Перейти к содержимому

Фотография

Qalstuklu sələfilər

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 65

#31 Heqiqet ashiqi

Heqiqet ashiqi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 47 сообщений

Отправлено 01 апреля 2010 - 12:14

Televiziya ilə mubarizə qeyri mumkundur,yeganə yol inernetdir!

Duzdur, televiziya ile mubarize qeyri mumkundur ve hech lazimda deyil, sadece televiziya mekanindan istifade edib duzgun tebligat aparmaq lazimdir, eynile internetde oldugu kimi!!!

#32 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 01 апреля 2010 - 12:27

Bizim televiziya kanallarının hamısı bərbad vəzyiiətdədir, amma yenə hərdən hansındasa nəsə tapirsan baxmağa. ATV-dən başqa. Yeganə kanaldır ki, baxılası heç nə yoxdur. Bir ara qeyri-rəsmi, yəni arada sözlər gəzirdi ki, bu kanal yəhudilərindir. Fikirləşirdim boş sözlərdir, indi inanıram yavaş-yavaş.
Bir dini veriliş hazirlayib hər iki tərəfdən bir-neçə savadlı insan çağırmağa cürətləri yoxdur. Qorxurlar ki, kütləvi şəkildə biyabır olarlar, nahaqq olduqlari üzə çıxar. Bütün xalqı hədəfə aliblar. Bunların axırına çıxan da yoxdur

Məsələ bundadır ki, bu verilişlər öncə özünə publika toplayırlar. Əvvəlcə özlərin elə göstərirlər ki, güya bunlardan çox xalqın halına acıyan yoxdur. Millilik belə getdi, dəyərlərimiz belə gəldi. Heç bir veriliş açılan kimi başlamır axı ziyarətləedən və s. mənəvi dəyərlərimizə zərbə vurmağa. El içində verilişi də belə. Əvvəl reyting toplayirlar. Sonra da keçirlər ruslar demişkən atakaya

Bunlar mənim fikirlerim idi. Fikirlərinizə hörmətlə yanaşıram, çünki heç kim inkubator deyil ki, elə eyni fikirlər yazib getsin, hərənin özünə görə səbəbləri var.

MirMustafa qardaş sizdən "Amma kim bilir..." kimi sözlər gözləmirdim. Nəyi kim bilir? Burda biliniənlər də göz qabağındadır, bilinmək istəməyənlər də. Mənimsə vəkilə hələ ehtiyacım olmayib, çünki nə isə yazanda yüz ölçüb, bir biçib yazmışam ki, insanların fikirlərinə münasibətimi etika çərçivəsində, aqressiyadan uzaq bildirim. Kiminsə vəkilliyin də etməmişəm, nəsə haqsızlıq görəndə sadəcə barişdiricı mövqedə fikirlərimi bildirmişəm. Buna görə də özü mə də hörmət tələb edirəm. Çünki hörmətsizlik də etmirəm! Mübahisələriniz olanda çox xahiş edirəm öz aranızda həll edin.

Salam Fidan xamım.

Sizin fikirlərə hec bir mənfi münasibətim yoxdur.
Duz edirsiz məndən gözləmirsiniz... amma deyəsən səf başa düşdünüz məni. Yegin "Amma kim bilir..." ardını mənim nəzərdə tutuğumu düşünməmisiniz. Amma kim bilir - nə məqsəd ilə bu işi edirsən. Əsla sizə aid bir artıq fikir nəzərdə tutulmayıb. Hər halda anlaşılmazlıq səbəbindən xətrivizə dəymişəmsə - üzr istəyirəm. Allah şeytana lənət eləsin!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#33 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 01 апреля 2010 - 12:35

Salam Fidan xamım.

Sizin fikirlərə hec bir mənfi münasibətim yoxdur.
Duz edirsiz məndən gözləmirsiniz... amma deyəsən səf başa düşdünüz məni. Yegin "Amma kim bilir..." ardını mənim nəzərdə tutuğumu düşünməmisiniz. Amma kim bilir - nə məqsəd ilə bu işi edirsən. Əsla sizə aid bir artıq fikir nəzərdə tutulmayıb. Hər halda anlaşılmazlıq səbəbindən xətrivizə dəymişəmsə - üzr istəyirəm. Allah şeytana lənət eləsin!

Əleykum Salam qardaş. Aydınlıq gətirdiyinizə görə çox sağ olun. Allah razi olsun. Allah şeytana lənət eləsin!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#34 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 01 апреля 2010 - 12:54

Televiziya ilə mubarizə qeyri mumkundur,yeganə yol inernetdir!

Duzdur, televiziya ile mubarize qeyri mumkundur ve hech lazimda deyil, sadece televiziya mekanindan istifade edib duzgun tebligat aparmaq lazimdir, eynile internetde oldugu kimi!!!

Bunun ucun kulli miqdrda vəsait lazımdır!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#35 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 01 апреля 2010 - 15:18

Bir sevindirici hal var ki, bizim SEVIYYESIZ telekanallarimiza baxanlarin sayi cox azdi.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#36 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 01 апреля 2010 - 15:52

Duzdur, vesait lazimdir.Indi baxag gorek ki,Azerbaycanda ne geder momin var ve bunlardan eleleride var ki,imkanlarida var,hetda 150.000 minlik mashin surenler de ve xums zekat verenlerde var,bes bu pullar hara gedir goresen?Eger Irana ve hansisa merciyyelere gedirse elbetde ki,biz burada hecne ede bilmerik.Vovalar bura evveller kulli migdarda pul gonderirdiler sonra ise KGB onlarin bir nece defe gonderdiyi pullari ellerinden aldilar,sonra ise bashladilar onlara pulsuz etir gondermeye ki,satib yenede oz cirkin tebligatlarini etsinler.Biz bele getse elbetde hecne ede bilmerik,onlar pulu bura gonderirler biz ise bashga yerlere.

O,merciyyeler gerek ozleri pulu bizden gebul elemesinler ve hetda ozleri de bize komeklik elemelidirler bu gunku gunde,yoxsa bele getse veziyyet lap agirlashacag.Iranda bash veren inglab vaxti 60-70 mine yaxin insan shehid olmushdur,onlarin ailelerini ise hemin xumsun pullari ile temin edirdiler.Sual:Eger xumsun ve zekatin mominlere xeyri yoxdursa,onda Allah teala neye gore bize emr edib onu vermeye?
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#37 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 01 апреля 2010 - 16:10

TV acmaq arzusu olaraq qalmalıdır. Kim TV acmaq imkanına catanda cətin bu dediyiniz ideya onu maraqlandırar.
Bizim dövrümüzün sınağıda helə bundan ibarətdir ki, istənilən cətin vəziyyətdə imanı qorumaq. Allah səbr versin.

O ki qaldı zəkat məsələsinə onu harasa uzaqlara göndərmək lazımdır, ətrafımızda saysız hesabsız imkansızlar var. Mən şəxsən kəndə göndərirəm. Atasız uşaqlar və tənha qocalar kəndimizdə yetər saydadır.
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#38 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 01 апреля 2010 - 17:10

bəzilərinizin Azərbaycandakı reklam bazarı haqqında məlumatları düzgün deyildir. Reklamı bu tv - lərə ona görə sifariş edirlər ki, onlar belə antiazərbaycan proqramları efirə verirlər...
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#39 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 01 апреля 2010 - 17:58

Kim bizi efirə buraxacaq? Daha doğrusu axı kimi efirə buraxsınlar?

Ayətullahlara iradı olanlardan isə xahiş edirəm ki, işlərini-güclərini atıb getsinlər ya Quma ya da Nəcəfə dini təhsil almağa. Bir yerə yetişəndən sonra isə(əgər yetişə bilsələr) onlara verilən xümsü istyədikləri kimi istifadə edərlər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#40 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 01 апреля 2010 - 19:19

Gardashim,biz neye gore bele acizane danishirig,bir nece il bele davam elese Azerbaycandan shieleri deportassiya edecekler.Ayətullahlara irad tutan yoxdur,bunlarin tegsiri bizim ozumuzdedir.Adam burada ele sheyler eshidir ki,biri o birine xums verir oda gedib mersedes alib surur.O bedbextde pulu ala bilmir ondan, xumsda galir boynunda>

Сообщение отредактировал Ehli beyt ashigi: 01 апреля 2010 - 19:20

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#41 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 02 апреля 2010 - 16:03

Mir Mustafanın fikirləri ilə razıyam. Elşad Mirinin bu İslamdan kənar fikirlərinə dair mövzu açmışdım. Hətta səhv eləmirəmsə (əgər səhv edirəmsə Allah xətamı bağışlasın) bir neçə il əvvəl Qamət Süleymanov öz forumunda "Onun nə əqidədə olduğunu bilmirəm. Məscidə gəlir, gedir, amma yenə də məlum deyil" demişdi. Özünü ağıllı hesab eliyənlərdəndi. Heç nə demirəm, İmam Rzanın (ə)o mübarək ziyarətgahı ona qənim olsun!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#42 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 02 апреля 2010 - 18:59

mən yenə də ucerlərin fikrini mövzuya yönləndirmək istəyirəm. Biz də onlar kimi vəhabi deyilik ki, fikir plürealizminə qarşı çıxaq. Bu məsələdə Elşad kimilərin mövqeyi narahatçılıq doğurmur. Narahatçılıq doğuran hal ondan ibarətdir ki, ATV kanalı bir tərəfli qaydada Azərbaycan xalqının böyük əksəriyyətinin dini inanclarına qarşı təhqirlərə, iftiralara şərait yaradır...
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#43 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 апреля 2010 - 10:30

<FONT face="Palatino Linotype">Gardashim,biz neye gore bele acizane danishirig,bir nece il bele davam elese Azerbaycandan shieleri deportassiya edecekler.Ayətullahlara irad tutan yoxdur,bunlarin tegsiri bizim ozumuzdedir.Adam burada ele sheyler eshidir ki,biri o birine xums verir oda gedib mersedes alib surur.O bedbextde pulu ala bilmir ondan, xumsda galir boynunda</FONT>>

<STRONG>Qardaşım, kimin boynunda xumsu varsa, onu verməlidir, özü də Təqlid elədiyi Müctehidin ya özünə , ya da onun tərəfindən seçilən Naibə! Əvəzində də Qəbz almalıdır! Qalan işləri isə, öz gücümüzlə görməliyik! Onun buna nə dəxli? Xoruz yoxdu, sabah açılmırdı? VOVKAlar var-dövlətli adamların " qoltuğuna" verməklə " dinə" çəkirlər ki, " əximizdən yoxdur, alimdir, Şeyximizdir" , hansı ki, 2 eşşəyin (qamətnən elxanın, və s.)  arpasını bölə bilmir! Artıq onlara pul göndərmirlər, öz işlərini burda qurublar, Oboy işi, stroymaterial, ətir və s. Xums verən insanın niyə yadına xums verəndə düşürki, " Yetim-yesir" var? Başqa vaxt bu " Yetim-yesir" yoxdu? Ya görülməli az iş var? Bununçün nə etmək lazımdır-- sualı qoyulsaydı, çox gözəl olardı! Mən onu deyə bilərəm ki, Bacı-Qardaşlarımızın arasında ÖZ BOYNUNDA OLAN VƏZİFƏSİNİ bilməyən insanlar olduğu üçün belə "ne zauryadisa" yaranır. ALLAH Bizləri Öz Vəzifəlsinə ƏMƏL edənlərdən qərar versin! </STRONG>
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#44 aburza

aburza

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 227 сообщений

Отправлено 03 апреля 2010 - 18:29

Ən yaxşı sərmayə axirət üçün qoyulan sərmayədir.
dünya sərmayələri içində isə ən yaxşısı və etibarlısı elmə qoyulan sərmayədir.harada olsan səninlədir.nefdən qazdan asılı deyil.heç vergi orqanlarından da asılı deyil.Əxilər ona görə alver eləmirlər ki,onlara olar yox.onlar da hamı kimi alver edir.nəzərə çarpan onların baxımsız kərpic saqqallarıdır.onlar da hamı kimi pul üstündə bir-birin qırır,narazılıqları olur.bir dəki mənim dostum demışkən "harda görmüsən şiyədə pul ola".
Bir ən vacibi !! hər bir xalqın ,ümmətin,dövlətin ən böyük sərvəti onun vətəndaşlarıdır.Bizə şiyyəliyə yaxşı insanlar lazımdır.neynirik biz Turanı(ANS)Elçini(ATV).Mənim bir iş yoldaşım var vovkadı.Özüdə tupoyun biridi.Dostlar mənə deyəndəki onunüstündə niyə işləmirsən ki,hidayət olsun.Deyirəm kİ,allah istəməsə olmayacaq.Qaldı mənə .dedim istəmirəm,çünki,bizim tərəfə keçsə bizi hər yerdə biabır edər.Çünki,çox zay məhsuldur.Pul gir,insafsız,ağzının danışığın bilməyən.Amma özün kənarda elə aparır ki,elə bil bədr döyüşündən indi gəlib.
Özünü yuxuya qoymuş insanı oyatmaq,yatmış insanı oyatmaqdan çox-çox çətindir.

#45 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 04 апреля 2010 - 07:56

Qardaşım, kimin boynunda xumsu varsa, onu verməlidir, özü də Təqlid elədiyi Müctehidin ya özünə , ya da onun tərəfindən seçilən Naibə! Əvəzində də Qəbz almalıdır!

Gardashim,menim teglid etdiyim muctehidin mugellidleri heddinden artig coxdur ve yegin ki,onlarinda bir gismi xums verir.Men bilende O,muctehid kirayede galir,demek ki bu yigilan pullar harasa istifade olunur duzdur?Bes neye gore bura, bizim vetende yashayan mominlerin xeyri ucun istifade olunmasin,meger bir muselman kimi bizi maraglandirmamalidir ki,bu pullar hara gedir.Gardashim, islam bize onu oyredmir ki,biz robot olag ve kim ne dedi gebul edek (vovalar kimi).
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#46 Гость_MuSLiMa__*

Гость_MuSLiMa__*
  • Гости

Отправлено 27 мая 2010 - 14:07

Salamu aleykum va rahmatullahi va barakatuh.
Bayaqdan oxuyuram burda yazılanları. Çox yazığım gəlir bu millətə. Burda tənqid yox, təhqir görürəm ancaq. Onun-bunun dalınca durub qeybət edincə, saleh əməlin qulpundan yapışın və savab qazanın. Yoxsa ki onun-bunun dalınca qeybət edib, böhtan atıb günaha girməyin!!! Nə isə... Ancaq bir şey deyəcəm. Allah hidayət versin!

#47 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 мая 2010 - 14:45

Salamu aleykum va rahmatullahi va barakatuh.
Bayaqdan oxuyuram burda yazılanları. Çox yazığım gəlir bu millətə. Burda tənqid yox, təhqir görürəm ancaq. Onun-bunun dalınca durub qeybət edincə, saleh əməlin qulpundan yapışın və savab qazanın. Yoxsa ki onun-bunun dalınca qeybət edib, böhtan atıb günaha girməyin!!! Nə isə... Ancaq bir şey deyəcəm. Allah hidayət versin!

Təhqir niyə ki? Elşad Mirinin televiziyada at oynatması 9 milyona təhqir deyil, amma bu təhqirdi?
Qeybət niyə ki? Elşad müəllim öz forumunu oxuya bilir, amma bu foruma girib oxumaq imkanından məhrumdu?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#48 Гость_MuSLiMa__*

Гость_MuSLiMa__*
  • Гости

Отправлено 27 мая 2010 - 15:03

`at oynatmaq` da nə demək? Kiməsə görə həqiqətdir, sərf etməyənlər isə hər cür böhtan, qara yaxmaqla məşğul olar. Mən də onun yerində olsam vaxtımı qeybətə əhəmiyyətsiz söhbətə sərf etməzdim. Mən kimisə müdafiə filan etmək üçün bunları demirəm, sadəcə bir müsəlman kimi deyirəm və sual edirəm sizə. Bəs yaxşı İndi burda etdikləriniz qeybət deyil, böhtan deyil bəs nədir? Deyin bilək.

Сообщение отредактировал MuSLiMa_: 27 мая 2010 - 15:04

#49 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 27 мая 2010 - 15:16

Bəs yaxşı İndi burda etdikləriniz qeybət deyil, böhtan deyil bəs nədir?

Burda deyirlereeeee Ogru ele qishqirdi ki dogrunnun bagri yarildi

Sen ele danishirsan ki ele bil biz bu sozleri onlarin uzlerine deye bilmerik. Seni de qinamiram sen hele tezesen. Sizin bu sheyxlerinizi bizim elmli qardashlar ne qeder behs etmeye devet etseler de sizinkiler hemihe qaciblar. Eshidendeki video cekilish olacaq sican kimi girmeye deshik axtarirlar.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#50 Гость_MuSLiMa__*

Гость_MuSLiMa__*
  • Гости

Отправлено 27 мая 2010 - 15:30

Bəs yaxşı İndi burda etdikləriniz qeybət deyil, böhtan deyil bəs nədir?

Burda deyirlereeeee Ogru ele qishqirdi ki dogrunnun bagri yarildi

Sen ele danishirsan ki ele bil biz bu sozleri onlarin uzlerine deye bilmerik. Seni de qinamiram sen hele tezesen. Sizin bu sheyxlerinizi bizim elmli qardashlar ne qeder behs etmeye devet etseler de sizinkiler hemihe qaciblar. Eshidendeki video cekilish olacaq sican kimi girmeye deshik axtarirlar.

1-cisi sən yox, siz! 2-cisi də ki nə üzə deyirsiz-nə demirsiz soruşmuram! Burda kiminsə arxasınca nə danışılıb nə danışılmayıb oxumuşam müeyyen qeder de olsa, onsuz da o günah yükünü siz daşıyırsınız, mənim sizə yazığım gəldiyi üçün xatırlatma idi sadəcə... özüvüz bilərsiz nə istəyirsiz danışın! mən sualıma cavab gözlədim, burda yazılanlar qeybətdi yoxsa nə? Buna cavab istədim. Cavabı bilirəm, sizin dilinizdən eşidim dedim.

#51 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 27 мая 2010 - 15:33

`at oynatmaq` da nə demək? Kiməsə görə həqiqətdir, sərf etməyənlər isə hər cür böhtan, qara yaxmaqla məşğul olar. Mən də onun yerində olsam vaxtımı qeybətə əhəmiyyətsiz söhbətə sərf etməzdim. Mən kimisə müdafiə filan etmək üçün bunları demirəm, sadəcə bir müsəlman kimi deyirəm və sual edirəm sizə. Bəs yaxşı İndi burda etdikləriniz qeybət deyil, böhtan deyil bəs nədir? Deyin bilək

Azərbaycan xalqının 60-70%-i şiədi. Şiələr həmişə övliyaların, Peyğəmbər (s) övladlarının qəbirlərini ziyarət edib, onlara təvəssül ediblər. Əgər Elşad Miri televiziyaya çıxıb bunu şirk, İslamdan kənar hərəkət adlandırırsa, bu təhqir deyil?
Bizim dediyimiz haqdı. Elşad Miri kimilərin İslama hücumlarının qarşısını almaqdı. Biz onun böhtanlarını ifşa etməklə insanların ona inanmasının qarşısını almaq istəyirik. Əgər hamı Miri kimi fikirləşsə bəs kim İslamda qalar?

Сообщение отредактировал al-Islam: 27 мая 2010 - 15:35

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#52 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 27 мая 2010 - 15:37

Muslima_

bu sizlerin coxdanki adetidi oz gozunuzde tiri gormursuz basqasinin gozunde cop axtarirsiz. Beli gunahi ozum dashiyiram size gore.....amma batil olan bir eqideni tenqid etmek menim ucun savab batil olan eqideni teblig etmek ise sizin ucun gunahdir. Burda yazilanlar qeybet deyil. Hec olmasa 1 defe de olsa oturub agilla fikirleshin de .....Allah yardimimciniz olsun......heqiqeten sizlere yazigim gelir

xahiş edirəm azəri hərfləri ilə yazın!
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#53 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 мая 2010 - 15:42

Salamu aleykum va rahmatullahi va barakatuh.
Bayaqdan oxuyuram burda yazılanları. Çox yazığım gəlir bu millətə. Burda tənqid yox, təhqir görürəm ancaq. Onun-bunun dalınca durub qeybət edincə, saleh əməlin qulpundan yapışın və savab qazanın. Yoxsa ki onun-bunun dalınca qeybət edib, böhtan atıb günaha girməyin!!! Nə isə... Ancaq bir şey deyəcəm. Allah hidayət versin!

Bacım böhtan deyə deyə qorxmursuz ki, özünüz bizə böhtan atarsız? Siz yazıların böhtan olduğunu sübut etsəz və biz onlarla razılaşmasaq və inadkarlıq etsək, bu halda biz böhtançı oluruq. Amma boynumuza alsaq ki, səhv etmişik, biz bilmirdik - bu artıq böhtan yox səhvdir. Amma ola da bilsin ki, səhvi Siz edirsiz, biz isə düz deyirik. Belə variantı Siz nəzərə almırsız?
Qeybət də bilmədiyin şey haqda danışmaqdır. Amma mən bir şeyi bilirəmsə, öz gözümlə görmüşəmsə niyə o haqda danışa bilmərəm? Biz hədisdə peyğəmbərimiz (s) deyib ki, əgər qardaşınızın eybini açmayın (yani o səhvən bir iş görübsə və o işin islama aidiyyatı və zərəri yoxdursa, onu digər insanlara danışmaq lazım deyil). Digər hədislərdə isə deyilir ki, haqsızlıq görsən onunla mübarizə aparın, onu açıqlayın və s.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#54 Гость_MuSLiMa__*

Гость_MuSLiMa__*
  • Гости

Отправлено 27 мая 2010 - 16:16

`at oynatmaq` da nə demək? Kiməsə görə həqiqətdir, sərf etməyənlər isə hər cür böhtan, qara yaxmaqla məşğul olar. Mən də onun yerində olsam vaxtımı qeybətə əhəmiyyətsiz söhbətə sərf etməzdim. Mən kimisə müdafiə filan etmək üçün bunları demirəm, sadəcə bir müsəlman kimi deyirəm və sual edirəm sizə. Bəs yaxşı İndi burda etdikləriniz qeybət deyil, böhtan deyil bəs nədir? Deyin bilək

Azərbaycan xalqının 60-70%-i şiədi. Şiələr həmişə övliyaların, Peyğəmbər (s) övladlarının qəbirlərini ziyarət edib, onlara təvəssül ediblər. Əgər Elşad Miri televiziyaya çıxıb bunu şirk, İslamdan kənar hərəkət adlandırırsa, bu təhqir deyil?
Bizim dediyimiz haqdı. Elşad Miri kimilərin İslama hücumlarının qarşısını almaqdı. Biz onun böhtanlarını ifşa etməklə insanların ona inanmasının qarşısını almaq istəyirik. Əgər hamı Miri kimi fikirləşsə bəs kim İslamda qalar?

Elşad Miri və onun kimi pirləri, ziyarətgahları ziyarət etmənin şirk olduğunu bir çoxları qəbul edir. Əgər onlar bunun haqq olduğunu bilib insanları şirkdən uzaqlaşdırmağa çalışırlarsa bunun nəyi pisdir ki?! O haqq bildiyinə çağırır, siz də bunun əksini söylərək haqqı söylədiyinizi iddia edirsiniz, deyilmi? Elə mən özüm də pirlərə, ziyarətgahlara getmirəm, bunun şirk olduğunu qəbul edirəm, doğru bildiyim budu bunu edirəm. Siz də doğru bildiyiniz nədi onu təbliğ edirsiniz, hər birimiz də əməllərimizə, etdiklərimizə görə Allah qarşısında cavab verəcəyik. Kimin doğru olub-olmadığı onda bilinəcək. İndi durub kiminsə haqqında olmazın sözlər demək, ən dəhşətlisi qeybət, böhtan demək nə qədər doğrudur sizcə?! Pirlərə ziyarətgahlara gedib `molla`ların ciblərini pulla doldurub harrınnadana kimi,ən qorxuncu şirk etməkdən çəkinərək həmin sədəqəni tanıdığım bildiyim kasıb-kusuba paylayıram, bu mənə yetir. Kiminsə qeybətini qırmaqdan, böhtan atmaqdan da uzağam, əlhəmdülilləh.

Bu mənim subyektiv fikirlərimdir, cavab verməyəcəm...sitat filan gətirməyin mənə!

Сообщение отредактировал MuSLiMa_: 27 мая 2010 - 16:18

#55 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 мая 2010 - 17:25

Subyektiv fikirlərinizə toxunmayacam, özünüz bilərsiz istəyirsiz şirk hesab edin, istəyirsiz yox. Meyar Allahın buyurduğudur.

Elşad Miri və onun kimi pirləri, ziyarətgahları ziyarət etmənin şirk olduğunu bir çoxları qəbul edir. Əgər onlar bunun haqq olduğunu bilib insanları şirkdən uzaqlaşdırmağa çalışırlarsa bunun nəyi pisdir ki?! O haqq bildiyinə çağırır, siz də bunun əksini söylərək haqqı söylədiyinizi iddia edirsiniz, deyilmi?

İş orasındadır ki, niyə birtərəfli olur həmişə? Nə üçün TV-yə çıxanda, uzaqbaşı falçılarla müzakirə edir pirləri. Özünü belə elmli hesab edirsə, buyursun gəlsin, qardaşlarla müzakirə eləsin. Günah bizdə deyil ki, ŞİƏ əqidəli şəxsləri efirə buraxmırlar o verlişdə. - nə vaxt ki, söhbət pirlərdən gedir. Demək ki, həmən verlişin də nə isə maraqları var. Bax bunu ALLAH bilir.

P.S: Burada məsələ PİRlərə getmənin şirk olub-olmadığı deyil. Bu barədə yetərincə mövzular və müzakirələr var. Bu mövzu tam başqa bir mövzudur. Qalstukla peyda olan "sələfi"lər barədə

#56 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 27 мая 2010 - 19:27

cavab verməyəcəm...sitat filan gətirməyin mənə

Qurban olum sənə cavab ver , yoxsa ki bizim sənin cavablarına ehtiyacımız var idi..... nəysə..
Əqidən yenə də öz batilliyini gödtərir. Yazırsan ki

Elə mən özüm də pirlərə, ziyarətgahlara getmirəm, bunun şirk olduğunu qəbul edirəm, doğru bildiyim budu bunu edirəm

biz isə belə qəbul etmirik. Bizim üçün obyektiv subyektiv söhbət yoxdu. Qurani Kərim var bir də Əhlibeyt (ə.s) və 14 məsumun tutduğu yol.

Kimin doğru olub-olmadığı onda bilinəcək

hələ də öz əqidəndə yəqin deyilsən??????
Yazdıqların onsuz da boş şeylərdir, Yox əgər konkret tutarlı dəlillərin varsa Ziyarətgahın haram olduğuna dair yaz biz də bilək.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#57 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 мая 2010 - 22:05

Subyektiv fikirlərinizə toxunmayacam, özünüz bilərsiz istəyirsiz şirk hesab edin, istəyirsiz yox. Meyar Allahın buyurduğudur.

Elşad Miri və onun kimi pirləri, ziyarətgahları ziyarət etmənin şirk olduğunu bir çoxları qəbul edir. Əgər onlar bunun haqq olduğunu bilib insanları şirkdən uzaqlaşdırmağa çalışırlarsa bunun nəyi pisdir ki?! O haqq bildiyinə çağırır, siz də bunun əksini söylərək haqqı söylədiyinizi iddia edirsiniz, deyilmi?

İş orasındadır ki, niyə birtərəfli olur həmişə? Nə üçün TV-yə çıxanda, uzaqbaşı falçılarla müzakirə edir pirləri. Özünü belə elmli hesab edirsə, buyursun gəlsin, qardaşlarla müzakirə eləsin. Günah bizdə deyil ki, ŞİƏ əqidəli şəxsləri efirə buraxmırlar o verlişdə. - nə vaxt ki, söhbət pirlərdən gedir. Demək ki, həmən verlişin də nə isə maraqları var. Bax bunu ALLAH bilir.

P.S: Burada məsələ PİRlərə getmənin şirk olub-olmadığı deyil. Bu barədə yetərincə mövzular və müzakirələr var. Bu mövzu tam başqa bir mövzudur. Qalstukla peyda olan "sələfi"lər barədə

:) buyursun gəlsin ??? Mən ona məktub yazaraq onun haqqında açılan mövzunu ona göstərdim. Çağırdım onu foruma, dedim gəlin verilişdə dediklərinizi sübut edin. Dedi ki, gələ bilməyəcək - vaxtı yoxdur, çox məşğul insandır :cray:
Vobşey zadniyə atdı.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#58 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 28 мая 2010 - 03:40

Utanmaz utanmaz hele mene dostlug teklifide gonderir Facebook da.
Adama deyerler ki,gul kimi dostun var Turan kimi meni neyniyirsen.

Movzunun adi xoshuma gelir,Galstuklu selefiler.

Goresen ibn teymiyyede galstuk taxib?
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#59 Гость_MuSLiMa__*

Гость_MuSLiMa__*
  • Гости

Отправлено 28 мая 2010 - 14:57

Salamu aleykum va rahmatullahi va barakatuh.
Bayaqdan oxuyuram burda yazılanları. Çox yazığım gəlir bu millətə. Burda tənqid yox, təhqir görürəm ancaq. Onun-bunun dalınca durub qeybət edincə, saleh əməlin qulpundan yapışın və savab qazanın. Yoxsa ki onun-bunun dalınca qeybət edib, böhtan atıb günaha girməyin!!! Nə isə... Ancaq bir şey deyəcəm. Allah hidayət versin!

Bacım böhtan deyə deyə qorxmursuz ki, özünüz bizə böhtan atarsız? Siz yazıların böhtan olduğunu sübut etsəz və biz onlarla razılaşmasaq və inadkarlıq etsək, bu halda biz böhtançı oluruq. Amma boynumuza alsaq ki, səhv etmişik, biz bilmirdik - bu artıq böhtan yox səhvdir. Amma ola da bilsin ki, səhvi Siz edirsiz, biz isə düz deyirik. Belə variantı Siz nəzərə almırsız?
Qeybət də bilmədiyin şey haqda danışmaqdır. Amma mən bir şeyi bilirəmsə, öz gözümlə görmüşəmsə niyə o haqda danışa bilmərəm? Biz hədisdə peyğəmbərimiz (s) deyib ki, əgər qardaşınızın eybini açmayın (yani o səhvən bir iş görübsə və o işin islama aidiyyatı və zərəri yoxdursa, onu digər insanlara danışmaq lazım deyil). Digər hədislərdə isə deyilir ki, haqsızlıq görsən onunla mübarizə aparın, onu açıqlayın və s.

Subyektiv fikirlərinizə toxunmayacam, özünüz bilərsiz istəyirsiz şirk hesab edin, istəyirsiz yox. Meyar Allahın buyurduğudur.

Elşad Miri və onun kimi pirləri, ziyarətgahları ziyarət etmənin şirk olduğunu bir çoxları qəbul edir. Əgər onlar bunun haqq olduğunu bilib insanları şirkdən uzaqlaşdırmağa çalışırlarsa bunun nəyi pisdir ki?! O haqq bildiyinə çağırır, siz də bunun əksini söylərək haqqı söylədiyinizi iddia edirsiniz, deyilmi?

İş orasındadır ki, niyə birtərəfli olur həmişə? Nə üçün TV-yə çıxanda, uzaqbaşı falçılarla müzakirə edir pirləri. Özünü belə elmli hesab edirsə, buyursun gəlsin, qardaşlarla müzakirə eləsin. Günah bizdə deyil ki, ŞİƏ əqidəli şəxsləri efirə buraxmırlar o verlişdə. - nə vaxt ki, söhbət pirlərdən gedir. Demək ki, həmən verlişin də nə isə maraqları var. Bax bunu ALLAH bilir.

P.S: Burada məsələ PİRlərə getmənin şirk olub-olmadığı deyil. Bu barədə yetərincə mövzular və müzakirələr var. Bu mövzu tam başqa bir mövzudur. Qalstukla peyda olan "sələfi"lər barədə

:) buyursun gəlsin ??? Mən ona məktub yazaraq onun haqqında açılan mövzunu ona göstərdim. Çağırdım onu foruma, dedim gəlin verilişdə dediklərinizi sübut edin. Dedi ki, gələ bilməyəcək - vaxtı yoxdur, çox məşğul insandır :cray:
Vobşey zadniyə atdı.

Qardaş, siz çox yanlış düşüncədəsiniz. Qeybət 1 kəsin haqqında olmayan şey yox, olan şey haqqında danışılandır. Bir kəs olmayan şeyi danışarsa, bax o iftira, böhtandır. Hətta Müslimin rəvayətində də bu haqda hədis vardır ki, Peyğəmbərimiz s. qeybəti belə tanıdır: `Qeybət nədir bilirsinizmi?` Səhabələr bu zaman cavab verdilər: `Ən yaxşısını Allah və Rəsulu s. bilər` Rəsulullah s. dedi: `Qardaşınızın xoşuna gəlmədiyi şeyi söyləməkdir` Bu zaman səhabələrdən biri sual etdi: `Əgər söylədiklərin onda varsa necə?` Rəsulullah s. : `Əgər söylədiklərin onda varsa, qeybət etmiş olursan, əgər yoxdursa, onda ona iftira (böhtan) etmiş olursan` cavabını vermişdir. Hədisdən gördüyünüz kimi də qeybət biri barəsində olmayan yox, olan şeyi danışmaqdır. Onu qeyd edim ki, sizin burda yazdıqlarınız arasında qeybətlə böhtanlar da olmamış deyildir. Hə, bir də sualıma cavab verməkdən yayınmaqçün söhbəti dəyişdiniz... nə olar ki, eybi yox. Hə deyirsiz ki, burda söhbət qeybətdən, ziyarət və pirlərdən yox, `qalstuklu sələfilər`dən gedir, deyilmi? Yaxşı, nə deyirəm, gələk bu söhbətə. 1-cisi, diqqət edək mövzunun adına, mətninə. Təhqir, lağlağı və s. Sonra deyirsiz ki, kimsə gəlsin bura və sizin suallarınıza cavab versin. Kim istəyir qalstuk taxsın, yaxud bantik taxsın , klassik geyim geysin, ya idman stili, ya xud ürəyindən nə keçirsə onu! Bunun heç məsələyə dəxli var? Bu da mömin bəndəyə yaraşmayan hərəkətdir. Hədislərin birində Rəsulullah buyurmuşdur: `Qardaşını xoşuna gəlməyəcəyi bir tərzdə çağırmaq qeybətdir`. İndi mənə necə sübut edə bilərsiniz ki, burda yazılanlar qeybətdən başqa bir şey deyildir? Hələ böhtanı hələ qoyaq bir kənara, burda bilməyib danışdıqlarınız (böhtanlar) da var. Bilirəm sualımdan yayınıb, yenə başqa mövzuları atacaqsız ortalığa, amma nə isə.. Hə qayıdaq söhbətimizin əvvəlinə... Əgər burda kiminsə şəxsiyyətini təhqir edib mövzuya çağırırsınızsa, o niyə gəlib burdakı təhqirləri oxumalı və bu təhqirləri qəbul etməlidir.. Birinci, özünüz olun həmin adamın yerində, qoyun özünüzü həmin adamın yerinə, elə təsəvvür edin ki, bir əhli-sünnə saytında sizin şəxsiyyətinizə alçaldıcı sözlər, təhqirlər deyiblər, bununla belə istəyirlər və çağırırlar ki, gəlib Siz onların suallarına cavab verəsiniz.. qəbul edərdinizmi?! Əlbəttə ki, YOX! Çünki şəxsiyyətinə, mənliyinə hörmət qoyan şəxs təhqirləri qəbul etməz və səviyyəsiz insanların suallarına cavab vermək istəməz! Yəni dediyim odur ki, müzakirə sağlam , etika, şəxsiyyətə hörmət daxilində keçmirsə o artıq müzakirə deyil, mübahisədir, həm də istehza, təhqir varsa səviyyəsiz, əhəmiyyət daşımayan bir mübahisədir deyərdim. Çünki burda məqsəd yalnız həqiqəti araşdırmaq, çatdırmaq olmalıdır, yoxsa kimisə `neprav` çıxartmaq məqsədilə həqiqəti malalamaq məqsədi daşımamalıdır. Sizə bir müsəlman bacı məsləhəti, çalışın lağlağıdan, istehzadan, təhqirdən uzaq olun. Biri-birimizi məsxərəyə qoymayaq, təhqir etmək, haqqını tapdalamaqla ibadətlərimiz, savab əməllərimizi puça çıxara bilər. Müqəddəs kitabımızda nə buyrulur: “Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır” («Hucurat» surəsi, 11). Hər firqə özlüyündə haqq tərəfində olduğundan əmindir, sən də mən də, o birsi də... hər birimiz haqqın tərəfində olduğumuzdan əminik, hərə də haqq bildiklərinı təbliğ etməkdə azad hüquqa malikdır, biz əlimizdə olan əsaslarla, dəlillərlə yanaşı ağlımız, məntiqimizlə qəbul edirik, lakin ən doğrusunu Allah bilir.
Gəlin, bir-birimizi lağa qoyaraq, bir-birimizə ləqəblər qoyaraq parçalanmayaq, pis ləqəblər qoyaraq təhqir etməyək, haqqı söyləyənin ləqəbinə yox dediyi sözə baxaq. Müsəlman olaraq ya xeyir danışaq, ya da susaq. Pis söz insanları əxlaqsızlığa parçalanmağa və fəsada apardığı kimi, yaxşı sözlər də əxlaqa və birliyə səbəb olur. Təəssüf ki... bunları kimə deyirsən... onsuz da islam parçalanmağa doğru gedir ...

Utanmaz utanmaz hele mene dostlug teklifide gonderir Facebook da.
Adama deyerler ki,gul kimi dostun var Turan kimi meni neyniyirsen.

Movzunun adi xoshuma gelir,Galstuklu selefiler.

Goresen ibn teymiyyede galstuk taxib?

Qeybət, lağlağı, böhtan, iftira, məsxərə edə-edə Cənnəti qazanacağını düşünən, özünü mömin sayan cahillər də var deyirəm. görən budurmu islamı təbliğ etmək? Ehh.. nə isə...

#60 Гость_MuSLiMa__*

Гость_MuSLiMa__*
  • Гости

Отправлено 28 мая 2010 - 15:01

Bəs yaxşı İndi burda etdikləriniz qeybət deyil, böhtan deyil bəs nədir?

Sen ele danishirsan ki ele bil biz bu sozleri onlarin uzlerine deye bilmerik. Seni de qinamiram sen hele tezesen. Sizin bu sheyxlerinizi bizim elmli qardashlar ne qeder behs etmeye devet etseler de sizinkiler hemihe qaciblar. Eshidendeki video cekilish olacaq sican kimi girmeye deshik axtarirlar.

`Molla` deyirsiz ki, biz bunları onların üzünə də demişik, yaxud deyərik və s. bu sizə doğru yolda olduğunuza əsas verir? Çünki artıq sən o insanın xoşuna gəlməyəcək sözü artıq demisən. Bu da nədir? QEYBƏT! Bir də ki, dediyin şiələr və əhli-sünnə olan videoçəkilişlərin bir neçəsinə mən də baxmışam. Hər şey ortada. Siz ağlınıza gələni, ürəyiniz istəyəni burda yazmaqla deyil ki! Siz ancaq burdakıların gözlərindən pərdə asa bilərsiniz.

cavab verməyəcəm...sitat filan gətirməyin mənə

Qurban olum sənə cavab ver , yoxsa ki bizim sənin cavablarına ehtiyacımız var idi..... nəysə..
Əqidən yenə də öz batilliyini gödtərir. Yazırsan ki

Elə mən özüm də pirlərə, ziyarətgahlara getmirəm, bunun şirk olduğunu qəbul edirəm, doğru bildiyim budu bunu edirəm

biz isə belə qəbul etmirik. Bizim üçün obyektiv subyektiv söhbət yoxdu. Qurani Kərim var bir də Əhlibeyt (ə.s) və 14 məsumun tutduğu yol.

Kimin doğru olub-olmadığı onda bilinəcək

hələ də öz əqidəndə yəqin deyilsən??????
Yazdıqların onsuz da boş şeylərdir, Yox əgər konkret tutarlı dəlillərin varsa Ziyarətgahın haram olduğuna dair yaz biz də bilək.

`Molla` birinci növbədə isə, öz şəxsiyyətinə hörmət qoyan şəxs başqasının şəxsiyyətini təhqir edəcək sözlər söyləməz. İkincisi də, mən əqidəmdə, tutub getdiyim yolda əminəm, sizdən fərqli olaraq, siz mənim əqidəmə görə mənə nifrət edə bilərsiz, çünki o sizsiz, dildə mömin adlandıra bilərsiz özünüzü, amma bir insan kimi Allah qəlbinizi insanlara sevgidən, mərhəmət və şəfqətdən məhrum edibsə, demək ki elə buna da layiqsiz, siz dildə mömin hesab olunanlardansız, çünki danışığınızdan necə bir `mömin` olduğunuz aşkarlandı. Hz. Əli (r.a) nə deyib “İnsanlar dilinin altında gizlidir”… Danışdıqları an, necə elmdə, səviyyədə biri olduqlarını büruzə verərlər. _MOLLA_, anlayıram, bu cür davranış və danışığın cahillikdən irəli gəlir, sizə üzümü tuturam, sual edirəm... sizin kimi belə səviyyədə olan insan danışığı ilə hansı islamdan bixəbər cahili dinə gətirə və onun gözəlliklərini çatdıra bilər?! Siz bu cür danışığınızla onu nəinki dinə gətirmək, islamdan uzaqlaşdırarsız. Çalışın hələ bir danışmaq ədəbini öyrənin, sonra gəlib təbliğ edərsiz. İslam mükəmməl, gözəl bir dindir. Onun mükəmməl və gözəlliyini sizin kimi cahil insan çatdıra bilməz, bunun üçün elmlənmək gərəkdir. Sözlərimi xahiş edirəm, təhqir qəbul eləməyin, çünki tənqiddir bu. Uca Allah Qurani-Kərimdə bizə belə vurğulayır: “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir” ("İbrahim" surəsi, 24-26).

P.S. `Molla` bu dəfə cahilliynə görə keçib cavabladım postunu, yazdıqlarımdan ibrət götürüb səviyyəli cavab versən, sənə cavab verəcəm yenə eynilə səviyyəsiz yazı görsəm, daha sözüm yoxdur.

Сообщение отредактировал MuSLiMa_: 28 мая 2010 - 15:05

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru