Bəxş elədi Rəhman olan səni cümleyi-cahana,
Padşah oldun, rəhbər qıldın cəmiül-ənbiyaya.
Nəfəsinlə aram verdin çün bu çirkab ümmana,
Ya Rəbb çoxlu salam eylə, o Muhamməd Mustafaya!
....................................
O bir imamdı ki Allah onla fəxr eliyib,
Ürəyinə tovfiq verib, imanına şən söyləyib.
Fəqət Əli heç zalıma qeyrətiylə baş əyməyib,
Dostları çün ismin anıb, düşmən onu tərifləyib.
.....................................
Aləmlərə xanım oldun, Peyğəmbərin qüruru,
Vilayətə şəhid oldun, tapdaladın sükutu.
İzzətinlə məhv eylədin, batil olan sübutu,
Fatimədi xəlq eyliyən, iffətdə çün hüdudu.
.....................................
İmamətin təcəllası çün ərseyi-kamildən olar,
Mərifət də son zirvəsin reyhani-rəsuldan alar.
Həsən haqqa aşiq olar, düşməni batildə yanar,
Haqdan əsla üz çevirməz, Rəbbini eşq ilə anar.
.....................................
Kərbəlada aşiq olan, insanlığa dərs öyrətmiş,
Susuzluğa şəkər qatıb, ümmətinə eşq göstərmiş.
Hüseynimin əzasına Peyğəmbər də səbr etməmiş,
Aşurada haqdan olan, batilə də haqq söylətmiş.
....................................
Allah-Təala bu beşliyə kitabında pak söyləyib,
Vacibi-itaət qılıb, nəsillərin şah eyləyib.
Şiələri qəlblərində fəqət sonsuz eşq bəsləyib,
Məqamları fitrətindən heç günahı iş bilməyib!
P.S. Müəllif hüquqları qorunur
Сообщение отредактировал al-Islam: 26 ноября 2010 - 00:59