Перейти к содержимому


Фотография

dünyanın ən gözəl tablosu..


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 20 февраля 2010 - 17:43

Günlərin birində məhşur bir rəssam...dünyanın ən gözəl tablosunu çəkmək qərarna gəlir..
Bunun üçün də o, uzaq bir səfər çıxmaga qərar verir
Yol ilə gedərkən qarşısına yaşlı bir insan çıxır..Rəsam ondan soruşur:
-Dünyanın ən gözəl şeyi nədir?
Yaşlı adam deyir:
-İman.
Rəssam öz yoluna davam edir..Bu dəfə onun qabagına toy-düyün mərasimi çıxır. Rəssam bəy və gəlinə yaxınlaşıb...onlardan sual edir:
-Dünyanın ən gözəl şeyi nədir?
Onlar dedilər:
-Dünyada ən gözəl şey ..Eşqdir.
Rəssam yenə də öz yoluna davam edir. ..
Bu səfər onun qarşısına əsgəri xidmətdən evinə təzəcə dönən zabit çıxır..Rəssam ondan soruşur:
-Dünyanın ən gözəl şeyi nədir?
Zabit cavab verib, deyir:
- Dünyada ən gözəl şey ..Sülh və əmin-amanlıqdır.
Rəssam bir xeyli fikrləşir və düşünür:- İman, Eşq və Sülh...bunların rəsm tablosunu nece çəkim?
Elə bu fikirlə evinə dönür...və evinə daxil olanda... dünyanın ən gözəl tablosunu görür:
Uşaqlarının məsum baxılarında iman...
Həyat yoldaşının gözündə eşq...
Evində isə sülh və əmin-amanlıq...


Изображение
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 21 февраля 2010 - 12:03

Изображение

Yağış yağır,yaz yağışı,yağ ay yağış,
Yağginən sən,sənə əhsən,sənə alqış,yağ ay yağış,
Yağginən sən,bu çöllərə,çəmənlərə yağginən sən,
Susuzluqdan xəzan olan çiçəklərə yağginən sən,
Yağginən sən arzulara,diləylərə yağginən sən,
Məhəbbətdən alovlanan ürəklərə yağginən sən,
Yağginən sən,yağa-yağa islatginən paltarımı,
Qaytar mənə gənclikdə ki,öz əhdimi,ilqarımı,
Elə yağ ki,qoy islansın əlimdəki qələm,vərəq,
Yadımdadı nəcə yağdın,düz otuz il bundan qabaq,
Elə gözəl yağmışdın ki,islanmışdı üz-gözümüz,
Oturmuşduq qala altında,bir palıdın altında biz,
Sən yağdıqca,damcıların səpilirdi üzümüzə,
İkimizdə isləmirdik durub gedək evimizə,
Qorxurduq ki,durub getsək,xələl gələr sevgimizə,
Sən elə bir şersən ki,sən elə bir nəğməsən ki,
Ağzın yoxdu,dilin yoxdu,necə deyim,biləsən ki,
Sən yağanda yamaclara,düzənlərə can verirsən,
Zəmilərdə zümbüllərin damarına qan verirsən.
Yağ ey yağış,qurban olum səhərəcən yağginən sən,
Dayanmadan,qala altıdan,şəhərəcən yağginən sən.
Yağginən ki,klezidə şoran düzlər çiçək açsın,
Bu ölkədən,bu diyardan,qüssə-kədər uzaq qaçsın,
Yağa-yağa nə olar ki,xəbər apar sevgilimə,
Aman gündü bu halımı,bu günümü ona demə,

Yetim Eyvaz)
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru