Bunun üçün də o, uzaq bir səfər çıxmaga qərar verir
Yol ilə gedərkən qarşısına yaşlı bir insan çıxır..Rəsam ondan soruşur:
-Dünyanın ən gözəl şeyi nədir?
Yaşlı adam deyir:
-İman.
Rəssam öz yoluna davam edir..Bu dəfə onun qabagına toy-düyün mərasimi çıxır. Rəssam bəy və gəlinə yaxınlaşıb...onlardan sual edir:
-Dünyanın ən gözəl şeyi nədir?
Onlar dedilər:
-Dünyada ən gözəl şey ..Eşqdir.
Rəssam yenə də öz yoluna davam edir. ..
Bu səfər onun qarşısına əsgəri xidmətdən evinə təzəcə dönən zabit çıxır..Rəssam ondan soruşur:
-Dünyanın ən gözəl şeyi nədir?
Zabit cavab verib, deyir:
- Dünyada ən gözəl şey ..Sülh və əmin-amanlıqdır.
Rəssam bir xeyli fikrləşir və düşünür:- İman, Eşq və Sülh...bunların rəsm tablosunu nece çəkim?
Elə bu fikirlə evinə dönür...və evinə daxil olanda... dünyanın ən gözəl tablosunu görür:
Uşaqlarının məsum baxılarında iman...
Həyat yoldaşının gözündə eşq...
Evində isə sülh və əmin-amanlıq...
