Hardan başdıyıb harda bitirəcəyimi bilmirəm , amma ümüd edirəm ki, məni düz başa düşərsiz. Bilmirəm forumdakı qardaşlar bizim hər bir yığıncağımızda olanda (bilmirəm qardaşlar buna fikir verib və bunun barədə dərin düşünüblər ya yox) al-Fathin hər yığıncaqda onun elədiyi işin cətin olmasında və ona köməklikdən danışır. Yardım istəyir , amma hec kəsədə hecnə yükləmir. Hər dəfədə onun istəyinə qulaq ardı veriləndə və ya yola veriləndə və ya elə mənim kimi söz verib sora eləmiyən görəndə təssüflənirəm.
al Fəthi səngərdə düşmənlə tənha qalmış onunla nəyin bahasına olursa olsun vuruşan əsgəri xatırladır mənə .Bizdə qıraqdan baxırıq. Vuruş əl Fəth Allah səndən razı olsun deyirik. Sözsüz onun yaratdığı “səngər” səhərdən axşama kimi calışdığı bu forum İslam ,Əhli Beyt (s) düşmənlərinə qarşıdı və Allah qarşısında Fathin nə dərəcəyə catdığını və Fathə Allah(c.c.) və Əhli Beyt(s) tərəfindən hökmən necə gözəl əcrin veriləcəyini bir Allah(c.c.) bilir. Amma ona kimi istəyirəm bizimdə Qürbətən İləAllah əl Fəthə DEYİL onun yaratdığı “səngərə” maddi və mənəvi əcrimizi verək. Əlhəmdulillah əl Fəthin maddiyətə ehtiyacı yoxdu, yəginki hec inanmıram ki qəbul da eliyə. Amma forum üçün onun hər şeyə hazır olduğunu inanıram. Forumun, hələ hələ SNQ də analogu olmuyan forumun maddiyata ehtiyacı var.
Xülasə, dəfələrlə mən yığıncaqlardada əl Fəthə demişəm ikilikdə ki gəl qardaş bu “səngərimizə” fond yaradaq. O da deyirdi ki eliyən yoxdu , ya da eliyən var razılaşırlar sora da ele heləcə qalır.
İndi day mövzü yaratmaq fikrinə gəldim. Təklifim bu Forumu özünə əziz bilən insanlara Forumun Fondun yaratmaqdı. Əlhamdulillah , hamımız bir parca cörəyimizi qazanib yeyirik. 3-5-10 manatı cibimizdə saxlasaq nə biz milyoner olacıyıq nə də versək Allaha xatır kasıb olmuyacıyıq.
Buda bir xeyr əməldi , hesab edin Allahın(c.c.) düşmənlərinə İmam Ali (s) düşmənlərinə vuruşan bir əsgəri-forumu ayaqda saxlamaq üçün maddi köməklik edirik. Bunun dərəcəsin bir dəyqəlik oturub fikirləşin.
Mənim üçün bu forum cox əzizdi , bilirəm ki həyatım boyu əlimin altında nə vaxt internet olsa birinci brouzerimdə girəcəyim internet səhifəsi 313 forumu olacaq. Cünkü burdakı insanların sayəsində və bura vasitəsi ilə mən haqqı tapmışam, gözəl insanlarla tanış olmuşam, gözəl xeyrli əməllərimiz olub və inşallah ki də davam edəcək. Mən bu forumu nə vaxtsa itirmək istəmirəm.
İndi Sizdən təklifimə fikir bildirməyinizi Fondumuz yartmağa razı olub olmamağınız bilmək istəyirəm.
İstəmiyən kişi kimi desin istəmirəm , lüzumsuzdu , mən cəkilirəm kənara. Burda hec kəs onan inciməyə və ya tənə vurmağa haqqı catmaz.
Zornan deyil Qürbətən İləAllahdı.
Сообщение отредактировал Dr.White: 24 августа 2010 - 12:08