إني تارك فيكم خليفتين كتاب الله عز وجل حبل ممدود ما بين السماء والأرض أو ما بين السماء إلى الأرض وعترتي أهل بيتي وإنهما لن يفترقا حتى يردا علي الحوض
المحدث: الهيثمي - المصدر: مجمع الزوائد - 9/165
خلاصة حكم المحدث: إسناده جيد
Mən sizin aranızda iki xəlifə qoyub gedirəm: O, göydən yerə qədər uzanan bir ip kimi olan Allah kitabı və itrətim, Əhli-beytim. Onlar Hovuzun yanında mənə qovuşmayana qədər bir-birindən heç zaman ayrılmayacaqlar.
Kitab: Məcməuz-Zəvaid, 9/165
Mühəddis: Hafiz Heysəmi
Hədisin sihhəti: Ceyyid (çox yaxşı)
إني تركت فيكم خليفتين كتاب الله وأهل بيتي وإنهما لن يتفرقا حتى يردا على الحوض
المحدث: الهيثمي - المصدر: مجمع الزوائد - 1/175
خلاصة حكم المحدث: رجاله ثقات
Mən sizin aranızda iki xəlifə qoyub gedirəm: Allahın kitabı və Əhli-beytim. Onlar Hovuzun yanında mənə qovuşmayana qədər bir-birindən heç zaman ayrılmayacaqlar.
Kitab: Məcməuz-Zəvaid, 1/175
Mühəddis: Hafiz Heysəmi
Hədisin sihhəti: Raviləri siqədir
إني تارك فيكم خليفتين : كتاب الله حبل ممدود ما بين السماء والأرض، وعترتي أهل بيتي، و إنهما لن يتفرقا حتى يردا علي الحوض
المحدث: السيوطي - المصدر: الجامع الصغير - 2631
خلاصة حكم المحدث: صحيح
Mən sizin aranızda iki xəlifə qoyub gedirəm: göydən yerə qədər uzanan bir ip kimi olan Quran və itrətim, Əhli-beytim. Onlar Hovuzun yanında mənə qovuşmayana qədər bir-birindən heç zaman ayrılmayacaqlar.
Kitab: Cəmius-Sağir, №2631
Mühəddis: Suyuti
Hədisin sihhəti: Səhih
إني تارك فيكم خليفتين : كتاب الله حبل ممدود ما بين السماء والأرض ، وعترتي أهل بيتي ، و إنهما لن يتفرقا حتى يردا علي الحوض
المحدث: الألباني - المصدر: صحيح الجامع - 2457
خلاصة حكم المحدث: صحيح
Kitab: Səhih əl-Cami, №2457
Mühəddis: Albani
Hədisin sihhəti: Səhih