Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
Qədiri xum hədisi elə bir hədisdir ki, bu hədis qədər çox sənədlə rəvayət olunmuş 2-ci bir hədis yoxdur. bu elə bir hədisdir ki, hər iki məzhəbin ən mötəbər hədis, təfsir, tarix, kəlam, lüğət kitablarında onun haqqında danışılıb. məhz buna görə əhli sünnə alimlərindən Ziyaüddin Mukbili bu hədis haqqında deyib:
Əgər Qədir hədisi qəti deyilsə deməli dində qəti olan heç bir şey yoxdur.
yəni əgər Qədiri xum hədisi kimi yüzlərlə sənəd ilə nəql edilən bir hədis yalandırsa o zamanda din yalandır. çünkü dindəki digər şeylər bizə Qədiri xum qədər çox sənədlə çatmayıb.
ancaq bu hədis bəzilərinin başına daş kimi düşdüyü üçün onlar bu hədisi mümkün qədər inkar etməyə çalışırlar. təbii ki, bunların başında nasibilətin böyük şeyxi ibni Teymiyyə əl-Hərrani gəlir.
gördüyünüz videoda Seyyid Kamal Heydəri -Allah Onu qorusun- ibni Teymiyyənin Qədiri xum haqqındaki sayqlamalarını cavablayır. ancaq video ərəbcə olduğu üçün mən ibni Teymiyyənin sözlərini və Seyyid Kamal Heydərinin cavabladığı mənbələri bura yerləşdirəcəyəm. beləliklə...
ibni Teymiyyə deyir:
"mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır. Allahım ona dost olana dost, düşmən olana düşmən ol" hədisinə gəldikdə isə Tirmizidən başqa əsas hədis kitablarında belə bir rəvayət yoxdur, üstəlik Tirmizidə hədis ""mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" şəklindədir. buna əlavə olan hissə hədisdən deyil. necəki imam Əhmədə bu əlavə haqqında sual veriləndə "Kufəlilərin əlavəsidir" demişdir. bunun uydurma olduğunu bir neçə cəhətlə sabitdir:
a-haqq Peyğəmbər istisna heç vaxt müəyyən bir şəxsin yanında olmaz. əgər belə olsa Onun dediyinə tabe olmaq vacib olardı...
"Allahım ona kömək edənə kömək et" sözü həqiqətə ziddir. Sıffın döyüşündə onun tərəfində vuruşanlar qalib gəlməyiblər. Onun yanında vuruşmayan bəzi şəxslərdə mğlub olmayıblar. məsələn İraqı fəth edən Səd b. Əbu Vəqqas onun tərəfindən vuruşmamışdır. hətta onunla vuruşan Muaviyə tərəfdarları və Əməvilər bir çox küfür diyarını fəth ediblər və Allah Onlara kömək edibdir.
"Allahım Ona dost olana dost, düşmən olana düşmən ol" sözü də eynidir. İslamın əsasına ziddir. çünkü Quran bir-biri ilə vuruşsalar və bir-birinə zülm etsələr belə möminlərin qardaş olduqlarını deyir. əslində "mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" hədisinə tə’n edən hədis əhli vardır. məsələn Buvari və başqaları onu tənqid ediblər. bəzi hədis əhli isə onun həsən olduğunu deyiblər. ama əgər Rəsulullah s.ə.ə belə bir şey deyibsə bundan xüsusi bir dostluq anlaşılmaz, əksinə müştərək bir dostluq anlaşılar. o da möminlərin arasındaki iman dostluğudur.
ibni Teymiyyə əl-Hərrani, "Ashabı Kiram", səhifə 23-30
ibni Teymiyyənin sözlərinin xülasəsi:
1. hədis "mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" şəklindədir, "Allahım Ona dost olana dost, düşmən olana düşmən ol" sözü Kufəlilərin əlavəsidir.
2. əslində hədisin "mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" hissəsini hədis alimləri tənqid ediblər, bəziləri isə həsən olduğunu deyiblər. yəni hədisin bu hissəsi belə səhih deyil, həsəndir.
3. əgər Rəsul s.a.a bunu deyibsə belə bu möminlər arasında olan dostluqdur, başqa bir şey deyil.
videoda Seyyid Kamal Heydəri bu nasibinin sözünü digər kitablarından da gətirir, bənzər sözlər deyir. və biz buna cavab olaraq deyirik ki, bu sözlərin deyilməyi 2 halda mümkündür:
1. ya Rəsulun s.a.a sözlərini bilərək inkar edib ki, bu kafirliyinə dəlalət edər.
2. yada İslam elmlərindən xəbərsiz olan bir eşşəkdir.
biz indi Qədiri xum hədisini bir neçə mənbədən nəql edəcəyik, sonrada əhli sünnənin ən böyük mühəddislərinin hədis haqqındaki hökmlərini yazacağıq:



kitab: "Şərhi müşkilil Əsər", 5/18
müəllif: imam Əbu Cəfər ət-Tahavi
... Zeyd b. Ərqam nəql edib: Peyğəmbər s.a.a Vida Həccindən dönüb "Qədiri Xum" deyilən mövqedə konakladığında, kölgəlik ağacların qızılın süpürülüp təmizlənməsini əmr etdi. Təmizlik edildikdən sonra belə buyurdu: "Sanki dəvət edilmiş və dəvətə razılıq edəcək kimiyəm! Sizlərə biri digərindən daha böyük iki əmanət qoyuram: Allahın Kitabı və mənim itrətim, Əhl-i Beytim. Məndən sonra onlara necə davranacağınıza diqqət yetirin. Çünki onlar, hovuz başında mənimlə qovuşana qədər bir-birlərindən əsla ayrılmayacaqlar!
Arxasından Əlinin əlini tutaraq: "Şübhəsiz, Allah mənim Mövlam, mən də bütün möminlərin vəlisiyəm." buyurdu və belə davam etdi: "Mən kimin mövlasıyamsa, bu da onun mevlasıdır! Allahım! Onu seveni sen de sev, ona düşmən olana Sən də düşmən ol!"
Əbu Tufeyl deyir ki: Zeydə "Bunu Allahın Rəsuluna s.a.a həqiqətən eşitdinmi!?" deyə soruşduqda bu cavabı verdi: "Bəli, o gün ağacların altında olub bunları gözləriylə görməyən və qulaqlarıyla eşitməyən heç kim yoxdur!"
Əbu Cəfər Tahavi: hədis səhihdir
görüldüyü kimi, hədis səhihdir. digər əhli sünnə alimi Haşim Nişaburi (Seyyid kamal Heydəri videoda canlı-canlı göstərir bu kitabı) hədisi nəql edəndən sonra deyir:
إسناده صحيح على شرط الشيخين و لم يخرجاه
şeyxeynin (Buxari və Müslümün) şərtlərinə əsasən səhihdir, lakin nəql etməyiblər.
ibni Teymiyyənin öz tələbəsi nasibilərin təfsir, tarix və hədis alimi Hafiz ibni Kəsir hədisi nəql edəndən sonra deyir:
قال شيخنا أبو عبد الله الذهبي: وهذا حديث صحيح
Şeyximiz Əbu abdullah əz-Zəhəbi "bu hədis səhihdir" dedi.
ibni Kəsir, "əl-Bidayə vən Nihayə", 7/667
digər əhli sünnə alimi əl-Kettani bu hədisi mütəvatir sayan əhli sünnə alimlərini saydıqdan sonra deyir:
Hafız ibni Hacər dedi ki: (مَنْ كُنْتَ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ) "mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır" hədisini Tirmizi ilə Nəsai rəvayət etmişdir. bu hədisin geniş yolları həqiqətən çoxdur.
əl-Kəttani, "Mütəvatir hədislər", Mənaqib fəsli
eyn ibni Teymiyyə! Allah sənin cəzanı versin ey yalançı zındıq! harada qaldı bu hədisə tən edən hədis əhli? haradadır bu hədisi inkar edən? əhli sünnə nəzdində kim qaldı ki, bu hədisi qəbul etməyən? Hakim, Zəhəbi, ibni Hacər, ibni Kəsir, Suyuti... kim qaldı axı ey atasız?