Перейти к содержимому

Фотография

Son Xəbərlər

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 465

#1 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 22 января 2010 - 17:24

http://www.lent.az/news.php?id=21633

«لبيــــــــك خــــــــامنئي »

#2 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 23 января 2010 - 09:18

Beləsinin sələfidən nə fərqi?

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

#3 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 23 января 2010 - 10:48

http://www.lent.az/news.php?id=21633

İnternetdə yazmağa nə var ki kişdirsə gəlsin Hacıya üzbəüz söhbət eləsin ........yoxsa kor tuttuğun buraxmayan kimi yapişiblar elə bir cümlədən Sağlamlığa zərər verisrsiz deyə deyə gedirlər.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#4 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 23 января 2010 - 11:06

Dünən nəzər saldım. Bunun harası maraqlıdır?! Taleh Şahsuvarlı əskidən İslam dininə müxalif yazılar yazıb. Qaynardan da tulladılar mənbilən. Əgər inanmırsa onun İslam əleyhinə yazı yazdığına kimsə "MAZAN" adlı yazısını oxusun. Peyğəmbəri (s) təhqir edib, diqqətlə oxusaz

#5 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 января 2010 - 13:56

Hacı Şahin Həsənov deyir ki:

“İnsanların sinə və ya zəncir vurması şəxsi hüquq və haqlarıdır…”

Mən də Hacı Şahin Həsənova deyirəm ki, ona qalanda intihar etmək, sağlamlığa xəsarət yetirmək də şəxsin hüquq və haqlarından sayıla bilər. Lakin hüquq hansı məntiqlə vətəndaşı intihardan, öz sağlamlığına xəsarət yetirməkdən arındırırsa, şiddəti təbliğ edən dini cərəyanlara qarşı çıxırsa, eyni məntiqlə də sinə və ya zəncir vurmağa yol vermir.

Bəli, bu insanın öz seçimidi, hüquq və haqqıdır. Hacı Şahin gedib heç bir intihar edənin əlindən kəndirini almır. İslamın insana verdiyi azadlıq fəlsəfəsini insan başa düşmür. Necə ki, insanın müsəlman olması da könüllüdür. İslam insanlara başa salır ki, (burda haci Şahin) könüllü olaraq bu yolu da seçə bilərsən, o yolu da. Seçimindən asılı olaraq, birincidə günah və cəza gözləyir səni, digərində savab və mükafat gözləyir. Vəssalam.

İran İslam Respublikasında azərbaycan türklərinə qarşı olan münasibətlə bağlı yazılarının əleyhinə deyəcək bir sözüm yoxdur. HAQLIDIR... Bir insanın adının "BAXIŞ" "Yasaq Dilavər" (türk sözü) olduğuna görə onu bu dövlət incidirsə, mən necə haqq verim İran dövlətinə????

Soyadların dəyişdirilməsi ilə bağlı olan fikirlər də haqdı. "Ov, yev"ləri "ibn" və ya "i"lərlə əvəz olunacaqsa, burda mənim qazancım nədir? Deməli ruslardan qəsb olunmuş haqqımı alıram, verirəm başqa bir qəsbkara??? ABSURD

hələlik bu qədər..

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#6 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 23 января 2010 - 16:21

Əşi it hürər karvan keçər...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#7 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 23 января 2010 - 19:31

İran İslam Respublikasında azərbaycan türklərinə qarşı olan münasibətlə bağlı yazılarının əleyhinə deyəcək bir sözüm yoxdur. HAQLIDIR... Bir insanın adının "BAXIŞ" "Yasaq Dilavər" (türk sözü) olduğuna görə onu bu dövlət incidirsə, mən necə haqq verim İran dövlətinə????

Soyadların dəyişdirilməsi ilə bağlı olan fikirlər də haqdı. "Ov, yev"ləri "ibn" və ya "i"lərlə əvəz olunacaqsa, burda mənim qazancım nədir? Deməli ruslardan qəsb olunmuş haqqımı alıram, verirəm başqa bir qəsbkara??? ABSURD

hələlik bu qədər..

Deyirəm axırda İranı o qədər hirsləndirəcəksiz ki, Türkiyə dövlətinin kürdlərə qarşı keçirtdiyi siyasəti İran azərilərinə qarşı həyata keçirəcəklər. Əşi, BAB belə dedi, DAK belə dedi. Harada kimin adının necə qoyulmasının yasaqlanmasının sübutu hanı? Mən də sabah İranda bir qadını türk olduğuna görə döyüblər xəbəriniyerləşdirim internetə 1 günə bizim giclər görün o xəbəri necə yayırlar. Əslində düzgün olanı İran azərbaycanlılarının daimi şüarı olan - Azərbaycan oyaqdır, inqilaba dayaqdır idediksidir.

Xanım, "i"ni bilmirəm amma familiya bizə gəlmə bir şeydir. Biz indiyə kimi oğlu və ya qızı ilə tanınmışıq. Və müəllifin hüququdur ki, köhnəyə qayıdışı təbliğ etsin. Amma mənim fikrimi bilmək istəyirsizsə, mənimçün heç bir təfavütü yoxdur. İstəyir ov qalsın ya da ibnə keçsinlər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 января 2010 - 19:52

AŞİĞİN SOZU QURTARANDA DALAY-DALAY CAĞİRAR-məsələsi.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 23 января 2010 - 22:30

Deyirəm axırda İranı o qədər hirsləndirəcəksiz ki, Türkiyə dövlətinin kürdlərə qarşı keçirtdiyi siyasəti İran azərilərinə qarşı həyata keçirəcəklər.

Əvvəla məsələ Türkiyə- kürd məsələsi deyil. Bunu müzakirə etmək istəyirsizsə münasib bölmədə mövz açın, diskusiya aparaq. Yazaram inşallah arqumentlərimi.

Harada kimin adının necə qoyulmasının yasaqlanmasının sübutu hanı?

Bəzi şeylər o qədər açıq-aşkar olur ki, onun sübuta ehtiyacı olmur.

Xanım, "i"ni bilmirəm amma familiya bizə gəlmə bir şeydir. Biz indiyə kimi oğlu və ya qızı ilə tanınmışıq. Və müəllifin hüququdur ki, köhnəyə qayıdışı təbliğ etsin. Amma mənim fikrimi bilmək istəyirsizsə, mənimçün heç bir təfavütü yoxdur. İstəyir ov qalsın ya da ibnə keçsinlər.

Əlbəttə, bu da sizin mövqeyinizdir. Siz neytralsız bu məsələdə, mənsə neytral deyiləm və məqalə müəllifinin bu barədəki fikirlərilə şərikəm.
Soyad bizlərdə olmayıb, daha doğrusu, bir az fərqli olub. Bizdə insanı mənsub olduğu tayfanın, nəslin adıyla və ya ailə məsləyi ilə əlaqədar tanıyıblar.

Сообщение отредактировал Shemsi: 23 января 2010 - 22:31

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#10 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 24 января 2010 - 00:20

DƏYƏRLİ HACI ŞAHİN QARDAŞIM VƏ GÜNÜMÜZÜN BULQAKOV QƏHRƏMANLARI

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək cümə gününün sonu yaxınlaşırdı. Ənənəvi olaraq e-mail ünvanını son yoxlama prosedurunu həyata keçirdirdim. Dəyərli inanc insanlarından birinin göndərdiyi bir yazı diqqətimi çəkdi.

Buna əslində səbəb orada əziz və dəyərli mömin qardaşım ilahiyyatçı Hacı Şahin Həsənlinin adının keçməsi idi. Yazının ilk cümləsindən dəyərli inanc adamı haqqında həqarət tonu hiss olunurdu. İkinci cümlədə isə mahiyyətdən çox, şəxsiyyəti aşağılamaya yönəlik idi. Nəhayət növbəti cümlələrdə aydın oldu ki, bu həqarətlərə və ədəbsizliklərə səbəb - təqvalı islam maarifçisinin Həzrət İmam Hüseyn (ə) əzadarlığın keçrilmə formasının insanın şəxsi hüquq və azadlıqlarının tərkib hissəsi kimi görməsi olmubmuş (zatən bu bütün dünyada qəbul olunmuş bir tezisdir).

Buradaca tez yazının sonuna baxdım. Belə ki, mənə bu islamofobik narahatlığın müəllifinin kimliyi maraqlandırdı. Amma tanış olduqda sualım daha qalmadı. Və təccübüm də qalmadı. Hər şey aydın idi. Mənə yalnız bir şey növbəti dəfə bəlli oldu ki, ənənəvi olaraq gündəmə gəlmək üçün kimisə alçaltmaq istəyən Mixail Bulqakovun qəhrəmanlarının müasir prototipləri, əslində növbəti dəfə özlərininn natamamalıq kompleklərini və kəmfürsətlik mahiyyətlərini ortaya qoymuş olurlar.

Dəyərli qardaşım ilahiyyatçı Hacı Şahin Həsənliyə gədldikdə isə, uzun illər boyu islam maarifçiliyiyinə və toplumda yaşatdığı əxlaqi dəyərlərə görə, o cümlədən vətənpərvərlik və dövlətçilik məsələlərində sərgilədiyi vətəndaş mövqeyinə görə maşaallah deyirəm.

Uca Allahdan cəmi vicdanlı və namuslu insanlar üçün ilahi tofiqatlar diləyərək, nadan və cahillərin hidayətini istəyirəm.

Allah Təala hər birimizin köməyi olsun.

Allah amanında. http://deyerler.org/...hrjmanlard.html

Hacı İlqar İbrahimoğlu

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#11 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 24 января 2010 - 00:30

[/size][/font]Əvvəla məsələ Türkiyə- kürd məsələsi deyil. Bunu müzakirə etmək istəyirsizsə münasib bölmədə mövz açın, diskusiya aparaq. Yazaram inşallah arqumentlərimi.

Xanım, mən o məsələlri çox yaxşı bilirəm və nələrin həqiqət nələrin yalan və nələrin zahiri baxanda həqiqət amma bir az batini baxanda insanları yoldan azdırma olduğunu çox gözəl bilirəm. Sadəcə başqa forumlarda bu barədə o qədər danışmışam ki, bezmişəm. Nəyin nə olduğunu anlamaq üçün bir az batinə nəzər etmək lazımdır.

O ki qaldı türk-kürd məsələsinə ayrıca mövzu açmağa nə həvəsim var nə də vaxtım. Hər şey göz qabağındadır. Və Türkiyənin siyasətini alqışlayıram. Maraq kürdlərin muxtariyyəti deyil, maraqlar naşqadır. Eynilə İranda da.

Bəzi şeylər o qədər açıq-aşkar olur ki, onun sübuta ehtiyacı olmur.

Məsələn?

Əlbəttə, bu da sizin mövqeyinizdir. Siz neytralsız bu məsələdə, mənsə neytral deyiləm və məqalə müəllifinin bu barədəki fikirlərilə şərikəm.
Soyad bizlərdə olmayıb, daha doğrusu, bir az fərqli olub. Bizdə insanı mənsub olduğu tayfanın, nəslin adıyla və ya ailə məsləyi ilə əlaqədar tanıyıblar.

Bizdə eynilə indi İranda necədir elə olub. Yəni Siz deyən kimi mənsub olduğu ünvanla. Məsələn Musəvi, Səfəvi, Lənkərani. Bizlərdə də Şirvani, Qarabağı, Gəncəvi, Badkubeyi və s. və i.a.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#12 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 24 января 2010 - 04:03

http://www.lent.az/news.php?id=21633

Tьrk mətbuatında bele bir şey var kцşə yazarı , adətən səs kьyə səbəb olan yazılar yazılır orda gah nala vurullar gah mıxa bununlada bəzən o kцşə yazarlarının hesabına qazet gьndəmdə olur dillərdən dьşmьr reyting qazanır ve s. bir başqa şeydə var şou biznes xəbərləri ki, buda tьrk mətbuatında geniş yer verilir və reytinglər qazandırır. Bu lent. az ha azıymış цzdərin tьrklərə pis bir formada oxşadan bunnarda цzdərin onnara oxşatmax istiyiller ki alınmır eeey ataları misalı var alınmaz da . Mən hər səhər 15 dən cox mətbuat oxuyuram onların icində ingilis mətbuatıda var, rus , tьrk, iran birdə bizim mətbuat. Bir iki dəfə bu lent.az saytın oxumuşam hətta bu yaxınlarda (onsuzda xəbərdən cox basıt bir magazin saytıdı, gij gij kim kimə xəyanət elədi, kim kimi sцydь və bu kimi dəyərsiz və lazımsız şou biznəs xəbərlərindən başqa bir ağıllı və ciddi, analitik bir şey gцrməmişəm) kцşə yazarına oxşadan bir rubrikanı gцrdьm dedim nə yaxşı bəlkə bir oxunulası şey oldu. Elə birinci yazını oxuyanda (Yazıda Halal avtomobildən sцhbət gedirdi , hərcənd bilmirəm o xanım xəbəri harasıynan oxuyub ,sцhbət tamam başqa şeydən idi ) цz цzьmə dedim qardaş biz nə bədbaxt millətik , yanı bu boyda məmləkətdə yoxdumu bir ağıllı jurnalist ki, bizdə dьz əməlli xəbər oxuyaq , və yaxud onnarın yazdiqları bizə bir xeyr versin, gьyam indi bunnar ağıllıdıdə hər yazılannarı və eşiddiklərini ayaq baş başa dьşьb bunun ьzərindədə yazı yazıllar sora ovьnərək mənim yazım dərc oldu ATA mənimlə fəxr edə bilərsən sənin qızın ,oğlun jurnalistdir ....ay haay cox fikirləşib nervlənirdim ki, birdən icimdə ki səs dedi ki, "Эльвин , это же ЛЕНТ.аз !!! это же не серьезность, а сортир нашей журналистики." bu sцzlərin həqiqət olduğunu bilib bu saytı hec bir zaman (цz internet brauzerimə əziyyət verməmək niyyəti ili ) acmamaq şərti ilə bağladım... Sizə də hцrmətli cənablar bunu məsləhət bilirəm , axi siz mənə deyin gцrьm bu kimi : http://www.lent.az/news.php?id=21593 xəbər verən və bir az da ərinməyib aşağı enib sol tərəfə də TOP 10 ən cox oxunan məqalələrədə baxsaz bu saytın rəhbəriyyətindən tutmuş , цzьnə mən Jurnalistəm deyə təsəlli verən meymunnarında səviyəsin цləcrsiz. Nəysə ki , bele cılız insanlara fikir vermiyin. Sevinərlər...

Сообщение отредактировал Dr.White: 24 января 2010 - 04:10

Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#13 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 25 января 2010 - 03:05

Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan tarixində mövcud olmuş xalq qəhrəmanlarını bizlərə İslam düşməni kimi çatdırmaq istəyənlərlə heç zaman razılaşmayacağam. Çünki, onlar İslama qarşı yox, hakimlərə qarşı inqilab ediblər. Və bunun da baiskarı hər zaman hakimiyyətdə olan şahlar, xanlar, xəlifələr olub.

Bu təkcə bizə aid deyil. Ümumiyyətlə tarixən ərəblərin gözləri döyüşkən türk xalqlarından necə qorxmuşdusa, Peyğəmbərimizn (sas) adından "türklərlə vuruşmayan qədər qiyamət qopmayacaq" kimi hədislər uydurulmağa başlandı.

Haqlı olaraq soruşa bilərsiniz ki, bunları söhbətə nə dəxli.

Məsələ burasındadır ki, İranda Azərbaycanlılara qarşı münasibət ürəkaçan deyil. Çünki Cənubi Azərbaycan partlamağa hazır bir bombadı. Bunun da səbəkarı kimi mən İranı görürəm. Niyə?

Çünki, İran fars milliyyətçiliyini içində boğub İslam qardaşlığını ön plana çıxara bilmədi. Son zamanlar azərbaycanlılar yaşayan regionlara prezidentin getməyi və sair sadəcə siyasi addımlardır. Həm də gecikmiş.

Hökumət İslam hökumətidir. Bütün sistem öz əllərindədir. Ancaq...

....mənə ən maraqlı gələn şey budur ki, İslam dini məktəblərdə necə tədris olunur ki, iranda olan əxlaqsızlıq, narkomaniya yüksək həddədir? Müvəqqəti nigahın iyrənc bir formada tanıdılmasında birinci günahı İranda görürəm.

Azərbaycana gələn iranlılardan neçə nəfər məsciddə namaz qılan görmüsünüz?

Spirtli içkini. donuz ətini, əxlaqsızlığı qadağan etməklə iş bitmir. Qadağaların səbəbi insanlara öyrədilirsə (ki buna şübhə edirəm), niyə Azərbaycana ayağını qoyan iranlının, yaxud iran azərisinin marketdən ilk aldığı şey donuz kolbasası və araqdı?

İrandan gələn bir Azərbaycanlı deyirdi ki, taksi sürücüsünə dedim gedək məscidə namaz qılaq. Qayıdıb nə desə yaxşıdır? - "Baba, İran sizi bizdən betər edib ki"

P.S. Səvəfilər dövlətinin dövlət dili Azərbaycan, dövlət dini isə İslam - 12 imam şiəlik məzhəbi idi.

Xüsusi qeyd: Yazımı özüm oxudum, bir az aqressivlik hiss elədim, amma əmin olun tam sakit vəziyyətdə, sadəcə öz fikrimi yazmışam. :secret: Səhvim olsa üzrlü hesab edin.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#14 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 25 января 2010 - 12:57

Qardash burda Irani gunahlanirmag lazim deyil.Iranda haqq yolunda olanlar shukur Allaha coxdur.Amma duzdu her yerin yaxshisida var piside.Irandan bu deyqe tranzit olke kimi istifade olunur.Narkotika ordan kecir amma tebii ki gizli yolla.Ve fikir versek gorerik ki Irandan narkotik getirenlerin 95 % sirf Azerbaycanli olur.Iranda pozgunculuqda var amma onlarda hele xan rejiminden qalan insanlardi.

P.S Meni yandiransa odur ki Azerbaycan (mescid soken,eza meclislerine qarshi cixan,zemanesinin imamini tanimayan dovlet)gelib Iran haqda istediyin oz qezetinde yazir.

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

#15 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 25 января 2010 - 14:59

Bəzi şeylər o qədər açıq-aşkar olur ki, onun sübuta ehtiyacı olmur.

Məsələn?

Bu gün İran İslam Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında (dövlətin idarəetmə sistmi istisna) islami və ya dünyəvi heç bir fərq yoxdur. İnsanlar arasında mömini dəvar, kafiri də, dindarı-dünyəvisi və s. hər cür insan var.
Hər gün də xəbərlərdən görürük İrandan Azərbaycana nələrin gəlib getdiyii. Azərbaycanlıların orda haqlarının necə tapdalandığı da o qədər müzakirə olunub ki, artıq mən də o haqda danışmaqdan bezmişəm.

Сообщение отредактировал Shemsi: 25 января 2010 - 15:08

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#16 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 25 января 2010 - 15:03

Qardash burda Irani gunahlanirmag lazim deyil.Iranda haqq yolunda olanlar shukur Allaha coxdur.Amma duzdu her yerin yaxshisida var piside.Irandan bu deyqe tranzit olke kimi istifade olunur.Narkotika ordan kecir amma tebii ki gizli yolla.Ve fikir versek gorerik ki Irandan narkotik getirenlerin 95 % sirf Azerbaycanli olur.Iranda pozgunculuqda var amma onlarda hele xan rejiminden qalan insanlardi.

P.S Meni yandiransa odur ki Azerbaycan (mescid soken,eza meclislerine qarshi cixan,zemanesinin imamini tanimayan dovlet)gelib Iran haqda istediyin oz qezetinde yazir.

Bəs xan rejimindən qalanlar bu neçə illərdə bitib qurtarmadı?
Məni isə bu yandırır ki, Azərbaycanda baş verən haqsızlıqların heç birini dünya islam adına yazmır, İranda olanların isə hamısını dünya Şiə İslamının adına yazır. Çünki İran dövləti hal hazırda dünyada şiəliyin rəsmi üzüdür.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#17 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 25 января 2010 - 15:08

Xüsusi qeyd: Yazımı özüm oxudum, bir az aqressivlik hiss elədim, amma əmin olun tam sakit vəziyyətdə, sadəcə öz fikrimi yazmışam. :) Səhvim olsa üzrlü hesab edin.

Aqressiv heç nə yoxdur. Yazdıqların həqiqətdən başqa bir şey deyil.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#18 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 25 января 2010 - 15:21

Nadan Taleh Şahsuvarlı Hacı İlqara cavab verib

http://lent.az/news.php?id=21780

«لبيــــــــك خــــــــامنئي »

#19 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 25 января 2010 - 15:38

Nadan Taleh Şahsuvarlı Hacı İlqara cavab verib

http://lent.az/news.php?id=21780

Arvad kimi qarqış eliyir mənən debat etmiyən filan şey olsun... Bu Şahsuvarlıda döyül günah ,günah bizdədi.
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#20 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 25 января 2010 - 15:51

Söhbət ironiyadan, sarkazmdan gedirsə, özünü “Məşhədi Dadaş” məscidinin başçısı” (əgər məscid “Allahın evi”dirsə, o evin başçısı Hacı Şahin olmaya gərək)........

Kim ona məsçidin başçısı deyir ki? Məscidin imamı olur. İmam da namazda pişnamaz duran mənasında başa düşürəm. Başçı nədi? Hardan çıxdı? Kim kəşf elədi?
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#21 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 25 января 2010 - 16:10

Birincisi mən deyənə qəlib cixir bu narod , o kimi insanlarla və o kimi saytları hec oxumaq və ümumiyyətlə ciddi KİV kimi qəbul etmək lazım deyil. KİV də işliyən sanballı və ağıllı sözün əsil mənasında işinin ustası olan jurnalistlərdən soruşsaz Taleh Şahsuvarli kimdi ? Ən azından cavab olaraq "Yarıtmaz jurnalist və mənasız yazicidi " ala bilərsiz və yaxud "O dəyirman carxıdı hara hara sərf edir orada əsir ". Bu həqiqətəndə jurnalist aləmində sanballı jurnalistdərin onun haqqında olan fikirləridi , mənim sözdərim deyil. Cənablar Facebook da bu insana lag etmək məqsədiylə elə bir 3 dənə və yaxud daha coxdu mən biləni üçdü biyabırcı səhifə acıblar baxsaz dəli olarsız :) Bir sitat gətirim o səhifələrdən ən belə "toya getməli" ,mədəni onun şəklinə yazılan bir lağ formasıdı : "Siz bu balta ilə kəsilmiş saçlara, ehtirasla baxan gözlərə, telepuzik qulaqlara, vəhşicəsinə simmetrik olan qaşlarıma, ən əsası arıqlamaq istəyənlər üçün yazdığım statuslara necə qurban olmaya bilərsiniz...? Mən Azərbaycanın Taleyiyəm..." :))))) Belə bu kimi insana ciddi isnan kimi yanaşmaq olar ?
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#22 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 25 января 2010 - 16:14

Söhbət ironiyadan, sarkazmdan gedirsə, özünü “Məşhədi Dadaş” məscidinin başçısı” (əgər məscid “Allahın evi”dirsə, o evin başçısı Hacı Şahin olmaya gərək)........

Kim ona məsçidin başçısı deyir ki? Məscidin imamı olur. İmam da namazda pişnamaz duran mənasında başa düşürəm. Başçı nədi? Hardan çıxdı? Kim kəşf elədi?

Ay saaaaaaaaaağoool qardaş , mənimdə sənən qabaq yazdığım postda kiç günah bizdəi bunu nəzərdə tuturdum. Hansısa savadsız yazıb bunu buda ilişib buna. Yoxsa kimə Məşədi Dadaş məscidində desən ki, Haçı Şahin buranın başcısıdı ? sənə gülərlər ...
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#23 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 25 января 2010 - 16:18

Tamamilə razıyam :)

Belələrinə sadəcə "it hürər, karvan keçər" :)

İslamın, Əhli-beytin (ə.s) apaçıq düşmənləridir.

#24 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 25 января 2010 - 16:20

Nadan Taleh Şahsuvarlı Hacı İlqara cavab verib

http://lent.az/news.php?id=21780

Arvad kimi qarqış eliyir mənən debat etmiyən filan şey olsun... Bu Şahsuvarlıda döyül günah ,günah bizdədi.

+1

Şahsuvarlı şəxsini tanımıram və onun şəxsi haqqında danışmaq fikrindən uzağam. Çünki məlumatım yoxdur.
Amma belə yazılar özümüzə güzgüdə baxmağımıza səbəb olur. Sonuncu yazısında da Hacı Şahinə və Hacı İlqarın şəxsinə olan münasibəti çıxsaq, yenə çox həqiqətlər görərik.
Ümumiyyətlə, inkişafın mayası ixtilafdır.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#25 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 25 января 2010 - 16:24

Bu müəllifə deyən lazım sən hələ get Hacı Şahin və Hacı İlqarın xalq üçün, xalqın mənəviyyatı üçün həyata keçirdikləri və ya keçirmək istədikləri əhəmiyyətli işləri bir də özünün yazdığın 2-3 məqaləni qoy tərəziyə, gör hansı agır gələcək?

İrandakı siyasətə qarşı çıxmaq istəyən çıxsın da, nə yazırlar yazsın, daha niyə hərənin bostanına bir daş atırlar axı?

master_ier qardaş

....mənə ən maraqlı gələn şey budur ki, İslam dini məktəblərdə necə tədris olunur ki, iranda olan əxlaqsızlıq, narkomaniya yüksək həddədir? Müvəqqəti nigahın iyrənc bir formada tanıdılmasında birinci günahı İranda görürəm.

Azərbaycana gələn iranlılardan neçə nəfər məsciddə namaz qılan görmüsünüz?

Spirtli içkini. donuz ətini, əxlaqsızlığı qadağan etməklə iş bitmir. Qadağaların səbəbi insanlara öyrədilirsə (ki buna şübhə edirəm), niyə Azərbaycana ayağını qoyan iranlının, yaxud iran azərisinin marketdən ilk aldığı şey donuz kolbasası və araqdı?

İrandan gələn bir Azərbaycanlı deyirdi ki, taksi sürücüsünə dedim gedək məscidə namaz qılaq. Qayıdıb nə desə yaxşıdır? - "Baba, İran sizi bizdən betər edib ki"

Mən deməzdim bura gələn iranlilar hamısı siz yazdığınız kimidir. Aralarında ibadət edənləri də var, etməyənləri də. Hicabin elə təyyaədə, elə göydə açanlar da var, saxlayanları da. Amma heç birinin burda yaşamaq xoşlarına gəlmir. Hamısı İranda yaşamağı üstün sayırlar. Siyasətdə ola bilər sız dedikləriniz, amma hansı dövlət istəyər axı ölkəsində inqilabı?
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#26 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 25 января 2010 - 20:55

Biz umumiyyetle Irandan neye gore danishirig bilmirem.Narkotiki meger onlar oz bashina getirirler bura?Elbetde yox,hamisi zakaznan olan sheylerdir,ozude yuxaridan.Yalandan gosterirler guya kimise tutdular 50 k.g.narkotiknen,sonrada ozleri satdirirlar.Nece olur ki,buradan xarice ve yaxud xaricden bura bir dene iyne kecirtmek olmur,amma tonlarnan narkotik kecir.Bir de ki,o gun Pashiki gosterirdiler oz ailesi ile belkede baxdiniz,utanmaz utanmaz hele bir oz villarini ve bashi acig tatuajli gizlarini da reklam edirdi,buda bizim dini xadimimiz.Biz ise Irandan danishirig oz problemlerimiz ola ola.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#27 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 января 2010 - 00:21

Kim ona məsçidin başçısı deyir ki? Məscidin imamı olur. İmam da namazda pişnamaz duran mənasında başa düşürəm. Başçı nədi? Hardan çıxdı? Kim kəşf elədi?

Burdan

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#28 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 26 января 2010 - 11:25

http://deyerler.org/...-nj-etmjli.html

:)

#29 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 26 января 2010 - 11:36

Burdan

Mənasız saytın mənasız savadsız da yazarları olur , müsahibənidə öz bildikləri kimi alıb , öz bildikləri klimidə dərc edirlər.
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#30 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 26 января 2010 - 11:38

http://deyerler.org/...-nj-etmjli.html

:)

Hacı da ki , dirənib eeey Bulqakova :)))))) Gərək bir ədəbiyyat bölməsində Bulqakovun tipajları haqqında mövzu acım :))))
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru