Перейти к содержимому


Фотография

Türkiyə və İsrail böhranı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 10 июня 2010 - 20:30

Böhrandan 10 gün sonra...

Sizcə bu hadisələrin baş verməsinin səbəbləri nə idi və nə ilə nəticələnəcək?



#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 июня 2010 - 16:09

Yəhudilər: “Türkiyə artıq düşmənimizdir”

Yəhudilər arasında aparılan araşdırmada, Yəhudilərin əksəriyyətinin Türkiyəni düşmən ölkə olaraq gördüyü ortaya çıxdı.

İsra.Az saytının İsraxəbərə istinadlı xəbərinə görə, araşdırmaya görə Yəhudilərin 91 %-i, İsrail ordusunun Qəzzaya doğru hərəkət edən gəminin hərəkətinə güc vasitəsilə maneə törədilməsini dəstəkləyib. 78 %-i isə İsrailin Qəzzaya tətbiq etdiyi embarqonun davam etməsini istədiyini qeyd etdi.

Yəhudilərin 73 %-i isə Türkiyənin artıq İsrail üçün düşmən ölkə olduğunu düşündüyünü açıqladı. Yəhudilərin yalnız 13 %-i isə Türkiyənin olmamağı qeyri-mümkün olaraq qəbul etdiyi, beynəlxalq istintaqa “bəli” dedi.

Bilindiyi kimi ötən həftə Türkiyə Səfirliyi qarşısında toplanan minlərlə Yəhudi, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanı hədəf alan çirkin şüarlar səsləmişdilər.


#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 29 июня 2010 - 15:08

Изображение
Ərdoğan İsrailin qarşısına 4 şərt qoydu

G-20 sammiti çərçivəsində getdiyi Kanadada “Toronto Star” qəzetinin suallarına cavab verən baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsraillə barışması üçün dörd şərtinin olduğunu deyib.
Baş nazir İsraillə münasibətlərdəki gərginliyin Təl-Əviv öhdəliklərini yerinə yetirənə qədər davam edəcəyini söyləyib.
Ərdoğan şərtləri belə sıralayıb: İsrail üzr istəyəcək, dünyasını dəyişənlər üçün təzminat ödəyəcək, beynəlxalq istintaqı qəbul edəcək və Qəzzanın mühasirəsini ləğv edəcək.
Baş nazir Türkiyənin İsraillə köklü əlaqələrini kəsmək niyyətində olmadığını deyib və qeyd edib ki, Ankaranın Qərbə arxa çevirdiyinə dair təsbitlər çox yanlışdır: “Türkiyə dünyanın bütün kəsimləri ilə təmaslarını inkişaf etdirir, ancaq kimsəylə əlaqələrini kəsməyib. Gündəlikdə də belə bir şey yoxdur”.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru