Перейти к содержимому

Фотография

İslam və qadın

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 18 июня 2010 - 22:50

İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar (1)

Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və əbədi olaraq adlarının qalmasının səbəbini açıqlayacağıq ki, digər qadınlar da onlardan örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.
Dülgər Hizbilin həyat yoldaşı
Dülgər Hizbilin həyat yoldaşı Fironun hakim olduğu dövrdə yaşamışdır. Firon tarixin böyük diktatorlarından olmuşdur. Camaatı bütpərəstlik və özünə pərəstişə məcbur edən Firon uzun illər Misirə hakimlik etmişdir. Yoxsul, ac camaat onun zülm, haqsızlıqla dolu boğucu hakimiyyətindən təngə gəlmişdilər. Allah-Taala insanları onun zülmündən xilas etmək üçün Həzrət Musanı (ə) peyğəmbər olaraq Bəni-İsrail qövmünə göndərdi. Amma məsələ elə də sadə deyildi; Həzrət Musaya (ə) iman gətirən hər insan ən ağır işgəncələrə məruz qalırdı. Belə insanlardan biri də Hizbilin həyat yoldaşı idi. O, Həzrət Musaya (ə) iman gətirmiş, ancaq mövcud şəraitə görə imanını gizli saxlamışdı. Bu qadın başqalarından fərqli olaraq, özünün sağlam düşüncəsi ilə başa düşürdü ki, Firon və ya bütlər Allahın şəriki ola bilməzlər.
Dülgər Hizbilin həyat yoldaşı, Fironun qızının məşşatəsi (parikmaxeri) idi. Günlərin birində Fironun qızının saçını darayarkən daraq əlindən yerə düşür və bu xanımın dili uca Allahın zikrinə öyrəşdiyi üçün, darağı götürərkən ixtiyarsız «Allahın adı ilə» – deyir.
Bu sözü eşidən Fironun qızı ondan soruşur: «Allah dedikdə atam Fironu nəzərdə tuturdun?»
O cavab verir: «Xeyr, mən atanı Yaradana və onu yox edəcək bir Varlığa sitayiş edirəm».
Fironun qızı dərhal atasının yanına gedib əhvalatı ona danışır və Firon qəzəblənərək, qadını yanına çağırtdırıb soruşur: «Sən məgər mənim allahlığımı qəbul etmirsən?»
Qadın cavab verir: «Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm».
Firon onun bu qətiyyətli sözündən çox əsəbləşir və dərhal misdən olan təndirin odla doldurulmasına əmr edir. Təndir qızardıqda isə cəlladlara: «Bu qadının uşaqlarının hamısını təndirə atın!» əmrini verir.
Cəlladlar ananın gözləri qarşısında onun günahsız övladlarını təndirə atıb yandırırlar. Ananın övladlarından ancaq qucağındakı körpə sağ qalır. Firon, qadını öz əqidəsindən döndərmək üçün onu sağ qalmış körpəsini də öldürəcəyi ilə hədələyir: «Əgər Musanın dinindən uzaqlaşsan, uşağını oda atmayacağıq» – deyir. Digər övladlarına edilmiş zülmdən qəlbi təlatümə gəlmiş ana, onları zahirdə qane etmək üçün, nə isə demək istədikdə Allahın əmri ilə körpə dilə gələrək: «Səbr et, sən haqsan!» – deyib onu saxlayır.
Ana səbr edir. Onun sağ qalmış yeganə körpəsini oda atıb yandırdıqdan sonra özünü də oda atırlar. Daha sonra cəlladlar ana və balaların külünü göyə sovururlar. Qatillərin onu ağır zalımlıqla şəhid etmələrinə baxmayaraq, bu möminə xanım əqidəsindən dönmür.
Sevimli Peyğəmbərimizdən (s) belə bir rəvayət vardır: «Merac gecəsində fəzanın bir yerindən burnuma xoş bir ətir qoxusu dəydi. Həzrət Cəbrayıldan (ə) soruşdum: «Bu misilsiz ətir qoxusu haradan gəlir?» Həzrət Cəbrayıl (ə) cavabında buyurdu: «Bu Hizbilin həyat yoldaşı və uşaqlarının yanmış cəsədlərinin külündən gələn qoxudur. Bu xoş ətirli qoxu, qiyamət gününə kimi, fəzanın bu hissəsindən gələcəkdir».
Göstərdiyi şücaət və qəhrəmanlığın müqabilində ona verilən mükafat budur. Onun pak cəsədinin xoş ətri merac gecəsi Peyğəmbərimizi (s) belə təəccübləndirmiş və o Həzrət (s) «İndiyə kimi burnuma belə bir xoş ətirli qoxu dəyməmişdir» – deyə buyurmuşdur.

Сообщение отредактировал tatar.: 18 июня 2010 - 22:51

  • Şair это нравится

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#2 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 20 июня 2010 - 18:13

İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar (2)
Fironun həyat yoldaşı Asya

Ağır, acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbr edən qadınlardan biri də Fironun həyat yoldaşı, Məzahimin qızı Həzrət Asyadır. Allah-Taala bu qadını Qurani-Məciddə mömin şəxslər üçün örnək olaraq xatırlatmışdır. «Təhrim» surəsinin 11-ci ayəsində buyurulur: «Allah iman gətirənlər üçün Fironun arvadını nümunə çəkər: «Rəbbim! Öz yanında, cənnətdə mənim üçün bir ev düzəlt, Fironun əlindən, onun əzabından qurtar məni, zalımların əlindən al məni» – demişdi bu qadın»
Asya Fironun həyat yoldaşı olsa da, sarayda ləl-cəvahirat içində yaşasa da, heç vaxt bu zahiri bər-bəzəklərə aldanmamış, xəlvətdə Allaha və Musaya (ə) iman gətirmişdi. Asya Musanın (ə) beşiyini sudan çıxartdırıb, ona doğma anadan da yaxşı qayğı göstərmiş, heç vaxt ona bir zərər dəyməyə imkan verməmişdir. Rəvayətlərə əsasən bu möminə xanım o qədər dərin düşüncə və uzaqgörənliyə sahib idi ki, yaşadığı müddət ərzində zərrə qədər olsun belə, Allaha bəslədiyi imanı zəifləməmişdir. Həqiqi bir Allah «əsgəri» kimi bacardığı qədər Musaya (ə) kömək etmiş, Firona və onun əqidəsinə zərbə endirmişdir. Hizbilin həyat yoldaşı və uşaqlarının ürəkyandırıcı faciəsi baş verəndə Asya daha sükut edə bilməmiş və bütün cəsarəti ilə Fironun qarşısında durub qətiyyətlə etiraz etmişdir: «Firon! Nə vaxta qədər qəflət yuxusunda qalacaqsan, nə vaxta qədər Allahın mömin bəndələrinə işgəncə verəcəksən?»
Firon: «Mənim allahlığıma səndəmi şəkk edirsən?» – təəccüblə soruşduqda Asya: «Mənim Sənin allahlığına etiqadım var idi ki, indi də şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm andan onun peyğəmbərliyinə inanmışdım və buna görə də bacardığım qədər onu qoruyurdum» – deyə cavab vermişdi.
Asyanın verdiyi cavab Fironu çox narahat edir və o qəzəbindən qışqıraraq deyir: «Asya! Səni indiyə qədər heç kəsi öldürmədiyim kimi öldürəcəyəm».
Fironun əmri ilə Asyanı yerə uzadaraq əl-ayağını dörd mıxa bağlayıb sinəsi üstünə böyük bir daş parçası qoyurlar. Belə bir vəziyyətdə ikən Firon ona deyir: «Asya! Musanın Allahını çağır səni bu işgəncələrdən qurtarsın».
Musa (ə) Asyaya edilən zülmdən xəbərdar olduqda, Allahın dərgahında dua edərək buyurur: «Ya Rəbbim! Asyanın can verməsini asanlaşdır».
Quranın «Təhrim» surəsinin 11-ci ayəsinin buyurduğuna əsasən, Asya o işgəncəli vəziyyətdə ikən deyir: «Rəbbim! Mənim üçün Cənnətdə bir ev düzəlt. Məni Fironun əzabından, zalımların əlindən qurtar».
Bu zaman Allah-Taala Asyanın cənnətdəki məqamını ona göstərib, onun iradəsini gücləndirir. Özünü cənnət nemətləri arasında görən Asyanın göz yaşları sevinc yaşlarına çevrilir, onun dodaqlarına təbəssüm qonur. Firon gördüklərindən təəccüblənir: «Bu ki, dəli olub, belə bir vəziyyətdə o gülür?… yersiz özünü ölümə verir!» – deyir.
Asya onun sözünün cavabında deyir: «And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm».
Bu sözləri deyib qurtarar-qurtarmaz Asya canını tapşırır. Rəvayətlərə görə qızmar günəş altında Asyaya işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağını tutaraq ona kölgə salmışdılar. Beləcə o cənnətin xanımlarından biri olur. Bu mükafat – dözümlü, fədakar, dininin müdafiəçisi və Allah yolunun yolçusu olan – möminə xanımın mükafatıdır.

Сообщение отредактировал tatar.: 20 июня 2010 - 18:13

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#3 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 03 июля 2010 - 10:36

İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar (3)
«Yukabed» və «Kəlsəmə»

Taleyin ən ağır imtahanları qarşısında səbr və dözüm göstərən qadınlardan biri də Musanın (ə) anası «Yukabed» və bacısı «Kəlsəmə» olub.
Firon rejiminin cəlladları dünyaya gələn bütün oğlan uşaqlarının öldürülməsinə əmr vermişdilər. Kahinlərin dediklərinə görə, həmin ildə Fironun taxt-tacını yox edəcək bir oğlan uşağı doğulmalı idi. Onlar belə bir təhlükənin qarşısını, oğlan uşaqlarını öldürməklə almaq qərarına gəlirlər və hər yeri gizli məmurlar, mamaçalar vasitəsi ilə nəzarət altında saxlayırlar. Bu əmrin nəticəsində minlərlə günahsız körpə qətlə yetirilir. Hər bir evdən Bəni-İsrail analarının ah-nalələri eşidilirdi. İş o yerə çatır ki, qibtilərin rəisi (Fironun tərəfdarı) Fironun yanına gəlib, ondan bu əmr barədə fikrini dəyişməsini istəyir. Rəisin israrı nəticəsində, Firon bu amansız əmri, bir ildən bir həyata keçirmək qərarına gəlir. Musanın (ə) qardaşı Harun da həmin uşaqların öldürülmədiyi ildə dünyaya gəlir. Belə bir gərgin vaxtda Yukabed Musaya (ə) hamilə olur, ancaq Allahın iradəsi ilə onun hamiləliyi zahirdə bilinmir. Rəvayətə görə hətta Musanın (ə) anasının sorağına gəlmiş həkim, onu müayinə edəndə, onda hamiləliyin əsər-əlamətini belə görmür.
Musa (ə) dünyaya gələrkən doğum zamanı Yukabedə köməyə gəlmiş mamaça qadın, Musanın (ə) alnındakı nuru gördükdə, qəlbində ona qarşı mərhəmət hissi oyanır və bu barədə heç kəsə bir söz söyləmir.
Beləcə gələcək peyğəmbər Musa (ə) dünyaya göz açır. Qorxulu anlar hələ də davam edir və körpənin hər an ölümlə üzləşmək təhlükəsi artırdı. Ana isə övladını necə qurtarmaq, necə xilas etmək barədə fikirləşirdi. Ananın bu narahat dəqiqələrinə mərhəmətli Allah son qoyur «Musaya (ə) süd ver, ölüm təhlükəsini hiss etsən, onu dəryaya (Nil çayına) burax və narahat olma! Biz onu sənə qaytaracaq, peyğəmbərlərdən edəcəyik» – deyə buyurur. Bundan sonra ana dülgər Hizbilin yanına gedib ondan sandıq düzəltməsini xahiş edir.
Hazır sandığı ana ehtiyatla evə aparıb, körpəsini sandığa qoyaraq, Nil çayının kənarına gəlir və sandığı suya buraxır. Bu zaman çay kənarında gəzintidə olan Firon və xanımı Asya suda üzən sandığı görürlər və Fironun əmri ilə sandığı sudan çıxarırlar. Asya sandığın qapağını açdıqda gözlərinə inanmır; orada gözəl, körpə bir uşaq yatırdı! Allah-Taala həmin andaca Asyanın qəlbini balaca Musanın məhəbbəti ilə doldurur. Bu uşaq Asyanın sevincinə, Fironun isə qəzəbinə səbəb olur: «Necə ola bilər ki, hər yer nəzarət altında olduğu halda bu uşaq diri qalıb?» – deyə bağırır.
Asya ona yalvararaq deyir: «Bu uşağın yaşı bir yaşdan çoxdur. Sən bu ilki uşaqların öldürülməsinə əmr etmisən, qoy bu körpəyə toxunmasınlar, onu övladlığa götürək. Onu öldürmə, bizə xeyri dəyə bilər».
Anası Musadan (ə) nigaran qaldığı üçün qızı Kəlsəməyə suda olan sandığın ardınca getməyi tapşırır. Bacısı çətinliklə də olsa Musanı (ə) izləyə bilir və onun Fironun evində olduğunu öyrənir. O, gizli şəkildə özünü oraya çatdırıb görür ki, qadınlar sarayda Musaya (ə) süd vermək üçün toplaşıblar, ancaq o heç kəsin südünü qəbul etmir. Musanın (ə) bacısı, fürsətdən istifadə edərək, onlara deyir: «Mən bu uşağa süd verəcək bir ananı sizə tanıtdıra bilərəm».
Kəlsəmənin bu sözündən sonra uşağa süd vermək üçün ananı saraya gətirirlər. Musa (ə), anasının iyini hiss etdikdən sonra, onun südünü götürür və isti ana qucağında yuxuya gedir.
Deyilənə görə, bu hadisədən şübhələnən Firon ananı hüzuruna çağırtdıraraq soruşub: «Bu uşaq nə üçün ancaq sənin südünü qəbul edir?»
Ana cavabında deyir: «Çünki məndən yaxşı ətir qoxusu gəlir və südüm də dadlıdır. Mənim südümü hər bir uşaq bu səbəbdən götürür».
Firon onun sözünə inanıb və bir daha bu mövzunu araşdırmayıb.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#4 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 03 июля 2010 - 11:10

Allah razı olsun!
Allaha Həmd olsun! Bəndələrinə məhriban və mərhəmətlidir! Musanın anasının simasında bütün analara Allahın salamı olsun! Ana müqədəsdir! Ona görədə cənnət anaların ayağı altında deyib Peyğəmbərimiz (sas).
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#5 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 03 июля 2010 - 20:57

Amin Seyyid gardashim!!

İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar (4)
İbrahim Xəlilin (ə) anası

Həzrət Musanın (ə) qeyd olunan macərasına oxşar bir hadisə Həzrət İbrahimin (ə) «Buna» və yaxud «Nuna» adlı anasının da başına gəlmişdir. Nəmrudun gördüyü yuxuya əsasən (və ya kahinlərin verdiyi xəbərə görə) Nəmrud gələcəkdə bu il doğulacaq uşağın əliylə həlak olacaqdı. Buna görə də Nəmrud, saysız-hesabsız oğlan uşaqlarının qətlinə əmr verərək bir çox evləri matəmə bürüyür. Bəzilərinin nəql etdiyinə görə o, yetmiş yeddi mindən yüz minə qədər uşağı öldürtdürüb. İbrahimin (ə) cəsur anası belə bir ağır və gərgin vəziyyətdə, şücaətlə özünü Nəmrudun casuslarından gizlətmiş və doğum zamanı, adət olmaq bəhanəsi ilə (o zaman adət olmuş qadınların şəhərdən çıxması bir qayda idi) şəhərdən çıxıb bir mağaraya sığınmışdı və İbrahim (ə) həmin mağarada dünyaya gəlmişdi. Bu yorulmaz ana, 13 il casusların gözündən uzaq, bəzən sübh çağları, bəzən də gecə yarısı mağaraya gedərək oğluyla görüşərdi. Belə anlarda qeybdən İlahi yardımlar onun köməyinə gələrdi. O, Allahla idi, Allah da ona kömək edərdi. Nəhayət, on üç ildən sonra o, İbrahimi (ə) xüsusi bir yolla şəhərə gətirə bilir.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#6 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 05 июля 2010 - 21:58

İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar (5)
İsmayılın (ə) anası Hacər

Əvvəllər kəniz olmuş Hacər, sonradan Həzrəti İbrahim Xəlilin (ə) həyat yoldaşı olmuşdur. O, bir neçə dəfə çox ağır və acı hadisələrlə üzləşmişdir. Allahın əmri ilə, İbrahimin (ə) onları Məkkənin uca dağlarının ətəyində, susuz və yandırıcı çöllükdə qoymağı da o hadisələrdən biri idi. Hacər bu əmri, Allaha və Peyğəmbərinə (ə) itaət edərək, qəbul edir və uzun müddət uşağıyla tək-tənha, uca Əbu Qubeys dağının ətəyində yaşayır. Əvvəllər susuz olan bu yerdə, sonralar Zəmzəm bulağı qaynadı və onların bu məkanda yaşayışı asanlaşdı. Hacər bu müddət ərzində uşağıyla birlikdə, mehriban ərindən uzaqda, bütün çətinliklərə dözür. Vaxt ötür, İsmayıl yeniyetmə yaşına çatır. İbrahim (ə) Allahın əmri və İsmayılın köməyilə Kəbə evini tikir. Allah daha bir sınaqla İbrahim (ə)-ı sınamaq istəyir. O, qoçaq övladı İsmayılı Allah yolunda qurban kəsməli idi. Ata və oğul, Hacəri – analıq məhəbbətinə xatir – bu ilahi əmrdən xəbərdar etmir və Allahın əmrini yerinə yetirmək üçün evdən çıxırlar. Amma onların səylərinə baxmayaraq Hacər bu əhvalatdan xəbər tutur. Əgər o adi bir qadın olsaydı, təbii ki, ciddi narahatçılıq keçirərdi. Axı, qəlbinin bir parçası, ömrünün səmərəsi olan İsmayılı qurban kəsmək istəyirdilər! Şeytan qoca bir kişi cildində gəlib əhvalatı ona söyləyəndə o, cavabında: «Heç bir ata oğlunun başını kəsməz» – deyir.
Şeytan isə öz vəsvəsəsinə davam edir: «İbrahim (ə) deyir ki, bunu Allah buyurmuşdur». Hacər ona belə cavab verir: «Mənim və İsmayılın min canı olsa, Allaha fəda olsun. Kaş min oğlum olaydı, hamısını Allah yolunda qurban verəydim».
Sonra əlinə bir neçə daş götürüb, şeytana tərəf ataraq onu qovur. Nəhayət şeytan məyus halda Hacərdən əlini üzür.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru