Перейти к содержимому

Фотография

Söz inciləri.

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 35

#1 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 01:40

Bir vaxt bu bolumdə,"Наши прозы" adli movzu vardi.Nədənsə o yoxa cixdi.İndi bu movzunu yenidən qaytarmaq istədim!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#2 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 01:41

Bir payizin yağışlı gunu. Tutqunam bu gun.Tənha otaq,yanan lampa,tustulənən siqaret bir də monitor.
Monitor aydin gostərir,amma fikrim uzaqlarda,gozlərimdə isə tor.
Pəncərə arxasinda yağış yağır,amma bu yağış torpağa deyil,mənim məyus taleyimə axır,axdığı andan da hoparaq yoxa cıxır.
Yağiş yağır,bu diyarın,bu şəhərın bu olkənin,bəlkə də yer kurrəsinin dərdi var icimdə.Mənimsə dərdim sənin icində.
Sakit danişığın telefonda nə qədər kədərli oldu bu axşam Mən elə bu danışıqdan qanadı sinmış quşam!
Susdun.Susdum.Nə deyəcəkdik ki.Bu sukut ozu hər şeyi demirdimi ki?
Duşuncəm,fikirlərim,arzularim taleyimə tuşlanmış oxdur.Yağış yağır bayırda,səninsə cətirin yoxdur!
Yanağından axan yaşlar ya ruzigar yağışı,ya qəlb ciskinləridir.Mənimsə yanağım quru,qəlbim taleyimin kuskunləridir.
Belə cıxdı ki,gedirsən,xəyallarda yaşayan omrumdən.Nə deyim,bu secimdir,yəqin belə kecmış konlundən.
Susuram,nə deyım ki.Belə anları bir dəfə yaşamışdım,bu da iki.
Tənha otaq,yanan lampa,tustulənən siqaret bir də monitor.Gozum yolda ,qulağım səsdə,telefon da susur ahəstə.
Vərəqləndikcə anlar,qayidar geri xatirələr,yollara cokər dumanlar.Bu dumanın o tərəfində sən,başını qucaqlamisan,bu tərəfində mən.
Acar səhər ,tukənər yağış,collərdə otların ustundə şeh,mənsə bunu gormərəm.Gorəsi halım yoxdur eh!
Tənha otaq,yanan lampa,tustulənən siqaret bir də noqtələr.............
Arzularımı noqtələr...........

ORXAN ƏBİLBƏYLİ
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#3 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 01:43

İndi Səndən coz uzaqda,cox gendəyəm mən,məni bu gedişə,oz səhfinlə vadar etdin sən.

Səssiz dağlar,səssiz meşə,cay da axir sakitcə,bu sakitlikdə tənha olan mən,dərdlə əlləşim necə?

Kuləklər də kədərimdən məlul,rəncidə,daha əsmir,elə dağlarda dolaşirlar,ahəstə,səssizcə.

Əzabli olacaqdir bu gun,duşuncələr,xatirələr,kecən gunlərin acısi,gozlərim yol cəkəcək
yenə.Birdən ayilacam ki,gunduz gedib,ulduzlar matəm edir mənə.

Bəlkə elə sənində gozlərin yol cəkir,fikirlərə dalmisan,yol ayrıcında,secim zorundasan bu gecə.Saat ciqqildayir,zaman otur beləcə.

Bu taleyin zoru deyil,bu istəkdir,məhəbbətdir,səadətdir,bu atəşdir,sonra sukut.Cunki dedin-məni unut.

Istədim ki,belə olsun,alınmadi,əzmim zəif,qəlbdə kədər,getdim mən sona qədər,sora qayıtdım.
Getməyim də,donməyim də hədər.

İndi uzaq bir dağ kəndi,uzaq məkan,dağ yollari secilir aşağıda.Bu nə sevdadır ki,bəlaya salıb yaşlıni da,uşaği da.

Deyəsən cisginləyir,ya mənim qəlbilin cisginidir,ya sənin,bilmirəm,bilirəm ki,bu saatda səndən cox gendəyəm mən.Məni bu gediışə oz səhfinlə vadar etdin sən!

Arzulardim ki,bir naməlum ada olsun,bir umman kənarı,sivil dunyadan kənar bir ada,o adada qoca palıdın altında sən.Sənin yamında da mən.

Arzulardim ki... Eh bunlar arzudur,realliq isə aci və kusgun,Sən o tərəfdə qəmlisən,mən bu tərəfdə uzgun.

ALLAHA PƏNAH!

ORXAN ƏBİLBƏYLİ
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#4 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 01:43

Susub dalğın baxışlarla baxdin mənə.Bu baxışlar nə dedi, nə soylədi,bunu bilən olmadi.Yalniz mən bildim,cixib getdin,sozum var idi sənə.
Hami dindi,guldu danişdi,mən susdum,sən susdun,qəribə deyildlmi ki?Hami bizi şən sayirdi,amma bu axşam belə olmadi,bundan sonra belə olsun təki.
Getdin,baxa-baxa qaldim arxanca,uzaqlaşdi maşin,itdi maşinlar arasinda,mənsə durmuşdum,bənzəyirdim yol ustundə bitmiş ağaca.
Dunyami belə yaranıb?İnsanlarmı təkəbburlu,ya da dərdli? Bilmirəm,bilmirəm,amma hər şey kecir,caliş sənə təmiz hissləri olanları qoymayasan kədərli.
Pıcıltıların qulağımdadır ”tale yazisidir pozmaq olmaz”.Amma istəsən pozarsan,bir az istəmək lazımdır,bir az da mubarizə.Mubarizə aparanlar qələbəsiz qalmaz.
Gostərmə mənə tarixdən və dastanlardan nakam məhəbbətləri.İnandira bilməzsən.Mən də sənin kimiyəm,misal gosstərəcəm məhəbbət mubarizələrindəki rəşadətləri.
Ama yaman təkəbburlu,yaman səbrsizsən,Bilirəm,elmin coxdur.Amma bir elm var ki,onun varlığından xəbərin yoxdur.
Bu insan elmidir,Hələ hec bir alimə bu elmi dərindən oyrənmək muyəssər olmayıb.Bəlkə oyrənmək istəyıblər,gunahdir deyə Tanrı qoymayıb.
İndi alim olduğunu isbat eləmək istəyirsən mənə.Edə bilməzsən.Cunki insanlar fərqlidir.Fərqlilər gunahkar deyil ki,fərqsizlər haqsızlıq etmişdir sənə.
Susub dalğın baxışlarla baxdin mənə.Bu baxışlar nə dedi, nə soylədi,bunu bilən olmadi.Yalniz mən bildim,cixib getdin,sozum var idi sənə.

ORXAN ƏBİLBƏYLİ

Сообщение отредактировал MIROTVORES70: 03 марта 2010 - 01:47

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#5 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 03 марта 2010 - 09:41

"НАША ПРОЗА" movzusu menim ricam ile silindi.

ALLAH fidan Bacimizdan anlayishina ve inceliyine gore versin, her iki dunyada ondan razi olsun.

Yeni movzuda her kese ugurlar dileyirem.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#6 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 марта 2010 - 11:58

"НАША ПРОЗА" movzusu menim ricam ile silindi.

ALLAH fidan Bacimizdan anlayishina ve inceliyine gore versin, her iki dunyada ondan razi olsun.

Yeni movzuda her kese ugurlar dileyirem.

Amin Ahmadiyya bacım, Allah səndən də razi olsun ;) silməyə də əlim gəlmirdi dogrusu. Çünki o qədər ürəkdən və səmimi yazilmışdı ki.. Amma bilirəm ki, sən də səbəbsiz rica etməzdin.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#7 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 марта 2010 - 12:00

İndi bu movzunu yenidən qaytarmaq istədim!

Lap əcəb elədiz. Yazığınız Orxan Əbilbəylinin düşüncələri də çox gözəldir. İnşAllah davamı da olar
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#8 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 18:25

"НАША ПРОЗА" movzusu menim ricam ile silindi.

ALLAH fidan Bacimizdan anlayishina ve inceliyine gore versin, her iki dunyada ondan razi olsun.

Yeni movzuda her kese ugurlar dileyirem.

Yaziya pozu yoxdur bacı.Hacansa yazilar qumları kulək aparandan sonra uzə cixar. Movzu pozmaq adətini buraxin,sonra aktivsizlikdən gileylənirsiniz!

Сообщение отредактировал MIROTVORES70: 03 марта 2010 - 18:26

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 03 марта 2010 - 18:46

Ürəyinə sağlıq, Orxan Əlibəylinin də gözəl qələmi var
Amma nasha proza-nın silinməsinə üzüldüm. Oxuyub çox təsirlənmişdim, kövrəlmişdim AHMADİYYE bacının yazdıqlarına.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#10 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 22:04

Ürəyinə sağlıq, Orxan Əlibəylinin də gözəl qələmi var
Amma nasha proza-nın silinməsinə üzüldüm. Oxuyub çox təsirlənmişdim, kövrəlmişdim AHMADİYYE bacının yazdıqlarına.

Heyif oxuya bilmədim,pozdular,bu artıq adət halini alib.Ay balam yazmisan qoy qalsin daaa,ibrət goturən olar axi((
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#11 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 03 марта 2010 - 22:38

Moderatorların qərarlarını müzakirə etmək qadağandır. Bunun üçün təklif və şikayətlər bölməsi var.

Komandir, gözəldir maşallah. Orxan ƏLİBƏYLİyə ələxsus təşəkkürlər!

#12 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 марта 2010 - 23:17

Moderatorların qərarlarını mьzakirə etmək qadağandır. Bunun ьзьn təklif və şikayətlər bцlməsi var.

Komandir, gцzəldir maşallah. Orxan ƏLİBƏYLİyə ələxsus təşəkkьrlər!

Əstəqfurullah Şair.
Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini.
Nə deyə bilərəm ki, bu talenin oyunu və yazinin sonudur.İşiqlar sondu, ekran yandi,ekranda da sənin əksin,amma sən ekrana baxma,əksimi gorsən,sondur.
Cunki xəyallarda yaşamaq istəmədim mən,sozumu dedim,qəbul eləmədin,etsəydin nə olardi ki,tufanmı qopardi,ummanlar asardilarmi ki,yaxud mən xosbəxt olardim. istəmədin,ozun xoşbəxt olasan təki.
Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini.
Daha sənə sozum yoxdur,belə dedim,yalan osada, lakin vərəqləsəydim qəlbimin kitabini,necə gunlər kecərdi,necə aylar.Qəb dolu,yerinsə boş,vaxtim az,deyəcəyimsə coxdur.
Dedin daha yoxdur o gunlər,itdi getdi,niyə yalan dedin? axi cox uzaq deyil o tarix,o ləpələrin izlərimizi yuduğu gunlər,o tənha tut ağaci ,o əyni əsgər paltarli oğlan ki,səni orda qoyub,muharibəyə getmək ucun tərk etdi..
İndi yoxdur o anlar,yoxdur o saatlar,dəqiqələr də sənincun yad və qiymətsiz.Cunki qərar verdin,yaşayacaqsan o gunlərsiz.Cunki mən əlil arabasindayam,gozum tavanda,zamnsa ədalətsiz.
Bəlkə də bu şəhərin işıqlarıdır səni caşdiran,gecə restoranlari,barlar,bahali maşinlar,dedin cavanam hələ,qocalmamışam ki, Bəs sən soylə elə sənin babalarinin doğulduğu rayonda ayaqlarimi itirən mən nə qədər ucalmişam ki.
Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini.
Eh əlil arabasi,səndə də vəfa yoxmuş,saqa dondərmək istədim,donmədin sənin təkərlərinin etirazi,mənim əllərimin gucundən coxmuş.
Get ozunlə apar xatirələri,ayaq ustə ,sahildə sənin arxanca qacdiğım gunləri,bir ət parcasi kimi kağiza buk apar,Mən ozum susduraram arxanca deyinən dilləri.
Get və xoşbəxt ol!

Сообщение отредактировал MIROTVORES70: 03 марта 2010 - 23:21

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#13 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 04 марта 2010 - 11:49

Hec bir sheye heyif deyil, belke bir olene-bir qalana.

Yazilarim ise livejournal-daki sehifemde var.

Shair Qardasha qoshuluram Orxan ƏLİBƏYLİyə ələxsus təşəkkьrlər barede.

Сообщение отредактировал AHMADIYYE: 04 марта 2010 - 11:51

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#14 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 04 марта 2010 - 17:04

Moderatorların qərarlarını mьzakirə etmək qadağandır. Bunun ьзьn təklif və şikayətlər bцlməsi var. Komandir, gцzəldir maşallah. Orxan ƏLİBƏYLİyə ələxsus təşəkkьrlər!

Əstəqfurullah Şair. Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini. Nə deyə bilərəm ki, bu talenin oyunu və yazinin sonudur.İşiqlar sondu, ekran yandi,ekranda da sənin əksin,amma sən ekrana baxma,əksimi gorsən,sondur. Cunki xəyallarda yaşamaq istəmədim mən,sozumu dedim,qəbul eləmədin,etsəydin nə olardi ki,tufanmı qopardi,ummanlar asardilarmi ki,yaxud mən xosbəxt olardim. istəmədin,ozun xoşbəxt olasan təki. Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini. Daha sənə sozum yoxdur,belə dedim,yalan osada, lakin vərəqləsəydim qəlbimin kitabini,necə gunlər kecərdi,necə aylar.Qəb dolu,yerinsə boş,vaxtim az,deyəcəyimsə coxdur. Dedin daha yoxdur o gunlər,itdi getdi,niyə yalan dedin? axi cox uzaq deyil o tarix,o ləpələrin izlərimizi yuduğu gunlər,o tənha tut ağaci ,o əyni əsgər paltarli oğlan ki,səni orda qoyub,muharibəyə getmək ucun tərk etdi.. İndi yoxdur o anlar,yoxdur o saatlar,dəqiqələr də sənincun yad və qiymətsiz.Cunki qərar verdin,yaşayacaqsan o gunlərsiz.Cunki mən əlil arabasindayam,gozum tavanda,zamnsa ədalətsiz. Bəlkə də bu şəhərin işıqlarıdır səni caşdiran,gecə restoranlari,barlar,bahali maşinlar,dedin cavanam hələ,qocalmamışam ki, Bəs sən soylə elə sənin babalarinin doğulduğu rayonda ayaqlarimi itirən mən nə qədər ucalmişam ki. Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini. Eh əlil arabasi,səndə də vəfa yoxmuş,saqa dondərmək istədim,donmədin sənin təkərlərinin etirazi,mənim əllərimin gucundən coxmuş. Get ozunlə apar xatirələri,ayaq ustə ,sahildə sənin arxanca qacdiğım gunləri,bir ət parcasi kimi kağiza buk apar,Mən ozum susduraram arxanca deyinən dilləri. Get və xoşbəxt ol!

Komandir... Fikirləşmə ki, səndən incimişəm! Fikirləşmə üzümü səndən ya çevirirəm! Yox! Belə deyil! Bəlkə də sənə daha yaxınam. Komputerin hər klavişinin şaqqıltısını eşidəndə, Əfqanıstan yadıma düşür... O cəhənnəmin yer üzündə əksi. O əks ki, cavanları qocaldar, qocaları məhv edər... yox.. bu şaqqıltı deyil. sənin istiqamətinə atılan güllələrdir... Amma uzaq keçir səndən. Fikirləş nədən? Bəlkə səni sevən şəxslərin duası idi o güllələri qalxan tək dəf edən? Bəlkə dəf edən hələ dünyada olmayan Şairin şeirləri idi? Yox! Səni qoruyan bir insan yox idi... Qoruyan yalnız evdə valideynlərinin göz yaşı idi! Amma sənin xəbərinsə yox... Əslində sən də gizlətmək istəmişdin.. Amma ata ürəyi. hər şeyi hiss edən bir şey. Amma ana narahatlığı, daim səni əhatələyən dualar... Yox, yox istəmirəm kövrəldəm səni, istərəm yaxşıca biləsən məni.

Şikayət edirsən... Qəlbinin vərəqlərini bir bir açırsan. Məgər bilmirsənmi bu varaqların necə ağır olduğunu? Yoxsa o vərəqlər sənə yüngülmü gəldi? Bəlkə də, qəlbini açıb yüngülləşmək istədin.. amma... bilmədin, bununla neçəsinin qəlbində kövrəkliklər qoydun. 

Eh sən əlil arabasındasan, mənsə zindanda.. şikayət etmə mənə,ki gedə bilmirəm.. istərdim sənə kömək edəm. amma mənə kömək olan lazımdır bu tənha 4 divarda. O kim olacaq görən? Atamı, anamı, cananmı, balamı, ya dostmu?... hamısı bəlkə də var.. amma onlar zindanda deyillər. bəlkə də özlərini həbs etdikləri zindani görmürlər. Mənsə görürəm.. Dua edirəm, gözlərimdən qaynayan bulaqlar dizlərimdə yox olur.. bəlkə onların həbsdə olduqlarını bilməməkləri, mənim  xəlvətcə Rəbbimə dua edib bu zindandan xilas etməyimi istəməyimlə bağlıdır? Bəlkə qaranlıqdır ona görə görmürlər? ... bəlkə də... onlar görmürlər, zindanda olduqlarını da bilmirlər və ətrafımı qızıl dəmirlərlə bəzəyirlər.. Bu qızıl dəmirlər itirəcəkmi zindanın mahiyyətini? Yoxsa, zənn edirlər ki, zindan kasıblıqdır? Bəli kasıbam! Necə Malik`in qarşısında varlı ola bilərəm? Bəlkə günahkaram? Necə Subhan`ın qarşısında günahsız ola bilərəm?... soruşurlar, elə isə nəyə ümid bəsləyirsən... Necə Rəhman`ın qarşısında əfv etməsindən naümid ola bilərəm... Amma mən yenə də zindandayam, sənsə əlil arabasında... Sənin ayaqların mənimsə bütün cismim həbsdədir.. Amma ruhum yox.. o ümmanları dolaşır, o hər an döyünür öz eşqinə qovuşmaq üçün... Əgər aşiqi olduğum ... deyə də bilmirəm. Axı necə deyə bilərəm? Məgər aşiq öz cananının xoşuna gəlmək istəməzmi? deyirəm utanclı halda, aşiqi olduğum əgər məni qəbul etsə, mən bu zindandən qurtularam... Sənə tərəf tələsib, arabanın təkərləri olaram.. təki sən yaz, tək sən yaşa, təki sən yarat, təki sən ALLAHu AKBAR deyib yenidən Qarabağa tələs...

Сообщение отредактировал Şair: 04 марта 2010 - 17:13

#15 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 04 марта 2010 - 22:43

Komandir, paylaşımların superdi. Təşəkkürlər!

P.S. Hörmətli və möhtərəm user`lər, imkan daxilində qaydalara riayət edin ;)

Сообщение отредактировал Hasan_AGA: 04 марта 2010 - 22:47

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#16 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 марта 2010 - 02:52

Hec bir sheye heyif deyil, belke bir olene-bir qalana.

Yazilarim ise livejournal-daki sehifemde var.
Shair Qardasha qoshuluram Orxan ƏLİBƏYLİyə ələxsus təşəkkьrlər barede.

Əyər izn varsa ssilkani verin xahiş edirəm.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#17 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 05 марта 2010 - 02:56

Moderatorların qərarlarını mьzakirə etmək qadağandır. Bunun ьзьn təklif və şikayətlər bцlməsi var. Komandir, gцzəldir maşallah. Orxan ƏLİBƏYLİyə ələxsus təşəkkьrlər!

Əstəqfurullah Şair. Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini. Nə deyə bilərəm ki, bu talenin oyunu və yazinin sonudur.İşiqlar sondu, ekran yandi,ekranda da sənin əksin,amma sən ekrana baxma,əksimi gorsən,sondur. Cunki xəyallarda yaşamaq istəmədim mən,sozumu dedim,qəbul eləmədin,etsəydin nə olardi ki,tufanmı qopardi,ummanlar asardilarmi ki,yaxud mən xosbəxt olardim. istəmədin,ozun xoşbəxt olasan təki. Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini. Daha sənə sozum yoxdur,belə dedim,yalan osada, lakin vərəqləsəydim qəlbimin kitabini,necə gunlər kecərdi,necə aylar.Qəb dolu,yerinsə boş,vaxtim az,deyəcəyimsə coxdur. Dedin daha yoxdur o gunlər,itdi getdi,niyə yalan dedin? axi cox uzaq deyil o tarix,o ləpələrin izlərimizi yuduğu gunlər,o tənha tut ağaci ,o əyni əsgər paltarli oğlan ki,səni orda qoyub,muharibəyə getmək ucun tərk etdi.. İndi yoxdur o anlar,yoxdur o saatlar,dəqiqələr də sənincun yad və qiymətsiz.Cunki qərar verdin,yaşayacaqsan o gunlərsiz.Cunki mən əlil arabasindayam,gozum tavanda,zamnsa ədalətsiz. Bəlkə də bu şəhərin işıqlarıdır səni caşdiran,gecə restoranlari,barlar,bahali maşinlar,dedin cavanam hələ,qocalmamışam ki, Bəs sən soylə elə sənin babalarinin doğulduğu rayonda ayaqlarimi itirən mən nə qədər ucalmişam ki. Muzakirə etmədim mən sənin hec bir əməlini,Sən dedin mən eşitdim,amma daha kusgun gostərmə gozlərini. Eh əlil arabasi,səndə də vəfa yoxmuş,saqa dondərmək istədim,donmədin sənin təkərlərinin etirazi,mənim əllərimin gucundən coxmuş. Get ozunlə apar xatirələri,ayaq ustə ,sahildə sənin arxanca qacdiğım gunləri,bir ət parcasi kimi kağiza buk apar,Mən ozum susduraram arxanca deyinən dilləri. Get və xoşbəxt ol!

Komandir... Fikirləşmə ki, səndən incimişəm! Fikirləşmə üzümü səndən ya çevirirəm! Yox! Belə deyil! Bəlkə də sənə daha yaxınam. Komputerin hər klavişinin şaqqıltısını eşidəndə, Əfqanıstan yadıma düşür... O cəhənnəmin yer üzündə əksi. O əks ki, cavanları qocaldar, qocaları məhv edər... yox.. bu şaqqıltı deyil. sənin istiqamətinə atılan güllələrdir... Amma uzaq keçir səndən. Fikirləş nədən? Bəlkə səni sevən şəxslərin duası idi o güllələri qalxan tək dəf edən? Bəlkə dəf edən hələ dünyada olmayan Şairin şeirləri idi? Yox! Səni qoruyan bir insan yox idi... Qoruyan yalnız evdə valideynlərinin göz yaşı idi! Amma sənin xəbərinsə yox... Əslində sən də gizlətmək istəmişdin.. Amma ata ürəyi. hər şeyi hiss edən bir şey. Amma ana narahatlığı, daim səni əhatələyən dualar... Yox, yox istəmirəm kövrəldəm səni, istərəm yaxşıca biləsən məni.

Şikayət edirsən... Qəlbinin vərəqlərini bir bir açırsan. Məgər bilmirsənmi bu varaqların necə ağır olduğunu? Yoxsa o vərəqlər sənə yüngülmü gəldi? Bəlkə də, qəlbini açıb yüngülləşmək istədin.. amma... bilmədin, bununla neçəsinin qəlbində kövrəkliklər qoydun. 

Eh sən əlil arabasındasan, mənsə zindanda.. şikayət etmə mənə,ki gedə bilmirəm.. istərdim sənə kömək edəm. amma mənə kömək olan lazımdır bu tənha 4 divarda. O kim olacaq görən? Atamı, anamı, cananmı, balamı, ya dostmu?... hamısı bəlkə də var.. amma onlar zindanda deyillər. bəlkə də özlərini həbs etdikləri zindani görmürlər. Mənsə görürəm.. Dua edirəm, gözlərimdən qaynayan bulaqlar dizlərimdə yox olur.. bəlkə onların həbsdə olduqlarını bilməməkləri, mənim  xəlvətcə Rəbbimə dua edib bu zindandan xilas etməyimi istəməyimlə bağlıdır? Bəlkə qaranlıqdır ona görə görmürlər? ... bəlkə də... onlar görmürlər, zindanda olduqlarını da bilmirlər və ətrafımı qızıl dəmirlərlə bəzəyirlər.. Bu qızıl dəmirlər itirəcəkmi zindanın mahiyyətini? Yoxsa, zənn edirlər ki, zindan kasıblıqdır? Bəli kasıbam! Necə Malik`in qarşısında varlı ola bilərəm? Bəlkə günahkaram? Necə Subhan`ın qarşısında günahsız ola bilərəm?... soruşurlar, elə isə nəyə ümid bəsləyirsən... Necə Rəhman`ın qarşısında əfv etməsindən naümid ola bilərəm... Amma mən yenə də zindandayam, sənsə əlil arabasında... Sənin ayaqların mənimsə bütün cismim həbsdədir.. Amma ruhum yox.. o ümmanları dolaşır, o hər an döyünür öz eşqinə qovuşmaq üçün... Əgər aşiqi olduğum ... deyə də bilmirəm. Axı necə deyə bilərəm? Məgər aşiq öz cananının xoşuna gəlmək istəməzmi? deyirəm utanclı halda, aşiqi olduğum əgər məni qəbul etsə, mən bu zindandən qurtularam... Sənə tərəf tələsib, arabanın təkərləri olaram.. təki sən yaz, tək sən yaşa, təki sən yarat, təki sən ALLAHu AKBAR deyib yenidən Qarabağa tələs...

Sən məni dəfələrlə oldurub diriltmək istəyirsən QARDAŞIM? Ə H S Ə N !!! +2
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#18 Fatime-Zahra

Fatime-Zahra

    Mulazzim – lieutenant

  • Murid
  • 343 сообщений

Отправлено 05 марта 2010 - 22:52

Öldürdüyüm arzularıma rekviem !

Bu gün bir arzumu da bele dəfn etdim qəlbimdə, yaşatmağa gücüm catmadığı üçün....
Taleyin qarşısında acizliyimə görə bir sevincimə də beləcə əlvida dedim...
Sağalmaz yaranın biridə belə belə artdı ürəyimdə. Beləcə bir kədərli yazı da yaddaş səhifəmə yazıldı bu gün. Xatirələrimdə acılı-şirinli xəyallardan bir heykel ucaldı - ömür boyu " dərd dağı"nı xatırladacaq bir heykəl.
Mənə çox əziz olan bir istəyimdən də belə ayrıldım bu gün. Ömrümün yolunda bir işıq da belə söndü, bir arzumda belə öldü, bir ümid səsini də belə boğdum öz əlimlə.
Nə yazıq ki, öldürüb dəfn etdiyim arzumun ruhundan ayrılmağa gücüm çatmır....
Əlvida dediyim sevincimin haradansa uzaqlardan səsini eşidirəm. Xəyalımda ucalan heykəl canlanır, amma boğduğum ümid oyanmır ki, oyanmır...
Ümidimin susmağı üzündən bir arzu eşqi də beləcə azalır ürəyimdə, bir dən də beləcə artır saçlarımda, bir qəm də belə qonur çöhrəmə. Ağlım belə bir suala cavab gəzir - "Görən bundan sonra neçə belə arzu dəfn edib, ümid itirəcəyəm?"......
Ürəyimdə belə bir arzu da doğulur bu gün- " Kaş ki, bu sonuncu itgim ola....."
Ay Allah! Niyə məni arzuların "cəlladı" olan bu mühitdə yaratdın? Niyə mən arzularımı kiməsə, nəyəsə qurban verməliyəm? Bəlkə heç "arzu" deyilən bir şey yoxdur? Bəlkə də arzular həyata keçməmək üçün yaranır?
Bu bəlkələrə nə vaxt son qoyulacaq, Allah?.............
ДА БЛАГОСЛОВИТ АЛЛАХ ПРОРОКА И ЕГО СЕМЬЮ !

#19 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 11 марта 2010 - 11:03

Bir səhər yağışlı gundə cıxdım o dağlara.Dağlar sakit,ələmsiz.Nə gozəllikdi bu İlahı, elə bil muharibə adli iblis hec yoxmuş dunyada.Baxdim,baxdim, istədim gozəlliyi vəsf edim qələmsiz.
Nə gozəldi,budaqlarda sallanib ,biyun boğazımızı isladan damcilar.Nə gozəldi ayaqlarımiz altinda xəfif pıcıldayan xəzəllər.Bu gozəllikdə fərəh vardi,inam vardi,sevinc vardı, yoxdu acılar.
Kəlbəcərin Ağdərə ilə birləşdiyi yerlər idi,Sərsəng su anbarı.Qarabağin həyat mənbəsi və yaşıllıqlar diyarı.Amma mən turist deyildim.Əlimdə SVD,əynimdə "KOMUFLYAJ" sulh ucun gəlmidim bu yerlərə.Ehh yenə niyə qayıtdım o illərə?
Bəlkədə məzarı naməlumların ruhu cəkir mənim ruhumu oralara,bəlkə oraları unudanların unuducu xəyanətinin ağrısıdır ki mən cəkırəm.Hər gun batanda xəyalımda oralara bir də gedirəm,sonra gəlirəm.
Ammao zaman... Bir an Sərsəngin ustundən aşağı baxdınızmı? Goygol nədirki,onun yanında.Bu tablodur,ilahi tablo.Amma indi bir sacı dağınıq rəssamin boş otağında.
Baxdim.Baxdim.Gozəllik sonsuz və sakit.Amma bu sakitlik cox aldadıcı,cox bəsit.Fiqurum kiminsə nişangahınddır.Olsun ! Qismət ALLAHDANDIR.
Durub baxıram gozəlliyə.Baxcaqdim doyunca.
Gullə acılır və............................. noqtələr..................
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#20 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 11 марта 2010 - 11:10

Çox, hədsiz gözəl yazırsız. Allah köməyiniz olsun. :)

#21 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 16 марта 2010 - 03:03

Salam bayquş!
Həə salam dostum,Bu gun nə yaman tez durmusan yuxudan? Yenə tənhasan mənim kimi? Yenə də səni mənim kimi başa duşən,dərdlərin yanan yox? Deyəsən coxdan unudub bizi unudan!
Coxlu əfsanələr gəzir haqqinda! Kimi deyir qizsan,hansisa nakam məhəbbətindən insanlardan uz dondərmisən,kimi deyir bədbəxtlik gətirənsən!Sənsə dinməz soyləməz oturmusan.Ozun xaraba divar ustundə,qəlbin qəm otağında.
Mən də sənin kimiyəm dostum,məndə təha,qolu zəncirli,qəlbi sust və kədərli.Mən də sənə oxşamışam.Bəlkə elə məndə əzəldən bayquş doğulmuşam.?
Baxma mənə məlul-məlul,bir mən bilirəm ki,bala olan vaxtinda sən də ana əzizi olmusan,Yuvada əzizlənmısən.Zaman kuləkləri əsib,taleyinə dumanlar gəlib,cixib getmisən,bu nahaqq dunya ilə mubarizədə geriləmisən.
Mənim oxşarım.Mən də anamın bircəsiydim,məndə əzizdim,mən də qayğisiz ,fikirsiz,dərdsizdim.O kuləklərin qəlpəsi mənə də dəydi.Əyilməz idim,kuləklər əydi.
İndi əlimdə durbin baxiram sən duran yerə,Sən məndən də qeyrətlisən,o xaraba kəndə icazəsiz gedə bilirsən,mənsə yox.Sən azadsan,mənimsə əllərim zəncirdə.Bir qira bileydim onlari,yanina gələrdim,qayidardim.Sonra gələrdim birdə.
Baxma mənə belə tənəli,zamanin dəyirmancisi deyiləm mən.Dəyirmancilar neynir ki burda?Buralar soyuq və tənha,onlarsa isti yerlərdə!Lazimdirmı ki,onlar gələ və duralar soyuqda?
Burda bir sənsən,birdə mən.Blirəm yanıma ucmaq kecir qəlbindən.Tənhalığı atmaq ucun.Tənhalıqdan qacmaq ucun.Amma gəlmə,birdən elə zəncirli vətən torpağının ətri gələr səndən,o zaman dozərmisənmi ki? Axi nalələr eşidərsən qəlbimdən.
Eh gun gələydi səndə qurtulaydin təlikdən,mən də zəncirlərdən.Amma reallıqdir bu ki,səni təklik incidir,məni biləklərim.Ağriyan isə silahdan deyil,ağridan zəncirdir!
Gun gələydi ki,o xarabalar abad olaydi,yenə cəpərlər arxasindan təndir corəyinin ətri gəleydi,hənirtiyə həsrət divarlar canlanaydi,gulləllərdən dəlik-deşik olmuş canlari dincəleydi.Gun olaydi ki,durbini kənara tullayaraq sənə tərəf gəleydim.
Gun olaydi sənə catib deyəydim: SALAM BAYQUŞ.
Gun olaydi ki,cavab verəydin:Əleykumə Salam, AZAD OLMUŞ !!!

Сообщение отредактировал MIROTVORES70: 16 марта 2010 - 22:21

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#22 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 16 марта 2010 - 23:17

Gedirəm mən-ağlama!
Gedirəm mən,yenə də əynimdə "komuflyaj"ciynimdə əşya torbasi.Sənsə gozlərin yaşli"getmə " deyirsən.AXİ gedənlər məndən əskikmi?Necədə qərarli,necə də sərtsən sən.Hec hirsindən korpəyə də gostərmirsən əksimi.
Gedirəm mən,Gedirəm ki,bir daha Xocalida sənin kimi əlində korpələri ,tankin arxasına bağlayib suruməsinlər,itənlər itdi,gedənlər qayitmadi.Gedirəm ki,bir daha analar uzulməsinlər.
Başa duşmək istəmirsən məni,cun ozunu sevmək mərəzi tutub səni.Olsun. Mənsə gedirəm və qayidacam.Qayidacam zəfər ilə,qələbə ilə,niyə də qayıtmayim ki? Bir dəfə gedib qayitdim axi,bu da iki.
Hec maşinlarin tərpənməsin də gozləmədin,mən gedən yerdən sən getdin.Kuskun və ədali.İndi ozun de ,hansi urəklə qatilim doyuşlərə?Məni gozləyən yox,gozləyən muharibə,ozu də qanli-qadalı.
Baxdim arxanca,gormədim,MAŞİNLAR TƏRPƏNDİ, BİZ YOLA DUŞDUK,amma qalsaydin deyərdim: mən gedirəm-ağlama,bəlkə yenə goruşduk!
AMMA qalsaydin deyərdim ki,birdən goruşməsək.............
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#23 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 марта 2010 - 11:22

Biri vardi-biri yoxdu!
Nağıllar belə başlar,biri vardi biri yoxdu.Eh nağıla nə var ki, kaş nağillarda yaşayaydım mən,mən ağ atli oğlan olaydim,sevgilim də sən!
Acaydilar kitabı,səhifələr otdukcə,varaqlar cevrildikcə,bizim xoşbəxt taleyimiz nağıllarda,kimsə bizi ozunə numunə secib,sevgiyə qovuşaydı xəyallarda!
Amma hec də həyat nağıllara bənzəməz.Heyif!Nağillarda həyat sadə və sevimli,burda isə... Həyat həyatdir,acısı da,şırını də belə adlanır.İnsan muşkullərdən kədərlənir,sevincdən qanadlanır.
Bir bileydin necə əllərindən tutub gedərdim nağıllara,donərdim səhifələrə,varaqlara,cevrildikcə yaşardim,yaşadıqca yenə nağıllar ,yenə əfsanələr,yenə dastanlar qoşardım.
Hər məni oxuduqca seviclərlə səndən danışardım,səni bir rəssam tablosundaki kimi sevgiylə yaradardım,rənglərə rəng qatardım,sonra isə ozum də bu rənglərə qarışardım.
Nə qədər arzulayiram bunu bir bileydin,bu arzulara qatilaydin səndə,nağıllarda yox,səhifələrdə yox,varaqlarda yox,həyatda konul evimə gəleydin.
Hələki biri vardi biri yox,mən varam bu nağilda sənsə yox,bəlkədə olmaq istərdin,amma ya elə nağilların "qara divlərinin " əsirisən,ya da ozunun.Bilmirəm, bildiyim nağildir,cağirsaydin elə nağillardan ağ atımı mınıb gələrdım.Bunu istəyirəm mən.Həm də cox.
Hələlik isə BİRİ VARDİ,BİRİ YOX!
bİRDƏ YADIMDAN CIXMAMIŞ: goydən uc alma duşur sonda.
Biri mənim,biri nağıl danışanın,BİRİ İSƏ NAĞILDA OLMAYANIN !!!

Сообщение отредактировал MIROTVORES70: 25 марта 2010 - 12:52

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#24 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 апреля 2010 - 10:48

Yenə o bağ olaydi,
Yenə yığışaraq Siz,
O bağa kocəydiniz.

Amma nə o bağ var,nə də Sən. Bağ da ,Sən də arzuların tarixində qaldin.İndi o tarıxı tənha səngərdə varaqlayıram mən.
O Fatmayı bağları,o yaxın dənizin ləpələrinin pıciltisi,o sakit gunəşli sahil.Bu sahildə inci qumlar ustundə izlərimiz.Və bir də uz-uzə dayanaraq,bir0birinə baxaraq sozsuz daşışan gozlərimiz.
Gəncliyin və ilk məhəbbətin o zamanlarında ,ahəstə caqqıldayan saatın səsi vardi,Duşunduk,ki bu saat elə omrumuz boyu belə caqqıldayacaq.Amma heyhat! Bir gun o saat dayandi.Sən vağzalı sədaları altinda bu bağ xatirələrimi tərk edib,başqa xatirələrə işıq saldin,mənsə hələ də bu işığı ovcumda saxlayıb xəyallara dalıram.Daldıqca gah gəncləşır,gah qocalıram.
Eh nə olardı ki, yenə o bağ olaydı,yenə yığışaraq Siz ,o bağa koceydiniz.
Yenə o kicik cəpərin ustundən Səni səsliyeydim.Yenə bir balaca pişik balasıni ovcumda Sənə bağışlamaq ucun goturub yanına gəleydim.Onu sənə verəydim.Sevincinə baxaydım.Ozumu də bu sevinclə əzizliyeydim.
Yoxdur o bağ artiq,yoxdur sən adli qonşumuz.Var soyuq səngər və hucuma hazırlaşan qoşunumuz.iNDİ ƏMR VERİLƏCƏK.Və mən Səni də,ozumu də,bağımızı da goturub irəliyə hucuma kecəcəm! Saniyələr,dəqiqələr,saatlar kecəcək.
Vida etmək istəmirəm o xatirələrə.Sadəcə demək və reallığa cevirmək istərdim:
Yenə o bağ olaydi...
ƏMR VERİLDİ........
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#25 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 13 апреля 2010 - 11:25

Asalamun Alyekum!

Cox incə və düyğularla dolu yazılmışdır. Uzaq olan günləri bir anlığa göz önünə gətirə bilmisən.
Nə qədərdə adamı uzaqlarada aparsa, amma bu gündə yaşamağa çağıran məqamlar hər kəsin həyatınd var. Yegin Komandirdə ilahmı o günlərdən almağa davam edir.

Xoşuma gəldi, Allah ruhuvu birazda gücləndirsən inşallah!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#26 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 апреля 2010 - 11:36

Yenə o bağ olaydi,
Yenə yığışaraq Siz,
O bağa kocəydiniz.

Amma nə o bağ var,nə də Sən. Bağ da ,Sən də arzuların tarixində qaldin.İndi o tarıxı tənha səngərdə varaqlayıram mən.
O Fatmayı bağları,o yaxın dənizin ləpələrinin pıciltisi,o sakit gunəşli sahil.Bu sahildə inci qumlar ustundə izlərimiz.Və bir də uz-uzə dayanaraq,bir0birinə baxaraq sozsuz daşışan gozlərimiz.
Gəncliyin və ilk məhəbbətin o zamanlarında ,ahəstə caqqıldayan saatın səsi vardi,Duşunduk,ki bu saat elə omrumuz boyu belə caqqıldayacaq.Amma heyhat! Bir gun o saat dayandi.Sən vağzalı sədaları altinda bu bağ xatirələrimi tərk edib,başqa xatirələrə işıq saldin,mənsə hələ də bu işığı ovcumda saxlayıb xəyallara dalıram.Daldıqca gah gəncləşır,gah qocalıram.
Eh nə olardı ki, yenə o bağ olaydı,yenə yığışaraq Siz ,o bağa koceydiniz.
Yenə o kicik cəpərin ustundən Səni səsliyeydim.Yenə bir balaca pişik balasıni ovcumda Sənə bağışlamaq ucun goturub yanına gəleydim.Onu sənə verəydim.Sevincinə baxaydım.Ozumu də bu sevinclə əzizliyeydim.
Yoxdur o bağ artiq,yoxdur sən adli qonşumuz.Var soyuq səngər və hucuma hazırlaşan qoşunumuz.iNDİ ƏMR VERİLƏCƏK.Və mən Səni də,ozumu də,bağımızı da goturub irəliyə hucuma kecəcəm! Saniyələr,dəqiqələr,saatlar kecəcək.
Vida etmək istəmirəm o xatirələrə.Sadəcə demək və reallığa cevirmək istərdim:
Yenə o bağ olaydi...
ƏMR VERİLDİ........

Asalamun Alyekum!

Cox incə və düyğularla dolu yazılmışdır. Uzaq olan günləri bir anlığa göz önünə gətirə bilmisən.
Nə qədərdə adamı uzaqlarada aparsa, amma bu gündə yaşamağa çağıran məqamlar hər kəsin həyatınd var. Yegin Komandirdə ilahmı o günlərdən almağa davam edir.

Xoşuma gəldi, Allah ruhuvu birazda gücləndirsən inşallah!

Sağ ol Seyid, xatirələr hər zaman əzizdir))
Əfsus ki,qocaldim,əsam duşdu əlimdən,
Gendən mənə guluşlə baxdı cavanlıq

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#27 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 июня 2010 - 23:20

Sən susdun,mən susdum,danışmadıq biz,
Baxışlar danışdı,səssizcə.dindi qəlbimiz.
Kecən günlər arxada qaldı...Nə qədər acılar olsa da Yaradan onları tarixə saldı...Tarıxdə qaldı...
Oldu ki,anlaşmadıq fikrlərimizdə,günlər ucub getdi ,quş kimi,lələkləri qaldı əllərimizdə..
Bəs nə idi darıldan səni dünyada? Doğmalar doğmaydı,üz tutdun yada?
İndi susuruq-nə danışaq ki? baxışlar danışır-bizsə lal kimi,baxışlar anlaşsın təki..
Sən susdun,mən susdum,danışmadıq biz,
Baxışlar danışdı,səssizcə.dindi qəlbimiz.
İndi haradasa uzaqlardasan Sən,unutqan,daş ürək,anlamaz insan.
Yağış yağır pəncərəmə,zəng eləsən-deyəcəyəm -yağış yağır,amma "yağış deyil-goz yaşımdır"-mənə demə.İnanmaram,cun inana bilmərəm mən,ağlamaqcun qəlb lazımdır- oda ki,Səndə yoxdur!Əməlin yox,anlamın yox-təkəbbürün daha coxdur!
Düşməmışəm,sevinmə sən-AYAQDAYAM,sabit olan fikrimlə,dayaqlarla DAYAQDAYAM
.Amma belə küsüb getmə- acı olan həqiqətdir!Mən yağışın evladıyam-yağış isə təbiətdir.
Təbiətdə bahar olan mən özümü qərar verdim-sənsə secdin qar-boranı-secimin bu,ALLAH KÖMƏYİN OLSUN-DEDİM!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#28 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 июля 2010 - 01:49

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#29 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 октября 2010 - 00:38

ANAM YUXUMA GƏLMİŞDI !
Hövlanak ayıldım -tuta bilmədim əlindən,anacaq qulaqlarım eşıtdi sanki dilindən-Bala üstünü ört soyuq olar. Ehh ana ,ana nə qədər sən uzaqsan indi mənə-görüşməyimiz ALLAHIN əlində.Amma son gününün istisi qalıb əlimdə.
Kaş elə yuxularda qalaydım mən,hec bir varlıq daha gərək deyildi daha,yenə tənha bir kənd evində,ikilikdə.MƏN VƏ SƏN!.Nigaran getdin yenə məndən,hər zaman nigaran mən gedərdim,səni tənha qoyub-gözlə ana,bir əsgərlərimə dəyim yenə gələcəyəm-deyərdim.
Qəribə yaradıb ALLAHIMIZ BİZİ-itirdiklərimizin qiymətini və istisini sonradan duyarıq.İtirdiyimiz əlimizdə olduğu anlarda isə iblislərə uyarıq.Ehh nə isə.
Yuxuma gəlmə daha istəmirəm-bu yuxu olaraq qalacaqdır-həqiqət isə daha acı,Sən yoxsan ,mən varam,sənsiz günüm ancaq qaranlıq olacaqdır.Cox əzablar verdim Sənə,cox-canın dincəldi əlimdən,gah əlimə silah alıb Səni unutdum,gah da -ailənə qayt,bəsdi daha bu dağ dərəni gəzdin -dedin.Mənsə dedim-YOX. Axı necə deyəydim ki,bu dağın ,o dərənin daha o tayında kimləri adsız qəbristanlarda qoyub gəlmişəm,necə deyəydim ki,onların ruhudur məni oralara dartan.necə deyəydim ki,özüm-öz əlimlə qeyrətsizlərə üsyan edib,taleyimin üstündən xətt cəkmişəm.Necə də daş ürəkli necə də bərkmışəm.
Belədir Tanrının yazısı -belədir qismət,kiminə vətən oyuncaq ,kiminə ismət.
Gələcəm yanına ana,ALLAH mənə şəhidlik qismət edən zaman-gəlib ayağının altındaki cənnətin seyrinə duracam,o zaman Sənə
də,özümə də layiq olduğum dünyanı quracam.

Сообщение отредактировал MIROTVORES70: 13 октября 2010 - 00:38

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#30 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 13 октября 2010 - 02:02

ANAM YUXUMA GƏLMİŞDI !
Hövlanak ayıldım -tuta bilmədim əlindən,anacaq qulaqlarım eşıtdi sanki dilindən-Bala üstünü ört soyuq olar. Ehh ana ,ana nə qədər sən uzaqsan indi mənə-görüşməyimiz ALLAHIN əlində.Amma son gününün istisi qalıb əlimdə.
Kaş elə yuxularda qalaydım mən,hec bir varlıq daha gərək deyildi daha,yenə tənha bir kənd evində,ikilikdə.MƏN VƏ SƏN!.Nigaran getdin yenə məndən,hər zaman nigaran mən gedərdim,səni tənha qoyub-gözlə ana,bir əsgərlərimə dəyim yenə gələcəyəm-deyərdim.
Qəribə yaradıb ALLAHIMIZ BİZİ-itirdiklərimizin qiymətini və istisini sonradan duyarıq.İtirdiyimiz əlimizdə olduğu anlarda isə iblislərə uyarıq.Ehh nə isə.
Yuxuma gəlmə daha istəmirəm-bu yuxu olaraq qalacaqdır-həqiqət isə daha acı,Sən yoxsan ,mən varam,sənsiz günüm ancaq qaranlıq olacaqdır.Cox əzablar verdim Sənə,cox-canın dincəldi əlimdən,gah əlimə silah alıb Səni unutdum,gah da -ailənə qayt,bəsdi daha bu dağ dərəni gəzdin -dedin.Mənsə dedim-YOX. Axı necə deyəydim ki,bu dağın ,o dərənin daha o tayında kimləri adsız qəbristanlarda qoyub gəlmişəm,necə deyəydim ki,onların ruhudur məni oralara dartan.necə deyəydim ki,özüm-öz əlimlə qeyrətsizlərə üsyan edib,taleyimin üstündən xətt cəkmişəm.Necə də daş ürəkli necə də bərkmışəm.
Belədir Tanrının yazısı -belədir qismət,kiminə vətən oyuncaq ,kiminə ismət.
Gələcəm yanına ana,ALLAH mənə şəhidlik qismət edən zaman-gəlib ayağının altındaki cənnətin seyrinə duracam,o zaman Sənə
də,özümə də layiq olduğum dünyanı quracam.

ALLAH rəhmət etsin. Göz yaşımı saxlaya bilmədim...
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru