Перейти к содержимому


Фотография

Salavat


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 7

#1 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 04 декабря 2008 - 23:35

Salam Aleykum.

Sual: İslamın eziz peyğemberine (s) salavat göndermek hansı savaba malikdir? Xahiş edirik, Ahli-sünne ve Ahli-beyt mezheblerinin nezerinde Peyğembere (s) salavat göndermeyin neceliyini açıqlayın.

Cavab: Allah elçilerinin sonuncusunun hüzuruna salavat hediyye etmek, Qurani- Kerimin fermanıdır. Bele ki, Quran möminlere müraciet ederek buyurur:


إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِىِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيماً

«Allah ve onun melekleri Peyğembere salavat ve salam gönderirler. Ey iman getirenler! Siz de Ona salavat gönderin, salam deyin ve (Onun fermanları qarşısında) teslim olun».(Ehzab suresi, 33/56)

Peyğembere salavat göndermek, günahların bağışlanmasına sebeb olur.


Bir gün Peyğember (s) sevinc içinde buyurdu: "Cebrayıl yanıma gelerek dedi: Ey Mehemmed! Allah-teala sene bir defe salavat gönderen insan üçün on hesene (yaxşı emel) yazar, onun on pis işini ise emel defterinden siler ve meqamını on defe artırar". (Kenzül-ümmal, 1/438.)

Sehih-Müslimde revayet olunmuşdur ki, Peyğember buyurdu:

"Allah-taala mene bir defe salavat gönderen şexse, on defe salam gönderer". (Sehihu Müslim, 1/306.)

Hemçinin, hedis ve revayetlerden bele başa düşülür ki, Peyğemberin adını eşidib, ona salavat göndermeyen insan xesislik etmişdir.

Ahli-beyt mezhebinin hedis menbelerinde de Peyğembere (s) salavat göndermeyin bir çox fezilet ve savabları neql olunmuşdur .

İmam Sadiq (e) Peyğemberden neql ederek bele buyurur:

"Allah ve onun melekleri Mene salavat gönderen şexse salam gönderer". (Al-Kafi, 2/492.)

Hemçinin, Allahın resulu (s) buyurmuşdur:

"Mene çoxlu salam ve salavat gönderin. Çünki, mene gönderilen salavat qebirde, siratda ve cennetde olan bir nura benzeyir". (Biharul-envar, 94/70.)

Emirel-möminin imam Ali (a) buyurmuşdur:

"Peyğembere salavat göndermek, suyun od üzerine tökülüb, onu söndürmesinden daha tez günahları mehv eder". (Səvabul-əmal, Səvabus-səlat ələn-Nəbi (s) bölməsi.)

İmam Sadiq (e) buyurur:

"Bezi kitablarda gördüm ki, kim Mehemmed peyğembere (s) salavat göndererse, Allah ona yüz hesene (yaxşı iş) yazar".

------------------------------------------------------------------------------------------------------------

Sualın ikinci hissesine geldikde ise, qeyd etmek lazımdır ki, sehabeler Allahın resulundan (s) soruşdular:

"Ey Allahın elçisi! Sene nece salavat gönderek?"

O hezret (s) buyurdu: "Mene salavat göndermek istedikde bele deyin:


اللهم صل علي محمد و علي ال محمد كما صليت علي ابراهيم و علي ال ابراهيم انك حميد مجيد اللهم و بارك علي محمد و علي ال محمد كما باركت علي ابراهيم و علي ال ابراهيم انك حميد مجيد.

Allahumme selli ela Muhemmedin ve Ali Muhemmedin, kema selleyte ela İbrahime ve Ali İbrahim, inneke Hemidun Mecid. Ve barik ela Muhemmedin ve ela Ali Muhemmedin, kema barekte ela İbrahime ve ela Ali İbrahim, inneke Hemidun Mecid. (Sehihul-Buxari, 2/159, Sehihu Müslim, 1/305, Suneni Nisai, 3/47-48, Ed-dürrul-mensur, 5/217, Kenzul-ümmal, 2/176.)

Peyğembere (s) salavat göndermek haqqında aye nazil olan zaman, müselmnlar salavatın neceliyini soruşdular. Peyğember buyurdu: "Mene yarımçıq salavat göndermeyin!" Soruşdular: "Yarımçıq salavat nedir?"

Cavabında Peyğember buyurdu: "Yarımçıq salavat budur ki, «اللهم صل علي محمد» -Allahumme selli ela Muhemmed- deyib, menim Ahli-beytime salavat ve salam göndermeyesiz. Ona göre de salavatı bele demelisiniz:

« اللهم صل علي محمد و ال محمد »

Allahumme selli ela Muhemmed ve Ali Muhemmed. (-Ed-dürrul-mensur, Ehzab surəsinin 56-cı ayesinin tefsiri, Es-Sevaiqul-muhriqe, seh-146.)

Yeni; İlahi! Mehemmed ve Onun Ahli-beytine salavat (rehmet) gönder.

Ehzab suresinin 56-cı ayesinin izahı barede Ahli-sünne tefsirçieri onlarla revayet neql ederek, qeyd etmişler ki, Peyğembere (s) salavat gönderilen zaman onun Ahli-beytine de salavat ve salam göndermek lazımdır.

Her iki mezhebin menbelerinde bele bir hedis neql olunmuşdur ki, Peyğember ve onun Ahli-beytine salavat ve salam göndermeyince, dua heç vaxt semaya ucalmaz. (Ed-dürrul-mensur, Ehzab suresinin 56-cı ayesinin tefsiri, Es-Sevaiqul-muhriqe, seh-87 ve 146.)

Ahli-beyt mezhebinin menbelerinde Peyğembere salavat göndererken onun ailesine de salavat göndermek barede xüsusi tapşırıqlar verilmişdir.

İmam Baqir (e) öz babalarından neql ederek, buyurur: Peyğember (s) buyurmuşdur:


من صلي علي و لم يصل علي الي لم يجد ريح الجنه و ان ريحها لتوجد من مسيره خمس مأه عام

"Mene salavat gönderib, Ahli-beytime salavat teqdim etmeyen şexs, cennetin etrini bele duymaz. Heqiqeten cennetin etri beş yüz il fasile ile duyular." (Biharul-envar, 94/56.)

Qeyd etmek lazımdır ki, Peyğembere (s) salam ve salavatın teqdim olunması, Ona olan teşekkür ve itaetden doğur. Buna göre de Onun Ahli-beytine ve ailesine de salam teqdim etmek lazımdır.

Müellif: Islamşünas Samit Bağırov


İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#2 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 05 декабря 2008 - 09:09

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Sual- Rəsulullaha salavat göndərməyin keyfiyyətində əhli sünnət və şiə arasında ixtilaf varmı?
Əhli sünnətin bəziləri deyirlər: «Əllahummə səlli əla Muhəmmədin və əla Ali və əshabi Muhəmməd». Yəni;- Ilahi Muhəmmədə, ali Muhəmmədə və Muhəmmədin əshabına rəhmətini göndər.
Və ya «Səlləllahu ələyhi və səlləm». Yəni:-Allahın rəhməti və salamı olsun ona.
Şiələr salavat göndərəndə “əshab”-ı zikr etmədən deyirlər:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» İlahi Muhəmməd və Ali Muhəmmədə rəhmətini göndər. və ya «Səllallahu ələyhi və Alihi və səlləm» Allahın rəhməti və salamı olsun ona və onun əhli beytinə.
Cavab- Göründüyü kimi əhli sünnətin bəziləri yuxarıda deyildiyi kimi salavat göndərdiyi halda çoxu eynilə şiə kimi salavat göndərir: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd», həmçinin Rəsulullahın mübarək adını deyəndə və yazanda:-«Səllallahu ələyhi və Alihi və səlləm» ibarətini salavat kimi O, həzrətə göndərirlər. O cümlədən namazda təşəhhüddən sonara deyirlər: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid», «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid» Yəni:- İlahi Muhəmməd və Ali Muhəmmədə rəhmətini göndər, necə ki, İbrahim və Ali İbrahimə rəhmətini göndərdin. Həqiqətən Sən Kəramətli və səxavətlisən. İlahi Muhəmməd və Ali Muhəmmədə mübarək et necə ki, İbrahim və Ali İbrahimə mübarək etdin. Həqiqətən Sən Kəramətli və səxavətlisən
Şiə rəvayətlərində də bu cür salavat göndərilməsinə sifarişlər olunub və meyyit namazında ikinci təkbirdən sonra buna oxşar ibarətlər vardır. Şiə və sünnü hədislərində “Muhəmməd və ali Muhəmməd”-ə salavatın göndərilməsi vacib olması haqqında heç bir ixtilaf yoxdur. Yəni salavat iki cəhətə:- 1-Muhəmmədə 2-Ali Muhəmmədə olmalıdır. Amma əgər bir dəstə «Səlləllahu ələyhi və səlləm» deyib “ və Alihi” kəliməsini demədən fəqət bir cəhətə salavat göndərməklə kifayətlənirlərsə və ya digər bir dəstə «Əllahummə səlli əla Muhəmmədin və əla Ali və əshabi Muhəmməd» deməklə üç cəhətə salavat göndərirlərsə şübhəsiz bu cür salavat onların tərəfindən ixtira olunmuş bir ibarətdir. Deməli “əshab” kəliməsinin salavata əlavə olunması bir bidətdir. Rəsulullahın buyurduğuna əsasən hər bir bidət və bidəti icad edən cəhənnəm odunda yanmağa layiqdir. “Bidət əgər gözəl olsa onu qəbul etməliyik” kimi avam camatı azdıranlar gərək özlərinin cəhənnəm əhlinin layiqli sakinləri olduqlarına yəqin etsinlər. Amma bir dəstə inadkar və təəssübkeş insanlar Ali Muhəmmədin fəzilətlərinə etiraf etməkdən o qədər əzab çəkirlər ki, hətta o Həzrətin əhli beytinə sifariş etdiyi salavatı göndərməkdə belə Onun sifarişlərini lazımzız bir şey kimi qulaq ardına vururlar. Əgər biz Peyğəmbər sünnətinin həqiqi davamçılarından olmaq istəsək yəni o həzrətin göstərişlərinə və yoluna əməl etmək istəsək gərək salavatda həmin iki cəhətlə “Muhəmməd və ali Muhəmməd”-lə kifayətlənək. Çünki o həzrət özü ona əməl etmiş və bizə də bu cür salavat göndərməyi göstəriş vermişdir. Bu haqda hədisləri bir qədər sonra diqqətinizə çatdıracağıq. Əgər salavatın bir cəhətə və ya üç cəhətə göndərilməsi zəruri olsaydı bu haqda camaata təlim vermək Rəsulullaha vacib olardı. Amma Rəsulullah bunu etməyib. Bəzi rəvayətlərdə nəql olunub ki, bir cəhətə (yalnız Muhəmmədə) salavat göndərmək naqisdir və bu cür salavat göndərmək qadağan olunub. Bu mövzunu daha dəqiqləşdirmək üçün əhli sünnətin kitablarında salavatın keyfiyyəti haqqında nəql olunmuş rəvayətlərdən bir neçəsini dərc edirik.
Bir neçə lazımi təzəkkürlər:
1- Allah-təala Qurani-kərimdə hər bir şey haqında umumi göstərişlər verib və onların xüsusiyyətlərinin və keyfiyyətlərinin bəyanını Peyğəmbər (s)-n öhdəsinə qoyubdur. Necə ki, Allah-təala Qurani-kərimdə buyurubdur:-“Namaz qılın və zəkat verin” (Bəqərə.ayə 43) Amma sübh namazı və başqa namazlar neçə rəkət qılınmalıdır və ya zəkatın hansı şeylərdən və hansı miqdarda verilməsi haqda göstəriş verməyib. Bütün bunların bəyanı Rəsulullahın öhdəsinə qoyulub. Bəli Allah-təala Peyğəmbər (s)-ə tabe olmağı umumi şəkildə əmr olaraq “Rəsulullah sizə hər nəyi əmr etsə onu qəbul edin və sizi hansı şeydən çəkindirsə o işi tərk edin” bizə çatdırıb. Peyğəmbər (s)-ə salavat göndərmək haqqında buyurub: «Allah və mələklər Peyğəmbərə salavat göndərirlər, ey iman gətirənlər siz də ona salavat göndərin və Onu salamlayın» (Əhzab. ayə 56)
Amma Qurani-kərimdə Peyğəmbərə salavatın necə göndərilməsi haqqında bəyanat yoxdur. Çoxlu sayda rəvayətlərdə göstərilib ki, səhabələr salavatın necə göndərilməsi haqqında o Həzrətdən soruşdular. Rəsulullah salavatın necə göndərilməsini onlara təlim verdi. Maraqlı budur ki, Peyğəmbər (s)-dən neçə cür salavat göndərilməsi haqqında göstəriş verilibdir. Onların hamısında demək olar ki, salavata layiq fəqət iki cəhət “Muhəmməd və ali Muhəmməd” göstərilib. Heç birində “əshab”-a salavat göndərmək haqqında xəbər yoxdur. «Kənzul-ummal » kitabında, Əllamə Syutinin kitabından istifadə olunaraq birinci cilddə 119 hədis (2138-ci hədisdən 2256-cı hədisə qədər əl-bəyanus-sadis unvanı altında), ikinci cilddə 34 hədis (3981-ci hədisdən 4014-cü hədisə qədər Rəsulullaha salavat göndərmək haqqında bab) beləliklə Peyğəmbərə salavatın necə göndərilməsi barədə cəmi 153 hədis zikr olunub ki, onların heç birində “əshab”-a salavat göndərilməsi haqqında məlumat yoxdur.
2- Müsəlmanların şüarı, təşəhhüddə və meyyit namazında rəsm olan salavatda “əshab”- kəliməsi zikr olunmayıb. Amma istisna hallarda bəzi şiə dualarında seçilmiş səhabələrə salavat göndərilir ki, bunun heç bir eybi yoxdur. Amma hər zaman Peyğəmbərin adını eşidəndə və ya adını çəkəndə rəsmi surətdə göndərdiyimiz salavatda “əshab”- kəliməsini əlavə etmək Peyğəmbər sünnətinin ziddinədir və bidət sayılır.
3- Şiə və sünnülərin nəzərində rəvayətlərdə görəcəyiniz hər iki salavat səhihdir. İstər «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» və istərsə də Səhih Buxaridən nəql etdiyimiz salavatı: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid», «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid” təfsilatı ilə göndərmək.
4- Məna cəhətdən Rəsulullahın adı çəkiləndə və ya yazılanda göndərilən salavatın «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» ilə «səlləllahu ələyhi və alihi və səlləm» arasında fərq yoxdur. Hər iki cümlənin mənası Rəsulullaha və onun pak ailəsinə rəhmət və salamın göndərilməsini Allah-təaladan tələb etməkdir.
Birinci cümlənin mənası;- İlahi Muhəmməd və ali Muhəmmədə rəhmətini göndər!
İkinci cümlənin mənası;- Allah Muhəmməd və ali Muhəmmədə rəhmətini göndərsin.
SALAVATIN ƏHƏMİYYƏTİ.
1- Rəsulullah: «Hər kəs mənə bir dəfə salavat göndərsə Allah ona on dəfə salavat (rəhmət) göndərəcək». (Səhih Muslim. Kitabus-səlat: təşəhhüddən sonra Peyğəmbərə salavatın göndərilməsi babı)
2- «Muhəmməd və ali Muhəmmədə salavat göndərilməmiş heç bir dua Allah dərgahına qalxmaz» (Kənzul-ummal. cild. 2. hədis 3988)
3- « Hər kəsin yanında Mənim Adım çəkiləndə Mənə salavat göndərməsə o adam bədbəxt olub» (Kənzul-ummal. cild.1 hədis 2157)
4- «Paxıl o kəsdir ki, mənim adım onun yanında çəkilə və o mənə salavat göndərməyə» (Kənzul-ummal. cild.1 hədis 2146)
5- «Mənə çoxlu salavat göndərin çünki mənə göndərdiyiniz salavat sizin günahlarınızın bağışlanmasına səbəb olacaq» (Kənzul-ummal. cild. 1. hədis 2143)
6- «Peyğəmbərə salavat göndərməyənin namazı namaz deyil» (Sünəne ibni Macə. Kitabut-təharət: babu ma caə fit-təsmiyəti fil-vuzu)
7- «Hər kəs namaz qılıb mənə və əhli beytimə namazında salavat göndərməsə namazı qəbul olmaz» (Səvaiqul-muhriqə. səh 233. Beyhəqidən və Darqətnidən)
SALAVATIN KEYFİYYƏTİ.
1- Rəsulullaha ərz etdilər ki, sizə salavat göndərməyin lazım olduğunu bilirik, amma sizə necə salavat göndərək bilmirik? O, Həzrət buyurdu: deyin «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid», «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid»
Səhih Buxari. Kitabut-təfsir,surətul-Əhzab.babu qovluhu “innəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiy”
2- Rəsulullah həmişə namazda bu cür salavat göndərərdi: «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim, Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid» (Sünəne Beyhəqi. Kitabus-səlat,babus-səlati ələn-nəbiy fit-təşəhhüd 2147)
3- “Kənzul-ummal” kitabında Hakim Nişaburidən və İbni Əsakirdən iki rəvayət nəql olunub ki, məzmunları budur: Salavatda “Muhəmməd və ali Muhəmmədin” adlarının çəkilməsi Allah-təala tərəfindən əmr olunub. (Kənzul-ummal. 2. hədis 3991 və 3998)
4- Peyğəmbər (s) buyurub:- «Mənə salavat göndərin, dua edəndə ciddi-cəhdlə dua edin və deyin:- Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd» Sünəne Nəsai. Kitabus-səhv, babu keyfiyyətis-səlati ələn-nəbiy (s).
5- Yekdilliklə qəbul olunan hədisdə deyilir:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» əs-səvaiqul-muhriqə. səh 234.babu məşruiyyətis-səlatiələyhim.
6- Əllamə ibni Abidin deyir:- Mərzuqinin dediyinə əsasən ən yaxşı salavat budur:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» (Haşiyə ibni Abidin )
7- İbni Teymiyyə deyir:- Allah Peyğəmbərinə salavat göndərməyi əmr etdi. Rəsulullah həmin salavatı özünə və ailəsinə aid olduğu haqda təfsir edib. (Minhacus-sünnə. 2. 246)
8- İbni Həcər Məkki:- Peyğəmbər (s)-dən rəvayət olunub ki, mənə naqis salavat göndərməyin. Sual olundu ki, naqis salavat hansı salavatdır? Buyurdu:-Əllahumə səlli əla Muhəmməd deyib ardını deməkdən imtina edirsiniz. Amma gərək bu cür salavat deyəsiniz:- «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmmd»
Səvaiqul-muhriqə. səh 146.Yənabiul-məvəddə kitabının müqəddiməsində Əli ibni Əhməd Səmhudinin “Cəvahirul əqdeyn” azacıq fərqlə nəql edib.


Hacı Elman İbadov
kerrar@mail.ru

Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#3 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 05 декабря 2008 - 22:18

Allah razı olsun! Mövzu daha da genışlendi. :asker28it: Allahumme selli ela Muhemmed ve Ali Muhemmed!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#4 justice

justice

    Jundi – Soldier

  • Ibtidai
  • 4 сообщений

Отправлено 10 декабря 2008 - 15:07

gozel movzudur. Allah razi olsun

#5 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 14 апреля 2009 - 20:37

"Mene salavat gönderib, Ahli-beytime salavat teqdim etmeyen şexs, cennetin etrini bele duymaz. Heqiqeten cennetin etri beş yüz il fasile ile duyular." (Biharul-envar, 94/56.)

Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd!
Allah razı olsun! Gözəl mövzudur.

#6 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 23 апреля 2009 - 13:30

Allahummə Salli Alə Muhəmmədin və Ali Muhamməd
Insanın vücudu üç hisseden ibaretdir. Bunların biri Allaha aid, digeri özüne aiddir, o biri ise ilan-çayır ve heşeratlar üçündür. Allaha aid olan hisse ruhdan ibaretdir. İnsanın özüne aid olan hisse onun emelleridir. İnsanın bedeni ise (ölenden sonra) ilan-çayır ve heşeratlara qalar. İlan-çayırdan ötrü (yeni öz cismani istekleri üçün) çalışan adam ziyan çekmişdir.

#7 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 10 июня 2009 - 09:38

Allahumme Salli ale Muhammedin ve ali Muhammed
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#8 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 29 июля 2009 - 19:40

Salam elekuma allah razi olsun yaxsi movzudu.Allahummə salli alə muhammədin və ali muhamməd
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru