Перейти к содержимому


Фотография

Rəcəb ayı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 11

#1 Ustad

Ustad

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 13 сообщений

Отправлено 09 Июль 2008 - 22:35

Bismillahir rəhmanir rəhim!
Rəsulullah buyurub: Rəcəb ayı Allahın ayıdır.
Bu ayın fəzilətləri və əməlləri barədə bilənlər yazsın inşəAllah!


#2 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 10 Июль 2008 - 00:48

Salam Aleykum.
Cemi muselmanlari Receb ayi munasibeti ile tebrik edirem. Allah ibadet ve itaetleriniz qebul elesin! InshAllah!

Imam Sadiq (а) buyurur ki, Hezreti Peygember (s) buyurardi ki, bu ay menim ummetimin bagishlanma ayidir. Odur ki, bu ayda ƏSTƏĞFİRULLAHƏ VƏ ƏS-ƏLUHUT-TƏUBƏ zirkrini choxlu edin.

Bu ayda oruc tutmaginda boyuk fezileti var. Hech olmasa 3 gun oruc tutsag, İnshAllah bagishlanmagimiza sebeb olar. Allah qebul elesin!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#3 Hashimi

Hashimi

    Jundi – Soldier

  • Ibtidai
  • 1 сообщений

Отправлено 10 Июль 2008 - 02:09

Bismillah. Bu ayda Ziyareti-Ashura oxumagin boyuk savabi var

#4 Ustad

Ustad

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 13 сообщений

Отправлено 10 Июль 2008 - 07:47

Salam Aleykum.
Cemi muselmanlari Receb ayi munasibeti ile tebrik edirem. Allah ibadet ve itaetleriniz qebul elesin! InshAllah!

ve aleykum salam, bahem inşallah. amin!

Imam Sadiq (а) buyurur ki, Hezreti Peygember (s) buyurardi ki, bu ay menim ummetimin bagishlanma ayidir. Odur ki, bu ayda ƏSTƏĞFİRULLAHƏ VƏ ƏS-ƏLUHUT-TƏUBƏ zirkrini choxlu edin.

Bu ayda oruc tutmaginda boyuk fezileti var. Hech olmasa 3 gun oruc tutsag, İnshAllah bagishlanmagimiza sebeb olar. Allah qebul elesin!

teşekkür. Amin!

Rəcəb ayı ilə bağlı gələn mübarək çatdırışlar o qədər heyrətə gətirəndir ki, bunların özünün qavranılması ayrıca bir prosesdir. İmam Cəfər Sadiqin (ə) rəcəb ayının əhli haqqında çox gözəl buyuruşları var. Rəcəb ayının əhli kimlərdir? O kəslərdir ki, rəcəb ayının nə olduğunu bilir. Rəcəb ayının ehtiramını qoruyur. Rəcəb ayında oxunulası zikrləri, duaları, görüləsi əməlləri yaşadır. Və o qədər rəcəb ayıyla yaşayır ki, buna «rəcəbiyyun» - «rəcəb əhli» deyirlər. Bu şəxs rəcəbdə olan, rəcəblə həmahəng yaşayan bir adam kimi yaşayar. Hətta, bu adam rəcəb əhli kimi Qiyamət günü bir axtarılar, sorular, çağırılar da. Qiyamət günü hamı nigaran, səksəkəli olan bir halda rəcəb əhlini bir axtararlar, çağırarlar. Rəcəb ayının əhlinə Qiyamət səhnəsində müraciət mövzusunda İmam Sadiq (ə) buyurur: «Qiyamət yetişən zaman ilahi carçı fəryad çəkər: «Eynər-racəbiyyun? /haradadır rəcəb ayının əhli?/» Haradadır o kəslər ki, rəcəb ayını əziz tutdular və ondan bəhrə apardılar? ... »

Həzrət Rəsulullahdan (s) nəql edilir: «Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə /sonlandırsa/, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».

#5 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 10 Июль 2008 - 15:46

RECEB AYININ ELAMETDAR TARİXLERİ VE EMELLERİ

Mübarek Ramazan ayına hazırlıq

• Hicri 20-ci il receb ayının 8-de (miladi tarixle bu il avqust ayının 3-ne uyğun gelir) İslam dininin Misire geldiyi gündür.
• Hicri 195-ci il receb ayının 10-u (miladi tarixle bu il avqust ayının 5-ne uyğun gelir) - İmam Muhemmed Teqinin (e) (müselmanlar bu mübarek şexsi, İmam Cavad (e) adı ile de tanıyırlar) mübarek mövludu günüdür.
• Hicri 36-cı il receb ayının 12-de (miladi tarixle bu il avqust ayının 7-ne uyğun gelir) Hezret Eli (e) Kufe şeherine daxil olmuş ve buranı xilafetin paytaxtı kimi müeyyenleşdirmişdir.
• Hicretden 23 il önce, receb ayının 13-de (miladi tarixle bu il avqust ayının 8-ne uyğun gelir), Mekke şeherinde, Kebe evinde Emirelmöminin Hezret Eli (e) dünyaya gelmişdir.
• Hicri 62-ci il receb ayının 15-i (miladi tarixle bu il avqust ayının 10-na uyğun gelir) Hezreti Zeynebin (s) vefatı günüdür. Kerbela faciesinin iştirakçısı olan bu qehreman xanım, bu facie barede, habele, İmam Hüseynin (e) zalım Yezid istibdadına qarşı qiyam etmeye vadar eden sebebler haqqında heqiqetleri insanlara çatdırmışdır.
• Be’setin (Peyğemberliyin e’lan olunmasının) 5-ci ili, receb ayınının 15-de müselmanların ilk hicreti - Mekkeden Hebeşistana getmeleri baş vermişdir.
• Hicretin 2-ci ili recebin 15-i qiblenin Beytül-Müqeddesden (Qüds) Mekkeye teref deyişdirilmesi baş vermişdir.
• Hicri 9-cu il receb ayının 19-u (miladi tarixle bu il avqust ayının 14-ne uyğun gelir) Tebuk qezvesi baş vermişdir. Genc İslam qoşunu, Rum imperiyasının tecavüzünün qarşısını almaq üçün, Resuli-Ekremin (s) başçılığı altında, Medine şeherinden Erebistan yarımadasının şimalınadek yürüş etmiş, İslamın qüdret ve ezemetini bütün ereb tayfalarına nümayiş etdirmişdir.
• Hicri 13-cü il receb ayının 20-si müselman (miladi tarixle bu il avqust ayının 15-ne uyğun gelir) mücahidlerile Rum imperiyası arasında Yermuk döyüşü baş vermişdir.
• Hicri 7-ci il receb ayının 24-ü (miladi tarixle bu il avqust ayının 19-na uyğun gelir) mühüm strateji ehemiyyete malik olan Xeyber qalası müselmanlar terefinden feth edilmişdir.
• Receb ayının 25-i (miladi tarixle bu il avqust ayının 20-ne uyğun gelir), hicri 183-cü ilde, müselmanların 7-ci İmamı - İmam Museyi Kazım (e), dövrün xelifesi qesbkar Harun-er-Reşid terfinden zeherlenerek, şehadete yetişmişdir. Mübarek heremi Kazimeyn şeherindedir. İmamı (e) ziyaret etmeye eli çatmayanlar, onun qızlarının Vetenimizde - Nardaranda ve Bibi-heybetde olan meqberelerini ziyaret ede bilerler.
• Receb ayının 27-de (miladi tarixle bu il avqust ayının 22-ne uyğun gelir), hicretden 13 il önce - Hezret Muhemmed ibn Abdullaha (s) peyğemberliyin verilmesi günü - Meb’es günüdür. Bu günde oruc tutmaq çox müstehebdir.
• Receb ayının 28-i (miladi tarixle bu il avqust ayının 23-ne uyğun gelir), hicretin 60-cı ilinde İmam Hüseyn (e) Medineden Mekkeye doğru hereket etmişdir. Bu - Aşura salnamesi ile sonlanan, xilafeti qesb etmiş zalım Yezid istibdadına qarşı mübarize herekatının başlanğıcı idi. Azsaylı terefdarları ile İslamı yaşadan, zülme, rezilliye «Yox!» deyen İmam Hüseyn (e), bu yenilmez mübarizesile misilsiz qehremanlıq mektebinin esasını qoymuşdur.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#6 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 10 Июль 2008 - 15:47

Receb ayı haqqında hedis

Hezret Resulullahdan (s) neql edilir: «Her kim receb ayında 100 defe söyleye: «esteğfirullahel-lezi le ilehe ille huve vehdehu le şerike lehu ve etubu ileyh» ve oxuduğu duanı sedeqe ile xetm ede /sonlandırsa/, Allah Teala da onun durumunu rehmet ve bağışlama ile xetm eder. Ve her kim (bu zikri) 400 defe dese, onun üçün 100 şehidin savabı yazılar».

Receb ayının emellerinden

Receb aynın 15-nin gecesinde (14-den 15-ne keçen gece) (bu il avqust ayının 9-dan 10-na keçen gece) 12 rüket namaz ricaen (qebul olma ümidi) niyyeti ile qılmaq;
Receb ayının 15-de qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (e) ziyaret etmek - beyenilmiş emellerdendir.

Receb ayında çox deyilmesi tövsiye edilen zikrlerden:
«ESTEĞFİRULLAHE VE ES-ELUHUT-TEVBE»

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#7 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 10 Июль 2008 - 22:43

Allah razi olsun baci!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#8 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 26 Июнь 2009 - 11:05

Bizi novbeti Receb ayina catdiran Allaha hemd olsun.

... Üç Aylarınız Mübarək Olsun! ...

RƏCƏB AYININ FƏZILƏTI VƏ ƏMƏLLƏRİ

Rəcəb, şaban və ramazan ayları ibadət və mənəviyyat olaraq digər aylara görə daha üstün bir şərəf və fəzilətə malikdir.

Hz. Rəsulu Əkrəmdən (s. a. a) nəql edilən bir hədisində belə buyurmaqdadır: "Rəcəb Allahın böyük ayıdır. Heç bir ay hörmət və fəzilətdə bu aya çata bilməz. Bu ayda kafirlərlə döyüş haramdır. Bunu bilin ki, rəcəb Allahın ayı, şaban mənim ayım, və ramazan ümmətimin ayıdır. Kim rəcəb ayının bir gününü oruc tutsa, Allahın razılığını qazanmış olar. Allahın qəzəbi ondan uzaqlaşar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar."

İmam Museyi Kazımdan (ə.s) belə rəvayət edilir: "Kim rəcəbdən bir gün oruc tutsa, cəhənnəm atəşi bir illik məsafə ondan uzaqlaşar. Kim üç gün oruc tutsa, cənnət ona fərz olar."
Rəcəb Ayı İstiğfar və Tövbə Ayıdır
İmam Sadiqdən (ə.s) nəql edilən bir hədisdə İmam (ə.s) Rəsulu Əkrəmdən (s. a. a) belə rəvayət etmişdir:
"Rəcəb mənim ümmətim üçün bağışlama diləmə ayıdır. Bu ayda istiğfar edin, tövbə edin, bağışlanma diləyin. Çünki Haqq Təala, çox bağışlayan və rəhmdir. Rəcəb ayına "Asabb" (tökülən) deyilir; çünki bu ayda mənim ümmətimin üzərinə çox rəhmət tökülər. O halda bu zikri çox söyləyin:
"Əstəğfirullahə və əs əluhut tövbə"
"Allahdan bağışlama və tövbə diləyirəm."
İbni Bəbaveyh, Salimdən belə rəvayət etmişdir:
"Mən rəcəb ayının sonuna bir neçə gün qala İmam Sadiqin (ə.s) yanına getmişdim. Məni görər-görməz belə buyurdu:
"Ey Salim! Bu ayda heç oruc tutdun mu?" "Xeyr vallah" dedim "ey Rəsulullahın oğlu!" İmam (ə.s) belə buyurdu: "O qədər savab itirmisən ki, miqdarını ancaq Allah (c. c) bilər. Bu Allahın üstün etdiyi və hörmətini ucaltdığı bir aydır. Bu ayda oruc tutanları öz ikram və qiymətləndirməsinə məzhər etməyi özünə fərz etmişdir. Salim deyir ki mən: "Ey Rəsulullahın oğulu, əgər bu ayın qalan günlərini oruc tutsam, bu ayda oruc tutanların savabının bir qisimini əldə etmiş ola bilərəmmi? deyə soruşduğumda belə buyurdu: "Ey Salim! Kim bu ayın sonundan bir gün oruc tutsa, ölüm anındakı can vermə və narahatlıqlardan, ölüm sonrasının dəhşətindən və qəbir əzabından xilas olar. Kim bu ayın sonundan iki gün oruc tutsa, Siratdan asanlıqla keçər və kim bu ayın sonundan üç gün oruc tutsa, qiyamət gününün böyük qorxusu, dəhşət və çətinliklərindən xilas olar və özünə cəhənnəm atəşindən qurtuluş beratı verilər."

BU AYDA ORUC TUTA BİLMƏYƏNLƏR ÜÇÜN ZİKR
Qısaca, rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savab nəql edilmişdir. Bəzi səbəblərə görə rəcəb ayının orucunu tuta bilməyən biri, hər gün yüz dəfə bu zikri söyləsə rəcəb ayının orucunun savabını qismən də olsa idrak etmiş olar:

"Subhan'el-İlah'il-celil. Subhane məhrum la yenbeği't-tesbihu mütləq leh. Subhan'el-eazz'il-ekrem. Subhane məhrum lebise'l-izze və huve lehi əhl."

Mənası: Münəzzəhdir uca İlah. Münəzzəhdir özündən başqasına tessbih və takdis yaraşmayan. Münəzzəhdir ən böyük izzət və kərəm sahibi. Münəzzəhdir layiq olduğu halda izzət libasını geyən Allah-.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#9 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 26 Июнь 2009 - 12:34

Rəcəb ayının mübarək gəlişi ilə,mən də öz növbəmdə cümlə bacı və qardaşlarımızı təbrik edirəm. :rolleyes:

Bu gün isə məxsusi gündür, Rəcəb ayının müqəddəs Cümə günü.
Həm də, 10-cu İmamımız Əliyyən-Nəqi (ə.s)-ın şəhadət günüdür.
" Hadi adı ilə məşhur olan imam Əliyyən-nəqi (ə) hicri-qəməri 212-ci il, zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı məntəqədə dünyaya gəldi. Atası imam Cavad (ə), anası isə təqvalı və fəzilətli kəniz Səmanə xanım idi. Həzrət (ə) hicri 220-ci ildə atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Mütəvəkkil imamı Mədinədən Samirraya gətirdi və imam ömrünün axırına qədər orada qaldı.
İmam Əliyyən-nəqi (ə) Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, zalımlarla saziş etmir. İmamın ilahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mübarizə o dövrün hökuməti üçün dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir."

Bu günlərdə çoxlu dualar edək ki, növbəti Cümələrdə Allah bizlərə Ağanın (ə.f.) zühurunu görməyi nəsib etsin. :smile3009dd:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#10 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 Июнь 2009 - 16:55

Rəcəb ayınız mübarək olsun! Allah bütün ibadətlərimizi qəbul etsin! Amin!

#11 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 22 Июль 2009 - 23:17

Allah razi olsun receb ayi muqqədesdi receb ayinniz mubarek olsun allah ibaədet ve itaətlerinizi qəbul etsin amin!
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#12 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 24 Июль 2009 - 21:51

Şaban ayi da əlamətdar günlərlə zəngindir.

İmam Sadiq ələyhissəlam buyurub ki, Şaban ayının birinci günü oruc tutan şəxsə behişt vacib olar.
Şaban ayinin 3-də İmam Hüseyn əleyhissəlamin mövludu;
4-də Qəməri – Bəni Haşim ləqəbli Həzrəti Əbül Fəzl Abbas əleyissəlamin mövludu;
5-də İmam Əli Zeynul –Abidin (əleyhissəlamın) mövlud günləridir
15 Şaban – Zəmanənin sahibi İmamimiz Həzrəti Mehdi (əc) mövlududur.
15 şaban gecəsi əhya saxlamaq, İmam Hüseyn ziyarətnaməsini, Kumeyl duasını oxumaq savabdir

Şaban ayınız və cumeniz mübarek!

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru