'3_Rengli_HeyaT' сказал(а) 28 Окт 2011 - 12:22:
SubhanAllah! Sənin iddia elədiyin ALlah və rəsuluna (s.a.s) iftiradan başqa bir şey deyil.Sən luğəti olaraq ayədəki sözlərlə sübut edə bilməzsən ki, əgər ayədə qadınlardan söhbət gedirsə, deməli, ayədə "əhli-beyt" sözündən məqsəd həm də qadınlardır.
Sən qadınlarından əhli-beytdən olmasına Hud surəsi, 73-cü ayəsini də dəlil gətirə bilməzsən!
Çünki, ayəninin izahını ALlah öz rəsuluna(s.a.s) bəyan edir.Əgər orda "əhli-beyt" sözünün içinə İbrahimin zövcələri də, ( yaxud zövcəsi ) daxildirsə, bu o demək deyildir ki, bu ayədə də "əhli-beyt" sözünün gəlməsindən məqsəd həm də peyğəmbər xanımlarıdır.Bunu ancaq Allah rəsulu(s.a.s) təsdiqləyə bilər ki, peyğəmbərin xanımları da ayədəki "əhli-beyt" sözünün içində nəzərdə tutulub ya yox!
Bax sənə misal çəkim :
نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا
Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın. [/b][/right]
Bu ayə Əhzab surəsi,32-ci ayədir. Ayənin özündə qırmızı ilə işarələdiyim "Nisəən-nəbi" sözünə diqqətlə fikir ver.Orda peyğəmbərin xanımları "nisə" adlanır .Düzdü?
İndi Ali-İmran surəsindəki 61-ci ayəyə bax!
فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Fikir verdinmi əxi? Allah öz rəsuluna(s.a.s) qadınlarını çağırmağı əmr edib.Burda da "nisə" sözü keçib.İndi hesab edək ki, sən sunnət bilmirsən, heç bir tarixi biliyin yoxdur.Əhzab surəsində də dedik ki, peyğəmbərin qadınları - onun zövcələridir.Bu ayədə də peyğəmbərə qadınlarını çağırmaq əmr olunub.Hər iki söz də "nisə" sözüdür.De görək peyğəmbər mubahiləyə kimi aparıb?
Sırf qrammatik baxımdan danışaaaaaaa! Gedib tarixdən,sunnətdən dəlil gətirmə! Mutləq cavab gözləyəcəyəm! Get bu sualı hansı "elm tələbəsi" olan əxiviziə verirsən ver! Cavabını mutləq yazarsan!
2.Gəlib burda yalandan pafoslu danışıb bizi saxtakarlıq eləməkdə iddiham etməklə deyil əxi! Bİlənlər sizin iç üzüvüzü görüblər zatən! Hansı sıllka yazdığımızın əsli ilə uyğun gəlmirsə buyur sübut elə! Sübut eləməsən kəzzəbsən və iftiraçısan!
3.Yaxşı tarixin heç bir önəmi yoxdursa, sünnətin heç bir önəmi yoxdursa, o zaman yuxarıda yazdığım iki ayəni sırf Quranla mənə izah elə! Tarixə və sünnətə baş vurmayasaaanaaa!
4.Ömər, Əbu BƏkr, Muaviyə haqqında deyilənlər isə sizin tarix kitablarınızdan çox səhih bildiyiniz hədis mənbələrində gəlib əxi! Əgər qəlbində Allah qorxusu varsa doğru danış!
5.Siz Qurandan bixəbər ola-ola Quran əhlini Qurandan bixəbər olmaqda iddiham edirsiz əxi! Eynilə xəvaricin etdiyi kimi! SubhanAllah Əlinin(ə) özünə qarşı Qurandan dəlil gətirirdilər xəvariclər.İndi sizin Əlinin(ə) şiələrinin əleyhinə Qurandan dəlil gətirməyiniz o qədər də təəccüblü deyil.
SubhanALlah! İSlam nədir bəs? Allahın dostlarına da , düşmənlərinə də bir gözlə baxıb, düşmənləri haqda "ictihad edib xəta etdi, bir savab qazandı" deyib , "Allah ondan razı olsun" deməkdir islam ?
Yoxsa, imam Huseynə(ə) və digər peyğəmbər balalarına(r.a) zülm edib şəhid edən yezİT kimilər haqqında "ona beyət etmək şəriətə uyğun idi" deməkdir İslam?
Göz qabağındadır ki, əslində sizin Qurandan xəbəriniz yoxdur! Xəvaric kimi yalandan Quran ayələrini zik eləməklə deyil əxi! Quran sizin boğazınızdan o yana keçmir!
P.S
Yuxarıdakı iki Quran ayəsi barədə mutləq cavabıvı gözləyəcəyəm.Hədis və tarixə muraciət eləmə! Sırf Quranla cavab ver! Quran ayəsini Quran ayəsi ilə izah elə!
Men "rafizi" sözünü hər adama demirəm.. amma sizdə xeyli qədər "rafizilik" əlamətləri var. Sizinlə məndə bəhs etmək istəməzdim.. Və heç bir iddiavıza cavab verməyəcəm.
Сообщение отредактировал Huseyn ibn Ali: 28 октября 2011 - 17:46
Многоженство в Исламе дозволено, но некоторые секты утверждают дозволенность "многомужства".