Перейти к содержимому


Фотография

Gunahkarla müsahibə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 10

#1 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 17 Сентябрь 2010 - 01:08

Salam əziz dostlar, yoldaşlar, qardaşlar, dindaşlar, sirdaşlar...
Mən Günahkar çoxdandır ki, foruma girmirdim. Amma, siz bunu mütəmadiləşdirə bilərsiniz. Əgər məni forumda tez-tez görmək istəyirsinizsə, bura suallarınızı yazın, mən də cavablandırmaq məcburiyyətilə buralara baş çəkim.
Suallarınızı rəhmət yağışı kimi yağdırın...
ALLAH hamınızdan razı olsun...


P.S. Reklam xarakteri daşımır!!!

Сообщение отредактировал Gunahkar: 17 Сентябрь 2010 - 01:09

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#2 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 Октябрь 2010 - 16:10

Salam aleykum Günahkar qardaş. Agentdə o qədər sual verirəm ki sizə, bura yazmağa sual qalmır :)
Haqqınızı halal edin.
Canlı efirdən çoxlu çoxlu təşəkkür edirəm tərcümələrimdə xeyli yardımçı olduğunuz üçün.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 12 Октябрь 2010 - 16:21

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 Октябрь 2010 - 18:32

Salam aleykum Günahkar qardaş. Agentdə o qədər sual verirəm ki sizə, bura yazmağa sual qalmır :)
Haqqınızı halal edin.
Canlı efirdən çoxlu çoxlu təşəkkür edirəm tərcümələrimdə xeyli yardımçı olduğunuz üçün.


Ələykum salam...
Haqqım var ki, halal da edim? Əgər varsa halal olsun!
Əgər tərcümələrində belə çox yardımçı olmuşamsa, ALLAH sizin savabınızı azaltmadan mənə də əcr versin... Amin! Bu Ondan gözləniləndir.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#5 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 Октябрь 2010 - 19:47

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:


Sözün düzü, "göz dəyməsin" son zamanlar bir az aktivləşmişəm. ALLAH imanı küfrə qalib edənə qədər, forumlarda işimiz var... :victoryL:

Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi.


Fərqi zaman, məkan, düşmənin kimliyi və s. amillərlə ölçmək olar.
Amma unutmamaq lazımdır ki, İmam Hüseyni (ə) tərbiyə etmək üçün Xanım Zəhra (s.ə.) kimi bir ana olmalı idi ki, bıçaq boynunun ardına qoyulana qədər gördüklərinə belə, bu sözləri desin: "Rizən bi-qəzaikə və təslimən li-əmrikə". SƏNin qəzana razı və əmrinə təsliməm.
Hər halda bütün imamların (ə) Xanım Zəhraya (s.ə.) xüsusi hörməti olmuşdur. Fikrimcə bu analıq haqqından əlavə vilayətin müdafiəsində ilk şəhid olmuş xanım kimi də mühümdür.
Fərqlər olduqca çoxdur. Xanım (s.ə.) İmam Həsən (ə) və İmam Hüseynin (ə) əlindən tutub İmam Əliyə (ə) şahid toplamaq üçün mədinəlilərin (hamısı İmam Əlinin (ə) vilayətinin Peyğəmbər (s) tərəfindən elan olunmasına şahid idilər) qapılarını döyürdü, evlərini gəzirdi... Lakin heç kəs gəlmirdi...
Amma İmam Hüseyn (ə) səhabələrinə deyirdi ki, siz gedin, bunların işi mənimlədir... Lakin heç kəs getmirdi...
Nə isə, bu haqda bundan artıq yazmaq istəmirəm...


Mahiyyəti nəzərdə tuturam.


Fikrimcə heç bir fərq yoxdur. Hər ikisinin mahiyyəti zülmə etiraz və ədaləti car çəkməkdən ibarətdir. Bu yolda artıq fərq etmir;
Sağ qalacaqsan və ya öləcəksən?
Səni gecə dəfn edəcəklər və ya bədənin günlərlə günəş qabağında qalacaq?
Səndən sonra ailən iztirab və stressdə olacaq və ya əsir olacaq?
Əsl igidlik və şücaət budur ki, bütün bunlara baxmayaraq zülmə etirazını bildirib haqqı müdafiə edəsən. Bunların hamısı bir imtahandır. Tarixdə qalanlar ən böyük imtahanlardan ən üzü ağ çıxanlardır. Belə imtahanlar bizim də həyatımızda, irili-xırdalı olur. ALLAH bizə yardım etsin ki, bu imtahanlardan özümüzün və başqalarının istədiyi kimi üzü ağ deyil, ALLAHın istədiyi kimi üzü ağ çıxaq. O gün İmam Hüseynin (ə) üzərinə düşən vəzifə, bu gün bizlərin üzərindədir. Əgər İmam Əli (ə) deyirsə ki; "Günəşin saçdığı bütün şeyləri mənə versələr ki, bir qarışqanın apardığı ağcaqanad qanadını ondan zülmlə alım, buna razı olmaram".
Ağcaqanadın qanadı nə qədər dəyərsizdir?
Qarışqa insan qarşısında nə qədər zəifdir?
Günəşin saçdığı şeylər nə qədər dəyərlidir?
İmam (ə) bu misalda bizlərə nə qədər böyük dərs deyir? Ən azından "dünya" sənin olacaq, bu şərtlə ki, bir ağcaqanad qanadını, özündən çox-çox zəif qarışqanın əlindən al, mənə ver!
Amma zülmə adət etmiş şəxslər nəinki qarışqa kimi zəif məxluqun, hətta özlərindən maddi və mənəvi baxımdan qat-qat güclü insanların da haqqını əllərindən alırlar. Günəşin saçdığına görə deyil, bir qarın yemək, bir dəst paltar, bir müvəqqəti və ötəri şəhvət üçün...
İmam Hüseyn (ə) bu barədə deyir ki; "Mənim kimilər, Yezid (l) kimilərə beyət etməz!"
İmam tək öz vəzifəsini açıqlasaydı, deyərdi ki, mən Yezidə (l) beyət etməyəcəyəm. İmam (ə) o gün elə bir söz dedi ki, qiyamətə qədər bütün insanların vəzifəsini açıqladı.
Nə isə, buna da bu qədərlə kifayətləndim...


Hansını daha mühüm saymaq olar?


Xanım Zəhranın (s.ə.) qiyamı, məzarının gizli qalması ilə, bu gün də davam etməkdədir... İmam Hüseyn (ə) isə, elə bir yol qoydu ki, nə vaxta qədər onun yolunu gedənlər olacaq, bu yol əbədi qalacaqdır. Xanım (s.ə.) da, İmam (ə) da, hər ikisi, İslam, Quran və Vilayət yolunda qiyama qalxdılar. Onların hər ikisinin məqamı mənim kimi cılız şəxsin təfəkküründən qat-qat uca və təsəvvür edilməzdir.
Deyirlər ki, bir pəhləvan şahın cəngavərini atını döydüyü üçün atdan götürüb yerə çırpı. Şah o pəhləvana yüz zopa vurdurdu, sonra isə qolunu kəsdirdi. Pəhləvanın səsi də çıxmadı. Şah dedi ki, bizim yanımızda özünü sındırmaq istəmir. Onu güdün, harada ağlasa tutub gətirin mənim yanıma. Pəhləvan oradan çıxıb yola düzəldi. Yol boyu ağlamadı, sızlamadı... Nəhayət yolda bir qolu kəsilmiş gördü... Onunla qucaqlaşıb ağladı... Şahın məmurları onu tutub şahın sarayına gətirdilər. Şah soruşdu; -"Sənə yüz zopa vurduq, səsin çıxmadı. Qolunu kəsdirdik, səsin çıxmadı. Nə üçün o kişini görəndə ağladın?" Pəhləvan dedi: -"Sizin içinizdə qolu kəsilmiş yox idi. Mənim nə çəkdiyimi yalnız o başa düşə bilərdi..."
Hər halda mən onların nə çəkdiyinə qiymət vermək və ya müqayisə etmək üçün, heç olmasa onların çəkdikləri dağın bir tozu qədər əzab çəkməliyəm ki, onlar haqqında nə isə deyə cürət əldə eləyə bilim.
Konkret olaraq deyim ki, ikisi də İslam, Quran və Vilayəti müdafiə etdikləri üçün ayrılmazdırlar.

P.S.1 Adətən müsahibələrdə hər bir şəxs şəxsi nəzərlərini dediyi üçün, mən də şəxsi nəzərlərimi dedim. Ola bilər ki, İslam alimləri bu haqda daha dəqiq məsələlər bildirsinlər. Amma mənim fikirlərim bunlardan ibarətdir.

P.S.2 al-İslam qardaş, bu sual mənim fikrimə belə gəlməmişdi. Mənim fikrimdə olmayan suala cavab verməyə və bu barədə az da olsa düşünməyə sövq etdiyin üçün sənə səmimi təşəkkürümü bildirirəm.

P.S.3 ALLAH daha yaxşısını bilir!!!

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#6 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 12 Октябрь 2010 - 20:00

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:


Sözün düzü, "göz dəyməsin" son zamanlar bir az aktivləşmişəm. ALLAH imanı küfrə qalib edənə qədər, forumlarda işimiz var... :victoryL:

Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi.


Fərqi zaman, məkan, düşmənin kimliyi və s. amillərlə ölçmək olar.
Amma unutmamaq lazımdır ki, İmam Hüseyni (ə) tərbiyə etmək üçün Xanım Zəhra (s.ə.) kimi bir ana olmalı idi ki, bıçaq boynunun ardına qoyulana qədər gördüklərinə belə, bu sözləri desin: "Rizən bi-qəzaikə və təslimən li-əmrikə". SƏNin qəzana razı və əmrinə təsliməm.
Hər halda bütün imamların (ə) Xanım Zəhraya (s.ə.) xüsusi hörməti olmuşdur. Fikrimcə bu analıq haqqından əlavə vilayətin müdafiəsində ilk şəhid olmuş xanım kimi də mühümdür.
Fərqlər olduqca çoxdur. Xanım (s.ə.) İmam Həsən (ə) və İmam Hüseynin (ə) əlindən tutub İmam Əliyə (ə) şahid toplamaq üçün mədinəlilərin (hamısı İmam Əlinin (ə) vilayətinin Peyğəmbər (s) tərəfindən elan olunmasına şahid idilər) qapılarını döyürdü, evlərini gəzirdi... Lakin heç kəs gəlmirdi...
Amma İmam Hüseyn (ə) səhabələrinə deyirdi ki, siz gedin, bunların işi mənimlədir... Lakin heç kəs ondan ayrılmırdı...
Nə isə, bu haqda bundan artıq yazmaq istəmirəm...


Mahiyyəti nəzərdə tuturam.


Fikrimcə heç bir fərq yoxdur. Hər ikisinin mahiyyəti zülmə etiraz və ədaləti car çəkməkdən ibarətdir. Bu yolda artıq fərq etmir;
Sağ qalacaqsan və ya öləcəksən?
Səni gecə dəfn edəcəklər və ya bədənin günlərlə günəş qabağında qalacaq?
Səndən sonra ailən iztirab və stressdə olacaq və ya əsir olacaq?
Əsl igidlik və şücaət budur ki, bütün bunlara baxmayaraq zülmə etirazını bildirib haqqı müdafiə edəsən. Bunların hamısı bir imtahandır. Tarixdə qalanlar ən böyük imtahanlardan ən üzü ağ çıxanlardır. Belə imtahanlar bizim də həyatımızda, irili-xırdalı olur. ALLAH bizə yardım etsin ki, bu imtahanlardan özümüzün və başqalarının istədiyi kimi "üzü ağ" deyil, ALLAHın istədiyi kimi üzü ağ çıxaq. O gün İmam Hüseynin (ə) üzərinə düşən vəzifə, bu gün bizlərin üzərindədir. Əgər İmam Əli (ə) deyirsə ki; "Günəşin saçdığı bütün şeyləri mənə versələr ki, bir qarışqanın apardığı ağcaqanad qanadını ondan zülmlə alım, buna razı olmaram".
Ağcaqanadın qanadı nə qədər dəyərsizdir?
Qarışqa insan qarşısında nə qədər zəifdir?
Günəşin saçdığı şeylər nə qədər dəyərlidir?
İmam (ə) bu misalda bizlərə nə qədər böyük dərs deyir? Ən azından "dünya" sənin olacaq, bu şərtlə ki, bir ağcaqanad qanadını, özündən çox-çox zəif qarışqanın əlindən al, mənə ver!
Amma zülmə adət etmiş şəxslər nəinki qarışqa kimi zəif məxluqun, hətta özlərindən maddi və mənəvi baxımdan qat-qat güclü insanların da haqqını əllərindən alırlar. Günəşin saçdığına görə deyil, bir qarın yemək, bir dəst paltar, bir müvəqqəti və ötəri şəhvət üçün...
İmam Hüseyn (ə) bu barədə deyir ki; "Mənim kimilər, Yezid (l) kimilərə beyət etməz!"
İmam tək öz vəzifəsini açıqlasaydı, deyərdi ki, mən Yezidə (l) beyət etməyəcəyəm. İmam (ə) o gün elə bir söz dedi ki, qiyamətə qədər bütün insanların vəzifəsini açıqladı.
Mahiyyət zülmə etiraz və ədalətdir...
Nə isə, buna da bu qədərlə kifayətləndim...


Hansını daha mühüm saymaq olar?


Xanım Zəhranın (s.ə.) qiyamı, məzarının gizli qalması ilə, bu gün də davam etməkdədir... İmam Hüseyn (ə) isə, elə bir yol qoydu ki, nə vaxta qədər onun yolunu gedənlər olacaq, bu yol əbədi qalacaqdır. Xanım (s.ə.) da, İmam (ə) da, hər ikisi, İslam, Quran və Vilayət yolunda qiyama qalxdılar. Onların hər ikisinin məqamı mənim kimi cılız şəxsin təfəkküründən qat-qat uca və təsəvvür edilməzdir.
Deyirlər ki, bir pəhləvan şahın cəngavərini atını döydüyü üçün, onu atdan götürüb yerə çırpı. Cəngavərin ombası çıxdı. Şah o pəhləvana yüz zopa vurdurdu, sonra isə qolunu kəsdirdi. Pəhləvanın səsi də çıxmadı. Şah dedi ki, bizim yanımızda özünü sındırmaq istəmir. Onu güdün, harada ağlasa tutub gətirin mənim yanıma. Pəhləvan oradan çıxıb yola düzəldi. Yol boyu ağlamadı, sızlamadı... Nəhayət yolda bir qolu kəsilmiş gördü... Onunla qucaqlaşıb ağladı... Şahın məmurları onu tutub şahın sarayına gətirdilər. Şah soruşdu; -"Sənə yüz zopa vurduq, səsin çıxmadı. Qolunu kəsdirdik, səsin çıxmadı. Nə üçün o kişini görəndə ağladın?" Pəhləvan dedi: -"Sizin içinizdə qolu kəsilmiş yox idi. Mənim nə çəkdiyimi yalnız o başa düşə bilərdi..."
Hər halda mən onların nə çəkdiyinə qiymət vermək və ya müqayisə etmək üçün, heç olmasa onların çəkdikləri dağın bir tozu qədər əzab çəkməliyəm ki, onlar haqqında nə isə deməyə cürət əldə eləyə bilim.
Konkret olaraq deyim ki, ikisi də İslam, Quran və Vilayəti müdafiə etdikləri üçün ayrılmazdırlar.

P.S.1 Adətən müsahibələrdə hər bir şəxs şəxsi nəzərlərini dediyi üçün, mən də şəxsi nəzərlərimi dedim. Yəqin ki, İslam alimləri bu haqda daha dəqiq məsələlər bildirsinlər. Amma mənim fikirlərim bunlardan ibarətdir.

P.S.2 al-İslam qardaş, bu sual mənim fikrimə belə gəlməmişdi. Mənim fikrimdə olmayan suala cavab verməyə və məni bu barədə az da olsa düşünməyə sövq etdiyin üçün sənə səmimi təşəkkürümü bildirirəm.

P.S.3 ALLAH daha yaxşısını bilir!!!

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#7 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 13 Октябрь 2010 - 15:43

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Bu gün dərsdən sonra ustadlardan birindən soruşdum. Dedi ki, mənim fikrimcə Xanım Zəhranın (s.ə.) qiyamı daha mühümdür. Səbəbini soruşdum. Dedi: Əgər Xanım (s.ə.) qiyam etməsəydi, İmam Əli (ə) öləcəkdi...
Düzdür, dialoq ayaqüstü oldu. Amma dedi ki, geniş bir vaxtda müzakirə etmək lazımdır.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#8 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 13 Октябрь 2010 - 17:02

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Bu gün dərsdən sonra ustadlardan birindən soruşdum. Dedi ki, mənim fikrimcə Xanım Zəhranın (s.ə.) qiyamı daha mühümdür. Səbəbini soruşdum. Dedi: Əgər Xanım (s.ə.) qiyam etməsəydi, İmam Əli (ə) öləcəkdi...
Düzdür, dialoq ayaqüstü oldu. Amma dedi ki, geniş bir vaxtda müzakirə etmək lazımdır.



Maraqlı fikirdir, cavabını mütləq yazın. Allah razı olsun sual verəndən və suala lazımı cavab verəndən :goodL:
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#9 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 13 Октябрь 2010 - 20:59

Maraqlı fikirdir, cavabını mütləq yazın. Allah razı olsun sual verəndən və suala lazımı cavab verəndən :goodL:


İnşa ALLAH ustaddan vaxt alım, sonra onun cavablarını yazaram.

P.S. Növbəti dərsimiz, gələn həftənin 3-cü günüdür. Həftədə bir dəfə...

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#10 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 04 Ноябрь 2010 - 02:19

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Bu gün dərsdən sonra ustadlardan birindən soruşdum. Dedi ki, mənim fikrimcə Xanım Zəhranın (s.ə.) qiyamı daha mühümdür. Səbəbini soruşdum. Dedi: Əgər Xanım (s.ə.) qiyam etməsəydi, İmam Əli (ə) öləcəkdi...
Düzdür, dialoq ayaqüstü oldu. Amma dedi ki, geniş bir vaxtda müzakirə etmək lazımdır.


Deməli belə...
Ustaddan soruşdum. Belə izah etdi:
Mən bu məsələni ətraflı araşdırmışam. İmam Əlinin (ə) zamanındakı hadisədə, bəzi pərdə arxası məsələlər var ki, aydın deyil. Beyət məsələsi bir bəhanə ola bilər. Çünki, ora hücum edənlərin əsas məqsədi beyət almaq deyildi. İmam Əli (ə) təkliyilə onların hakimiyyətinə təhdid sayılmırdı.Ora hücumdan əvvəl "Səhifeyi-məlunə" məsələsi bunu açıq-aşkar göstərir ki, bu tam təfərrüatı ilə cızılmış plan olub. Bəlkə də onlar belə fikirləşiblər ki, biz hücum etdikdə, İmam Əli (ə) qılıncla qarşımıza çıxacaq və bir nəfər də sağdan, soldan və ya arxadan İmamı (ə) vurub öldürəcək və iş bitəcək. Amma Xanımın (s.ə.) qiyamı bu planı pozdu. Xanımın (s.ə.) o vəziyyətdə təhqir olunması, onların özlərinə də böyük dərd oldu. İmamın (ə) əli yalın çıxması və onlar tərəfindən əllərinin bağlanması isə, İmamın (ə) can təhlükəsinin qarşısını aldı.
Digər tərəfdən, İmam Əlinin (ə) öldürüləcəyi təqdirdə, İslamı geriyə qaytarma planı (lənətlənmiş səhifə) yerinə yetiriləcəkdi. Bundan sonra isə, İmam Həsən (ə), İmam Hüseyn (ə) və s. də olmayacqdı.
Xanımın (s.ə.) qiyamı, İmam Əlinin (ə) qanının qarşısını aldı. Beləcə həm imamət qorundu, həm də vilayət. Və s. Əgər suallarınız olsa, daha ətraflı yaza bilərəm.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#11 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 04 Ноябрь 2010 - 17:33

Seyidi görmək üçün gərək hər dəfə sual fikirləşək, işə bax da :rolleyes:
Xanım Zəhranın (ə) qiyamı ilə İmam Hüseynin (ə) qiyamları arasında hansı fərqlər var idi? Aydındır ki, şəkil cəhətdən fərqli idi. Mahiyyəti nəzərdə tuturam. Hansını daha mühüm saymaq olar?


Bu gün dərsdən sonra ustadlardan birindən soruşdum. Dedi ki, mənim fikrimcə Xanım Zəhranın (s.ə.) qiyamı daha mühümdür. Səbəbini soruşdum. Dedi: Əgər Xanım (s.ə.) qiyam etməsəydi, İmam Əli (ə) öləcəkdi...
Düzdür, dialoq ayaqüstü oldu. Amma dedi ki, geniş bir vaxtda müzakirə etmək lazımdır.


Deməli belə...
Ustaddan soruşdum. Belə izah etdi:
Mən bu məsələni ətraflı araşdırmışam. İmam Əlinin (ə) zamanındakı hadisədə, bəzi pərdə arxası məsələlər var ki, aydın deyil. Beyət məsələsi bir bəhanə ola bilər. Çünki, ora hücum edənlərin əsas məqsədi beyət almaq deyildi. İmam Əli (ə) təkliyilə onların hakimiyyətinə təhdid sayılmırdı.Ora hücumdan əvvəl "Səhifeyi-məlunə" məsələsi bunu açıq-aşkar göstərir ki, bu tam təfərrüatı ilə cızılmış plan olub. Bəlkə də onlar belə fikirləşiblər ki, biz hücum etdikdə, İmam Əli (ə) qılıncla qarşımıza çıxacaq və bir nəfər də sağdan, soldan və ya arxadan İmamı (ə) vurub öldürəcək və iş bitəcək. Amma Xanımın (s.ə.) qiyamı bu planı pozdu. Xanımın (s.ə.) o vəziyyətdə təhqir olunması, onların özlərinə də böyük dərd oldu. İmamın (ə) əli yalın çıxması və onlar tərəfindən əllərinin bağlanması isə, İmamın (ə) can təhlükəsinin qarşısını aldı.
Digər tərəfdən, İmam Əlinin (ə) öldürüləcəyi təqdirdə, İslamı geriyə qaytarma planı (lənətlənmiş səhifə) yerinə yetiriləcəkdi. Bundan sonra isə, İmam Həsən (ə), İmam Hüseyn (ə) və s. də olmayacqdı.
Xanımın (s.ə.) qiyamı, İmam Əlinin (ə) qanının qarşısını aldı. Beləcə həm imamət qorundu, həm də vilayət. Və s. Əgər suallarınız olsa, daha ətraflı yaza bilərəm.


Əhsən, gözəl cavabdı. Ümumiyyətlə, düşünürəm ki, bu məsələyə müxtəlif cür yanaşmaq olar. Bunun üçün heç də din xadimi olmaq vacib deyil. Bu siyasi məsələdi. Mən belə düşünürəm ki, hər 2 qiyam eyni dərəcədə önəmliydi. İmam Hüseynin (ə) qiyamı da təkcə imamət uğrunda deyildi ki. O zaman din artıq təhlükədə idi. Bunların hamısı səbəb-nəticə əlaqəsi ilə bağlıdı. Əgər Xanım Zəhranın (ə) qiyamı olmasaydı İmam Hüseyn (ə) də olmazdı, əlbəttə ki. İmam Hüseyn də qiyam etməsəydi, Yezidə (l.ə.) boyun əysəydi, din aradan gedəcəkdi. O zaman imamətin davam etməsi də mümkünsüz olacaqdı. Əlbəttə, ola bilsin, səhv edirəm, Allahu alim!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru