Перейти к содержимому


Фотография

Zamanın İmamı kimdir ?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 197

#1 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 15 сентября 2010 - 15:48

Bismillahir – Rəhmanir – Rəhim


“Zamanın imamı” hədisi


Məhəmməd ibn İsmayıl Buxari öz kitabında Hz Peyğəmbərdən (s) belə nəql etmişdir :

“Hər kəs hakimdən (imamdan) bir qarış ayrılsa, dünyadan cahil (yəni İslam dinindən qabaq hakim olan şəraitdə ölmüş kafir) kimi getmişdir.”
(Səhihi – Buxari, “Kitabil-fitən, 1281/7053)

Müslim ibn Həccac Nişapuri Hz Peyğəmbərdən (s) bu hədisi rəvayət edir :

“Hər kəs dövrünün imamını qəbul etmədiyi (tanımadığı) halda dünyadan gedərsə, kafir bir şəxs kimi dünyadan getmişdir.”
(Səhihi – Müslim, Kitabul-imarət, 835/1851)

Hafiz Əbu Bəkr Əmr ibn Əbu Asim Hz Peyğəmbərin (s) belə buyurduğunu nəql edir :

“Hər kəs imamını tanımadan dünyadan gedərsə, kafir kimi dünyadan getmişdir.”
(“Kitabus-sunnə”, İbn Əbu Asim Şəybani, 489/1057)

Bəs zamanın imamları kimlərdir və sayları nə qədərdir ?


Bu haqda daha ətraflı yazı üçün yükləmə linki =>http://188.40.85.46/vf6kvc2zlzmp/__mam_Zaman.rar.htm <=

Сообщение отредактировал reservoir engineer: 15 сентября 2010 - 15:49

Zillət bizdən uzaqdır !


#2 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 15 сентября 2010 - 16:34

İndi deyin görək Zamanın İmamı kimdir ?!

Zillət bizdən uzaqdır !


#3 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 15 сентября 2010 - 16:59

Hələm bir sən özün cavab ver görək zəmanəvin imamı kimdir ?
Факты не перестают быть фактами, когда их игнорируют

#4 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 15 сентября 2010 - 17:01

Hələm bir sən özün cavab ver görək zəmanəvin imamı kimdir ?


))) Bu sualın cavabı və cavabımın izahı yükləmə linkindədir ! Cavab Hz Mehdi (ə.f)

Bəs siz necə cavab verərdiz ? Mən dedim sıra sizdədir

Zillət bizdən uzaqdır !


#5 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 15 сентября 2010 - 17:03

Çox gülürsən cavan oğlan.Bəyəm qeybdə olan necə imam ola bilər? İmam olan şəxs gərək ki əmrlər versin,dövləti idarə eləsin,fətva versin.Sizin İmam bunu edir ?
Факты не перестают быть фактами, когда их игнорируют

#6 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 15 сентября 2010 - 17:19

Çox gülürsən cavan oğlan.Bəyəm qeybdə olan necə imam ola bilər? İmam olan şəxs gərək ki əmrlər versin,dövləti idarə eləsin,fətva versin.Sizin İmam bunu edir ?


Əvvəl özün de zamanın imamı kimdir səncə , səhih hədislər deyir ki onu tanımadan ölən adam kafir kimi ölmüş olur

İndi sənin iradına baxaq , buna bənzər bir iradı və həmin iradın cavabını qeyd edirəm :

Başqa bir ifadəylə tənqid edən belə deyir: İmamın cəmiyyətdəki rolu, İslam şəriətini tətbiq etmək və ümməti qorumaqdır. Əgər İmamıyanın dediyi kimi İmam qeybətə çəkilsə bütün cəza və hökmlərin təxirə salınması lazımdır. Məsələn cihad və buna bənzər bir çox hökmün əmrini yalnız İmam verər, o da olmayınca, bu əmri verəcək kimsə qalmaz, o zaman da artıq ona ehtiyac qalmayacaq. Bu səbəbdən belə bir İmamın varlığı ilə yoxluğu arasında fərq söz mövzusu ola bilməz.
Bu tənqid də bir neçə səbəbdən ötəri əsassızdır:
1) Haqqa dəvət və İslamı təbliğ etmək, hər hansı bir şəxslə məhdud deyil. Bu bütün Müsəlmanların vəzifəsidir. Görəsən Şiələr indiyə qədər haqq yola dəvəti boynuna götürməmişlərdirmi? İmamın şəxsən bu işi boynuna götürməsinə ehtiyac yoxdur. Peyğəmbərlərin dəvəti də hər vaxt təqibçilərinin və möminlərin vasitəsilə olmuşdur. Dəvət bu üsulla da ola bilər. İmamların təbliğ üçün uzaqlara getmələrinə və ya başqalarının onların yanına gəlmələrinə ehtiyac yoxdur.
Cəza və hökmlərin tətbiq olunması, düşmənlərlə cihad etmə mövzusu da yenə vəkillər və komandirlər tərəfindən yerinə yetirilər. Peyğəmbərlər dövründə də vəkillər və komandirlər ciddi bir şəkildə bu işləri edirdilər. Bu işləri mütləq özümüz edəcəyik demirdilər. İmamların vəziyyəti də belədir və özləriylə məhdud deyil.
İndiyə qədər izah etdiklərimizdən bu aydın olmaqdadır: Şəriət və İslamın qanunlarını qorumaq, lazım olduğu şəkildə təbliğ etmək üçün İmamın varlığına ehtiyac vardır. Əgər bu işləri boynuna götürəcək bəziləri varsa, İmam bu işi onlara buraxa bilər və ya özünü gizləyə bilər. Amma ümmətdən heç kim bu işi etməz, hamısı haqq və doğru yoldan sapsalar o zaman İmamın gizli qalmağa haqqı yoxdur. Ortaya çıxaraq işlərini şəxsən özü boynuna götürməlidir.
Bu mövzunun özü İmamın lazımlı meydana gəlinin fəlsəfəsini ağılı istiqamətdən isbat etməkdə və Allahın onu göndərməsinin lazımlılığını da ortaya qoymaqdadır.
Ağılı baxımdan ümmətin hidayəti, şəriətin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün Allahın bir İmam göndərməsi şərtdir. Əgər ümmət zülmə müraciət edib, İmamı öldürmə məqsədini daşısa və ya onun işlərinə mane olmaq istəsə, o zaman İmam qeybə çəkilər və ümmət içərisindəki işlərini dayandırar. Buna səbəb olan şey də ümmətin tutumudur. Bunda ümmət günahkardır. Doğulacaq hər fəsaddan da yenə ümmət məsuldur. Əgər Allah Təala İmamı vəzifələndirməzsə, doğulacaq olan əskikliyin səbəbi "neuzubillah" özü olmuş olar. Allah Təala hər cür qarışıqlıq və fəsaddan uzaqdır. (1)
Qaynaq:
(1)- Xacə Nasıruddin Tusi "İmamın göndərilməsi şərtdir" mövzusunda belə buyurur: "İmamın varlığı, Allahın insanlara etdiyi bir lütfdür. Onun cəmiyyəti idarə etməsi insanlar üçün daha böyük bir lütfdür. Bu zaman İmam, cəmiyyəti idarə etmirsə bunun səbəbi bizlərik."
Əllamə Hilli, Şeyx Nəsirəddin Tusinin bu sözünü belə açıqlayır: İmamətin insanlara olan faydasını, bir neçə şeydə yekunlaşdıra bilərik:
a) Allah, İmamı açıqca göndərməli və ona insanları səhih bir şəkildə idarə etmə imkanı verməlidir.
B) İmam da İmamət mövqesini qəbul etməli, vəzifəsini yerinə yetirməyə hazır olmalıdır. Və belə də olmuşdur.
c) İnsanlar da İmama qarşı vəzifəsini yerinə yetirməlidirlər. Yəni Onun əmrlərinə uyğun gəlməli və işləri idarə etmədə ona köməkçi olmalıdırlar. Amma insanlar bu vəzifələrini yerinə yetirməmişlər. Nəticədə də Allahın lütfünün özlərinə şamil olmasına mane olmuşlar. Nə Allah, nə də İmam buna səbəb olmamışdır. (Kəşf-ul Murad, s. 285)


Omar , səbr elə hələ cavabım bitməyib müdaxilə etmə

Zillət bizdən uzaqdır !


#7 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 15 сентября 2010 - 17:23

Sual: İmamiya, İmam Mehdinin qeybət və zühuru mövzusunda ziddiyyətə düşmüşdür. Bir tərəfdən, İmamın gözlərdən itməsini və insanların ona çata bilməməsini, Allah Təala iradə etmişdir deyirlər; kənar yandan bir İmamın olmasının lazımlılığının fəlsəfəsi haqqında, insanların dinin hökmlərini bilən birinə ehtiyacı olub, Allahın onu göndərməsi lazım olduğunu söyləməkdədirlər. Başqa bir ifadəylə əgər Allah belə birini göndərməz və insanlar dinin hökmlərini öyrənmə imkanını tapa bilməzlərsə bu Allahın bəşəri nizamı güdmədiyini, qullarının ehtiyacını tam və gözəl bir şəkildə təmin etmədiyini göstərməzmi? deyirlər. Görüldüyü üzrə bu iki iddia tamamilə bir-biriylə ziddiyyət təşkil etməkdədir.
Cavab:
Bu tənqid də əsassız və batildir. Çünki bu tənqidi edən kəslərin Allahın hərəkətlərindəki fayda və bozuqluqların xüsusiyyəti barəsində məlumatlarının olmadığı aydın olur. Çünki həkim və alim olan birinin hərəkətləri hər vaxt bir ölçü üzərinədir; xarici faktorlar dəyişdiyi zaman, onun hərəkətləri və davranışı da dəyişə bilər.
Məsələn, alim və həkim olan bir şəxs öz uşaqlarına, qohumlarına və dostlarına yaxşı əxlaq, ədəb və elm öyrədir; daha sonra maddi imkanları və onların ticarət edə bilməsi üçün lazımlı olan şeyləri onların xidmətinə təqdim edir. Onlar bu səbəblə həm maddi, həm də mənəvi istiqamətdən kimsəyə ehtiyac duymazlar. Əgər bu kəslər xalqa qarşı yaxşı əxlaqlı olar ədəb və elm öyrənmədə səy göstərərlərsə və işlərində diqqətli olaraq çalışılsa, həkim və alim olan bu şəxs məsləhət gərəyi bu insanlara təqdim etdiyi imkanları daha da artırar. Onların əxlaq, elm və ticari istiqamətdə inkişafları üçün lazımlı olan şeyləri hazırlayar. Amma bunun əksinə bu kəslər elm, ədəb, əxlaq və bacarıq təhsil almada qüsur etsələr, öz xidmətlərinə təqdim edilən maddi imkanları yaxşı istifadə etməyib müflisləşsələr, əlverişsiz davranışlarda olaraq xalqla olan əlaqələrini kisənlərsə təbii olaraq bu həkim və alim şəxs onlara elm öyrətməkdən çəkinər, təqdim etdiyi maddi imkanları geri götürər. Burada görüldüyü kimi həkim olan şəxsin məsləhətə uyğun olaraq etdiyi, bir-birinin tam zidd idi olan iki ayrı hərəkəti vardır. Bu iki davranış eyni şəxslər üzərində tətbiq olunur. Fərqli olan üsul hər ikisi də yerli yerində və məsləhətə uyğun olaraq edilir; təzadlıq deyə bir şey söz mövzusu deyil.
Arif və alim olan insanlar, Allahın tədbir və hikmətə söykənən sünnəsinin qullar arasında uygulanışının yuxarıda verdiyimiz misal kimi olduğunu qəbul edərlər. Belə ki, Allah qullarına ağıl və düşünmə gücü vermişdir. İnsanlar ağıllarıyla yaxşı əxlaqı və bəyənmələn üsulları anlaya bilərlər.
Allah Təala, peyğəmbərlər və səmavi kitablar vasitəsiylə insanların yaxşı əxlaq və yaxşı əməlləri etmələrini əmr etmişdir. Bu əmr insanların məsləhəti üçün verilmiş bir əmrdir. Çünki insan ancaq bu əmrlərə uyğun gəlməklə əbədi səadətə və qurtuluşa çata bilər.
Bu səbəbdən əgər insan Allahın verdiyi ağılı istifadə edərək, onun əmrlərinə xəbərdar etsə, Allah da onu qeybi köməklərlə dəstəklər və onun haqq yolda irəliləyə bilməsi üçün lazımlı olan səbəbləri hazırlayar. Amma əgər insan ağıl və məntiqini istifadə etməz, Allahın əmrlərinə itaət etməzsə o zaman vəziyyət tamamilə dəyişər.
Bu iki iş müxtəlif və fərqlidir; məsləhət bunu tələb etməkdədir. Bu fərqli üsullar arasında ağılı və məntiqi olaraq heç bir ziddlik söz mövzusu deyil.
Allah insanları özünə və göndərdiyi peyğəmbərlərə iman etməyə dəvət etmişdir. Şübhəsiz Allah insanların məsləhətinə uyğun olaraq bu əmri vermişdir. Amma əgər insanın canı təhlükəyə düşsə canını qurtarmaq üçün Allah və peyğəmbərlərini inkar etsə, günaha düşməz; əksinə etdiyi bu hərəkətlə savab qazanmış olar. Allah özünə iman etməyi əmr edir kənar yandan çətinlik anında inkar etmə icazəsini verir. Bu iki əmr də yerinə görə verilmişdir.
Burada üsul ya da vəzifənin dəyişməsi ilə belə bir vəziyyət ortaya gəlmişdir. Bu da zalım və inkarçıların haqq olduğunu göstərməz. Onlar, etdikləri bu məcbur etməyə qarşılıq olaraq cəzalarını çəkəcəklərdir.
Allah Təala həcc və cihadı insanlara fərz etmiş, bu iki vəzifəsini yerinə yetirməyi şərtlərə bağlamışdır. Əgər insanın gücü olar, heç bir maneədə söz mövzusu olmazsa şübhəsiz bu əmrləri yerinə yetirməlidir. Əgər bunları edəcək gücə sahib deyilsə və maneə varsa o zaman bu öhdəçilik ortadan qalxar, çünki şərtlər bunu tələb etməkdədir. Bu işə mane olanlar məsuldur; cəzalandırılacaq olanlar da onlardır.
Şübhəsiz Hz. Mehdi aleyhissələmin qeybət və zühur məsələsi də belədir. Çünki qullar öz İmamına itaət edər, lazımlı vəzifələrini yerinə yetirər və haqq yolda irəliləmədə ona köməkçi olsalar, o zaman İmam zühur edər və insanlar da ona çata bilərlər. Amma insanlar ona itaət etməyib, haqq və təkamül yolunda köməkdə olmazlarsa, İmam insanların çata bilməyəcəyi və görə bilməyəcəyi bir mühitə yəni qeybətə çəkilməsi çox təbii bir hadisədir. Onun qeybətə çəkilməsinə səbəb olanlar bu məsuliyyəti daşımaqda və cəzasını da onlar çəkəcəkdir. İmamın gözlərdən itməsi bu istiqamətdədir. Ona kömək edəcək bir kimsə qalmaz isə, o da kömək edəcək bəziləri gələnə qədər gizliliyini davam etdirəcək.

Сообщение отредактировал reservoir engineer: 15 сентября 2010 - 17:25

Zillət bizdən uzaqdır !


#8 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 15 сентября 2010 - 17:30

http://www.imamalmahdi.com/html/azr/html/qaybat/02.html

Bu linkdə daha sadə izah edilib

Zillət bizdən uzaqdır !


#9 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 15 сентября 2010 - 17:33

Aşağıdakı linklərdən də faydalana bilərsiniz

http://www.erfan.ir/article/article.php?id=18508
http://fevatim.azeri...esh-suala-cavab

Zillət bizdən uzaqdır !


#10 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 22 сентября 2010 - 17:22

Omar ,

Sən niyə həmişə belə edirsən , sənin sualına cavab veririk sən isə yox . Sualım budur ki zamanın imamı kimdir ?? Cavab verə bilmirsənsə açıq etiraf elə ))

Qeybətdə olan imamım faydası haqda daha gözəl link qoyuram , türk dilindədir :


Yüklə | İndir | Скачать | Download

Сообщение отредактировал reservoir engineer: 22 сентября 2010 - 17:23

Zillət bizdən uzaqdır !


#11 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 22 сентября 2010 - 21:57

Imam Zamanin (ec)vucudundan boyuk qeyb dovrunde behrelenmek buludun arxasindada olsa guneshin varliqindan faydalanma kimidir.Neceki Peygemberimiz(sa)-de bir muddet hicretde maqarada qaldi amma hokmlere sunnelere emel olunurdu.

#12 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 23 сентября 2010 - 10:36

Bir kitab da var "Parlayan günəş", çox maraqlıdır. İnet-də tapa bilmədim. Amma satışda var. Kitabda həm İmamımız (a.f.), həm də qeyb, zühur və rəcət haqqında maraqlı məlumatlar var.

Сообщение отредактировал fidan: 23 сентября 2010 - 10:37

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#13 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 23 сентября 2010 - 12:34

Başqa bir ifadəylə tənqid edən belə deyir: İmamın cəmiyyətdəki rolu, İslam şəriətini tətbiq etmək və ümməti qorumaqdır. Əgər İmamıyanın dediyi kimi İmam qeybətə çəkilsə bütün cəza və hökmlərin təxirə salınması lazımdır. Məsələn cihad və buna bənzər bir çox hökmün əmrini yalnız İmam verər, o da olmayınca, bu əmri verəcək kimsə qalmaz, o zaman da artıq ona ehtiyac qalmayacaq. Bu səbəbdən belə bir İmamın varlığı ilə yoxluğu arasında fərq söz mövzusu ola bilməz


Siz düşünürsünüz ki, Cihad hökmünü yalnız İmam (a)verə bilər?

#14 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 24 сентября 2010 - 13:18

düşmənlərlə cihad etmə mövzusu da yenə vəkillər və komandirlər tərəfindən yerinə yetirilər.

Mən bildiyim qədər şiələrdə cihad hökmünü yalnız məsum olan şəxs yəni imam verə bilər.Yəni ki imam olmayan vaxt cihaddan danışamağa sizin əqidənizə görə olmaz.
P.S Müdafiə cihadından söhbət getmir.Söhbət hücumdan gedir.
Факты не перестают быть фактами, когда их игнорируют

#15 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 24 сентября 2010 - 17:42

düşmənlərlə cihad etmə mövzusu da yenə vəkillər və komandirlər tərəfindən yerinə yetirilər.

Mən bildiyim qədər şiələrdə cihad hökmünü yalnız məsum olan şəxs yəni imam verə bilər.Yəni ki imam olmayan vaxt cihaddan danışamağa sizin əqidənizə görə olmaz.
P.S Müdafiə cihadından söhbət getmir.Söhbət hücumdan gedir.


Sübut?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#16 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 25 сентября 2010 - 09:31

düşmənlərlə cihad etmə mövzusu da yenə vəkillər və komandirlər tərəfindən yerinə yetirilər.

Mən bildiyim qədər şiələrdə cihad hökmünü yalnız məsum olan şəxs yəni imam verə bilər.Yəni ki imam olmayan vaxt cihaddan danışamağa sizin əqidənizə görə olmaz.
P.S Müdafiə cihadından söhbət getmir.Söhbət hücumdan gedir.

CİHAD
Sual: 1061. Məsum İmam (ə) qеybdə olan zaman ibtidai cihadın hökmü nədir? İmkanları gеniş olan (müsəlmanların vəlliyyi-əmri) və bütün şəraitlərə malik olan fəqihə bu barədə hökm vеrməyə icazə vеrilirmi?

Cavab: Müsəlmanların vəliyyi-əmri, bütün şəraitlərə malik olan fəqih şəraitin bunu tələb еtməsini gördükdə, mümkündür ki, bu hökmü vеrməyə icazəli olsun; hətta bu, o barədə olan rəylərin ən qüvvətlisidir.


http://www.haqqyolu....=20081115024305

#17 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 25 сентября 2010 - 14:09

Omar ,

Elə ancaq sənin suallarına cavab veririk e deyəsən , nə olardı ki bir dəfə sən bizim sualımıza cavab verəsən və nala mıxa vurmayasan ? Sənin əqidənə görə zaman imamı kimdir ??

Zillət bizdən uzaqdır !


#18 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 25 сентября 2010 - 14:36

Omar ,

Elə ancaq sənin suallarına cavab veririk e deyəsən , nə olardı ki bir dəfə sən bizim sualımıza cavab verəsən və nala mıxa vurmayasan ? Sənin əqidənə görə zaman imamı kimdir ??

omara farq etmir kafirda olsa olar aqidasi beladir,qamata istinad deyiram :loool:
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#19 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 25 сентября 2010 - 14:59

omara farq etmir kafirda olsa olar aqidasi beladir,qamata istinad deyiram :loool:


:gizildish:

Zillət bizdən uzaqdır !


#20 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 29 сентября 2010 - 12:15

CİHAD
Sual: 1061. Məsum İmam (ə) qеybdə olan zaman ibtidai cihadın hökmü nədir? İmkanları gеniş olan (müsəlmanların vəlliyyi-əmri) və bütün şəraitlərə malik olan fəqihə bu barədə hökm vеrməyə icazə vеrilirmi?

Cavab: Müsəlmanların vəliyyi-əmri, bütün şəraitlərə malik olan fəqih şəraitin bunu tələb еtməsini gördükdə, mümkündür ki, bu hökmü vеrməyə icazəli olsun; hətta bu, o barədə olan rəylərin ən qüvvətlisidir.

Bunun mənasını get elm əhlindən soruş gör ibtidai cihad deyəndə nə nəzərdə tutulur.Bidə bəyəm təkcə bu hökmdür? Adi vacib olan cümə namazı,bayram namazlarını belə nəsx eləmisiz.
Deyirsiz ki 12-ci imam sizin əmr sahibinizdir elə? Onda sual çıxır qeybdə olan sizə nə cür əmrlər verir?
Факты не перестают быть фактами, когда их игнорируют

#21 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 29 сентября 2010 - 19:33

Bunun mənasını get elm əhlindən soruş gör ibtidai cihad deyəndə nə nəzərdə tutulur.Bidə bəyəm təkcə bu hökmdür? Adi vacib olan cümə namazı,bayram namazlarını belə nəsx eləmisiz.
Deyirsiz ki 12-ci imam sizin əmr sahibinizdir elə? Onda sual çıxır qeybdə olan sizə nə cür əmrlər verir?


Allah yalançılara lənət etsin ya etməsin? Məgər şiələr bayram və cümə namazlarını qılmır?
Müctehidlər bəs kimlərdir?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#22 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 30 сентября 2010 - 10:09

Allah yalançılara lənət etsin ya etməsin? Məgər şiələr bayram və cümə namazlarını qılmır?

Bu namazlar sizdə vacibdir bəyəm ???

Müctehidlər bəs kimlərdir?

Müctehid bəyəm imamın əmrini sizə verir?
Факты не перестают быть фактами, когда их игнорируют

#23 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 30 сентября 2010 - 10:38

Öməq qardaşlar axı sənə sual verdi, niyə cavab vermirsən? Sənin əqidənə görə zaman imamı kimdir ??
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#24 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 30 сентября 2010 - 10:50

Öməq qardaşlar axı sənə sual verdi, niyə cavab vermirsən? Sənin əqidənə görə zaman imamı kimdir ??

Bizim əqidəmizə görə əmr sahibindən məqsəd alimlərdə ola bilər hakimlərdə.
Факты не перестают быть фактами, когда их игнорируют

#25 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 сентября 2010 - 17:17

Allah yalançılara lənət etsin ya etməsin? Məgər şiələr bayram və cümə namazlarını qılmır?

Bu namazlar sizdə vacibdir bəyəm ???

Müctehidlər bəs kimlərdir?

Müctehid bəyəm imamın əmrini sizə verir?


Vacib olmasa da hər halda əhli-sünnətdən çox buna fikir verilir. Cümə namazının bəyanı barədə.

İmam(ə.f) qeybə çəkiləndə məhz onlara itaət etməyi bizə buyurmuşdur.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#26 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 05 октября 2010 - 10:52

Öməq qardaşlar axı sənə sual verdi, niyə cavab vermirsən? Sənin əqidənə görə zaman imamı kimdir ??

Bizim əqidəmizə görə əmr sahibindən məqsəd alimlərdə ola bilər hakimlərdə.


Hindi kimdi sizin imamınız? Adını deyə bilərsən?

Сообщение отредактировал katala: 05 октября 2010 - 10:53

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#27 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 05 октября 2010 - 16:42

Hindi kimdi sizin imamınız? Adını deyə bilərsən?

Sizin deyəndə ki burda konkretliy yoxdur. Mümkündür mən filankəsi özümə imam bilim digəri isə başqasını.
Факты не перестают быть фактами, когда их игнорируют

#28 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 05 октября 2010 - 19:23

Hindi kimdi sizin imamınız? Adını deyə bilərsən?


Sizin deyəndə ki burda konkretliy yoxdur. Mümkündür mən filankəsi özümə imam bilim digəri isə başqasını.


Zəhmət olmasa, imamlarınızın hamısının adlarını sayın! Görək onlar neçə nəfərdirlər? Onların hökmləri, fətvaları insanlara necə çatdırılır? Ümumiyyətlə hazırda sizin alimlərdən və hakimlərdən ibarət neçə imamınız var?
Omar, şəxsən sən alim və hakimlərdən hansılarını imam olaraq qəbul edirsən? Zəhmət olmasa adını elə qeyd elə ki, hamımız tanıya bilək?

P.S. Birdən imamın ölüb eləsə, sənə başsağlığı verə bilək!

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#29 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 19 октября 2010 - 15:02

Hindi kimdi sizin imamınız? Adını deyə bilərsən?

Sizin deyəndə ki burda konkretliy yoxdur. Mümkündür mən filankəsi özümə imam bilim digəri isə başqasını.


Bax Omar mən ona görə də şiəyəm !

Necə yəni konkretlik yoxdur ?!

Hədislər deyir zamanının imamını tanımayaraq ölən kafir kimi ölüb . Sən isə deyirsən mən filankəsi seçərəm o biri beşmənkəsi . Zamanın imamı bir nəfər olar hami da onu tanımalıdır kafir kimi ölməmək üçün

Zillət bizdən uzaqdır !


#30 Heqiqet ashiqi

Heqiqet ashiqi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 47 сообщений

Отправлено 20 октября 2010 - 13:50

Hindi kimdi sizin imamınız? Adını deyə bilərsən?


Sizin deyəndə ki burda konkretliy yoxdur. Mümkündür mən filankəsi özümə imam bilim digəri isə başqasını.


Zəhmət olmasa, imamlarınızın hamısının adlarını sayın! Görək onlar neçə nəfərdirlər? Onların hökmləri, fətvaları insanlara necə çatdırılır? Ümumiyyətlə hazırda sizin alimlərdən və hakimlərdən ibarət neçə imamınız var?
Omar, şəxsən sən alim və hakimlərdən hansılarını imam olaraq qəbul edirsən? Zəhmət olmasa adını elə qeyd elə ki, hamımız tanıya bilək?

P.S. Birdən imamın ölüb eləsə, sənə başsağlığı verə bilək!


Chox maraqlidir, goresen Omar bu suallara ne vaxtsa cavab verecek.......




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru