Всё об играх & ИТ | Oyunlar & İT haqqında hər şey
#61
Отправлено 28 апреля 2010 - 21:49
Tədqiqatçılar FK-də yığılan mətnlərin tanınması üçün hər dəfə yeni üsullar tapırlar
Sirr deyil ki, informasiyanın fərdi kompyuterin klaviaturası vasitəsilə daxil edilməsi parolların ələ keçirilməsi riskini yaradır. Tədqiqatçılar fərdi kompyuterdə (FK) yığılan mətnlərin tanınması üçün hər dəfə yeni üsullar (misal üçün, xüsusi naqilsiz və lazer avadanlığının, yaxud da sadəcə olaraq, elektrik rozetkasının köməyi ilə) tapırlar.
Lozannada (İsveçrə) Federal politexnik məktəbin və Inverse Path şirkətinin təhlükəsizlik məsələləri üzrə tədqiqatçılarından ibarət iki müstəqil komanda klaviaturada klavişləri basarkən, generasiya edən elektromaqnit siqnallarını diqqətlə tədqiq ediblər. Aydın olub ki, müvafiq şüalanmanı “tutmaq” və kodlaşdırmaq elə də çətin iş deyilmiş.
Politexnik məktəbindən olan komanda naqilsiz texnologiyaya üstünlük verib. Tədqiqatçılar ossilloskopun və ucuz naqilsiz antennanın köməyi ilə faktiki olaraq istənilən klaviaturanın klavişlərinin siqnalını “tuta” biliblər...
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#62
Отправлено 28 апреля 2010 - 21:53
General Electric şirkəti terabaytlıq disklərini təqdim etdi. Belə disklərdən informasiyanı oxumaq üçün modifikasiya olunmuş Blu-ray disk oxuyucuları tələb olunacaqdır.
Bu diskin oxuma texnologiyasını optik disklər üzrə labaratoriya menenceri olan GE Piter Loran Bosnitada EmTech 2009 sərgisində təqdim etdi. Baxmayaraq ki qalaqrafik metodla disk yazılışı artıq 30 ildir mövcutdur ancaq tam istehsala buraxılmayıbdır.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#63
Отправлено 28 апреля 2010 - 21:55
Sony Ericsson şirkəti rəsmi olaraq Android Əməliyyat sistemində olan XPERIA X10 Smartfonu-nu təqdim etdi. Maraqlısı odur ki, bu sistem ilk olaraq Android-in köhnə versiyası sayılan– Donut 1.6 üzərində idi. Sony Ericsson XPERIA X10 telefonu Qualcomm Snapdragon QSD8250 prosessoruna malikdir. Bu prosessorun takt tezliyi 1 Ghz, 4 dyumluq böyük sensor ekrana malikdir. Ekran ölçüsü WVGA (480x854) 262 min rəng təsvir edir. Smartfonun ölçüsü 119х63х13 mm, qurğunun çəkisi isə 135 qramdır.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#64
Отправлено 28 апреля 2010 - 22:13
Dell Mini 3i, Google Android əməliyyat sistemli mobil telefon ilk olaraq Çində rastlaşıb. Bu sistem Open Mobile System (OMS, Android) platforması əsasında yaradılmışdı. Misal olaraq, Dell Mini 3iX 3G-şəbəkəsini dəstəkləyəcəkdir (WCDMA/HSDPA 850/1900/2100 mgz) və Wi-Fi. Kamerada dəyişiklik olmayıb – 3 megapiksel, ancaq amerika versiyası daha fərqli olacaqdır, yəni – 5-megapiksel. Ekranı 640 х 460 nöqtə, əlavə olaraq GPS-naviqasiya, Bluetooth 2.0, microSD.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#65
Отправлено 28 апреля 2010 - 22:38
Wessex Computers və Vegan Solutions 60 yaşından yuxarı istifadəçilər üçün SimplicITy adlanan kompyuter hazırlayıblar. Bu kompyuter xüsusilə adi kompyuterləri çox mürəkkəb hesab edən yaşlı istifadəçilər üçündür. Bundan başqa çox sadə interfeysə malik olan Linux distribyutoru ilə işləyir. Ekranda istifadəçi bir neçə menyu punktu görür ki, onlar da brouzer, elektron poçt, çat, sənədlər olan qovluq və kompyuterdən isifadə üçün video dərslərdən ibarət olur.
2 komplekt təklif olunur: SimplicITy 100 və SimplicITy 200, hər birinin tərkibinə kompakt sistem blok, 19-dyum monitor və simisiz klaviatura və mouse daxildir. SimplicITy 100 Sempron LE 1250, SimplicITy 200 isə Intel Atom prosessoruna əsaslanır. SimplicITy 100 436 funt sterlinq (təxminən 726$), SimplicITy 200 isə 526 funt sterlinq (təxminən 876$) dəyərindədir. Hər kompyuter ayrıca sifarişlə hazırlanır, istifadəçi onu sifariş qəbul olunduqdan iki həftə sonra əldə edə bilər.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#66
Отправлено 28 апреля 2010 - 22:42
ANA (All Nippon Airways), Yaponiyada böyüklüyünə görə ikinci olan aviokompaniya rəsmi olaraq qeyd etdi ki, Tokio və Nyu-York arasında uçuş zamanı sərnişinlər üçün kresloda iPhone və iPod uçun port hazırlayıblar. Artıq hətda ekonom klasda da sərnişinlər bu xidmətdən istifadə edə bilərlər. Bunun hesabına sərnişinlər musiqiyə qulaq asa bilər, hətda kreslonun arxasında yerləşən ekranda öz Apple qurğularındakı videyoya baxa bilərlər. Ancaq şirkət yalnız Wi-Fi imkanı verməyəcəkdir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#67
Отправлено 28 апреля 2010 - 22:46
USB Geek – mağazalarında artıq flaş almaq mümkündür hansı krasovkanı xatırladır. Qurğu tam olaraq (63х24х30 mm) ölçüsündədir və həcmi 4 Gb bərabərdir. USB qurğunu açara bərkitmək üçün halqa mövcutdur. İlkin olaraq brelok təsuratı bağışlayır. Belə qurğunun
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#68
Отправлено 29 апреля 2010 - 20:05
Düzü şəkildə bir az yekə görükübeee, ola bilməz bu boyda olsun Hər halda qeyri-adilik naminə belə şey almaq olar. Amma mən məsləhət bilmirəmQiyməti çox bahadır. Ondansa 10 dollar fləş və 2 dollar daraq alıb cibinə atsan daha yaxşıdır .USB daraq
Son vaxtlar fərqli-fərqli USB-daşıyıcılar yaranıbdır, əsas fərqləri ölçülərində, formasında və s. nəzərə çarpır. Bundan əlavə son zamanlarda artıq flaşkaların həcmindən başqa onun xarici görünüşünə də diqqət yetirirlər. Əsas olaraq da xarici görünüş praktik olmalıdır, gündəlik istifadəsi mümkün olmalıdır.
Belə USB-daşıyıcılardan biri də IMM Barber şirkətinin hazırladığı flaşdir. Bu flaş daraq formasındadır. Flaş yaxşı satılsın deyə şirkət bu formanı düşünüb. Cibinizdə iki əşya saxlamaq əvəzinə artıq bir əşya daşıyacaqsınız. Flaş qurğusu kompüterə qoşulanda çox maraqlı görünür. Qurğunun həcmi 2 gb-dır ancaq əlavə olaraq daraq almış olursuz. Qiyməti isə 36 dollardır.
Həm də xarici görünüşü kobuddur. daraq çox böyükdür. belə böyükdürsə, disk həcmini 10-15 GB da edə bilərdilər.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#69
Отправлено 29 апреля 2010 - 20:18
Böyük Britaniya universitetlərindən olan tədqiqatçılar qrupu insanın bütün beş duyğu qabiliyyətini virtual reallııq kimi qəbul edən texnologiyanı nümayiş etdiriblər.
Əvvəllər virtual dünya mühitinin formalaşması üçün şlemlər bir qayda olaraq, yalnız vizual və audio effektlərlə məhdudlaşırdı. Professor Devid Hovardın rəhbərlik etdiyi tədqiqatçılar toxunulmaqla duyulan, dad və iybilmə hisslərinin eyni vaxtda stimulyasiyası mexanizmlərini əlavə ediblər. Təsvirlə “sinxronlaşdırılmış” qoxu Uorvik Universitetində hazırlanmış elektron sistem vasitəsilə formalaşacaq. Ağız boşluğundakı datçiklər virtual qidanın dadının və toxunma ilə duyulan parametrlərinin hiss olunmasına imkan verəcək. Tədqiqatçıların qənaətincə, bir neçə milyon dollara başa gələcək Virtual Cocoon-dan istifadə edərkən, həqiqəti virtual reallıqdan fərqləndirmək mümkün olmayacaq. Lakin hələ ki, yalnız maket təqdim edilib.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#70
Отправлено 29 апреля 2010 - 20:20
Ən iri prosessor istehsalçısı Intel şirkəti özünün qeyri-adi qurğusunu satışa çıxarıb. Belə ki, şirkət kor insanların kitab və qəzet oxumaları üçün nəzərdə tutulmuş və çap nəşrlərin yazılarını səsləndirmək imkanına malik elektron qurğu təqdim edir.
Səsləndirmə prosesi üçün Intel Reader-ə çap olunmuş mətn, qəzet və ya jurnal lazımdır. İstifadəçi sadəcə olaraq onu 20-25 santimetr məsafədə mətnin üzərinə yaxınlaşdırır və qurğu bu mətni skanlayandan sonra yazılanları onun üçün səsləndirir. Intel Reader-ın iş prinsipi adi skanerin işinə bənzəyir, yəni burada mətnin rəqəmsal fotoşəkili yaradılır və müəyyən olunur. Bütün bu proses 5-6 saniyə ərzində yerinə yetirilir. Maraqlısı odur ki, Intel-in təqdim etdiyi yeni qurğu mətnin bu və ya digər hissələrini intonasiya ilə oxumaq imkanına malikdir. Misal üçün başlıqları Intel Reader daha ucadan səsləndirir. Bundan əlavə yeni qurğu mətindəki şəkil və cədvəlləri də tanıyır.
Intel Reader-in baza versiyası 2 GB yaddaş həcmi ilə təchiz olunub ki, bu da təxminən 600 vərəq skanlanmış mətn saxlamaq imkanı verir. Yaddaş həcminin artırılması ilə istifadəçilər tam skanlanmış kitabları saxlaya biləcəklər.
Həmçinin Intel-in qurğusu pleyer kimi də istifadə oluna bilər. Burada MP3, WAV və DAISY (Digital Accessible Information System) formatları dəstəklənir. Onun batareyası isə 4 saat fasiləsiz mətn səsləndirmək imkanı verir.
İntel Reader-in qiyməti indilik 1500 ABŞ dolları kimi müəyyənləşib. Bu qiymətin baha olduğunu etiraf edən şirkət, hazırda daha ucuz başa gələcək yeni texnologiyalar üzərində işləyir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#71
Отправлено 29 апреля 2010 - 20:23
Google noyabr ayından öz Android 2.0 əməliyyat sistemini təqdim etdi. Android 2.0 sistemində artıq bir neçə istifadəçi qeydiyata alına bilər. Əlavə olaraq isə Microsoft Exchange elektron poçt xidmət proqramını dəstəkləyir. Köklənmiş veb-brazuer HTML 5 dəstəkləyir. İndiyə qədər yalnız mobil brauzerlər içərisində yalnız Safari bu tandartı dəstəkləyirdi.
Yeni platformada isə artıq Bluetooth 2.1 dəstəklənir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#72
Отправлено 29 апреля 2010 - 20:25
Buffalo dünyada ilk dəfə 12x sürəti ilə diskləri yazmağa qadir olan daxili optik ötürücü təqdim edib. Qeyd etmək lazımdır ki, bunun üçün fərdi kompyuterdin USB 3.0 interfeysini dəstəkləməsi vacibdir. Yaxın vaxtlarda Buffalo daxili HDD-toplayıcı DriveStation HD-HXU3 təqdim etmişdi, indi isə yazmaq üçün ötürücü BR-X1216U3 təqdim etdi. Bu halda verilənlərin ötürülməsi üçün yüksəksürətli şinlərin istifadə olunması Blu-Ray disklərinin yazılmasının 12x sürəti ilə baş verməsi ilə nəticələnib. Yeni qurğu USB 2.0 ilə də işləyə bilər, lakin bu zaman disklər 7x sürətindən tez yazıla bilməz.
Qeyd edək ki, hal-hazırda bazarda 12x sürəti ilə yazıla biləcək sertifikatlaşdırılmış disklər yoxdur, amma bəzi 6 sürətli disklər istifadə oluna bilər. Məsləhət görülən optik qurğuların siyahısı Buffalo-nun rəsmi saytında açıqlanıb. Aparat Blu-ray diskləri ilə yanaşı DVD və CD disklərin oxunması və yazılması üçün istifadə oluna bilər. Yeni qurğu artıq satışa çıxarılmışdır və qiyməti 450$ dəyərindədir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#73
Отправлено 29 апреля 2010 - 20:26
Home Media Research şirkətinin araşdırma zamanı Noyabrın son həftəsində Blu-ray disklərinin satışından gələn gəlir $69,06 mln olubdur. Bu isə 224,04% faiz çox deməkdir, keçən ilin hesabına əsasən. Ancaq DVD-formatın satışı isə azalır. Həmin aralıqda DVD-dsikinin satışı isə $491,1 mln təşkil edir, bu isə keçən ilə nisbətən 7,89% az deməkdir. Göründüyü kimi, DVD öz yerini itirir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#74
Отправлено 29 апреля 2010 - 20:27
IEEE şirkəti (Institute of Electrical and Electronics Engineers) 802.11ac standartlarını hazırlamaq planlarından danışıb Wi-Fi şəbəkələr üçün, hansı simsiz şəbəkədə yenilik olmaq haqqında söz verir. Qeyd olunur ki, yeni standart 802.11a standartı üzərində qurulubdur. Gigabit Ethernet: 1 qbit/s informasiya ötürməsinə malik olacaqdır və hansı hal-hazırda 802.11n (300 Mbit/s) standartından üç dəfə çox olacaqdır. Hal-hazırda proekt üzərində müzakirələr aparılır və 2011-ci ilin sonunda təcrübəyə başlayacaqlar və 2012 ci ildə təsdiqlənəcəkdir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#75
Отправлено 29 апреля 2010 - 20:28
Philips şirkəti hələ 2007-ci ildə Swarowski dizayner evi ilə birlikdə Active Crystals seriyasından olan xüsusi "qlamur devayslar" kolleksiyasını yaratmışdı. Kolleksiya mütəmadi olaraq əlvan daşlarla bəzədilmiş qulaqcıq, qarnitura və fleş variantları ilə zənginləşir. Bütün modellər çox sadə sxemlə konstruksiya olunub- onların dizaynı imkan verir ki, bəzək əşyası kimi istifadə etmək mümkün olsun. Bu cür gözəl parıldayan əşyanın içərisində böyük informasiya və ya qiymətli fotonun olması heç kəsin ağlına da gəlməz.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#76
Отправлено 29 апреля 2010 - 20:30
İstifadəçilər öz informasiyalarını həmişə qorumağa çalışıblar. Bunun üçün Verbatim şirkəti SecureSave adlanan yeni DVD-disklər hazırlayıb.
Bu cür DVD-lər yalnız bir dəfə yazılır və həmin anda informasiyalar şifrələnir. Şifrələnmə AES alqoritmi vasitəsi ilə aparılır. Fayllara müraciət zamanl avtomatik olaraq şifrə tələb olunur.
SecureSave diskinə həcmi 4,5 GB informasiya yerləşdirmək mümkündür. Bir belə DVD təxminən $10 dəyərindədir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#77
Отправлено 29 апреля 2010 - 20:32
Jelfin şirkəti qeyri-adi forması olan eyni adlı mouse satışına başlayıb.
Yaradıcıların sözlərinə görə bu dünyada ilk qellə örtülmüş kürəşəkilli mouse qeyri-standart quruluşunun vasitəsi ilə uzunmüddətli iş zamanı daha yüksək komfortu təmin edir, həmçinin barmaqlarda və biləkdə olan gərginliyi azaldır.
Texniki olaraq Jelfin Mouse-1000 dpi(nöqtə/dyum) sensorlu adi optik siçandır. FK ilə əlaqəsi USB portu vasitəsilə həyata keçirilir; MAC OS X və Windows əməliyyat sistemləri ilə işləyir.
Yeni manipulyatoru təxminən 35 dollara online mağazalardan əldə etmək olar.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#78
Отправлено 29 апреля 2010 - 20:34
Blu-ray Disc (BDA) assosiasiyası Blue-Ray optik disklərinin vasitəsilə üçölçülü kontentin yazılışı və oxunması üçün görülən spesifikasiyanın bitməsi barədə xəbər verib.
Standart Blue Ray 3D Full HD 1080p(1920x1080 piksel) keyfiyyəti ilə həcmli videonun əksinə imkan verir. Bununla yanaşı spesifikasiya ayrıca 3D-texnologiyaya bağlı deyil və plazma və JK-panellərlə, polyarizasiyalı linzalı eynəklərlə, aktiv sistemlərlə və s. istifadə oluna bilər.
Blue-Ray 3D disklərinə yazılmış kontenti mövcud pleyerlərdə ikiölçülü əks etdirmək də mümkündür. Yeni Blue-Ray 3D disklərini dəstəkləyən pleyerlər isə ikiölçülü diskləri də oxutma imkanına malikdir. Bundan başqa spesifikasiya Sony PlayStation 3 oyun pristavkalarında həcmli videomaterialların izlənməsinə imkan verir.
Blue-Ray 3D spesifikasiyası H.264 Advanced Video Coding (AVC) genişlənməli Multiview Video Coding (MVC) kodekinin tətbiqini nəzərdə tutur.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#79
Отправлено 29 апреля 2010 - 20:40
Robotlar hər yerdədir, indi isə bizim cibimizdə də robotlar var: 60-cı illərin fantastik filmlərindəki robotlar kimi. 4 GB yaddaşı olan xromlaşdırılmış korpuslu flaşin xüsusi halqası onu açar üçün brelok kimi istifadə etməyə imkan verir.
Su keçirməyən flaş: sualtı qayıq
Bəzən flaşlarla kiçik ehtiyatsızlıqlar baş verir: məsələn onların üstünə təsadüfən kofe fincanı tökülür və ya gölməçəyə düşür. Bu cür situasiyadan bir çıxış yolu var- su keçirməyən flaş. BU qadjetin dizaynını Man Works Design studiyası fikirləşib.
Flaş- "Döyüşçü Pinqvinlər"
Yaddaş qurğusunu korpusu rezindən düzəlib, USB hissəsi isə qapaqla mühafizə olunur. 2 GB yaddaşı olan "Döyüşçü Pinqvin" flaş 15$ dəyərindədir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#80
Отправлено 04 мая 2010 - 19:33
Dünyada çox məşhur olan Hershey’s şokoladları indi flaş şəklində mövcuddur. 1-4 GB yaddaşı olan “şokolad flaş” 19-29 dollar dəyərindədir.
ABŞ-da məşhur olan Nascar yarışlarına həsr olunan bu flaşlar seriyasında hər bir model əfsanəvi yarışçılardan birinə həsr olunmuşdur və 4GB yaddaşı olan qurğu Nascar pərəstişkarları üçün foto və video materiallarla doldurulmuşdur.
LaCie şirkəti açar şəklində flaş istehsal edib. Bunlar hətta flaş yox SD-kart riderdir. Lacie PassKey microSD/SDHC kartlarını oxuyur, iamaKey və itsaKey isə 4 və ya 8 GB yaddaşlarına malikdir. CurrenKey seriyasının bütün qadjetləri yüksək sürətə malikdir: yazı üçün 10 mbs, oxumaq üçün isə 20 mbs.
Bu qadjetdən yəqin ki heyvan hüquqlarını qoruyan təşkilatların xəbəri yoxdur, amma heyvan quyruğu şəklində olan USB-flaş möcuddur.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#81
Отправлено 04 мая 2010 - 19:36
App Store servisində artıq 100 min-ə yaxın proqram var. Siyahının artması əsas mobil telefonlara oyun yazan şirkətin hesabına olmuşdu. PlayHaven və Mobclix qeyd etdi ki iPhone və iPod touch üçün oyun satışı 2008-ci ildən etibarən 28 dəfə artıbdır.
Yeni il həftəsində iPhone üçün oyunların satışı daha da artdı.
Hal-hazırda App Store 15 mindən çox oyun mövcutdur. iPhone ƏS hal hazırda oyun platformaları üçün əsas platformalardan biri oldu təbi ki hal hazırda rəqibi Google Android əməliyyat sistemidir.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#82
Отправлено 04 мая 2010 - 19:38
Lenovo şirkəti öz pərəstişkarlarını yeni LePhone smartfonu ilə sevindirməyi planlaşdırır. Sensor smartfon cilalanmış xromlaşdırılmış korpusa yerləşdirilmişdir, və klaviatura hissəsi çıxarıla bilir. Klaviaturanın mərkəzində coystik və idarəetmə klavişi vardır. Yeniliyin dizaynı həmin sinfin modellərindən xeyli fərqlənir.
LePhone xarakteristikaları olaraq 480×800 ölçülü 7-dyumluq sensor displey, WCDMA-radio, Wi-Fi, Bluetooth, GPS və iki kamera- arxa səthdə video zənglər üçün VGA kamerasını göstərmək olar. Smartfonun qiyməti haqqında hələ heç bir informasiya yoxdur.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#83
Отправлено 04 мая 2010 - 19:39
Beynəlxalq Elektrorabitə İttifaqı (BEİ) mobil telefonların enerji ilə təminatı üçün vahid standartı təsdiq edib. “Universal enerji ehtiyatı həlli” Micro-USB interfeysi ilə istənilən şirkətin istehsalı olan mobil telefonları bir qidalanma blokuna qoşmağa imkan verəcək.
Yeni standartın tətbiqinin konkret vaxtı hələ ki, məlum deyil. Ehtimala görə, bu standart dünya miqyasında 2010-cu ildən etibarən tətbiq edilməyə başlayacaq. Lakin Avropada universal qidalanma blokununun artıq bu il tətbiqinə start verilə biləcəyi güman edilir. Belə ki, bunun Nokia, Sony Ericsson, Motorola, LG, Samsung və Apple kimi istehsalçılar da daxil olmaqla, 2009-cu ildə 10 aparıcı şirkət arasında əldə olunmuş saziş sayəsində mümkün ola biləcəyi deyilir.
Yeni sənaye standartı BEİ tərəfindən təxminən 800 mobil rabitə operatoru və 200-dən artıq mobil telefon, proqram təminatı, aksessuarlar istehsalını özündə birləşdirən GSMA assosiasiyası ilə birgə hazırlanıb.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#84
Отправлено 04 мая 2010 - 19:41
Ernst & Young şirkətinin apardığı tədqiqatlar bunu göstərir
Yaxın bir neçə ildə İnternetə çıxışı dəstəkləyən televizorlar daha çox populyarlıq qazanacaq. 2013-cü ildə İnterneti dəstəkləyən düz 6 milyona yaxın televizorun satıla biləcəyi ehtimal edilir.
Analitiklər qeyd edirlər ki, bu imkana malik olan televizorların populyarlığı tamaşaçıların adi televizorun ekranında vidjetlərin də yerləşdirilməsinin mümkünlüyünə vərdiş etməsi ilə daha da artacaq.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#85
Отправлено 04 мая 2010 - 19:42
Sosial və iqtisadi sahələrin inkişafı məqsədilə telekommunikasiya texnologiyalarından istifadənin effektivliyinə dair reytinq cədvəli “Connectivity Scorecard”-ın hesabatında dərc edilib. Reytinq cədvəlini tərtib edənlər tərəfindən hər il 50 ölkənin bu sahədəki göstəriciləri qiymətləndirilir.
Bu il innovativ iqtisadiyyatın inkişaf etdiyi ölkələr kateqoriyasında ABŞ birinci yeri İsveçə güzəştə getməli olub. Reytinq cədvəlində ikinci yerdə ABŞ, üçüncü yerdə isə skandinaviya ölkələri qərarlaşıb.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#86
Отправлено 04 мая 2010 - 19:43
Florida ştatının məhkəməsinə Lower Merion dairəsindəki məktəblərdə oxuyan şagirdlərin valideynləri tərəfindən şikayət daxil olub. Mahalın üç məktəbi şagirdlərə paylanan notebooklarda quraşdırılmış veb-kameralar vasitəsilə məktəbliləri izləməklə ittiham olunur.
Müşahidələr həm dərs zamanı, həm də məktəblilər evde olanda həyata keçirilirdi, belə ki administrasiya kameraları kənardan da aktivləşdirə bilirdi. Şikayət edən valideynlər şəxsi həyata müdaxilə, personal informasiyanın oğurlanması və elektron informasiyanın qanunsuz əldə olunmasına görə təzminatın odənilməsini tələb edirlər. Şikayətdə qeyd olunur ki, məktəblərdən birinin direktoru şagirdlərdən birinə onun "evdə özünü lazım olduğu kimi aparmadığını" bildirib və sübut olaraq notebook kamerası ilə çəkilmiş şəkli göstərib.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#87
Отправлено 04 мая 2010 - 19:44
Dünya İqtisadi Forumu (World Economic Forum - WEF) 2009-2010-cu illər üçün “Qlobal informasiya texnologiyaları” (The Global Information Technology Report 2009-2010) adlı illik hesabatını dərc edib.
Hesabata əsasən Azərbaycan “şəbəkə hazırlığı indeksinə” görə (Networked Readiness Index 2009-2010, NRI) dünya ölkələri arasında 64-cü yerdədir və bütün MDB ölkələrini geridə qoyaraq regiondakı lider mövqeyini saxlayıb.
Qeyd edək ki, reytinqdə Azərbaycan nəinki MDB dövlətlərini, həmçinin Türkiyə (69-cu yer), Polşa (65-ci yer), Misir (70-ci yer), Meksika (78-ci yer) kimi ölkələri də qabaqlaya bilib. MDB ölkələrindən Rusiya 80-ci, Kazaxıstan 68-ci, Ukrayna 82-ci, Gürcüstan 93-cü, Ermənistan isə 101-ci yerdə olublar.
Hesabatda dünyanın 133 dövləti əhatə olunub. Sənədin tərtibatçıları xüsusi olaraq qeyd ediblər ki, Azərbaycan NRI reytinqinin ilk yarısına düşən yeganə MDB ölkəsidir.
Siyahının birinci pilləsində Sinqapuru və Danimarkanı geridə qoyaraq ilk dəfə İsveç yer alıb. Reytinqin dördüncü və beşinci mövqelərinin sahibləri isə müvafiq olaraq İsveçrə və ABŞ-dır. Həmçinin WEF-in budəfəki hesabatında ayrıca olaraq əhalinin gəlir səviyyələrinə əsasən ölkələrin “şəbəkə hazırlığı” siyahısı da tərtib olunub. Eyni gəlir səviyyəli ölkələr arasında Azərbaycan 6-cı pillədə yer alıb.
Qeyd etmək lazımdır ki, WEF Azərbaycan hökumətini İKT-nin tətbiqi üçün dövlət hazırlığı reytinqində yüksək qiymətləndirib. Belə ki, bu parametr üzrə Azərbaycan dünyanın ilk 30 ölkəsi siyahısında yer ala bilib. İKT sahəsi üzrə hökumət prioriteti – 38-ci yer; qabaqcıl texnologiyaların dövlət səviyyəsində satınalınması – 16-cı yer; gələcəyin dövlət səviyyəsində görünüşü üçün İKT sektorunun əhəmiyyəti – 40-cı yer.
WEF ekspertləri həmçinin dövlətin informasiya-kommunikasiya texnologiyalarının istifadə olunmasına dair hazırlıq səviyyəsini də qiymətləndirib. Belə ki, Azərbaycan İKT-nin dövlət səviyyəsində istifadəsinə görə dünya ölkələri arasında 49-cu, dövlət hakimiyyəti orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə isə 31-ci pillədə yer alıb.
Həmçinin hesabatda informasiya-kommunikasiya sahəsinə dair qanunvericilik və dövlət idarəsi amilləri də yüksək qiymətləndirilib. Məktəblərdə internetə çıxış səviyyəsinə görə Azərbaycan 56-cı yeri, biznesdə innovasiya potensialına görə isə 29-cu yeri tutub.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#88
Отправлено 04 мая 2010 - 19:45
Google şirkətinin qlobal reklam fəaliyyəti üzrə direktoru qeyd edib ki, 2013-cü ilə qədər stolüstü kompyuterlər öz yerini mobil avadanlıqlara verəcək.
"3 ildən sonra desktopların heç bir əhəmiyyəti olmayacaq. Bu gün Yaponiyada əksər insanlar internet-axtarışı stolüstü kompyuter deyil, smartfonlar vasitəsilə aparırlar"- John Herlihy bele deyib.
Bununla da o, Google axtarış sisteminin mobil texnologiyalara orientasiyasını təsdiqləyib. Bu ilin fevralında Mobile World Congress 2010 konqresində oxşar sözləri şirkətin icraçı direktoru Erich Schmidt deyib. O qeyd edib ki Microsoft və Apple şirkətlərinin yeni məhsulları informasiya texnologiyaları bazarında köklü dəyişikliklərə səbə olacaq.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#89
Отправлено 04 мая 2010 - 19:47
Blu-ray Disc Assosasiyası (BDA) Blu-ray daşıyıcılarının iki yeni formatını elan edib- BDXL və IH-BD.
BDXL (High Capacity Recordable and Rewritable discs) formatı diskə 128 Qb həcmində informasiyanı yerləşdirməyə imkan verir; bu standartın 100 Qb yaddaşa malik olan disklər həm də informasiyanı yenidən yazmağa imkan verir. Bu cür göstəricilərə malik olmaq üçün BDXL-disklər 3 və ya 4 laya malik olurlar (müasir Blu-ray daşıyıcıları 1 və ya 2 laylıdır). Ehtimal olunur ki, yeni format nəhəng miqyaslı arxivlərin saxlanıldığı müəssisələrdə tətbiq olunacaq (tibb, poliqrafiya, televiziya, və s.). IH-BD (Intra-Hybrid discs) formatı iki laylı diskdir: BD-ROM və BD-RE. BD-ROMyalnız oxuma üçün informasiya saxlayır, BD-RE isə informasiyanı yazmaq və yenidən yazmaq üçün istifadə olunur.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#90
Отправлено 20 мая 2010 - 20:03
Компания «Лаборатория Касперского» анонсировала Kaspersky CRYSTAL, новый комплексный антивирусный продукт для всей семьи. Обладая всеми функциями, знакомыми пользователям Антивируса Касперского 2010 и Kaspersky Internet Security 2010, Kaspersky CRYSTAL отличается от них рядом новых технологий.
В Kaspersky CRYSTAL предусмотрен модуль резервного копирования данных (бэкап), позволяющий создавать копии важных файлов и, таким образом, восстанавливать информацию. Бэкап возможен не только по требованию пользователя, но и в автоматическом режиме — по предварительно заданному графику. Выборочное резервное копирование обновляет в папках с резервными копиями только файлы, которые были изменены со времени создания последней копии — это экономит место на резервном носителе. А возможность хранения нескольких предыдущих версий файлов позволяет в случае ошибки сделать откат.
Через центр управления за безопасностью всех домашних компьютеров может следить один член семьи. При этом сохранности его собственного ПК ничто не угрожает — доступ к центру управления может быть надежно защищен паролем. Глава семьи может проводить централизованную проверку всех домашних компьютеров, получать регулярные отчеты о состоянии их безопасности, производить резервное копирование, управлять лицензиями и проводить установку антивирусных баз — с одного компьютера на отдельные ПК или сразу на все машины в сети. Наконец, через центр управления ему доступен расширенный модуль родительского контроля.
С помощью расширенного родительского контроля те, у кого есть несовершеннолетние дети, смогут ограничить использование компьютера, определенных программ и самой глобальной сети. Модуль будет запрещать или предупреждать родителей о попытках ребенка получить доступ с домашних ПК к сайтам, пропагандирующим порнографию, наркотики, насилие, азартные игры, алкоголь и другую аналогичную тематику. Функция контроля программ обмена мгновенными сообщениями (ICQ, MSN, AIM), позволит заблокировать сообщения с ненормативной лексикой или отдельными заданными словами — например, домашним адресом или номером телефона.
Кроме того, Kaspersky CRYSTAL создает специальный файл-контейнер, при попадании в который вся информация шифруется, а доступ к нему защищен паролем, что делает его недоступным для хакеров и мошенников. Таким образом можно защитить информацию на случай кражи внешнего жесткого диска, нетбука или потери DVD или флешки. Менеджер паролей - новая функция в Kaspersky CRYSTAL поможет придумать уникальный пароль для почты, форумов, блогов и онлайн-кошельков, а после автоматически сможет подставлять эти пароли в формы авторизации. Различные способы автоматического или ручного запуска менеджера также значительно упрощают жизнь — например, универсальным ключом для всех сайтов может быть мобильник. Как только пользователь приблизится к компьютеру, Kaspersky CRYSTAL обнаружит ваш телефон по протоколу BlueTooth и разблокирует базу с паролями.
Найти Kaspersky CRYSTAL в продаже можно, начиная с 19 мая. Рекомендованная цена за продукт с лицензией на 2 ПК составит 2200 рублей. Все желающие могут загрузить бесплатную пробную версию. Продукт предназначен для систем Microsoft Windows XP, Vista и Windows 7
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
Количество пользователей, читающих эту тему: 0
0 пользователей, 0 гостей, 0 скрытых пользователей