Перейти к содержимому


Фотография

Xanim Zehra


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Alibey

Alibey

    Jundi – Soldier

  • Ibtidai
  • 8 сообщений

Отправлено 27 Сентябрь 2008 - 10:05

O duzdur ki Abu Bekr ile Omer Xanim Zehraya eziyyet veribler . Hetta Omer Xanim Zehrani doyub. Bunu sunni kitabi ile mene subut edin zehmet deyilse. Birde Xanim Zegranin qebri haradadir.Eger hec kim bilmirse mene bir oglan dedi ki qebri medinede hansisa qebristanliqdadir.O ozu nece defe ziyaret edib orani

#2 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 Сентябрь 2008 - 12:10

Bu haqda əhli-sünnət aimləri bunu qeyd ediblər:

İbn Humayd-Cərir-Muqira-Ziyad bin Kulayb: Ömər ibn Xəttab Əlinin evinə yaxınlaşdı. Təlhə, Zübeyr və digər səhabələr evdə idilər. Ömər dedi: And olsun Allaha əgər evdən çıxıb Əbu Bəkrə beyət etməsəz evi yandıracağam. (Tarih Təbəri cild 9 səh 187)

al_tabari.jpg

Əbu Mühamməd Əbdullah bin Müslim bin Qutaybah əl Imamə və əl Siyasə səh 18-28 –də yazır
Əbu Bəkr xəbər tutdu ki, ona müxalif olanlar Əlinin evinə yığılıblar. O Öməri ora göndərdi. Ömər ora çatıb dedi: And olsun Allaha, əgər evdən çıxıb Əbu Bəkrə beyət etməsəz mən evi içindəkilərlə birgə yandıracağam. Camaat dedi: Abul Hafs (Ömər) peyğəmbərin qızı Fatimə də evdədir. O dedi: Mənim üçün fərqi yoxdur, onlar çıxıb beyət etməlidirlər. Əli dedi: Mən and içmişəm ki, Quranı yığmayınca evdən çıxmayacağam.
Al-Imama Walsiyasa səh 12

alimama_walsiyasa.jpg

İbn Abd Rabbah əl-Malik “İqd əl Fərid” kitabının cild 3 səh 273 –də yazır:
"Əbu Bəkrə müxalif çıxanlar və ona beyət etməyənlərƏli, Abbas, Zubeyr və Sa'd ibn Ubadə idilər və onlar Fatimənin evinə yığışmışdılar. Əbu Bəkr Öməri Fatimənin evindəkiləri beyət etdirmək üçün ora göndərdi. Ömər əlində odla evin qapısına yaxınlaşanda Fatimə çıxıb dedi: İbn Həttab sən mənim evimi yandırmağa gəlmisən? Mən Əbu Bəkrə beyət almaq üçün gəlmişəm ".

aqdul_fareed.jpg

Bu hadisəni qeyd edənlər:

1. al Imama wa al Siyasa pages 18-30 Dhikr Bayya Abu Bakr
2. Tareekh Abul Fida Volume 1 page 156 Dhikr bayya Abu Bakr; we relied on the Urdu translation by Maulana Kareem'ud Deen al Hanafi pages 177-179;
3. Iqd al Fareed page 179
4. Tareekh al Tabari Volume 13 page 1818 Dhikr Wafaath Nabi, we relied on the English translation Volume 9 page 187
5. al-Istiab, by Ibn Abd al-Barr Volume 1 page 246 Dhikr Abdullah in Abi Quhafa
6. Sharh ibn al Hadeed Volume 1 page 157
7. Al Mihal wa al Nihal Volume 1 page 77, Dhikr Nizameeya
8. Muruj adh-Dhahab by Abd al-Hasan Ali ibn al-Husayn al Masudi Volume 3 page 198
9. Izalath ul Khifa by Al Muhaddith Shah Waliyullah Dehlavi Volume 2 page 226 (Urdu translation, Qur'an Mehal publishers, Karachi)
10. al Bayana Izalathul Khifa Volume 2 page 29
11. Tareekh Kamil by Ibn Atheer Volume 11 page 113
12. Tareekh Ahmadi by Ahmad Husayn Khan Sahib pages 111-112
13. Taufa Ithna Ashari, by al Muhaddith Shah Abdul Aziz Dehlavi page 292 Dhikr Muthain Umar
14. Al Murthada by Hafidh Abdul Rahman al Hanafi page 45 (Amritsar edition)
15. Mukhthasar Kanz al Ummal bur Hushiya Musnad Ahmad ibn Hanbal Volume 2 page 184 (Egypt).
16. Kitab Mukhthasar fi Ahbar al Bashar Volume 1 page 156
17. Tahqeeq Mubashraab Sunni page 110 bu Maulana Waheedudin Khan al Hanafi
18. Ansar Ashraf, by al-Baladhuri, v1, pp 582-586
19. Tareekh Ya'qubi, v2, p116
20. al Faruq Volume 1 page 92 Dhikr Saqeefa Bani Sa'ada
21. Ruh al Mustafai Volume 3 page 36
22. Fathul Aineen page 88
fathul_aineen.jpg

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#3 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 Сентябрь 2008 - 12:24

O duzdur ki Abu Bekr ile Omer Xanim Zehraya eziyyet veribler .

В главе "Добродетели родственников Посланника Аллаха" Бухари приводит следующее высказывание Посланника Аллаха: "Фатима - это часть меня, и кто рассердит ее, тот рассердит меня". В главе, посвященной походу на Хайбар, он пишет: "Согласно Айше, Фатима (Мир ей), дочь Пророка(ДБАР), отправила послание Абу Бакру с просьбой поделить с ней наследство Посланника Аллаха(ДБАР), но тот отказался заплатить Фатиме что-либо. Фатима была так разгневана на Абу Бакра, что отдалилась от него и никогда больше с ним не разговаривала вплоть до своей смерти". Сахих аль-Бухари, том 3, стр. 39.

Birde Xanim Zegranin qebri haradadir. Eger hec kim bilmirse mene bir oglan dedi ki qebri medinede hansisa qebristanliqdadir.O ozu nece defe ziyaret edib orani

Fatiməni (ə) gecə ikən gizli dəfn ediblər və onun qəbrinin yerini heç kəs bilmir.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#4 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 16 Февраль 2009 - 17:30

O duzdur ki Abu Bekr ile Omer Xanim Zehraya eziyyet veribler . Hetta Omer Xanim Zehrani doyub. Bunu sunni kitabi ile mene subut edin zehmet deyilse. Birde Xanim Zegranin qebri haradadir.Eger hec kim bilmirse mene bir oglan dedi ki qebri medinede hansisa qebristanliqdadir.O ozu nece defe ziyaret edib orani



Salamun aleykum va rahmetullah.
Alibey, bu da subut......
Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.
Maraqlıdır nə səbəbə Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib?
Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.
1- Muhəmməd ibn İsmail Buxari “Səhih Buxari” kitabında (5/77 Beyrut nəşr ihyaut turas) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”
Əhli sünnət alimlərinin nəzərində “Səhih Buxari” kitabı Allahın Quranından sonra ən etibarlı və dəqiq kitabdır. (“Səhih Muslim” 1/15, “İrşadus-sarı”1/19)
2- Əhməd Beyhəqi “əs-Sünənul-kubra” kitabında (6/300 Beyrut nəşri) yazır:- “Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”
Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” kitabının 225-ci səhifəsinə, Şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” kitabının 1-ci cildinin 209-cu səhifəsinə və “İhqaqul-həqq” kitabının 10-cu cildinin 479-cu səhifəsinə müraciət edə bilərsiniz.
3- Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”
4- Ümumiyyətlə bu haqda daha geniş məlumat üçün İbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Muhəmməd ibn Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, İbn Əbil Hədid “Şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250, “əs-Səvaiqul-muhriqə” İbn Həcər Heysəmi 1/12, “əl-İstiab” İbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-İmamətu vəs-siyasət” İbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66. Bu kitabların hamısında belə bir ibarətlə nəql ilunub:- “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”
5- Hafiz Əbduddin Muhəmməd ibn Əbi Şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”
6- Ubey Fəllah Hənbəli (“Şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.

7- Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.
8- Əbdurrəhman ibn Əmr Dəməşqi:- (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.
9- İbn Əbil Hədid (“Şərhu nəcul-bəlağə” 6/50) yazır:- Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və Ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.
Xatırlatmaq lazımdır ki, istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.



http://islamiyyet.uc...s/2008-11-23-87

http://islamiyyet.uc...s/2008-12-22-91
Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru