Hz. Əlinin (ə) fəzilətlərindən olan "siddiq" ləqəbini digər zülmkar şəxslərə şamil etmək istəyən bəzi mənfur şəxslər dəridən-qabığdan çıxıb bu fakta şübhə toxumu səpməkdədirlər. Belə ki, bu işə qədim zamanlardan müasır vəhhabilərin klassik alimləri də "barmağ qoymuşdurlar". Hədisin sənədinə irad tutmağ ve rahat şəkildə hədisi zəif çıxartmağ bəzi klassik və müasır təəsübkeş alimlərin iş-peşəsidir. İbni Teymiyyə və onun "məkətbinin" İbn Kəsir, əz-Zəhəbi və s. tələbələrinin və bu yolu müasır dövrdə davam etdirən əl-Albani kimi "özbaşına" alimlərin bu məsələni zəif sayması və danması heç də təəcüblü bir iş deyil. Bu hədis Əhli-beyt (ə) məktəbində danılmaz hədislərdəndir ki, Əhli-sünnə mənblərində daha çox nəzərə çarpır.
120 حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ الرَّازِيُّ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى أَنْبَأَنَا الْعَلَاءُ بْنُ صَالِحٍ عَنْ الْمِنْهَالِ عَنْ عَبَّادِ بْنِ عَبْدِ اللَّهِ قَالَ قَالَ عَلِيٌّ أَنَا عَبْدُ اللَّهِ وَأَخُو رَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا الصِّدِّيقُ الْأَكْبَرُ لَا يَقُولُهَا بَعْدِي إِلَّا كَذَّابٌ صَلَّيْتُ قَبْلَ النَّاسِ بِسَبْعِ سِنِينَ
...Abbad b. Abdullah Hz. Əli (ə)-ın belə dediyini nəql edir: “Mən Allahın qulu və Peyğəmbərin (s) qardaşıyam. Mən ən böyük siddiqəm. (Məlumunuz olsun ki,) məndən sonra bunu ancaq yalançı deyə bilər. Mən insanlardan yeddi il qabağ iman gətirmişəm.”
"Sünən", İbn Macə, "Əli b. Əbu Talibin fəziləti babı", №120
Hədisin raviləri
Mənbəموسوعة الحديث الشريف / الإصدار الأول : 1 / 2 - الكتب (التسعة):
1 - محمد بن إسماعيل الرازي - ( قال عنه ) : أبو حاتم الرازي ( صدوق ) ، الذهبي ( صدوق ).
1- Muhəmməd b. İsmail Razi.
Abu Hatim ər-Razi: “Doğrudanışan (səduq)"; əz-Zəhəbi - “Doğrudanışan (səduq)".
2 - عبيدالله بن موسى - ( قال عنه ) : يحيى بن معين : ( ثقة ) ، أبو حاتم الرازي : ( ثقة ) ، العجلي : ( ثقة ) ، محمد بن سعد ( ثقة صدوق يتشيع ) ، إبن عدي : ( ثقة ) ، إبن حيان : ( ثقة ).
2 – Abdullah b. Musa.
Yəhya b. Muin: “Siqa”; Abu Hatim ər-Razi: “Siqa”; əl-Əcli: “Siqa”; Muhəmməd b. Səd: “Siqa, doğrudanışan”; İbn Ədi: “Siqa”; İbn Hibban: “Siqa”.
3 - العلاء إبن صالح - ( قال عنه ) : يحيى بن معين ( ثقة ) ، أبو داوود السجستاني : ( ثقة ) ، أبة حاتم الرازي : ( لا بأس به ) ، يعقوب بن سفيان : ( ثقة ) ، إبن نمير : ( ثقة ) ، الحجلي : ( ثقة ) .
3 - əl-Əlai b. Salih.
Yəhya b. Muin: “Siqa”; Əbu Davud əs-Sicistani: “Siqa”; Abu Hatim ər-Razi: “Onda bir pislik yoxdur (Onun barəsində pis bir şey deyilməyib)”; Yəqub b. Sufyan: “Siqa”; İbn Nəmir (İbn Numeyr): “Siqa”; əl-Həcəli: “Siqa”.
4 - المنهال بن عمرو - ( قال عنه ) : يحيى بن معين : ( ثقة ) ، النسائي : ( ثقة ) ، العجلي : ( ثقة ) ، إبن حبان : ( ذكره في الثقات ) ، الدار قطني : ( صدوق ).
4 – əl-Mənhal b. Əmr.
Yəhya b. Muin: “Siqa”; ən-Nisai: “Siqa”; İbn Hibban: “Siqa” (Onu öz “əs-Suqat” kitabında zikr etmişdir); əl-Əcli: “Siqa”; əd-Darqutni: “Doğrudanışan (səduq)”.
5 - عباد بن عبدالله : ( قال عنه ) : العجلي : ( ثقة ) ، النسائي : ( ثقة ) ، محمد بن سعد : ( ثقة ) ، إبن حبان : ( ذكره في الثقات ).
5 – Abbad b. Abdullah.
əl-Əcli: “Siqa”; ən-Nisai: “Siqa”; Muhəmməd b. Səd: “Siqa”; İbn Hibban: “Siqa” (Onu öz “əs-Suqat” kitabında zikr etmişdir).
Gördüyünüz kimi hədisin raviləri hamısı dürüstdür və hədis də səhih mənbəyə malikdir. Hakim öz "Müstədrək"-ində də (№ 4584) bu hədisin "Şeyxeyn"-in (Buxari və Müslim-in) şərtinə əsasən "səhih" olduğunu bildirib.
Hədisə tutulan iradlar:
1. Əhli-beyt (ə) məktəbinin bəzi müxalifləri bu hədisin ravilərindən olan Abbad b. Abdullah "zəif" saydığları üçün bu hədisi də "zəif" saymışlar. İbn Cuzinin, əz-Zəhəbinin, Şovkaninin, İbn Həzm və s. bu ravini zəif saymağları hədisə heç bir işkal gətirə bilməz, çünki cəhr və tədil qaydalarına uyğun olaraq bu raviyə birmənalı münasibət yoxdur. Yuxarıda qeyd etdiyim kimi ən-Nisai, əl-Əcli, ibn Səd və s. digər Əhli-sünnə alimlərin bu ravini "siqa" saymağları bizim üçün hədisin səhihliyini isbat etmək üçün kifayətdir.
2. Abbad b. Abdullahın Kufəli olmasını və şiə olduğuna görə bu hədisə irad tutanların iradları isə ümumiyyətlə gülüncdür. Çünki heç kəsə sir deyil ki, Əhli-Sünnə mühəddislərinin nəzərinə görə bir ravinin şiə olması və hər hansısa bir məntəqədə yaşaması o raviyə işkal gətirə bilməz. Buxari və Müsim öz "Səhih"-lərində şiə və Kufə əhlindən olan bir sıra ravilərə istinad ediblər ki, bu danılmazdır.
3. "Siddiq" ləqəbini Əbu Bəkrə şamil etməknən bu hədisə irad tutanların dəlilləri də iddiaları kimi zəifdir, çünki bu ləqəbin Əbu Bəkrə şamil etməyə əlimizdə heç bir güclü dəlil yoxdur (bütün iddiaları isə digər bir mövzuda müzakirə etməyə hazırığ). Həmçinin Peyğəmbərin (s) ölümündən sonra bu şəxsin Əhli-beytə (ə) qarşı göstərdiyi rəftar onun "siddiq" olmadığına bariz sübutdur.