İndi isə İbn Kəsirin "Təfsir əl-Quran əl-Əzim"-ində bu ayənin Peyğəmbər (sas) və Hz.Əli (ə) barədə nazil olduğunu təsdiqləyən hədislərə nəzər yetirək.وقال أبو جعفر بن جرير : حدثني أحمد بن يحيى الصوفي ، حدثنا الحسن بن الحسين الأنصاري ، حدثنا معاذ بن مسلم بياع الهروي ، عن عطاء بن السائب ، عن سعيد بن جبير ، عن ابن عباس ، رضي الله عنهما ، قال : لما نزلت : ( إنما أنت منذر ولكل قوم هاد ) قال : وضع رسول الله - صلى الله عليه وسلم - يده على صدره ، وقال : " أنا المنذر ، ولكل قوم هاد " . وأومأ بيده إلى منكب علي ، فقال : " أنت الهادي يا علي ، بك يهتدي المهتدون من بعدي " .
وهذا الحديث فيه نكارة شديدة
Əbu Cəfər ibn Cərir deyir ki, mənə Əhməd ibn Yəhya əs-Sufinin.............Səid bin Cübeyr İbn Abbasdan nəql edir: "“İnnəma əntə munzir və li kulli qəumin hadin" ayəsi nazil olduqdan sonra Allahın Rəsulu (sas) əlini öz sinəsinə qoyaraq: "Qorxudan mənəm, hər bir qövmün isə hidayətcisi vardır - deyib, əlini Əlinin (ə) çiyninə qoymaqla ona işarə edərək buyurdu: Ey Əli, hidayətçi sənsən. Məndən sonra hidayət olanlar sənin əlinlə hidayətə çatacaqlar.”
Bu hədisdə şiddətli bir nəqarət var (Bu hədis münkərdir)
P.S. Nədənsə elə Hz.Əli (ə) və digər Əhli Beyt üzvləri (ə) haqqında haqqı bəyan edən, onların həqiqi fəzilətini göstərən hədislər olduqda o saat hücuma keçilir, zəiflikdən, münkərlikdən dəm vurulur.
İnşallah irəlidə bu hədisin analizinə toxunacayıq. Hələliksə Quran təfsirlərindən sitatlarla davam edək.وقال ابن أبي حاتم : حدثنا علي بن الحسين ، حدثنا عثمان بن أبي شيبة ، حدثنا المطلب بن زياد ، عن السدي ، عن عبد خير ، عن علي : ( ولكل قوم هاد ) قال : الهادي : رجل من بني هاشم . قال الجنيد هو علي بن أبي طالب ، رضي الله عنه
قال ابن أبي حاتم : وروي عن ابن عباس ، في إحدى الروايات ، وعن أبي جعفر محمد بن علي ، نحو ذلك
İbn Əbu Hatim deyir ki, bizə Əli ibn Hüseynin ..... Əlidən (ə) rəvayətində: "Hər qövmün hidayətçisi vardır" ayəsi haqqında o belə demişdir: Hidayətçi Haşim oğullarından biridir. Cüneyd: O, Əli ibn Əbu Talibdir (ə) - deyir.
İbn Əbu Hatim isə deyir ki, İbn Abbasdan və Əbu Cəfər Muhəmməd ibn Əlidən (ə) də buna bənzər rəvayətlər edilmişdir.
İsmail İbn Kəsir "Təfsir əl-Quran əl-Əzim"