Перейти к содержимому


Фотография

Namaz qılanın önündən keçmək


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 03 апреля 2010 - 22:29

Neçə illər idi İmamın (ə) dərslərində iştirak edirdi və onun tələbələrindən sayılırdı. Amma necə deyərlər, qədirbilməz bir tələbə idi.

Bir gün tələsik özünü İmamın (ə) mənzilinə çatdırmağa çalışırdı. Hiyləgərcəsinə gülümsəməsindən məlum idi ki, nəsə şeytani bir planı var. İstəyirdi ki, İmama (ə) səhv tutsun və onun camaat arasındakı nüfuzunu zəiflətsin.

O, dəfələrlə belə yaramaz işlərə əl atmış, lakin hiyləsi baş tutmamışdı. O, yalnız öz elminə arxalanır, amma nəfsinin saflaşdırılması yolunda heç bir səy göstərməmirdi. Buna görə də azğınlıq girdabına daha da qərq olurdu.

O, bir dəfə İmam Sadiqin (ə) övladı İmam Museyi-Kazıma səhv tutmaqla bu ailənin hörmətini aşağı salmaq istəyirdi.

Qapını döydü. İmam Sadiq (ə) qapını açdı. O, hövsələsizcəsinə səsləndİ:

-Sualım var. İstəyirsiniz özünüz cavab verin, ya da oğlunuz cavab versin. Mən sizin övladınız Musanın (ə) camaatın get-gəli çox olan bir məkanda namaz qılan halda görmüşəm. Camaat onun qabağından keçirdi, amma o, mane olmurdu. Siz bu işin doğru olmadığını qəbul etmirsinizmi?!

İmam sükut etdi. Bir müddət sonra oğlunu yanına çağırdı. Həmin sualı oğluna verdi və cavab istədi. İmam Kazım buyurdu:

"Ey ata! Mən Allah üçün namaz qılıram və O, mənə camaatdan daha yaxındır. Necə ki Allah-Təala insana şah damarından da yaxın olduğunu buyurur”.

İmam Sadiq (ə) çox sevindi və onu qucaqlayaraq buyurdu: "Atam-anam sənə fəda olsun, ey ilahi sirlər qəlbinə əmanət olmuş şəxs! Mənim istədiyim kimi cavab verdin və məni xoşhal etdin”.

Naşükür şagird İmamın (ə) cavabını eşitdikdə utanaraq başını aşağı saldı və sürətlə oranı tərk etdi ("Nurus-səqəleyn” təfsiri 5/108).

Mənbə

  • Şair это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 03 мая 2010 - 14:23

menim kohne ish yerimde selefi var idi , men bilen onlarda bu sohbet tam basqa curdur, Ish yoldashimin dediyine gore kimse namaz qilan insanin onunden kecende onlar elleri ile onun kecmesine mane olurlar!!!!!
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#3 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 09 июня 2010 - 11:10

Bizim risalələrdə varki, namaz qılanın qabağından keçmək olmaz. Qabağında nəsə olmalıdır, məsələn təsbeh.

Сообщение отредактировал katala: 09 июня 2010 - 11:11

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#4 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 июня 2010 - 18:35

Bizim risalələrdə varki, namaz qılanın qabağından keçmək olmaz. Qabağında nəsə olmalıdır, məsələn təsbeh.


Bu sualdır ya şəri məsələ?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#5 Baqirul_ulum

Baqirul_ulum

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 34 сообщений

Отправлено 09 июня 2010 - 23:18

Insan bir kesin arxasi ile gedirse gerek baxib gorsun o kimdir. Imamin telebesi olan sexs nasukrluk edib ona qarsi cixirsa demeli o Allaha da qarsi cixar. Allah elelerini balaca usaq vasitesi ile de rezil eder.
Serietde ise bu meselenin haramligi yoxdur. Sadece olaraq yaxsi olar ki gedis gelis cox olan yerde namaz qilmayasan qilsan da qabagina bir sey qoyasan.

#6 kovser007

kovser007

    Jundi – Soldier

  • Ibtidai
  • 2 сообщений

Отправлено 12 июня 2010 - 23:50

ALLAH imanivizi kamil etsin ,size komey olsun.amin inshalllah




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru