Перейти к содержимому


Фотография

İmam Cəfər Sadiq (ə) və Səhl ibn Həsən


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 26

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 июня 2010 - 16:04



Mə`mun Rıqqi belə nəql edir:

Bir gün İmam Sadiqin hüzurunda idim, Səhl ibn Həsən Xorasani İmam (ə.s)-ın yanına gəldi, salam verib oturdu. Sonra belə dedi:

"Ey Rəsulullahın nəvəsi! İmamət (məqamı) sizin haqqınızdır. Çünki siz, şəfqət və rəhmət ailəsisiniz. Niyə haqqı almaq üçün qiyam etmirsiniz? Halbuki sizin təqibçilərinizdən yüz min adam, kəsici qılınclarıyla sizin kənarınızda düşmənlə döyüşməyə hazırdırlar!"

İmam (ə.s) onun bu sözünə qarşılıq belə buyurdu:

"Ey Xorasani! Otur həqiqət sənə aşkar olsun"

İmam (ə.s) cariyəsinə, təndiri yandırmasını əmr etdi, təndir dərhal alovlanmağa başladı, belə ki onun alovu təndirin üst tərəfini işıqlandırdı. İmam (ə.s) Səhlə: "Ey Xorasani! Qalx bu təndirin içində otur!" - buyurdu.

Xorasanlı adam (Səhl) bəhanə axtarmağa başlayıb belə dedi: "Ey Rəsulullahın nəvəsi! Məni odla yandırma, bu günahkarı bağışla!"

İmam (ə.s): "Narahat olma, səni bağışladım" - buyurdu.

Bu vaxt Harun Məkki, naleynini (ayaqqabısını) əlinə aldığı bir halda, ayaqyalın içəriyə girib salam verdi. İmam (ə.s) onun salamının cavabını verdi və belə buyurdu:

"Naleyni at və təndirdə otur!"

Harun naleynini atıb dərhal təndirin içinə girdi!

İmam (ə.s), Xorasani ilə söhbət etməyə başladı. Xorasanın bazarının vəziyyətindən və oranın xüsusiyyətlərindən elə danışırdı ki, sanki uzun illərcə orada qalmışdı. Daha sonra Səhldən, təndir vəziyyətinin necə olduğuna baxmasını istədi. Səhl deyir: "Təndirin başına çatanda, Harunun atəşlər arasında diz üstündə oturmuş olduğunu gördüm. Məni görər-görməz təndirdən çölə çıxdı və bizə salam verdi."

İmam (ə.s) Səhlə: "Xorasanda bunun kimi neçə adam var?" - deyə soruşdu.

Xorasani : "Allaha and olsun ki, bir adam da tapılmaz" - dedi.

İmam (ə.s) da onun bu sözünə qarşılıq: "Bəli, Allaha and olsun ki, bir adam da tapılmaz. Əgər bunun (Harun) kimi beş adam da olsaydı, biz qiyam edərdik" - buyurdu.


(Biharul-Ənvar, c. 47, s. 123)


#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 12 июня 2010 - 16:17

Allah razı olsun, çox maraqlı idi.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 12 июня 2010 - 20:35

şair
bu inandırıcı rəvayətə oxşamır, iman sahibi olan bir kəs, öz əqidə qərdəşinə desin ki, gir od içində özüvü yandır.
yəni əgər mənə inanırsansa onda mənim əmrimə tabe ol, özüvə qəsd et odnan,təndirnən?!
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#4 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 12 июня 2010 - 21:46

şair
bu inandırıcı rəvayətə oxşamır, iman sahibi olan bir kəs, öz əqidə qərdəşinə desin ki, gir od içində özüvü yandır.
yəni əgər mənə inanırsansa onda mənim əmrimə tabe ol, özüvə qəsd et odnan,təndirnən?!


Məgər təndirə girənə nəsə oldu? Bu rəvayətin mənası odur ki, Allahın peyğəmbəri və ya imamı (höccəti) insana bir şeyi əmr eliyəndə, qeyd-şərtsiz ona itaət etməlidir, bilməlidir ki, bu ancaq onun xeyrinədir.
  • Şair это нравится

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#5 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 июня 2010 - 22:27

Allah razı olsun, al-İslam qardaş. Nə gözəl hədisdi.
Oxudum və özümü o adamın vəziyyətinə qoydum. Fikirləşdim, görəsən, mən nə edərdim? Təndirə girərdim tərəddüdsüz, ya tərəddüd edərdim?
...Şiəlik burda bilinir......

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 июня 2010 - 22:32

Əhməd, al-İslam izah edib. Çox heyif ki, hələ də başa düşmürsən. Zatən başa düşsəydin şiə olardın.

Bu mövzunu açmağımın bir neçə səbəbi var.
Ən dar çərçivədə, vahabilərin tutduğu iraddır ki, Cəfəri Sadiqin (ə) 100.000 şiəsi var idi, niyə qiyam etmirdi?
Ən geniş çərçivədə isə, bu günə də misal göstərə bilərik. İmam Zaman (ə.f) üçün canını fəda etməyə hazır neçə Harun Məkki var hal-hazırki zamanda?

Bu hədisi yazandan sonra İmam Əli yadıma düşdü... :(

  • Shemsi это нравится

#7 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 июня 2010 - 22:47

Şair qardaş, haqqınızı halal edin. al-İslam qardaş izah verib, imam Baqir haqqında mövzunu açıb. Hamısını birdən oxudum, ona görə səhv saldım. Size mövzuya görə təşəkkür edəcəkdim, ona yazmışam.
Bir daha üzr istəyirəm,,,
Çox təşəkkür edirəm hədis üçün.

Сообщение отредактировал Shemsi: 12 июня 2010 - 22:48

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#8 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 12 июня 2010 - 22:56

Shemsi bacı, eybi yoxdur. Əsası odur ki, şiələrə təşəkkür etmisiz. :( Fərqi yoxdu mən və ya al-İslam. Əsas məqsəd, oxuduğumuz maraqlı məlumatları sizlərlə bölüşməkdir. Eynən də digər userlərin yerləşdirdiyi maraqlı məlumatları oxumaq.

Allah razı qalsın! İnaşallah tərəddüd etməzsiz.
Allah bizi öz dinində sabit qərar versin! AMİN!


#9 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 13 июня 2010 - 00:04

şair
bu inandırıcı rəvayətə oxşamır, iman sahibi olan bir kəs, öz əqidə qərdəşinə desin ki, gir od içində özüvü yandır.
yəni əgər mənə inanırsansa onda mənim əmrimə tabe ol, özüvə qəsd et odnan,təndirnən?!


Məgər təndirə girənə nəsə oldu? Bu rəvayətin mənası odur ki, Allahın peyğəmbəri və ya imamı (höccəti) insana bir şeyi əmr eliyəndə, qeyd-şərtsiz ona itaət etməlidir, bilməlidir ki, bu ancaq onun xeyrinədir.

al islam
bu nə sözdür yazmısan ?Məgər təndirə girənə nəsə oldu? gərək elə olardı ?
təndirə girən insan 99 faiz ya ölür ya da kı ağır xəsarət alır.
ancaq 1 faiz ordan sağ çixa bilər əgər , Allah istəsə(ibrahim (ə)qəsd edirəm)

yanan təndirə girən ən azından dərisi yara alır,bu dakı haramdır muhamməd s.ə.v. şəriyyətində.
ona görə ki, Allahın verdiyi nemətə insan qəsd edir,
o ki qaldı , özünü öldürməyə kiməsə xatir, bu da absurtdur.
Allah heç bir bəndəsinə rəva bilməz ki,özü özünü öldürsün öz əliylə, və bunuynanda onun razılığını qazanıb cənnətə girsin.o ki qaldı adi imam, mömin belə bir şey əmr etsin.
ona görə deyirəm ki, bu rəvayət uydurmadı.
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#10 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 13 июня 2010 - 09:01

Allah heç bir bəndəsinə rəva bilməz ki,özü özünü öldürsün öz əliylə, və bunuynanda onun razılığını qazanıb cənnətə girsin.o ki qaldı adi imam, mömin belə bir şey əmr etsin.
ona görə deyirəm ki, bu rəvayət uydurmadı.



Adi imam necə olur? Qeyri-adi imam necə olur???

İndi imam zühur edib cihad əmri verirsə, deməli, o müsəlmanları öz əlləri ilə ölümə göndərir???

Təəssüf edirəm ki, hədisdəki hikmət sizə qədər gəlib çatmayıb.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#11 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 13 июня 2010 - 10:41

şair
bu inandırıcı rəvayətə oxşamır, iman sahibi olan bir kəs, öz əqidə qərdəşinə desin ki, gir od içində özüvü yandır.
yəni əgər mənə inanırsansa onda mənim əmrimə tabe ol, özüvə qəsd et odnan,təndirnən?!


Məgər təndirə girənə nəsə oldu? Bu rəvayətin mənası odur ki, Allahın peyğəmbəri və ya imamı (höccəti) insana bir şeyi əmr eliyəndə, qeyd-şərtsiz ona itaət etməlidir, bilməlidir ki, bu ancaq onun xeyrinədir.

al islam
bu nə sözdür yazmısan ?Məgər təndirə girənə nəsə oldu? gərək elə olardı ?
təndirə girən insan 99 faiz ya ölür ya da kı ağır xəsarət alır.
ancaq 1 faiz ordan sağ çixa bilər əgər , Allah istəsə(ibrahim (ə)qəsd edirəm)

yanan təndirə girən ən azından dərisi yara alır,bu dakı haramdır muhamməd s.ə.v. şəriyyətində.
ona görə ki, Allahın verdiyi nemətə insan qəsd edir,
o ki qaldı , özünü öldürməyə kiməsə xatir, bu da absurtdur.
Allah heç bir bəndəsinə rəva bilməz ki,özü özünü öldürsün öz əliylə, və bunuynanda onun razılığını qazanıb cənnətə girsin.o ki qaldı adi imam, mömin belə bir şey əmr etsin.
ona görə deyirəm ki, bu rəvayət uydurmadı.


Sən necə də qəribə adamsan:

285. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (Bəqərə)

51. Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! (Nur)

Yox əgər yenə də eşidib itaət etməzsənsə

4:46. Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, - deyirlər. Əgər onlar: “eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.

Sənə hədis filan kar eləmir, ona görə ayələr yazdım. Daha düşünmək sənin boynuna

4:82. Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi?


#12 Heqiqet ashiqi

Heqiqet ashiqi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 47 сообщений

Отправлено 13 июня 2010 - 11:35



Mə`mun Rıqqi belə nəql edir:

Bir gün İmam Sadiqin hüzurunda idim, Səhl ibn Həsən Xorasani İmam (ə.s)-ın yanına gəldi, salam verib oturdu. Sonra belə dedi:

"Ey Rəsulullahın nəvəsi! İmamət (məqamı) sizin haqqınızdır. Çünki siz, şəfqət və rəhmət ailəsisiniz. Niyə haqqı almaq üçün qiyam etmirsiniz? Halbuki sizin təqibçilərinizdən yüz min adam, kəsici qılınclarıyla sizin kənarınızda düşmənlə döyüşməyə hazırdırlar!"

İmam (ə.s) onun bu sözünə qarşılıq belə buyurdu:

"Ey Xorasani! Otur həqiqət sənə aşkar olsun"

İmam (ə.s) cariyəsinə, təndiri yandırmasını əmr etdi, təndir dərhal alovlanmağa başladı, belə ki onun alovu təndirin üst tərəfini işıqlandırdı. İmam (ə.s) Səhlə: "Ey Xorasani! Qalx bu təndirin içində otur!" - buyurdu.

Xorasanlı adam (Səhl) bəhanə axtarmağa başlayıb belə dedi: "Ey Rəsulullahın nəvəsi! Məni odla yandırma, bu günahkarı bağışla!"

İmam (ə.s): "Narahat olma, səni bağışladım" - buyurdu.

Bu vaxt Harun Məkki, naleynini (ayaqqabısını) əlinə aldığı bir halda, ayaqyalın içəriyə girib salam verdi. İmam (ə.s) onun salamının cavabını verdi və belə buyurdu:

"Naleyni at və təndirdə otur!"

Harun naleynini atıb dərhal təndirin içinə girdi!

İmam (ə.s), Xorasani ilə söhbət etməyə başladı. Xorasanın bazarının vəziyyətindən və oranın xüsusiyyətlərindən elə danışırdı ki, sanki uzun illərcə orada qalmışdı. Daha sonra Səhldən, təndir vəziyyətinin necə olduğuna baxmasını istədi. Səhl deyir: "Təndirin başına çatanda, Harunun atəşlər arasında diz üstündə oturmuş olduğunu gördüm. Məni görər-görməz təndirdən çölə çıxdı və bizə salam verdi."

İmam (ə.s) Səhlə: "Xorasanda bunun kimi neçə adam var?" - deyə soruşdu.

Xorasani : "Allaha and olsun ki, bir adam da tapılmaz" - dedi.

İmam (ə.s) da onun bu sözünə qarşılıq: "Bəli, Allaha and olsun ki, bir adam da tapılmaz. Əgər bunun (Harun) kimi beş adam da olsaydı, biz qiyam edərdik" - buyurdu.

(Biharul-Ənvar, c. 47, s. 123)


Allah sizden razi olsun, bu cur hikmetli hedisleri bizlerle paylashirsiniz.

#13 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 13 июня 2010 - 13:47

Əhməd müəllim gəl digər dəlillərlə tanış olaq.

Birinci, Zərgərin dediyi ayəni gətirəcəm (mini-çatda xatırlatdı)

İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! (Bəqərə 207)

Həzrəti Əli də özünü peyğəmbərin (s) yatağına atdı. Bir halda ki, müşriklər onu öldürə bilərdilər. Əhməd müəllim, indi de görüm Allah, Peyğəmbər və Hz Əli səhv edib? Halbuki Allah Quranda öz canını Allah rizası üçün fəda edənləri mədh edir. Səndə deyirsən, ağıllı adam özünü oda atmaz. Həzrəti Əlidən ağıllısan sən? Və ya deyirsən ki, ağıllı adam bunu əmr eləməz. Peyğəmbərdən ağıllısan? Get tövbə et.

İkincisi, Allah istəsə hər şey olar. Necə ki, İbrahim oda atılmışdı. Amma odun zərərindən amanda qalmışdı.

29:24. Tayfasının (İbrahimin sözlərinə) cavabı: “Onu öldürün, yaxud da yandırın!” – deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!

İmamlar Həzrəti Muhəmmədddən başqa digər peyğəmbərlərdən üstündürlər. Belə olan halda yenəmi qəbul etməyəcəksən? Yox əgər imamların peyğəmbərlərdən üstünlüyünü qəbul etmirsənsə, İsa peyğəmbərin zamanında olan bir rəvayəti yəqin ki eşitmisən. Bir qadınla bağlı. Həmən qadın imanlı qadın olur, namaz qılan zaman görür ki, körpə uşağı təndirə düşüb. Amma namazını dayandırmır. Gəlib görürlər ki, uşaq təndirdə odun içində oynayır. Qadından bu imana necə gəldiyini soruşurlar və izah edir. - Geniş hədisdir, qısaca yazdım. Heyif inetdə biraz axtardım, lakin tapa bilmədim azəricə.

İndi sən o qadınımı daha imanlı bilirsən, yoxsa Peyğəmbərin haqq canişininimi? Sadə qadına görə atəş təsirsiz olur, imama görə yox?


#14 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 13 июня 2010 - 14:43

37:102.O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!”


37:103. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman

Arxasını siz düşünün...
  • Şair это нравится
نحن أبناء الدليل نميل اين يميل

#15 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 13 июня 2010 - 15:31

Adi imam necə olur? Qeyri-adi imam necə olur???

İndi imam zühur edib cihad əmri verirsə, deməli, o müsəlmanları öz əlləri ilə ölümə göndərir???

Təəssüf edirəm ki, hədisdəki hikmət sizə qədər gəlib çatmayıb.
[/font][/size]

şair və şəmsi
adi imam helə adi imamdır, Allahı tanıyır,və əqidəsidə rəsul s.ə.v. əqidəsindədir və əqidəsində olanı gözəl sözlərnən və ya əməllərnən
çatdıra bilir insanlara.
qeyri adi isə
qeyb aləmindən xəbəri olan imam , yəni peyğəmbərlər.
sizin imamlarınıza peyğembərlərin yəqinliyini ,qeybi bilmə sifətlərini vermisiz.
imamınız ya qeybi bilirdi ki, harun məkkini təndirə yanmağa göndərirdi. yəni o yanmayacaq.
ya da kı, haruna özü öz əliylə özünə qəsd etməyi əmr etdi, harunda bunu etdi.
indi bunların hansına inanaq ?

birdəki imam əmr verirsə cihad eləməyə, yəni 100 nəfər iman sahibi 100 min muşrük orduya qarşı,
bu cihaddır, ya şəhid olacaqsan, yada dünyada ədalət bərpa olacaq.
çünkü bu döyüşlərdə Allahdan möminin qəlbinə elə qüvvət gəlir ki,
bu elə gücdürkü,mömin vürüşar ancaq bədəni yorulmaz yara alır ancaq onu hicc etmir,döyüş vaxtı
yəni bu yəqinliknən gücnən , möminlər kafirlərə qarşı olan nifretnen,yəni Allahın düşmənl
ərinə qarşı olan niftet hissiynən bütün dünyanı ala bilər.
ancaq özü özünü öz əliylə öldürmək , yuxarıda yazdıqlarından fərqlıdır.
hətta bunu imam belə əmr etsə belə, və həmin insan ,imamım əmrinə tabe olub özünü yandırsa və ölsə, o cəhənnəmdən çixmayacaq.
bu haqqda hədis gətirim
ibn abbasadan r.a. gələn hədisdə ,rəsul s.ə.v. bir dəstəyə
əmr kimi abdulləh ibn xuzafa ibn keysəni təyin etdi
yolda dəstədə mübahisə duşür,və əmr onlara deyir;--- "məgər rəsul s.ə.v. sizə əmr vermiyib ki, mənə tabe olasız ?"
onlar dedi.."bəli"
sonra o
odun yığmaqı və onu yandırmağı və sonrada ona girməyi əmr edti,
"bir nəfər onların arasında dedi"biz rəsul s.ə.v. iman gətirdik ki, oddan qaçaq "
sonra dedi--"tələsməyin ,rəsul s.ə.v. yanına qayıdanda ondan bu haqqda soruşarıq
əgər desəki,biz girək ona, onda biz hamılıqla girərik ona."
sonra onlar qayıtdılar və rəsul s.ə.v. bu haqqda soruşduqda o dedi--" əgər siz o odda girsəydiz, siz ordan heç vaxt
çixmayacaqdız.
fəth əl-bari 8/58

yəni iman gətirənlər bilirdi ki, kor korana ancaq rəsul s.ə.v. tabe olmaq olar,
o əmr etsə edəcəyik, əks halda isə yox
və birdə odun onlar üçün sərin olacağını ancaq peyğəmbər bilə bilərdi,

Сообщение отредактировал ahmed: 13 июня 2010 - 15:37

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#16 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 13 июня 2010 - 18:01

Əhməd, gətirdiyin hədis yersiz idi. Burada adi sənin və mənimkimilərin əmrindən söhbət getmir. Söhbət imamlardan gedir. İmamların elmi barədə şübhə edirsənsə, demək ki, sənin elmin heç yoxdur. Peyğəmbər elmin şəhəri, Əli isə onun qapısıdır. Digər imamlar da bu elmin varisləridir.

Həzrəti İbrahim, Həzrəti İsmail və Həzrəti Əli özlərinə qəsd etmişdilər?

Bizim imamlardan biri də, İmam Məhdidi. O belə bir əmr versə bundan dönərsən? Yaxud, Peyğəmbər sənə desə idi bu sözü, yenə də dönərdin? Onda sənin yahudilərdən nə fərqin var? Sərf edəndə Allahın hökmlərinə tabe olurlar, sərf etməyəndə yox.

Cihada gəldikdə isə, niyyəti Allah üçün olmasa,özünə qəsd etmək kimi bir şeydir. Amma imamın, peyğəmbərin əmrinə tabe olub özünü oda atanlar isə imanın ən yüksəjk dərəcələrindədirlər. Gətiridyim ayələr də bunu təsdiq edir. Yəni, əsl mömin o şəxsdir ki, göz qırpmadan Allahın əmrinə tabe olsun. Yenə deyirəm sənlə müzakirə faydasızdır, bunu başa düşsə idin, ŞİƏ olardın


#17 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 13 июня 2010 - 19:17

Əhli sünnənin bu hədisi başa düşməyinə hələ çox var. http://313news.net/f...php?/topic/219/
İmam Sadiq(ə) bir dəfə səhabələrinin birindən(heyf adı yadımda deyil) soruşur ki, bizim haqq olmağımıza nə qədər etiqadın var? Səhabə cavabında deyir ki, Yəbnə Rəsuləllah, əgər bir almanı 2 yerə böləsiz və deyəsiz ki, 1 hissəsi halal digər hissəsi isə haramdır şəkksiz itaət edərəm.
Hiss edirəm ki, indi deyəcəklər ki, bu necə ola bilər ki, almanın bir hissəsi halal olsun amma digər hissəsi yox.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#18 Heqiqet ashiqi

Heqiqet ashiqi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 47 сообщений

Отправлено 14 июня 2010 - 11:48

[/quote]

ancaq özü özünü öz əliylə öldürmək , yuxarıda yazdıqlarından fərqlıdır.
hətta bunu imam belə əmr etsə belə, və həmin insan ,imamım əmrinə tabe olub özünü yandırsa və ölsə, o cəhənnəmdən çixmayacaq.
[/quote]

Ahmed,

Bes insan ozunu dinamite buruyub ictimai yerde " Allahu Akbar" qishqirib partladirsa, hech imam olmayanlarin emrine tabe ola-ola, buna nece qiymet verirsiniz?

Сообщение отредактировал Heqiqet ashiqi: 14 июня 2010 - 11:50


#19 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 14 июня 2010 - 22:59

Allah razı olsun Şair qardaş, çox sevdiyim hədislərdəndir. Mənə o qədər köməyi dəyib bu hədisin, indi də çox kömək edir mənə çətinlikləri adlamaqda, yaşamaqda. Bu hədis şiəliyin çox incıliklərin açiqlayir.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#20 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 15 июня 2010 - 15:59


Ahmed,

Bes insan ozunu dinamite buruyub ictimai yerde " Allahu Akbar" qishqirib partladirsa, hech imam olmayanlarin emrine tabe ola-ola, buna nece qiymet verirsiniz?

həqiqət aşiqi
fərqi yoxdu, kim eleyir elesin,əgər sən ədalət tərəfindəsənsə, onda hər türlü belə hərəkətləri rədd etməlisən.
daha sərf edəndə halaldı,caizdi,sərf edməyəndə isə küfürdü, və ya bunu edən cəhənnəmdən çixmayacaq və sair.
çünkü sizlərdə indiki şiyələr də bu cür edən insanı, şəhid sayırsız sizə sərf edəndə...
misal üçün , 1980 noyabırında 13 yaşlı oğlan özünüə dinamit bağlayıb irak tankının altına atmışdı.
və o vaxtı muhəmməd huseyn fahmidin bu hərəkətini böyük bir qəhrəmanlıq,şəhid kimi qələmə vermişdilər.
ardı üçün
bura tıkla
ancaq indi sələfilər özünə dinamit bağlayıb partdanda , deyirsiz ki, küfürdür, haramdır.
əslində isə istər iran iraq davası olsun, istər indiki əfqan müharibəsi olsun, hər zaman bu hərəkət edən
hətta niyyəti dini qaldırmaq olsa belə , kafir olur, əgər ağlı başında bu hərəkəti edibsə.
və həmin insan cəhənnəmdən çıxmayacaq hədisdə olduğu kimi.
bir az səmimi olsan həqiqəti görəcəksən.

Сообщение отредактировал ahmed: 15 июня 2010 - 15:59

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#21 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 июня 2010 - 17:58

Əhməd, heç hənanın yeridir? :rolleyes:

#22 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 15 июня 2010 - 20:09

Əhməd, heç hənanın yeridir? :rolleyes:

bomba bağlayıb özünnə partdadan,təndirə girib özünnü yandıran, eyni dir,
ona görə bunları gətirirəm
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#23 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 июня 2010 - 20:30

Əhməd,
#13
#14
#16 -cı ismarışlarda şübhələrə cavab verilib. Eyni sözləri təkrarlayırsan


#24 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 15 июня 2010 - 20:42

Əhməd,
#13
#14
#16 -cı ismarışlarda şübhələrə cavab verilib. Eyni sözləri təkrarlayırsan


15-ci ismarışda haqqı axtaran üçün haqqı görmək imkanı var.
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#25 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 15 июня 2010 - 21:28

ahmed

özünə dinamit və ya hər hansı partlayıcı maddə bağlayıb özünü və düşmənlərini öldürən şəxs əlbəttə ki şəhiddir. Bir fərqi unudursan ki, biri var bunu sıravi vətəndaşlara qarşı edəsən biri də var orduya qarşı. İraq və Əfqanıstanda isə sələfilər bunu sıravu vıtəndaşlara qarşı edirlər.

P.S İsrail vətəndaşlarına qarşı edilən saldırıları bura aid etmək olmaz. Çünki İsrail vətəndaşları müharibdirlər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#26 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 июня 2010 - 22:33

Əs-Səlamu əleykum və rəhmətullahi və bərakətuh

Ahmed,

Daha yaxşı olmazmı ki, sən mübahisəni İmamət mövzusunda edəsən? Burda şiə mənbəsindən hədis gətirilib. Və hədisdə şiələrin qəbul etdiyi İmamdan söhbət gedir. Malik b. Anas, Əhməd b. Hənbəl kimi imamlardan yox. Ona görə bu hədis, orada gedən söhbətlər və ordan çıxan nəticələr barədə mübahisə etmək mənasız bir iş olur. Əlavə vaxt itkisidir.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#27 Heqiqet ashiqi

Heqiqet ashiqi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 47 сообщений

Отправлено 16 июня 2010 - 12:57



Ahmed,

Bes insan ozunu dinamite buruyub ictimai yerde " Allahu Akbar" qishqirib partladirsa, hech imam olmayanlarin emrine tabe ola-ola, buna nece qiymet verirsiniz?

həqiqət aşiqi
fərqi yoxdu, kim eleyir elesin,əgər sən ədalət tərəfindəsənsə, onda hər türlü belə hərəkətləri rədd etməlisən.
daha sərf edəndə halaldı,caizdi,sərf edməyəndə isə küfürdü, və ya bunu edən cəhənnəmdən çixmayacaq və sair.
çünkü sizlərdə indiki şiyələr də bu cür edən insanı, şəhid sayırsız sizə sərf edəndə...
misal üçün , 1980 noyabırında 13 yaşlı oğlan özünüə dinamit bağlayıb irak tankının altına atmışdı.
və o vaxtı muhəmməd huseyn fahmidin bu hərəkətini böyük bir qəhrəmanlıq,şəhid kimi qələmə vermişdilər.
ardı üçün
bura tıkla
ancaq indi sələfilər özünə dinamit bağlayıb partdanda , deyirsiz ki, küfürdür, haramdır.
əslində isə istər iran iraq davası olsun, istər indiki əfqan müharibəsi olsun, hər zaman bu hərəkət edən
hətta niyyəti dini qaldırmaq olsa belə , kafir olur, əgər ağlı başında bu hərəkəti edibsə.
və həmin insan cəhənnəmdən çıxmayacaq hədisdə olduğu kimi.
bir az səmimi olsan həqiqəti görəcəksən.


Ahmed,

Men size sualimi "ictimai yerde" deyerek vermishdim, siz ise misalinizi "tankin altina" deyerek chekirsiniz ve ozunuz de semimiyyetle qerar vermeyi teklif edirsiniz....ictimai yerde gunahsiz insanlari oldurmek hara, senin ustune top tufengle gelenin cavabini vermek hara? Bunu vusal114 artiq qeyd edib yuxarida.
Ve sizin getirdiyiniz ssilkada bele bir cumleler var: "Естественно, речь идет о заранее спланированном акте самоубийства, при подготовке к которому участвующий информирован о том, что в случае успеха его шансы выжить равны нулю. Героическая гибель в ходе сражения не относится к затрагиваемой теме."
Ne ise, movzuya aidiyyati olmadigindan bu sohbeti davam etdirmeyin menasi yoxdur.
Her halda teshekkur edirem semimi cavabiniza gore.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru