Перейти к содержимому

Фотография

"Qısa şalvar" məsələsi...

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 19

#1 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 04 мая 2010 - 23:59

Salam Aleykum.
Bu yaxınlarda vəhhabi saytlarının birində niki Səlahəddin olan biri "əl-Kafi"-dən "Qeyimi qısatmaq" babını tərcümə edib, həmişəki kimi camaata öz fikirlərini sırımağ istəyini gördüm. Atalar burda deyər e - "Ölmüşdür Xankişi"...

Əvvəla, Səlahəddinə sual vermək istərdim ki, o gətirdiyin hədislərdə yuxarıda Əllamə Məclisi və Şeyx Bəhbudinin fikirlərini niyə tərcümə etməmisən, yoxsa sərf etmir? Yoxsa camaatı bu cürə "qoyun" yerinə qoymağ təzə imicinizdir?

İkincisi, o "topuğdan yuxarı" fikirlərini sən deyəsən yuxunda görmüsən və yaxud da korlanmış fantaziyalarının məhsuludur ki, bəzi hədislərə bu sözləri bilərəkdən daxil etmisən. Keçək mətləbə...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#2 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 00:25

Səlahəddin 12 hədisi tərcümə etsə də, həmin bab-da 13 hədis var. Bu 13 hədisin əksəri məqbul deyil.

Ya eyyuhəş-şiə! Siz bu rəvayətlərə nə üçün əməl etmirsiz?. Məlumdur ki, müsəlmanı zahirdə, kafirlərdən ayıran iki-üç əlamət var ki, bunlar da, bığları gödəltmək, saqqalı uzatmaq və libası kişilər üçün, topuqdan yuxarı geyməkdir. Bu, müsəlmanın sifətidir. Müsəlman bunlarla, kafirlərdən seçilir və ayrılır. Nə üçün biz bunlara əməl etməyək? Nə isə ... Keçək rəvayətlərə.

قال الكليني في كتابه الكافي (12\ص 229):

Əl-Kuleyni "Əl-Kafi" kitabında (12\səh. 229) demişdir:

باب تَشْمِيرِ الثِّيَابِ

Paltarı qısaltmaq babı (fəsli).

1- (مجلسي حسن22/336 - بهبودي ضعيف)
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ( عليه السلام ) فِي قَوْلِ اللَّهِ تَبَارَكَ وَ تَعَالَى وَ ثِيابَكَ فَطَهِّرْ قَالَ فَشَمِّرْ .

1 - Əli bin İbrahim, o da, atasından, o da İbni Əbi Umeyrdən, o da, Abdulla bin Sinandan, o da, Əbi Abdulla (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, o da: Allah təbarəkə və təalənin: "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) ayəsi barədə: "Libasını qısalt" demişdir.

2- (مجلسي ضعيف على المشهور22/337 - بهبودي ضعيف)
الْحُسَيْنُ بْنُ مُحَمَّدٍ عَنْ مُعَلَّى بْنِ مُحَمَّدٍ عَنِ الْحَسَنِ بْنِ عَلِيٍّ الْوَشَّاءِ عَنْ أَحْمَدَ بْنِ عَائِذٍ عَنْ أَبِي خَدِيجَةَ عَنْ مُعَلَّى بْنِ خُنَيْسٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ( عليه السلام ) قَالَ إِنَّ عَلِيّاً ( عليه السلام ) كَانَ عِنْدَكُمْ فَأَتَى بَنِي دِيوَانٍ وَ اشْتَرَى ثَلَاثَةَ أَثْوَابٍ بِدِينَارٍ الْقَمِيصَ إِلَى فَوْقِ الْكَعْبِ وَ الْإِزَارَ إِلَى نِصْفِ السَّاقِ وَ الرِّدَاءَ مِنْ بَيْنِ يَدَيْهِ إِلَى ثَدْيَيْهِ وَ مِنْ خَلْفِهِ إِلَى أَلْيَتَيْهِ ثُمَّ رَفَعَ يَدَهُ إِلَى السَّمَاءِ فَلَمْ يَزَلْ يَحْمَدُ اللَّهَ عَلَى مَا كَسَاهُ حَتَّى دَخَلَ مَنْزِلَهُ ثُمَّ قَالَ هَذَا اللِّبَاسُ الَّذِي يَنْبَغِي لِلْمُسْلِمِينَ أَنْ يَلْبَسُوهُ قَالَ أَبُو عَبْدِ اللَّهِ ( عليه السلام ) وَ لَكِنْ لَا يَقْدِرُونَ أَنْ يَلْبَسُوا هَذَا الْيَوْمَ وَ لَوْ فَعَلْنَاهُ لَقَالُوا مَجْنُونٌ وَ لَقَالُوا مُرَاءٍ وَ اللَّهُ تَعَالَى يَقُولُ وَ ثِيابَكَ فَطَهِّرْ قَالَ وَ ثِيَابَكَ ارْفَعْهَا وَ لَا تَجُرَّهَا وَ إِذَا قَامَ قَائِمُنَا كَانَ هَذَا اللِّبَاسَ .

2 - Əl-Huseyn bin Muhəmməd, o da, Muallə bin Muhəmməddən, o da, əl-Həsən bin Əli əl-Vəşşadən, o da, Əhməd bin Aizdən, o da, Əbi Xədicədən, o da, Muallə bin Xuneysdən, o da, Əbi Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, demişdir: "Şübhəsiz ki, Əli (əs) sizin nəzdinizdə idi və bəni Divan (oğulları) qəbiləsindən (adamlar) gəldilər və bir dinara üç paltar -- biri(nin uzunluğu) topuqdan yuxarıya qədər olan qamıs (köynək), biri (təxminən, uzunluğu) dizdən bir qarış aşağıya qədər olan izar (ərəblərin qurşaqdan aşağı geydiyi, yubkaya bənzər, paltar) və biri də, qabaqdan sinəyə qədər və arxadan da dabanlarına qədər olan rida (plaşa bənzər libas) aldılar. Bundan sonra, (Əli) əllərini səmaya qaldıraraq, evinə daxil olana qədər, geyindiyi libasa görə, uca Allaha həmd etdi. Bundan sonra isə: "Bu, müsəlmanların geyinməsi gərəkən bir libasdır" dedi. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) demişdir: "Lakin, bu gün, siz onu (bu cür) geymək qüdrətində deyilsiniz. Əgər, biz bunu etsək, onda, bizə, məcnun (dəli) və münafiq deyərlər. Uca Allah: "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) demişdir. (Bundan sonra, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs)): "Paltarını (topuqdan yuxarı) qaldır və onu (çox) uzatma. Qaim (imam Məhdi) gəldiyi zaman, (onun libası da) bu (buna bənzəyən) libas olacaqdır" dedi".

3- (مجلسي ضعيف على المشهور22/337 - بهبودي ضعيف)
عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ سَهْلِ بْنِ زِيَادٍ عَنْ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ عَنْ عَبْدِ اللَّهِ بْنِ يَعْقُوبَ عَنْ عَبْدِ اللَّهِ بْنِ هِلَالٍ قَالَ أَمَرَنِي أَبُو عَبْدِ اللَّهِ ( عليه السلام ) أَنْ أَشْتَرِيَ لَهُ إِزَاراً فَقُلْتُ لَهُ إِنِّي لَسْتُ أُصِيبُ إِلَّا وَاسِعاً قَالَ اقْطَعْ مِنْهُ وَ كُفَّهُ قَالَ ثُمَّ قَالَ إِنَّ أَبِي قَالَ وَ مَا جَاوَزَ الْكَعْبَيْنِ فَفِي النَّارِ .
(مجلسي موثق)مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ ابْنِ فَضَّالٍ عَنْ يُونُسَ بْنِ يَعْقُوبَ مِثْلَهُ .

3 - Bir çox əshabımızdan, onlar da, Səhl bin Ziyaddan, o da, Muhəmməd bin İsadan, o da Yunus bin Yaqubdan, o da, Abdulla bin Yaqubdan, o da, Abdulla bin Hilaldan rəvayət etmişdir ki, demişdir: "Əbu Abdulla (Cəfər bin əs-Sadiq) (əs) mənə bir izar almağı əmr etdi. Mən də, ona dedim ki, aldığım libas genişdir. (Cəfər bin əs-Sadiq) Dedi ki: "Ondan artıq olanı kəs, at!". Bundan sonra, dedi ki: "Şübhəsiz ki, mənim atam (Muhmməd əl-Baqir), demişdir ki: "(Libas) İki topuğu(n həddini) aşarsa (aşağı enərsə), cəhənnəmdədir".
(Həmçinin) bu hədisin bir mislini də Məclisinin "müvəssəq" (güvənilən) dediyi bir sənədlə, Muhəmməd bin Yəhyədən, o da, Əhməd bin Muhəmməddən, o da, İbni Fəddaldan, o da, Yunus bin Yaqubdan rəvayət etmişdir.
4- (مجلسي مجهول22/337 - بهبودي ضعيف)
مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عُثْمَانَ عَنْ رَجُلٍ مِنْ أَهْلِ الْيَمَامَةِ كَانَ مَعَ أَبِي الْحَسَنِ ( عليه السلام ) أَيَّامَ حُبِسَ بِبَغْدَادَ قَالَ قَالَ لِي أَبُو الْحَسَنِ ( عليه السلام ) إِنَّ اللَّهَ تَعَالَى قَالَ لِنَبِيِّهِ ( صلى الله عليه وآله ) وَ ثِيابَكَ فَطَهِّرْ وَ كَانَتْ ثِيَابُهُ طَاهِرَةً وَ إِنَّمَا أَمَرَهُ بِالتَّشْمِيرِ .
4 - Muhəmməd bin Yəhyə, o da, Əhməd bin Muhəmməddən, o da, Əli bin əl-Hakəmdən, o da, Abdurrəhman bin Osmandan, o da Yaməmə əhlindən bir nəfərdən rəvayət etmişdir ki, o, Əbul-Həsən (əs) Bağdadda, həbsdə olduğu müddətdə, onun ilə birlikdə idi. Demişdir ki: "Əbul-Həsən (əs) mənə dedi ki, şübhəsiz ki, uca Allah peyğəmbərinə (sas): "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) demişdir və onun paltarı təmiz idi. (Bunu deməklə, uca Allah) Yalnız, (libasın) qısaldılmasını əmr edir".

5- عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي جَعْفَرٍ ( عليه السلام ) أَنَّ النَّبِيَّ ( صلى الله عليه وآله ) أَوْصَى رَجُلًا مِنْ بَنِي تَمِيمٍ فَقَالَ لَهُ إِيَّاكَ وَ إِسْبَالَ الْإِزَارِ وَ الْقَمِيصِ فَإِنَّ ذَلِكَ مِنَ الْمَخِيلَةِ وَ اللَّهُ لَا يُحِبُّ الْمَخِيلَةَ .

5 – Əli bin İbrahim, o da, atasından, o da, İbni Məhbubdan, o da, Hişam bin Səlimdən, o da, Əbi Bəsır, o da, Əbu Cəfərdən (əs) rəvayət etmişdir ki, peyğəmbər (sas) bəni Təmim (oğulları) qəbiləsindən olan bir nəfərə vəsiyyət edərək: "İzar və qamisi isbal edərək (uzun olaraq, geyinməkdən) çəkin. Şübhəsiz ki, bu (əməl) qürurlanmaqdandır və Allah qururlanan şəxsi sevməz" dedi.

6- (مجلسي مرفوع22/338 - بهبودي ضعيف)
أَبُو عَلِيٍّ الْأَشْعَرِيُّ عَنِ الْحَسَنِ بْنِ عَلِيٍّ الْكُوفِيِّ عَنْ عُبَيْسِ بْنِ هِشَامٍ عَنْ أَبَانٍ عَنْ أَبِي حَمْزَةَ رَفَعَهُ قَالَ نَظَرَ أَمِيرُ الْمُؤْمِنِينَ ( عليه السلام ) إِلَى فَتًى مُرْخٍ إِزَارَهُ فَقَالَ يَا بُنَيَّ ارْفَعْ إِزَارَكَ فَإِنَّهُ أَبْقَى لِثَوْبِكَ وَ أَنْقَى لِقَلْبِكَ .

6 – Əbu Əli əl-Əşari, o da, əl-Həsən bin Əli əl-Kufidən, o da, Ubeys bin Hişamdan, o da, Əbandan, o da, Əbi Həmzədən, mərfu olaraq, rəvayət etmişdir ki, əmirəl-mu`minin (Əli) izarını (libasını) uzun geyinən bir gəncə baxdı (onu gördü) və dedi: "Ey oğlum! Izarını (Libasını topuqdan yuxarı) qaldır. Çünki, bu, sənin paltarının (daha da salamat) qalması və qəlbinin də, daha da təmizlənməsi üçündür".

7- (مجلسي ضعيف على المشهور22/338 - بهبودي ضعيف)
عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ سَهْلِ بْنِ زِيَادٍ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ الْأَشْعَرِيِّ عَنِ ابْنِ الْقَدَّاحِ عَنْ أَبِي عَبْدِ اللَّهِ ( عليه السلام ) قَالَ كَانَ أَمِيرُ الْمُؤْمِنِينَ ( عليه السلام ) إِذَا لَبِسَ الْقَمِيصَ مَدَّ يَدَهُ فَإِذَا طَلَعَ عَلَى أَطْرَافِ الْأَصَابِعِ قَطَعَهُ .

7 - Bir çox əshabımızdan, onlar da, Səhl bin Ziyaddan, o da, Cəfər bin Muhəmməd əl-Əşaridən, o da, İbnil-Qaddahdan, o da, Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət edilmişdir ki: "Əmirəl-mö`minin (Əli) (əs) bir qamis (köynək) geyindiyi zaman, əllərini uzadardı, əgər, ətrafları barmaqlarından uzun olardısa, onu kəsərdi" demişdir.

8- (مجلسي ضعيف على المشهور22/338 - بهبودي ضعيف)
عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ خَالِدٍ عَنْ أَبِيهِ عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ عَنِ الْحَسَنِ الصَّيْقَلِ قَالَ قَالَ لِي أَبُو عَبْدِ اللَّهِ ( عليه السلام ) تُرِيدُ أُرِيكَ قَمِيصَ عَلِيٍّ ( عليه السلام ) الَّذِي ضُرِبَ فِيهِ وَ أُرِيكَ دَمَهُ قَالَ قُلْتُ نَعَمْ فَدَعَا بِهِ وَ هُوَ فِي سَفَطٍ فَأَخْرَجَهُ وَ نَشَرَهُ فَإِذَا هُوَ قَمِيصُ كَرَابِيسَ يُشْبِهُ السُّنْبُلَانِيَّ فَإِذَا مُوَضَّعُ الْجَيْبِ إِلَى الْأَرْضِ وَ إِذَا الدَّمُ أَبْيَضُ شِبْهُ اللَّبَنِ شِبْهُ شُطَبِ السَّيْفِ قَالَ هَذَا قَمِيصُ عَلِيٍّ ( عليه السلام ) الَّذِي ضُرِبَ فِيهِ وَ هَذَا أَثَرُ دَمِهِ فَشَبَرْتُ بَدَنَهُ فَإِذَا هُوَ ثَلَاثَةُ أَشْبَارٍ وَ شَبَرْتُ أَسْفَلَهُ فَإِذَا هُوَ اثْنَا عَشَرَ شِبْراً .

8 - Bir çox əshabımızdan, onlar da, Əhməd bin Muhəmməd bin Xaliddən, o da, atasından, Muhəmməd bin Sinandan, o da, əl-Həsən əs-Sayqaldan, rəvayət edilmişdir ki, demişdir: "Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) mənə: "Sən, Əlinin (əs) (qılıncla) vurulduğu və (üzərində) onun qanı olan köynəyini görmək istəyirsənmi?" dedi. Mən: "Bəli" dedim. Onun gətirilməsini əmr etdi və o, bir qutuda idi. Onu, qutudan çıxartdı və göstərdi. (Gördüm ki) O, Sunbulaniyə bənzəyən, nazik pambıq parçadan bir köynəkdir. (Qanın izi) Cibindən yerə qədər olan yerdə idi. Onun qanı südə bənzər, ağappağ rəngdə idi və qılıncla bir neçə yerdən kəsilmişdi. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs): "Bu, Əlinin (əs) (qılıncla) vurulduğu və üzərində qan izi olan köynəyidir" dedi. (Köynəyin) Bədən(inin yuxarı) hissəsini qarışla ölçdüm, üç qarış etdi və aşağısını da ölçdüm, on iki qarış etdi".

http://www.alhikmeh....afi06/18.htm#12

http://islamkutuphan...kafi-6/353.html

9- أَبُو عَلِيٍّ الْأَشْعَرِيُّ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الْجَبَّارِ وَ مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ جَمِيعاً عَنِ الْحَجَّالِ عَنْ ثَعْلَبَةَ بْنِ مَيْمُونٍ عَنْ زُرَارَةَ بْنِ أَعْيَنَ قَالَ رَأَيْتُ قَمِيصَ عَلِيٍّ ( عليه السلام ) الَّذِي قُتِلَ فِيهِ عِنْدَ أَبِي جَعْفَرٍ ( عليه السلام ) فَإِذَا أَسْفَلُهُ اثْنَا عَشَرَ شِبْراً وَ بَدَنُهُ ثَلَاثَةُ أَشْبَارٍ وَ رَأَيْتُ فِيهِ نَضْحَ دَمٍ .

9 – Əbu Əli əl-Əşari, o da, Muhəmməd bin Abdul-Cabbar və Muhəmməd bin Yəhyədən, onlar da, Əhməd bin Muhəmməddən hamılıqla, o da, əl-Həccal, o da, Sə`aləbə bin Məymun, o da, Zurara bin Əuyundan rəvayət etmişdir ki, demişdir: "Əlinin (əs) qətl edildiyi köynəyi Əbu Cəfərin (Muhəmməd əl-Baqirin) (əs) nəzdində gördüm. (Gördüm ki,) onun aşağısı on iki qarış, bədəni isə, üç qarış idi və onun üzərində qan ləkəsini gördüm".

10- عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ خَالِدٍ عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ عَنْ رَجُلٍ عَنْ سَلَمَةَ بياع الْقَلَانِسِ قَالَ "كُنْتُ عِنْدَ أَبِي جَعْفَرٍ ( عليه السلام ) إِذْ دَخَلَ عَلَيْهِ أَبُو عَبْدِ اللَّهِ ( عليه السلام )
فَقَالَ أَبُو جَعْفَرٍ ( عليه السلام ) يَا بُنَيَّ أَلَا تُطَهِّرُ قَمِيصَكَ فَذَهَبَ فَظَنَنَّا أَنَّ ثَوْبَهُ قَدْ أَصَابَهُ شَيْ ءٌ فَرَجَعَ فَقَالَ إِنَّهُ هَكَذَا فَقُلْنَا جَعَلَنَا اللَّهُ فِدَاكَ مَا لِقَمِيصِهِ قَالَ كَانَ قَمِيصُهُ طَوِيلًا وَ أَمَرْتُهُ أَنْ يُقَصِّرَ إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ وَ ثِيابَكَ فَطَهِّرْ ".

10 – Əshabımızın bir çoxundan, onlar da, Əhməd bin Muhəmməd bin Xaliddən, o da, Muhəmməd bin Əlidən, o da, (məchul) bir nəfərdən, o da, Sələmədən rəvayət etmişdir ki,(o,) şalvar ticarəti etdi. Dedi ki: "Mən, Əbu Cəfərin (Muhəmməd əl-Baqirin) (əs) yanında idim. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) onun yanına daxil olduğu zaman, Əbu Cəfər (əs) ona: "Ey oğlum! Libasını təmizləmədinmi?" dedi. O da, (ordan) getdi. Biz, onun libasına bir şeyin bulaşdığını zənn etdik. (Bundan sonra, o) qayıtdı və onun bu cür olduğunu dedi. Biz (Əbu Cəfərə Muhəmməd əl-Baqirə): "Allah bizi sənə fəda etsin! Onun libasına nə olub ki?" dedik. (Bunun üzərinə, Əbu Cəfər (Muhəmməd əl-Baqir): "Onun libası uzun idi və mən ona əmr etdim ki, libasını qısalt!. Çünki, Əziz və Cəlil Allah deyir ki:"Libasını təmizlə!". Dedi.

11- عَنْهُ عَنْ أَبِيهِ عَنِ النَّضْرِ بْنِ سُوَيْدٍ عَنْ يَحْيَى الْحَلَبِيِّ عَنْ عَبْدِ الْحَمِيدِ الطَّائِيِّ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ قَالَ نَظَرَ أَبُو عَبْدِ اللَّهِ ( عليه السلام ) إِلَى رَجُلٍ قَدْ لَبِسَ قَمِيصاً يُصِيبُ الْأَرْضَ فَقَالَ "مَا هَذَا ثَوْبٌ طَاهِرٌ ".

11 – Həmçinin, ondan, o da, atasından, o da, ən-Nadr bin Suveyddən, o da, Yəhyə əl-Hələbidən, o da, Əbdülhəmid ət-Taidən, o da, Muhəmməd bin Muslümdən rəvayət etmişdir ki, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) libası yerə toxunan bir nəfərə baxdı və: "Bu libas, təmiz deyildir?" dedi.

12- عَنْهُ عَنْ عُثْمَانَ بْنِ عِيسَى عَنْ سَمَاعَةَ بْنِ مِهْرَانَ عَنْ أَبِي عَبْدِ اللَّهِ ( عليه السلام ) قَالَ فِي الرَّجُلِ يَجُرُّ ثَوْبَهُ قَالَ إِنِّي لَأَكْرَهُ أَنْ يَتَشَبَّهَ بِالنِّسَاءِ .

12 – Həmçinin, ondan, o da, osman bin İsadan, o da, Səmaət bin Mihrandan, o da, Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki: "Libası (yerlə) sürünən bir nəfər barədə, dedi ki: "Şübhəsiz ki, mən qadınlara bənzəməyi bəyənmirəm (xoşlamıram)" dedi".
(Burda, Cəfər əc-Sadiqin, libasını uzun geyən bir nəfəri qadına bənzətməsi, qadınlara libaslarını topuqlardan aşağı geyməyin əmr edilməsi səbəbindəndir).

1. Əllamə Məclisi "Miratul-Uqul" kitabında: 2, 3, 7, 8, 10, 13-cü hədislərə "zəif" adlandırmışdır. ("Miratul-uqul", 22/336-340)
2. Əllamə Məclisi "Miratul-Uqul" kitabında: 4-cü hədisi "məchul" adlandırmışdır, həmçinin 6-ci hədisi "mərfu" adlandırmışdır ki, bu cür hədislər məqbul sayıla bilməz.("Miratul-uqul", 22/336-340)
3. Şeyx Bəhbudi özünün "Səhih əl-Kafi" kitabına yalnız 5, 9, 11, 12-ci hədislər daxil etmişdir. ("Səhih əl-Kafi", 3/209-210)

Yanı biz müzakirələrimizi yalnız 1, 5, 9, 11, 12-ci hədislər üzərində dayandıra bilərik. İndi bir-bir həmin hədislərə nəzər edək...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#3 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 00:33

1- (مجلسي حسن22/336 - بهبودي ضعيف)
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ( عليه السلام ) فِي قَوْلِ اللَّهِ تَبَارَكَ وَ تَعَالَى وَ ثِيابَكَ فَطَهِّرْ قَالَ فَشَمِّرْ .

1 - Əli bin İbrahim, o da, atasından, o da İbni Əbi Umeyrdən, o da, Abdulla bin Sinandan, o da, Əbi Abdulla (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, o da: Allah təbarəkə və təalənin: "Geyimini təmiz saxla!" (Əl-Muddəssir surəsi, 3) ayəsi barədə: "Libasını qısalt" demişdir.

1. Bu hədis Əllamə Məclisiyə (Miratur-Uqul, 22/336) görə "həsən" hədislərdəndir. Bəhbudi isə bu hədisi "səhih" hesab etməmişdir və özünün "Səhih" kitabına daxil etməmişdir.
2. Bu hədisdə libası topuğdan yuxarı qaldırmağ barədə heç bir şey deyilməmişdır. "Libasını qısalt" sözü paltarın uzun-uzadı yernən sürünməməsinə dəlalət edə bilər, daha vəhhabilər kimi şalvarın bridjiyə çevirməsinə - yox. Bu barədə hələ Əhli-sünnə mənbələriynən danışacağıq...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#4 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 00:40

5- عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي جَعْفَرٍ ( عليه السلام ) أَنَّ النَّبِيَّ ( صلى الله عليه وآله ) أَوْصَى رَجُلًا مِنْ بَنِي تَمِيمٍ فَقَالَ لَهُ إِيَّاكَ وَ إِسْبَالَ الْإِزَارِ وَ الْقَمِيصِ فَإِنَّ ذَلِكَ مِنَ الْمَخِيلَةِ وَ اللَّهُ لَا يُحِبُّ الْمَخِيلَةَ .

5 – Əli bin İbrahim, o da, atasından, o da, İbni Məhbubdan, o da, Hişam bin Səlimdən, o da, Əbi Bəsır, o da, Əbu Cəfərdən (əs) rəvayət etmişdir ki, peyğəmbər (sas) bəni Təmim (oğulları) qəbiləsindən olan bir nəfərə vəsiyyət edərək: "İzar və qamisi isbal edərək (uzun olaraq, geyinməkdən) çəkin. Şübhəsiz ki, bu (əməl) qürurlanmaqdandır və Allah qururlanan şəxsi sevməz" dedi.

1. Bu hədisdə şalvarı, libası topuğdan yuxarı qaldırmaq barədə heç bir söz deyilməyib.
2. İmamın (a) "Şübhəsiz ki, bu (əməl) qürurlanmaqdandır və Allah qururlanan şəxsi sevməz" kəlməsi ona dəlalət edir ki, müsəlmanlar qədim ərəblər kimi öz qüdrətlərini və varlı-dövlətli olmağlarını uzun-uzadı əbalarıyla göstərməsinlər və arxalarıyla süründürməsinlər. Kimin adı şalvara, geyimi yekəxanalıqdan geyindiyini görən olub?

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#5 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 00:49

9- أَبُو عَلِيٍّ الْأَشْعَرِيُّ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الْجَبَّارِ وَ مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ جَمِيعاً عَنِ الْحَجَّالِ عَنْ ثَعْلَبَةَ بْنِ مَيْمُونٍ عَنْ زُرَارَةَ بْنِ أَعْيَنَ قَالَ رَأَيْتُ قَمِيصَ عَلِيٍّ ( عليه السلام ) الَّذِي قُتِلَ فِيهِ عِنْدَ أَبِي جَعْفَرٍ ( عليه السلام ) فَإِذَا أَسْفَلُهُ اثْنَا عَشَرَ شِبْراً وَ بَدَنُهُ ثَلَاثَةُ أَشْبَارٍ وَ رَأَيْتُ فِيهِ نَضْحَ دَمٍ .

9 – Əbu Əli əl-Əşari, o da, Muhəmməd bin Abdul-Cabbar və Muhəmməd bin Yəhyədən, onlar da, Əhməd bin Muhəmməddən hamılıqla, o da, əl-Həccal, o da, Sə`aləbə bin Məymun, o da, Zurara bin Əuyundan rəvayət etmişdir ki, demişdir: "Əlinin (əs) qətl edildiyi köynəyi Əbu Cəfərin (Muhəmməd əl-Baqirin) (əs) nəzdində gördüm. (Gördüm ki,) onun aşağısı on iki qarış, bədəni isə, üç qarış idi və onun üzərində qan ləkəsini gördüm".

Bu hədisdə söhbət ümümiyyətlə köynəkdən gedir ki, mətləbimizə dəxli yoxdur.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#6 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 00:52

11- عَنْهُ عَنْ أَبِيهِ عَنِ النَّضْرِ بْنِ سُوَيْدٍ عَنْ يَحْيَى الْحَلَبِيِّ عَنْ عَبْدِ الْحَمِيدِ الطَّائِيِّ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ قَالَ نَظَرَ أَبُو عَبْدِ اللَّهِ ( عليه السلام ) إِلَى رَجُلٍ قَدْ لَبِسَ قَمِيصاً يُصِيبُ الْأَرْضَ فَقَالَ "مَا هَذَا ثَوْبٌ طَاهِرٌ ".

11 – Həmçinin, ondan, o da, atasından, o da, ən-Nadr bin Suveyddən, o da, Yəhyə əl-Hələbidən, o da, Əbdülhəmid ət-Taidən, o da, Muhəmməd bin Muslümdən rəvayət etmişdir ki, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) libası yerə toxunan bir nəfərə baxdı və: "Bu libas, təmiz deyildir?" dedi.

Bu hədis də əvvəl ki məsələlərdə dediyim kimi yernən sürünən libaslara şamildir ki, mətləbimizdən kənardır. Hemçinin, hədisdə paltarı "topuğdan yuxarı" kəskəm barədə heç bir söz deyilməyib.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#7 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 00:59

12- عَنْهُ عَنْ عُثْمَانَ بْنِ عِيسَى عَنْ سَمَاعَةَ بْنِ مِهْرَانَ عَنْ أَبِي عَبْدِ اللَّهِ ( عليه السلام ) قَالَ فِي الرَّجُلِ يَجُرُّ ثَوْبَهُ قَالَ إِنِّي لَأَكْرَهُ أَنْ يَتَشَبَّهَ بِالنِّسَاءِ .

12 – Həmçinin, ondan, o da, osman bin İsadan, o da, Səmaət bin Mihrandan, o da, Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki: "Libası (yerlə) sürünən bir nəfər barədə, dedi ki: "Şübhəsiz ki, mən qadınlara bənzəməyi bəyənmirəm (xoşlamıram)" dedi".
(Burda, Cəfər əc-Sadiqin, libasını uzun geyən bir nəfəri qadına bənzətməsi, qadınlara libaslarını topuqlardan aşağı geyməyin əmr edilməsi səbəbindəndir)

1. Hədisdə "Libası (yerlə) sürünən bir nəfər ..." söz işlənə-işlənə bu hədisi necə dəlil kimi gətirmək olar? Bu hədis əbalarını uzun-uzadı arxalarıyca sürüyən ərəblərə şamildir ki, onların geyimilə qadınların geyimləri arasında fərq yox idi.
2. Mötərizədə gətirilən kəlmələr "əl-Kafi"-də mövcüd deyil və Abu İbrahimin "vəhhabi fantaziyalarının" məhsuludur.
Vəssalam!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#8 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 01:46

Abu Ibrahim "əximizdən" ən-Nəvəvinin "Riyad əs-Salihin" kitabindan (Hədis № 791) bu hədisi biz şəhr etməyini xahiş edərdim.

وعن ابن عمر رضى الله عنهما أن النبي صلى الله عليه وسلم قال‏:‏ ‏"‏من جر ثوبه خيلاء لم ينظر الله إليه يوم القيامة‏"‏ فقال أبو بكر‏:‏ يا رسول الله إن إزاري يسترخي إلى أن أتعاهده، فقال له رسول الله صلى الله عليه وسلم‏:‏ ‏"‏إنك لست ممن يفعله خيلاء‏"‏‏.

Ibn Ömərdən nəql olunur ki, Peyğəmbər (s) buyurub: "Allah Qiyamət günü libasini (əbasını) özünü görsətmək niyyətiylə (yekəxanalıqdan) arxasıyca sürükləyən insana nəzər etməz." (Bu zaman) Əbu Bəkr buyurdu: "Ya Rəsulullah, bəzən libasıma diqqət yetirməyəndə, o da yerə düşür (və sürünür)". Peyğəmbər (s) ona (cavab olaraq) buyurdu: "Həqiqətən sən bunu özünügöstərmək niyyətiylə (və yekəxanalıqdan) etmirsən."

"Riyad əs-Salihin", ən-Nəvəvi, № 791

Bu hədisdən nə başa düşülür?
1. Özünü göstərmək niyyəti olmadan, lap elə, geyimini arxaca sürükləyə bilərsən, necə ki, bəzən bu Əbu Bəkrin misalında olurdu və Peyğəmbər (s) buna heç bir etiraz etmirdi.
2. Şalvarı bridjiyə çevirib özünüzü güldürməknən Peyğəmbərin (s) hansı sünnəsinə əməl etmiş olursuz? Əksinə, 9 million insan normal şalvar geyindiyi halda, bircə siz "brijdi", "şortik" geyinib özünüzü gözə soxmuş olursuz.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#9 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 05 мая 2010 - 07:26

Allah razı olsun! Zəhmətivin əvəzini versdin! Çox faydalı məlumatdır!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#10 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 05 мая 2010 - 12:09

Hacı Əhlimanın sözü yadıma düşdü...... --Şalvar gəlib dizə çıxanda olur Peyğambər sünnəti, İmam Hüseyn üçün ağlayanda olur BİDƏT?????--
Allah hidayət eləsin bu VOVALARI
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#11 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 05 мая 2010 - 14:17

Allah razı olsun qardaş! Faydalı məlumatlar idi.
Bunun kimi, bir neçə məsələ də var. İnşallah ona da aydınlıq gətirilər.

#12 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 05 мая 2010 - 20:09

Axı özünüz də etiraf edirsiz ki, o hədislərin arasında səhih olanlar mövcuddur?! Özünüz deyirsiz ki, əl-Bəhbudi özünün "Sahih əl-Kafi" kitabına 5, 9, 11 və 12-ci hədisləri daxil edib. Bu isə o deməkdir ki, əl-Bəhbudi'yə görə bu hədislər səhihdir.

İkincisi isə şiələrin əvvəlki mühəddisləri hədisin zəif olmağını deməklə onun dəlil üçün yararsız olduğunu qəsd etmirdilər. Hətta sizin alimlərinizdən biri etiraf edir ki, sizin hədisləri sənədləri ilə birlikdə zikr etməklərinin səbəbi hədislərin qəbul olunub olunmayacağını araşdırmaq deyil, sadəcə olaraq sünnilərin onları qınamamaqları üçündür. Baxın görün əl-Hurr əl-Amili "əl-Vasəil" kitabında (30/258) nə deyir:

الفائدة في ذكره مجرد التبرك باتصال سلسلة المخاطبة اللسانيّة ، ودفع تعيير العامة الشيعة بأن أحاديثهم غير معنعنة ، بل منقولة من أصول

"Sənədi zikr etməkdəki yeganə fayda şifahi sözlərin bir-birinə bitişik silsiləsi ilə bərəkətlənmək və sünnilərin "onların hədisləri ravilər vasitəsilə rəvayət olunmamışdır" deyərək şiələri qınamamaqları üçündür, bununla hədislərin mənbələrindən nəql olunduğunu göstərmək üçündür."

Üstəlik sizin alimlər etiraf edirlər ki, onlar üçün hədisin zəif olması hədisi kənara atmaq anlamına gəlmir. Onlar hətta bir çox zaman zəif hədislə əməl edib səhih hədisləri tərk ediblər. Bunu yenə əl-Hurr əl-Amili həmin kitabında səhifə 256-da deyir.
Bir də uzağa getmək lazım deyildir, öz təfsir kitablarınızı açıb "əl-Muddəssir" surəsinin dördüncü ayəsinin şərhinə baxın. Orada açıq-aydın bir çox şərhdə öz müfəssirləriniz deyirlər ki, paltarı təmizləməklə qəsd olunan mənalardan da biri paltarı "təşmir" etməkdir. "Təşmir" isə ərəb dilindən məlum olduğu kimi izarın aşağısını qaldırmaq, ya da köynəyin qollarını çəkməkdə istifadə olunur. Şahid olacaqsız ki, müfəssirlər yuxarıda gətirilmiş hədisləri ya dəlil kimi, ya da şahid kimi istifadə edirlər. Doğrusunu Allah bilir!

#13 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 05 мая 2010 - 21:51

Jafar, əhsən +1 Allah elmini kamil etsin!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#14 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 22:09

axi77

Axı özünüz də etiraf edirsiz ki, o hədislərin arasında səhih olanlar mövcuddur?! Özünüz deyirsiz ki, əl-Bəhbudi özünün "Sahih əl-Kafi" kitabına 5, 9, 11 və 12-ci hədisləri daxil edib. Bu isə o deməkdir ki, əl-Bəhbudi'yə görə bu hədislər səhihdir.

"Axı"-ynan iş düzəlmir. Biri "həsən", 4-ü "səhih" olan hədislərin heç biri şalvarın "bridjiyə" çevirilməsinə dəlalət etmir. Bu səhih hədislərin heç birində topuğdan aşağı libas geyinməyin nəhyini göstərmir. Hər hədisə ayrı-ayrı kiçik aydınlıq gətirmişəm. Məgər oxumaq bu gədər çətindir? Yoxsa sizə görə şiələrə qarşı hər nə gəldi yazmaq mübah hökmündədir?

İkincisi isə şiələrin əvvəlki mühəddisləri hədisin zəif olmağını deməklə onun dəlil üçün yararsız olduğunu qəsd etmirdilər. Hətta sizin alimlərinizdən biri etiraf edir ki, sizin hədisləri sənədləri ilə birlikdə zikr etməklərinin səbəbi hədislərin qəbul olunub olunmayacağını araşdırmaq deyil, sadəcə olaraq sünnilərin onları qınamamaqları üçündür.

Bəli, hədisin sənədinin yoxlanılmasının səbəblərindən biri də budur ki, müxaliflərın ağızlarını yummaqdır. Əsas səbəbi isə nəss-i üzə çıxarıb ona əməl etməkdir ki, bu barədə usul kitablarında tez-tez rast gəlmək olar, fəqət onun artıq sizə heç bir dəxliyyəti ola bilməz.

Üstəlik sizin alimlər etiraf edirlər ki, onlar üçün hədisin zəif olması hədisi kənara atmaq anlamına gəlmir. Onlar hətta bir çox zaman zəif hədislə əməl edib səhih hədisləri tərk ediblər. Bunu yenə əl-Hurr əl-Amili həmin kitabında səhifə 256-da deyir.

Bu ümümi hədis elminin qanunudur, ay "əxi". Hədislər var ki, misal üçün, əxlaq elmində tez-tez istifadə olunur. Məgər, misal üçün, əl-Buxari əxlaqa dair kitablarında zəif hədislərə istinad etməyib? Həmçinin belə hədislərə dərin ictihadi məsələlərdə hədislərin külliyatını araşdıranda istifadə olunar ki, bu usuli-fiqhə aiddir ki. Yanı bir alim bir hədisi "səhih", digərisi isə "zəif" bilirsə, artıq hər bir alim öz ictihadı fiklərinə söykənə bilər. Sənin belə məsələlərə girişməyin üçün əvvəl hidayət olunub, sonra bir 20-30 il oxumağın gərəkdir.

İrad tuta bilərsən ki, bəs birdən digər alimlər gətirdiyin hədislərin bir neçəsini məqbul hesab edilrsə, onda necə? Cavab budur ki, əgər libasın topuğdan yuxarı qaldırılmasına dair bir nəss gəlib çatmışdırsa, onda o nəss-ə söykənən alim də olmalıydı, amma əsrlər boyu Əhli-beyt (a) məzhəbində belə bir fəqihə rast gəlinməyib. Və bu bir daha bu hədislərin məqbul olmamalarına dəlildir ki, necə Məclisi və Bəhbudi kimi alimlər bunu təstiqləyiblər.

Bir də uzağa getmək lazım deyildir, öz təfsir kitablarınızı açıb "əl-Muddəssir" surəsinin dördüncü ayəsinin şərhinə baxın. Orada açıq-aydın bir çox şərhdə öz müfəssirləriniz deyirlər ki, paltarı təmizləməklə qəsd olunan mənalardan da biri paltarı "təşmir" etməkdir. "Təşmir" isə ərəb dilindən məlum olduğu kimi izarın aşağısını qaldırmaq, ya da köynəyin qollarını çəkməkdə istifadə olunur.

1. Əhli-beyt (a) məktəbinin fiqhində paltarın təmiz olması şərtdir və onun şərtliyi şalvarı "şortik" eləməkdən ibarət deyil. Ürəyin istədiyin bir müctəhidin şəri hökmlər toplusu aç və bax gör orda libasın qısaldılmasına dair bir şeyə rast gəlirsən, ya yox. Yoxsa düşünürsən ki, gətirdiyin hədislər barədə heç kəsin xəbəri yoxdur və sən "Amerika açmısan"? :rolleyes: O hədislər mühəddislər və helə gədim fəqihlərdən bəri, bugünədək "ələkdən keçirilib" və "keçirilməkdədir".
2. Sizin alimlərin əksəri bu işi caiz bilmişdilər. Bəziləri məkruh. Bəziləri isə (İbn Baz, əl-Münəccid və s.) kimilər ifrata varıb "isbal"-ın hökmünü haram bilmişdilər. Təbii ki, İbn Baz-ın və onun kimilərinin hər şeydə zahirə söykənmək prinsipi öz "gözəlliyini" hər sahədə biruzə verir.
3. Ümümiyyətlə, libasın qısaldılmasında məqsəd şöhrətli ərəblərin öz əbalarının uzunluğuynan ölçülən özünügöstərmə adətlərini nəyh və qadağan etməsinə görədir. Millionlarnan insanın adı şalvar geyinməsi məgər onların özünügöstərməsinə görədir? Bunu iddia etmək belə absurddur. Vəssalam!

Сообщение отредактировал JAFAR: 05 мая 2010 - 22:12

  • Shale это нравится

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#15 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 мая 2010 - 22:53

Nəql olunur ki, Allahın Rəsulu buyurub:

حدثنا هناد بن السري، حدثنا حسين الجعفي، عن عبد العزيز بن أبي رواد، عن سالم بن عبد الله، عن أبيه، عن النبي صلى الله عليه وسلم قال ‏"‏ الإسبال في الإزار والقميص والعمامة من جر منها شيئا خيلاء لم ينظر الله إليه يوم القيامة ‏"

"İsbal izar, qamis və əmmamədə (baş geyimi, türban) olur. Kim bunlardan birini təkəbbürlük niyyətiylə (yekəxanalıqdan) ilə aşağı salarsa, Allah Qiyamət günündə ona nəzər etməz"

"Sünən Əbi Davud", hədis № 4096

Həmçinin, Peyğəmbərdən (s) nəql olunur ki:

‏ من أسبل إزاره في صلاته خيلاء فليس من الله في حل ولا حرا

"Kim namazında təkəbbürlüyünə görə izarını uzadarsa (açıb-buraxarsa), nə xeyirdə (halalda), nə haramda Allahdan (onun üçün) bir şey yoxdur"

"Sünən Əbi Davud", hədis №637

Сообщение отредактировал JAFAR: 05 мая 2010 - 22:55

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#16 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 06 мая 2010 - 18:29

axi77

Axı özünüz də etiraf edirsiz ki, o hədislərin arasında səhih olanlar mövcuddur?! Özünüz deyirsiz ki, əl-Bəhbudi özünün "Sahih əl-Kafi" kitabına 5, 9, 11 və 12-ci hədisləri daxil edib. Bu isə o deməkdir ki, əl-Bəhbudi'yə görə bu hədislər səhihdir.

"Axı"-ynan iş düzəlmir. Biri "həsən", 4-ü "səhih" olan hədislərin heç biri şalvarın "bridjiyə" çevirilməsinə dəlalət etmir. Bu səhih hədislərin heç birində topuğdan aşağı libas geyinməyin nəhyini göstərmir. Hər hədisə ayrı-ayrı kiçik aydınlıq gətirmişəm. Məgər oxumaq bu gədər çətindir? Yoxsa sizə görə şiələrə qarşı hər nə gəldi yazmaq mübah hökmündədir?

Heç kəs əməlin vacib olmasından söz açmır. Söhbət bu əməlin şəriətdə mövcud olub olmamasından gedir. Məsələn beşinci rəvayətdə açıq-aydın izarda isbalın olması qınanmışdır, rəvayətdə peyğəmbərin Təmim qəbiləsindən bir nəfərə belə vəsiyyət etdiyi deyilir:

إِيَّاكَ وَ إِسْبَالَ الْإِزَارِ وَ الْقَمِيصِ فَإِنَّ ذَلِكَ مِنَ الْمَخِيلَةِ وَ اللَّهُ لَا يُحِبُّ الْمَخِيلَةَ

"İzarını və köynəyini isbal etməkdən çəkin, çünki bu, təkəbbürlükdəndir və Allah təkəbbürlüyü sevməz."

Bu özlüyündə bəhsimiz üçün kifayət edir. Əgər belə bir əməl şəriətin qınadığı bir əməldirsə, o zaman bundan çəkinib paltarını topuqdan yuxarıda qaldıranlara "vahabi adəti" deyərək lağ etməyə nə ad vermək olar?! Gərək şiələr də etiraf etsinlər ki, paltarı qısaltmaq şəriətin libasda təqdir gördüyü bir əməldir.

وعن ابن عمر رضى الله عنهما أن النبي صلى الله عليه وسلم قال‏:‏ ‏"‏من جر ثوبه خيلاء لم ينظر الله إليه يوم القيامة‏"‏ فقال أبو بكر‏:‏ يا رسول الله إن إزاري يسترخي إلى أن أتعاهده، فقال له رسول الله صلى الله عليه وسلم‏:‏ ‏"‏إنك لست ممن يفعله خيلاء‏"‏‏.

Ibn Ömərdən nəql olunur ki, Peyğəmbər (s) buyurub: "Allah Qiyamət günü libasini (əbasını) özünü görsətmək niyyətiylə (yekəxanalıqdan) arxasıyca sürükləyən insana nəzər etməz." (Bu zaman) Əbu Bəkr buyurdu: "Ya Rəsulullah, bəzən libasıma diqqət yetirməyəndə, o da yerə düşür (və sürünür)". Peyğəmbər (s) ona (cavab olaraq) buyurdu: "Həqiqətən sən bunu özünügöstərmək niyyətiylə (və yekəxanalıqdan) etmirsən."
"Riyad əs-Salihin", ən-Nəvəvi, № 791

Mən öz məzhəbimin görüşünü qeyd edə bilərəm və bu görüş alimlərin böyük əksəriyyətinin görüşüdür. Bu görüşə görə isbal haram deyil. əl-Qadi İbnul-Arabi, əz-Zəhəbi, əs-Sanani və bir neçə alim bu əməlin haram olduğunu deyiblər, lakin onlar əhli-sünnətin az bir qismini təşkil edir.
Hənbəlilərin görüşünə görə ehtiyac olmadan paltarı uzatmaq məkruhdur, lakin ehtiyac olarsa halaldır.
Bir də hənbəli məzhəbinin görüşünə görə müstəhəb olan şalvarı topuğun ortasına və ya topuğun yuxarı hissəsinə qədər qısaltmaqdır. Ondan yuxarı qısaltmaq barədə gəlmiş hədislər nəsx olunmuşdur, hətta alimlər deyirlər ki, baldırın ortasından yuxarıya qədər şalvarı qaldırmaq da məkruhdur. Onlara görə ən doğru hal şaları topuğun üst tərəfinə qədər qısaltmaqdır. Bu barədə oxumaq üstəyən Şeyx Bəkr Əbu Zeyd'in mövzu ilə bağlı yazdığı risaləsinə müraciət etsin.
Mən özüm də Azərbaycan cəmiyyətində şalvarı çox qısaldan qardaşların əməlini doğru qarşılamıram, bu artıq sünnət paltarı deyil, şöhrət paltarı olmuşdur. Bu barədə o qədər alim danışıb ki, onları bir-bir saymaqla mövzu çox uzanacaq. Məsələn xatırlayıram ki, Şeyx İbn Useymin - rahiməhullah - "Şərh Nəzmil-Varaqat"da, səsli dərslərinin birində bu barədə gözəl danışıb. Şeyx İbn Useymin hələ Suudiyyə Ərəbistandakı hal barəsində danışaraq deyir ki, orada millətin libası uzun olur və millətdən seçilərək libası qısa şəkildə məscidə gəlmək doğru deyildir. Belə şeylər diqqət etmək lazımdır.

#17 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 06 мая 2010 - 21:14

إِيَّاكَ وَ إِسْبَالَ الْإِزَارِ وَ الْقَمِيصِ فَإِنَّ ذَلِكَ مِنَ الْمَخِيلَةِ وَ اللَّهُ لَا يُحِبُّ الْمَخِيلَةَ

"İzarını və köynəyini isbal etməkdən çəkin, çünki bu, təkəbbürlükdəndir və Allah təkəbbürlüyü sevməz."

Həmçinin bunu da qeyd etmək istəyirəm ki, təşmir sözünə lüğətdə baxsaz anlayacaqsız ki, təşmir sadəcə olaraq paltarı yerdən yuxarı qaldırmaq deyildir. Əgər köynəyini kimsə biləyinə qədər çəkərsə buna təşmir deməzlər, təşmir nəzərə çarpacaq dərəcədə qısaltmaqdır. İnsanların çoxu keçmişdə də, indiki zamanda da paltarlarını yerə dəyməyəcək şəkildə geyiniblər, yəni paltar adi halda onsuz da yerə dəymir, paltarın yerə dəyməsi adi insanlarda oturub durarkən mümkün olur. Təşmir etmək isə normal həddən yuxarı qaldırmaqdır.
http://www.gareebtou...read.php?t=6032
Bu linkdə şiə şeyxi bu barədə gəlmiş rəvayətləri dəlil gətirir və sonunda deyir ki, ən əfzəl olan paltarın topuqdan yuxarı olmasıdır.

Məsələn xatırlayıram ki, Şeyx İbn Useymin - rahiməhullah - "Şərh Nəzmil-Varaqat"da, səsli dərslərinin birində bu barədə gözəl danışıb. Şeyx İbn Useymin hələ Suudiyyə Ərəbistandakı hal barəsində danışaraq deyir ki, orada millətin libası uzun olur və millətdən seçilərək libası qısa şəkildə məscidə gəlmək doğru deyildir.

Səudiyyədə insanların necə geyinməsinə gəldikdə isə, bu yeni bir şey deyil. Bütün Xalicdə insanlar uzun geyinirlər, onların çoxunda paltar topuqdan aşağı düşür, lakin hamısında belə deyil, topuğu keçmir. Şeyx İbn Useymin isə danışarkən bəzilərinin paltarı baldırın ortasına qədər qaldırmasını qəsd etmişdir.
Azərbaycanda isə müsəlmanlara öyrədilən görüş mənim nəzərimdə xətalıdır, alimlərin böyük əksəriyyətinə görə təkəbbürlük olmadan paltarı topuqdan aşağı salmaq haram deyildir. Bir alimə görə bir şey haram olarsa o demək deyil ki, onu edənlər haram iş etmiş olurlar, çünki ola bilsin ki, paltarını uzun geyinən bunun haram olduğunu düşünmür. İmam Əbu Hənifənin paltarı yerə dəyərmiş və ona bu hədisləri söyləyəndə Əbu Hənifə qeyd edir ki, bu hədislər paltarını təkəbbürlük səbəbilə uzadanlara aiddir.

#18 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 06 мая 2010 - 23:51

Heç kəs əməlin vacib olmasından söz açmır. Söhbət bu əməlin şəriətdə mövcud olub olmamasından gedir. Məsələn beşinci rəvayətdə açıq-aydın izarda isbalın olması qınanmışdır, rəvayətdə peyğəmbərin Təmim qəbiləsindən bir nəfərə belə vəsiyyət etdiyi deyilir:

إِيَّاكَ وَ إِسْبَالَ الْإِزَارِ وَ الْقَمِيصِ فَإِنَّ ذَلِكَ مِنَ الْمَخِيلَةِ وَ اللَّهُ لَا يُحِبُّ الْمَخِيلَةَ

"İzarını və köynəyini isbal etməkdən çəkin, çünki bu, təkəbbürlükdəndir və Allah təkəbbürlüyü sevməz."

Bu özlüyündə bəhsimiz üçün kifayət edir. Əgər belə bir əməl şəriətin qınadığı bir əməldirsə, o zaman bundan çəkinib paltarını topuqdan yuxarıda qaldıranlara "vahabi adəti" deyərək lağ etməyə nə ad vermək olar?! Gərək şiələr də etiraf etsinlər ki, paltarı qısaltmaq şəriətin libasda təqdir gördüyü bir əməldir.

1. Şeyx Dəşti demişkən, sizin probleminiz və bədbəxtçiliyiniz ondan ibarətdir ki, Əhli-beyt (a) məkətibinin fiqhi və istilahlarıynan tanış olmamış, öz istilahlarınızla bizi mühakimə etmək istəyirsiz. Bu hansı elmi qaydaya sığan bir məsələdir? Əvvəla, bizim istilahlarımızda isbal libası topuğdan yuxarı qaldırmaq deyil, uzun-uzadı arxanca sürükləməyin nəsxindən ibarətdir! Bizim usuli-fiqhin vəch və siniflərində bu barədə heç bir şeyə şəxsən mən rast gəlməmişən. İkincisi, isbal o vaxt güvvəyə minir ki, geyim təkəbbürlük niyyətiylə uzananda. Təkəbbürlük niyyəti olmadan və cəmiyyətdə bu təkəbbürlük kimi qiymətləndirilməsə belə geyimlərin eybi yoxdur və ola bilməz. Bizə görə ümümiyyətlə təkəbbürlüknən görünən hər bir iş işkallıdır.
2. 5-ci rəvayət nəyə dəlalət edir? Məgər orda topuğlar nəzər tutulub, yoxsa ümümi əbanı təkəbbürlük niyyətiylə uzatmağın nəsxindən söhbət gedib? Yenə də təkrar edirəm ki, imkanlı ərəblər öz əbalarını təkəbbürlük niyyətiylə sürükləməyi xoşlayırdılar və heç kəs onların niyyətində bixabər deyildir. Bu öz dövrünə görə güvvətli olan bir şəri hökmdür. Və indi ki dövrdə o vaxt qüvvətə minə bilər ki, kimsə geyimini təkəbbürlük niyyətiylə arxasıyca sürükləmək niyyətiylə geyinmiş olsa.
3. Vəhhabilərə iradın yeri var və bunu kənara aparmağa çalışma! İbni Teymiyyə və onun "dəstəsindən" olandan təbii ki, zahirə uyub və hədislərin məğzini anlamayıb camaatı haramzadə adlandırası sənə görə adi hal olsa da, bizə görə ifratdir və hər bir ifrat - küfrdür. Özüdə əl-Münəccid "aliminiz" bunu "böyük günah" adlandırıb. Hələ İbn Baz və digərləri barədə demirəm. Onların davamçıları olan günümüzün manqurt vəhhabiləri hər normal şalvar geyənə haramzadə kimi baxırlar və şəxsən özüm vaxtıyla bunun dəfələrlə şahidi olmuşam. Birdə onu yadında saxla ki, Əhli-beyt (a) məktəbinin fiqhində libasın topuğdan yuxarı qaldırılmasına dair heç bir fiqhi hökm yoxdur və bunu bizə aid etmək yalandan başqa bir şey deyil! Əksinə libas ayağın üstündə düşmək barədə İmam Cəfəri Sadiqdən (a) hədislər gəlmişdir və fiqhi kitabların bəzisində bu qeyd olunub.

Mən özüm də Azərbaycan cəmiyyətində şalvarı çox qısaldan qardaşların əməlini doğru qarşılamıram, bu artıq sünnət paltarı deyil, şöhrət paltarı olmuşdur. Bu barədə o qədər alim danışıb ki, onları bir-bir saymaqla mövzu çox uzanacaq. Məsələn xatırlayıram ki, Şeyx İbn Useymin - rahiməhullah - "Şərh Nəzmil-Varaqat"da, səsli dərslərinin birində bu barədə gözəl danışıb. Şeyx İbn Useymin hələ Suudiyyə Ərəbistandakı hal barəsində danışaraq deyir ki, orada millətin libası uzun olur və millətdən seçilərək libası qısa şəkildə məscidə gəlmək doğru deyildir. Belə şeylər diqqət etmək lazımdır.

Bunu əxilərinə tez-tez təkrar elə. Biz deyəndə, deyirlər ki, rafizi uydurmasıdır. Həmçinin bunu da anlatmağa çalış:

İmam Əbu Hənifənin paltarı yerə dəyərmiş və ona bu hədisləri söyləyəndə Əbu Hənifə qeyd edir ki, bu hədislər paltarını təkəbbürlük səbəbilə uzadanlara aiddir.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#19 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 07 мая 2010 - 00:31

Fiqh ümümiyyətlə məsələnin "külliyatını" araşdırır, daha "mövzuatını" müzakirə etmir. Günümüzün vəhhabiləri öz əqidələrini gözə soxmaq üçün şalvarı "bridjiyə" çevirib, saqqalı qarnına kimi saxlayıb özlərini necə Peyğəmbərə (s) nisbət verirlər?

Şeyx Məkarim Şirazinin fətvalarına dair şöhrət libasları və onların seçilmləri:

Məsələ 770: Vacib ehtiyata əsasən, insan şan-şöhrət göstəricisi olan libaslardan çəkinməlidir. Şöhrət libası dedikdə elə bir libas nəzərdə tutulur ki, bu libası geyməkdə riyakarlıq olsun. Məsələn, bir şəxs özünü zahid və tərki-dünya göstərmək üçün ucuz və solğun rəngli libaslar geyərsə, buna irad var. Amma əgər həqiqətən onun məqsədi sadə geyinməkdirsə bunun eybi yoxdur. Əksinə, riyakarlıq yox, sadəlik məqsədi ilə belə geyinmək bəyənilmiş işdir. Şöhrət libası ilə qılınan namaz batil deyil.
Məsələ 771: İnsanın ona hörmətsizlik gətirəcək və fəsad yaradacaq libaslar geyinməsinə irad var.

"Tövhizul-Məsail", fəsl "Namaz qılanın libası ilə bağlı şərtlər"

1. Bizim əqidəyə görə hazırki vəhhabilərimizin geyindikləri geyim (bridji) öz əqidələrini biruzə verməkdir və əksər elə geyinənlər şöhrət və riya libası geyindikləri üçün bunun işkalı var.
2. Bizim əqidəyə görə riyakarlıq niyyətiylə geyilən hər bir geyimə irad vardır. Topuğdan aşağı yuxarı geyinmək məsələsi bizim fəqihlər arasında sədasın tapmayan bir hökmdür və heç kəs bunu qeyd etməyib. Hədislərimizdə bu məsələ qeyd olunmayıb.
3. Bizim əqidəyə görə topuğdan aşağı geyinən insanlara haramzadə kimi baxmaq ifratdır və hər bir ifrat da küfrə aparır. Digərlər məzhəblərin bu məsələyə yanaşmaları şiə fiqhinə heç cürə höccət sayıla bilməz, çünki məzhəblərin istilahları və üsul yanaşmaları kökündən fərqlənirlər.
Vəssalam.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#20 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 07 мая 2010 - 14:35

Forumda sələfi varsa, xahiş edirəm bu sualıma cavab versin.
"O şalvarları nöş həyif eliyirsüz???" :blink:

Ciddi sual:
Peyğəmbərdən (saas) hədis var, özdə siz bu hədisi çox sevirsiz. "Kim özünü hansı qövmə bənzədərsə, onlardan sayılır".
Qısa jeans" şalvar geyinməklə özünüzü hansı qövmə bənzədirsiz? Geyinin də peyğəmbərin (saas) əbasından, ləbbadəsindən, xırkasından, nəleynindən geyinin. Sora o geyimi kefiniz istəyən qədər qısaldın.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru