Отправлено 22 июня 2012 - 17:00
Bundan əlavə bizim şəriətdə maviyə qız vermək haramdır.
Əxi, artistlik eləməkdə mahirsən! )
1. Əvvəla, biz Lutun (ə) qövmünün "MAVİ" olmaq cəhətini yox, "ALLAHIN ƏMRLƏRİNƏ QARŞI GƏLMƏK", "KAFİR" olmaq cəhətini götürürük.
Dəlil olan əsasən məsələnin məhz bu tərəfidir.
Məgər Lutun (ə) şəriətində kafirlərə qız vermək caiz idi ?
Lut (ə) MƏCBURİYYƏT QARŞISINDA QALDIQDA öz qızlarını bu kafirlərə təklif etməəli oldu.
Çünki, LUT (ə) üçün DAHA ƏMƏHİYYƏTLİ OLAN YANINDAKI ƏMANƏTLƏRİN TOXUNULMAMAZLIĞI idi.
2. Əgər sən Lutun (ə) şəriətində mavilərə qız verməyin caiz olub-olmadığını bilmirsənsə, nə özündən yekə-yekə iddialar edirsən ki ?
Əgər MAVİYƏ qız vermək caiz deyilsə, deməli, məcburiyyət qarşısında qalarkən bu hökm onun üçün caiz olub.
2. Ola bilsin ki Lutun şəriətində bu olub yoxsa yox bunu dəqiq deyə bilmərəm.
Elə isə dəqiqləşdir!
Çünki, sən bunu dəqiq bilmədikcə, bizim əleyhimizə heç bir şeyi iddia edə bilməzsən!
Ancaq bilirəm bizim şəriətdə haram olan bəzi əməllər ki başqa peyqəmbərlərin şəriətlərində bir müddət halal olub və ya o şəriət durduqca halal olub.
Bəli bu belədir!
Məsələn adəm as(0 şəriətində bacılar ilə qardaşların evlənməsi halal olub.Bu o demek deyil ki biz də bacılarmız ilə evlenmeliyik.
Sənə kim deyir ki, Adəmin(ə) şəriətində bacılar ilə qardaşların evlənməsi halal olub ?
1. Əvvəla, bu da bir versiyadır.
2. Doğru olacağı halda , kim deyir ki, Adəmin (ə) şəriətində bu hər zaman belə olub ? Və sənə kim deyir ki, hər zaman bu məsələ "BACININ QARDAŞLA" EVLƏNMƏSİ " sayılıb ?
Misal çəkirəm :
Adəmin iki cüt qız-oğlan uşağı olur.
Bir əkiz o biri əkizin bacısı ilə evlənir.
Hər iki cütdən əmələ gələn övladlar bir-biri ilə evlənsələr, artıq bacı- qardaşın evliliyi yox, əmi uşaqlarının evliliyi sayılır.
Əgər birinci mərhələdə olmasa da, üçüncü mərhələdə, üçdə də olmasa , dörddə və s. bu belə sayılır.
Odur ki, sənə kim deyir ki, bu Adəmin (ə) şəriətində HƏR ZAMAN BELƏ İDİ ?
Deməli, açıq-aşkar görünür ki, o məqamda bacının qardaşla evlənməsi təbii zərurət idi.Məhz buna görə də şəriət baxımından caiz idi. )
Məsələnin, əslinə qalsa elə bu məsələdə HƏMİN DÖVRDƏ, HƏMİN REALLIQDA ZƏRURƏT HALI idi.
Əgər desən ki, "MƏGƏR ALLAH BAŞQA VARİANTLA BU PROSESİ EDƏ BİLMƏZDİ, AXI BURDA NƏ ZƏRURƏT VAR İDİ" ?
O zaman biz də sənə deyərik ki, "MƏGƏR ALLAH İSTƏSƏYDİ, İBLİS SƏCDƏ EDƏ BİLMƏZDİ, MƏGƏR BUNA NƏ ZƏRURƏT VAR İDİ Kİ" ?
Başqa misallar da çəkmək olar!
Bundan əlavə ... Təbii ki, mümkündür. MƏhz ona görə də bir variant da var ki, bir-birilə ilə yox, başqaları ilə bu proses surətlənib.
Bu variantı götürməli olsan, gərək bacı-qardaşın evlənməsi variantını tərk edəsən!
Hər bir halda... Məsələnin əslinə baxanda Adəmin övladlarının evlənməsi də məhz zərurətdən əmələ gəlmişdi! )
Amma, hal-hazırda belə ZƏRURƏT YOXDUR və ZAHİRƏN MÜMKÜNSÜZDÜR. Deməli, MÜMKÜNSÜZ OLDUĞUNA GÖRƏ heç bir halda öz bacılarınla evlənə bilməzsən!
Yox, əgər belə sayılmırsa da Və ya Yusufun şəriətində Allahdan qeyrisinə səcdə halal olub .
Peyğəmbərə (s.a.s) iftira atma! )
Əgər o "Allahdan qeyrisinə səcdə" sayılırsa, hal hazırda da bu hal bizim şəriətdə də caizdi. Başa düşməsən, izah edə bilərik!
ƏGər "Allahdan qeyrisinə səcdə " deyərkən , şirki nəzərdə tutursansa, bu Adəmdən (ə) Xatəmə (s.a.s) heç kimin üçün caiz olmayıb!
Quranda bu barədə ayə var.
Bəli! Quranda bu barədə də ayə var.
həmçinin suleymanın şəriətində heykəl düzəltmək olub.Necə ki cinlər onun üçün düzəldirdilər.
Məgər indi MÜTLƏQ OLARAQ haramdı ? )
Bir də ki, sən QADAĞAN OLUNMUŞ MƏSƏLƏLƏRDƏN niyə danışırsan ki ?
Əlinin (ə) MƏCBURİYYƏT QARŞISINDA QALIB , DİN UĞRUNDA QIZINI ZALİMƏ ərə verməsi onun göstərir ki, bu bizim şəriətimizdə haram deyil!
Bundan əlavə, məsum üçün caiz olan, ümmət ümün caiz olmayan məqamlar da var !
Sən deyəsən bunu da nəzərdən qaçırdırsan!
Məsələn, peyğəmbər (s.a.s) üçün dörddən artıq qadınla evlənmək caiz idi, ümmət üçün caiz deyil!
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.