Перейти к содержимому

Фотография

Doyuş alnimiza yazilib!

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 56

#31 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 22:54

S-200 zenit raket kompleksi - uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır.
Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
Bu sistemdə istifadə olunan hər bir raket ümumi gücü 12 min ton olan və bərk maye əsasında işləyən 4 xarici sürətləndirici mühərrikin köməyi ilə hərəkətə gəlir. Təcillənmə prosesi zamanı raketdə daxili reaktiv mühərrik işə düşür. Bu mühərrik azot turşusu əsasında işləyir. Yanacağın həcmi elə hesablanır ki, raket hədəfə çatdıqda onun tərkibində maye az olsun. Tipindən asılı olaraq raketlər 200-350 km məsafəyə uça bilirlər. Hədəf radiolokatorun köməyi ilə təyin olunur. Raketin baş hissəsində özü nişanalan başlıq yerləşdirilir. Bu başlıq şəffaf örtüyün altında olur. Onun daxilində dimaetri 60 sm olan parabolik anten və analoq lampa yerləşir. Raketin sürəti 1200 m/san-dir. Hədəfi vurma hündürlüyü 300 m və 27 km, məsafəsi 7 km-dən 200 km-ə (köhnə modellər) və ya 400 km-ə (yeni modellər üçün) qədər olan diapazonda yerləşir. Mərmi hissəsi diametri 80 sm olub, daxilində 80 kq patlayıcı maddə və diametri 1 sm olan 10 000 polad kürə yerləşdirilir. Partlayış hədəfə 20 m qalmış baş verir. Birbaşa vurma halları da məlumdur. İdarəetmədə pozğunluq olduqda "özününkü-düşmən" sistemi işə düşür və ya operatorun əmri əsasında raket şaquli olaraq yuxarıya qalxır və yanacaq qurtardıqda raket özünü məhv edir. Qrup şəklində hədəfləri məhv etmək üçün də nüvə başlıqlı raketlər mövcuddur. Bu raketlərin uzunluğu 11 m, çəkisi isə 6 t-dur. Raketin gövdəsindəki elektrik şəbəkəsi yerli qaz turbini ilə işləyən mühərrikin köməyilə qidalanır. İdarəetmə məntəqəsi ilə rabitə yaratmaq üçün quyruq hissədə antena yerləşdirilir.
Bir raketlə hədəfin vurulma ehtimalı 80% təşkil edir. Adətən bir hədəfə iki raket buraxılır.
Radiolokator "Hədəfin işıqlandırılması"
"Hədəfin işıqlandırılması" radiolokatoru hədəfi 270 km məsafəyə qədər aşkar etmək imkanına malikdir. Radiolokasiya qurğusu əsasən iki kabinadan ibarətdir. Bu kabinaların birində radiolokator, digərində isə idarəetmə pultu yerləşir. Radiolokator yalnız bir hədəfi izləmək qabiliyyətinə malikdir, ayrılan hissə olanda avtomatik olaraq o hissəyə keçir. Güçü 3KVt-a bərabərdir ki, bu da böyük hədəflərin tutulmasında səhvlərə yol verir. 120 km məsafədə servis rejimə keçir və burada pozunutuları azaltmaq üçün 7 Vt gücündə siqnallardan istifadə edir. Ümumi gücləndirmə əmsalı 140 dB həddindədir. Hədəfin izlənməsi komanda məntəqəsinin göstərişi əsasında baş verir. Məntəqədən verilən informasiya əsasında hədəfin azimutu və uzaqlığı daxil edilir. Lokator avtomatik hədəfə tərəf tuşlanır və dairəvi köçürmə (skanerləmə) aparılır. Hədəf tapılmadığı halda sistem sektor axtarış rejminə keçir. Hədəf tutulduqdan sonra məsafə fazakodomanipulyasiya siqnalının köməyi ilə hesablanır və hədəfin tutulması üçün raket avtomatik rejimə keçir. Mərkəzi kəşfiyyat məlumatları olmadığı halda S200 raketlərinin tətbiqinin effektivliyi kəskin aşağı düşür. Aşağı sürətlərdə uçan hədəfləri aşkar etmək üçün mişar formalı siqnallardan istifadə edilir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#32 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 22:58

OSA (9К33) — özüyeriyən zenit raket kompleksidir (NATO sinifləşdirməsinə əsasən adı: SA-8 «Gecko»).Kompleks motatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. Rusiya istehsalıdır. 27 oktyabr 1960-cı ildə layiəhə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və yüksək vurma qabiliyyətinə malik olduğu bildirilir.
OSA sistemində istfadə olunan raketlər bərk yanacaq əsasında işləyən bir pilləli raketlərdir. SA-8a tipli raketlə 10 km, SA-8b tipli raketlə isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partadıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m-də yerləşir.
Atma sistemi və lazım olan radar və kompyüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (BAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. O həmçinin suda üzə bilir.
Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radar işləmə məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir. və 20-25 km arasında fəaliyyət göstərir. Raketi idaə etmək üçün iki müxtəlif tezliklə işləyən ötürücü kanallar mövcuddur.
Bu sistemin hədəfi vurma ehtimalı 35 və 85 % arasında qiymətləndirilir.OSA-AK və OSA-AKM sistemlərində bu 55 -85 % arasında yerləşir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#33 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 23:02

Toçka -U - taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO adlandırlması:SS-21 Scarab). Kolomen "Maşınqayırma konstruktor bürosu"nda təkmilləşdirilmiş bu sistem Toçka-U (9К79-1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur.
Kompleksə daxildir:
9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər;
Atıçı qurğu 9P129 (9PП129М-1);
Nəqledici-yükləyici maşın 9Т218;
Nəqledici maşın 9Т238;
Avtomatlaşdırlımış nəzarət-sınaq maşını 9V819-1;
Texniki xidmət maşını 9V844;
Arsenal qurğusu komlekti 9F370-1.
Kolomna KBM-də dörd növ raket hazırlanmışdır:
Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79
Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km. uçuş məsafəsinə malikdir.
9M79MKU versiyası tankəleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120-185 km-dir.
9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#34 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 февраля 2010 - 23:06

AK-74 (Rusca: Автомат Калашникова образца 1974 года) - Qərb ölkələrinin orduları tərəfindən 5.56 mm kalibrli silahlar istifadəyə verildikdən sonra SSRİ-də AKM-in yeni növü AK-74 meydana çıxdı. Konstruksiyasının standart Kalaşnikov avtomatına uyğun gəlməsinə baxmayaraq o 5.45 mm-lik patronlar ilə təmin edilib və çox praktikdir.
İstismar 1974-Davam edir
İstifadə edən ölkə(lər) Keçmiş Varşava Paktı dövlətləri
İstehsal tarixçəsi
Konstruktor Mixail Kalaşnikov
Konstruksiya tarixi 1974
İstehsalçı İjmaş
İstehsal tarixi 1974-Davam edir
Xüsusiyyətləri
Ağırlığı 3,07 kg
Uzunluğu 940 mm
Lülə uzunluğu 415 mm

--------------------------------------------------------------------------------

Giliz 5,45x39 mm
Atış tipi Qaz dövriyyəsi
Atəş tezliyi 600 atəş/dəqiqə
Güllənin başlanğıc sürəti 900 m/s
Effektiv məsafə 100-1000 m, nişangahın nizamlamasına bağlı olaraq
Güllə ötürmə sistemi 30 gülləlik xəzinə
Nişangahı Nizamlanabilən adi nişangah
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#35 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 07 февраля 2010 - 00:57

7.62 mm-lik DRAQUNOVUN SNAYPER TUFƏNGİ(RUSİYA) - Bizdə belə silah var???Amerikanlılarda bunun modifikasiya olunmuş variantını görmüşdüm kinolarda, amma silahın adın bilmirəm :)
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#36 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 07 февраля 2010 - 01:04

Eşitdiyimə görə Kalaş tipli silahı tez-tez işlətmək olmur, lüləsi tez qızır, aramsız istifadəsi lüləsinin əriməsinə səbəb olur, bu nə dərəcədə düzgündü??
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#37 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 февраля 2010 - 18:32

7.62 mm-lik DRAQUNOVUN SNAYPER TUFƏNGİ(RUSİYA) - Bizdə belə silah var???Amerikanlılarda bunun modifikasiya olunmuş variantını görmüşdüm kinolarda, amma silahın adın bilmirəm :whistling:

Bu tipli silah Azərbaycan silahli quvvələrində 1992-ci ildə Daxili İşlər Nazirliyinin Xususi Təyinatli Milis Dəstəsində (OMON)peyda oldu,hal hazirda ordu və silahli quvvələrdə kifayət qədər bu silahdn var.Bundan əlavə isə Azərbaycan Hərbi Sənayesi tərəfindən texniki parametrləri bu silahi cox-cox ustləyən snyper tufəngləri buraxılmişdir!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#38 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 07 февраля 2010 - 18:36

MIROTVORES 70 qardaşım səni bu yaxınlarda aparacaqlar nazirliyin padvalına deyəsən :whistling:
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#39 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 февраля 2010 - 18:39

Eşitdiyimə görə Kalaş tipli silahı tez-tez işlətmək olmur, lüləsi tez qızır, aramsız istifadəsi lüləsinin əriməsinə səbəb olur, bu nə dərəcədə düzgündü??

Kalaş dediyiniz silah ,Kalaşnikovun ixtirası olan avtomatik silahlardır ki, Dunyada keyfiyyət baxımından analoqu yoxdur! Lakin bu silahların hər bir modeli oz təyinatına uyğun istifadə olunmalıdır! Siz yəqin AKSU- tipli luləsi kicik avtomatin haqqinda eşitmisən. Cilahın təyinatı uzrə istifadə olunmaması ,onnun texniki xassələrinə təsir gostərir.Yəni AKSU avtomatı,rabitəcilər,tank və piyadanın doyuş maşının mexanikləri,tuşlayiciları ucun nəzərdə tutulmuşdur. Bu silahdan ozunumudafiə ucun istifadə edirlər,uzunmuddətli doyuşlər ucun deyil.Bu zaman lulə qizir və gullələri"tupurməyə" başlayır! Amma lulənin əriməsi isə yalandır!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#40 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 07 февраля 2010 - 18:43

MİROTVORES 70

Məsləhət görürəm mövzunun adını dəyişib KAMİSSVAT OLANLAR ÜÇÜN FAYDALI MƏLUMATLAR qoyaq :gizildish: :gizildish: :gizildish:
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#41 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 февраля 2010 - 18:51

MİROTVORES 70

Məsləhət gцrьrəm mцvzunun adını dəyişib KAMİSSVAT OLANLAR ЬЗЬN FAYDALI MƏLUMATLAR qoyaq :gizildish: :gizildish: :gizildish:

Xeyri yoxdu! Komissovat olunanlar ucun ancaq ruşvət məlumatı qoymaq lazımdır! Amma bizə doyuşcu hazırlamaq,cavanları hərbi texnika və silahla tanış etmək vacibdi!

Сообщение отредактировал MIROTVORES70: 07 февраля 2010 - 18:52

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#42 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 07 февраля 2010 - 20:32

Eşitdiyimə görə Kalaş tipli silahı tez-tez işlətmək olmur, lüləsi tez qızır, aramsız istifadəsi lüləsinin əriməsinə səbəb olur, bu nə dərəcədə düzgündü??

Kalaş dediyiniz silah ,Kalaşnikovun ixtirası olan avtomatik silahlardır ki, Dunyada keyfiyyət baxımından analoqu yoxdur! Lakin bu silahların hər bir modeli oz təyinatına uyğun istifadə olunmalıdır! Siz yəqin AKSU- tipli luləsi kicik avtomatin haqqinda eşitmisən. Cilahın təyinatı uzrə istifadə olunmaması ,onnun texniki xassələrinə təsir gostərir.Yəni AKSU avtomatı,rabitəcilər,tank və piyadanın doyuş maşının mexanikləri,tuşlayiciları ucun nəzərdə tutulmuşdur. Bu silahdan ozunumudafiə ucun istifadə edirlər,uzunmuddətli doyuşlər ucun deyil.Bu zaman lulə qizir və gullələri"tupurməyə" başlayır! Amma lulənin əriməsi isə yalandır!

İnformasiyaya görə təşəkkür, amma mən eşitdiyim "kitayskiy" kalaşnikovlardan idi :gizildish: Yani giydirmə :gizildish:
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#43 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 07 февраля 2010 - 20:34

MİROTVORES 70

Məsləhət gцrьrəm mцvzunun adını dəyişib KAMİSSVAT OLANLAR ЬЗЬN FAYDALI MƏLUMATLAR qoyaq :gizildish: :gizildish: :gizildish:

Xeyri yoxdu! Komissovat olunanlar ucun ancaq ruşvət məlumatı qoymaq lazımdır! Amma bizə doyuşcu hazırlamaq,cavanları hərbi texnika və silahla tanış etmək vacibdi!

Ay maşAllah, öpdüm səni qardaş! ;) Qardaşımdıeee qardaşııım :)
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#44 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 февраля 2010 - 21:04

Eşitdiyimə görə Kalaş tipli silahı tez-tez işlətmək olmur, lüləsi tez qızır, aramsız istifadəsi lüləsinin əriməsinə səbəb olur, bu nə dərəcədə düzgündü??

Kalaş dediyiniz silah ,Kalaşnikovun ixtirası olan avtomatik silahlardır ki, Dunyada keyfiyyət baxımından analoqu yoxdur! Lakin bu silahların hər bir modeli oz təyinatına uyğun istifadə olunmalıdır! Siz yəqin AKSU- tipli luləsi kicik avtomatin haqqinda eşitmisən. Cilahın təyinatı uzrə istifadə olunmaması ,onnun texniki xassələrinə təsir gostərir.Yəni AKSU avtomatı,rabitəcilər,tank və piyadanın doyuş maşının mexanikləri,tuşlayiciları ucun nəzərdə tutulmuşdur. Bu silahdan ozunumudafiə ucun istifadə edirlər,uzunmuddətli doyuşlər ucun deyil.Bu zaman lulə qizir və gullələri"tupurməyə" başlayır! Amma lulənin əriməsi isə yalandır!

İnformasiyaya görə təşəkkür, amma mən eşitdiyim "kitayskiy" kalaşnikovlardan idi :gizildish: Yani giydirmə :gizildish:

Onu da yalan deyirlər,Kalaşnikov avtomatlari,lisenziya uzrə cox olkələrdə istehsal olunsa da ,ulənin hazirlanmas Rusiyaya məxsusdur! Silahin birdəfəyə atəş acmaq qədəri var.Kalaşnikov avtomatında bu 600-dur. Yəni ki bir dəfəyə aramsiz olaraq 600-atəş acmaq olar.Bu zavodda sinaq mərhələsində olur.Doyuş zamani isə 600-gullə tutan daraq yoxdur,buna gorə də daraq dəyişən zaman lulə soyuyur. Ərimə olmur. Amma silaha lazimi qulluq olmayanda,lulə şişir və atəş acma fuksiyasi pozulur!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#45 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 07 февраля 2010 - 21:59

Hətta partlama ehtimalı var??
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#46 Amine

Amine

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 210 сообщений

Отправлено 08 февраля 2010 - 17:57

bu qeder silahin olduqunu birinci defedir ki görürem. Teşekkürler
Men bir tek kalaşnikovu bilirem. Mektebde herbi dersi bize ela kecibler. Kalaşnikovu söküb yığmaq, güllü atmaq, mina yerleşdirmek ve zerersizleşdirmek, qumbara atmaq. Sinifde birinci idim:)
Universitetde de cox yaxşı ders kecibler bize. Mülkü Müdafie üzre qırmızı diplom almışam.
Qısası müharibe olsa çulumu sudan çıxara bilerem her halda
TOPRAĞIMIZIN ÜSTÜNDE ŞEREFSİZCE YAŞAMAKTANSA, TOPRAĞIN ALTINDA YATMAYI ŞEREF SAYARIZ...

#47 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 февраля 2010 - 18:12

Eşitdiyimə görə Kalaş tipli silahı tez-tez işlətmək olmur, lüləsi tez qızır, aramsız istifadəsi lüləsinin əriməsinə səbəb olur, bu nə dərəcədə düzgündü??

Kalaş dediyiniz silah ,Kalaşnikovun ixtirası olan avtomatik silahlardır ki, Dunyada keyfiyyət baxımından analoqu yoxdur! Lakin bu silahların hər bir modeli oz təyinatına uyğun istifadə olunmalıdır! Siz yəqin AKSU- tipli luləsi kicik avtomatin haqqinda eşitmisən. Cilahın təyinatı uzrə istifadə olunmaması ,onnun texniki xassələrinə təsir gostərir.Yəni AKSU avtomatı,rabitəcilər,tank və piyadanın doyuş maşının mexanikləri,tuşlayiciları ucun nəzərdə tutulmuşdur. Bu silahdan ozunumudafiə ucun istifadə edirlər,uzunmuddətli doyuşlər ucun deyil.Bu zaman lulə qizir və gullələri"tupurməyə" başlayır! Amma lulənin əriməsi isə yalandır!

İnformasiyaya görə təşəkkür, amma mən eşitdiyim "kitayskiy" kalaşnikovlardan idi :) Yani giydirmə :)

Onu da yalan deyirlər,Kalaşnikov avtomatlari,lisenziya uzrə cox olkələrdə istehsal olunsa da ,ulənin hazirlanmas Rusiyaya məxsusdur! Silahin birdəfəyə atəş acmaq qədəri var.Kalaşnikov avtomatında bu 600-dur. Yəni ki bir dəfəyə aramsiz olaraq 600-atəş acmaq olar.Bu zavodda sinaq mərhələsində olur.Doyuş zamani isə 600-gullə tutan daraq yoxdur,buna gorə də daraq dəyişən zaman lulə soyuyur. Ərimə olmur. Amma silaha lazimi qulluq olmayanda,lulə şişir və atəş acma fuksiyasi pozulur!

Hətta partlama ehtimalı var??

Belə təhlukə movcud deyi,cunki,lulə şişəndə,barit qazlari oz gucunu itirir,və bundan əlavə isə qaz borusunda olan barit qazlari da xaric olduğundan,partlayiş ucun quvvə qalmir! Amma silah artiq yararsiz olur! Yəni atəşə yararsiz!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#48 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 февраля 2010 - 18:21

bu qeder silahin olduqunu birinci defedir ki görürem. Teşekkürler
Men bir tek kalaşnikovu bilirem. Mektebde herbi dersi bize ela kecibler. Kalaşnikovu söküb yığmaq, güllü atmaq, mina yerleşdirmek ve zerersizleşdirmek, qumbara atmaq. Sinifde birinci idim:)
Universitetde de cox yaxşı ders kecibler bize. Mülkü Müdafie üzre qırmızı diplom almışam.
Qısası müharibe olsa çulumu sudan çıxara bilerem her halda

Əhsən baci! Bəyəniləsi haldir ki, kişilərimizin qadin aksessuarı ilə maraqlandiği bir zamanda(muharibə gedən olkədə) ,bacilarımiz silahla maraqlanır! Bir də silah qeyrət ağacidir ki,olanlar onunla maraqlanar!Qeyrətsizə atom bombasi da versən xeyri sifir bərabərdir!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#49 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 08 февраля 2010 - 19:28

Eşitdiyimə görə Kalaş tipli silahı tez-tez işlətmək olmur, lüləsi tez qızır, aramsız istifadəsi lüləsinin əriməsinə səbəb olur, bu nə dərəcədə düzgündü??

Kalaş dediyiniz silah ,Kalaşnikovun ixtirası olan avtomatik silahlardır ki, Dunyada keyfiyyət baxımından analoqu yoxdur! Lakin bu silahların hər bir modeli oz təyinatına uyğun istifadə olunmalıdır! Siz yəqin AKSU- tipli luləsi kicik avtomatin haqqinda eşitmisən. Cilahın təyinatı uzrə istifadə olunmaması ,onnun texniki xassələrinə təsir gostərir.Yəni AKSU avtomatı,rabitəcilər,tank və piyadanın doyuş maşının mexanikləri,tuşlayiciları ucun nəzərdə tutulmuşdur. Bu silahdan ozunumudafiə ucun istifadə edirlər,uzunmuddətli doyuşlər ucun deyil.Bu zaman lulə qizir və gullələri"tupurməyə" başlayır! Amma lulənin əriməsi isə yalandır!

İnformasiyaya görə təşəkkür, amma mən eşitdiyim "kitayskiy" kalaşnikovlardan idi :) Yani giydirmə :D

Onu da yalan deyirlər,Kalaşnikov avtomatlari,lisenziya uzrə cox olkələrdə istehsal olunsa da ,ulənin hazirlanmas Rusiyaya məxsusdur! Silahin birdəfəyə atəş acmaq qədəri var.Kalaşnikov avtomatında bu 600-dur. Yəni ki bir dəfəyə aramsiz olaraq 600-atəş acmaq olar.Bu zavodda sinaq mərhələsində olur.Doyuş zamani isə 600-gullə tutan daraq yoxdur,buna gorə də daraq dəyişən zaman lulə soyuyur. Ərimə olmur. Amma silaha lazimi qulluq olmayanda,lulə şişir və atəş acma fuksiyasi pozulur!

Hətta partlama ehtimalı var??

Belə təhlukə movcud deyi,cunki,lulə şişəndə,barit qazlari oz gucunu itirir,və bundan əlavə isə qaz borusunda olan barit qazlari da xaric olduğundan,partlayiş ucun quvvə qalmir! Amma silah artiq yararsiz olur! Yəni atəşə yararsiz!

Əlavə məlumat üçün təşəkkürlər. qardaşım. Heç olmasa işdi sabah müharibə olsa kalaşnikovun başına gələn bütün variantları bilməm lazımdı :)
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#50 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 08 февраля 2010 - 19:29

bu qeder silahin olduqunu birinci defedir ki gцrьrem. Teşekkьrler
Men bir tek kalaşnikovu bilirem. Mektebde herbi dersi bize ela kecibler. Kalaşnikovu sцkьb yığmaq, gьllь atmaq, mina yerleşdirmek ve zerersizleşdirmek, qumbara atmaq. Sinifde birinci idim:)
Universitetde de cox yaxşı ders kecibler bize. Mьlkь Mьdafie ьzre qırmızı diplom almışam.
Qısası mьharibe olsa зulumu sudan зıxara bilerem her halda

Əhsən baci! Bəyəniləsi haldir ki, kişilərimizin qadin aksessuarı ilə maraqlandiği bir zamanda(muharibə gedən olkədə) ,bacilarımiz silahla maraqlanır! Bir də silah qeyrət ağacidir ki,olanlar onunla maraqlanar!Qeyrətsizə atom bombasi da versən xeyri sifir bərabərdir!

Цpdьm, qardaşım :)

Сообщение отредактировал Hasan_AGA: 08 февраля 2010 - 19:29

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#51 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 февраля 2010 - 20:11

MIROTVORES 70 qardaşım səni bu yaxınlarda aparacaqlar nazirliyin padvalına deyəsən :whistling:

Olmurəm ora ucun? havayi yemək və yatmaq)))
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#52 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 февраля 2010 - 23:51

SANAYPERLƏR HAQQİNDA-ONLAR KİMDİR?
Изображение
Düşəmənin canlı qüvvəsinin məhvini uzaq məsafədən mümkün edən tüfənglərin istehsalına XVIII əsrin ortalarından başlanılıb. Optik cihazı olan belə atıcı silahlar snayper tüfəngləri, onları idarə edən döyüşçülər isə snayperlər adlandırılır.
XVIII əsrdən başlayaraq dünyanın bütün regionlarında aparılan müharibələr zamanı snayperlər xüsusi imtiyazlı döyüşçülər sayılıb.
Seçilmişlər
«Snayper» sözü ilk dəfə İngiltərədə işlədilib. İngiliscə «snipe» olan bu sözün mənası «cüllüt quşunu vurmaqda məharətli atıcı» deməkdir. Cüllüt quşu çox sürətlə uçduğu və gözlənilməz uçuş trayektoriyasına malik olduğu üçün həmişə ovçular üçün çox çətin bir ov sayılıb. İlk dəfə İngiltərədə mahir tüfəng atıcıları snayperlər adlandırılıb. Sonradan bu söz bütün dünyaya yayılıb. Yeri gəlmişkən, Azərbaycanda da snayperliyi özündə ehtiva edən bir atalar məsəli var: quşu gözündən vuran...
Snayperlər xüsusi seçilmiş, yüksək intuisiyalı şəxslərdir. Onlar soyuqqanlıqla və səbrlə lazım olan anın yetişməsini gözləyən və həmin andaca öz işini maksimum dərəcədə yerinə yetirən döyüşçülərdir. Snayperin məharəti ustalıqla düşmənin canlı qüvvəsini tapmaq, onu qiymətləndirmək, şəraitin əlverişli olub-olmadığnı müəyyənləşdirmək və bir atəşlə yox etməklə ölçülür. Snayper nəinki düşmənin canlı qüvvəsini məhv etməlidir, həmiçinin bir atəşlə qarşı tərəfin hərbi vəziyyətinin gedişatını pozmalıdır. Onlar digər keyfiyyətlərə də malik olmalıdırlar. Məsələn, düşmənlərin ayaq üstə gəzməsini məhdudlaşdırmalı, əyilməyə, gizlənməyə məcbur etməli, başlarını belə qaldırmağa imkan verməməlidir. Snayper düşmənn canlı qüvvəsi arasına təşviş salmağı, onları vahimələndirməyi, dağıtmağa nail olmağı bacarmalıdır. Snayperin ən mühüm məqsədi düşmənin canına qorxu salmaqdır. O, düşmənin gözləmədiyi yerdə peyda olmalıdır. Snayper həm də ovçudur. Bu baxımdan ovçu gərək gözə görünməyən olsun. Snayper soyuğa, aclığa, ağrıya, hərəkətsizliyə dözməli, bəzən saatlarla durduğu yerdən tərpənməməyi bacarmalıdır. Düşmənin hər hansı canlı qüvvəsi snayper üçün şikar sayılır. Snayper səbrlə onu izləməli və atəşə uyğun olan bir vəziyyətdə aradan götürməlidir.
Dünyada ilk snayper dəstəsi
Snayperlərin geyinikləri xüsusi maskalanma paltarlarından XVIII əsrin sonlarında istifadə edilməyə başlanıb.
Dünyada mahir atıcılardan ibarət ilk nizami hərbi dəstə 1861-ci ildə ABŞ-da gedən Vətəndaş Müharibəsi zamanı şimallıların ordusunun polkovniki Hiram Berdanın (bu şəxs sonralar Rusiyada «berdanka» adı ilə tanınan tüfəng istehsalına başlayı:whistling: rəhbərliyi altında yaradılıb. Bu atıcı polkun döyüşçüsü olmaq üçün əsgərlər əvvəlcə ağır bir testdən keçərək, özlərinin peşəkarlıqlarını nümayiş etdirməliydilər. Belə ki, imtahan verənlər 182,9 metr məsafədən 15,2 sm ölçüsü olan hədəfi vurmalı idilər. Berdanın döyüşçüləri o zamanın ölçüləri ilə yüksək keyfiyyətli «Sharps» tüfəngləri ilə silahlanmışdılar. Bu tüfənglər 1371,6 metr məsafədən atəş açmağa imkan verirdi. 1899-1902-ci illərdə davam etmiş ikinci ingilis-bur müharibəsi zamanı daha yüksək keyfiyyətli snayper tüfənglərindən istifadə olunub.
İlk xüsusi snayper məktəbi
I Dünya Müharibəsi dövründə atıcı silahdan uzaq nişanlara açılan atəş sahəsində almanlar birmənal şəkildə başqalarına nisbətən üstünlük təşkil edirdilər. Almanların bu sahədə olan üstünlük səviyyəsi o qədər açıq-aydın idi ki, bəzən onlar hətta müxtəlif əşyalara atəş açmaqla da əylənirdilər.
İlk dəfə 1915-ci ildə Böyük Britaniyada xüsusi snayper məktəbi təşkil edilib. Həmin məktəbdə əsgərlərə snayper ustalığının bütün incəlikləri öyrədilirdi. Bu məktəbdə snayperlərin hazırlanması üçün ən yaxşı müəllimlər kanadalı, avstraliyalı və cənubi afrikalı ovçular olublar. Məktəbdə ilk dəfə britaniyalılar tərəfindən tətbiq edilmiş yüngül yaşıl parçadan və ot çəngələrindən hazırlanmış maskalanma kostyumları sonradan dünyanın bütün ölkələrinin snayperləri üçün ənənəvi geyim formasına çevrildi.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#53 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 10 февраля 2010 - 00:00

SSRİ-nin «Voroşilov atıcısı»

I Dünya Müharibəsi sona çatdıqdan sonra Böyük Britaniya, ABŞ, Fransa, Almaniya kimi böyük dövlətlər nədənsə snayperlik sahəsində əldə etdikləri təcrübəyə etinasızlıq göstərərək özlərinin atıcı dəstələrini ixtisara saldılar və ya onları tamamilə ləğv etdilər. Həmin dövrdə böyük dövlətlərdən yalnız SSRİ snayper hazırlığı prosesinə ciddi yanaşıb. O zamankı sovet rəhbərliyi, mahir atıcılar üçün xüsusi mükafat-«Voroşilov atıcısı» fəxri nişanı da təsis etmişdi. 1938-ci ildən sonra hər il SSRİ-də 53 min snayper tüfəngi istehsal edilirdi.

Baloğlan Abbasovun snayperlər dəstəsi[/b]
II Dünya Müharibəsi zamanı sovet snayperləri daha böyük şöhrət qazandılar. II Dünya Müharibəsinin gedişatında snayperlər arasında əsas qarşılıqlı atışma 548,7 metrdən az məsafədə aparılırdı. Yeri gəlmişkən, II Dunya Müharibəsi zamanı Stalinqradın müdafiəsində azərbaycanlı Baloğlan Abbasovun snayperlər dəstəsi düşmənə ağır zərbələr vurub. Buna görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Həmin müharibədə Sovet Ordusunun İvan Kulbertinov, Vasili Zaytsev, Mixail Surkov, Vasili Kvaçantaridze, almanların isə Ervin Köniq kimi çox məşhur snayperləri var idi ki, onların hər biri 500-dən çox düşmən hərbçisi məhv etmişdi.
Snayper tüfənglərinin istehsalında yeni bir dövr
Snayper tüfənglərinin istehsalında yeni bir dövr Vyetnam müharibəsi ilə başladı. Bu müharibədə snayperlər daha mükəmməl silahla təchiz edilmişdilər.
Sonralar snayper tüfəngləri daha da təkmilləşdirildi. Hal-hazırda snayperlər dünyanın bütün ordularında və həmçinin polisində və xüsusi xidmət orqanlarında mövcuddur. Snayper silahlarından həmçinin cinayətkarlar və terrorçular da istifadə edirlər.
Dünyanın ən mahir atıcısı
İndiyədək dünyada ən uzaq məsafədəki hədəfi sərrast atışla məhv edən bilən snayper kanadalı Rob Farlonq olub. Əfqanıstandakı antiterror əməliyyatlarında iştirak edən bu sülhməramlı hərbçi 2430 m məsafədəki terrorçunu məhv edib.
Hazırda Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa ən yaxşı snayper tüfəngləri istehsal edən ölkələrdir. Məsələn, Rusiyada «Draqunov», SKS-45, SV-99, ABŞ-da AKU-94, Almaniyada «Valter VA2000» kimi yaxşı snayper tüfəngləri istehsal olunur.
Türkyədə də «ASELSAN» şirkəti tərəfindən son model snayper tüfəngi istehsalı olunur. Bu tüfəngə birləşdirilən xüsusi cihaz sayəsində snayper səngərdə uzanaraq başını qaldırmadan hədəfi təyin edə bilir. Bu zaman qarşı tərəf onu görə bilmir. Döyüş zamanı daldalanan əsgər modern pereskop xüsusiyyətlərinə malik cihaz vasitəsilə ətrafına nəzarət imkanı da əldə etmək imkanı qazanır.
Snayperlər 3 bolməyə bolunur:
Ordu snayperləri. Bu tip snayperlər hədəfi 800-2000 metr məsafədən dəqiq vura bilən, eyni zamanda iriçaplı və ağır çəkili tüfənglərdən istifadə edir. Onların vəzifəsi döyüş əməliyyatları zamanı özlərinə əlverişli mövqe seçərək düşmənin canlı hədəflərini, əsasən komandir heyətinə daxil olan şəxsləri və xüsusi fəallıq göstərən ayrı-ayrı döyüşçüləri izləmək, onları qəfil atəşlə öldürmək və tez-tez yerini dəyişməkdir.
Polis snayperləri. Bu tip kəskin nişançlar polisin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi əməliyyatlar zamanı iş başında olur. Onlar daha yaxın məsafəyə hesablanmış silahlardan istifadə edir və vəzifələri xüsusi təhlükə törədən ayrı-ayrı cinayətkarları uzaq məsafədən məhv etmək, bununla da polisin əməliyyatını asanlaşdırmaqdır.
Nəhayət, xüsusi təyinatlı snayperlər. Bu tip snayperlər xüsusi xidmət orqanlarının əməkdaşları olur və onların xüsusi təyinatlı bölmələrində xidmət edir. Xüsusi təyinatlı snayperlər nəinki hədəfi uzaq məsafədən dəqiq atəşlə məhv edə bilməli, eyni zamanda atəşi açandan sonra görünməz olmalı və heç bir iz buraxmamalıdır. Xüsusi təyinatlı snayperlərin silahları da xüsusi olur, onlar hədəfi daha dəqiq nişan almağa imkan verən nişangahlarla, nisbətən yüngül və kiçik qabaritli, atəş açarkən heç bir səs çıxarmayan silahlarla təchiz olunur.
Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#54 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 25 декабря 2010 - 23:28

T-80, Sovet istehsalı bir ana müharibə tankıdır. T-64-ün inkişaf etdirilmiş halıdır. T-72 bir üst modelidir. T-80;1967-1975 illəri arasında çıxarılmışdır. 1976 ilində istehsala qaz turbinli mühərriklə başlandı. İnkişaf etmiş versiyası olan T-84 hələ Ukrayna tərəfindən çıxarılmaqdadır. T-80 və dəyişik versiyaları və tarixləri; T-80 (1976), T-80B (1978), T-80A (1982), T-80U (1985),T-80UD Beryoza (1987) illərda çıxarılmışdır. Изображение
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#55 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 31 декабря 2010 - 20:46

T-80, Sovet istehsalı bir ana müharibə tankıdır. T-64-ün inkişaf etdirilmiş halıdır. T-72 bir üst modelidir. T-80;1967-1975 illəri arasında çıxarılmışdır. 1976 ilində istehsala qaz turbinli mühərriklə başlandı. İnkişaf etmiş versiyası olan T-84 hələ Ukrayna tərəfindən çıxarılmaqdadır. T-80 və dəyişik versiyaları və tarixləri; T-80 (1976), T-80B (1978), T-80A (1982), T-80U (1985),T-80UD Beryoza (1987) illərda çıxarılmışdır.

Komandir, eşitdiyimə görə, bu tankda anti-maqnit sistemi də mövcuddur. Belə ki, maqnitlə nizamlanan raketləri özündən uzaqlaşdıra bilir.
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#56 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 31 декабря 2010 - 22:06

T-80, Sovet istehsalı bir ana müharibə tankıdır. T-64-ün inkişaf etdirilmiş halıdır. T-72 bir üst modelidir. T-80;1967-1975 illəri arasında çıxarılmışdır. 1976 ilində istehsala qaz turbinli mühərriklə başlandı. İnkişaf etmiş versiyası olan T-84 hələ Ukrayna tərəfindən çıxarılmaqdadır. T-80 və dəyişik versiyaları və tarixləri; T-80 (1976), T-80B (1978), T-80A (1982), T-80U (1985),T-80UD Beryoza (1987) illərda çıxarılmışdır.

Komandir, eşitdiyimə görə, bu tankda anti-maqnit sistemi də mövcuddur. Belə ki, maqnitlə nizamlanan raketləri özündən uzaqlaşdıra bilir.

İndi Bizim T-72AQ -modernizə olunmuş tanklarımız-T90 tanklarından da üstündür.Həm zirehinə görə-həm müdafiə sistemlərinə görə! Dediyin sistem də indi o tanklarda var!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#57 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 07 января 2012 - 21:01

122mm-lik D-30 A haubisa-topları

D-30A haubica-topları D-30 haubisa-toplarının modernləşdirilmiş variantıdır. Vəzifəsi:

Düşmənin acıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhf etmək,

Düşmənin piyada hissələrinin atəş vasitələrini məhf etmək,

Düşmənin DZOT və başqa istehkamlarını məhf etmək,

Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq,

Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq.

Haubisa ayrılmış giliz –mərmi doldurulması sistemi ilə qurulmuşdur.

Lafetin quruluşu dairəvidir.

Haubisa qoşqulu təkərli və qoşqulq tırtıllı texnika ilə atəş onasına catdırılır.

Normal sürət rəvan yolda 80 km –dır. Habelə lafet qarlı ərazılırdə təkər əvəzinə xizəklə də təmin oluna bilir.Lakin xizəklə atəş acmaq olmur.

Ballistik göstəricilər :

Capı-122 mm

Qəlpələnən-fuqas mərmisinin başlanğıc sürəti-bütöv atımla 690metr-san.

Qəlpələnən-fuqas mərmisinin başlanğıc sürəti-azaldılmış atımla 270—565metr-san.

Kumulyativ mərminin başlanğıc surəti-740metr-san.

Atəş məsafəsi 15,9 km.

Qəlpələnən-fuqas mərmisinin cəkisi-21kq.

Kumulyativ mərminin cəkisi-14 kq.

Bütöv atımın cəkisi -4 kq.

Tezatıcılığı 1 dəqiqədə 6-8 atəşdir.

Əsasən 2c1 qvozdika –da adlanır.

Azərbaycan ordusunda 2010-cu il hesablamasına görə 110 D-30 haubisası vardır.

İstehsalcı ölkə-CCRI-Rusiyadır.

D-30 haubisası.

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru