
Şumer Tarixi ve ya Şumer kilidi
#1
Отправлено 21 января 2010 - 22:02
#2
Отправлено 21 января 2010 - 22:12
Kimdi Şumerlər? Bu yerlərə kənardan gəlmiş yarımvəhşi köçəri tayfamı, yoxsa uzaq, naməlum planetdən gəlmiş, fövqəltəbii ağla malik insanlarmı?
Şumerlər öz dövrlərində və hətta bundan minilliklər boyu sonra yaşayan insanlardan o qədər güclü şəkildə fərqlənirdilər ki. XX yüzilliyin ən böyük mütəxəssislərindən biri sayılan Landsberger onların yerli xalq ola biləcəyinə şübhə ilə yanaşdı və şumerlərin bu ərazidə köçmən kimi yaşaya biləcəkləri qənaətinə gəldi. Alim belə hesab edirdi ki, Şumerin yüksək inkişaf səviyyəsini yalnız bununla izah etmək olar. Landsberqer Şumer dühasının Ərəbistan dənizi vasitəsilə Hind vadisindən "ixrac" olunduğu barədə düşünürdü. Lakin Landsberqer kimi zəka sahibi də Hind vadisindən gələn "köçmən tayfanın" bu yüksək biliyə necə nail olması barədə suala cavab tapa bilməmişdi. Çünki problemin həllində "naməlum xalq"ın hardan köçüb gəlməsi önəmli deyildi. O dövr üçün ağlasığmaz olan YÜKSƏK İNKİŞAF SƏVİYYƏSİNƏ NECƏ ÇATA BİLMƏSİ VACİBDİR.
#3
Отправлено 21 января 2010 - 22:17
Men zaman -zaman onları burda yazacam İnşallah
#4
Отправлено 22 января 2010 - 10:40
Şumer - eramızdan əvvəl 6-cı minillikdən başlayaraq cənubi İkiçayarasında mövcud olmuş ən qədim insan sivilizasiyası. Sakinləri Şumer dilində danışmışlar. Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan dilində "İkiçayarası" deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir. Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı. B.e.ə. III minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır. Onun ərazisi Urmiya gölündən İran körfəzinədək uzandı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti dövləti süquta uğradı. Kutilər süqutdan sonra Mesopotomiyada hakimiyyət şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladı. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində yaşayan tayfaları özündən asılı vəziyyətə saldı.
Turukkilər barədə bir biliyiniz var?

#5
Отправлено 22 января 2010 - 15:33
Məncə, şumerlərə ən çox haqqı çatan elə bizlərik. Buna səhih sübut çoxdur. )
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#6
Отправлено 22 января 2010 - 16:52
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)
#7
Отправлено 22 января 2010 - 17:00
Ola bilsin ki, bütün bunlar Arçaxın adı ilə bağlıdır...
Qardaş, Arçax deyəndə Ərsakı nəzərdə tutursuz?
Ər- bəllidir nə demək olduğu
Sak (saq, saka) - da qədim türk tayfalarıdır, Şəkinin və Zaqatala toponimlərinin adı bu addan çevrilmədir.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#8
Отправлено 22 января 2010 - 17:02
Ola bilsin ki, bütün bunlar Arçaxın adı ilə bağlıdır...
Qardaş, Arçax deyəndə Ərsakı nəzərdə tutursuz?
Ər- bəllidir nə demək olduğu
Sak (saq, saka) - da qədim türk tayfalarıdır, Şəkinin və Zaqatala toponimlərinin adı bu addan çevrilmədir.
Yox, mən, ulu erməni xalqının öndəri-Arçaxı nəzərdə tuturam

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)
#9
Отправлено 22 января 2010 - 17:04
Turukkilər kim olacaq, tayfaaa...)) Türklərin adı onlarla bağlanır. Dövlət yarada bilməsə də, güclü tayfa olup
#10
Отправлено 22 января 2010 - 19:23
Salam Amine. Mövzunu davam etdirərərk...
Şumer - eramızdan əvvəl 6-cı minillikdən başlayaraq cənubi İkiçayarasında mövcud olmuş ən qədim insan sivilizasiyası. Sakinləri Şumer dilində danışmışlar. Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan dilində "İkiçayarası" deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir. Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı. B.e.ə. III minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır. Onun ərazisi Urmiya gölündən İran körfəzinədək uzandı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti dövləti süquta uğradı. Kutilər süqutdan sonra Mesopotomiyada hakimiyyət şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladı. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində yaşayan tayfaları özündən asılı vəziyyətə saldı.
Turukkilər barədə bir biliyiniz var?
Əleyküm salam.
Turukkiler barədə melumatlarım çoxdur. İnşallah ki zamanı yetişende yaacam. mesele burasındadır ki, men ilk önce Orxan-Yenisey abidələrindəki yazılarla maraqlandım. Elifbasını öyrendim yazıları oxumaq üçün. Ve Menbe sayı çoxaldıqca "ilk evvel gerek Şumerden başlayardım" - fikri heç cür başımdan çıxmırdı. Araşdırdığım her yol Şumere gedib çıxırdı. Ona göre ilk önce Şumerlərdən söhbet açdım.
Şumerdeki dini baxışları öyrendikce ise daha çox heyrətləndim. Bu barədə evvel yazmışam.
#11
Отправлено 22 января 2010 - 19:30
Doğrudan da İkiçay arasında nə qara, nə əlvan, nə də başqa qiymətli metallar olmasa da dünyada ilk metakəritmə sənayesi və ilk metallurgiya şəhəri BAD-TİBİRA məhz Şumer ərazisində yaradılmışdır.Bunu necə izah etmək olar?
#12
Отправлено 22 января 2010 - 19:40
İraqda və Misirdə aşkar edilən, çox diqqətlə cilalanmış büllur LİNZA hər cür ehtimalı alt-üst edir. Bu nadir optik vasitəni yaratmaq üçün o dövrün insanları tibbin və mühəndisllik elminin ən uca zirvəsinə çatmalı, elektrokimyəvi prosesləri dərindən bilməli idilər.
Ən maraqlısı isə bilirsinizmi nədir (Mənim fikrimcə)? Misirdə və Ekvadorda yerin dərin qatlarından ALTI MİN İL ƏVVƏLƏ aid edilən MİNİATÜR TƏYYARƏ MODELİ aşkarlanmışdır. Sual olunur: uçmağı bacarmayan və təyyarənin nə olduğunu bilməyən neolit dövrünün daş qafalı insanı ömründə üzünü görmədiyi uçağın miniatür modelini necə və nə məqsədlə yarada bilərdi? (Yəni artıq onlar uçağın nə olduğunu bilirdilər ki, modelini də yarada bilmişdilər, həm də moder quruluşlu uçaq)
#13
Отправлено 22 января 2010 - 19:58
Bu mədəniyyətlərə zamanı yazılan gil kitabələrdə tez-tez Ümumdünya daşqınından söhbət açılır. Məsələ burasındadır ki, Nuhun tufanı ilə o kitabələrəd qeyd olunan Daşqın arasında xeyli məsafə fərqi var. yeri gəlmişkən Şumer mətnlərində her şey, esas da tarix Ümumdünya daşqını ilə bağlıdır. Bu mətnlərdə Nuh peyğəmbər -Ziusudra kimi adlandırılır. Və maraqlı burasıdır ki, qalan bütün əhvalat Quranda təösvir edilən əhvalata bənzəyir.
Babilistanlı kahin Berosun "Tarix" kitabında göstərilir ki, "Ümumdünya daşqınından əvvəl Yerdə ömrü 120 şar (432.000 il) çəkən 10 çar olmuşdur. Həmin çarların idarə etdiyi şəhərlər:
Eridu
Sippar
Bad-Tibira
Nippur
Şumer çar siyahısı Berlində W -b/144 nömrə altında saxlanan "Çar siyahısı" ilə üst-üstə 432.00 il (120 şar) hökmdarlıq edən "göydən göndərilənlərin" adları öz əksini tapır. Bu siyahıya görə "göydən göndərilən çarların" ilk taxt-tacı Eridu (hərfi mənası "evdən uzaqda olan") şəhərində idi.
#14
Отправлено 22 января 2010 - 20:00
#15
Отправлено 22 января 2010 - 20:00
#16
Отправлено 22 января 2010 - 20:06
İndi mənim üçün bir şeyi mümkündürsə izah edin. Lütfən. İslama görə Allahın 124 min peyğəmbəri olub. Şumer kitabələrində adları çəkilməsə də qeyri-adi istedada malik insanlar DİNQİRLƏR ADLANDIRILIRDILAR. Dinqirlər Şumer panteonuna görə "allahlar" kimi qəbul edilsələrdə onlar insan kimi yaşayır, öyrədir, nümunə olur, şexsi heyatları olur ve s. Men bezi alimlerin işletdikler "allahlar" ifadesinin eksine peyğəmbərlər ifadəsini işlədərdim. (eger sehvim varsa bağışlayın). Bir də üst-üstə bizə neçə Peyğəmbərin adı məlumdur?
#17
Отправлено 23 января 2010 - 14:22
Əleyküm salam.
Turukkiler barədə melumatlarım çoxdur. İnşallah ki zamanı yetişende yaacam. mesele burasındadır ki, men ilk önce Orxan-Yenisey abidələrindəki yazılarla maraqlandım. Elifbasını öyrendim yazıları oxumaq üçün. Ve Menbe sayı çoxaldıqca "ilk evvel gerek Şumerden başlayardım" - fikri heç cür başımdan çıxmırdı. Araşdırdığım her yol Şumere gedib çıxırdı. Ona göre ilk önce Şumerlərdən söhbet açdım.
Şumerdeki dini baxışları öyrendikce ise daha çox heyrətləndim. Bu barədə evvel yazmışam.
Maşallah, bacı. Allah elmini artırsın.
Kəşflərini də yığ, toparla, kitab şəklinə sal, bizlər də faydalanaq.
İndi mənim üçün bir şeyi mümkündürsə izah edin. Lütfən. İslama görə Allahın 124 min peyğəmbəri olub. Şumer kitabələrində adları çəkilməsə də qeyri-adi istedada malik insanlar DİNQİRLƏR
Müqəddəs kitabımızda 28 nəfərin adı çəkilir. Onlardan 25-inin peyğəmbərliyi dəqiqdir, qalan 3 nəfərinə isə "hikmət verilmişlər" deyirik. Onların peyğəmbərliyi haqda əlimizdə dəqiq məlumat yoxdur.
Digər islami və qeyri-islami mənbələrdə keçən peyğəmbər adlarını da inşallah tapıb yazaram, bacı.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#18
Отправлено 23 января 2010 - 18:10
Shumerlerin mofologiyasina gore , insan tanri qani ile qarishdirilmish gilden yaranmsihdir. Shumerlerin fikrince onlar tanrilara xidmet uchun yaranmishlar . Guya onlarla tanrilar arasinda six elaqe vardir. Shumerler bele fikirleshirdiler ki, oz emekleri, zehmetleri ile tanrilari qidalandirirlar. Eger shumerler olmasa tanrilar olmaz , tanrilar olmasa shumerler olmaz.
Heleilk bu qeder.
#19
Отправлено 23 января 2010 - 19:43
Teshekkurler/ Men de ilk önce bele düşünürdüm. Lakin sonralar elde etdiyim materiallar ve oxuduğum eserler fikirlerimi tamamile alt-üst etdi.Mende olan melumatlara gore shumerlerde choxtanriliq movcud olub. Shumer panteonunda 50-ye yaxin tanri var ki, bunlarin da bashinda "Bash Tanrilar" durur.
İLk önce onu qeyd edim ki, ne üçün onlara peyəmbərlər demek fikrini üstün tuturam. Çünki Şumer gil kitabələrində o insanlar göydən gələnlər -Dinqirlər- deyə adlandırılır.
"Allah" anlayışını bəşəriyyətə bəxş edən şumerlərdir. Amma nə qədər qəribə görünsə də, İkiçayarasından tapılmış heç bir qədim mətndə nə "allah" nə də "allahlar" ifadəsi işlədilməyib. Əslində, bu termini onların əvəzində tədqiqatçılar uydurublar. qarışıqlıq yaranmasın və mətnlər hamı tərəfindən başa düşülsün deyə.
#20
Отправлено 23 января 2010 - 19:51
Bu gün dünyanın qəbul etdiyi yekdil qənaətə görə, çoxallahlılıq Şumerdən yunanlara, aradan isə bütün dünyaya yayılmışdır. BUnu təsdiq etmək - şumerlərin ayağına böyük bir günah yazmaqdır, bunu inkar etmək - Şumer panteonunun mahiyyətini anlamamaq, onu etmək deməkdir. Məsələnin qəlizliyi də məhz bundadır.
İndi özünüz nəticə çıxarın: çoxallahlılıq ideyasını yunanlar şumerlərdən götürüblər. Amma türklər də təkallahlılıq ideyasını Şumerdən əxz etmişlər.
İndi sizcə mümkündürmü ki, eyni sivilizasiyanın simasında həm təkallahlılıq, həm də çoxallahlılıq cəmlənsin? Ən azı, məntiqi baxımdan bu mümkün deyil.
#21
Отправлено 23 января 2010 - 19:58
Yerin və göyün baş hökmdarı - ANLA bağlı bir maraqlı məqmı da qeyd edim. İkiçayarasında aparılan arxeoloji qazıntılar zamanı bu günəcən aşkar edilmiş yüzlərlə heykəlin arasında nədənsə Anın abidəsi tapılmamışdır. onun rəsmlərinə də daş sütunlarda, konusvari möhürşəkillərdə rast gəlmək mümkün deyildir. Amma əvəzində gil kitabələrəd Anın simvolik işarələri vardır. sizcə bu işarələr necədir?
bu simvolik işarələr:
TAC
ƏSA
ÇOMAQ- dan ibarətdir!!!
Həm qədim Şumerdə, həm də bu gün tac hökmdarlıq, əsa müdriklik, çomaq isə hakimiyyət rəmzidir
#22
Отправлено 23 января 2010 - 20:09
Dinqirlər və
Anunnaklar.
Birincilər Anın sülaləsinə mənsub idilər, ikincilər sadə adamalrdı. Çoxsaylı Şumer əfsanələrinə görə, dinqirlər Yerdə qayda-qanun yaratmaq, insanları və şəhərləri idarə etmək üçün An tərəfindən göndərilmişdilər.
Məsələn, ENKİ Anın böyük oğlu idi. Enkinin adı piktoqramla "en" fonetik səslərinin simvolik işarəsi olan qələm və "ki" fonetik səsləri ehtiva edən paralel və perpendikulyar xətlərlə cizgilənmiş şar şəklində yazılırdı. "EN" hökmdar, "Kİ" isə ölkə, yer, torpaq kimi oxunduğundan EN.Kİ yerin, yaxud sadəcə ölkənin hökmdarı anlamını verir.
Anın digər oğlu EN.LİL-in piktoqrammı da QƏLƏM-ŞƏBƏKƏ şəklində yazılırdı.
EN.Ki-nin və EN.LİL-in yerin və göyün hökmdarı tərəfindən göndərildiyini və toxunulmaz olduqlarını bildirmək üçün kəlmələrin əvvəlində yuxarı küncdən SƏKKİZTİLLİ ULDUZ yaxud D işarəsi qoyulurdu. Qədim Şumer mətnlərini tərcümə ednlər, görünür, piktoqraın bütün məna çalarlarını özündə birləşdirən ifadə tapa bilmədiklərinə, yaxud başqa səbələrə görə bu kəlimələri "Allah Enki" və "Allah Enlil" kimi tərcümə etmişlər ki, bu da yanlışdır.
#23
Отправлено 23 января 2010 - 20:13
Digər islami və qeyri-islami mənbələrdə keçən peyğəmbər adlarını da inşallah tapıb yazaram, bacı.
[/quote]
Teşekkürler bacı.
#24
Отправлено 23 января 2010 - 23:00
"Allah" anlayışını bəşəriyyətə bəxş edən şumerlərdir. Amma nə qədər qəribə görünsə də, İkiçayarasından tapılmış heç bir qədim mətndə nə "allah" nə də "allahlar" ifadəsi işlədilməyib. Əslində, bu termini onların əvəzində tədqiqatçılar uydurublar. qarışıqlıq yaranmasın və mətnlər hamı tərəfindən başa düşülsün deyə.
Şəxsi düşüncəm budur ki, "allah" (məbud) anlayışı Şumerdən yox, elə ilk insanla bərabər yaranıb. Dini aspektdən baxsaq, Adəmlə, materialist aspektdən baxsaq, ibtidai insan kimdirsə onunla da "allah" anlayışı başlayıb.
Əgər sivilizasiya nöqteyi-nəzərdən baxsaq və hesab etsək ki, şumer ilkin sivilizasiyadır, o zaman səninlə raızyam.
Сообщение отредактировал Shemsi: 23 января 2010 - 23:01
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#25
Отправлено 23 января 2010 - 23:05
"Allah" termini qədim şumerlərdən min illər sonra ilk dəfə yunan yazılarında yer alıb. Yunanlar öz allahlarını antropomorf, yəni sevinən, gülən, şexsi heyatı olan, uşaqlar dünyaya gətirən, intiqamçı, öldürənvə s. kimi adi insan şəklində təsəvvür edirdilər. Eynən "Şumer" mətnlərindəki "allahlar" kimi.
Bu gün dünyanın qəbul etdiyi yekdil qənaətə görə, çoxallahlılıq Şumerdən yunanlara, aradan isə bütün dünyaya yayılmışdır. BUnu təsdiq etmək - şumerlərin ayağına böyük bir günah yazmaqdır, bunu inkar etmək - Şumer panteonunun mahiyyətini anlamamaq, onu etmək deməkdir. Məsələnin qəlizliyi də məhz bundadır.
İndi özünüz nəticə çıxarın: çoxallahlılıq ideyasını yunanlar şumerlərdən götürüblər. Amma türklər də təkallahlılıq ideyasını Şumerdən əxz etmişlər.
İndi sizcə mümkündürmü ki, eyni sivilizasiyanın simasında həm təkallahlılıq, həm də çoxallahlılıq cəmlənsin? Ən azı, məntiqi baxımdan bu mümkün deyil.
Deməli, bizə şumerdəki "çoxallahlılıq" adıyla təqdim olunan və yunanlara keçdiyi iddia edilən məsələ elə çoxpeyğəmbərlilikdir və türklrin şumerdən əxz etdiyi təkallahlılıq isə o peyğmbərlərin gətirdiyi həqiqi təkallahlılıqdır.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#26
Отправлено 24 января 2010 - 14:52
Deməli, bizə şumerdəki "çoxallahlılıq" adıyla təqdim olunan və yunanlara keçdiyi iddia edilən məsələ elə çoxpeyğəmbərlilikdir və türklrin şumerdən əxz etdiyi təkallahlılıq isə o peyğmbərlərin gətirdiyi həqiqi təkallahlılıqdır.
[/quote]
Məncə belədir. Yəni əslində Şumermətnlərində adları çəkilən qeyri adi istedada malik, (ölüləri dirildən, xestelere şəfa verən, dövlətləri, şəhərləri, insanları idarə edən vəs) İnsanalar eslinde Quranda söylənilən 124 minpeyğəmbərdir. Axı biz bele (yəni müsəlmanlar) mence üst-üstə heç 200 peyğəmbərin adını çəkə bilmərik.
Bundan əlavə mən biləni belə bir ayə var ki, (səhv edirəmsə düəzldin) Allah hər zümrəyə, yəni hər millətə peyğəmbər göndərib.
Şumer gil kitabələrində də bu mövzuya toxunulur, Hətta Amerika torpaqlarının qedim sakinləri mayyaların belə Nuh peyğəmbər efsanəsi var. Yəni onların belə Ümumdünya daşqını, insanın yaradılması ve. s ilə bağlı efsaneleri var. Bunlara efsane deyirem çünki Mayyalarda sonralar çoxallahlılıq ve allahlara qurban kesme kimi adetler de peyda olmuş, ve gerçək din unudulmuşdur (belke de buna Amerikanın daşqından sonra digər materiklerden ayrı qalması sebeb olmuşdur)
İndi bir suala cavab tapmağa çalışıram : Nə üçün adları göydən göndərilənlər kimi yazılan insanaları nə üçün Allahlar adlandırır tədqiqatçılar Peğəmbərlər yox?
#27
Отправлено 07 марта 2010 - 01:25
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#28
Отправлено 07 марта 2010 - 02:02
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#29
Отправлено 12 марта 2010 - 16:08
Əlbəttə mən tarixçi deyiləm amma mənim fikrimcə şumerlər elə Nuh(ə) peyğəmbərin gəmi ilə xilas olan camaatıdır. Çünki. şumerlərdə həmin əraziyə su vasitəsilə gəlib çıxmışlar. Əlbəttə yenə qeyd edirəm bu mənim şəxsi fikrimdir.
Mən də sizin kimi fikirləşirdim. Amm Şumer tarixini araşdırarkən məlum olur ki, Şumer gil kitabələrində Nuhun tufanından əvvəl baş vermiş daha 4 daşqının adı çəkilir. Eyni zamanda bu 4 dövr ərzində yaşamış insanlar əvvəlcə nəhng, sonra get-gedə daha az bol uzununa sahib kimi təsvir olunurlar. Yəni birinci daşqına qədər yaşayan insanların boyu 10 metr ve ya daha çox uzun olubmuş.
Daha maraqlı bir fakt isə odur ki, Əfqanıstan ərazisindəki 4 həhəng insan heykəli alimlərin fikrincə məhz Şumerlərdən qalməşdə ki, bu heykəllər öz-özlüyündə həmin dövr insanalrının təcəssüm edirdi. 4 Dünya daşqınını.
Təəssüf ki, o abidə indi yerlə-yeksan edilmişdir.
#30
Отправлено 12 марта 2010 - 16:19
Qədim Şumerin ən inkişaf etmiş Laqaş şəhərinin piktoqrafik yazılışına diqqətlə fikir versək görərik ki, "Laqaş" sözünü yazmaq üçün "Şir" və "cam" idoqramlarından istifadə olunurmuş. Bu zaman "şir" qədim Şumer dilindəki UR.QULA kimi deyil, bu gün bizim istifadə etdiyimiz "şir" kimi tələffüz olunub.
Laqaş şəhərinin adı çox zaman Şirburla - Laqqaş kimi yazılmışdır.
Bəs sözün kökündəki "şir" totemi hansı anlamda işlədilmişdir? bu məsəlini araşdırdıqda maraqlı faktlar meydana çıxır:
"Dədə Qorqud" dastanlarında basat öz soy-kökündən belə danışır:
Anam adın sorar olsan - Qaba Ağac
Atam adın deyərsən - Qağan Aslan
Mənim adım sorarsan
Aruz oğlu Basatdır, - dedi
İlk baxışda Qaba Ağac və Qağan Aslan mifik təsir bağışlayır. Məhz bundan çıxış edərək bir çox alimlər Qağan Aslan sözünü Kükrəmiş aslan kimi yozmuşlar. Əslində isə Qağan - Kağan - Xaqan yəni Hökmdar Aslan kmi yozulmalıdır.
Daha sonra Qazan xan öz soy-kökünü bu sözlərlə tanıdır:
Ağ qayanın qaplanının erkəgində bir köküm var
Ağ sazın aslanında bir köküm var
Ağ sunqur quşunun erkəgində bir köküm var
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей