Перейти к содержимому


Фотография

Kütləvi qırğın silahlarının hökmü


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 Апрель 2010 - 15:13

Изображение
Böyük Rəhbər Ayətullah Xamenei Tehranda keçirilən beynəlxalq “Silahsız dünya” konfransına müraciətlə bəyanat verib. O, bəyanatda İranın kimyəvi silahların qurbanı olmasını, hər bir ölkədən çox bu kimi silahların istehsalının və saxlanılmasının təhlükəsini hiss etdiyini bəyan edib. Bu haqda “Mehr” agentliyi xəbər yayıb.
Mənbənin məlumatına əsasən, Ayətullah Xamenei bəyanatda nüvə texnologiyasının müxtəlif elmi sahələrdə əhimiyyətinə işarə edərək deyib: “İİR-ın sülhməqsədli nüvə proqramı yönündə bulanıq atmosferin yaradılmasında əsas hədəflərdən biri region ölkələrinin öz sivil və dəyərli hüquqlarına yiyələnmələrinin qarşısını almaqdır ”.
“Dünyanın yeganə atom canisi hazırda yalancasına atom silahlarının inkişaf etdirilməsinə qarşı mübarizə apardığını iddia edir. Lakin bu sahədə heç bir ciddi addım atılmamış və heç vaxt da atılmayavaq. Əgər ABŞ-ın atom silahları ilə əlaqəli mübarizə iddiası yalan olmasaydı, sionist rejimi bu sahədə beynəlxalq qanunlardan, xüsusilə NPT-ni qəbul etməkdən boyun qaçıra, işğal edilmiş Fələstin ərazilərini atom silahalrı anbarına çevirə bilərdimi? ”, -Ali məqamlı rəhbər bildirib.
“İlk dəfə ABŞ dövləti tərəfindən kütləvi qırğın silahları vasitəsilə Xerosima və Naqasakidə tarixdə gorünməmiş insan faciəsi törədilərkən bəşər təhlükəsizliyi böyük təhdidlə üzləşdi”, - o qeyd edib.
“Atom silahlarından istifadə, hətta hədələmə bariz hummanist qanunları tapdamaq və müharibə cinayəti sayılır”, - Ayətullah Xamenei deyib.
“Biz bu silahlardan istifadə edilməsini haram hesab edirik”, - İİR ali dini lideri bildirib. /haqqyolu/

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru