Перейти к содержимому


Фотография

"əl-Kafi" şiələrimizə kifayətdir


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 17

#1 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 20 Апрель 2010 - 10:08

Salam Aleykum.
Şiələrə müxalif olan bir qrup insan "əl-Kafi" kitabinin guya tam şəkildə səhih olduğunu isbat etmək üçün kitabın bəzi nüsxələrinin müqəddiməsində bəzi mütərcimlər tərəfindən qeyd ediımiş və İmam Mehdiyə (a) nisbət verilmiş - «"əl-Kafi" şiələrimizə kifayətdir» hədisini gətirirlər. Əslində bu heç bir ravisi məlum olmayan bir sözdür ki, hədis alimləri bunun heç bir əsası olmadığını bildiriblər.

Əllamə Seyyid Mürtəza Əskəri (rəhmətullahi əleyh) yazır:


قول مجهول قائله أما ما قيل من أن المهدي ( ع ) قال : ان الكافي كاف لشيعتنا ، فانه قول مجهول راويه ولم يسم أحد اسمه ، ويدل على بطلانه تأليف مئات كتب الحديث بمدرسة أهل البيت بعد الكافي مثل : من لا يحضره الفقيه ، ومدينة العلم والتهذيب والاستبصار والبحار ووسائل الشيعة وجامع أحاديث الشيعة ، إلى غيرها


İmam Mehdi (ə)-dan "əl-Kafi" haqqinda nəql olunan: "Həqiqətən Kafi bizim şiələrimizə kifayətdir" hədisi, ravisi məchul olan və heç bir ravisinin adı çəkilməyən (hədislərdə gəlməyən) bir kəlamdır. Əhli-beyt (a) məktəbində "əl-Kafi"-dən sonra, "Mən la yəhzuruhul-Fəqih", "Mədinətul-Elm", "Təhzib", "əl-İstibsar", "əl-Bihar", "Vəsailuş-Şiə", "Cameu-Əhadisi Şiə" və s. kimi yüzlərlə kitabların yazılması bu hədisin batilliyinə dəlalət edir.


"Məalimul-Mədrəsəteyn", Əllamə Əskəri, 3/283


Dövrünün ən məhşur mühəddislərindən olan, mərhum Mühəddis Nuri (rəhmətullahi əleyh) yazır:

وانه قال عنه : ( ان هذا كاف لشيعتنا ) فبين انه لا أصل له ولا أثر في مؤلفات أصحابنا ، ولم تأت به رواية قط لا صحيحة ولا ضعيفة


O ki, deyirlər "əl-Kafi bizim şiələrimizə kifayətdir" - bunun (kəlamın) əsli və əsası yoxdur. Və bu sözün havası (əsəri) bizim (şiə) alimlərinin başqa kitablarında gözə dəymir. Və heç bir səhih və ya zəif rəvayət bu barədə varid olmayıb.


"Xatəmitul-Müstədrək", Mühəddis Nuri, 1/39


Göründüyü kimi bu hədisin heç əsli-əsası yoxdur və buna istinad edərək "əl-Kafi"-də gələn bəzi zəif hədisləri şiələrə şamil etmək gülünc işdən başqa bir şey deyil.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 20 Апрель 2010 - 13:00

Çox sağ ol məlumata görə, qardaşım.

Lap elə bir səhih hədis olsa idi belə, "Kafi bizim şiələrimizə kifayətdir" demək, onun tam səhih olmağı demək deyil.

Youtube-də bir video qoyub vovalar, Osman Xəmis şiələri Kafi kitabını oxumağa dəvət edir. )))) Bu adam özünü çox ağıllı hesab eliyir eee. Belə heç olmayan kimi. Mən də burda elan edirəm ki, ey sünni camaat, gedin Səhih Buxarini oxuyun. Oxuduqlarınızı da olduğu kimi analiz edin. :rose:


Ayətullah Xoi "Mucəm Rical əl-Hədis" kitabında yazır:

"لانّ فيها مرسلات وفيها روايات في اسنادها مجاهيل، ومن إشتهر بالوضع والكذب،"

Çünki onda (Kafidə) mursəl hədislər vardır. Həmçinin rəvayətlərin isnadlarında məchul,saxtakarlığı və yalançılığı ilə tanınmış ravilər vardır



O cümlədən, həmin kitabda Şeyx Səduqun da fikrini qeyd edir:


أنّ الشيخ الصدوق : قدّس سرّه : لم يكن يعتقد صحّة جميع مافي الكافي

Həqiqətən Şeyx əs-Səduq (q.s.) əl-Kafidəki hədislərin hamısının səhih olduğuna e`tiqad etmirdi.


ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 20 Апрель 2010 - 15:29

Təşəkkür edirəm hər ikinizə. Ancaq opponentlər bəzi başqa şiə alimlərinin fikrini gətirib, səhih olduğunu isbat etməyə çalışırlar. Həmən alimlər həqiqətən o sözləri deyib? inşallah həmən sözləri gətirəcəm

Şiələrin nəzdində "əl-Kafi" kitabının yeri və şiə alimlərinin bu kitab barədə fikirləri.

Şiələr "əl-Kafi" kitabının mötəbər olmasında icma etmişlər.

قال النوري الطبرسي, صاحب المستدرك: "الكافي بين الكتب الأربعة كالشمس بين النجوم, وإذا تأمل المنصف استغنى عن ملاحظة حال آحاد رجال السند المودعة فيه, وتورثه الوثوق, ويحصل له الاطمئنان بصدورها وثبوتها وصحتها". (مستدرك الوسائل للطبرسي ج 3 ص 532).

Ən-Nuri ət-Tabərsi bu kitab barədə demişdir: "Dord kitab arasında, "əl-Kafi" ulduzlar arasında günəş kimidir. İnsaflı bir şəxs, (bi kitabın hədislərinin) sənədlərindəki rəvayətçilərin halı barədə məlumat əldə etdiyi zaman,onun inandırıcı, güvənliyi miras edici, qəlbə rahatlıq gətirici, sübut edici və səhih olduğu qənaətinə gələr". (Ət-Tabərsi "Mustərdək əl-vəsail" (3\səh. 532).

وقال الحر العاملي: "أصحاب الكتب الأربعة وأمثالهم قد شهدوا بصحة أحاديث كتبهم وثبوتها ونقلها من الأصول المجمع عليها, فإن كانوا ثقات تعين قبول قولهم وروايتهم ونقلهم". (وسائل الشيعة ج 20 ص 104).

Əl-Hurr əl-Amili demişdir: "Dörd kitabın sahibləri və onların mislində olan (alimlər), onların kitablarındakı hədislərin səhih və sabit olmasında və üzərində icma edilən bir üsuldan nəql edilməsinə şəhadət etmişlər. Əgər, onların güvənilən olması (qəbul edilərsə), onda, onların sözlərinin, rəvayətlərinin və nəqllərinin qəbuluna qərar verilər". (Əl-Hurr əl-Amili "Vəsailuş-şiə" (20\səh. 104).

وقال عبد الحسين شرف الدين الموسوي, صاحب المراجعات: "الكافي والاستبصار والتهذيب ومن لا يحضره الفقيه, يعني الكتب الأربعة, متواترة مقطوع بصحة مضامينها, والكافي أقدمها وأعظمها وأحسنها وأتقنها". (المراجعات للموسوي مراجعة رقم 110).

"əl-Muraciət" kitabının müəllifi Abdulhüseyn (???) Şərəfuddin əl-Musəvi demişdir: "Əl-Kafi", "əl-İstibsar", "ət-Təhzib" və "Mən lə yəhdurəhul-fəqih" (kitablarının) yəni, (bu) dörd kitabın, (tərkibindəki rəvayətlərin) məzmununun səhih olması qət`idir (və) mütəvatirdir. "Əl-Kafi" onların ən öncülü, ən böyüyü, ən yaxşısı və ən mükəmməlidir". (Abdulhüseyn (???) Şərəfuddin əl-Musəvi "əl-Muraciət" (110 saylı müraciət).

وقال محمد صادق الصدر: "والذي يجدر بالمطالعة أن يقف عليه, يعني القارئ, هو أن الشيعة وإن كانت مجمعة على اعتبار الكتب الأربعة, وقائلة بصحة كل ما فيها من روايات غير أنها لا تطلق عليها اسم الصحاح كما فعل ذلك إخوانهم من أهل السنة". (كتابه الشيعة ص 127).

Muhəmməd Sadiq əs-Sadr demişdir: "Oxuyan kəs bilər ki, şiələr hamılıqla dörd kitaba etibar etsələr də və orada, olan, bütün rəvayətlərin səhih olmasını desələr də, əhli sünnədən olan qardaşların etdikləri kimi, (bu kitablara) səhih adını aid etməmişlər (qoymamışlar)". (Muhəmməd Sadiq əs-Sadr "Kitabuş-şiə" (Səh. 127).
بل إن مؤلف الكتاب وهو الكليني, قال عن سبب تأليف كتابه للسائل: وقلت : "إنك تحب أن يكون عندك كتاب كافٍ يجمع من جميع فنون علم الدين ما يكتفي به المتعلم ويرجع إليه المسترشد, ويأخذ منه من يريد علم الدين والعمل به بالآثار الصحيحة عن الصادقين". (مقدمة الكافي ص 24).

Belə ki, kitabın müəllifi əl-Kuleyni kitabının yazılmasının səbəbi barədə soruşana, cavab verərək, demişdir: "Deyirəm ki: "Sən, (öz) nəzdində bütün dini elmlərinin fənnlərini özündə cəm edən, onunla öyrənənin və bilənin ona müraciət edərək, onunla kifayətlənməsini təşkil edən, ordan (istifadə edərək), sadiqlərdən rəvayət edilən səhih rəvayətlər ilə, dini elmləri və əməlləri götürməsi üçün, kifayət edici bir kitabın olmasını istəmisən". (Əl-Kuleyni "əl-Kafi"-nin müqəddiməsi (Səh. 24).

قال المحقق النائيني : "إن المناقشة في إسناد روايات الكافي حِرفة العاجز". (كتاب الإنتصار للمحقق النائيني في صحة الكافي ص 8 لعلي أبو الحسن).

Mühəqqiq ən-Naini demişdir: "Şübhəsiz ki, "əl-Kafi"-nin rəvayətlərinin sənədləri barədə, hətta, hədis elminin ən biliciləri də münaqişə etməyə acizdirlər". (Mühəqqiq (təhqiqatçı) ən-Naini "Kitabul-intisar" (Səh. 8).

وأما محقق كتاب الكافي, علي أكبر الغفاري فقال: "اتفق أهل الإمامة, وجمهور الشيعة على تفضيل هذا الكتاب والأخذ به والثقة بخبره والاكتفاء بأحكامه, وهم مجمعون على الإقرار بارتفاع درجته وعلو قدره على أنه القطب الذي عليه مدار روايات الثقات المعروفين بالضبط والإتقان, إلى اليوم, وهو عندهم أجمل وأفضل من سائر أصول الحديث". (مقدمة الكافي ص 26).

Amma, "əl-Kafi" kitabının təhqiqatçısı Əli Əkbər əl-Qifari demişdir: "İmamət əhli və şiələrin cumhuru bu kitabın fəzilətli olmasında, (dəlilləri ondan) götürmədə, onün xəbərlərinə güvənmədə və onun əhkamları ilə kifayətlənmədə, onun üzərində ittifaq etmişlər. Onlar (şiələr), bu günə qədər də, onun dərəcəsinin yüksək olmasında qədərinin üca olmasında və əzbəri və dəqiqliyi ilə tanınmış olan, güvənilən (şəxslərin) rəvayətlərinin, onun ətrafında qurulduğu bir qütbdür. O (əl-Kafi), onların nəzdində, hədis üsulunda saır (kitablar)dan ən gözəli və ən fəzilətlisidir". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 26).

وقال المفيد: "الكافي وهو من أجل كتب الشيعة وأكثرها فائدة". (مقدمة الكافي ص 26).

Əl-Mufid demişdir: ""Əl-Kafi" şiə məzhəbinin ən mötəbər və ən çox fayda olan kitablarındandır". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 26).

وقال الفيض الكاشاني عن كتب الشيعة: "الكافي أشرفها وأوثقها وأتمها وأجمعها, لاشتماله على الأصول من بينها وخلوه من الفضول وشينها". (مقدمة الكافي ص 26).

Əl-Feyz əl-Kəşani şiə məzhəbinin kitabları barədə demişdir: ""Əl-Kafi" (bu kitabların) üsulu bəyan etməsi və həddi aşması və biabırçılıqdan xali (uzaq) olması baxımından, ən şərəflisi, ən bütövü, ən tamamıdır". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 27).

وقال المجلسي: "كتاب الكافي أضبط الأصول وأجمعها, وأحسن مؤلفات الفرقة الناجية وأعظمها". (مقدمة الكافي ص 26).

Əl-Məclisi demişdir: ""Əl-Kafi" kitabı üsulu (özündə cəm edən) ən mötəbər, ən bütöv və nicat tapan firqənin kitabları arasında ən yaxçısı və ən böyüyüdür". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 27).

وقال محمد أمين الإسترابادي: "وقد سمعنا من مشائخنا وعلمائنا أنه لم يصنف في الإسلام كتاب يوازيه أو يدانيه".

Muhəmməd Əmin əl-Əstarabadi demişdir: "Biz, öz şeyxlərimiz və alimlərimizdən eşitdik ki, islam dinində onun mislində və onun qədər qiymətli bir kitab yazılmamışdır". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 27).

وقال عباس القمي: "الكافي هو أجل الكتب الإسلامية وأعظم المصنفات الإمامية, والذي لم يُعمل لإمامية مثله". (الكنى والألقاب ج 3 ص 98).

Abbas əl-Qummi demişdir: "Əl-Kafi kitabı islam kitabları arasında, imamilərin (şiələrin) yazdığı (kitabların) ən mötəbəri və ən böyüyüdür. Hansı ki, imamilərin nəzdində onun misli kimi bir kitab yazılmamışdır". ("Əl-Kina vəl-əlqab" (3\səh. 98).



#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 20 Апрель 2010 - 19:45

وقال عبد الحسين شرف الدين الموسوي, صاحب المراجعات: "الكافي والاستبصار والتهذيب ومن لا يحضره الفقيه, يعني الكتب الأربعة, متواترة مقطوع بصحة مضامينها, والكافي أقدمها وأعظمها وأحسنها وأتقنها". (المراجعات للموسوي مراجعة رقم 110).

"əl-Muraciət" kitabının müəllifi Abdulhüseyn (???) Şərəfuddin əl-Musəvi demişdir: "Əl-Kafi", "əl-İstibsar", "ət-Təhzib" və "Mən lə yəhdurəhul-fəqih" (kitablarının) yəni, (bu) dörd kitabın, (tərkibindəki rəvayətlərin) məzmununun səhih olması qət`idir (və) mütəvatirdir. "Əl-Kafi" onların ən öncülü, ən böyüyü, ən yaxşısı və ən mükəmməlidir". (Abdulhüseyn (???) Şərəfuddin əl-Musəvi "əl-Muraciət" (110 saylı müraciət).


Əllamə Əbdülhüseyin Şərəfəddin Amilinin yazdığı "Əl muraciət" kitabında 110-cu məktub yoxdur. çünkü kitab 106 məktubdan ibarətdir.

Əllamə Əbdülhüseyin Şərəfəddin Amili, "Əl muraciət"

بل إن مؤلف الكتاب وهو الكليني, قال عن سبب تأليف كتابه للسائل: وقلت : "إنك تحب أن يكون عندك كتاب كافٍ يجمع من جميع فنون علم الدين ما يكتفي به المتعلم ويرجع إليه المسترشد, ويأخذ منه من يريد علم الدين والعمل به بالآثار الصحيحة عن الصادقين". (مقدمة الكافي ص 24).

Belə ki, kitabın müəllifi əl-Kuleyni kitabının yazılmasının səbəbi barədə soruşana, cavab verərək, demişdir: "Deyirəm ki: "Sən, (öz) nəzdində bütün dini elmlərinin fənnlərini özündə cəm edən, onunla öyrənənin və bilənin ona müraciət edərək, onunla kifayətlənməsini təşkil edən, ordan (istifadə edərək), sadiqlərdən rəvayət edilən səhih rəvayətlər ilə, dini elmləri və əməlləri götürməsi üçün, kifayət edici bir kitabın olmasını istəmisən". (Əl-Kuleyni "əl-Kafi"-nin müqəddiməsi (Səh. 24).


aşağıdakı linkə baxın. açılan səhifnin sonunda "müəllifin önsözü" var. orada şeyx Kuleyninin (r.a) dediklərinin tamamını görə bilərsiniz

Siğətul İslam Əllamə Şeyx Kuleyni (r.a), "əl Kafi", önsöz

Əl-Mufid demişdir: ""Əl-Kafi" şiə məzhəbinin ən mötəbər və ən çox fayda olan kitablarındandır". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 26).

وقال الفيض الكاشاني عن كتب الشيعة: "الكافي أشرفها وأوثقها وأتمها وأجمعها, لاشتماله على الأصول من بينها وخلوه من الفضول وشينها". (مقدمة الكافي ص 26).

Əl-Feyz əl-Kəşani şiə məzhəbinin kitabları barədə demişdir: ""Əl-Kafi" (bu kitabların) üsulu bəyan etməsi və həddi aşması və biabırçılıqdan xali (uzaq) olması baxımından, ən şərəflisi, ən bütövü, ən tamamıdır". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 27).

وقال المجلسي: "كتاب الكافي أضبط الأصول وأجمعها, وأحسن مؤلفات الفرقة الناجية وأعظمها". (مقدمة الكافي ص 26).

Əl-Məclisi demişdir: ""Əl-Kafi" kitabı üsulu (özündə cəm edən) ən mötəbər, ən bütöv və nicat tapan firqənin kitabları arasında ən yaxçısı və ən böyüyüdür". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 27).

وقال محمد أمين الإسترابادي: "وقد سمعنا من مشائخنا وعلمائنا أنه لم يصنف في الإسلام كتاب يوازيه أو يدانيه".

Muhəmməd Əmin əl-Əstarabadi demişdir: "Biz, öz şeyxlərimiz və alimlərimizdən eşitdik ki, islam dinində onun mislində və onun qədər qiymətli bir kitab yazılmamışdır". ("Əl-Kafi"-nin müqəddiməsi (Səh. 27).

وقال عباس القمي: "الكافي هو أجل الكتب الإسلامية وأعظم المصنفات الإمامية, والذي لم يُعمل لإمامية مثله". (الكنى والألقاب ج 3 ص 98).

Abbas əl-Qummi demişdir: "Əl-Kafi kitabı islam kitabları arasında, imamilərin (şiələrin) yazdığı (kitabların) ən mötəbəri və ən böyüyüdür. Hansı ki, imamilərin nəzdində onun misli kimi bir kitab yazılmamışdır". ("Əl-Kina vəl-əlqab" (3\səh. 98).


bu və buna bənzər digər sözlərə gəlincə, Kafinin ən mötəbər kitab olması, kitablarımız arasında ən üstünü, ən fəzilətlisi olması, məktəbimizdə ona bərabər bir kitab olmaması gizli bir şey deyil. bəli, Kafi bizim məktəbin ən mötəbər, ən əvəzsiz və bənzərsiz kitabıdır. kitablarımız içində günəşin ulduzlar içində olduğu mövqedədir. ancaq bu onun səhih olduğu demək deyil. məsələn elə Əllamə Məclisi (r.a) "əl Kafi"yə yazdığı şərhdə -"Miratul Ukul"da- zəif, məçhul olan hədisləri qeyd edib. indi verəcəyim likə baxın. açılan səhifədə olan hədislərin dipnotuna baxın, görəcəksiz ki, Əllamə Məclisi (r.a) bu hədislərə (və daha bir çox hədisə) "zəif", "mürsəl" və ya "məçhul" deyib.

Siğətul İslam Əllamə şeyx kuleyni (r.a), "əl Kafi", Tövhid kitabı, Allahın cism və surət olduğunu təsəvvür etməyin qadağan olması babı
  • Şair это нравится

#5 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 20 Апрель 2010 - 21:31

Mənə maraqlıdır ki, Şair qardaşımızın yazdığı mənbələrin hansını vəhhabilər "Kafi"nin səhih olmasına dəlil gətirirlər?

Onların hansında "Kafi"-nin səhih olması yazılıb?

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 20 Апрель 2010 - 21:39

Elməddin Allah razı olsun.
Master, Elməddinin cavabladığı 1-ci və 2-ci sitatlar

#7 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 23 Апрель 2010 - 02:40

Şairin yerləşdirdiyi vəhhabi məqaləsi elmsiz və yalançı şeyxləri Osman Xəmis tərəfindən yazılmışdır. Xəmisin "səhabələri" (yəni vəhhabilər) hər yerdə Hürr Amili, Təbərsi, Sadiq əs-Sədr və Seyyid Şərəfuddən sitatlar gətirirlər və biz inşAllah bu sitatları bir-bir araşdıracayıq. Əsasən bu 4 sitatı araşdıracayıq, çünki digər alimlərin sözləri heç cürə hər hansısa bir kitaba daxil olan bütün hədislərin səhih olduğunu bildirmir. Hər hansısa bir kitabın təriflənməsi ona daxil olan bütün rəvayətlərin səhih olduğunu əsla bildirmir və bu gün kimi aydın bir məsələdir.
  • Shemsi это нравится

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#8 talaba

talaba

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 38 сообщений

Отправлено 05 Май 2010 - 12:52

BU dediyiniz sozlar Sizin motabar Hadis kitabi saydiqiniz al-Kafi kitabina aid etmak olar O demak deyil ki orda olan ahmisi sahihdir aksina bildiyima gora aksar hadislar qondarma ravyatlardir. Ona gora birinci bu kitabi muzakira etsan yaxshi olardi.

#9 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 05 Май 2010 - 13:22

hədislərə və hədis kitablarına bu necə münasibətdir? hansı foruma baxırsan hansı şiə olur olsun alçaq vahabinin Kafi haqqında yazdığı cızma qaranı araşdırmadan "bu kitabın hamısı səhih deyil ki" deyir. bəlkə elə sənin etiraz etdiyin hədis səhihdir? bəs onda? bu heç cür düzgün deyil. mən indiyə kimi Kafi kimi möhtəşəm kitab görməmişəm. ola bilsin ki, kitabda zəif hədislər olsun ama o zəif hədislərin bənzəri səhih hədislərdə varsa deməli elə zəif dediyimiz o hədisdə düzgündür və qəbul edilir. "bu kitabın hamısı səhih deyil ki" sözünün bir dəfəlik yığışdırmaq lazımdır! əgər dəlil kimi irəli sürülən hədisin zəif, məçhul, mürsəl olduğunu iddia edən varsa bunu sübut etsin daha "bu kitabın hamısı səhih deyil ki" deməsin.

Сообщение отредактировал Elmeddin.88: 05 Май 2010 - 13:31


#10 talaba

talaba

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 38 сообщений

Отправлено 06 Май 2010 - 00:21

San hec zaif hadisi na olduqunu bilmirsan va bilmirsan ki zaif hadisa amal olunmur. Zaif qalsin bir qiraqa hala qondarma hadislara da balka goz yumaq

#11 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 06 Май 2010 - 00:26

BU dediyiniz sozlar Sizin motabar Hadis kitabi saydiqiniz al-Kafi kitabina aid etmak olar O demak deyil ki orda olan ahmisi sahihdir aksina bildiyima gora aksar hadislar qondarma ravyatlardir. Ona gora birinci bu kitabi muzakira etsan yaxshi olardi.

Gözlərində problem yoxdur ki? Mövzunun adına bax. Biz helə "əl-Kafi" kitabını müzakirə edirik və bizim alimlərə görə bu kitabda səhih hədislərnən bərabər, zəif hədislərdə mövcuddur. Offtop edib, vaxtımız alma.

  • Shemsi это нравится

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#12 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 Май 2010 - 10:58

İlk öncə mövzuda müqəddimə kimi qeyd etmək lazımdır ki, 4 mö`təbər hədis kitablarında olan hədislərin səhihliyi məsələsində 2 mühüm görüş vardır. Əxbarilərin və Üsulilərin görüşü. Üsulilərdən fərqli olaraq Əxbarilərdən olan alimlərdən bu kitablarda olan hədislərin hamısının səhihliyini qəbul edənlər olmuşdur. Nümunə üçün əl-Hurr əl-Amili və ən-Nuri ət-Təbərsininin adlarını çəkmək olar.
  • Shemsi это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#13 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 07 Май 2010 - 00:00

Abu Sufyan ordusu, bu məsələyə alimlərimiz tərəfindən çox gözəl aydınlıq gətirilib. Buna dair burda geniş məlumat verilib və userlərimizi tanış etmək üçün vaxtaşırı tərcümələrə ehtiyac duyulur:
صحة كتب الحديث عند الشيعة

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#14 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июнь 2010 - 23:40

4 mö`təbər kitablardakı rəvayətlərinin səhih olması haqqında Əxbarilərin əsas dəlilləri:

1.Biz bilirik ki, İmamların (a) əshabları və raviləri, o cümlədən əshabi-icma 300 ildən çox İmamlardan (a) eşitdikləri rəvayətləri yazıb onlara göstərməyə ömrlərini sərf etmişlər. Bu iş 4 kitabın müəllifləri yaşadığı dövrə qədər davam etmişdir.
Həqiqətdə 4 kitab imamların (a) məclisində yazılmış həmin bu rəvayətlər mirasına əsaslanaraq yazılmışdır.

2. Dörd mö`təbər kitabların müəllifləri yazdıqları rəvayətlərin səhih olduğunu həmin kitabların müqəddimələrində bildirmişlər. əl-Kuleyni müəllifi olduğu kitabı dini anlamaqda çaşqınlıqda qalmışları bu çaşqınlıqdan xilas etmək üçün yazmışdır. Aydındır ki, bu işə yalnız səhih hədislərlə müəssər olmaq olar.
Mərhum Səduq "Mən lə yəhdaruhul-fəqih" kitabının müqəddiməsində yazdığı rəvayətlərin səhih və onun fətvalaraı ilə uyğun olduqlarını açıq-aydın bildirmişdir. Şeyx Tusi də bu cür inanca görə hətta zahirən sənədi zəif olan rəvayətləri öz kitabında yazmışdır.

3.Rical kitablarına və ilk dövrün alimlərinin əhvalına nəzər saldıqda "Əsl"lərın və mö`təbər kitabların onların zamanında mövcud olduğunun şahidi oluruq və öz kitablarını onlara əsasən yazdıqları mə`lum olur. Əgər onlar “Əsl”lərdən götürdükləri rəvayətlərin hansındasa tərəddüd və şəkk etsəydilər öz kitablarında həmin rəvayətlər barədə fikir bildirərdilər. Çünki bu cür olmadığı halda rəvayətlər doğru yolu nişan vermək vasitəsi hesab olunmazlar. Necə ki, şeyx Tusi “Uddə” kitabında və “İstibsar” kitabının əvvəlində bildirib: “Əməl olunan hədis, nəqlinin düzgün olmasında icma olan “Əsl”lərdən götürülmüşdür.”




Əxbarilərin dəlilləri ilə daha ətraflı tanış olmaq üçün “Məsadirul-İstinbat beyn əl-Usuliyyin vəl- Əxbariyyin” səh. 111-119-a müraciət etmək olar.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#15 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 Июнь 2010 - 23:29

Usulilər bu kitabları mə`təbər və əhəmiyyətli mənbələr hesab etsələrdə əxbarilərdən fərqli olaraq kitablarda yer almış hədislərin bütövlükdə mə`sumlardan (a) sadir olduğunu qəbul etmirlər və əxbarilərin dəlillərini kafi hesab etmirlər.

Üsulilərə gərə bu kitabların "Əsl"lərdən istifadə edilərək tərtib olunması onların mə`təbərliyinə dəlalət edir, rəvayətlərin hamısının səhihliyinə yox. Çünki 4 mğtəbər kitabın əsasında duran "Əsl"lərdə yer almış rəvayətlərin hamısının səhih olduğunu qətiyyətlə demək olmur. Çünki İmamlardan (a) rəvayət edənlərin içində yalançı, hədis uyduran, dinsiz və s. kimi insanlar da yer almışdırlar. Bu cür şəxslər bə`zən özləri və başqaları yazdıqları rəvayətlərin içinə uydurma hədislər də daxil edirdilər.

İmam Sadiq (a)bu məsələ barədə buyurmuşdu: Allah Muğirə b. Səidə lə`nət eləsin!........O, atamın adından yalan danışardı.(İxtiyar Mə`rifətir-Rical 2/91, Biharul-Ənvar 64/202)



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#16 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 Июнь 2010 - 00:23

Başqa bir rəvayətdə İmam (a) buyurur: Muğirə b. Səid qəsdən atamın adından yalan danışırdı. Onun ətrafında olanlar atamın əshabının içində gizlənərək kitablarını Muğirə b. Səidə çatdırırdılar. Muğirə b. Səid kitablarda olan rəvayətlərin arasına küfrlə dolu mətləblər əlavə edərək atama nisbət verirdi. Sonra isə həmin kitabları yenidən sahiblərinə qaytarırdılar ki, şiələr arasında yayılsın.(Biharul-Ənvar 96/264)

O ki, qaldı 4 mö`təbər kitabların müəlliflərinin öz kitabları barədə dediklərinə: İlk növbədə demək lazımdır ki, yalnız Şeyx Səduq öz kitabı barədə bu cür söz söyləmişdir. İkinci isə fərz etsək ki, bu cür iddianı qəbul etdık, o baxımdan qəbul edərik ki, kitab müəllifləri qəsdən qeyri-səhih hədisləri öz kitablarına yazmayıblar. Lakin bu o demək deyil ki, zəif rəvayətlər müəllifin səhvi və xətası səbəbinə həmin kitablarda yer ala bilməzlər.
Başqa sözlə əgər müəllif öz kitabındakı hədislərin səhih olduğunu iddia etsə bu onun şəxsi ictihadına söykənərək dediyi sözdür və yalnız onun özü üçün höccətdir, digər alimlər üçün yox.

Əxbarilərin dəlillərinin kafi olmaması bir tərəfə, bu kitablarda yer almış hədislərin isnadlarında nəzərə çarpacaq sayda zəif və hətta hədis uyduran ravilərin mövcudluğu, Quran, mö`təbər sünnə, sağlam ağıl, tarix, elm və s. me`yarları ilə uyğun olmayan, 4 kitab müəlliflərin özlərinin qəbul etmədiyi rəvayətlərin mövcudluğu, rəvayətlərin mətnlərində olan ixtilaf və s. bu kitablardakı hədislərin hamısının mə`sumlardan (a) sadir olmadığının ən yaxşı şahididir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#17 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 06 Ноябрь 2010 - 00:59

Ayətullah Məkarim Şirazi Ağanın(Allah Onun ömrünü uzun və bərəkətli etsin) rəsmi saytında bu hədis barədə maraqlı bir şeyə rast gəldim. Kafi bizim şiələrə kifayətdir sözünün böyük şiə alimləri tərəfindən qəbul edilmədiyi bildirildikdən sonra deyilir:

فقط یک عبارت در میان روایات شیعه دربارۀ تفسیر حرف کاف در ذیل آیۀ نخست سورۀ مریم یعنی (کهیعص) وجود دارد که امام صادق (علیه

السلام) فرمود «کاف کاف لشیعتنا» یعنی حرف کاف در این آیه برای شیعیان ما کفایت می کند. و شاید عده ای از افراد نادان این عبارت

را تحریف کرده و به صورت «الکافی کاف لشیعتنا» در آورده اند.


Məryəm surəsinin ilk ayəsinin təfsirinə aid İmam Sadiq(ə)dan bir hədis vardır ki, İmam(ə) buyurur: "Kaf (hərfi) şiələrimizə kifayətdir". Yə`ni bu ayədəki "Kaf" hərfi bizim şiələrimizə kifayət edər. Lakin ola bilsin ki, bə`zi nadanlar bu sözü təhrif edərək "əl-Kafi şiələrimizə kifayətdir" şəklinə salmışlar.

http://persian.makar...77&gro=6869&sw=

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#18 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 12 Ноябрь 2010 - 03:02

Marağlı faktdır.
Birinci posta əlavə olarağ Seyyid Səid Rəşadinin kitabından oxuduğum bir cümləni də qeyd edim.

"Kuleyni ilə İmam Zamanın (a.f) naibi arasında əlaqə olduğu barədə heç bir dəlil və sübut yoxdur. "Əl-Kafi kafil-li şiyyətina" hədisinin sənədi məlum deyil."


"Hədis elmi", Seyyid Səid Rəşadi, səh. 59


Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru