Перейти к содержимому

Фотография

Əbu Talib a.s haqqında hədislər

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 23

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 29 апреля 2011 - 21:41

Bismillah.

bu mövzuda Allahın köməyi ilə əhli sünnə mənbələrindən Əbu Talibin a.s müşrik olaraq öldüyünə dəlalət edən hədislər haqqında kiçik araşdırmamı sizinlə bölüşəcəyəm. və əlavə olara əhli sünnə mənbələrindən Əbu Talibin a.s müsəlman olduğuna dəlalət edən, Rəsulullahın s.a.a peyğəmbər olduğunu açıqca dediyini göstərən hədisləri yazacağam.

#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 29 апреля 2011 - 22:09

1-ci hədis:

حدثنا محمود حدثنا عبد الرزاق أخبرنا معمر عن الزهري عن ابن المسيب عن أبيه أن أبا طالب لما حضرته الوفاة دخل عليه النبي صلى الله عليه وسلم وعنده أبو جهل فقال أي عم قل لا إله إلا الله كلمة أحاج لك بها عند الله فقال أبو جهل وعبد الله بن أبي أمية يا أبا طالب ترغب عن ملة عبد المطلب فلم يزالا يكلمانه حتى قال آخر شيء كلمهم به على ملة عبد المطلب فقال النبي صلى الله عليه وسلم لأستغفرن لك ما لم أنه عنه فنزلت ما كان للنبي والذين آمنوا أن يستغفروا للمشركين ولو كانوا أولي قربى من بعد ما تبين لهم أنهم أصحاب الجحيم ونزلت إنك لا تهدي من أحببت

103 -....... Ma'mər b. Rəşid əz-Zuhrüdən, o da Səid b. Müseyyibdən nəql etdi ki, atası Müseyyib b. Həzn belə rəvayət etmişdir: Əbu Talibə ölüm əlamətləri gəldiyi zaman , Peyğəmbər s.a.a onun yanına girdi. Əbu Talibin yanında Əbu Cəhl var idi. Peyğəmbər: Ey əmi! "Lə ilahə illəllah" sözünü söylə ki, mən Allahın yanında sənin lehinə dəlil gətirib şəfaət edə bilim. Əbu Cəhil ilə Abdullah b. Əbu Üməyyə: "Ya Əba Talib! Abdulmuttalib millətindən üzmü çevirirsən?" Dedilər. (Peyğəmbər sözünü təkrar etdikcə) onlar da o sözlərini söyləməkdə davam edirdilər. Nəhayət Əbu Talibin bunlara söylədiyi son söz: "Mən, Abdulmuttalib milləti üzrəyəm", demək oldu. Bunun üzərinə Peyğəmbər: "Mən Allah tərəfindən nəhy olunmadığım müddətdə sənin üçün şübhəsiz bağışlama istəyəcəyəm" dedi. Bunun üzərinə də bu ayələr nazil: "Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz." (ət-Tövbə: 113)

"Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır." (əl-Qəsəs: 56).

Buxari, "əs Səhih", Ənsarın mənqıbələri kitabı, hədis 103
Buxari, "əs Səhih", Cənazələr kitabı, hədis 114
Buxari, "əs Səhih", Təfsir kitabı, hədis 195
Müslüm, "əs Səhih", İman kitabı, hədis 39

bu hədisi 2 cəhəttən incələyəcəyik:

1. sənəd
2. mətn

sənəd baxımından hədisin qüsuru qırmızı ilə işarələdiyim Müseyyib b. Həzndir. belə ki, o Məkkənin fəthindən sonra müsəlman olmuşdur. yəni Hz. Əbu Talibin a.s ölümünə şahid olmamışdır. hədis haqqında əhli sünnə tarxiçilərindən Əllamə Numani deyir:

Sonuncu ravi Müseyyib Məkkənin fəthindən sonra İslama girmişdir və o Əbu Talibin ölümünə şahid olmamışdır. Buxarinin şərhçilərindən əl Ayini bu hədisin mürsəl olduğunu söyləmişdir.

"Sirətun Nəbi", 1/220

mürsəl hədis isə zəif hədis növlərindəndir, yəni bu hədis zəifdir. mürsəl hədis haqqında məlumat üçün linkə baxın: mürsəl hədis

mətnə gəlincə, hədis mətn baxımından da qüsurludur. əvvəla hədis Tövbə surəsi 113-cü ayənin bu məslə ilə bağlı nazil olduğunu deyir ancaq Tövbə surəsi Mədinədə, Məkkənin fəth edilməsindən sonra nazil olmuşdur. əl-Buxari rəvayət edir:

حدثنا أبو الوليد حدثنا شعبة عن أبي إسحاق قال سمعت البراء رضي الله عنه يقول آخر آية نزلت يستفتونك قل الله يفتيكم في الكلالة وآخر سورة نزلت براءة

...Əbu İshaq belə rəvayət edib: mən əl-Bərra b. Əzibdən eşitdim ki, O: "ən son nazil olan ayə "Səndən fitva istəyirlər. De: "Valideyni və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir" (ən-Nisa 176) ayəsi; ən son nazil olan surə isə Tövbədir" deyirdi.

Buxari, "əs Səhih", Təfsir kitabı, hədis 4377

hədisin mətnindəki 2-ci problem Hz. Əbu Talibə isnad edilən "Mən, Abdulmuttalib milləti üzrəyəm" sözüdür. çünkü Əbdülmüttəlib müşrik deyildi, Hənif dininə mənsub idi.

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 29 апреля 2011 - 22:26

2-ci hədis:

حدثنا مسدد حدثنا يحيى عن سفيان حدثنا عبد الملك حدثنا عبد الله بن الحارث حدثنا العباس بن عبد المطلب رضي الله عنه قال للنبي صلى الله عليه وسلم ما أغنيت عن عمك فإنه كان يحوطك ويغضب لك قال هو في ضحضاح من نار ولولا أنا لكان في الدرك الأسفل من النار

... Abbas b. Əbdülmüttəlib Peyğəmbərə s.a.a "səni əmin (Əbu Talib haqqında şəfaət etməkd)dən nə çəkindirir? o səni hər zaman hücumlardan qorudu və sənin üçün düşmənlərinə qarşı öfkələnərdi" dedi. Peyğəmbər s.a.a Abbasa "Əbu Talib indi topuqlarına qədər oddan bir çuxurun içindədir. Əgər mənim şəfaətim olmasaydı mühəqqəq o cəhənnəmin ən dərin çuxurunda olardı" dedi.

Buxari, "əs Səhih", Ənsarın mənqıbələri kitabı, hədis 102-104

bu hədisin sənədində (əhli sünnə nəzərində) heç bir problem yoxdur. sadəcə olaraq sənəddə işarələdiyim Süfyan əs Səuri var ki, o müdəlləsdir. ancaq o da "anana" ilə rəvayət etmədiyi üçün problem yoxdur.

mətn baxımından isə hədis qəbuledilməzdir. çünkü hədisə əsasən Rəsul s.a.a -əhli sünnə nəzərində müşrik olan- Əbu Talibə a.s şəafət etdiyini və bunun nəticəsində Əbu Taibin a.s əzabının azaldıldığını deyir. ancaq şəfaət yanlızca müsəlmanlar üçündür, müşriklər üçün yox. Allah c.c buyurur:

"(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar." Ənbiya surəsi 28-ci ayə

"Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!" Fatir surəsi 36-cı ayə

Сообщение отредактировал Elmeddin.88: 29 апреля 2011 - 22:29

#4 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 29 апреля 2011 - 22:31

Bismillah,qardaş,mənim bir iki sualım var.İlk öncə qeyd edim ki,Əbu Talibin necə ölməsi mənə məlum deyil,yəni oxumamışam,yəqinim yoxdur.Amma məlumatlıyam ki,şiələrin-bizim əqidədə müsəlman olaraq ölüb,sünnülərdə yox!Əgər ŞİƏ mənbəsilə səhih sənədlərlə sübutu varsa,alimlər də qəbul edirsə mən də edərəm.Bu qırağa...Suallarım isə qardaşımın dəlilinədir.Birincisi,ümumiyyətlə,bu faktla çox rastlaşıram,sünnət alimi deyir ki,bu hədis mürsəldir,məgər buxarini onlar tamamən səhih görmür??İkincisi,şərhçi,özü də bir alim,buna mürsəl deyirsə,bu ümumən əhli-sünnətin bu fikirdə olduğuna dəlalət edirmi?? 3.Əxi,hədis gətirmisən ki,Tövbə sonuncudur,axı,həqiqətdə,mən bilən elə deyil.Bizdə ya Maidə 3-ü deyirlər,ya da Bəqərənin axırıncılarından birini(nömrəsi yadımda deyil iki yüz səksən neçə idi).başqa rəylər də var,onların isnadı zəifdir...

mətnindəki 2-ci problem Hz. Əbu Talibə isnad edilən "Mən, Abdulmuttalib milləti üzrəyəm" sözüdür. çünkü Əbdülmüttəlib müşrik deyildi, Hənif dininə mənsub idi.

Lap hənif olmağı qəsd edirdi,HƏDİSƏ nəzərən,Əbu Talib "Mən, Abdulmuttalib milləti üzrəyəm" deyir,demir ki "Mən də müşrikən" Məgər hənif olmaq nəyəsə yarıyır??Müşrik də müsəlman deyil,hənif də!Hədisi tutaq ki,düz qəbul etsək,hədisdən çıxmır ki,o "Mən, Abdulmuttalib milləti üzrəyəm" deyəndə MÜŞRİKLİYİ nəzərdə tuturdu,bəlkə də,hənifliyi.Yəni bunu niyə irad kimi gətirdin başa düşmədin...

#5 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 29 апреля 2011 - 22:38

2-ci hədis:

حدثنا مسدد حدثنا يحيى عن سفيان حدثنا عبد الملك حدثنا عبد الله بن الحارث حدثنا العباس بن عبد المطلب رضي الله عنه قال للنبي صلى الله عليه وسلم ما أغنيت عن عمك فإنه كان يحوطك ويغضب لك قال هو في ضحضاح من نار ولولا أنا لكان في الدرك الأسفل من النار

... Abbas b. Əbdülmüttəlib Peyğəmbərə s.a.a "səni əmin (Əbu Talib haqqında şəfaət etməkd)dən nə çəkindirir? o səni hər zaman hücumlardan qorudu və sənin üçün düşmənlərinə qarşı öfkələnərdi" dedi. Peyğəmbər s.a.a Abbasa "Əbu Talib indi topuqlarına qədər oddan bir çuxurun içindədir. Əgər mənim şəfaətim olmasaydı mühəqqəq o cəhənnəmin ən dərin çuxurunda olardı" dedi.

Buxari, "əs Səhih", Ənsarın mənqıbələri kitabı, hədis 102-104

bu hədisin sənədində (əhli sünnə nəzərində) heç bir problem yoxdur. sadəcə olaraq sənəddə işarələdiyim Süfyan əs Səuri var ki, o müdəlləsdir. ancaq o da "anana" ilə rəvayət etmədiyi üçün problem yoxdur.

mətn baxımından isə hədis qəbuledilməzdir. çünkü hədisə əsasən Rəsul s.a.a -əhli sünnə nəzərində müşrik olan- Əbu Talibə a.s şəafət etdiyini və bunun nəticəsində Əbu Taibin a.s əzabının azaldıldığını deyir. ancaq şəfaət yanlızca müsəlmanlar üçündür, müşriklər üçün yox. Allah c.c buyurur:

"(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar." Ənbiya surəsi 28-ci ayə

"Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!" Fatir surəsi 36-cı ayə

Bismillah,bu iddianız,bəli,əhli-sünnətin MÜŞRİK fikrini batil edir.Mənim sözümsə bunadır ki,bizə görə o CƏNNƏTLİKDİRMİ,diqqət edin müsəlman yox,çünki müsəlmanlardan da cəhənnəmə gedəni olacaq??Şiə üləməsının və camaatın rəyi necədir???Əgər cənnətlikdirsə,heç.Yox işkallıdırsa,onda zühura qədər "o hədisdə problem var" demək düzgün olmazdı,çünki müsəlman olub da,cəhənnəmin dibinə düşmək və şəfaət nəticəsində əzabın azaldılması təbiidir.Zühurə qədər ona görə yazdım ki,Ağa(əf) gələndə haqqı 100%-lik aşkara çıxardar

#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 29 апреля 2011 - 23:04

Bismillah,qardaş,mənim bir iki sualım var.

inşaAllah mümkün qədər çalışaram cavab verim.

İlk öncə qeyd edim ki,Əbu Talibin necə ölməsi mənə məlum deyil,yəni oxumamışam,yəqinim yoxdur.Amma məlumatlıyam ki,şiələrin-bizim əqidədə müsəlman olaraq ölüb,sünnülərdə yox!Əgər ŞİƏ mənbəsilə səhih sənədlərlə sübutu varsa,alimlər də qəbul edirsə mən də edərəm.Bu qırağa...

Mənim sözümsə bunadır ki,bizə görə o CƏNNƏTLİKDİRMİ,diqqət edin müsəlman yox,çünki müsəlmanlardan da cəhənnəmə gedəni olacaq??Şiə üləməsının və camaatın rəyi necədir???Əgər cənnətlikdirsə,heç.Yox işkallıdırsa,onda zühura qədər "o hədisdə problem var" demək düzgün olmazdı,çünki müsəlman olub da,cəhənnəmin dibinə düşmək və şəfaət nəticəsində əzabın azaldılması təbiidir.Zühurə qədər ona görə yazdım ki,Ağa(əf) gələndə haqqı 100%-lik aşkara çıxardar

bizim bu məsələ haqqında kifayət qədər hədislərimiz var. və bizim inancımıza görə nəinki O müsəlman və cənnətlikdir hətta O vəsidir. nəbi və rəsulların a.s kitabları, silahları Onda a.s idi və bunları Rəsulullaha s.a.a O təhvil verdi.

Suallarım isə qardaşımın dəlilinədir.Birincisi,ümumiyyətlə,bu faktla çox rastlaşıram,sünnət alimi deyir ki,bu hədis mürsəldir,məgər buxarini onlar tamamən səhih görmür??

Buxari və Müslümdə də zəif hədislər var. vəhhabinin zırı olan əl-Albanidən nümunə:

فأقول : هذا الشذوذ في هذا الحديث
مثال من عشرات الأمثلة التي تدل على جهل بعض الناشئين الذي يتعصبون لـ " صحيح
البخاري " ، و كذا لـ " صحيح مسلم " تعصبا أعمى ، و يقطعون بأن كل ما فيهما
صحيح !

Deyirəm: Bu hədisdəki şazzlar onlarca misallardan biridir. Hansı ki, bu misallar "Səhih əl-Buxari" və "Səhih Muslim" barədə kor təəssüb edən və hər ikisində olanların hamısının səhih olmasını iddia edən bə`zi maladoyların cəhalətinə dəlalət edir.

"əs-Silsilətus-Səhihə", 6/39

ətraflı məlumat üçün linkə baxa bilərsən: Buxari və zəif hədis

İkincisi,şərhçi,özü də bir alim,buna mürsəl deyirsə,bu ümumən əhli-sünnətin bu fikirdə olduğuna dəlalət edirmi??

hədis haqqında "səhih", "zəif" və s. kimi hökmlər vermək məzhəbə və s. baxmır. uzağı bu ola bilər ki, hədisin səhih olması üçün məzhəbin alimlərinin qoyduğu şərtlər ola bilər. əl Ayini bu hədisin mürsəl olduğunu deyib ki, bu elə bir çətin şey deyil. çünkü Müseyyib Məkkənin fəthindən sonra İslama girib, Əbu Talib a.s isə öləndə hələ hicrət olmamışdı. Müseyyib Əbu Talibin a.s ölümünə şahid olmayıb, elə isə necə onun ölüm halını danışır?

3.Əxi,hədis gətirmisən ki,Tövbə sonuncudur,axı,həqiqətdə,mən bilən elə deyil.Bizdə ya Maidə 3-ü deyirlər,ya da Bəqərənin axırıncılarından birini

əvvəla mən Tövbənin axırıncı nazil olduğunu yazmamışam, Məkkənin fəthindən sonra nazil olduğunu demişəm ki, bu belədir. bu surə Məkkənin fəthindən 3 il sonra nazil olub və Rəsul s.a.a Əli a.s ilə göndərib müşriklərə elan edib. bu da mənim sözüm üçün kifayətdir çünkü Əbu Talib a.s öləndə hələ hicrət olmamışdı. hicrət tarixi hara Məkkənin fəthindən 3 il sonra hara?

o ki, qaldı Buaxaidən yazdığıma, bu onlara qarşı dəlildir, bizə yox. bizim sözümüz isə Maidə 3-ün sonuncu nazil olan ayə olduğu deyil. çünkü hələ bundan sonra Məaric suəsindəki əzab istəyən ayəsi nazil olub.

#7 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 29 апреля 2011 - 23:14

Lap hənif olmağı qəsd edirdi,HƏDİSƏ nəzərən,Əbu Talib "Mən, Abdulmuttalib milləti üzrəyəm" deyir,demir ki "Mən də müşrikən" Məgər hənif olmaq nəyəsə yarıyır??Müşrik də müsəlman deyil,hənif də!Hədisi tutaq ki,düz qəbul etsək,hədisdən çıxmır ki,o "Mən, Abdulmuttalib milləti üzrəyəm" deyəndə MÜŞRİKLİYİ nəzərdə tuturdu,bəlkə də,hənifliyi.Yəni bunu niyə irad kimi gətirdin başa düşmədin...

qardaş sən nə danışdığının fərqindəsən? "Hənif dini" Tövhid dinidir. "Hənif dini" haqqında məlumat almaq üçün linkə bax: Hənif dini nədir

#8 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 29 апреля 2011 - 23:45

3-cü hədis:

حدثنا سليمان بن عبد الرحمن حدثنا سعدان بن يحيى حدثنا محمد بن أبي حفصة عن الزهري عن علي بن حسين عن عمرو بن عثمان عن أسامة بن زيد أنه قال زمن الفتح يا رسول الله أين تنزل غدا قال النبي صلى الله عليه وسلم وهل ترك لنا عقيل من منزل ثم قال لا يرث المؤمن الكافر ولا يرث الكافر المؤمن قيل للزهري ومن ورث أبا طالب قال ورثه عقيل وطالب

əz-Zuhrü Əli b. Hüseyindən, O Əmr b. Osmandan nəql etdi ki Üsamə b. Zeyd fəth vaxtında: "Ya Rəsulullah, sabah Məkkədə hara qalacaqsınız?" deyə soruşmuş. Peyğəmbər (S) də: "Əqil bizə evdən mənzildən bir şey qoydu ki?" sonrada (bunun səbəbini bildirərək): "mömin kafirə varis olmaz, kafir də möminə varis olmaz" buyurdu.

əz-Zuhrüdən: "Əbu Talibə kim vərəsə oldu?" deyə soruşuldu. əz-Zuhri: "Ona Əqil və Talib varis oldular" dedi.

Buxari, "əs Səhih", Məğazi kitabı, hədis 4032

bu hədisin sənədində problem əz Zührünün imam Səccaddan a.s "anana" ilə rəvayət etməsidir. "anana" ilə olan hədislərin qəbul edilməsi üçün 3 şərt tələb edilir:

1) Ravinin siqa olması,
2) Müdəllis olmamasi
3) Şeyxi ilə görüşməsi

"anana" haqqında ətraflı məlumat üçün linkə baxın: "anana" nədir?

"anana" ilə olan rəvayətin qəbul edilməsi üçün lazım olan şərtləri yuxarıda yazdım. əz-Zührü əhli sünnə nəzərində siqadır lakin müdəlləsdir. ibni Hacər deyir:

Muhəmməd b. Müslüm b. Ubeydullah b. Şihab əz Zührü əl Qəqih əl Mədəni: Şam əhlindən olub tabeinin məşhur imamlarındandır. Şafii, Darəqtuni və bir çox şəxs tərəfindən tədlis ilə vəsf edilmişdir.

ibni Hacər, "Təbəqatul müdəllisin", 3-cü mərtəbə, 36-cı ravi

#9 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 30 апреля 2011 - 00:02

Lap hənif olmağı qəsd edirdi,HƏDİSƏ nəzərən,Əbu Talib "Mən, Abdulmuttalib milləti üzrəyəm" deyir,demir ki "Mən də müşrikən" Məgər hənif olmaq nəyəsə yarıyır??Müşrik də müsəlman deyil,hənif də!Hədisi tutaq ki,düz qəbul etsək,hədisdən çıxmır ki,o "Mən, Abdulmuttalib milləti üzrəyəm" deyəndə MÜŞRİKLİYİ nəzərdə tuturdu,bəlkə də,hənifliyi.Yəni bunu niyə irad kimi gətirdin başa düşmədin...

qardaş sən nə danışdığının fərqindəsən? "Hənif dini" Tövhid dinidir. "Hənif dini" haqqında məlumat almaq üçün linkə bax: Hənif dini nədir

Bir şey soruşum,birdən hənif yerinə xristian olsa idi???

"Hənif dini" Tövhid dinidir.

Bunun əksinə nə yazmışam ki???Hənif olan məgər müsəlmandır??

#10 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 30 апреля 2011 - 00:10

o ki, qaldı Buaxaidən yazdığıma, bu onlara qarşı dəlildir, bizə yox. bizim sözümüz isə Maidə 3-ün sonuncu nazil olan ayə olduğu deyil. çünkü hələ bundan sonra Məaric suəsindəki əzab istəyən ayəsi nazil olub.

Qardaş,bu düzgün deyil axı.Əgər haqqı ortaya çıxardırsızsa səhih hədislərə istinad edin.Düzdür,siz izah etdiz ki,tövbə ola bilməz və s.Bu qəbul,amma səhih olmayan hədisi niyə Tövbənin necə-harda nazil olmasına dəlil kimi qələmə verirsiz??Duraq deyək ki,Xanım Aişə tərbiyəsiz olub,əxlaqsız olub(pozğun mənada yox),dalınca da "səhiheyndən" yad kişiyə,pərdə arxasında qüslü başa salması və s. hjədisləri yazaq ki,əxilərin kitabında var?Ola bilər olsun,amma dəlil deyiriksə,gərək səhih deyək hətta onların kitabındandırsa.
Fərz edin bununla bağlı məqalə yazırsız.Onu hamı oxuyacaq,orda da bəzi hədislərdə ki,səhvləri-mətn və s. baxımdan qeyd edirsiz.Sıra tövbə surəsinə gələndə

...Əbu İshaq belə rəvayət edib: mən əl-Bərra b. Əzibdən eşitdim ki, O: "ən son nazil olan ayə "Səndən fitva istəyirlər. De: "Valideyni və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir" (ən-Nisa 176) ayəsi; ən son nazil olan surə isə Tövbədir" deyirdi.

bunun qeyd etmək düzgün olardımı??Bir halda ki,onun sonuncu olmadığını bilirsiz.

#11 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 30 апреля 2011 - 08:04

5 gəpiklik ağlı olan adam başa düşməlidir ki,Əbu Talib(r.a.)müsəlman olub amma O,bunu gizlədib ki,ona xətər yetirməsinlər.Cünki Ona da, müşrüklər xətər yetirə bilərdi,belə olduğu təqdirdə O,Hz.Peyğəmbəri(sə.v) necə qoruyardı və kim qoruyardı?Sössüz ki,Allah qoruyandır,lakin buna vasitə Əbu Talib idi.Ona görə də Onun vəfatından sonra Hz.Peyğəmbərimiz(s.ə.v)hicrət etməyə məcbur oldu.
Hz.Peyğəmbərin(s.ə.v) həyatı haqqında kitabı oxumağı məsləhət görürəm,orada hər şey aydın şəkildə yazılıb.

Əgər O,müşrük idisə,nəyə görə Hz.Peyğəmbəri qorumalı idi?Öz dinin əksinə gedən birinimi qorumalı idi?Harada görsənib ki,müşrük hələ mömini demirəm Peyğəmbəri müdafiə etsin özüdə ki,İslam dinini yaymaq ücün.
Və buna görə Məkkə əhlinin əksəriyyəti ilə düşmən olmağ nəyə lazım idi?
O,məgər bilmirdi ki,Hz.Peyğəmbəri(s.ə.v) qorumağla İslam dininin yayılmasında Ona kömək edir?
O,necə acıq aşkar deyə bilərdi ki,məndə müsəlmanam?O,bunu etsəydi bəs Hz.Peyğəmbəri kim qoruyacağdı?
Əbu Talib(r.a.) müsəlman olub özüdə ilk İslamı qəbul eləyən müsəlmanlardan,lakin gizli saxlayıb bununda səbəbləri cox idi.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#12 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 30 апреля 2011 - 08:47

Əbu talibin mömin olduğunu göstərən faktlar.

Kiminsə əqidəsini,düşüncə tərzini 3 yolla öyrənmək olar:
1)Ondan irs qalmış elm-ədəbi əsərlərin təhlili.
2)Onun cəmiyyətdəki davranışının təhlili.
3)Onun barəsində qərəsszi dostlarının,yaxınlarının bildirdiyi fikirlərin təhlili.

Əbutalibindediyi şer və qəsidələr onun imanından xəbər verir.
Onun həyatının son on ilindəki fəaliyyəti də iman gətirdiyinə şahiddir.
Qərəzsiz yaxınlarının fikri də budur ki,o,iman gətirmiş bi müsəlman olmuşdur.Qohumlarından hec kim onun imanının əksinə bircə kəlmə belə deməmişdir.

Əbutalibin elmi-ədəbi irsi.
Məsələyə aydınlıq gəlsin deyə,Əbutalibin uzun- uzadı qəsidələrindən bir necə beyt nümunə ücün qeyd edirik.

Böyük adamlar bilsinlər ki,Muhəmməd də Musa və İsa kimi peyğəmbərdir.

O da onlar kimi yol göstərəndir.Peyğəmbərinb hər biri Allah tərəfindən hidayət yolunu tutur,camaatı günahdan uzağlaşdırır.

Siz onu öldürməyi planlaşdırırsınız,bu istəyin xam xəyallardan başqa bir şey deyil.

O,bir peyğəmbərdir.Allah dərgahından ona vəyh nazil olur.Bunu deyən şəxs hec vaxt peşman olmaz.

Məgər bilmirsiniz ki,Muhammədində Musa və İsa kimi Allah peyğəmbərlərindən olduğuna inanır və onu haqqında səmavi kitablarda oxumuşuq?

Allah bəndələri ona böyük sevgi göstərir.Sevgisi camaatın ürəyində olan şəxsə zülm edilməz. (Divani Əbutalib,s-32;Sireyi İbn Hişam,c-1, s-373)

Qardaşoğlu, onlar(müşrüklər)hec vaxt sənə zərər yetirə bilməz.Nə qədər ki,qəbrə qoyulmamışam,sənə kömək edəcəyəm.

Sənə tapşırılanı catdır,hec nədən qorxma!Bəşarət verməklə gözləri işıqlandır!

Məni öz dininə dəvət etdin,bilirəm ki,sən nəsihət verənsən.Öz dəvətində haqq və etibarlısan.

Mən əminəm ki,Muhəmmədin gətirdiyi din,dinlər arasında ən gözəlidir. (Tarixi İbn Kəsir,c-2,s-42)

Musa və Yunis kimi peyğəmbər olan şəxə nazil olmuş ecazkar Qurana iman gətirin! Şərhi Nəhcül-bəlağə(İbn Əbilhədid),c-14,s-74;Divani Əbutalib,s-173.

Qeyd etdiyimiz bu üc parca Əbutalibin iman gətirməsindən xəbər verən uzun qəsidələrdən secmələrdir.Bu qəsidəlkər onu söyləyən müəllifin iman gətirməsinə şəhadət verir.Əgər bunu Əbitalibdən qeyrisi demiş olsaydı,hamılıqla onun iman qətirdiyini təsdiq edərdik
Lakin qəsidələri Əbutalib dediyi və Əməvi və Abbasi xəlifələrinin həmişə Əbutalib xənadanına qarşı cıxdığıücün kimlərsə bu fəziləti onun ücün təsbit etmək istəməmişdir.
Digər tərəfdən Əbutalib Əlinin(ə)atası olduğundan və xəlifələr onun atasının iman gətirməsi ilə barışa bilmədiyindən,həqiqəti inkar etməyə calışmışlar.
Axı Əbutalibin iman gətirdiyi isbat edildiyi təqdirdə bu,Əli(ə)ücün daha bir fəziləti sayılardı.Necə ki,digər xəlifələrin atasının iman gətirməməsi onlarv ücün mənfi hal kimi dəyərləndirilir.

Ardı var..
Əbutalibin(r.a) vəsiyyətini də qeyd edəcəyəm.
İnşəAllah,hissə hissə yazaram.

Сообщение отредактировал Ehli beyt ashigi: 30 апреля 2011 - 08:51

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#13 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 30 апреля 2011 - 09:29

Bir şey soruşum,birdən hənif yerinə xristian olsa idi???

qardaşım, biz burada fərziyyələrə əsasən yox faktlara əsasən danışırıq. sənin sualın lap buna oxşayır ki, biri çıxıb deyə ki "birdən Rəsulullah s.a.a xristian olsa idi?"

Bunun əksinə nə yazmışam ki???Hənif olan məgər müsəlmandır??

bəli! Hənif müsəlmandır. Allahın göndərdiyi bütün nəbi, rəsul və vəsilər a.s eyni dini yəni İslamı təbliğ ediblər. eyni din (İslam) içində indiyi kimi 5 şəriət olub:

1. Hz. Nuhun a.s şəriəti
2. Hz. İbrahimin a.s şəriəti
3. Hz. Musanın a.s şəriəti
4. Hz. İsanın a.s şəriəti
5. Hz. Muhəmmədin s.a.a şəriəti

və bunlardan sonra da başqası da olmayacaq. Rəsulullahdan s.a.a öncə Ərəbistanda "Hənif" deyiləndə Hz. İbrahimin a.s şəriətinə tabe olub, onun qoyduğu qayda-qanun ilə hərəkət edən, Allaha (Tövhid), nəbi, rəsul və vəsilərə (nübüvvət) və axirətə (məad) iman edən şəxslər nəzərdə tutulurdu. o rəvayətdəki ziddiyət bundadır ki, bunlar deyillər ki, Əbu Talib a.s müşrik olaraq ölüb, Əbu Talibə a.s isnad edilən söz isə budur: "mən Əbdülmüttəlibin milləti üzərəyəm"

Əbdülmüttəlib isə hənif idi yəni müsəlman. uzun sözün qısası mən bunu Əbu Talibin a.s müsəlmanlığına dəlil kimi yox, hədisin mətn baxımından qarışıq və qüsurlu olmasına dəlil kimi gətirmişəm.

Qardaş,bu düzgün deyil axı.Əgər haqqı ortaya çıxardırsızsa səhih hədislərə istinad edin.

qardaşım, səndən xahiş edirəm diqqətli ol. mən Tövbə surəsinin Əbu Talibdən a.s çox sonralar nazil olduğunu deyirəm və bu bilinən faktdır. ancaq nəzərə alanda ki, vəhhabilər uzunqulaq və nasibidirlər onda avtomatik olaraq bilirik ki, bunlar hansı vasitə ilə olur olsun bu həqiqəti inkar etməyə çalışacaqlar. mənim Buxaridən gətirdiyim hədisdə məqsədim isə vəhhabilərin ağzını tıxamaqdır.

#14 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 30 апреля 2011 - 10:53

mətnə gəlincə, hədis mətn baxımından da qüsurludur. əvvəla hədis Tövbə surəsi 113-cü ayənin bu məslə ilə bağlı nazil olduğunu deyir ancaq Tövbə surəsi Mədinədə, Məkkənin fəth edilməsindən sonra nazil olmuşdur. əl-Buxari rəvayət edir:

حدثنا أبو الوليد حدثنا شعبة عن أبي إسحاق قال سمعت البراء رضي الله عنه يقول آخر آية نزلت يستفتونك قل الله يفتيكم في الكلالة وآخر سورة نزلت براءة

...Əbu İshaq belə rəvayət edib: mən əl-Bərra b. Əzibdən eşitdim ki, O: "ən son nazil olan ayə "Səndən fitva istəyirlər. De: "Valideyni və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir" (ən-Nisa 176) ayəsi; ən son nazil olan surə isə Tövbədir" deyirdi.

Buxari, "əs Səhih", Təfsir kitabı, hədis 4377

təkid üçün onu da qeyd edim ki, Əhməd b. Hənbəl, Nəsai və Tirmizi bu ayənin nüzulu haqqında imam Əlidən ə.s bu hədisi rəvayət etmişlərdir:

حدثنا محمود بن غيلان حدثنا وكيع حدثنا سفيان عن أبي إسحق عن أبي الخليل كوفي عن علي قال سمعت رجلا يستغفر لأبويه وهما مشركان " - ص 263 -" فقلت له أتستغفر لأبويك وهما مشركان فقال أوليس استغفر إبراهيم لأبيه وهو مشرك فذكرت ذلك للنبي صلى الله عليه وسلم فنزلت ما كان للنبي والذين آمنوا أن يستغفروا للمشركين
قال أبو عيسى هذا حديث حسن

Əli r.a dedi: "bir adamın müşrik olan ana və atası üçün istiğfar etdiyini eşitdim və özünə "anan və atan müşrik olduqları halda istiğfar edirsən?" dedim. O da "İbrahim ə.s atası müşrik olduğu halda istiğfar etmiş deyildimi?" dedi. Vəziyyəti Peyğəmbərə s.a.a çatdırdım və Tövbə 113 ayəsi nazil oldu: "Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz"

Tirmzi: hədis həsəndir

Tirmizi, "Sünən", Quranın təfsiri kitabı, hədis 3101

#15 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 30 апреля 2011 - 11:36

indi isə Əbu Talibin a.s açıq-aşkar Hz. Muhəmməd s.a.a üçün "peyğəmbər" dediyi şeirlərindən nümunələr verək (şeirlərin bizə lazım olan hissələrini yazıram, bütöv şeirləri görmək üçün kitabın skanını yükləyəcəm):

ibni İshaq dedi: Qureyşlilər, müsəlmanlara qarşı boykot tətbiq etmək məqsədiylə toplanıb müqavilə hazırladıqlarında Əbu Talib bir şeir oxumuşdu:

Baka, bizdən aranızdakı Lüəyy'ə və xüsusilə Lüəy b. Kab'a bildirin,
Bilməzmisin ki, biz Məhəmmədi, əvvəlki kitablarda yazılı Musa kimi bir peyğəmbər olaraq gördük.
Qullar, ona məhəbbət bəsləməklə vəzifəlidirlər.
Allahın məhəbbətini vacib etdiyi şəxsdə xeyir vardır.

bu müqavilənizə yazdığınız şey,
Salehin böyürən dəvəsi kimi sizə uğursuzluq gətirəcək.

ibni Kəsir, "əl Bidayə vən Nihayə", 3/126-132

heç bir şübhəyə yer qalmamağı üçün bu da kitabın skanı:

Efendimizin s.a.a peygamber olduğunu söylemesi.JPG

imam əs Sadiq a.s Əbu Talib haqqında sual verən şəxsə cavab verərkən bu şeiri oxumuşdu:

الحسين بن محمد ومحمد بن يحيى، عن أحمد بن إسحاق، عن بكر بن محمد الازدي، عن إسحاق بن جعفر، عن ابيه عليه السلام قال: قيل له: إنهم يزعمون أن أبا طالب كان كافرا؟ فقال: كذبوا كيف يكون كافرا وهو يقول

ألم تعلموا أنا وجدنا محمدا * نبيا كموسى خط في أول الكتب وفي حديث آخر كيف يكون أبوطالب كافرا وهو يقول: لقد علموا أن ابننا لا مكذب *

... İshaq b. Cəfər, atasından (əleyhissəlam) belə rəvayət etmişdir: imam Cəfərə deyildi ki: "Onlar (Əhl-i Sünnə) deyirlər ki: "Əbu Talib kafirdir. Buna nə deyirsən?" Buyurdu ki: «Yalan söyləyirlər. Necə kafir ola bilər ki? O deyilmi bunları söyləyən: "Bilmezler ki, biz, Məhəmmədi tapdıq / Bir peyğəmbər olaraq ... Musa kimi, ilk kitablarda yazılı.»

Şeyx Kuleyni r.a, "əl Kafi", 1/448, hədis 29

#16 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 30 апреля 2011 - 18:26

Elməddin qardaşımızdan Allah razı olsun ki,belə yaxşı mövzu acmışdır.

Əbutalibin vəsiyyəti

Əbutalib ömrünün son anlarında övladlarına belə vəsiyyət edir:

<<Sızə Muhəmmədi(s.ə.v.) qorumağı tövsiyyə edirəm.O,Qureyşin əmanətdarı, ərəblərin düz danışanıdır.Bütün insani dəyərlər onda cəmlənmişdir.
Gətirdiyi dini,qəlblər qəbul etmiş,dillər isə başqalarının dedi-qodusuna görə onu inkar edir.
Mən görürəm ki,kimsəsizlər onu dəstəkləyir və ona iman gətirirlər.
Muhəmməd(s.ə.v) onların sayəsində Qureyş müşrüklərinə qarşı qiyama qalxıb müşrükləri sarsıdır,kimsəsizləri isə camaatın gözündə yuksəldir>>O,vəsiyyətini aşağıdakı cümlələrlə bitirir:
<<Ay mənim qohumlarım!Onun tərəfdarlarından olun!Onun yolu ilə gedən şəxs səadətə catar.Əcəl mənə möhlət verərsə,onu bütün cətinliklərdən qoruyaram
>>

(Sireyi Hələbi,c-1s-351-352;Tarixul-xəmis,c-1,s-339)

Əbutalibin imanını təsdiqləyən ücüncü amil

Əbutalibin iman gətirib-gətirmədiyini ona qarşı qərəzli mövqedə olmayan qohumlarından öyrənmək olar.Cünki ev əhli evdə olanlar barədə daha məlumatlıdır.

1)Əli(ə)Əbutalibin vəfat etdiyiyni Peyğəmbərə(s)catdırdıqda Həzrət möhkəm ağlayır,əmisinin qüsl,kəfən və dəfn işlərini tapşırır və Allahdan onun bağışlanmasını diləyir.

(Şərhi Nəhcül-bəlağə(İbn Əbilhədid),c-14,s-69)

2)İmam Səccadın(ə)yanında Əbutalibin iman gətirib-gətirməməsi barədə söz düşdükdə həzrət buyurur:
<<Camaatın onun imanına nə ücün şübhə ilə yanaşdığına təəcüb edirəm.İslamı qəbul etdikdən sonra hec bir qadın kafir kişidə ərdə qalmamalıdır.Fatimə bint Əsəd Peyğəmbərə(s) ilk iman gətirənlərdən biri olmuş və Əbutalib vəfat edən günə qədər onda ərdə olmuşdur>>

3)İmam Səccad(ə)buyurur:
<<Əbutalibin imanı bizim ücün bir coxlarının imanından daha üstündür.Əmirəl-möminin tapşırıq verirdi ki,atasının əvəzinə həcc yerinə yetirsinlər>>

(Şərhi Nəhcül-bəlağə(İbn Əbilhədid),c-14,s-69)

4)İmam Sadiq(ə) buyurur:
<<Əbutalib eynilə əshabi-kəhfə bənzəyir.Qəlbən iman gətirsə də üzdə etiraf etmirdi.Buna görə də onlara ikiqat savab veriləcək
>>

(Üsuli-kafi,s-244)

Сообщение отредактировал Ehli beyt ashigi: 30 апреля 2011 - 18:28

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#17 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 30 апреля 2011 - 18:55

Elməddin qardaşımızdan Allah razı olsun ki,belə yaxşı mövzu acmışdır.

Allah səndən də razı olsun qardaşım.

#18 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 30 апреля 2011 - 19:16

Əbu Talibin a.s Hz. Muhəmmədin s.a.a vəsfi ilə bağlı oxuduğu bir şeirini də nəzərinizə çatdırıram (şeirin bizə lazım olan hissəsini kopyalayıram, gerisini skandan görə bilərsiniz):

"Isməti qoruyan əfəndini, heç bir qövm terketmez.
Ancaq ağzı xarab və aciz kəslər, efendilerini tərk edərlər.
O nurludur, onun üzü suyu hörmətinə yağış yağması istənilir.
Yetimlərin qoruyucusu, dulların sığınacağıdır.
Haşimoğullanndan həlak olmuş şəxslər, ona sığınırlar.
Onlar, onun yanında rəhmət və lütf içre.

.....
.....
.....
Ömrüme and olsun ki, mən Əhmədə sevgi bəsləməklə vəzifəliyəm.
Mömin qardaşlarına də davamlı sevgi göstərməklə vəzifəliyəm.
Onun kimi insanlar arasında ümid bəslənilən kim vardır.
Fəzilət yarışında zorba hökmdarlar özünə əza verdiyində,
Yumşaq xasiyyətlidir, doğru yoldadır, ədalətlidir, zorba deyil
Bir Tanrıya bağlıdır, ondan qafil deyildir.
Çalışması onurludur, şərəfli oğlu şərəflidir.
Şərəf mirası vardır, bu sabitdir ondan ayrılmaz.
Qulların Rəbbi kömək edərək onu dəstəkləmişdir.
Bir din ortaya qoymuşdur, haqqı kaybolmayacaktır.

Allaha and olsun ki mənə küfretmeselerdi, yığıncaqlarda, məclislərdə qocalara laf atılmasaydı.
Biz hər halda ona tabe olardıq, hər zamanda bu tâbiiyetimizi ciddiyyətlə davam etdirərdim.
Bu, zarafat bir söz deyildir.
Bilirlər ki oğulumuz Məhəmməd, bizim dərgahımızdan yalanlanmış deyil.
Batil sözlərlə ona saldırılacak deyil.

Əhməd aramızda elə bir soydan gəlmişdir ki,
Təcavüzkarların hücumu, ona çata bilməz.
Onu qoruma yoluna başımı koymuşum,
Dəvələrin sinəsi və hörgücü ilə onu müdafiə etmişəm. "

İbn Hişam dedi ki; Bu Qəsidənin bu qədəri, mənə səhih yollarla çatmışdır. Şeirdən anlayan bəzi elm əhli kəslər isə, bunun böyük bir qismini inkar edirlər.

Mən (ibni Kəsir) də deyərəm ki: "Bu, həqiqətən bəliğ və şahaser bir qəsidədi. Bunu ancaq Əbu Talib kimi bir şəxsiyyət söyləyə bilər. Bu, Kəbə divarına asılan "Muallakatı-ı seb'adan" daha güclü bir ifadəyə malikdir. Ifadə etdiyi məna baxımından da onlardan çox üstündür. əl-Ümevî də "Meğazi" adlı əsərində başqa əlavələri tapılaraq bunu izah nəql etmişdir. Doğrusunu Allah bilir.

ibni Kəsir, "əl Bidayə vən Nihayə", 3/74-84

imam əs Sadiqə a.s "sünnülər Əbu Talib kafirdir deyirlər" deyiləndə imam a.s bu şeirlər cavab vermişdi:

الحسين بن محمد ومحمد بن يحيى، عن أحمد بن إسحاق، عن بكر بن محمد الازدي، عن إسحاق بن جعفر، عن ابيه عليه السلام قال: قيل له: إنهم يزعمون أن أبا طالب كان كافرا؟ فقال: كذبوا كيف يكون كافرا وهو يقول

ألم تعلموا أنا وجدنا محمدا * نبيا كموسى خط في أول الكتب وفي حديث آخر كيف يكون أبوطالب كافرا وهو يقول: لقد علموا أن ابننا لا مكذب * لدينا ولا يعبأ بقيل الاباطل(1) وأبيض يستسقى الغمام بوجهه * ثمال اليتامى عصمة للارامل

... İshaq b. Cəfər, atasından (əleyhissəlam) belə rəvayət etmişdir: imam Cəfərə deyildi ki: "Onlar (Əhl-i Sünnə) deyirlər ki: "Əbu Talib kafirdir. Buna nə deyirsən?" Buyurdu ki: «Bunları söyləyən Əbu Talibə kafir deyilə bilərmi? "And olsun ki, bilirlər ki, bizim oğulumuz yalançı deyil / dərgahımızda batil sözlərə də etibar edilməz / O ağ üzlü biridir. Onun üzü hörmətinə yağış istənilir / O, yetimlərə xilaskarı və dulların hamisidir. »

Şeyx Kuleyni r.a, "əl Kafi", 1/448, hədis 29

#19 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 30 апреля 2011 - 20:56

O nurludur, onun üzü suyu hörmətinə yağış yağması istənilir.

Əbutalib həzrəti Muhəmmədin(s)paklığına o qədər inanırdı ki,quraqlıq zamanı onu özü ilə müsəllaya cıxarıb Allaha onun xatirinə and verərək camaat ücün rəhmət,mərhəmət diləyirdi.Təbii ki,duası qəbul da olurdu.
Tarixcilər belə bir əhvalat nəql edirlər:
<<Bir il Məkkədə dəhşətli quraqlıq baş verir.Qureyşlilər Əbutalibin yanına gələrək müsəllaya cıxıb Allahdan yağış diləməsini istəyirlər.Əbutalib kicik Muhəmmədin(s) əlindən tutub Kəbə divarına söykənir,üzünü göyə tutaraq deyir:

<<Ey mehriban Allah,(əli ilə Muhəmmədi(s)göstərərək)bu uşağın xatirinə Öz rəhmət yağışını bizlərə göndərməklə mərhəmətini göstər!>>

O,bu duanı edərkən göyün üzü tər-təmiz idi və göydə bircə dənə də olsa bulud yox idi.Cox cəkmir ki,göyün üzü tamamilə buludla dolur.Göy gurultusunun səsi,şimşəyin işığı hər tərəfi lərzəyə gətirir.Güclü yağış başlayıb hər tərəfi isladır.Camaat hamı sevinirdi.Bununla əlaqədar Əbutalib bir necə beyt şer deyir.>>

Qureyş müşrükləri Muhəmmədi(s)təhvil verməsi ücün Əbutalibə təzyiqləri artırdıqda o Lamiyyə qəsidəsini deyərək onda Muhəmmədin(s)xatirinə yağış yağması məsələsinə toxunmuşdur.

İbn Hişam həmin qəsidənin 94 beytini qeyd etsə də(Sireyi İbn Hişam,c-2,s-286) İbn Kəsir onun 92 beytini yazmışdır.(Tarixi İbn Kəsir,c-3,s-52,57)
Əbutalibin divanını toplamış Əbu Həfan Əbdi isə qəsidənin 121 beytdən ibarət olduğunu göstərərək bütün qəsidəni qeyd etmişdir.Cox güman ki,qəsidə məhz bu qədər olmuşdur.
Əbutalibin Lamiyyə qəsidəsi şirinliyi,cazibəsi və bədiiliyinə görə hec də ərəblərin fəxr etdiyi və şah əsərləri sayılan yeddi müəlləqədən geri qalmamışdır.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#20 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 30 апреля 2011 - 22:08

Burada rusca yazmaq olmaz.

Сообщение отредактировал al-Islam: 30 апреля 2011 - 22:53

İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#21 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 22 мая 2011 - 17:51

إن أبا طالب كان يحب النبي صلى الله عليه وسلم ويحوطه وينصره

Əbu Talibin Rəsulullahı s.a.a sevməsi, qoruyub himayə etməyi və Ona kömək etməyi ilə əlaqədar hədislər[1]

Şeyx Allame Məhəmməd b. Berzenci əl-Mədəni, Hz. Peyğəmbərin s.a.a ana-atasının qurtuluşuna dair yazdığı əsər sonunda Əbu Talibin qurtuluşu haqqında da rəvayətlər olduğunu ifadə edib bu rəvayətlərin mütəvatir olduğunu belə izah edir: "Əbu Talibin, Hz. Peyğəmbəri s.a.a sevməsi, qoruyub himayəsi, kömək etməsi, İslam dinini təbliği etməsi barəsində ona dəstək olması və Cəfər ilə Əli kimi uşaqlarına ona tabe olmaları və ona dəstək olmaları mahiyyətində onlara bir sıra sözlər söyləməsi və əmr tapılması haqqında onu təsdiqləməsi ilə əlaqədar xəbərlər tevatürdür."

_________
[1]-Muellif -Allah onu bağışlasın- Rəsulullah s.a.a əmisi Əbu Talib ilə valideyinlərim qurtuluşu ilə əlaqədar rəvayətlərin tevatür olduğunu bəzi Rafiziler nəql etmişdir. Bunlar, batil işlərdəndir. Bu səbəblə biz də, bu hədisləri almadıq. (Kitabın Ərəb Nəşrçisi)
Herne qədər kitabın Ərəb Nəşrçisi, bu son iki hədisi kitaba əlinizə keçməyibsə də, oxucunu bilgilendime mahiyyətində bu iki hadisə və hədis ilə əlaqədar açıqlamalara, "Mektebetu'l-Hadisi'ş-Şərif" adlı CDdən öz katkımla iştirak verdim.

əl-Kettani, "mütəvatir hədislər", mənqıbələr babı

#22 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 июня 2011 - 15:46

iman-ebu-talib.jpg

#23 bakigeceleri

bakigeceleri

    Arif – Corporal

  • Murid
  • 88 сообщений

Отправлено 23 декабря 2011 - 14:57

Bismillah,bu iddianız,bəli,əhli-sünnətin MÜŞRİK fikrini batil edir.Mənim sözümsə bunadır ki,bizə görə o CƏNNƏTLİKDİRMİ,diqqət edin müsəlman yox,çünki müsəlmanlardan da cəhənnəmə gedəni olacaq??Şiə üləməsının və camaatın rəyi necədir???Əgər cənnətlikdirsə,heç.Yox işkallıdırsa,onda zühura qədər "o hədisdə problem var" demək düzgün olmazdı,çünki müsəlman olub da,cəhənnəmin dibinə düşmək və şəfaət nəticəsində əzabın azaldılması təbiidir.Zühurə qədər ona görə yazdım ki,Ağa(əf) gələndə haqqı 100%-lik aşkara çıxardar

bismillah,Elmeddin qardas her seyi cox gozel izah edib...bu videoya da bax,INSALLAH her sey aydin olar

#24 samral

samral

    Arif – Corporal

  • Murid
  • 73 сообщений

Отправлено 01 сентября 2012 - 23:18

Əbdülkərim əl-Qasim özünün "Peyğəmbərimizi (s) tanıyırıqmı ?" kitabında (tərcümə edən - Məhəmməd Qənbəroğlu) səhifə 13 və 14-də "Qohumlar" bölümündə belə yazır :

QOHUMLAR

Bu ümmətin Peyğəmbərinin (s.ə.v.) vəfasını, qohumluq əlaqələrini gözləməsini sizə çat-dırmaq üçün kifayət qədər söz tapa bilmərik. O, bu cəhətdən də ən mükəmməl və qüsursuz insan idi... Belə ki, Qüreyş kafirləri onu hələ peyğəmbərliyindən əvvəl də əmin və sadiq insan kimi sə-ciyyələndirmiş, onu mədh etmişdilər. Xədicə –radiyallahu anhə- onu: "Sən qohumluq əlaqəsini gözləyir və həqiqəti danışırsan" deyə xarakterizə etmişdi.
Belə ki, o Uca Peyğəmbər (s.ə.v.) haqların ən böyüyünü və vaciblərin ən üstününü yerinə yetirir... Özü yeddi yaşında olarkən vəfat etmiş anasını ziyarət edir.
Əbu Hureyrə -radiyallahu anh- dedi ki: "Peyğəmbər –səllalahu aleyhi və səlləm- anasının qəbrini ziyarət etdi. Ağladı və ətrafındakıları da ağlatdı. Sonra belə buyurdu: "Rəbbimdən onu bağışlamağı diləmək üçün izn istədim. Mənə izn vermədi. Ondan qəbrini ziyarət etmək üçün izn istədim, mənə izn verdi. Ona görə siz də qəbirləri ziyarət edin. Çünki qəbirlər ölümü xatırladır"" (Müslim).
Peyğəmbərin (s.ə.v.) qohum-əqrabasını nə qədər çox istədiyini, onlara dua etməyi, doğru yola gəlmələrini, onların cəhənnəm odundan xilas olmasını nə qədər istədiyini, bundan ötrü də nə qədər çətinliklərə qatlandığını fikirləşək.
Əbu Hureyrə -radiyallahu anh- dedi ki: "Dur və ən yaxın qohumlarını qorxut!" ("Şuə-ra" surəsi, 214) ayəsi nazil olunduğu zaman Rəsulullah (s.ə.v.) Qüreyş qəbiləsini çağırdı. Onlar da toplandılar. Ümumi qaydada və ayrı-ayrılıqda hamını nəzərdə tutaraq belə dedi: "Ey Əbdi-şəms oğulları, ey Kəb ibn Luey oğulları, özünüzü cəhənnəm odundan xilas edin. Ey Murrə ibn Kəb oğulları, özünüzü cəhənnəm odundan xilas edin. Ey Abdi Mənaf oğulları, özünüzü cəhənnəm odundan xilas edin. Ey Haşim oğulları, özünüzü cəhənnəm odundan xilas edin. Ey Əbdülmütta-lib oğulları, özünüzü cəhənnəm odundan xilas edin. Ey Fatma, özünü cəhənnəm odundan xilas et. Çünki Allah yanında mənim sizə heç bir faydam dəyməz. Belə ki, mənim sizinlə yalnız qohum-luq əlaqəm vardır. Mən də bu qohumluq əlaqəsini yalnız dünyada saxlayacağam" (Müslim).
Belə ki, o sevimli Peyğəmbər (s.ə.v.) heç yorulub-usanmadan əmisi Əbu Talibi daim dinə çağırırdı. Nəhayət, əmisi ölüm yatağında olarkən onun yanına gəldi: "Əbu Talibin ölümü yaxın-laşdığı zaman Peyğəmbər (s.ə.v.) onun yanına girdi. Yanında Əbu Cəhl və Abdullah ibn Əbi Ümeyyə də var idi. Peyğəmbər ona dedi ki: "Ey əziz əmim, "lə iləhə illəllah" de ki, bu sözü Allah hüzurunda sənin lehinə dəlil göstərim". Əbu Cəhl və Abdullah ibn Əbi Ümeyyə: "Ey Əbu Talib" dedilər. "Sən Əbdülmüttalibin dinindən üz çevirəcəksənmi?" Bu ikisi onunla danışdılar. Nəhayət, onlarla danışarkən dediyi son söz: "Əbdülmüttalibin dini üzrə... öldü".
Peyğəmbər (s.ə.v.): "And olsun ki, mənə qadağan edilənə qədər sənin günahlarının ba-ğışlanmasını diləyəcəyəm" dedi. Bununla bağlı bu ayələr nazil oldu: "MüĢriklərin cəhənnəmlik
14
olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağıĢlanma diləmək yaraĢmaz!" ("Tövbə" surəsi, 113). "Şübhəsiz ki, sən istədi-yini doğru yola yönəldə bilməzsən" ("Qəsəs" surəsi, 56) (Əhməd, Buxari və Müslim).
Rəsulullah (s.ə.v.) həyatda yaşayarkən əmisini dəfələrlə dinə dəvət etmişdi. Ölümünə az qaldığı bir vaxtda da onu dinə dəvət etdi. Bundan sonra ona yaxşılıq və rəhmətindən ötrü göstəri-lən ayə nazil olana qədər onun üçün Allahdan bağışlanmasını dilədi. Ayə nazil olduğu zaman Peyğəmbər (s.ə.v.) əmri dinləyib itaət etdi və müşrik qohumlarına bir daha dua etmədi.
Bunlar onun öz ümmətinə qarşı olan ən böyük rəhmət nümunəsidir. Bundan başqa, bu, dini əsas götürərək başqalarını dost kimi qəbul etməyi, yenə də həmin əsasa görə kafir və müş-riklərdən uzaq olmağı təsbit edən bir nümunədir. Hətta həmin insanlar onun əqrəbaları olsalar da...
"Bir ümidsizlik və durğunluq dövründən
sonra bizə bir peyğəmbər gəldi.
Yer üzündə bütlərə ibadət edilirdi.
O, ətrafı işıqlandıran bir çıraq oldu,yol göstərdi.
Parlaq hind qılıncı kimi parladı.
Və insanları bir oddan uzaqlaşdırdı,
bir cənnəti müjdələdi.
Və bizə İslamı öyrətdi. Allaha şükür edirik"

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər (39) surəsi 18-ci ayə)

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru