Перейти к содержимому


Фотография

Rəd surəsi, 7-ci ayə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 22

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 10 Февраль 2010 - 17:34


وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ

Kafir olanlar deyirlər: "Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?" Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.


Buradakı "münzir" Hz.Peyğəmbərdir (sas). "Hadi" (hidayət rəhbəri) isə Hz.Əlidir (ə). İbn Abbas (r.a.) belə deyib: Hz.Peyğəmbər (sas) əlini Hz.Əlinin sinəsinə qoydu və "Mən xəbərdar edənəm" dedi. Sonra da Hz.Əliyə (ə) işarə edərək, "Sən də hidayət rəhbərisən. Məndən sonra hidayət olanlar sənin sayəndə hidayət olacaqlar."

Fahruddin Er-Râzi, Tefsir-i Kebir Mefâtihu’l-Gayb, Akçağ Yayınları: 13/ 398


Сообщение отредактировал master_ier: 10 Февраль 2010 - 17:35

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 10 Февраль 2010 - 18:01

Fəxrəddin ər-Razi bundan əlavə həmin ayənin təfsirinin daha 2 variantını qeyd etmişdir.

1. Münzir və hadi eyni məna daşıyır. Buna görə ifadənin mənası "Sən ancaq bir xəbərdan edənsən. Eyni ilə də hər qövmün də bir xəbərdar edəni var. Onların hər birinin möcüzəsi digərinkindən fərqlidir." - şəklindədir.

2. "Münzir Hz.Məhəmməd (sas), Hadi isə Allah Təaladır." Bu məna İbna Abbas, Səid bin Cübeyr, Mücahid və Dəhhakdan rəvayət edilmişdir.

Və üçüncüsünü artıq yuxarıda qeyd etdik.


Təbii ki, sünnilərin çoxu ilk iki təfsirin düzgün olduğunu sübut etməyə çalışıblar və çalışacaqlar da. Nasibi ruh heç zaman imkan verməyəcək onların haqqı görməyinə. Yalnız bu ruhu tərk etdikdə, inşallah haqqı görərlər.



Davamı olacaq inşallah...

Сообщение отредактировал master_ier: 10 Февраль 2010 - 18:04

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 11 Февраль 2010 - 01:53


1. Münzir və hadi eyni məna daşıyır. Buna görə ifadənin mənası "Sən ancaq bir xəbərdan edənsən. Eyni ilə də hər qövmün də bir xəbərdar edəni var. Onların hər birinin möcüzəsi digərinkindən fərqlidir." - şəklindədir.


Ayıtullah Məkarim Şirazi bu təfsir barədə yazır:

Halbuki birinci təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki hər iki vəsf İslam peyğəmbərinə (s) aid olsaydı, onda Allah-taala belə buyurardı:

"İnnəma əntə munzirun və hadin li-kulli qovmin" – "Həqiqətən, sən yalnız hər millət və tayfanı qorxudan və hidayət edənsən!"

Başqa sözlə, ərəb qrammatikasına əsasən, (“carr və məcrur” olan) "li-kulli qovmin" (hər tayfanı) ifadəsi "hadi" (hidayət edən) sözündən öncə qeyd edilə bilməz. Əgər öncə qeyd edilərsə, onda hər iki vəsfdən öncə gəlməli və belə deyilməlidir:

"İnnəma əntə li-kulli qovmin munzirun və hadin" – "Həqiqətən, sən hər tayfanın yalnız qorxudanı və hidayət edənisən!"

Bir sözlə, "li-kulli qovmin" (hər tayfanı) ifadəsinin iki vəsfdən yalnız birindən öncə qeyd edilməsi və digərinə aid edilməsi üçün bir dəlil yoxdur; ya hər ikisindən öncə, ya da hər ikisindən sonra qeyd edilməlidir.


Сообщение отредактировал master_ier: 11 Февраль 2010 - 01:54

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#4 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 11 Февраль 2010 - 02:01



2. "Münzir Hz.Məhəmməd (sas), Hadi isə Allah Təaladır." Bu məna İbna Abbas, Səid bin Cьbeyr, Mьcahid və Dəhhakdan rəvayət edilmişdir.


İkinci təfsirdə də uyğunsuzluq var. Çünki Allah-taalanın hidayətçi olmasına heç bir şəkk-şübhə olmadığından onu qeyd etməyə ehtiyac qalmır. Bir də cümlənin zahiri mə’nası hər bir əsr və zamanda xüsusi hidayətçinin olmasını bildirir. Halbuki tək halda "li-kulli qovmin hadin" (hər tayfanın bir hidayətзisi vardır) – ifadəsindən başa düşülən cəm hal Allaha münasib deyil.

Beləliklə, yuxarıda qeyd olunan ayənin yeganə məqbul təfsiri budur ki, Peyğəmbəri-əkrəm (s) qorxudandır və hər dövrdə hər qövmün hidayətçisi var.

Gцrəsən, bu hidayətзi məqamı hər dцvr və tayfanın alimlərinə də şamildirmi? – Cavab mənfidir.

Çünki hər dövrdə bir yox, зoxsaylı alimlər ola bilər. İslam peyğəmbəri (s) bir nəfər olduğu kimi, müsəlmanların hidayətçisi də hər dövrdə bir nəfər olmalıdır. Başqa sözlə, İslam peyğəmbəri (s) dinin tə’sisçisi olduğundan camaatı qorxudur, imam isə onları hidayət etməklə bu yolu davam etdirir.


__________________________________________

Qısası, Ayətullah Məkarim Şirazi ьзьncь təfsirin haqq olduğunu gцzəl bir şəkildə isbat edir:

Buradakı "münzir" Hz.Peyğəmbərdir (sas). "Hadi" (hidayət rəhbəri) isə Hz.Əlidir (ə).
İbn Abbas (r.a.) belə deyib: Hz.Peyğəmbər (sas) əlini Hz.Əlinin sinəsinə qoydu və "Mən xəbərdar edənəm" dedi. Sonra da Hz.Əliyə (ə) işarə edərək, "Sən də hidayət rəhbərisən. Məndən sonra hidayət olanlar sənin sayəndə hidayət olacaqlar."


Сообщение отредактировал master_ier: 11 Февраль 2010 - 02:06

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#5 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 12 Февраль 2010 - 21:00

Digər bir əhli-sünnət alimi Cəlaləddin əs-Suyuti "əd-Dür əl-Mənsur" kitabında bu surənin təfsirində bir neçə hədis nəql edir. Bunlar arasında "Hadi"-nin Hz.Əli olduğu deyilənlər də var, deyilməyənlər də.

Yuxarıda qeyd etdiyimiz yazıda Ayətullah-üzma Məkarim Şirazinin izahını qeyd etdik və hədissiz belə, məntiq və qrammatikanın gəldiyi nəticənin şahidi olduq.

Ona görə burada sadəcə hədisləri yazmaqla, mənbələrini qeyd etməklə kifayətlənirik. Lazım gəldikcə, hədislərin səhihliyi barədə də qeydlər edərik.

وأخرج ابن جرير وابن مردويه وأبو نعيم في المعرفة، والديلمي وابن عساكر وابن النجار قال‏:‏ لما نزلت ‏{‏إنما أنت منذر ولكل قوم هاد‏}‏ وضع رسول الله صلى الله عليه وسلم يده على صدره فقال ‏"‏أنا المنذر، وأومأ بيده إلى منكب علي - رضي الله عنه - فقال‏:‏ أنت الهادي يا علي، بك يهتدي المهتدون من بعدي "‏

İbn Cərir, İbn Mərdəveyh, Əbu Nəim, Deyləmi, İbn Əsakir və İbn Nəccardan belə nəql olunur: "Sən yalnız qorxudansan. Hər qövmün və millətin bir hidayət edəni var!" ayəsi nazil olduqda İslam peyğəmbəri (s) əlini sinəsinə qoyub "Qorxudan mənəm!" buyurdu. Sonra Əliyə işarə ilə buyurdu: "Ya Əli! Hidayətçi sənsən və məndən sonra doğru yolu tapanlar məhz sənin vasitənlə hidayət olacaq. "




وأخرج ابن مردويه عن أبي برزة الأسلمي - رضي الله عنه - ‏:‏سمعت رسول الله صلى الله عليه وسلم يقول‏"‏ ‏{‏إنما أنت منذر‏}‏ ووضع يده على صدر نفسه، " ثم وضعها على صدر علي ويقول‏:‏ ‏"‏لكل قوم هاد‏

İbn Mərdəveyh Əbu Bərzə Əsləmidən rəvayət edir ki: bu ayə nazil olanda Peyğəmbəri-əkrəmin (s) əlini sinəsinə qoyduğu halda belə buyurduğunu eşitdim: "Həqiqətən, sən qorxudansan!". Sonra əlini Əlinin (ə) sinəsinə qoyub "Hər tayfanın bir hidayət edəni vardır!" deyə buyurdu. "




وأخرج ابن مردويه والضياء في المختارة، عن ابن عباس - رضي الله عنهما - في الآية‏.‏ قال رسول الله صلى الله عليه وسلم ‏ " ‏المنذر أنا والهادي علي بن أبي طالب رضي الله عنه‏"

Başqa bir hədisdə İbn Abbas Peyğəmbəri-əkrəmdən (s) belə nəql edir: "Mən qorxudanam, Əli isə hidayətçidir."




وأخرج عبد الله بن أحمد في زوائد المسند، وابن أبي حاتم والطبراني في الأوسط، والحاكم وصححه وابن مردويه وابن عساكر، عن علي بن أبي طالب رضي الله عنه في قوله ‏{‏إنما أنت منذ ولكل قوم هاد‏}‏ قال‏:‏ رسول الله صلى الله عليه وسلم المنذر، وأنا الهادي‏.‏ وفي لفظ، الهادي‏

Abdullah ibn Əhməd, İbn Əbi Hatəm, Təbərani, Hakim, İbn Mərdəveyh və İbn Əsakirin İmam Əlidən (ə) belə nəql etdikləri qeyd olunmuşdur: "Allahın Rəsulu (s) qorxudandır, mən isə hidayətçiyəm!"




Suyuti, "əd-Dür əl-Mənsur", cild 4, səh 87 (bəzi çaplarda səh 45.)


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#6 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 Февраль 2010 - 02:45

Təbəri özünün Quran təfsiri olan "Cəmi əl-Bəyan"-da bu ayənin təfsirində yer verdiyi hədislərdən biri də budur:


عن ابن عباس قال : لما نزلت : { إنما أنت منذر ولكل قوم هاد } وضع صلى الله عليه وسلم يده على صدره فقال : أنا المنذر { ولكل قوم هاد } وأومأ بيده إلى منكب علي فقال : أنت الهادي يا علي بك يهتدي المهتدون بعدي


İbn Abbas belə dedi: “İnnəma əntə munzir və li kulli qəumin hadin" ayəsi nazil olduqdan sonra Allahın Rəsulu (sas) öz mübarək əlini öz sinəsinə qoyaraq belə buyurdu: "Munzir mənəm, hər bir qövmün isə hidayətcisi vardır, bu halda əlini Əlinin (ə) çiyninə qoyaraq ona işarə etdi. Sonra isə buyurdu: Hadi və hidayətçi sənsən ey Əli! Məndən sonra hidayət olanlar sənin əlinlə hidayətlənəcəklər”

Təfsir-i Təbəri, 7-ci cild, 341-ci səhifə




İbn Həcər Əsqəlani "Fəth əl-Bari" kitabında bu hədisin ravi zənciri haqqında deyir: Həsən

Fəth əl-Bari Şərh Səhih Buxari, cild 8, səhifə 285


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#7 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 16 Февраль 2010 - 03:50

Ehsen! Allah razı olsun!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#8 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 Февраль 2010 - 09:19

Ehsen! Allah razı olsun!


Cümləmizdən qardaş.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#9 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 Февраль 2010 - 00:44

İndi isə İbn Kəsirin "Təfsir əl-Quran əl-Əzim"-ində bu ayənin Peyğəmbər (sas) və Hz.Əli (ə) barədə nazil olduğunu təsdiqləyən hədislərə nəzər yetirək.

وقال أبو جعفر بن جرير : حدثني أحمد بن يحيى الصوفي ، حدثنا الحسن بن الحسين الأنصاري ، حدثنا معاذ بن مسلم بياع الهروي ، عن عطاء بن السائب ، عن سعيد بن جبير ، عن ابن عباس ، رضي الله عنهما ، قال : لما نزلت : ( إنما أنت منذر ولكل قوم هاد ) قال : وضع رسول الله - صلى الله عليه وسلم - يده على صدره ، وقال : " أنا المنذر ، ولكل قوم هاد " . وأومأ بيده إلى منكب علي ، فقال : " أنت الهادي يا علي ، بك يهتدي المهتدون من بعدي " .

وهذا الحديث فيه نكارة شديدة


Əbu Cəfər ibn Cərir deyir ki, mənə Əhməd ibn Yəhya əs-Sufinin.............Səid bin Cübeyr İbn Abbasdan nəql edir: "“İnnəma əntə munzir və li kulli qəumin hadin" ayəsi nazil olduqdan sonra Allahın Rəsulu (sas) əlini öz sinəsinə qoyaraq: "Qorxudan mənəm, hər bir qövmün isə hidayətcisi vardır - deyib, əlini Əlinin (ə) çiyninə qoymaqla ona işarə edərək buyurdu: Ey Əli, hidayətçi sənsən. Məndən sonra hidayət olanlar sənin əlinlə hidayətə çatacaqlar.”

Bu hədisdə şiddətli bir nəqarət var (Bu hədis münkərdir)



P.S. Nədənsə elə Hz.Əli (ə) və digər Əhli Beyt üzvləri (ə) haqqında haqqı bəyan edən, onların həqiqi fəzilətini göstərən hədislər olduqda o saat hücuma keçilir, zəiflikdən, münkərlikdən dəm vurulur.

İnşallah irəlidə bu hədisin analizinə toxunacayıq. Hələliksə Quran təfsirlərindən sitatlarla davam edək.



وقال ابن أبي حاتم : حدثنا علي بن الحسين ، حدثنا عثمان بن أبي شيبة ، حدثنا المطلب بن زياد ، عن السدي ، عن عبد خير ، عن علي : ( ولكل قوم هاد ) قال : الهادي : رجل من بني هاشم . قال الجنيد هو علي بن أبي طالب ، رضي الله عنه

قال ابن أبي حاتم : وروي عن ابن عباس ، في إحدى الروايات ، وعن أبي جعفر محمد بن علي ، نحو ذلك


İbn Əbu Hatim deyir ki, bizə Əli ibn Hüseynin ..... Əlidən (ə) rəvayətində: "Hər qövmün hidayətçisi vardır" ayəsi haqqında o belə demişdir: Hidayətçi Haşim oğullarından biridir. Cüneyd: O, Əli ibn Əbu Talibdir (ə) - deyir.

İbn Əbu Hatim isə deyir ki, İbn Abbasdan və Əbu Cəfər Muhəmməd ibn Əlidən (ə) də buna bənzər rəvayətlər edilmişdir.


İsmail İbn Kəsir "Təfsir əl-Quran əl-Əzim"


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#10 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 17 Февраль 2010 - 19:02

Allah razı olsun, əməyinizin əcrini versin. Lazımlı məlumatlardır.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#11 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 Февраль 2010 - 01:42

Allah razı olsun, əməyinizin əcrini versin. Lazımlı məlumatlardır.


Cümləmizdən, Şəmsi. Təşəkkür.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#12 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 20 Февраль 2010 - 09:40

Allah razı olsun qardaş, əməyinizin əcrini versin.

#13 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 20 Февраль 2010 - 22:03

Allah razı olsun qardaş, əməyinizin əcrini versin.


Cümləmizdən qardaş.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#14 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 23 Февраль 2010 - 00:44

1992
نا أبو سعيد الحارثي ، نا حسين بن علي الأشقر ، نا منصور بن أبي الأسود ، عن الأعمش ، عن المنهال ، عن عباد بن عبد الله ، عن علي قال : إنما أنت منذر ولكل قوم هاد (1) قال علي : رسول الله المنذر ، وأنا الهاد
__________
(1) سورة : الرعد آية رقم : 7


1992 - Əbu Səid əl-Xudri nəql edir ki, Hüseyn ibn Əli əl-Əşqar, Mənsur ibn Əli əl-Əsvəd, əl-Əməş, o da əl-Minhaldan, o da Abbad ibn Abdullahdan, o isə Əli ibn Əbu Talibdən (ə) rəvayət edir ki: Əli (ə) "İnnəma əntə munzir və li kulli qəumin hadin" ayəsi (1) barədə dedi: "Rəsuallah (s) qorxudandır, mən isə hidayət edənəm."

___________
Rəd surəsi. 7-ci ayə (1)



Mucəm bin əl-Ərabi, 4/500


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#15 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 Февраль 2010 - 01:10

ƏLA! ALLAH razı olsun!

#16 Zeyd

Zeyd

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 226 сообщений

Отправлено 15 Ноябрь 2010 - 00:09

el-Hakim Nişaburi' nin "el-Müstedrek " c.3, s.129 el-Hakim burada deyir ki: Bu hadisin sənədi səhihtir. /el-Heysemi' nin "Mecma' üz Zevaid" c.7, s.41 / el- Müttaki el-Hindi' nin "Kenz' ul Ummal" c.1, s.251 / el-Tabari' nin "Cami' ul Beyan" tefsiri c.8, s.108 / İbn-i Asakir' in "Tarih-i Dimaşk" c.2, s.416 / Suyuti' nin "ed-Derr' ül Mensur" tefsiri c.4, s.608 / İbn-i Arabi' nin "Mucem eş-Şuyuh" c.2, s.120)
İmam Hüseyn (ə): Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar
.

#17 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 15 Ноябрь 2010 - 07:26

qardas ALLAHU tala sani qorusun alina qoluna saqliq versin.imamat yolunun subutu ucun cakdiyin zahmatinla ALLAHU tala sani imam ALI as la mahsur elasin insaallah.

aksini subut edanlari isa yezid (l a)ila.

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#18 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 27 Сентябрь 2011 - 10:13

mövzu haqqında əlavə məlumat: hidayət ayəsi

#19 qulam

qulam

    Mulazzim – lieutenant

  • Murid
  • 480 сообщений

Отправлено 29 Май 2014 - 03:49

Əhli-Sünnə hafizlərindən olan Cəlaləddin əs-Suyuti "əd-Durrul Mənsur" adlı təfsir kitabında deyir:

وأخرج عبد الله بن أحمد في زوائد المسند، وابن أبي حاتم والطبراني في الأوسط، والحاكم وصححه وابن مردويه وابن عساكر، عن علي بن أبي طالب رضي الله عنه في قوله ‏{‏إنما أنت منذر ولكل قوم هاد‏}‏ قال‏:‏ رسول الله صلى الله عليه وسلم المنذر، وأنا الهادي‏.

Abdullah ibn Əhməd müsnədin zəvaidində,İbn Əbu Hatim,Təbərani əl-əvsətda,Hakim,İbn Mərdəvəyh və İbn Əsakir Əlidən (əleyhissalam) nəql ediblər. "Sən qorxudansan və hər bir qövmün hidayət edəni vardır"(Rəd 7) ayəsi barədə Əli dedi:"Rəsulullah (salləllahu aleyhi və alih) qorxudandır mən isə hidayət edənəm".(doğru yol göstərənəm)

əs-Suyuti bunu nəql etdikdən sonra ardıyca deyir:

وفي لفظ، الهادي‏:‏ رجل من بني هاشم‏.‏ يعني نفسه‏.‏

"Bir ləfzdə isə (İmam Əli) deyib: "Hidayət edən Haşim oğullarından bir kişidir".Yəni ki,O (Əli) özünü nəzərdə tutur".

Mənbə:Suyuti,"əd-Durrul Mənsur",Rəd surəsi 7-ci ayənin təfsiri.
http://www.al-eman.com/%D8%A7%D9%84%D9%83%D8%AA%D8%A8/%D8%A7%D9%84%D8%AF%D8%B1%20%D8%A7%D9%84%D9%85%D9%86%D8%AB%D9%88%D8%B1%20%D9%81%D9%8A%20%D8%A7%D9%84%D8%AA%D9%81%D8%B3%D9%8A%D8%B1%20%D8%A8%D8%A7%D9%84%D9%85%D8%A3%D8%AB%D9%88%D8%B1%20**/%D8%A7%D9%84%D8%AA%D9%81%D8%B3%D9%8A%D8%B1/i108&d69944&c&p1#s3

Gördüyümüz kimi Suyuti hədisin mənasından başa düşür ki,İmam Əli özünü nəzərdə tutaraq deyir ki:"Hidayət edən Haşim oğullarından bir kişidir" Bu hədisin bir neçə mənbəsi var.Bəzisini nəql edək.

Прикрепленный файл  Meddisi 1 hadi.jpg   84,41К   1 Количество загрузок: Прикрепленный файл  Meqdisi 2 hadi.jpg   116,96К   1 Количество загрузок:

وأخبرنا أبو بكر محمد بن محمد بن أبي شكر المؤدب بأصبهان أن محمد بن رجاء بن إبراهيم بن عمر بن الحسن بن يونس أخبرهم قراءة عليه أنا أحمد بن عبدالرحمن الذكواني أنا أبو بكر أحمد بن موسى بن مردويه الحافظ قثنا محمد بن علي بن دحيم قثنا أحمد بن حازم قال ثنا عثمان بن محمد عن مطلب بن زياد عن السدي عن عبد خير عن علي في قول الله عز وجل {إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ} [سورة الرعد 13/7] قال المنذر رسول الله صلى الله عليه وسلم والهاد رجل من بني هاشم ( إسناده حسن

Əli Rəd surəsinin 7-ci ayəsi barədə dedi:"Rəsulullah (sallallahu aleyhi və alih) qorxudandır və hidayət edən isə Haşim oğullarından bir kişidir".

Mənbə:Diya əl-Məqdisi,"əl-Əhədis əl-Muxtar" cild 2,səh 287,hədis 669.Təhqiq, Doktor Abdul-Məlik ibn Abdullah ibn Duheyş.Abdul-Məlik ibn Abdullah ibn Duheyş deyir ki,isnadı həsəndir.
http://www.waqfeya.com/book.php?bid=325
http://islamport.com...eb/3987/355.htm

Diya əl-Məqdisi özünə görə bu kitabına mötəbər hədisləri toplamışdır.Onun haqqında məlumat almaq istəyənlər bura baxa bilərlər http://hadis.313news.../news/a-83.html

2.

Прикрепленный файл  Musnad Ahmed 1 hadi.jpg   285,81К   1 Количество загрузок: Прикрепленный файл  Musnad Ahmed 2 hadi.jpg   677,1К   1 Количество загрузок: Прикрепленный файл  Musnad Ahmed 3 hadi.jpg   709,42К   1 Количество загрузок:

حَدَّثَنَا عَبْد اللَّهِ ، حَدَّثَنِي عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُطَّلِبُ بْنُ زِيَادٍ ، عَنِ السُّدِّيِّ ، عَنْ عَبْدِ خَيْرٍ ، عَنْ عَلِيٍّ فِي قَوْلِهِ : إِنَّمَا أَنْتَ مُنْذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ سورة الرعد آية 7 ، قَالَ : " رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمُنْذِرُ ، وَالْهَادِ رَجُلٌ مِنْ بَنِي هَاشِمٍ " .

Əli Rəd surəsinin 7-ci ayəsi barədə dedi:"Rəsulullah (sallallahu aleyhi və alih) qorxudandır və hidayət edən isə Haşim oğullarından bir kişidir".

Mənbə:"Musnəd Əhməd ibn Hənbəl", cild 2,səh 48-49,hədis 1041.Təhqiq,Əhməd Muhəmməd Şakir.Əhməd Muhəmməd Şakir deyir ki,isnadı səhihdir.
http://waqfeya.com/book.php?bid=619
http://library.islam...=60231&hid=1010


3.

Прикрепленный файл  Zevaid Musned Ahmed.hadi.jpg   309,4К   1 Количество загрузок: Прикрепленный файл  Zevaid Musned Ahmed.hadi 2.jpg   561,04К   1 Количество загрузок:

Mənbə:"Zəvaid Abdullah ibn Əhməb ibn Hənbəl fi əl-Musnəd", səh 355, hədis 148.Təhqiq,Amir Həsən Sabri.Amir Həsən Sabri deyir ki,isnadı həsəndir.
http://www.waqfeya.com/book.php?bid=2746

Ya Əli sənin fəzilətlərini bilərəkdən zəiflətmək istəyənlər münafiqdən başqa bir şey deyillər.Çünki bu əməl nifrətin amillərindəndir.Rəsulullah (sallallahu aleyhi və alih) Sənin haqqında deyib: "Səni ancaq mömin sevəcək və Sənə ancaq münafiq nifrət edəcək".

Сообщение отредактировал qulam: 29 Май 2014 - 03:58


#20 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 29 Май 2014 - 13:02

qulam qəribə şeylər yazır, bu sünni alimləri.erebceden tercumede hida sözünün sheri ve luğəti mənasını yaz sənə zəhmət.
هادي‏
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#21 qulam

qulam

    Mulazzim – lieutenant

  • Murid
  • 480 сообщений

Отправлено 02 Июнь 2014 - 00:16

Şeyx Kuleyni (r.a) "Usuli-Kafi",höccət kitabı,10-cu bab,hədis 2-də nəql edir:

علي بن إبراهيم، عن أبيه، عن محمد بن أبي عمير، عن ابن أذينة، عن بريد العجلي، عن أبي جعفر عليه السلام في قول الله عز وجل: " إنما أنت منذر ولكل قوم هاد " فقال: رسول الله صلى الله عليه وآله المنذر ولكل زمان منا هاد يهديهم إلى ما جاء به نبي الله صلى الله عليه وآله، ثم الهداة من بعده علي ثم الأوصياء واحد بعد واحد

Əli ibn İbrahimdən o da atasından o da Muhəmməd ibn Əbu Umeyrdən o da İbn Uzeynədən o da Bureyd Əl-İclidən o da Əbu Cəfərdən (İmam Baqir əleyhissalamdan) Allah Azzə və Cəlin buyurduğu: "(Ya Peyğəmbər) Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan və hər bir qövmün hidayət edicisi (doğru yol göstərən imamı) vardır" ayəsi ilə bağlı İmam Baqir (əleyhissalam) dedi: "Rəsulullah (salləllahu aleyhi və alih) qorxudandır. Hər bir zamanda isə biz Əhli-beytdən (doğru yol göstərən) hidayət edici (bir İmam) olacaq və insanları Peyğəmbərin (salləllahu aleyhi və alih) gətirdiyinə (dininə) tərəf yönəldib hidayət edəcəklər.O həzrətdən (salləllahu aleyhi və alih) sonra hidayətedici (rəhbər) Əli (əleyhissalam), ondan sonra isə bir-birinin ardınca gələn canişinlərdir".(aleyhimussalam)

Mənbə:"Usuli-Kafi", cild 1. səh 191-192,höccət kitabı,10-cu bab,hədis 2.
http://shiaonlinelibrary.com/%D8%A7%D9%84%D9%83%D8%AA%D8%A8/1122_%D8%A7%D9%84%D9%83%D8%A7%D9%81%D9%8A-%D8%A7%D9%84%D8%B4%D9%8A%D8%AE-%D8%A7%D9%84%D9%83%D9%84%D9%8A%D9%86%D9%8A-%D8%AC-%D9%A1/%D8%A7%D9%84%D8%B5%D9%81%D8%AD%D8%A9_240#top
Hədis səhihdir.Məsələn Şeyx Hadi ən-Nəcəfi Kuleyniyə istinad edib bu hədisi nəql etdikdən sonra deyir:

الرواية صحيحة الإسناد
Rəvayətin isnadı səhihdir.

Mənbə: "Məvsua Əhədis Əhl əl-Beyt", cild 12, səh 6, hədis 14667.
http://shiaonlinelibrary.com/%D8%A7%D9%84%D9%83%D8%AA%D8%A8/1688_%D9%85%D9%88%D8%B3%D9%88%D8%B9%D8%A9-%D8%A3%D8%AD%D8%A7%D8%AF%D9%8A%D8%AB-%D8%A3%D9%87%D9%84-%D8%A7%D9%84%D8%A8%D9%8A%D8%AA-%D8%B9-%D8%A7%D9%84%D8%B4%D9%8A%D8%AE-%D9%87%D8%A7%D8%AF%D9%8A-%D8%A7%D9%84%D9%86%D8%AC%D9%81%D9%8A-%D8%AC-%D9%A1%D9%A2/%D8%A7%D9%84%D8%B5%D9%81%D8%AD%D8%A9_5#top

محمد بن يحيى، عن أحمد بن محمد، عن الحسين بن سعيد، عن صفوان، عن منصور، عن عبد الرحيم القصير، عن أبي جعفر عليه السلام في قول الله تبارك وتعالى: " إنما أنت منذر ولكل قوم هاد " فقال: رسول الله صلى الله عليه وآله المنذر وعلي الهادي، أما والله ما ذهبت منا وما زالت فينا إلى الساعة

Abdur-Rahim əl-Qasir, Əbu Cəfərdən (İmam Baqir əleyhissalamdan) nəql edir.Allah Təbərək və Təalənin buyurduğu: "(Ya Peyğəmbər) Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan və hər bir qövmün hidayət edicisi (doğru yol göstərən imamı) vardır" ayəsi ilə bağlı İmam Baqir (əleyhissalam) dedi: "Rəsulullah (salləllahu aleyhi və alih) qorxudandır, Əli (əleyhissalam) isə (doğru yol göstərən) hidayətedicidir. Allaha and olsun ki,(doğru yol göstərmək missiyası) bizdən getməmişdir və indiyədək bizim yanımızdadır.

Mənbə:"Usuli Kafi",höccət kitabı,10-cu bab,hədis 4,cild 1, səh 192

Сообщение отредактировал qulam: 02 Июнь 2014 - 00:22


#22 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 02 Июнь 2014 - 15:54

yəni ən yuxarısı allah imam əlinin vasitəsi ilə kiməsə hidayət edər,ümmümiyyıtlə əgər insan halının dəyişməsi üçün dua etməsə, allah o insana hidayət etməz...buna misal hurr ibn yezid
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#23 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 02 Июнь 2014 - 22:45

Kurtubi öz tefsirinde deyir: قَالَ اللَّه تَعَالَى لِنَبِيِّهِ صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ : " إِنَّمَا أَنْتَ مُنْذِر " أَيْ مُعَلِّم . " وَلِكُلِّ قَوْم هَادٍ " أَيْ نَبِيّ يَدْعُوهُمْ إِلَى اللَّه . وَقِيلَ : الْهَادِي اللَّه ; أَيْ عَلَيْك الْإِنْذَار , وَاَللَّه هَادِي كُلّ قَوْم إِنْ أَرَادَ هِدَايَتهمْ .

http://quran.al-isla...kID=14&Page=250


Allah Teala Öz Peyğemberine (salla Allahu aleyhı we sellem) dedi:"Sen sadece xeberdarlıq edensen,yani "öyredensen","Ve her qövmün öz yolgöstereni vardır",yani "Allah yoluna devet eden nebi (Peyğember),deyilir:"El HediLlahe";yani sene xeberdarlıq eden";ve Allah istediyi qövmü yöneldir"

Düzgün tercüme etmedimse,düzeltin in shaa Allah

Hemçini imam es-Süyutı öz "Calaleyn" tefsirinde bu cür tefsir etmişdir:

"إنَّمَا أَنْت مُنْذِر" مُخَوِّف الْكَافِرِينَ وَلَيْسَ عَلَيْك إتْيَان الْآيَات "وَلِكُلِّ قَوْم هَادٍ" نَبِيّ يَدْعُوهُمْ إلَى رَبّهمْ بِمَا يُعْطِيه مِنْ الْآيَات لَا بِمَا يَقْتَرِحُونَ

http://quran.al-isla...kID=12&Page=250




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru