Перейти к содержимому


Фотография

Bibliya homoseksuallıq haqda nə deyir?


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 Philosof

Philosof

    Raqib – Seargeant

  • Murid
  • 106 сообщений

Отправлено 04 октября 2008 - 11:27

Bəzi xristian məzhəblərinin homeseksualları müdafiə etməklərini anlamıram...

Məgər onlar Müqəddəs Kitabı oxumurlarmı?Bəzi insanlarda belə bir sual yarana bilər-"İslamda homoseksuallıq qadağandır bəs Məsihilikdə necə"?Bu sualın cavabını tapmaq üçün Bibliyanı oxumaq kifayətdir.

Bibliya bizə aydın deyir ki,homoseksual hərəkət günahdır.Məsələn:

"Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir."

(Levillər 18\22)

"26)Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər,

27)eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar."(Romalılara 26-27)


Romalılara 1:26-27 xüsusilə öyrədir ki, homoseksuallıq Allahı inkar etmək və Ona itaətsizlik etməkdir. Müqəddəs Kitab bizə deyir ki, insan günah və imansızlıq etməyə davam edirsə, Allah əxlaqsız və natəmiz günah üçün “daha çox fürsət” verir ki, onlara Allahdan kənar olan həyatın mənasızlığını və ümidsizliyini göstərsin. 1Korinflilərə 6:9 elan edir ki, homoseksuallar Allahın səltənətini miras almayacaqlar.

Allah insanı homoseksual ehtiraslarla yaratmayıb. Müqəddəs Kitab bizə deyir ki, insan günahın nəticəsində (Romalılara 1:24-27) və öz seçimi ilə homoseksual olur. İnsanlar homoseksuallığa qarşı həddindən artıq həssas doğula bilərlər, necə ki, bəziləri zorakılığa və digər günahlara meylli olurlar. Bu o demək deyil ki, insan öz günahlı ehtiraslarına uyğun olaraq günah etməyi seçməlidir. Əgər insan qəzəbə / kinə həssasdırsa, bu o deməkdirmi ki, o bu hisslərə tabe olmalıdır? Əlbəttə ki, yox! Bu homoseksuallıq üçün də eynidir.

Baxmayaraq ki, Müqəddəs Kitab homoseksuallığı digər günahların “ən böyüyü” kimi təsvir etmir, lakin Allah üçün bütün günahlar eynidir. Homoseksuallıq 1Korinflilərə 6:9-10-da verilmiş siyahıdakı günahlardan biridir, hansı ki, insanı Allahın səltənətini miras almaqdan saxlayır. Müqəddəs Kitaba görə bağışlanma zinakarlar, bütpərəstlər, qatillər və oğrular üçün mümkün olduğu kimi homoseksuallar üçün də mümkündür.


http://teologiya.aze...liyaxristianliq
"Omnia in numeris sita sunt"

#2 NUR

NUR

    Jundi – Soldier

  • Ibtidai
  • 4 сообщений

Отправлено 04 октября 2008 - 14:14

Nolsun ki? Onlar öz 10 qanununa əməl edirlər ki, qalsın bu..
Onlara qarşı bizə Allah yetər..




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru