salam aleykum bacı. Əhli- beytə canım qurban. Ehli beyti Allah, Peyğəmbər xatirinə hamımız sevməliyik. bu sözsüz. Ama bu o demək deyilki bizə kimsə haqq veribki Peyğəmbərimizin yaxınlarını təhqir edək. Onların günahı varsa, hamımız kimi Allah qarşısında əlbət cavab verəcəklər. Buna fitva verməyə bizim haqqımız çatmaz.
Ulka, baci Vəhdətə can atmağını başa düşürəm.
Burda bəzi bacı-qardaşlara cavablarını da başa düşürəm. Öz fikrimi bildirmək istəyirəm. Osman, və ya ilk 3 xəlifə məsum olmayıblar ki, onlar haqqında danışmaq günah olsun. Bu tarixdir, araşdırılmalıdır da.
Digər mövzuda Şah İsmayıl Xətai haqqında fikirlərini bildirmisən, deyirsən İslam naminə heç nə etməyib, dini parçalamaqda rolu olub və millətin mənafeyin qorumayıb. Onda heç orda da heç nə yazilmasın da, onsuz da Şah İsmayil Allah Təala qarşısında öz günahlarin və savabların özü çəkəcək. Daha niyə araşdıraq?
Burda da dəyərli forumçular Osman haqqinda fikirlərin bildiriblər.
Şah İsmayil milləti birləşdirmək istəyib, amma həzrət dediyin ilk 3 xəlifə ümməti parçaladı. Bu tarixdir, tarixi araşdırmaqla və hər şeyi olduğu kimi çatdırmaqla vəhdət yaratmaq olar. Yoxsa 3-5 uydurma hədisdə osman, ömər, müaviyə təriflənib deyə bunlara inanmaq lazim deyil, əsasən də bu hədislər Əbu hüreyrədən gələn hədislərdir. O Əbu Hüreyrə ki, Bəhreynə hakim olmazdan əvvəl dilənçi kökündə idi, hakimlik dövründə isə özünə mal-dövlət yığmışdı, və rüşvətxorluğuna görə Ömər belə onu cəzalandırmışdı. Amma Həzrəti Salman Mədainə hakim olanda necə bir şələ paltari ilə gəlmişdisə hakimiyyətinin sonuna qədər də belə qaldi. Və mən bunu bilib Əbu Hureyrəyə həzrət deyə bilmərəm.
Osman da əhli-beytin haqqına girib, bunu müzakirə etməsək də belədir, etsək də. Bunları sadəcə müqayisə üçün yazdım.
Vəhdət hər bir müsəlmanın arzusudur. Vəhdət müqəddəs hədəfdir, ona aparan yol da düzgün olmalıdır. Vəhdət istəyən həqiqəti olduğu kimi, təəssübkeşlikdən uzaq olaraq qəbul etməlidir. Allah cümləmizin köməyi olsun haqqı tapmaqda və haqq yolunda sabit qədəm olmaqda!