaxşı oldu.

Qardaşcan, mən demədim ki, sən bunu iddia edirsən. :umora: Mən bu cür skanları fnoor və s. vəhhabi saytlarında görmüşəm. Yanı bilirəm ki, bu onların işidir, sən isə sadəcə aydınlaşdırmağa çalışırsan.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#19 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 11 января 2010 - 08:54

bu fətvanın isə ayətullah Sistaniyə aid olduğu və fətvada "əgər bacın zina etsədə onu cəzalandırmaq hüququn yoxdur" dediyi iddia edilir:

ayetullah_Sistaninin_fetvas_.jpg



Bu skanda bir şəxsin Ayətullah Sistaniyə göndərdiyi məktubdur. Təəssüf ki, yaxşı görünmədiyindən bə`zi sözləri dəqiq oxuya bilmədim. Ümum olaraq mənası: Məktubu göndərən şəxs evə gəldikdə heç kəsin məskun olmadığı otaqdan hərəkət səslərinin gəldiyini eşidir. İçəri girdikdə bacısını yad bir kişi ilə olduğunu görür. Hər ikisini döyməyə başladıqda kişi bacısı ilə mut`a izdivacı etdiyini bildirir. Onları otaqda həbs edib kişini öldürmək üçün bıçaq dalıyca gedir. Qayıdanda isə o artıq pəncərədən qaçmışdır. Bacısını isə hələdə otaqda saxlayır. Həmin kişinin ünvanını bilir.



Sual: Onu öldürüm yoxsa başqa bir şey?

Cavab: Sənin bacın üzərində vilayətin yoxdur. Hətta haram iş görsə belə Mərcinin izni olmadan onu nə döymək nədə ki, həbs etmək caiz deyil. Kişiyə gəldikdə isə onun sözünə görə o haram iş görməyib, lakin hətta etmiş olsa belə ona hədd tətbiq etməyə sənin haqqın yoxdur.

  • Şair это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#20 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 11 января 2010 - 09:11

bunlar isə Biharul Ənvardandır. "Əhli sünnətə heyvan" deyildiyi iddia edilir:


Bu skanı böyütdükdə görünüş itir. Adi halda isə doğru-dürüst bir şey görə bilmirəm.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#21 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 января 2010 - 11:34

bu isə Kafidəndir. "sünnülərin fahişə balası" olduğu iddia edilir:

s_nn_l_r_fahi___balas_d_r_iftiras_.jpg


1.Bu hədisin sənədi zəifdir. Ravilərdən Əli b. Abbas zəif(ğulatlıqda ittiham olunub), Həsən b. Əbdur-Rəhman isə muhməldir(hansı Həsən b. Əbdur-Rəhman olduğu bilinmir)
Əl-Xoi "Mu`cəmu Ricalil-Hədis" 13/72 8238-ci ravi

2.Hədisdəki "əl-Bəğaya" kəliməsinin digər mə`nasının da olmasıdır. Lakin hədis huccətə yaramadığı üçün bu barədə danışmağa lüzum yoxdur.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#22 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 января 2010 - 12:04

burada Məhəmməd Əli Bərul Ulumun (r.ə) "Fatimə (ə.s) mushafı Qurandır" dediyi iddia edilir

Hz._Fat_man_n__a.s__mushaf__kuranm__.jpg


Çətinliklə də olsa bə`zi şeyləri oxuya bildim. Vəhhabilərin altında xətt çəkldiyi yerdə yazılıb: "Və yaxud onun (Fatimə s.a.-nın) "Mushəfinin" onların elm mənbələrindən birinin olması". Burada nə var ki,? Xanımın kitabı öz övladlarına ötürülüb və onlar bu kitabdan bir elm mənbəsi kimi istifadə ediblər.


Göründüyü kimi həmişəki kimi ağ yalan danışırlar. Bu da onların zəifliyinin əlamətidir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#23 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 января 2010 - 16:02

qardaşlar, vaxtınız olduca xahiş edirəm bunlara da baxın, aşağıdakı səhifədə şeyx Müfidin (r.ə) "Quran təhrif edilib" dediyi iddia edilir. ancaq, mən bildiyimə görə şeyx Müfid (r.ə) elə bu kitabın (Ava'ilu l-Maqalat) 55 və 56-cı səhifələrində "Quran təhrif edilməyib" deyir. xahiş edirəm bunlara baxın:

Evailul_Makalat_fil_Mezahibil_Muhtarat.jpg


Əlhəmdu lillah. Bu isə Vəhhabilərin zəifliyinin və yalançılıqlarının növbəti dəlilidir. Şeyx Mufid bu cür hədislərin İmamlardan rəvayət olunduğunu bildirdikdən sonra (necə ki, bu cür hədislər əhli-sünnə hədis kitablarında da səhabələrdən və s. rəvayət olunub) növbəti sətrdə bu məsələyə öz fikrini bildirir. Yuxarıdakı skanda həmin sətrlər yoxdur(yə`ni növbəti səhifədədir).


وقد قال جماعة من أهل الإمامة إنه لم ينقص من كلمة ولا من آية ولا من سورة ولكن حذف ما كان مثبتا في مصحف أمير المؤمنين (ع) من تأويله وتفسير معانيه على حقيقة تنزيله وذلك كان ثابتا منزلا وإن لم يكن من جملة كلام الله تعالى الذي هو القرآن المعجز، وقد يسمى تأويل القرآن قرآنا قال الله تعالى: (ولا تعجل بالقرآن من قبل أن يقضى إليك وحيه وقل رب زدني علما) فسمى تأويل القرآن قرآنا، وهذا ما ليس فيه بين أهل التفسير اختلاف.وعندي أن هذا القول أشبه من مقال من ادعى نقصان كلم من نفس القرآن على الحقيقة دون التأويل،

Əhli-İmamədən olan cəmaət demişdir: Quranın sözündən, ayəsindən və surəsindən heç bir şey naqis deyildir. Lakin Əli a.s.-ın "Mushəf"ində mövcud olan nazil olma həqiqətini bildirən tə`vil və təfsirlərdən bə`ziləri silinmişdir. Bunlar Allahın kəlamı olan Qurandan olmasalarda sabit və nazil olmuş bir şeylər idi. Çünki Quranın tə`vili də Quran adlanır. Allah Təala buyurur: (Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!" – de.) və (bu ayədə Allah Təala) Quranın tə`vilini də Quran adlandırır. Bu məsələdə əhli-təfsir ixtilaf etməmişdir.
Mənim nəzərimdə əsl mə`nada Quran sözlərindən nəyinsə silinməsini iddia edənin fikrindənsə (yuxarıda deyilən) bu fikir həqiqətə daha yaxındır.


Şeyx Mufid "Əvailul-Məqalat" səh 81
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#24 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 17 января 2010 - 17:45

Şiə alimlərinin Quranında təhrifin olub-olmadığı barədə mə`lumatı bu kitabdan əldə etmək olar:
التحقيق في نفي التحريف

İnşaAllah fürsət olduqca kitabdan tərcümələr edərik. Həmçinin baxmayaraq ki, mən forumda "əhli-sünnə mənbələrindən Quranın təhrifi" mövzusunun açılmasının əleyhinə olanlardanam məsləhət bu oldu inşaAllah tezliklə milli vəhhabilərin iftira və böhtanlarına cavab olaraq bizdə bu addımı ataq. Məqsədimiz vəhhabi virusuna qarşı immunitetin yaradılmasıdır. Allahdan bu işimizdə tovfiq diləyirik.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#25 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 17 января 2010 - 18:14

burada Seyyid Adnan Bəhranin "Quran təhrif edilib" dediyi iddia edilir:

Kuran_n_tahrifi.jpg


bu mətn isə Seyyid Adnan ibni Seyyid Ələvi adlı bir şəxsə aiddir. yazarın şiə olduğu və "Quran təhrif edilib" dediyi iddia edilir:

Kuran_tahrif_edilmi_tir.jpg



Eyni kitab, səhifə və müəllifdir. Adnan əl-Bəhrani kitabın adındanda göründüyü kimi əxbaridir. Şiyə və sünnü mənbələrindən təhrif barədə olan rəvayətləri toplayaraq təhrif iddiası irəli sürmüş və səhabə tabein və haqq məzhəbin(əxbari) icmasının nəzərinin də bu cür olduğunu iddia etmişdir. Kitabında onun rə`yi ilə müxalif olan şiyənin böyük alimlərindən Şeyx Səduqa, Mufidə və s. kimilərə e`tiraz etmışdir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#26 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 января 2010 - 03:25

bu isə Təfsiri Safidən sitatdır. yenədə "Quran təhrif edilib" deyildiyi iddia edilir:

Kuran_tahrif_edilmi_tir.jpg

Kuran_tahrif_edilmi_tir1.jpg


Feyz Kaşani r.a. "əs-Safi" təfsirində Hicr surəsinin 9-cu ayəsinin təfsirində yazır:


وإنا له لحافظون من التحريف والتغيير والزيادة والنقصان
Biz də onu qoruyub saxlayacağıq----təhrif, dəyişiklik,artırıb-əskiltmədən.

Feyz Kaşani "əs-Safi" 3/102

Maraqlıdır nəyə görə məhz 49-cu səhifəni skan ediblər, nəyə görə 51-52-53-54-55-ci səhifələri skan etməyiblər? O səhifələrdə ki, Feyz Kaşani r.a. təhrif, dəyişiklik, artırıb-əskiltmə barədə özünün və şiyənin böyük simalarının bu məsələyə e`tirazını və s. bildirir. Görəsən bu nə vaxta qədər davam edəcək? Bu iftiralar və böhtanlar nə zaman sona yetəcək? Əhli-beyt və şiyələrə qarşı düşmənçilik hələ nə qədər olacaq?
Feyz Kaşani "əs-Safi" 1/ 51-55

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#27 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 18 января 2010 - 06:14

Şiə alimlərinin Quranında təhrifin olub-olmadığı barədə mə`lumatı bu kitabdan əldə etmək olar:
التحقيق في نفي التحريف

İnşaAllah fürsət olduqca kitabdan tərcümələr edərik. Həmçinin baxmayaraq ki, mən forumda "əhli-sünnə mənbələrindən Quranın təhrifi" mövzusunun açılmasının əleyhinə olanlardanam məsləhət bu oldu inşaAllah tezliklə milli vəhhabilərin iftira və böhtanlarına cavab olaraq bizdə bu addımı ataq. Məqsədimiz vəhhabi virusuna qarşı immunitetin yaradılmasıdır. Allahdan bu işimizdə tovfiq diləyirik.

Allah Ayətullah Seyyid Əli Hüseyni Milanidən razı olsun. Bir çox məsələlərə, geniş mütaliələri sayəsində, cavab və aydınlıq gətirən alimlərdəndir. Olduqca geniş təhqiqdir. Bu kitabdan bəzi tərcümələri məqalə şəklinə salıb sayta yerləşdirmək lazımdır.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#28 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 18 января 2010 - 10:39

Bu kitabdan bəzi tərcümələri məqalə şəklinə salıb sayta yerləşdirmək lazımdır.


Ərəb dilindən az-çox xəbəri olan şiyələrin başı dünya işlərindən ayılsa idi bəlkə bu cür kitabların tərcüməsi ilə məşğul olub millətimizi maarifrləndirərdilər. Bu cür əqidəsi və alimləri olan məzhəbin Azərbaycanımızda gününə bax. Beş-üç dənə dılğır vəhhabi cavanlarımızı yığıb başına ürəyi istədiyi kimi ora sürür bura sürür. Təəssüflər olsun................ :bawling:
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#29 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 18 января 2010 - 14:44

Sizin Xomeyni deyir ki, Peyğəmbərimizin (səlləllahu əleyhi və səlləm) Allahın dini layiqincə təbliğ etməyib.

xomeini_scan.jpg

#30 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 18 января 2010 - 17:39

Siz vehabiler... O qeder melun tayfasiz ki, iftira atmaq sizin qaniniza isleyib. Allah en basda seyxiniz Qamet olmaqla iftiracilara ve yalancilara lenet etsin.

Ey vehabi, bil ki, buraya skan elediyin sehifede imam Xomeyni (r.e) sunnu qaynaqlara ve menbelere esaslanaraq Maide suresi 67-ci ayeni tefsir edir.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru