Перейти к содержимому


Фотография

Həzrət Musanın (ə) məsumiyyəti


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 12

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 Май 2010 - 20:53

Əssalamu aleykum. Mərhəmətli və bağışlayan Allahın adi ilə. Allahın salam və salavatı elçisi Məhəmmədə və onun pak Əhli-beytinə olsun!

Bizim əqidəmizə əsasən bütün peyğəmbərlər məsumdurlar, onlar günah etməyiblər. Təəssüflər olsun ki, Quranın bəzi ayələrinin zahirinə aldanmaq və təfsirə laqeyd yanaşmaq, bəzi qardaşların bu məsələdə şəkkə düşməsinə səbəb olub.
Bu mövzuda Həzrət Musanın (ə) məsumluğuna ünvanlanan iradlar cavablanacaq inşallah.

Сообщение отредактировал al-Islam: 16 Май 2010 - 20:55

  • Shemsi это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 16 Май 2010 - 20:57

İlk olaraq "əl-Qəsəs" surəsinin 16-ci ayəsinə toxunmaq istərdim:

قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

“(Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir!”


Burada hər hansı cinayətdən söhbət belə gedə bilməz. Çünki qibtinin öldürülməsi şəriətlə caiz idi. Buna səbəb onun Fironun məmuru olması idi. Firon məmurlarının Bəni-İsrailin başına nələr gətirməsi Quranda da qeyd olunmuşdur. Bunlardan biri doğulan oğlan uşaqlarının qətlə yetirilməsi idi. Buna görə Həzrət Musanın (ə) həmin cinayətləri işləyən şəxslərdən birini öldürməsi haram deyildi. Əgər burada Həzrət Musa (ə) məzluma kömək edirsə, hansı günahdan söhbət gedə bilər?
Amma sual yarana bilər ki, Musa (ə) niyə özünə zülm etdiyini deyir?!
Əgər Musa (ə) qibtiyə qarşı tələskən davranıb özünü aşkar etməsəydi, Misirə qaçmağa, başqa əziyyətlər çəkməyə məcbur qalmayacaqdı. Bu iş “tərki-övla”dan başqa bir şey deyil. Həzrət Musa (ə) bu hadisəyə daha sakit reaksiya verməli və o məzluma daha uyğun yolla yardım etməli idi.
Qibtinin öldürülməsi qəsdən olması da haram deyil. Amma böyük ehtimalla Musanın (ə) məqsədi onu öldürmək yox, qorxutmaq olmuşdur. Lakin onun vurduğu zərbə nəticəsində qibti ölmüşdür.
Həzrət Musanın Allahdan məğfirət diləməsi isə aydın məsələdir ki, tərki-övlaya görədir.

  • Shemsi это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 16 Май 2010 - 23:13

Hansisa ayede var diyesenki onlarin baximindan gunahkaram iqfirli yani meni ort.Bu menada yoxsaki gunah etmemishdi.

#4 IBRAHIM NESLI

IBRAHIM NESLI

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 17 Май 2010 - 00:04

salamun aleykum
al islam qardaş
bəs Hz yunus nece
onun balığın qarnina atilmasi hadisəsi necə o öz səhvinin ucbatindan atılmamışmıyı balıq qarnına
bu meseleye bir aydinlıq getirə bilərsənmi?
allah senden razi olsun insallah

#5 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 17 Май 2010 - 11:04

Hansisa ayede var diyesenki onlarin baximindan gunahkaram iqfirli yani meni ort.Bu menada yoxsaki gunah etmemishdi.

Yuxarda göstərilən Qəsəs 16-igfili sözu keçir.əlbətdə igfirlinin mənasi sətərədir.örtmək.
Baxiram yollara.....

#6 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 Май 2010 - 15:24

salamun aleykum
al islam qardaş
bəs Hz yunus nece
onun balığın qarnina atilmasi hadisəsi necə o öz səhvinin ucbatindan atılmamışmıyı balıq qarnına
bu meseleye bir aydinlıq getirə bilərsənmi?
allah senden razi olsun insallah


Əleykumus salam. İnşallah çalışaram, o məsələni də araşdırıb, tezliklə forumda yerləşdirim.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#7 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 Май 2010 - 15:27

2. Həzrət Musanın (ə) məsumluğuna ünvanlanan iradlardan biri də onun Tur dağından qayıtdıqda qövmünün Samirinin vəsvəsələri ilə buzova sitayiş etməsinə göstərdiyi reaksiyasıdır.

وَلَمَّا رَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِي مِنْ بَعْدِي ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى الْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُ إِلَيْهِ ۚ قَالَ ابْنَ أُمَّ إِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِي وَكَادُوا يَقْتُلُونَنِي فَلَا تُشْمِتْ بِيَ الْأَعْدَاءَ وَلَا تَجْعَلْنِي مَعَ الْقَوْمِ الظَّالِمِينَ


"Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!” ("əl-Əraf", 150).

Belə ki, burada 2 irad göstərilir: Bunlardan biri əlindəki lövhələri yerə atmasıdır ki, guya bu lövhələrdə qeyd edilən vəhyə hörmətsizlikdir. İkinci irad isə hirslənib qardaşı Harunu danlamasıdır, halbuki onun bu işdə günahı yoxdur.
Əgər biz Musa peyğəmbərin (ə) qarşılaşdığı mənzərəni təsəvvür etsək, onun hərəkətlərinin nəinki günah və ya xəta, əksinə yetinə düşən hərəkətlər olduğunu aydın görərik. Fərz edin, illərlə Bəni-İsrailin qəlbinə tövhid toxumlarını yerləşdirmək, onlar şirk və küfr bataqlığından çıxarmaq üçün əziyyətlər çəkən Həzrət Musa (ə), qısa bir ayrılıqdan sonra qayıdır və bütün əməyinin boşa çıxdığını, onların buzova sitayiş etdiklərini görür. Belə olan halda o, başqa nə cür reaksiya verməli idi?! Onun bu hərəkətləri Bəni-İsrailin vəziyyətinin nə qədər vahiməli olduğunu göstərirdi. Əgər o, bu cür reaksiya verməsəydi, bütpərəstlik qalıqları İsrail övladları arasında illərlə, hətta əsrlərlə davam edə bilərdi.
Ayədəki “ilkə” kəliməsi bir çox müfəssirlərin dediyi kimi təkcə “atılma” yox “qoymaq” mənasında da işlənir. Hətta “atmaq” mənasında işlənsə belə burada pis bir iş yoxdur. O, etməli olduğunu edib.

Qardaşı Haruna qarşı davranışı hadisənin zəruri halqalarından biridir. Çünki Musa (ə) hamıdan əvvəl öz qardaşını danlayır ki, əgər kimsə qəlbin Harunun da bu işə aidiyyatı olduğunu düşünərsə cavabı elə Harunun dilindən almış olsun, bilsin ki, şirk və bütpərəstlik o qədər murdar əməldir ki, ona laqeyd qalmaq peyğəmbərə belə baha başa gəlir. Bu hərəkət Həzrət Musanın (ə) tövhid məsələsində nə qədər həssas olduğunu göstərir.

  • Shemsi это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 Май 2010 - 15:51

3. Həzrət Musanın (ə) məsumiyyətinə tutulan 3-cü irad isə Allahı görmək istəməsidir. “əl-Əraf” surəsinin 143-cü ayəsində buyurulur:

وَلَمَّا جَاءَ مُوسَىٰ لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرِنِي أَنْظُرْ إِلَيْكَ ۚ قَالَ لَنْ تَرَانِي وَلَٰكِنِ انْظُرْ إِلَى الْجَبَلِ فَإِنِ اسْتَقَرَّ مَكَانَهُ فَسَوْفَ تَرَانِي ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّا أَفَاقَ قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا أَوَّلُ الْمُؤْمِنِينَ


“Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi”.


Deyirlər ki, Musa peyğəmbər (ə) böyük məqam, mərifət, iman sahibi olmasına baxmayaraq Allahdan bu qeyri-mümkün olan şeyi istədi?! O, Allahın müqəddəs zatının gözlə görülməsinin mümkün olmadığını bilmirdimi?! Huşunu itirməsi, sonra Allaha tövbə etməsi günah etməsi demək deyilmi?!

Bu mövzuya müfəssirlər müxtəlif cavablar vermişlər. Bunlardan ən açıq olanı Quranın da təsdiq etdiyi cavabdır. Həzrət Musanın (ə) Allahdan istədiyi öz istəyi və arzusu deyil, ondan bunu təkidlə istəyən və Musanın (ə) sözünə baxmayıb “Ey Musa, Allahı açıq şəkildə görmədikcə iman etmərik” (“Bəqərə” 55) Bəni-İsrailinin istəyinin dilə gətirmək üçün söylənilən ifadələr idi. Həzrət Musanın istəyi onlara bunun mükünsüzlüyün əməli olaraq göstərmək üçündü.
Həzrət Musanın (ə) “Mən sənə tərəf qayıtdım və iman edənlərin ilkiyəm” deməsi də yenə Bəni-İsrail tərəfdən idi. Necə ki, Allah İslam ümmətinə əmrlərini Peyğəmbərə (s) müraciət edərək bildirir.

  • Şair это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 Май 2010 - 21:45

4. Həzrət Musa peyğəmbərin (ə) məsumluğuna ünvanlanan iradlardan biri də “əl-Kəhf” surəsinin 60-64-cü ayələridir:

وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّىٰ أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًافَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَٰذَا نَصَبًاقَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنْسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًاقَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا


“Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (yeməyə götürdükləri) balığı unutmuşdular, balıq isə (dirilib suya atılmış) dənizdə bir yarğana tərəf üz tutmuşdu. Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikləri zaman (Musa) gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!” O isə: “Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi. (Musa: ) “Elə istədiyimiz də (axtardığımız da) budur!” – dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar”.


Göründüyü kimi yuxarıdakı ayələrdə Həzrət Musa və dostuna unutqanlıq aid edilir. Həmçinin 73-cü ayədə buyurulur:

قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا

“(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”

Bu ayədə də Musanın (ə) unutqanlığından bəhs edilir. Halbuki, Əhli-beyt məzhəbinin ardıcılları peyğəmbərləri məsum bildikləri üçün onları bu cürə sifətdən uzaq bilirlər. Bu irada bir neçə cavab verilmişdir. Bunlardan ikisini qeyd etmək kafidir:

Bu ifadə bəzən “unutmaq” yox, nəyisə “gözardı etmək”, “tərk etmək” mənasında işlənir. Məsələn, Allah-Təala buyurur: “Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (“əl-Bəqərə”, 152).
Allah-Təala necə unudula bilər?! Yəni ki, məni gözardı etməyin, mən də lütfümü sizdən kəsməyim. Bu cavab Həzrət Musanın (ə) Həzrət Xızıra (ə) verdiyi cavaba da aid ola bilər. Yəni Musa (ə) Xızıra (ə) verdiyi sözü unutmamasına baxmayaraq gördüyü və şəriətə zidd olan əməllərə etiraz etməyi vacib bildi.

İkinci cavab bundan ibarətdir ki, peyğəmbərlər (ə) vəhyi qəbul etməkdə, qorumaqda, təbliğində əslə xəta və unutqanlığa yol verməzlər. Amma bundan qeyri hallarda, peyğəmbərlərin ancaq şəxsinə aid olan məsələlərdə gözardı etmək kimi kiçik hallar mümkündür və bunun məsumiyyət anlayışı ilə ziddiyəti yoxdur.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#10 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 Май 2010 - 21:47

Güman edirəm ki, daha bu barədə şübhəmiz qalmadı. Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Vəssalam.

Сообщение отредактировал al-Islam: 17 Май 2010 - 21:47

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#11 IBRAHIM NESLI

IBRAHIM NESLI

    Raqib – Seargeant

  • Murid
  • 169 сообщений

Отправлено 18 Май 2010 - 00:17

salmaun aleykum qardas
əlhəmdülillah məndə Əli şiələrindənəm (inşəallah ki allah rəsulu və Əli əleyhiəssalam da məni belı qıbul edırlər)
məncə bizlin qəlbimizin cox təmizliyindəndir ki peyğənbərlərimizi və məsumlarimızı daima günahsız görməyə çalışırıq ancaq yaddan çixardmamaq lazimdir ki quran i kərimdə də bildirildiyi kimi onlarda bizim kimi insandirlar sadece olaraq etmis olduqları əmallərə görə vaxtında və düzgün tövbə edəbiliblər və tövbələrinədə sadiq qalaraq allahın daim sevimliləri bizlərində nüminə mənbəyi olublar.

Əslində mən dini mövzularda çox yazmamağa çalışıram çünkü nüysə səhv deyib günaha gərməkdən qorxuram
allah özü bagışlasin bizi əgər neyi sə səhvdediksək

#12 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 18 Май 2010 - 07:35

Güman edirəm ki, daha bu barədə şübhəmiz qalmadı. Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Vəssalam.



Allah razı olsun!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#13 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 18 Май 2010 - 15:47

Allah razı olsun al-İslam qardaş. Allah zehninizə qüvvət, elminizə bərəkət versin.
Tərki-övla məsələsini, peyğəmbərlərin günahsızlığının əhli-beyt məktəbində hansı əsaslara dayandığı haqda oxumuşdum əvvəllər, amma ayələrin izahını oxumamışdım.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru