ANAM YUXUMA GƏLMİŞDI !
Hövlanak ayıldım -tuta bilmədim əlindən,anacaq qulaqlarım eşıtdi sanki dilindən-Bala üstünü ört soyuq olar. Ehh ana ,ana nə qədər sən uzaqsan indi mənə-görüşməyimiz ALLAHIN əlində.Amma son gününün istisi qalıb əlimdə.
Kaş elə yuxularda qalaydım mən,hec bir varlıq daha gərək deyildi daha,yenə tənha bir kənd evində,ikilikdə.MƏN VƏ SƏN!.Nigaran getdin yenə məndən,hər zaman nigaran mən gedərdim,səni tənha qoyub-gözlə ana,bir əsgərlərimə dəyim yenə gələcəyəm-deyərdim.
Qəribə yaradıb ALLAHIMIZ BİZİ-itirdiklərimizin qiymətini və istisini sonradan duyarıq.İtirdiyimiz əlimizdə olduğu anlarda isə iblislərə uyarıq.Ehh nə isə.
Yuxuma gəlmə daha istəmirəm-bu yuxu olaraq qalacaqdır-həqiqət isə daha acı,Sən yoxsan ,mən varam,sənsiz günüm ancaq qaranlıq olacaqdır.Cox əzablar verdim Sənə,cox-canın dincəldi əlimdən,gah əlimə silah alıb Səni unutdum,gah da -ailənə qayt,bəsdi daha bu dağ dərəni gəzdin -dedin.Mənsə dedim-YOX. Axı necə deyəydim ki,bu dağın ,o dərənin daha o tayında kimləri adsız qəbristanlarda qoyub gəlmişəm,necə deyəydim ki,onların ruhudur məni oralara dartan.necə deyəydim ki,özüm-öz əlimlə qeyrətsizlərə üsyan edib,taleyimin üstündən xətt cəkmişəm.Necə də daş ürəkli necə də bərkmışəm.
Belədir Tanrının yazısı -belədir qismət,kiminə vətən oyuncaq ,kiminə ismət.
Gələcəm yanına ana,ALLAH mənə şəhidlik qismət edən zaman-gəlib ayağının altındaki cənnətin seyrinə duracam,o zaman Sənə də,özümə də layiq olduğum dünyanı quracam.
Allah rəhmət eləsin!
Sağ olanları daha da sevməyə bir dərsdir bu! Allah köməyin olsun!