Перейти к содержимому


Фотография

Ədəbiyyatda siyasi düşüncə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 05 сентября 2010 - 11:06

MEYMUNLARIN PADŞAHI HAQQINDA NAĞIL

On dördüncü əsr Çin rəvayətçisi Lyu Cinin bir pritçası çoxdan unudulmuş siyasi hakimiyyət anlayışını dəqiqliklə açır Çu adlanan feodal dövlətində bir qoca varmış. Onun bütün nökər-naibi meymunlar imiş. Çulular onu meymunlar padşahı adlandırırlarmış.

Hər səhər qoca meymunları öz sarayına çağırar və onların başçısına əmr edərmiş ki bütün meymunları ağaclardan kollardan meyvə yığmaq üçün dağlara aparsın. Qaydaya görə hər meymun topladığının onda birini qocaya verməliymiş. Qaydanı pozan amansızcasına şallaqlanarmış. Bütün meymunlar çox əzab çəksələr də şikayət etməyi düşünmürlərmiş.

Bir dəfə balaca meymun o birilərdən soruşur. Bu ağacları kolları qoca əkib O birilər cavab verirlər ki yox onlar özləri bitib. Balaca yenə soruşur. Biz qocadan icazəsiz meyvə yığa bilmərik. O birilər cavab verir ki yığa bilərik. Onda balaca yenə soruşur Bəs onda nə üçün biz qocadan asılı olmalıyıq nə üçün hamı ona qulluq etməliyik

Hələ balaca sözünü bitirməmiş bütün meymunlar qəfildən ayılır və hər şeyi anlayırlar. Elə həmin gecə qoca yuxuda olanda meymunlar çəpəri aşaraq qabaqlarına çıxanı dağıdıb uçururlar. Onlar qocanın anbarında saxladığı bütün meyvələri də götürüb meşəyə çəkilir bir daha geri qayıtmırlar. Bundan bir az sonra isə qoca acından ölür.

Yu-li–zi deyirdi Bəziləri öz xalqlarını ədalətlə yox fəndgirliklə idarə edir. Onlar meymunlar padşahına oxşamır. Onlar öz səfehliklərini başa düşmürlər. Xalq həqiqəti dərk edəndə isə onların fəndləri işə yaramır.


#2 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 20 сентября 2010 - 14:43

Yaxşı Padşahın nağılı ( Anar)

Padşahla vəzir qərara gəldilər ki, bundan sonra sual qadağası, istisna olaraq onların ikisinə aid deyil. Bu gecə vəzirlə söhbətdən sonra padşah yenə yata bilmirdi. O düşünürdü. Düşünürdü ki, dünya çox gidi dünyadır. Onun fərmanları gör nə qədər adamı xoşbəxt edib, padşahın özüyçün isə bu qadağalar əziyyətdir, çətinlikdir. Bütün qadağaları yadda saxlamaq yaman dərddir. İllah da padşahın özüyçün.

Padşah burda qalsın, sizə kimdən deyim, baş vəzirdən.

Günlərin bir günündə baş vəzir padşahın yanına iri bir müçrü gətirdi. Mücrü dolu material idi. Baş vəzir o biri vəzirlərin qanunu pozmalarına aid sanədlər gətirmişdi. Padşah dəhşətə gəldi - burda nələr yox idi?! Maqnitofon lentinə vəzirlərdən birinin səsi yazılmışdı - gecə vaxtı arvadıyla söhbətdə o yasaq hərfli sözlər deyirdi. Mixəyi deyil, yaşıl yarpaqlı budaq - bu budaq vəzirlərin birinin həyətlərindəki ağacın budağıdır. Fotolardan biri başqa bir vəzirin uzun hörüklü qızının şəkli idi. Və nəhayət, xüsusi gizli cihazla ikinci vəzirin sayıqlamaları yazılmışdı - aydın məsələ idi ki, sayıqlayırdısa, deməli yatıbmış, hətta yuxu da görürmüş, yaramaz, özü də haçan - şənbə günü.

Padşahın dili-dodağı əsirdi. O çox kövrək və dəymədüşər padşah idi.

- Neyləyək bunlara, bu qanunu pozanlara? - deyə padşah həyəcanla soruşdu.

Baş vəzir xoş və mehriban səslə:- Padşah sağ olsun - dedi - hələlik, əvvəl-əvvəl tutaq basaq. Dalısına baxarıq.

- Hara basaq?

— Məhbəsə - deyə vəzir həlim və yavaş səslə cavab verdi.

— Padşah:

- Axı bizim məmləkətdə məhbəs yoxdur - dedi. Vəzir daha da incə və yumşaq səslə:

— Yoxdur, tikərik - dedi.

— Padşah fikrə getdi, sonra dedi:

— Onda ən yaxşı memarlara tapşırın. Müasir üslubda, yaraşıqlı, sadə və dəbdəbəli olsun.

— Vəzir:

— Ən yaxşı layihə üçün müsabiqə elan edirik - dedi.

— Padşah:

- Bina əzəmətli, təntənəli və möhkəm tikilməlidir - dedi. - Biz gələcəyi də nəzərdə tutmalıyıq. Yalnız indiki nəsillərçün deyil, gələcək nəsillərçün də tikməliyik.


#3 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 20 сентября 2010 - 17:12

MEYMUNLARIN PADŞAHI HAQQINDA NAĞIL

On dördüncü əsr Çin rəvayətçisi Lyu Cinin bir pritçası çoxdan unudulmuş siyasi hakimiyyət anlayışını dəqiqliklə açır Çu adlanan feodal dövlətində bir qoca varmış. Onun bütün nökər-naibi meymunlar imiş. Çulular onu meymunlar padşahı adlandırırlarmış.

Hər səhər qoca meymunları öz sarayına çağırar və onların başçısına əmr edərmiş ki bütün meymunları ağaclardan kollardan meyvə yığmaq üçün dağlara aparsın. Qaydaya görə hər meymun topladığının onda birini qocaya verməliymiş. Qaydanı pozan amansızcasına şallaqlanarmış. Bütün meymunlar çox əzab çəksələr də şikayət etməyi düşünmürlərmiş.

Bir dəfə balaca meymun o birilərdən soruşur. Bu ağacları kolları qoca əkib O birilər cavab verirlər ki yox onlar özləri bitib. Balaca yenə soruşur. Biz qocadan icazəsiz meyvə yığa bilmərik. O birilər cavab verir ki yığa bilərik. Onda balaca yenə soruşur Bəs onda nə üçün biz qocadan asılı olmalıyıq nə üçün hamı ona qulluq etməliyik

Hələ balaca sözünü bitirməmiş bütün meymunlar qəfildən ayılır və hər şeyi anlayırlar. Elə həmin gecə qoca yuxuda olanda meymunlar çəpəri aşaraq qabaqlarına çıxanı dağıdıb uçururlar. Onlar qocanın anbarında saxladığı bütün meyvələri də götürüb meşəyə çəkilir bir daha geri qayıtmırlar. Bundan bir az sonra isə qoca acından ölür.

Yu-li–zi deyirdi Bəziləri öz xalqlarını ədalətlə yox fəndgirliklə idarə edir. Onlar meymunlar padşahına oxşamır. Onlar öz səfehliklərini başa düşmürlər. Xalq həqiqəti dərk edəndə isə onların fəndləri işə yaramır.

Əlaaa! Gözəl hekayədir.Görəsən bizim yazıçılar nə vaxt belə hekayələr,nağıllar yazar?
Факты не перестают быть фактами, когда их игнорируют




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru