Перейти к содержимому


Фотография

Səma elçisi - Peyğəmbərlik (The Message)


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 13 Сентябрь 2010 - 16:03

Salam Aleyküm hörmətli forumçular.

Изображение

Yəqin ki, sözü gedən bu filmə demək olar ki, hami baxıb. Film haqqında fikirləriniz necədir? Həqiqətə uyğunlugu nə qədərdir? İslam peyğəmbərinin və İslam dininin yaranması və təbliğ olunmasını təhrifsiz şatdıra biliblərmı? Bu filmdə daha çox hansı faktların və nyuanslarin yer almasını istərdiz?

Ümumiyyətlə İslam peygəmbəri (s.a.a.s.) və İslam dini haqqında film çəkmək bir az çətindir. Yəqin belə bir filmin çəkiliçində bəzi mubahisəli məsələləri işıqlandırmamaq lazım olar. Amma filmdə Əmmar ibn Yasirin (r.ə.) Məscidi Nəbəvini inşa səhnəsini gördükdə həmişə Peyğəmbərimizin (s.a.a.s.)-in - Ah Əmmar səni çox zalım və həddin azmış bir topluluq şəhid edəcək - sözləri yadıma düşür.
Bir də Həbəş Kralının sonradan islamı qəbul etməsi səhnəsini çəkmək də gözəl olardı.

Сообщение отредактировал fidan: 13 Сентябрь 2010 - 16:04

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 13 Сентябрь 2010 - 16:43

bu film çox xoşuma gəlir. Xüsusən də Hz Əlinin (r.a) Peyğambərin (s) yatağında uzanmasını eşidəndə münafiqlərin təəccüblənməyi çox xoşuma gəlir. Birdə ki Hz Əlinin o İklima-dı nə zibildi Bədr müharibəsində vurub ``xoşbaxt`` eləməyi ləzzət eliyir.
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 13 Сентябрь 2010 - 17:20

Çox gözəl filmdir. Bir az sünni ssenarisinə yaxın olsa da, ümumilikləri çoxdur. Səviyyəli çəkilib.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 20 Сентябрь 2010 - 16:28

Məktəb illərimdə baxmışam bu filmə. Ümumilikdə yaxşı filmdir, neytral mövqedən çəkilib. Peyğəmbərin (s) həyatı ilə bağlı ixtilaflı məsələlərə yer verilməyib. Daha çox siyasi məsələlər, müşrik və kafirlərlə müharibələr, islamın yayılması və s. hadisələrə yer verilib, peyğəmbərin uşaqlıq dövrü, xanımlarına, qızına, nəvələrinə münasibəti haqqında heç nə yoxdu filmdə (səhv xatırlamıramsa). Bu məsələlərin filmdə işıqlandırılmasını istərdim.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru