Отправлено 01 июня 2016 - 12:40
salam. hər vaxtıvız xeyir.
misal üçün hansısa bir pis varlı insandan pul oğurluq edib və həmin pulu yoxsula vermək bildiyim gədər OLMAZ.
bəs xızırın özgə şəxsin gəmisini deşməsi dərəcədə düzgündür?
*hər iki şəxsin məqsədi yaxşılıq etməkdir.
Və əleykum əs-salam.
1. Oğurluq haramdır. Bəli, olmaz.
2. Hər şeyin mülkiyyəti Allaha məxsusdur. Allahın əmri, istəyi və rizası ilə görülən iş çəkdiyiniz misalla müqayisə edilə bilməz.
3. Sizin çəkdiyiniz misalda oğurluq edib pulu yoxsula vermək şəxsi qərardır, "ictihaddır". Həm də iş haram üzərində qurulur. Lakin, haqqında danışdığımız hadisələrdə isə qərarlar isə özbaşına qəbul edilmiş qərarlar deyildi.
"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)
Doğrusunu Allah bilir!
Сообщение отредактировал N_ن_N: 01 июня 2016 - 12:47
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.