Aaaaaaaa deməli Muhammad ibn Vahhab qəbirstanlıqları dağıtmaqla,dinc əhalini qırmaqla şirkə qarşı çıxmışdır?
Onda nə oturmusunuz? siz də gedin qəbirstanlıqları dağıdın,axı bu şirkdir
[/quote]Şeytanın son beşiyi demək düzgün olmaz.Sizcə şeytan Abdulvahhabın gəlişinə kimi qızlarrın ağaclardan uşaq istəməsinə sevinirdi yoxsa bunun qarşısının alınmasına?Bu sadəcə bir misaldır.
[/quote]
Bu misal,mən indi çəkəcəyim misalın yanında toya getməlidir.
Deməli belə,Əbu Hürəyrə belə rəvayət edir: «Cəhənnəmin atəşinin hərarəti şiddətlənir. Allah-təala ayağını onun içərsinə qoyduqda, durub, «Yetər, yetər, mənə kafidir, mənə kafidir deyər».
Yenə Əbu Hüreyrə belə rəvayət edir:
Bir qrup camaat Rəsuli əkrəmə (s); «Görəsən, qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» dedikdə, o həzrət belə buyurdu: «Bəli görəcəyik. Görəsən, göydə bulud olmadıqda, günəşi görməkdə sizə bir zərər toxunurmu?». Camaat, «Xeyir toxunmur» dedilər. Həzrət buyurdu: «Görəsən, göydə bulud olmadığı gecədə, dolğun ayı görməkdə sizə bir zərər toxunurmu?». Camaat, «Ya Rəsulallah, xeyir toxunmur» dedilər. Həzrət buyurdu: «O ikisini görməklə sizə zərər toxunmadığı kimi, qiyamət günü Allahı görməkdə də sizə bir zərər toxunmayacaqdır. Qiyamət günü bir müəzzin belə nida edəcəkdir: «Hər ümmət tapındığına tabe olsun. Bu anda Allahdan başqasına tapınan hər kəs, odun içinə düşəcəkdir. Sadəcə Allaha tapınanlar əbədi olacaqlar». Bu əsnada aləmlərin Rəbbi insanların onu görəcəyi bir şəkildə gəlib, «Mən sizin Rəbbinizəm» deyəcəkdir. İnsanlar onu gördükdə, «Biz səndən Allaha sığınırıq, Allaha şərik qoşmayın» deyəcəklər. Bunun üzərinə belə buyuracaqdır: «Görəsən, sizinlə Allah arasında, Allahı tanıyacaq bir nişanə vardırmı?». İnsanlar, «Bəli, vardır» deyəcəklər. Bu halda Allah ayağını (onlara göstərmək üçün) açacaqdır. Daha sonra insanlar başlarını yuxarı qaldırıb, Rəbblərini ilk gördükləri şəkildə görəcəklər. Sonra, «Mən sizin Rəbbinizəm» deyəcəkdir. İnsanlar da, «bəli, sən bizim Rəbbimizsən» deyəcəklər».
Allah Qurani-kərimdə buyurursa :
«Gözlər Onu (Allahı) idrak edə bilməz (görə bilməz); O, bütün gözləri idrak edər (görər). O, lətif və xəbərdar olandır» . «Ə᾽nam» surəsi, ayə 103. Onda insanlar onu necə görə bilər?
Сообщение отредактировал MUMINE: 20 июня 2009 - 23:18